İxtisas: Amerikaşünaslıq Şöbə: Əyani Kurs: III qrup: 036




Yüklə 130.71 Kb.
tarix20.04.2016
ölçüsü130.71 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakültə: Tarix

İxtisas: Amerikaşünaslıq

Şöbə: Əyani

Kurs: III

Qrup: 036

Tələbə: Moon Lee

Kafedra: Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi

Mövzu: Trüdo erası-Xarici siyasətin əsas istiqamətləri

Kurs işi

Kafedra müdiri:M.Fətəliyev

Elmi rəhbər:dos.R.Hətəmov

Bakı 2013

Giriş

  • I Fəsil

Pier Elliot Trüdo- Trüdomaniyanın başlanğıcı və Kanada tarixindəki təkrar edilməz rolu ............................. 4-10

  • II Fəsil

Trüdo administrasiyası 1968-79-cu illərdə: Kanada-Sovet və Kanada-ABŞ münasibətləri ..................................11-20

  • III Fəsil

Trüdo administrasiyası 1980-84-cü illərdə:“Sülh naminə həmrəylik proqramı” və Trüdomaniyanın sonu ..................21-28

Nəticə ......................................29-30

  • Ədəbiyyat

Giriş

Müasir Kanada- yüksək şəkildə inkişaf etmiş,dünyanın ən qabaqcıl ölkələri sırasında adı çəkilən,aqrar sənaye ölkəsidir.Lakin Kanada məhz baş verən bir sıra proseslərin nəticəsində öz inkişafına nail ola bilmişdi.Bu inkişafa səbəb olan əsas amillər bunlar idi :



  1. Müharibədən sonrakı onillikdə təbii resursların artımı

  2. İmmiqrasiya səviyyəsinin yüksəlməsi

  3. Elmi-texniki inqilab

Kanadanın müasir vəziyyətinin – onun siyasi və iqtisadi durumunun,sosial-ictimai inkişafının,eləcə də beynəlxalq aləmdə özünə məxsus yer tutmasının əsas səbəblərindən biri də hökümət başçılarının yürütdüyü müvəffəqiyyətli siyasətdir.Atılan siyasi addımlar,qəbul olunan iqtisadi-siyasi qanunlar,beynəlxalq təşkilatlat ilə bağlanan saziş və müqavilələr,aparılan uğurlu xarici siyasət ölkəni günü-gündən inkişafa doğru aparmışdır.Qeyd edildiyi kimi,ölkənin baş nazirlərinin bu proqresdəki rolu danılmazdır.Lakin liberallar partiyasından olan siyasi xadimlər həm öz uğurları ilə həm də yürütdükləri siyasi xəttlə daha da göz önündə olmuşdular.Beləki Kanadanın daxili və xarici siyasətində mühüm rol oynamış,qəbul etdiyi qanun,qoşulduğu proqram və irəli sürdüyü təklifləri ilə seçilən Pier Elliot Trüdo da məhz bu siyasətçilərdəndir.Onun adını Kanada tarixində- “Trüdo erasi” və ya “Trüdomaniya” sözləri ilə eyniləşdirirlər.Beləki,1968-84-cu illər ərzində hakimiyyətdə qalmağı bacaran (təqribən 16 il) Trüdo ,Kanadanın ənuzunmüddətli hakimiyyət müddətinə mənsub baş nazirlərindən biri olmuşdur.Yeritdi siyasət Kanadanın müharibədən sonrakı tarixində sözün əsl mənasında dönüş yaratmışdır.

1970-ci illərin sonu 80-ci illərin əvvəlləri Kanada tarixində Pier Elliot Trüdo başda olmaqla Liberallar partiyasının hakimiyyəti kimi xarakterizə olunur.Burjuaziyanın nümayəndəsi olan bu parlaq şəxsiyyətin xüsusi istedadı və bacarığı liberallar partiyasına 1968,1972,1974,1980-ci illərdə ümumi federal seçkilərdə qələbə qazanmaq imkanı yaratdı.Liderliyi ələ alan burjua-liberal partiyasi 16 ildən artıq hakimiyyətdə qalmağı bacara bilmişdi.Lakin 1979-cu ilin mayından 80-ci ilin fevralına qədərki müddətdə,çox qısa bir zaman kəsiyində Cozef Klarkın başçılığı ilə mühafizəkarlar partiyası hakimiyyətdə olmağı bacarmışdır.Bəhs etdiyimiz illərdə (1968-84-cü illər) Kanada bir dövlət kimi müəyyən uğurlar əldə etməyi bacarmışdır.Bu illər ərzində Kanada əhalisində 21 mln-24 mln-a qədər artım müşahidə olunmuşdur.

Bu dövrdə daha dəqiq desək,1969-cu ildən 1977-ci ilə qədərki illərdə ümumi daxili məhsulun həcmi 79,8 mln-dan 207,7 mln-a qədər atmış və bu da Kanadanın kapitalist dünyasında VI yer tutmasına səbəb olmuşdur.Artıq Kanadanın dünya siyasətindəki rolu nəzərə çarpacaq dərəcədə artmış,ölkə ümumi beynəlxalq mühitdə öz yerini möhkəmləndirməyə nail ola bilmişdi.Lakin bütün bu illər həm də böyük böhranlardan,milli hərəkatın güclənməsi,parlamentdə fikir ayrılıqlarının yaşanması və administrasiyanın digər ölkələrlə anlaşmazlıq yaşaması kimi mənfi hallardan da yan keçməmişdir.Məhz bəhsi gedən illər həm də Kanada tarixində 1867-ci ildən bəri (konfederasiyanın yaranışından ) ölkənin üzləşdiyi ən təhlükəli dönəmlərdən biri kimi də qiymətləndirilir.Ölkədə bir sıra sosial-siyasi və iqtisadi böhranlar baş vermiş,xarici siyasətdəki krizislər(ABŞ ilə münasibətlər gərginləşməsi və s),Trüdo administrasiyasının qoşulduğu proqramlar və irəli sürdüyü təkliflər böyük ajataşla qarşılanmışdı.Antisovet qüvvələrinin fəallaşması, “Soyuq müharibə”-nin bir sıra məsələlərin qəbulunda öz sözünü deməsi,hakim dairələrin fikir ayrılığına düşməsi,hökümətin qəbul etdiyi qanunların və imzaladığı sazişlərin mənfi qarşılanması,mühafizəkarların fəallığı,anqlokanadalıların etirazı, ictimai rəyin Trüdo administrasiyasının yeritdiyi siyasətə qarşı çevrilməsi bu böhranların daha da dərinləşməsinə təsir göstərən amillərə çevrilmişdir.Lakin bütün bu mənfi zəmində baş vermiş hadisələrə baxmayaraq Trüdo hakimiyyəti həm ölkə tarixində həm də kanadalıların yaddaşında silinməz izlər buraxa bilmişdi.1

Əlbəttə ki,işin əsas mövzusu qeyd edildiyi kimi, Kanadanın XV baş nazirinin yürütdüyü xarici siyasət,irəli sürdüyü yenilik və təkliflər, bu baxımdan əldə etdiyi uğurların öyrənilməsinə həsr olunub.Mövzu həm beynəlxalq siyasi aləmdə həm də ölkə tarixində öz aktuallığı ilə seçilir.Trüdomaniyanın tədqiq edilməsi və Pier Trüdonun siyasətinin dərindən araşdırılması bir sıra frankokanadalı,həmçinin ingilis tarixçilərinin kitablarında öz yerini tapmışdır.Ümumiyyətlə bu işin əsas məqsədi Kanada tarixində öz təkrar edilməz rolu ilə seçilən, tənqidçilər və eyni zamanda tarixçilər tərəfindən “İmperator nazir” kimi qiymətləndirilən Kanadanın XV baş naziri Pier Elliot Trüdonun ölkənin xeyrinə irəli sürdüyü xarici siyasi xətti araşdırmaq,eləcə də onun bir siyasi xadim kimi ölkə tarixində ilk dəfə irəli sürdüyü yenilikləri dərindən öyrənməkdir.Beləliklə,biz kanadalıların dili ilə desək,“Trüdo erası” üzrə aparılan araşdırmalardan doğan nəticələri təqdim edirik.



I Fəsil

Pier Elliot Trüdo-Trüdomaniyanın başlanğıcı və Kanada tarixindəki təkrar edilməz rolu

Kanada tarixində “Trüdo erası”-nın başlanması liberalların 1968-ci il seçkilərində qələbə çalması nəticəsində mümkün olmuşdur.1968- ci ilin seçki kompaniyası çox gərgin daxili-siyasi şəraitdə keçirdi.Bunun əsas səbəbi isə Pirson hökümətində baş verən daxili böhranlar idi.Beləki,1966-168-ci illərdə ümumi daxili məhsulun həcmi 3 dəfə azalmış,infliyasiya artmış,işsizlərin sayında yüksəlmələr müşahidə olunmağa başlamışdı.Bir sözlə ölkəni tətil dalğası bürümüşdü.Pirson hüküməti vergi artırma siyasəti yürüdürdü və bu da tez bir zamanda öz nəticəsini verdi. Beləliklə,əgər 1965-ci ildə büdcəyə daxil olan gəlirlər 26,4% təşkil edirdisə,1968-ci ildə,Pirsonun yürütdüyü siyasət nəticəsində 35%-ə qədər yüksələ bilmişdi.2Məhz bəhs olunan dövrdə də kooperasiyalar üzərinə qoyulan vergilər azaldılmış və nəticə etibari ilə büdcə kəsri xroniki şəkildə davam etməyə başlamışdı.Bu proseslər Kanadanın uzun illərdən bəri hökm sürən kapitalist iqtisadiyyatının mexanizmini pozmuşdu.Hətta inflasiyanın və işsizlərin sayının kəskin şəkildə artması özünü açıq-aşkar şəkildə büruzə verməyə başlamışdı.Beləliklə,xalq iqtisadi sahədə yeni kurs,yeni yanaşmalar tələb etməyə başlamışdı.Hətta baxmayaraqki,Pirson höküməti Kanada parlamentinin icmalar palatasında aazlıq təşkil edirdi,lakin o,mövcud siyasi kursu dəyişmək fikrində deyildi.

Hakimiyyətdə olan partiyanın ölkədə yaranmış olan siyasi mövqeyi getdikcə gərginləşməyə başlamışdı.Kvebekdəki qeyri-sabitlik,artan sosial narazılıqlar,tələb olunan və gözlənilən dəyişikliklər qeyri-sabit sosial-siyasi şəraitin göstəricisi idi.Pirson höküməti səsverənlər,seçicilər baxımından Liberallar partiyasının qarşısında duran məsələləri həll edə,kanadalıların istəklərini təmin edə bilmirdi.Bununla belə,yenə də hökümət 50-ci illərdə hökm sürən sabitliyi geri qaytara bilmirdi.Bu qeyri-sabit daxili şərait Kandanın mötəbər iş adamlarını da qıcıqlandırmağa başlamışdı.Artıq liberallar partiyasından mövcud şəraitdən çıxış yolları axtarması üçün yeni siyasi obraz ortaya çıxarması tələb olunurdu.Məhz bəhs olunan siyasi obraz öz qeyri-adiliyi ilə seçilən ,Monrealdan olan liberal Pier Elliot Trüdo idi.Onun gənc ruhu,fərqli düşüncə,xəyal gücü,şarmı,rasionalist baxışı partiyaya yeni nəfəs gətirdi.

1919-cu ilin 18 oktyabrında Monrealda varlı bir fransız-şotland ailəsində doğulan Trüdo,buradaca ilk təhsilini almışdı.O,frankokanadalı olduğundan,Monrealda artıq uzun illərdən bəridir fəaliyyət göstərən və ancaq elit təbəqədən şagirdlərin qəbul olunduğu Jan de Breöf adlı yezuit hazırlıq məktəbində təhsil almışdır.Daha sonra Monreal Dövlət Universitetinə daxil olaraq,1943-cu ildə buranı hüquqşünas diplomu ilə bitirmişdir.O,1951-1961-ci illər ərzində vətəndaş hüquqlarının qorunması üzrə bir müddət vəkil olaraq çalışmış,bununla da öz karyerasında dönüş yaratmışdır.1963-cu illərdə liberallar partiyasının başlatdığı “Yeni dalğa” adlı siyasi kursunu dəstəkləyənlərdən biri olmuş,eyni zamanda isə Pirson hökümətində Ədliyyə naziri və baş prokror vəzifəsində (1966-ci il) çalışmışdır.1967-ci ildə ölkənin Ədliyyə naziri olaraq Afrika ölkələrinin bir çoxuna səfərlər etmiş,haqqları dəfələrlə tapdalanan afrokanadalıların hüquqlarının müdafiəçisi rolunda çıxış etmişdir.Onun parlaq şəxsiyyəti,yeni ideyaları,ölkənin daxili siyasətini yenidən formalaşdırmaq təklifləri Trüdonu partiyanın ən məşhur 20 namizədindən birinə çevirmişdir.Trüdonun yüksək təhsili,mahir bir polemikaçı və publisist kimi istedadı onu Pirsonun ətrafında olanlardan və eyni zamanda liberllar partiyasının digər üzvlərindən fərqləndirirdi.Nəhayət,O,1968-ci ilin aprel ayında partiya lideri kürsüsündə əyləşmək imkanını qazandı.3

Partiya lideri kimi artıq Trüdo hakimiyyətdə olan Pirson hökümətini açıq-aşkar şəkildə tənqid etmək şansını qazanmışdı.O,Kvebekdə hökm sürən köhnə

nasionalizm(milliyyətçilik) ideyasının tənqidçisi və islahatların,baş verəcək reformların tərəfdaşı kimi çıxış edirdi.Eyni zamanda Trüdo,frankokanadalı idi və bu da Kvebekdə yüksəlməkdə olan milli-demokratik hərəkat üçün çox böyük bir əhəmiyyət kəsb edirdi.Onun biznes adamlarından və sosial hərəkatdan heç bir asılılığının olmadığı hər kəsə məlum məsələ idi.Lakin bu yenə də az idi.Çünki liberallar partiyasının lideri kimi ona daha da artıq məşhurluq lazım idi.Bu məşhurluq,yəni,onun əhali tərəfindən tanınması və yetəri qədər seçilməsi,xalqa yaxın olması məsələsi isə monopoliyalar tərəfindən ayrılan maliyyə dəstəyi və Kütləvi İnformasiya Vasitələri (KİV) tərəfindən həyata keçirilən təbliğatlar nəticəsində mümkün olmuşdur.Beləliklə bütün bulnar məşhur “Trüdomaniya” anlayışının yaranmasına səbəb oldu.Nəhayət,Trüdonun şəxsi nüfuzunun yüksəlməsi üçün xalqa vəd etdiyi və reallaşması yaxın gələcəkdə baş tutacaq yeni siyasi kursun əsas istiqamətlərinin yer aldığı, mükəmməl şəkildə hazırlanmış seçki qabağı platformaya ehtiyac duyulurdu.Belə bir platforma partiya üzvləri tərəfindən artıq hazırlanmışdı.Bu platforma özündə bir sıra vədləri,təklifləri ən əsası da yeni kursun əsas istiqamətlərini özündə birləşdirirdi.Trüdonun seçki qabağı platformasında mövcud olan əsas bəndlər aşağıdakılardan ibarətdir:



  • Konfederasiyada yaranmış daxili–siyasi böhranın həlli üçün yeni yollar axtarmaq;

  • Sənaye sabitliyini təmin etməyə nail olmaq;

  • Ölkə iqtisadiyyatını yenidən qurmaq və gücləndirmək;

  • Şəhərdə baş verən ictimai narazılığı aradan qaldırmaq və ictimai rəyi administrasiyanın xeyrinə dəyişmək;

  • Xarici siyasətin əsas istiqamətlərini nəzərdən keçirmək.4

Bütün bunlar-göstərilən təkliflər,keçiriləcək islahatlar və atılacaq yeni siyasi addımlar Trüdonun yeni siyasi kursunu əks etdirməyə başlamışdı.Seçki qabağı platformada da qeyd edildiyi kimi,yeni siyasi kurs “Ədalətli cəmiyyətin qurulması və milli bütövlüyün təmin edilməsi” şüarı altında birləşirdi.Çoxları xüsüsilə də,gənc təbəqə bu çağırışları müsbət qarşıladı.

Trüdomaniya və onun yaratdığı mistik siyasi atmosfer,uğurlu platforma və peşəkar şəkildə təşkil olunmuş seçki qabağı platforma 1968-ci ilin 25 iyununda keçirilən ümumi seçkilərdə öz təsdiqini tapdı.Bu seçkilərdə liberallar partiyası parlamentdə 265 yerdən 154-ü qazandığı halda,mühafizəkarlar isə 72 yerlə nəticələnən məğlubiyyətlə barışmalı oldular.Yeni demokratik partiya Kvebekdə olan kredistlərini 14-ə çatdıraraq,23 yer artırmağa müvəffəq oldu.Bu yolla Trüdo icmalar palatasındakı çoxluğa arxalanaraq,öz hökümətini qurmağa nail ola bildi.Bununla da yeni siyasi kursun həyata keçirilməsinə başlanıldı.

Baş nazir hakimiyyətə gələr-gəlməz milli bütövlük və milli şüurun formalaşması zəmnindəki problemi ön plana çəkərək,onu vacib məsələ halına gətirdi.Yuxarıda qeyd edildiyi kimi,seçkiqabağı kompaniyada liberallar partiyası bir-birini əvəz edən kompleks tədbirlər planı həyata keçirməyə söz vermişdilər ki,bu da “frankokanadalılar” məsələsinin yumşaldılmasına kömək edəcəkdi.Lakin problemlər bununla da bitmirdi,əsas məsələ 1969-cu ildə rəsmi dil haqqında qanunun qəbul edilməsi idi.Beləki,bu qanunun qəbul olunması Trüdo hökümətinin həll olunması çətin məsələlərdən birini-frankokanadalıların dövlət dairələrində işləməsi problemini uğurla həll etməsinə də yardımçı oldu.1969-cu il qanunu həm dövlət dairələrində,həm də ikinci dildə danışan əhalinin (ümumi əhalinin 10%-i) üstünlük təşkil etdiyibölgə və əyalətlərdə ingilis-fransız dilinin bərabərliyini təmin elədi.Qanunda da qeyd edildiyi kimi,dövlət məmurları da öz növbəsində məcburi şəkildə fransız dilini öyrənməli və dövlət tərəfindən təsis edilən kurslara getməli idilər.Lakin qanun hökümətin gözlədiyi nəticə vermədi və qlobal problem halına çevrildi.Məsələ o deyiliydi ki,dövlət məmurları fransız dilinin məcburi öyrənilməsi prinsiplərini pozurdular,həm də qərb bölgələrinin hakim dairələri bu qanun əleyhinə açıq-aşkar şəkildə çıxış edirdilər.Lakin hökümətin qəbul etdiyi bu program əsas məsələdən yan keçirdi-frankokanadalıların bərabərliyi.Trüdo və nazirlər kabinetinin digər üzvləri bir fikirlə çıxış edirdilər ki,millət dövlətin bütövlüyünün əsas göstəricidir və “bir millət,bir dövlət”prinsipi ilə məsələ yanaşmaq lazımdır.Trüdo administrasiyasının qarşısında duran digər dövlətəhəmiyyətli məsələ isə ölkənin regional şəkildə inkişafına maneə törədən təsirləri aradan qaldırması idi.Bu səbəbdən də Trüdo ilə eyni fikirdə olan Marşalın başçılığı ilə Regional İqtisadi İnkişaf Nazirliyi yaradıldı.Xərclənən bütün maliyyə vəsaiti Kvebekdəki tədbirlər üçün ayrılmışdı.Lakin bu da heç nəyə kömək etmədi və nəticədə məşhur “oktyabr krizisi” başladı.5

70-ci illərdə Kanda konfederasiyasındakı böhran güclənməyə başlamışdı ki,bu da onun xarici siyasətinə təsir göstərməsinə çərait yaradırdı.1971-ci ilin avqustunda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi,ABŞ-da olan Nikson hökümətinin bu məsələyə protektsionist yanaşması uzun illərdən bəri sürən ABŞ-Kanada münasibətlərini pisləşdirdi.Kanadanın öz müqəddəratını təyin etməsi məsələsi “sual altında” qaldı.

Baş verən bir sıra uğursuzluqlar administrasiyanı ruhdan salmış,işsizlik problemi həll olunmamış,əksinə işsiz əhalinin sayı 200.000 olaraq artmış və bu da 1972-ci il seçkilərində öz təsdiqini bir daha tapmışdı.Liberllar yalnizca 2 yer fərqi ilə mühafizəkarlara qalib gələ bilmişdilər.(109-un 107-ə).Lakin bütün bunlara baxmayaraq Kanada əhalisi Trüdomaniya –nın gücünə inanırdı və “Ədalətli cəmiyyət”-in formalaşması məhdudlaşsa da,özünü bəzi mövzularda bir qədər doğrultmasa da,onun reallaşacağı və əvvəl-axır Kandanın nəinki daxili,həmçinin xarici siyasətdə də yeni-yeni uğurlar əldə edəcəyinə ümid edirdi.6

II Fəsil

Trüdo administrasiyası 1968-79-cu illərdə:Kanada-Sovet və Kanada-ABŞ münasibətləri

Yeni administrasiyasının 1968-ci ildə Ottavaya gəlişindən sonra artıq xarici siyasi vəziyyətə yeni baxış formalaşmış,mövcud beynəlxalq-siyasi mühiti nəzərdən keçirilməsi prosesinə başlanılmışdı.Xarici siyasətə yenidən baxışın əsas təşəbbüskarlarından biri də baş nazir Pier Trüdo idi.Yeni hökümət tərəfindən aparılan araşdırmaların nəticəsi 1970-ci ilin 25 iyununda parlamentə 6 hissədən ibarət “Kanadalılar üçün xarici siyasət” adlı Ağ Kitab qismində təqdim olundu.Bu kitabda Kanadanın xarici siyasətinin əsas məqsədləri,Latın Amerikası və Avropa ölkələri ilə münasibətlər,Sakit okean hövzəsi və beynəlxalq təşkilatlarda Kanadanın rolu kimi məsələlər öz əksini tapmışdı.Sənəd ölkə tarixində ilk dəfə olaraq Kanadanın müxtəlif region və ölkələr ilə yürütdüyü xarici siyasətinin əsas istiqamətlərini sistemli şəkildə təqdim edirdi.Çox maraqlıdır ki,bu sənəddə Amerika-Kanada münasibətləri ilə bağlı xüsusi bir bölmə yox idi və adı çəkilən məsələ daha sonra nəinki hakim dairələrdə,hətta adminstrasiyanın özündə belə fikir ayrılıqlarının yaranmasına gətirib çıxarmışdı.Hətta L.Pirson hökümətinin diqqət ayırdığı bəzi xarici siyasi məsələlər (məs.Kanadanın beynəlxalq vasitəçilikdə rolu,sülhün mühafizə edilməsi məqsədi ilə onun Birləşmiş Millətlər Təşkilatındakı bir sıra əməliyyatlarda iştirakı) bu sənəddə diqqətdən kənarda qalmış,hətta demək olarki,çox az şəkildə vurğulanmışdır.Sənəddə həmçinin Kanadanın xarici siyasətdə qarşısında duran əsas öhdəliklər,Kanada burjuzaiyasının heç bir tələbə cavab verməyən maraqlarından ölkəni tez bir zamanda azad etmək cəhdləri,Soyuq müharibənin Kanadada yaratdığı təsiri azaltmaq və Kanada kapitalının beynəlxalq mühitdəki rolunu möhkəmləndirmək kimi məsələlər də öz əksini tapmışdı.Məhz bu qəbildən olan məsələlərin həll tapması üçün hazırlanmış digər sənəddə 1971-ci ilin avqust ayında parlamentə təqdim edilmişdir.Sözü gedən sənəd “70-ci illərin müdafiəsi” adlanırdı.7 Eyni zamanda hazırlanmış bu sənəd də Trüdo tərəfindən Ağ Kitaba daxil edilmişdi.“70-ci illərin müdafiəsi” adlandırılan bu sənəddə əsas yer tutan məsələlərdən biri Kanadaya məxsus ərazilərin müdafiəsi probleminin ön plana çəkilməsi və Kanadanın hərbi təşkilat NATO-dakı roluna yenidən baxışın təşkil edilməsi idi.Baxmayaraqki,artıq ənənəvi hal almış ABŞ-Kanada münasibətləri ölkənin xarici siyaətində mühüm rol tuturdu,lakin bəlkə də Kanada tarixində ilk dəfə idi ki,hətta parlamentə təqdim edilən bu sənəddə də ABŞ-la münasibətlər öz əskini yetəri qədər tapmamışdı.Nəinki Kanadanın hakim dairələrindəki fikir ayrılıqları,eyni zamanda ABŞ tərəfindən Kanadanın mövcud vəziyyətinə olan təsirlər Trüdonu məcbur etmişdi ki,hər iki ölkə arasında yaranmış beynəlxalq münasibətlərə “qeyri-rəsmi proqram”adı altında yeni baxış təyin etsin.Beləliklə,məşhur “Üçüncü alternativ” məsələsi ortaya çıxdı: “İqtisadiyyat,Siyasət,İdeologiya”.

Xalqın inam bəslədiyi və ölkədə səs-küy doğuran 197-ci il seçkiləri ərəfəsində Kanadanın rəsmi jurnallarının birində Xarici İşlər Naziri M.Şarpın imzasını daşıyan “Kanada-ABŞ münasibətləri:gələcəyə dair alternativlər”başlığı adı altında məqalə çap olunmuşdu.Bu məqalədə cənab Şarp Kanadanın gələcəyə dair xarici siyasətindəki 3 əsas istiqaməti vurğulamışdı :


  1. Hal-hazırki mövcud Kanda-ABŞ münasibətlərinin qorunub-saxlanılması;

  2. Gələcəkdə bu münasibətlərin daha da möhkəmləndirilməsi;

  3. Uzunmüddətli inkişaf strategiyasına nail olmaq və nəinki Kanadanın iqtisadiyyatını möhkəmləndirmək,həmçinin ölkənin digər sahələrinə təsir göstərən xarici faktorları azaltmaq.(O,bu məsələdə ABŞ-ın təsir gücünü xüsusilə qeyd edirdi)8

Əlbəttəki,belə bir məqalənin işıq üzü görməsi həm Trüdo,həm də dövlətin hakim dairələri üçün problemsiz ötüşməmişdi.Məqalədə qeyd edilən bu “Üç alternativ” eyni zamanda hökümətin qəbul etdiyi yeni siyasi xətti bir daha təsdiqliyirdi.

ABŞ ilə münasibətlərdə yeni siyasi kursun qəbul edilməsi özündə bir sıra cəhətləri birləşdirirdi:Kanadanın xarici siyasi əlaqələrinin müxtəlifləşdirilməsi(diversifikasiya),ABŞ-ın Kanadadakı təsir gücünü azaltmaqla,Qərbi Avropa,Yaponiya,eləcə də sosialist ölkələri daxil olmaqla digər dövlətlərlə əlaqələrin inkişafına nail olmaq.Eyni vaxtda ölkədə daxili vəziyyət gərginləşməyə doğru gedirdi.Kanadanın müstəqilliyi,suverenliyi uğrunda başlayan və özündə nəinki işçiləri,həm də bir sıra partiya nümayəndələrini və burjuaziyanın ən mötəbər şəxslərini cəmləşdirən ümümxalq hərəkatı da genişlənməyə başlamışdı.Həm də Kanadanın ABŞ ilə olan iqtisadi münasibətləri ümüdləri doğrultmurdu və münasibətlər getdikcə pisləşməyə doğru gedirdi.Xüsusilə də bu hal 1971-ci ilin avqustunda ABŞ-da Kanada ixracına qarşı ayrıseçkilik xarakterli tədbirlərin yaranmasından sonra ağırlaşmışdı.Vəziyyətin gərginləşməsinə təsir göstərən amillərdən biri də Kanadanın milli burjuaziya qrupları ilə amerika kapitalı arasında ziddiyyətlərin və qarşıdurmaların artması idi.Əlbəttə ki,bu məsələdə Pier Trüdonun subyektiv fikrini gözardı eləmək düzgün olmazdı.O və yaxın əməkdaşları,daha doğrusu administrasiyanın yerdə qalan digər üzvləri bundan öncəki liberal hökümətlərində əsas meyar kimi götürülən müstəqil şəkildə xarici siyasət yürütməyin tərəfdarı idi.Bu siyasət,həm də “iqtisadi milliyyətçilik” xəttini dəstəkləyən hökümət təmsilçilərinin atdığı mötəbər addımların və Amerika kapitalının ölkə inkişafındakı təsirini azaltmaq cəhdlərinin bir növ təsdiqi idi.Məhz bəhs edilən dövrdən etibarən liberallar partiyasında fəaliiyət göstərən kontinentalizm siyasətinin tərəfdarları sıxşdırılmağa başlandı.Bu da partiya daxili anlaşmazlıqların ortaya çıxmasına səbəb oldu.

Maraqlısı burasındadır ki,70-ci illərdə mühafizəkarlar partiyasındakı hadisələr tamamilə əks yönümdə baş verirdi.Sanki partiyalar uzunillərdirki sürən ABŞ –Kanada münasibətlərində tutduqları mövqeyi dəyişməyə başlamışdılar.Bəhs olunan illər Kanada tarixində öz rəngarəngliyi ilə seçilir.Beləki 70-ci illərin I yarısında Kanada siyasəti öz fəallığı ilə seçilməyə başlamış,müstəqil şəkildə xarici siyasət yürütdüyünü beynəlxalq aləmə elan etməyə başlamışdı.1970-ci illərin əvvəllərində Kanada höküməti Vaşinqtonda baş verən aqressiv aksiyalara və Cənub-Şərqi Asiyadakı proseslərə (Xüsusilə də,Laosun tutulması və Viyetnam Respublikasının bombardıman edilməsi) bir növ “təəssüf” ilə yanaşırdı.Kanadanın özündə ABŞ-ın Viyetnamda yeritdiyi avantürist siyasətinə qarşı kütləvi hərəkat başlamış və nəticə etibari ilə Trüdo administrasiyası bu hadisəyə görə ABŞ höküməti önündə hesabat vermək məcburiyyətində qalmışdır.Baxamıyaraqki,Trüdo hökümətinin Nikson administrasiyası ilə Viyetnam müharibəsinə dair olan siyasi fikirləri üst-üstə düşmürdü,lakin xatırlatmaq gərəkdirki,məhz elə bütün etirazları gözardı edən Trüdo höküməti Viyetnam müharibəsi dövründə ABŞ-ı silah-sursat və milyon dollarlar məbləğində ərzaq ehtiyatı ilə təmin edirdi.Həmçinin Kanada ABŞ-ın Kuba ilə olan diplomatik münasibətlərinin də pozulmasını dəstəkləmirdi.Hətta Trüdo höküməti ABŞ-ın əksinə olaraq 1970-ci ilin oktyabrında Çin Xalq Respublikası ilə diplomatik münasibətlər yaratmağa müvəffəq ola bilmişdi.Kanadanın artıq müstəqil xarici siyasət yeritməsinin bir təsdiqi olaraq,hökümət xarici siyasət sahəsində yeni və səs-küy doğuran bir addım atdı.9 Beləki,Trüdo inadkarcasına,hələ ondan öncəki liberalların-L.Pirsonun hakimiyyəti dövründə (1964-cü ildə) ABŞ-dan Kanadaya gətirilən və ölkə ərazisində yerləşdirilən nüvə başlıqlarının ölkədən çıxarılmasını tələb edirdi.Hətta bu səbəbdən o,3 il müddətinə hərbi tələbat və hazırlıq üçün ayrılan gəlirlərin bir qismini dondurmuşdu.Nəticə də,ABŞ höküməti nüvə başlıqlarını ölkə ərazisindən çıxarmaq məcburiyyətində qaldı.

Kanada höküməti Avropa İqtisadi Birliyi ilə sürən uzunmüddətli danışıqlardan sonra azad ticarət və əməkdaşlığa dair ortaq razılığa gəldiki,bu da Kanadanı gələcəkdə İqtisadi Birliyin müstəqil üzvü etməyə qadir idi.Eyni zamanda ölkə Avropa Birliyinin təhlükəsizlik və əməkdaşlığa dair iclaslarında fəal iştirak edirdi.Bu konfransların bir çoxunda demək olarki,Kanada ilə NATO ölkələrinin bir qisminin yekun qərarı üst-üstə düşürdü.Əməkdaşlıq haqda bağlanan sazişi Trüdo özü Kanadanın Avropa ölkələri ilə olan münasibətlərinin inkişafında bir təkan kimi qiymətləndirirdi.Btün bunların nəticəsi olaraq statistik göstəricilərə əsasən 70-ci illərdə Yaponiya B.Britaniyanın Kanada il olan xarici ticarətinindəki rolunu azaltmış,onu sıxışdırıb çıxararaq,2-ci yeri tuta bilmişdi.10 1976-ci ildə isə Kanada ilə Yaponiya höküməti arasında ikitərəfli ticarət müqaviləsi imzalanmışdırki,bu da münasibətlərin inkişafa doğru olduğunun bir daha isbatı idi.

Kanada kapitalının həmçinin Latın Amerikası,Afrika və Asiya ölkələrində də xüsusi marağı var idi.Hökümət Amerika Ölkələri Təşkilatına (AÖT) üzv olmamaqla,azad şəkildə yeritdiyi xarici siyasətini təmin etdiyini düşünür və bu mövqeyi daha da əlverişli hesab edirdi.Lakin Kanadanın Çili Respublikasında baş verən Rinoçet qalmaqalına olan marağı və çağırışlara dəstək çıxması,bu azad müşahidəçi statusunu param-parça etdi.Eyni zamanda hökümət Asiyada və Kanadanın şərq ucqarlarında ABŞ-ın siyasətini izləməməyə davam edir,SEATO,ANZYUS və ASEAN kimi hərbi siyasi bloklara qoşulmurdu.

70-ci illərdə Kanada hökümətinin xarici siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri administraiyasının ölkə kapitalının xarici ticarətdəki fəaliyyətinin inkişafı ilə yaxından maraqlanması idi.İnkişaf etmiş ölkələrin də dəstəyi ilə,Kanadanın müxtəlif programlarda iştirakı hökümətin beynəlxalq mühüti öz xeyrinə yaxşılaşdırması yolu ilə həmin ölkələrin bazar iqtisadiyyatına daxil edilməsi şərtlərinin gücləndirilməsi kimi izah olunurdu.

70-ci illərdə Kanada-ABŞ münasibətlərinin ağırlaşmasının əsas səbəblərindən biri də beynəlxalq mühitdə baş verən problemlərə ikili yanaşmanın mövcüd olmasi idi.Bu qarşıdrumaların və ikili yanaşmaların əsasında iqtisadi maraqlar dururdu.Lakin heç bir problem “turş yağışlar” qədər kəskin və şiddətli olmamışdır.Beləki,Amerika-Kanada münasibətlərində yaşanan ən kəskin problemlərdən olan “turş yağışlar” 1970-ci ildə ABŞ-da qəbul edilmiş qərarın əks nəticəsi olaraq baş vermişdi.Bu qərara əsasən atmosferin çirklənməsinin qarşısını almaq məqsədi ilə sənaye və energetika zavodlarında 250 metr hündürlüyündə borular inşa edilməyə başlamışdı.Bu vəziyyət ən negativ şəkildə qonşu Kanadaya təsir göstərməyə başladı,beləki,boruların tikintisi hər il müddətində Kanadaya 4 mln-dan artıq kükürd dioksidinin daxil edilməsi ilə nəticələndi.Bunun nəticəsində ölkə ərazisində turş yağışlar yağmağa başlamış,ölkədəki müxtəlif hövzələrin çirklənməsi atmosferin kəskin şəkildə dəyişməsi ilə nəticələndi.Bu da həmişə saf təbiəti ilə qürrələnən ölkənin milli ekoloji problemi kimi getdikcə böyüməyə başlamışdı.Lakin bu da hələ son deyildi.Beləki münasibətlərin kəskinləşməsinə təsir göstərn əsas amillərdən biri də yuxarıda qeyd edilən 1970-ci il qanunu idi.Qanunun 2-ci hissəsində deyildiyi kimi,ABŞ yaxınlıqda yerləşən arktik dənizlərin çirklənməsinin qarşısını almaq məqsədi ilə sahilboyu 100 mil uzunluqda əraziyə sahib olan Kanada üzərində milli dövlət nəzarəti yaratmışdı.Bu hal Trüdo administrasiyasını narahat etməyə bilməzdi.Nəticədə,Trüdo höküməti bu qanuna kəskin bir şəkildə qarşılıq vermişdi.Kanadanın əsas tələbi ABŞ-ın öz neftini artıq dəniz yolu ilə Alyaskanın şimal ərazilərindən şimal-qərbi keçidi istifadə edərək,şərq sahillərinə nəql etməsi idi.Bu tələb ABŞ ilə köhnə problemlərin yenidən üzə çıxmasına səbəb oldu(balıqçılq üzrə hövzələrin təyin edilməsi,su məkanının bölüşdürülməsi və s)

Eyni zamanda ABŞ inhisarlarının narazılığı artmağa başlamış və bu da Trüdo hökümətini Kanada iqtisadiyyatında günü-gündən nəzarətsiz şəkildə inkişaf edən ABŞ kapitalını məhdudlaşdırmaq üçün bir sıra tədbirlərə əl atmağa vadar etmişdi.Bu tədbirlər sırasına 1971-ci ildə Kanada kooperasiyasının və ardınca 1975-ci ildə Xarici İnvestisiyaların Yoxlanışı Üzrə Agentliyin (XİMA) yaradılması idi.Artıq 1975-ci ildə yaradılmış olan neft-qaz kompaniyası Petro-Kanada Trüdo hökümətinin yeni enrerji siyasətinin bir nəticəsi idi.Hətta 1976-ci ildə Kanada ABŞ-ın burada buraxdığı bir sıra qəzet və jurnalları maliyyə yardımından məhrum etmişdi.(məs.“Time”,“Readers Diget” jurnalı və s.).11 Bütün bunlar Kanada hökümətinin ABŞ tərəfindən həyata keçirilən bir sıra tədbirlərinə cavab idi.

70-ci illərin I yarısında yaranmış beynəlxalq siyasi şərait Kanadanın öz milli maraqlarından çıxış edərək,müstəqil şəkildə xarici siyasət yürütməsinə imkan yaradırdı.Kanadanın xarici siyasəti üçün bu bir yenilik idi.Beləki,xarici siyasətdə baş verən bu yeniliyi onun beynəlxalq aləmdə olan nüfuzunu qaldırması üçün müsbət bir təkan kimi qiymətləndirsək də,qeyd etmək lazımdırki,bu yeni təkan yenə də Kanadanən ABŞ kapitalından və kənd təsərrüfatı sahələrindən olan asılılığından kənara çıxa bilmirdi.Kanadanın siyasi fəaliyyətinə təsir göstərən bir sıra neqativ hallar da yaşanırdı.Misal olaraq,təsiredici əsas amillərdən biri KİV(Kütləvi İnformasiya Vasitələri) tərəfindən məlumatlandırılmış əhalinin rəyi,ABŞ höküməti tərəfindən burada yaradılan agentliklərin və eyni zamanda kontinentalizm siyasi fikrinin tərəfdaşlarının gücü idi.Lakin ən böyük amil baş verən böhranın ağır nəticələri olmuşdur.

70-ci illərin ikinci yarısında ,yəni 1974-75 ci illərdə Kanadada baş verən iqtisadi böhran ölkəni dəridən sarsmışdı.Beləki,baş verən böhran bir daha Kanadanın ABŞ iqtisadiyyatından olan asılılığını göstərirdi.Böhran Trüdo administrasiyasının xarici siyasi fəaliyyətinə də dərindən təsir göstərmiş,siyasi kursun deformasiyasına gətirib çıxarmışdı.Bu zaman vaxtı ilə irəli sürülən “Üçüncü alternativ” xəttinin də taleyi həll olunmuş oldu və tezliklə unuduldu.

ABŞ tərəfindən Kanada hökümətinə qarşı yaradılmış olan bu “soyuq müharibə”,əslində keçmişə dönüş demək idi,və bu dönüş də ikitərəfli münasibətlərin kəskinliyini aradan qaldırmasa da,yumşalmasına şərait yaratmışdı.Həmçinin Kanada hökümətinin atdığı bu addım kontinentalizm xəttinin tərəfdaşlarına da yeni təkan vermişdi.

Ümumiyyətlə,Kanada tarixində baş nazir Trüdonun hakimiyyəti nəinki,ABŞ ilə münasibətlərin son həddə çatması və kəskinləşməsi eyni zamanda Sovetlər ilə münasibətlərin yaxşılaşması kimi qiymətləndirilir.70-ci illərin əvvəllərində Trüdo administrasiyası Sovet-Kanada münasibətlərində dönüş yaratmağa nail ola bildi.Bu Kanadanın ümumi siyasətinin bir hissəsi olan xarici siyasi kursun öz məhsuldarlığını göstərməsi idi.Lakin hökümət adamları Kanadanın hakim dairələrində SSRİ-ə qarşı yaranmış neqativ baxışın aradan qaldırılması üçün siyasi uzaqgörənlik və yeni manevrlər tələb edirdilər.Bu yeni siyasi yanaşma öz nəticəsi 1971-ci müqaviləsində göstərdi.1971-ci ilin yanvarında Kanada ilə SSRİ arasında elmi-texniki sənayenin inkişafı üzrə əməkdaşlıq sazişi imzalandı.Trüdonun 1971-ci ilin 17-28 may tarixlərində SSRİ-ə rəsmi səfəri həm iki ölkə arasında mehriban qonşuluq siyasətinin inkişafına.həm də ikitərəfli maraqların gücləndirilməsinə şərait yaratdı.Həmin səfərin 2-ci günündə (19 may tarixi) bağlanan protokola əsasən,beynəlxalq sövdələşmələrdə hər iki ölkənin marağı əsas götürülmüşdü.1971-ci ilin 20 oktyabr tarixində isə hər iki ölkə arasında elm,texnika,təhsil və mədəniyyət sahələri üzrə mübadilə üçün ümumi razılıq əldə edilmiş və bu sahələr üzrə münasibətlərin inkişafı bağlanan sazişlə təmin edilmişdi.12

Növbəti illərdə hökümət təmsilçiləri arasında ikitərəfli münasibətlərin inkişafı üçün danışıqlar yaranmağa başlamışdı.Kanada hökümətinin dəvəti ilə ölkəni SSRİ ali məclisinin nümayəndələri,Sovet nazirləri,mötəbər şəxslər və eklm,mədəniyyət sahəsində çalışan ən tanınmış yaradıcı xadimlər ziyarət etmişdilər.Öz növbəsində SSRİ-nin özünə də Kanada hökümətinin təmsilçiləri,müxtəlif siyasi partiyaların nümayəndələri,parlamentdə çalışanların bir qismi və Kanadanın tanınmış iş adamları tez-tez səfərlər edirdilər.İki ölkə arasındakı növbəti irəliləişlər iqtisadi-ticari sahədə baş verdi.Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu sahənin inkişafı Kanada-SSRİ səhmdar cəmiyyətlərinin də bir-biri ilə qarşılıqlı əlaqə qurmasına gətirib çıxardı.Kanada ilə SSRİ arasında baş verən digər mübadilə isə “şimal mübadiləsi”adlanırdı.Bu sazişin əsas məqsədi arktik ərazilərin təbii sərvətlərinin iki ölkə arasında mübadiləyə cəlb edilməsi idi.Bağlanan bu saziş təbii sərvətlərin zənginləşməsində əvəzsiz rol oynadı.Artıq Kanada-SSRİ xokkey komandalarının qarşılaşmaları,şöhrət ordenli artistlərin,yaradıcı insanların səfərləri və durmadan davam edən tələbə-müəllim mübadiləsi ənənəvi hal almağa başlamışdı.Eyni zamanda 70-ci illərdən başlayaraq Monreal-Lelinqrad-Moskva xətti üzrə hava və dəniz yolu il gediş-gəliş yaranmış,Vinnipeq-Livov,Vankuver –Odessa kimi iri şəhərlər qısa bir müddət ərzində qardaşlaşmış şəhərlərə çevrilmişdilər.Bu münasibətlərin möhkəmlənməsində yaradılmış “Kanada-SSRİ” assossasiyası,eləcə də “Kvebek-SSRİ” cəmiyyəti, Kanadada buraxılan “Nothern neighbours”(Şimal qonşular) adlı jurnalın da fəaliyyəti diqqətə layiqdir.

Kanada –Sovet münasibətlərinin 70-ci illərin ikinci yarısındakı böyük irəliləyişi eyni zamanda mənfi təsirlərdən də yan keçmədi.Buna səbəb antisovet xarakterli elementlərin,sinoist və eləcə də digər dövlət təşkilatlarının mənfi yönümlü siyasətinin fəallaşması idi.Bəzən isə Kanada burjua mətbuatı və hökümət aparatında çalışanların bir qismi bu illərdə baş verən iki ölkə arasındakı iqtisadi-siyasi inkişafı “Soyuq müharibə” dövrünə uyğun olaraq antisovet təbliğatları ilə məhv etməyə çalışırdı.Lakin bütün bunlara baxmayaraq,Trüdo administrasiyasının 70-ci illərdə əldə etdiyi uğurlar və eyni zamanda səbəb olduğu böhranlar Kanadanın gələcəkdə müstəqil şəkildə xarici siyasət yeritməsində mühüm rol oynadı.



III Fəsil

Trüdo administrasiyası 1980-84-cü illərdə:“Sülh naminə həmrəylik proqramı” və Trüdomaniyanın sonu

Kanadada 1979-cu ilin 22 may tarixində keçirilən ümumi seçkilərdə liberallar partiyası sözün əsl mənasında şok yaşamışdı.Beləki mühafizəkarlara nisbətən daha çox seçici səsi toplayan liberallar ( təqribən 40%-dən 36%-i), icmalar palatasında 114 yeri qazana bilmişdi.Baxmayaraqki,mühafizəkarlarda bu yerlərin sayı 136 idi.Cozef Klarkın başcılığı ilə yaradılan bu hökümət,icmalar palatasında yenə də məcburi yerlərin çoxunu tuta bilməmiş və üstünlüyü ələ ala bilməmişdi.1979-cu ilin 13 dekabrında Kanada parlamentindəkeçirilən büdcə üzrə səs vermədə liberalların və yeni demokratların çox hissəsinin mühafizəkarlar əleyhinə səs verməsi,Cozef Klark hökümətinin taleyini həll etdi.Yeni seçkilər 1980-ci ilin fevral ayının 18-ə təyin edilmişdi.Sözü gedən seçkilərdə liberallar parlamentdə 148 yer qazana bilmişdi ki,bu da Trüdo hökümətinin yenidən hakimiyyətə keçməsi ilə nəticələndi.Bununla da mühafizəkarların qısamüddətli hakimiyyəti Trüdo erasının 2 dövrə ayrılmasına səbəb oldu.13

Trüdo administrasiyasının bu dəfəki siyasi kursu isə həm daxili,həm də xarici siyasətdə yeniliklərin ortaya çıxmasını tələb edirdi.Beləki hətta partiya daxili bir sıra dəyişikliklərin baş verməsi,partiyanın daha da milliyyətçi qanadlarından olan şəxslərin,eyni zamanda xarici kapitalın ölkəyə girişinə qarşı çıxanların adminitrasiyaya daxil edilməsi ilə nəticələndi.

Bəhs edilən dövrdə (1970-ci illərin sonlarında) ABŞ-ın hakim dairələri və NATO təşkilatının üzvləri beynəlxalq mühüitdə yaranmış olan gərginliyin azaldılmasına mane olmağa və “Soyuq müharibəni” yenidən bərpa etməyə çalışırdılar.Bu əlbəttəki,Kanadanın xarici siyasətində də təsirsiz ötüşməmişdi.Ölkədə beynəlxalq gərginliyin azaldılmasının əleyhdarı olan insanlar və Amerika burjuaziya dairələrindən olanların fəaliyyəti genişlənməyə başlamışdı.Bu şəxslər xüsüsi ilə də Trüdodan öncə qısa müddətli hakimiyyət yaşamış Cozef Klarkın mühafizəkar höküməti dövründə açıq-aşkar şəkildə çıxış etmətə başlamışdılar.Bir neçə ay ərzində bu qüvvələr ABŞ uzun illərdən bəridir sürən ənənəvi siyasi xəttini izləməyə qadir olduqlarını nümayiş etdirdilər.Bəhs olunan dövrdə ölkədə yenə anti-sovet kompaniyası güclənməyə başlamışdı.Mühafizəkarlar Kanada idmançılarının 1980-ci ildə paytaxt Moskvada keçirilən XXII Olimpiya oyunlarında iştirakına qarşı çıxmışdılar.Hətta rəsmi Vaşinqtonun da dəstəyi ilə hökümət SSRİ-yə olan taxıl ixracı üzərinə embarqo qoymuşdurki,bu da Kanada fermerlərinin million dollarlar həcmində ziyana düşməsinə səbəb olmuşdur.

Beləki,70-ci illərin sonu 80-ci illərin əvvəllərində məhz hakimiyyətə yenidən gəlmiş Pier Elliot Trüdo administrasiyasının qarşısında duran əsas məsələlərdən biri ölkənin xarici siyasi kursunun təyin edilməsi idi.Hökümət başçısı bir daha sübut etdiki, hətta yeni dönəmdə də onun xarici siyasətlə bağlı xüsusi proqramı var və bu da xarici siyasətin bir neçə il bundan öncə qəbul edilmiş prinsiplərini davam etdirəcək.Trüdo höküməti sözü gedən gərgin dönəmdə Amerikanın anti-sovet siyasətini dəstəkləmədiyini və bu strategiya ilə bağlı mövcud əlaqələrini qimağa hazır olduğunu təsdiqləyən bir sıra bəyanatlar ilə çıxış etmişdir.14

1980-ci ilin 21 martında Kanadanın Xarici İşlər Naziri -Mark Makiqan öz çıxışında bildirmişdiki, “Kanadanın yeni siyasəti ölkənin Sovetlər ilə Birləşmiş Ştatlar,Fransa ilə Birləşmiş Ştatlar,eyni zamanda III dünya ölkələri ilə Birləşmiş Ştatlar arasında mübadiləçi rolunu oynamaq üçün nəzərdə tutulmuşdur.”15 Nazirin bu çıxışı sanki bir növ “Üçüncü alternativ” siyasətinin xatırlanmasına səbəb oldu.Bu siyasət –nəinki Kanadanın ABŞ ilə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi,həmçinin dünyanın digər region ölkələri ilə münasibətlərin genişləndirilməsi yolu ilə Kanadanın təktərəfli siyasət yeridən cənub qonşusundan mövcud aslılığını azaltmaq xəttini dəstəkləyirdi.Trüdo hökümətinin yeni xarici siyasət strategiyasının qarşısında duran əsas məqsədlərindən biri nəinki ölkə daxilində,həm də xarici bazarlarda Kanadanın milli kapitalının mövqeyinin möhkəmləndirilməsinə nail olmaq idi.Eyni zamanda Trüdonun bu yeni siyasi kursunda əvvəl işlənmiş məsələlər də öz qüvvəsində qalmışdı.Beləki, administrasiyanın bu dəfəki siyasi kursu Trüdo hökümətinin nüvə silahlarının yayılması əleyhinə olan siyasi xəttini davam etdirməklə yanaşı,sülhün müdafiə olunması naminə yeni fikirlərin irəli sürülməsi və ölkənin “Nüvəsiz” statusunun təsdiqlənməsi məsələlərini özündə cəmləşdirmişdi.

Kanada-ABŞ münasibətlərinin üstün prioritetləri Kandanın xarici siyasətinin əsaslarından birini təşkil edirdi.ABŞ prezidenti Ronald Reyqanın 1981-ci ilinmart ayında ölkəyə rəsmi səfəri hər iki ölkə arasında mövcud imperialist maraqların yenidən gözdən keçirilməsinə şərait yaratdı.Danışıqlar zamanı nəinki, Kanadanın NORAD-a (Northern American Aerospace Defense Command-“Şimali Amerika Hava Qüvvələrin Müdafiəsi Komandanlığı”) qoşulmasının vaxtı bir qədər uzadıldı,həm də hər iki ölkə arasında Atlantik sahillərindən Böyük Göllər-ə qədər olan əraziləri öz təsiri altına alan keçmiş “turş yağışlar” problemi də öz həllini tapa bilməyən məsələlərdən biri olaraq qaldı.Göründüyü kimi,ikitərəfli münasibətlərdə bəzi məsələlərin həlli çətinləşməyə başlamışdı.ABŞ höküməti GATT-a (Genral Agreements on Tarifs and Trade-“Ticarət və tariflər üzrə ümumi saziş”) şikayətçi kimi müraciət etmiş və Kanada hökümətinin xarici investisiyalarla bağlı yeni iqtisadi kursunu,eləcə də ölkənin milli energetika proqramı olan FİRA-nın (Foreign İnvestment Review Act-“Xarici İnvestisiyalar üzrə araşdırmalar mərkəzi”,hansıki 1984-cü ilin aprel ayında yaradılmışdır) fəaliyyətini bəyənmədiyini bildirmişdi.Öz növbəsində Kanada höküməti də Haqa-da yerləşən Beynəlxalq məhkəməyə ABŞ-la yaşanan su sərhəddi ilə bağlı problemin aradan götürülməsi üzrə müraciət etmişdir.Qeyd etmək lazımdır ki,sözü gedən bu sərhəd ABŞ-ın Men ştatı ərazisindən keçir.Öz növbəsində paytaxt Vaşinqton isə ikitərəfli münasibətlərdə yaranan fikir ayrılıqları ilə nəhayətki,hesablaşacağını bilirdi.Lakin Kanadanın öz cənub qonşusundan olan mövcud asılılığı gözardı edilməyəcək dərəcədə əhəmiyyətli idi.Bu aslılığın təməlində kənd təsərrüfatı sahəsində hər iki ölkənin regional səviyyədə davam edən və Kanadanın daxili siyasətinə birbaşa təsir göstərən iqtisadi baxımdan yaranan inteqrasiya idi.Lakin iqtisadi inteqrasiya qüvvə baxımından öz qeyri-bərabərliyi ilə seçildiyindən bu ikitərəfli münasibətlərə konfliktiv şəkildə təsir göstərirdi.

Eyni zamanda Kanada hökümətinin hakim dairələri bəhs edilən dövrdə xarici siyasətdə bəzi məsələlər üçün güzəştə getməyi unutmamışdılar.Beləki,Reyqan hökümətinin təyziqi və NATO-nun işə qarışması ilə Kanada höküməti razılığa gəlmişdirki,ABŞ-ın kruiz roketləri Kanadanın Albert və British Kolumbiya ərazilərində sınaqdan keçirilsin.Reyqan höküməti bu razılığı əldə edə bilmişdi.1982-83- cü illər ərzində icmalar palatasında gedən hərarətlimüzakirələr də məhz bu mövzu da idi.Parlamentdəkilərin bir çoxu düşünürdü ki,Kanada bir ölkə kimi NATO qarşısında olan vəzifəsini layiqincə yerinə yetirmişdir.Lakin palatadakılar tərəfindən gətirilən bəzi arqumentər hərbi sahədə olan bəzi xərclərin yüksəlməsinə səbəb oldu.Kruiz roketlərinin sınaqdan keçirilməsi üzrə konfrans 1983-cü ilin 10 fevralında keçirilmiş və iki dövlət arasında razılıq əldə edilmişdi.Bu razılığın əldə edilməsində maraqlı cəhət burda idi ki,parlamentdə heç bir şəkildə məsələnin qəbuluna dair səsvermə keçirilməmişdi.Lakin qəbul edilmiş bu qərar daha sonra ölkə daxilində böyük bir ajetaja səbəb oldu.Beləki,1982-83-cü illərdə yaranan Yeni Demokratik partiyanın bu məsələyə olan mənfi münasibəti,müxtəlif təşkilatlardan olan nümayəndələrin bir araya gəlib,roketlərin sınaqdan keçirilməsini protesto etməsi ilə nəticələndi.Bu protestolar atıq milli hərəkat halını almış və sülhün müdafiəsi ,nüvə silahlarının məhv edilməsi kimi ideyaları özündə birləşdirmişdi.Nəticədə,1982-ci ilin 30 oktyabrında “anti-nüvə” qruplarının birləşmiş koalisiyaları,dini icmalar,tələbə təşkilatları və həmkarlar ittifaqları birgə şəkildə “kruiz roketlərinin sınaqdan keçirilməsi” əleyhinə Ottavada yerli nümayiş keçirdi.Bu nümayişdə 15 mindən artıq insan iştirak edirdi.Belə tipli mitinqlər artıq ölkənin başqa şəhərlərində də keçirilməyə başlamışdı.

Həqiqətən də ölkənin gələcəyi və Kanadanın indiki beynəlxalq vəziyyəti təkcə ölkənin hökümət başçılarını deyil,eyni zamanda geniş əhali kütləsini də narahat edirdi.Bu səbəbdən də Kananda parlamentində ölkənin bir sıra əyalətlərini və müxtəlif partiya fraksiyalarını təmsil edən deputatların böyük bir qismi,təxminən 140 nəfər 1982-ci ilin dekabr ayında Kanada hökümətinə müraciət etdi.Müraciətdə deyilirdi:“Hökümət parlamentin SSRİ-yə və ABŞ-a olan çağırışını dəstəkləməlidir,çünki burda əsas məqsəd gələcəkdə təmilləşəcəyi ehtimal olunan nüvə cəbbəxanalarının yaradılmasına bir qədər fasilə verməkdir və bunu nüvə təhlükəsinin qarşısını almaq,eləcə də sülhün qorunub-saxlanılması üçün etmək mütləq vacib məsələdir”.16

ABŞ höküməti tərəfindən Kanadaya sözü gedən kruiz roketlərinin sınaqdan keçirilməsi haqda rəsmi sorğu 1983-cü ilin iyun ayında göndərilmişdi.Bu hadisədən yalnızca 1 ay sonra isə Kanada höküməti qəbul edilmiş qərarın yerinə yetirilməsinə razılıq verdi.Trüdo administrasiya tərəfindən atılan bu addım ölkədə yenidən böyük bir həyəcanın yaranmasına səbəb oldu.Beləki,bir-birinin ardınca nümayiş və protestolar keçirilir,hökümətə şikayət məktubları və petisiyalar göndərilir,parlamentdə yenidən əleyhdar qüvvələr yaranırdı.1983-cü ilin dekabr ayında keçirilən milli sorğuya əsasən bəlli olmuşdurki,Kanada əhalisinin 88%-i roketlərin sınaqdan keçirilməsi mövzusunda hələ də narahatdır.Beləki,nüvə təhlükəsinin qarşısının alınması və sülhün qorunması uğrunda aparılan milli hərəkat artıq “azəhəmiyyətli” faktor olmaqdan çıxmır,ölkənin xarici siyasətinə,eyni zamanda ictimai rəyə təsir göstərməyə başlamışdı.Baş nazir Trüdo bu amili nəzərə alırdı.Heç də təsadüfi deyildi ki,baş nazir 1983-cü ilin senytyabrından 1984-cü ilin fevralına qədər davam edən “sülh naminə həmrəylik”proqramı ilə çıxış etmək qərarına gəlmişdi.Trüdonun irəli sürdüyü təkliflər diplomatlardan və siyasət adamlarından ibarət xüsusi işçı qrupu tərəfindən hazırlanmışdı.Və onlar Kanadanın bir sıra ölkələrdə olan səfirləri ilə ümumi razılığa gəlmişdilər.Kanada höküməti tərəfindən irəli sürülən təkliflər oplusu 5 bənddən ibarət idi :



  1. Dünyanın əngüclü 5 nüvə gücünə sahib dövləti ilə (SSRİ,Fransa,İngiltərə,ABŞ,Çin XALQ Respublikası) yaxın gələcəkdə nüvə cəbbəxanalarının yaradılmasının dayandırılması və daha sonra azaldılması mövzusunda konfrans keçirmək;

  2. Nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədi ilə bağlanan bu sazişə qoşulan ölkələrin sayını artırmaq;

  3. Şərq və Qərb arasında hərbi qüvvələrin qarşılıqlı və balanslaşdırılmış şəkildə azaldılması haqda olan danışıqlara köməklik göstərmək və 1984-cü ilin yanvar ayında Avropada keçiriləcək Təhlükəsizlik və Əməkdaşlıq üzrə Stokholm konfransını xarici işlər nazirlərinin də iştirakı ilə açmaq;

  4. Antipeyk silahlarının sistemli şəkildə yerləşdirilməsinin və sınaqdan keçirilməsini qadağan etmək;

  5. “Həddindən artıq inkişaf etmiş” qitələrarası ballistik roketlərin yayılmasını məhdudlaşdırmaq və nəzarət altına almaq.17

Öz təkliflərini izah etməkvə konsultasiyalar aparmaq üçün Trüdo qısa bir müddət ərzində Vaşinqtonda olmuş,o cümlədən bir sıra Qərbi Avropa ölkələrinə rəsmi səfərlə etmişdir.O,Berlində,Moskvada,İraqda,Buxarestdə qəbul edilmiş,Yaponiya və Çində olmuş,eyni zamanda Hindistanın hakim dairələri önündə nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı çıxış etmiş və danışıqlar aparmışdır.Kanadanın həm beynəlxalq nüfuzu,həm də baş nazir Trüdonun özünün şəxsi nüfüzu və prestiji qaldırdığı belə bir məsələnin ölkə başçıları tərəfindən ciddi qarşılanmasına şərait yaradırdı.Yanvar ayında baş nazir Trüdo Birləşmiş Millətlər Təşkilatının baş katibi H.Perez De Kuelyar (Javier P`erez de Cue`llar) ilə görüşmüş və baş katib Trüdonun millətlərarası qarşılıqlı anlaşma zəmnində göstərdiyi cəhdləri yüksək şəkildə qiymətləndirdiyini bildirmişdi.

Bu proqramın irəli sürülməsi və qısa bir müddət ərzində böyük uğurlar əldə etməsi Trüdonun özü üçün də gözlənilməz idi.Baxmayaraq ki,proqram ideya baxımından özündə heç bir yeniliyi cəmləşdirməmişdi (SSRİ və sosialist yönümlü ölkələr tərəfindən belə proqramlar dəfələrlə irəli sürülmüşdü) və Trüdo özü də “soyuq müharibənin” tərəfdaşı olan ölkələr tərəfindən kəskin tənqidlərə məruz qalmışdı.Hər şeyə rəğmən 1984-cü ilin əvvəllərində artıq Trüdo-nun yeni proqramı öz müsbət nəticələrini verməyə başlamışdı.NATO-nun üzvü olan ölkələrdən birinin belə bir şəkildərealist çıxışı və sülhün müdafiəsi naminə başlatdığı proqram əlbəttəki,təsirsiz ötüşməmişdi.Qisa bir müddət ərzindənecə deyərlər,Qərbi Avropa ölkələri Trüdonun “səsinə səs verdi”.Bu da mətbuatda da qeyd edildiyi kimi,ABŞ administrasiyasınınapardığı anti-sovet təbliğatları və yetişdirdiyi natiqlərin nitqlərini cilovlamağa vadar etdi.Kanadanın özündə isə Trüdonun irəli sürdüyü “sülh naminə həmrəylik” böyük rəğbətlə qarşılanmış və bunu gələcək demokratik cəmiyyətin qurulması üçün yeni bir fikir kimi qiymətləndirilmişdir.

Kanada-Sovet münasibətləri isə Trüdonun başçılığı ilə liberallar hökümətinin hakimiyyətə gəlməsi ilə normallaşmağa başlamışdı.Trüdo höküməti mühafizəkarların başçısı Cozef Klarkın SSRİ-ə ixrac olunan taxıl üzərinə qoyduğu embarqonu ləğv etdi.1982-ci ildə isə hər iki ölkə arasında mövcud kredit şərtlərini nəzərə alaraq,taxıl ixracı haqda 5 illik ümumi saziş imzalandı.Həmçinin ABŞ-ın Kanadadan SSRİ-ə göndəriləcək avadanlıqların satışı ilə bağlı etirazlarına baxmayaraq,administrasiya satışı inadkarcasına davam etdirmişdi.Lakin hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşması yolunda bir sıra maneələr yaranmağa başlamışdı: anti-sovet əhval-ruhiyyəsinin yenidən alovlanması,Reyqan administrasiyasının Trüdo hökümətinə qarşı təyziqi,mühafizəkarların bu məsələyə qarşı çıxması və ən nəhayətində burjua mətbuatı ,bu kimi problemlərdən biri idi.SSRİ Ali Məclisinin nümayəndələrinin Kanadaya 1983-cü ilin may ayında gəlişi,əslində mövcud məsələ ilə bağlı hər iki ölkənin tutduğu mövqeyin müəyyənləşdirilməsində mühüm rol oynadı.SSRİ Ali Məclisin nümayəndələrinin Kanadaya səfəri,rəsmi dairələrin də bildirdiyi kimi,hər iki ölkə arasındakı münasibətlərin inkişafında müsbət nəticə verdi.Beləki,1984-cü ilin aprelində isə Moskvada hər iki ölkə arasında Arktika ərazisində elm-texnika sahəsində ikitərəfli əməkdaşlıq mövzusunda müzakirələr aparılmağa başlamışdı.18 1984-cü ilin may ayında isə 3 ildir ki sürən uzunmüddətli danışıqların nəticəsi olaraq Kanada və SSRİ arasında balıqçılığın inkişafı və ixracı eləcə də elmi araşdırmalar haqda saziş imzalandı.Bir sıra tənqidçilər isə düşünürdülər ki,bu addım Kanada-SSRİ münasibətlərində dönüş yaratmağa müvəffəq oldu.

Beləliklə uzun sürən hakimiyyətdən sonra (təqribən 15 il) Pier Elliot Trüdo hakimiyyətdən getmək qərarına gəlmişdi.1984-cü ilin iyun ayında baş nazir liberallar partiyasının liderliyindən və Kanadanın baş naziri olmaq səlahiyyətindən əl çəkmək istədiyini bildirdi.Qeyd etmək lazımdır ki,o bu istəyini hələ əvvəlki seçki qabağı kompaniyasında bildirmişdi.Pier Elliot Trüdonun gedişi ilə Kanadanın müharibədən sonrakı səs-küylü tarixi bitