İxtisas: Amerikaşünaslıq Şöbə:Əyani Kurs: III qrup: 036




Yüklə 69.75 Kb.
tarix25.04.2016
ölçüsü69.75 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakültə:Tarix

İxtisas:Amerikaşünaslıq

Şöbə:Əyani

Kurs:III

Qrup:036

Tələbə:Moon Lee

Kafedra:Tarixşünaslıq,mənbəşünaslıq və metodika

Mövzu:Antik dövr tarixşünaslığı Tofiq Məmmədovun tədqiqatında

Fərdi iş

Kafedra müdiri:A.İsgəndərov

Fənn müəllimi:A.Məmmədov

Bakı 2013



  • Giriş

Tofiq Məmmədov-“Qafqaz Albaniyası ilk orta əsrlərdə”..........................................................3-9

  • I Fəsil

Albaniyanın ilk orta əsrlərdə dövlət quruluşu və ictimai münasibətlər...................................................10-16

  • Nəticə...................................................17



  • Ədəbiyyat



Giriş

Tofiq Məmmədov-“Qafqaz Albaniyası ilk orta əsrlərdə”

Azərbaycan tarixi müxtəlif qaynaqlar əsasında tədqiq olunur və həmin qaynaqlar 2 hissəyə bölünür:arxeoloji və yazılı qaynaqlar.Arxeoloji tədqiqatlar göstərirki,yurdumuzun beş yüz ildən artıq tarixi vardır.Ardıcıl olaraq bəşərin bütün ictimai-iqtisadi mərhələlərini keşmiş məmləkətimiz dünya sivilizasiyasının mərkəzlərindən biridir.Bu baxımdan yurdumuz çox qədim dövlətçilik ənənələrinə də malikdir.Məmləkətimizin ərazisində yerləşən ən qədim dövlətlərindən biri də Qafqaz Albaniyası olmuşdur.Azərbaycanın bu qədim dövləti eradan əvvəl IV-eramızın VII əsrlərində min yüz ildən artıq fəaliyyət göstərmişdir.



Beləki,qədim yazılı qaynaqların azlığı,digər tərəfdən,uzun illərdən bəri mövcud olan bu qaynaqların saxtakarlıqla,birtərəfli araşdırılması,Azərbaycanın və o cümlədən Qafqaz Albaniyasının tarixinin subyektiv,qərəzli izahına gətirib çıxarmışdır.Qafqaz Albaniyasının ilk orta əsr tarixinin qaranlıq və mübahisəli,öyrənilməmiş məsələləri,problemlrəi çoxdur.Albaniyanın ilk orta əsr tarixinə aid qərəzli,saxtakar fikir və mülahizələr uzun illərədən bəri ümumdünya və Azərbaycan tarixçünaslığında möhkəm kök salmışdır.

Qafqaz Albaniyasının erkən orta əsrlər tarixi son zamanlar,əsasən keçmiş sovetlər dövrünə müəyyən qədər araşdırılmış.az da olsa sovet tarixşünaslığında öz əskini tapa bilmişdir.Albaniyanın ilk orta əsr tarixinin bəzi sahələri,problemlrəi üzrə elmi araşdırmalar aparılmış,az sayda olsa da,monoqrafiyalar və elmi məqalələr yazılmışdır.Bu tədqiqatların,araşdırmaların əsas xüsusiyyəti bundan ibarət olmuşdur ki,bu əsərlərin müəllifləri öz əsərlərində bütün yazılı qaynaqlardan küll halında,kompleks istfadə deyil,yalnız bir dil qrupuna daxil olan yazılı qaynaqlar əsasında araşdırmalar aparmışlar.Eyni zamanda onu da qeyd etmək lazışdır ki,ilkin orta əsr Qafqaz Albaniyasının tarixini tədqiq edərkən araşdırıcılar,yurdumuzun tarixinin bəzi sahələrinə,problemlərinə isə tamamilə toxunmamışlar.Albaniyanın ilk orta əsrlər tarixi dövrü arxeoloji cəhətdən az öyrənildiyi üçün,xalqımızın tarixinin bir sıra məsələləri həll edilməmiş halda qalır.Yuxarıda qey etdiyimiz kimi,Albaniyanın ilkin orta əsrlər dövrünün tarixinin bu gün də tam,yetkin,dərin təhlilə və araşdırmalara və tədqiqata ehtiyacı vardır.Çünki tarixçilərimizin tədqiqatlarının nəticələri tamamilə bitkin hesab edilə bilməz,hələ aşkara çıxarlmamış yazılı qaynaqların məlumatlarını, arxeoloji,maddi-mədəniyyət nümunələrini toplamaq,araşdırmaq və qarşıda onları təhlil edərək tarixi həqiqətləri üzə çıxarmaq kimi böyük,çox ağır işlər durur.Lakin bu heç də,o demək deyildirki,tarixçilər Qafqaz Albaniyasının orta əsrlər tarixinin bu və digər məsələlərinin aspektlərini araşdırılması ilə məşğul olmamış,bu sahədə az da olsa onlara toxunmamışlar.Bu barədə tədqiqatçıların bizi maraqlandıran məsələlərə və ya digər dərəcədə ən mühüm araşdırmaların qısa xülasəsini aşağıda verdiymiz qısa tarixşünaslıq xülasəsindən görmək olar.Biz onları xronoloji ardıcıllıq çərçivəsində deyil,monoqrofik problemlər planında verməyi məqsədə uyğun hesab etmişik.Ümumiləşdirilmiş əsərlərdə Albaniyanın ilk orta əsr tarixinin bəzi məsələlərinə toxunulmuşdur. “Azərbaycan tarixi (1-ci cild səh 85,86,87), “Dağıstanın tarixi oçerkləri” (401,səh 40 və s) kimi ümümiləşdirici əsərlərdə Albaniyanın ilk orta əsr tarixi,ərazisi,təsərrüfat həyatı,şəhərləri,ictimai qurluşu,xarici siyasəti və digər məsələləri barəsində ümümi məlumatlar verilmiş və əks olunmuşdur.Keçmiş Sovet tarixçiləri içərisində Qafqaz Albaniyasının antik və ilk orta əsr tarixinin öyrənən və araşdıran tarixçilər içərisində mühüm yer tutan alim K.V.Treverdir.Treverin “Qafqaz Albaniysının tarixi və mədəniyyəti haqda oçerklər” monoqrafiyası ilk ümumləşdirici əsərdir.Bu əsər e.ə 4-cü əsrlərdən başlayaraq eramızın 7-ci əsrinə qədərki dövründə Albaniyanın tarixinin bütün problemlərinə,mədəniyyətinə həsr olunmuş əsərdir.Trever bu əsərdə çox saylı qədim yazılı qaynaqlara və az da olsa arxeoloji tədqiqatlara əsaslanaraq Albaniyanın antik dövrünün tarixinin çox mühüm müxtəlif məsələlərini problemlərini araşdırır və tədqiq edir.Bu əsərdə Trever alban tayfaları,onların məskunlaşdığı yerlər,ölkənin iqtisadiyyatı,sosial-iqtisadi məsələləri,siyasi tarixi,alban hökümdarları və onların xarici siyasəti,şəhərləri,hərbi istehkamları,dini mədəniyyəti,ideologiyası bağlı məsələləri araşdırır.Bu əsərin 2-ci hissəsi Albaniyanın ilk orta əsrlər dövrünün tarixinə həsr olunmuşdur.Əsərin bu hissəsi bir sıra çatışmamazlıqlara malikdir.Bu əsərdə ilk orta əsrlər dövürünün iqtisadiyyatı,ticarəti,şəhərləri,siyasi dövlət quruluşu,dini etnik tərkibi vədiər məsələləri bir qədər zəif işiqlandırılmışdır.Öz əsərində Trever səhvən Albaniyanın qonşu dövlətlərdən geridə qaldığını iddia edirdi.Lakin bu zaman o,bir dənə də olsun inandırıcı dəlil və fakt gətirmir.Çünki nəzərə almaq lazıxmdırki,Trever bu əsəri yazarkən qədim erməni yazılı qaynaqlarının orjinalından deyil,tərcümədən istifadə etmişdir.Beləki Trever bu əsərində Albaniyadakı şah hakimiyyətinin mövcudluğu,onun fasiləsiz olması,vərəsəlik yolu ilə davam etməsi,müstəqil dövlət olması kimi məsələlərə çox da yer verməmiş,xarici siyasətdə isə Ermənistan tarixinə daha çox yer ayırmışdır.Bu əsər 1959-cu ildə nəşr edilmişdir.Lakin onu da qeyd etmək lazımdırki,yuxarıda göstərilən nöqsanlara,bir sıra cəhətlərin mübahisəli olmasına,əsərin nəşrindən 40 ildən çox vaxt keçməsinə baxmayaraq K.V.Treverin bu kitabı Albaniyanın tarixi ilə maraqlananlara,onunla məşğul olmaq istəyənlərə lazimi köməklik göstərə bilən bir əsərdir.

Görkəmli Azərbaycan alimi Z.M.Bünyadov özünün “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiysaında yurdumuzun sosial-iqtisadi inkişafını,siyasi tarixinin bir sıra məsələlərini çoxsaylı yazılı qaynaqlara əsaslanaraq ilk dəfəətraflı işıqlandırmışdır.Bu görkəmli xadimin monoqrafiyası Azərbaycanın VII-IX əsrlərinə həsr olunmuş ümumiləşdirilmiş ilk ciddi əsər olmaqla Azərbaycan tarixşünaslığına bir hədiyyədir.Müəllif ilk orta əsrlər tarixinin təsərrüfat,şəhərlər,siyasi tarix,din və etnik tərkib məsələlərinə aid yazılı qaynaqlara əsaslanaraq özündən qabaqkı tədqiqatçıları tənqid edərək tədqiq etmişdir.Bu monoqrafiyada VII əsrin sonu-VIII əsrin əvvəllərində alban katalikosluğunun erməni kilsəsindən asılı vəziyyətə salınması,iki katalikosluq arasında gedən mübarizəni,Albaniyada yaşayan əhalinin bir hissəsinin qriqoryanlaşdırılması və digər bir hissəsinin isə müsəlmanlaşdırılması məsələlərini dəqiq qoymuş və düzgün tədqiq etmişdir.Z.M.Bünyadov digər əsərlərində dəyazılı qaynaqlara əsaslanaraq Albaniyanın ən mühüm xarici siyasət məsələləri üzərində dayanmış və onları tədqiq etmişdir.

Görkəmli tarixçi,Qafqaz Albaniyasının ilk tədqiqatçılarından biri mərhum Z.İ.Yampolski yurdumuzun tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur.O,antik və ilk orta əsr yazılı qaynaqlara əsaslanaraq Albaniyanın ictimai-iqtisadi quruluşunu,ərazisini,etnik tərkibini ilk dəfə olaraq tədqiq etmişdir.Yampolski digər bir əsərində də ilk dəfə olaraq Azərbaycan tarixşünaslığında Zaqafqaziya ərazisindən Kaspi dənizi,Kür və Rioni çayı vasitəsi ilə Qara dənizə gedən beynəlxalq ipək yolunun,su-quru ticarət yolunun olmasını hərtərəfli tədqiq etmişdir.O,həm dəqədim yazılı qaynaqlara,arxeoloji və etnoqrafik materiallara,məlumatlara əsaslanaraq Qafqaz Albaniyası çoxsaylı dini məsələlərini öz əsərində hərtərəfli tədqiq etmiş və öyrənmişdir.

İlkorta əsr yazılı qaynağı M.Kalankaytuklunun “Aban tarixi” əsərinə əsaslanaraq F.C.Məmmədova Albaniyanın ilk orta əsrlər dövrünün sosial-iqtisadi və siyasi-ictimai məsələlərini araşdırmağa cəhd göstərmişdir.Müəllif öz əsərində iqtisadi-ictimai terminlərin varlığı məsələlərini,əməkçilərin,hakim zümrənin hüquqi məsələsini və digərləri araşdırmağa cəhd göstərmişdir.F.C.Məmmədovanın digər “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” adında olan işinə də müsbət rəylər verilmişdir.Albaniyanın antik,eyni zamanda ilk orta əsrlər dövrünün siyasi tarixi bu müəllifdən əvvəl də bir sıra tədqiqatçılar – K.V.Trever, M.İ.Armanov,S.T.Yeremyan,Z.M.Bünyadov və başqaları tərəfindən araşdırılmışdır.Albaniyanın tarixi-coğrafi problemləri həm antik dövr,eyni zamanda ilkin orta əsr dövrü A.Yanovski,B.Dorn,İ.Şopen,Q.Xyumbsan,İ.Markvart, Tomaşek,V.F.Minorski,B.N.Levitov,K.Q.Əliyev,V.Qukasyan,A.Ş.Mnatsakanyan və başqaları tərəfindən öyrənilmişdir.

Qafqaz Albaniyasının IV-VII əsrlərdə dinini araşdırırkən mərhum R.B.Göyüşovun monoqrafiyasını və bir sıra məqalələrini xüsusi olaraq qeyd etmək lazımdır.O,arxeoloji materiallar əsasında ilk orta əsrlər dövrünün xristian dininin bir sıra məsələlərinə toxunmuşdur.Onun tərəfindən bir çox kilsə məbədləri,sövmələr,monastırlar aşkar edilmiş və arxeoloji cəhətdən tədqiq edilmişdir.Qafqaz Albaniyasında dinin bir sıra cəhətlərinə ümumi halda A.A.Ələsgərovun,İ.M.Cəfərzadənin,İ.İ.Meşşaninovun,İ.P.Petruşevskinin əsərlərində də toxunulmuşdur.Albaniyada ilk orta əsrlərdə şəhərlərin tarixinə eyni zamanda S.B.Aşurbəylinin,Y.A.Paxovnovun,Q.M.Əhmədovun və A.A.Kudyarsevin əsərlərində toxunulmuşdur.Q.Ə.Hacıyev tərəfindən nəşr olunmuş “Bərdə şəhərinin tarixi” əsərini də xüsusi qeyd etmək lazımdır.Bu əsərdə antik dövrdən başlayaraq XVIII əsrədək əski yazılı qaynaqlara,arxeoloji,etnoqrafik materiallara əsaslanaraq Bərdə şəhərinin iqtisadi,siyasi və mədəni tarixi tədqiq edilmişdir.

Çox təəssüf ki,Qafqaz Albaniyası haqda araşdırmalarda bəzi erməni tarixçilərinin də adı çəkilə bilər.Erməni tarixçilər öz işlərində alban yazısının meydana gəlməsi və mədəniyyət məsələlərinə də toxunmuşlar.Bunlar içərisində T.İ.Ter-Qriqoryanı adını da çəkmək mümkündür.O,öz əsərində orta əsr yazılı qaynaqlara əsaslanaraq Zaqafqaziya xalqlarının, o cümlədən albanların Sasani işğalçılarına qarşı azadlıq mübarizəsi məsələsinə toxunmuşdur.O,çap olunmamış əsərlərində də Moisey Kalankaytuklu və onun “Alban tarixi” əsərini və əsərin nəşr olunmamış məsələlərini araşdırmışdır.Onun çap olunmamış digər əsərində isə Albaniyanın siyasi tarixi və xristian dini haqqında bəzi məlumatlar vardır.

Lakin M.Barxudaryan isə qədim erməni yazılı qaynaqlarına əsaslanaraq və onları bir daha saxtalaşdıraraq,bayağılaşdıraraq Qafqaz Albaniyasının siyasi tarixi və kilsə tarixinə nəzər yetirmiş,eyni zamanda sərhədlər məsələsinə də toxunmuşdur. M.Barxudaryanın bu işləri olduqca köhnə sayılır. Onun digər bir işi isə Qafqaz Albaniyasının nahiyyələrindən olan Arsaxa həsr olunmuşdur.Bu işdə müəllif tərəfindən Arsaxın tarixi-coğrafi xarakteristikası verilir.Onun digər “Alban ölkəsi və onun qonşuları” adlı bir işində isə M.Barxudaryan Albaniyanın vilayətlərinin sərhədləri,onun qonşuları,dili məsələsinə diqqət yetirmişdir.

Albaniyanın yazı məsələsi problemi çətin və həll olunmamış tarixi problem olaraq hələ də,çox təəssüfki qalmaqdadır.Qeyd etmək lazımdırki,bu problemin araşdırılmasında öz tədqiqatlarında akademik A.Q.Şanidzenin,İ.A.Abuladzenin L.M.Melikset-Bekin kimi alimlərin böyük xidmətləri olmuşdur.

Beləliklə, antik dövr tarixşünaslığımızın ən mühüm səhifələrindən biri olan Qafqaz Albaniyası hələ də müzakirə obyekti olaraq qalmaqdadır.Onun bir sıra müzakirə doğuran məsələləri-dövlət quruluşu,əhəlisi,etnik tərkibi,dini,dili,ərazisi,coğrafi mövqeyi kimi məsələlər həm yerli,həm də xarici alimlər tərəfindən araşdırılmış və tədqiq edilmişdir.Beləki,bu tədqiqata alim və tarixçilərin siyasi fikri və subyektiv görüşü də az təsir göstərməmişdir.Hətta bu təsirlər tariximizin saxtalaşdırılmasına da gətirib çıxarmışdır.Lakin bütün bunlara baxmayaraq, Qafqaz Albaniyası və qədim tarixi daim azərbaycanlı alimlərdə maraq doğurmuş və bir sıra tarixşünaslar,arxeoloqlar,görkəmli elm xadimləri tərəfindən dəqiqliklə araşdırıla bilmişdir.Bu tarixçilərdən biri də Tofiq Məmmədovdur.

Qeyd etmək lazımdır ki,bu iş antik dövr dövlətlərindən olan Qafqaz Albaniyasının ümumi tədqiqinə həsr olunmuşdur.Azərbaycanın görkəmli tarixçilərindən biri olan Tofiq Məmmədovun “Qafqaz Albaniyası”adlı əsərində ilk dəfə olaraq ilk orta əsr yazılı qaynaqlarından geniş istifadə edilərək,ölkə və dünya tarixçilərinin tədqiqatlarına tənqidi yanaşılaraq,arxeoloji və etnoqrafik materiallar təhlil edilərək,ilk orta əsrlər Albaniyasının sərhədləri,ərazisi,əhalisi,etnik tərkibi,etnik prosesləri,dövlət quruluşu,suverenliyi,mədəniyyəti,dini,ölkənin yadelli işğalçılara qarşı mübarizəsi tədqiq edilərək araşdırılmışdır.Məhz elə müəllifin bu əsərində ilkin orta əsr Albaniyanın təsərrüfat,şəhərlər,digər bir sıra məsələləri araşdırmaq və işıqlandırmaq məqsədi ilə eyni zamanda bir çox arxeoloqların,tarixçilərin və digər müəlliflərin əsərləri öz əksini tapmışdır.Bu müəlliflər və tarixçilər sırasında biz, İ.İ.Meşşaninov,Y.N.Qummel A.A.İyessen,A.A.Yakobson,Q.Aslanov,Q.İ.İone C.A.Xəlilov,İ.V.Minkeviç-Mustafayeva,V.Q.Əliyev,A.A.Haqverdiyev və başqalarının adını çəkə bilərik.Əsər Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən 2006-ci ildə yenidən çap edilmiş və oxuculara təqdim edilmişdir.Kitabın redaktoru professor.görkəmli elm xadimi Y.M.Mahmudov,rəyçilər isə K.H.Əliyev və F.L.Osmanov–dur. Bu əsər elmi işçilər,müəllimlər,tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.Əsər 7 fəsildən və 400 səhifədən ibarətdir..Biz bu fəsillər içərisində özünəməxsusluğu ilə seçilən “Albaniyanın ilk orta əsrlərdə dövlət quruluşu və ictimai münasibətlər” adlı bölmənin tədqiqatını təqdim edirik.



I Fəsil

Albaniyanın ilk orta əsrlərdə dövlət quruluşu

İlkin orta əsrlərdə Albaniyanın ictimai,iqtisadi həyatında geniş və əhəmiyyətli dəyişikliklər və irəliləyişlər baş vermişdi.Vətən tariximizin ən mühüm mərhələlərindən bu dövrdə istehsal alətlərinin təkmilləşdirilməsi,daha da inkişafı,köhnə istehsal münasibətləri məhsuldar qüvvələrin yeni inkişaf səviyyəsinə artıq uyğun gəlmirdi.Köhnə istehsaı münasibətlərinin yeni,daha qabaqcıl münasibətlərlə əvəz edilməsi zərurəti meydana çıxmışdır.Bu dövrdə erkən feodal münasibətləri yaranır və inkişaf edirdi.

Albaniyanın erkən orta əsrlər dövründə ictimai-feodal münasibətlərinin araşdırılması məsələlərinə dair qaynaqların çox azlıq təşkil etdiyinə,bunları üzə çıxarmaq çox çətin,mübahisəli olduğuna görə,bu problemin geniş və hərtərəfli öyrənilməsi özünün hələ gələcək həllini gözləyir.

İlk orta əsrlərdə Albaniyada ictimai münasibətlərin əsasını antaqonist ziddiyyətlərə mailk feodal mülkiyyət formalarının mövcud olması təşkil edirdi.Erkən orta əsrlərdə Albaniyada ictimai münasibətlərin əsasını kəndlilər təşkil edirdilər.Yuxarıda verilən bu ilkin məlumatı təsdiq edən erkən orat əsrlərdə yaşamış alban tarixçisi M.Kalankaytuklunun verdiyi məlumata görə,bu dövrdə kəndlilər 3 qrupa bölünürdülər :əkinçilər,maldarlar və bağçılar.Lakin əməklə məşğul olan balıqçılar da var idi.Albaniyada erkən orta əsrlərdə kəndlilər öz ictimai vəziyyətlərinə görə isə aşağıdakı təbəqələrə bölünürdülər:



  • Tuanik-kifayət qədər əmlakı olanlar

  • Tarapyal-orta təbəqəyə mənsub olanlar

  • Ramiklər-heç bir əkin yerinə mənsub olmayan sadə insanlar

  • Yoxsullar

Erkən orta əsrlərdə yazılı mənbələrin məlumatlarından aydın olurki,Albaniyada adsız-sansız adamlar,yəni (qara camaat) da mövcud idi.Hər bir kənd ilkin orta əsrlərdə özünün böyüyünə,sahibinə,başçısına malik idi.Beləliklə,ilkin orta əsrlərdə yuxarıda qeyd edilən məlumatlardan aydın olurki,Albaniyada istehsalın əsasınıkəndli əməyi təşkil edirdi.İlkin orta əsr mənbələrindən məlum olurki,erkən orta əsrlərdə Albaniyada sənətkarlıqla məşğul olan adamlar-sənətkarlar da mövcud idi.Bu məlumatı alban tarixçisi M.Kalankaytuklu öz məlumatı ilə təsdiq edir.Ölkədə bu dövrdə tacirlər də fəaliyyət göstərirdi.Bu dövrdə çox gümanki,Albaniyada sənətkarlar təbəqəsinə yaxın olan arxitektorlar da var idi.

Tədqiqatlar və araşdırmalar göstərirki,ilkin orta əsrlərdə Abaniyada ağalıq edən siniflərdən ən mühümü hərbi feodal iyerarxiyası idi.Bu hərbi feodal iyerarxiya haqqında bizə ilkin orta əsr tarixçiləri Yeqişe və alban tarixçisi M.Kalankaytuklu məlumat saxlamışlar.İlkin orta əsr müəllifi Yeqişenin məlumatına görə bu dövrdə Albaniyada ordunun başında duran hərbi rəislər-“hazarapet” (hərfi mənası-minbaşı) var idi.Bu məlumatı digər ilkin orta əsr müəllifləri Sebeos,Favstos Buzandasi,M.Xorenasi öz məlumatlarında təsdiq edirlər.Digər ilkin orta əsr tarixçisi L.Parpesinin məlumatına görə Albaniyada bu dövrdə adi hərbi əsgərlər də mövcud idi.Yeqişenin məlumatına görə isə Albaniyada bu dövrdə həmçinin “görkəmli hərbi adamlar” da mövcud olmuşdur.

Yazılı mənbələrin dəverdiyi məlumata görə Albaniyada hakim sinfin öz daxilində feodal iyerarxiyası yaranmışdır.İlkin orta əsr yazılı mənbələrin ayrı-ayrı məlumatları əsasında Albaniyada iqtisadi-ictimai quruluşun əsasını təşkil edən ilkin feodal münasibətlərinin inkişafı və onun spesifik xüsusiyyətlərini izləməyə imkan verir.İlkin orta yazılı mənbələrin məlumatlarından –Aqafanqel,Koryun,Sebeos,Gevond,Asoqikdən aydın olurki,ilkin orta əsrlərdə Albaniyada böyük knyazlar mövcud idi.Yuxarıda göstərilən bu məlumatı təsdiqləyən M.Kalankaytuklu onu da əlavə etmişdirki,Albaniyada böyük və kiçik knyazlar (sepuxlar) da mövcud olub. Digər tarixçilər Gevond və L.Parpesi də Albaniyada ilkin orta əsrlərdə zadəganların olduğunu öz əsərlərində qeyd göstərirdilər.Onlar qedy edirlərki,ilkin orta əsr Albaniyasında zadəganlar,həmçinin şah nəslindən olan görkəmli adamlar,əsilzadələr,tayfa başçıları mövcud idi.

İlkin orta əsr tarixçiləriYeqişe,M.Xorenasi,L.Parpesi və Asoqik ilkin orta əsrlərdə Albaniyada hökmdarların olduğunu qeyd edirlər.Digər bir tarixçi isə bu dövrdə Albaniyada canişinlərin olduğunu göstərir.Bu tarixçinin məlumatını eyni zamanda M.Kalankaytuklu da öz əsərində təsdiq etmişdir.İlkin orta əsrin digər bir müəllifi F.Buzandasi isə Albaniyada bəhs edilən dövrdə hakimlərin,daha doğrusu mülkədarların olduğunu qey edirdi.Orta əsr tarixçilərindən oln Yeqişe,Koryun və L.Parpesi bu dövrdə Albaniyada feodal münasibətlərinin inkişafının əsas aparıcı hissəsi olan “azad adam”-azadların olduğunu yazırlar.Albaniyada feodal cəmiyyətinin başlıca qüvvəsi olan azadlar haqqında bu məlumatları eyni zamanda alban tarixçisi M.Kalankaytuklu da öz əsrində təsdiqləyir.

Feodal istehsal üsulunun qaynaqlarını indiki yazılı mənbələrin verdikləri məlumatların vasitəsi ilə üzə çıxarmaq çox çətin olsa da,feodal münasibətlərinin hakim mövqe tutduğu bu dövrdə Albaniyada əsas istehsal vasitəsi olan torpaq üzərində feodal mülkiyyəti formalarının ümumi şəkildə mövcud olmasını göstərmək mümkündür.İlkin orta əsrlərdə Albaniyada feodal münasibətlərinin yaranması və inkişafı dövründə ölkədə torpaq özərində dövlət (şahın şəxsində) və xüsusi feodal mülkiyyəti formaları mövcud idi.Erkən feodalizm dövründə torpaq üzərində mülkiyyətin dövlət forması üstünlük təşkil edirdi.Becərilən torpaqların çox hissəsi dövlətə mənsub idi.Bu torpaqlar onlara irsən keçirdi.Alban şahları bu torpaq mülkiyyətinin nəsildən-nəsilə onlara keçən və onlara mənsub olan torpaq formasından əlavə,həmçinin hər bir şah ailəsinin üzvünə mənsub olan şəxsi torpağa-mülkə də malik idilər.M.Kalankaytuklunun məlumatlarından aydın olurki,alban şahı Vaçe xüsusi torpaq mülkiyyətinə mənsub idi.Alban şahı Vaçe tası tərəfindən ona uşaq vaxtı bağışlanan özünə məxsus torpaq hissəsinə,min ailədən ibarət mülkə malik idi.Alban şahı Vaçe V əsrdə ölkəni idarə etməkdən əl çəkən zaman “yalnız özünəməxsus,atasından ona qalan öz hissəsini-min ailəni özü üçün götürdü”.Alban tarixçisi M.Kalankaytuklunun digər bir məlumatından isə aydın olurki,Qyutakan kəndi alban şahı Vaçaqana mənsub torpaq mülki idi.Hər bir alban şah ailəsinin üzvü də torpaq və mülk sahibi idi.Alban şahı III Vaçaqan öz qızı Xınçik üçün mülk inşa etdirmişdir.Alban tarixçisinin digər bir məlumatından aydın olunurki,Sasani hökmdarı III Yezdəgerd əmr edirki,alban şahı Cavanşirə “kəndlər və balıqla dolu çaylar bağışlansın”.İlkin orta əsr alban tarixçisinin digər bir məlumatından bəlli olurki,Girdiman alban şahı Cavanşirin şəxsi mülkü idi.Bizans imperatorunun Albaniya şahı Cavanşirə göndərdiyi məkan götürülən aşağıdakı parça bunu aydın göstərir:“Girdiman hakimi və Albaniya knyazı cənab Cavanşirə”.Yazılı mənbənin digər məlumatlarından aydın olurki,alban şahı Cavanşir ölərkən varis təyin etməyib,ğz mülkü olan Girdiman vilyətini öz oğulları arasında bölüşdürüb,“öz oğullarından hər birinə sərvət və titul verdi,hər birinə öz sahəsini ayırdı”.

Albaniyada ilk orta əsrlərdə,feodalizmin yaranması,inkişafı dövründə torpaq mülkiyyətinin üstünlük təşkil etməsi dövlət hakimiyyətinin möhkəmlənməsinə,mərkəzləşməsinə,ictimai-iqtisadi sahədə şaha müstəsna hüquqlar verilməsinə səbəb olurdu İlkin orta əsrlərdə Albaniyada feodalizmin inkişafinin ilkin xarakterinə uygun olaraq alban şahlarına və ailə üzvlərinə məxsusu torpaq mülkiyyət formalarından sonra kilsələrə vəməbədlərə məxsus iri torpaq mülkiyyətinə sahib alban kilsəsi idi.Albaniyada kilsə torpaqları böyük ruhani zümrəsinin bölünməz və irsi mülkiyyəti idi.İlkin orta əsrlərdə Albaniyada bu cür torpaqları,bir qayda olaraq,şahların,zadəganların,iri feodalların və onların ailə üzvlərinin nəzi və ianələri hesabına,bəzən ayrı-ayrı varlı kəndlilərin hesabına,habelə kəndli icma torpaqlarının satın alınması,yaxud tutulması nəticəsində genişlənirdi.İlkin orta əsrlərdə feodal azad zümrəsi də torpa mülkiyyətinə və mülklərə mənsub idi.

Albaniyada yazılı mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının erkən dövründə əsas istismar forması natural rüsumlar şəklində toplanan dini və dünyəvi vergilər təşkil edirdi.Bu haqda bizə çoxlu məlumatı M.Kalankaytuklu verir.Albaniyada ilkin orta əsrlərdə əhalidən toplanan vergilər aşağıdakılardan ibarət idi.Dövlət və əsasən də ruhani təbəqəsi bu vergilərin hesabına yaşayır və varlanırdı.Alban tarixçisi M.Kalankaytuklunun verdiyi məlumatlara əsasən alban şahı III Vaçaqanın dövründə ölkədə vergi verən silk əsasən əkinçiliklə,bağçılıqla,maldarlıqla məşğul olan kəndlilər idi,bunlar da öz növbəsində 3 qrupa: “lazımınca varlı olanlara”a,“yoxsullar”a və heç bir şeyi olmayan kəndlilərə bölünmüşdülər.Müstəqil adamlar-“azadlar”öz gəlirlərinin 1/10-ni kilsəyə vergi şəklində verməli idilər.Bu verginin bir hissəsini azadlar mərkəzi kilsəyə,onun yarı hissəsini isə öz kilsəsinə verməli idilər.Albaniyada xristian dini qəbul olunandan sonra alban şahı Urnayrın əmri ilə əkinçilik və maldarlıqla məşğul olan kəndlilərdən kilsələrin xeyrinə əldə etdikləri məhsulun 1\10-ni vegi şəklində toplanırdı.Albaniyada əhalidən toplanan natural vergi rüsumları,sərvətlər kilsəyə verilirdi.

Məlum olduğu kimi,ilkin orta əsrlərdə sasanilər tərəfindən Zaqafqaziya işğal edildikdən sonra Albaniya ilə qonşu olan ölkələrdə yerli dövlət və hakimiyyət ləğv olunmuşdu.İlkin orta əsrlərdə yazılı mənbələr Albaniyada dövlətin və “şah hakimiyyətinin”olduğunu göstərirlər.İlkin orta əsr mənbələrinin verdiyi məlumatlardan aydın olurki,bu dövlət “Alban şahlığı”adlanırdı və ilkin orta əsr tarixçiləri Ayrivanesi,Vardan,Asoqik Albaniyada ilkin orta əsrlərdə müstəqil şahların olmasını öz əsərlərində göstərirlər.Məlumatlardan aydın olurki,alban hökmdarları və şahları bir qayda olaraq seçki yolu ilə seçilirdi.Başqa bir varis olmayan zaman şah adətən ölkədə yerli feodallar,zadəganlar və ruhanilər tərəfindən seçilirdi.Alban şahları,hökmdarlarının seçilməsi təntənəli mərasimlə müşahidə olunurdu:“...elə buradacabütün əyanlar müxtəlif heyvan şəkilləri olan bayraqlarını açırdılar,şeypurlar çalınır və şahı qızıl qalxana otuzdurub onu tərifləyə-tərifləyə 3 dəfə göyə atırdılar.Belə bir böyük təmtəraqla onlar yüksək hakimiyyətin şərəfini-vətən hökmranının taxtını ona verib həmin gün bu münasibətlə çoxlu hədiyyə və bəxşişlər paylayırdılar”.İlkin orta əsr mənbələrindən –Favtos Buzandasidən,M.Xoranesidən aydın olurki,alban şahları başlarında tac gəzdirirdilər.Digər orta əsr tarixçilərinin məlumatlarından aydın olurki,alban şahları özlərinə məxsusu iqamətgahlara və saraylara malik idilər.Erkən orta əsr tarixçisi Yeqişenin verdiyi məlumatdan bilinirki,alban şahlarının qış iqamətgahı Xalxal şəhərində yerləşirdi.İlkin orta əsr yazılı mənbələrindən,arxeoloji materiallardan aydındırki,V əsrədək Albaniyanın paytaxt Qəbələ şəhərində yerləşirdi.V əsrdə yadellilərin hücumları ilə əlaqədar olaraq,Qəbələnin iqtisadi-siyasi əhəmiyyəti nisbətən azaldığına görə,Albaniya dövlətinin paytaxtı Bərdə(Partav) şəhərinə köçürüldü və Bərdə şəhəri,tədqiq etdiyimiz dövrün axırına-yəni VIII əsrin əvvəllərinə qədər Albaniya dövlətinin paytaxtı oldu.Albaniya dövləti və şahları dövlətçilik simvollarından biri olan bayraqlara malik idi və bu bayraqların parçalarının üzərində müxtəlif heyvanların şəkilləri həkk olunurdu.Bu bayraqlar qızıl,gümüş və daşqaşla bəzədilirdi.

İlkin orta əsr yazılı mənbələri tədqiq etdiyimiz dövrdə alban şahlarının saray həyatlarından çox cüzi məlumat verirlər.Yalnız orta əsr tarixçilərində Koryun Və M.Xorenasinin verdiklərindən aydın olurki,şah sarayında ruhanilər də var idi.Şah sarayında çoxlu keşişlər,diyakonlar(aşağı dərəcəli keşiş),dini kitab oxuyanlar,dini qiraətçilər var idi,onlar gecə və gündüz müqəddəslərə dua oxuyur və dini mərasimlər keçiridilər.İlkin orta əsr yazılı qaynaqların məlumatından bəlli olurki,tədqiq etdiyimiz dövrdə alban şahlarının sarayında onu qoruyan əsgərlər,hərbi hissələr var idi,şahlar isə əyanlar və zadəganlarla əhatə olunurdular.Şah sarayında həmçinin ritor-bəlağət müəllimi var idi.Şahlar həmçinin xüsusi möhürlərə və libaslara da malik idilər.Alban şahlarının sarayında həm də ədalətli hökmdar məhkəməsi fəaliyyət göstərirdi.İlkin orta əsrlərdə 2cür məhkəmə var idi:dini məhkəmə və hökmdar məhkəməsi.Dini məhkəmədə dini qanunları pozan kilsə xadimlərinin və dini borcalarını yerinə yetirməyənlərin işinə,iri feodal və başqa zümrələr arasında baş verən münaqişələrə baxılırdı.

İlkin orta əsr alban şahlarının çoxlarının adları bizə məlumdur,lakin onların bəzilərinin hökmranlıq işləri və fəaliyyəti mübahisəli və qaranlıqdır və özünün gələcək tədqiq və araşdırmalarını gözləyir.Bizə məlum olan dövrdə Albaniyada Arşakilər sülaləsi hökmranlıq edirdi.Onlar V əsrin ikinci yarsına qədər hökmranlıq etmişlər.İlkin orta əsr yazılı mənbələrin məlumatlarından aydın olurki,Arşakilər sülaləsindən 11 alban şahı hökmranlıq etmişdir.Tarixçi K.Qandzakesi və erməni tarixçisi Ayrivanesi bu sülalələdən olan şahların adlarının siyahısını qeyd etmişlər: I (Qoçaq) Vaçaqan,I Vaçe,Sanatürk,Urnayr,II Vaçaqan,Sarqvan,Sato,Asay Yesvagen,II Vaçe,III Mömin Vaçaqan.Alban şahlarından biri olan,lakin çox da məşhur olmayan şahı Asuagendir(Arsvaqen,Arsvaq).Bu şahın dövrü ölkə tarixində xüsusilə qeyd edilməlidir.Beləki,bu alban şahı haqqında da məlumatları Koryun,Asoqik,Vardan kimi tarixçilər verir.Bu şahın hakimiyyəti dövründə V əsrin əvvəllərində köhnə əlifba islah edilmiş,yeni alban yazısı yaradılmışdır.Maraqlısı budurki,alban şahı Asuagenin dövründə alban uşaqlarına yazı öyrətmək üçün ölkədə ilk alban məktəbi açır.Şah tərəfindən alban əlifbası qəbul edildikdən sonra,alban katalikosu İyemmiya tərəfindən dini kitablar,apostolların təlimi və digər kitabların alban dilinə tərcümə edilməsinə başlandı.Buna görə də onun fəaliyyəti xüsusişəkildə qeyd edilməli və daha da dərindən araşdırılmalıdır.İlkin orta əsr materillarından görünürki,ölkədə əlifbanın qəbul edilməsi,yazının tərtib olunmasından sonra ilkin orta əsrlərdə Albaniyada uşaqların bilik alması,dərs oxunması,savadlanması üçün məktəblər açıldı və onlar ölkədə mövcud idi.Bu yeni məktəblərdə ölkənin müxtəlif vilayətlərindən yığılmış uşaqlar qruplara bölünüb savad öyrənir və biliklərə yiyələnirdilər.Həmçinin onlar yeməklə təmin olunurdular və yeməklərinə dövlət tərəfindən pul verilirdi.

Beləliklə,Alban dövlətinin erkən orta əsrlər tarixinin bəzi məsələləri “Dövlət quruluşu və ictimai münasibətlər”bölməsində az da olsa müəllif tərəfindən işıqlandırılmışdır.Lakin müəllifin də qeyd etdiyi kimi,hələ də mübahisə doğuran və üstü açılmamış problemlər olduğu kimi qalır və onlar yeni –yeni araşdırma və tədqiqatlar tələb edir.

Nəticə

Beləliklə,yuxarıda da qeyd edildiyi kimi,Azərbaycan tarixinin ən parlaq səhifələrindənn birini təşkil edən Alban dövlətinin mövcudluğu,ilkin orta əsr yazılı qaynaqların məlumatlarının və tədqiqatçıların əsərlərinin araşdırılmasından da aydın olduğu kimi,Qafqaz Albaniyasının III-VII əsrlərdə ərazisi olduqca geniş olmuşdur.Albaniya şahlığının,dövlətinin ərazisi şimalda Böyük Qafqaz sıra dağlarının şimal ətəklərindən başlayaraq,cənuba Muğan və Mil düzənlikləri daxil olmaqla Kür-Araz çaylarının qovşağına qədər ölkənin ərazisi uzanırdı.Albaniya dövlətinin bəhs edilən dövrlərdə ərazisinin tərkibinə Uti,Arsax,Paytakaran və s. nahiyyələri,Cora,Lpiniya,Qardaman,Kambiçena,Sakaşen və digər vilayətlər daxil oldu.İlkin orta əsrlərdə Qafqazın və Qafqaz Albaniyasının əhalisinin tərkibində əvvəlki əsrlərdə olduğu kimi,qafqaz mənşəli,türk mənşəli,iran mənşəli komponentlər mövcud olmuşdur.

Yuxarıda tədqiq edilən dövrlərdə iqtisadiyyatın inkişafı və sosial-ictimai münasibətlər öz əksini tapmışdır.Albaniyada tədricən feodal münasibətlərinin,istehsal vsitələrinin inkişafı,məhsuldar qüvvələrinin və istehsal alətlərinin inkişafına təkan verdi.Bu da öz növbəsində iqtisadiyyatın bütün sahələrinin,o cümlədən sənəkarlığın daha da genişlənməsinə,inkişafına imkan və təkan verdi.

Yuxarıda eyni zamanda dövlət quruculuğu işləri,şah hakimiyyəti və digər məsələlərə də yer verilmişdir.Beləki tədqiqatlar göstərirki,Qafqaz Albaniyasında erkən dövlət və şah hakimiyyəti mövcud olmuşdur.Bu isə bəzi bədxah taixçilərin əsilsiz iddialarını puça çıxarır.



Azərbaycanın ən mötəbər tarixçiləri bu mövzuda,ümumən antik dövr tarixşünaslığı haqda araşdırmalar aparsalar da,bir sıra problemlər öz cavabını tapmamışdır.Lakin görülən işlər arasında həqiqətən də görkəmli tarixçi T.Məmmədovun işini hərtərəfli şəkildə uğurlu saymaq olar.

Ədəbiyyat

  • Azərbaycan tarixi-Bakı “Elm” 1993.səh 284

  • Azərbaycan tarixi ən qədim dövrdən XX əsrədək-Bakı “Azərnəşr” 1994,səh 687

  • Azərbaycan tarixi I-II cild –Bakı “Elm”1998,səh 474-549

  • Иби Хаухал-«Книга путей и государств» - Тифлис 1908.с 1-57

  • Moisey Kalankatuklu –“Alban tarixi”-müqəddimə,tərcümə,qeyd və şərhlər Z.Bünyadovundur.Bakı “Elm” 1993.

  • Cтрабон-«География» -1964.с 943

  • Kamil Əliyev –“Antik Qafqaz Albaniyası”səh 220-237

  • Fəridə Məmmədova “Alban tarixi-ilk orta əsrlər Albaniyasının ictimai quruluşuna dair məbə kimi” səh 123-167






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə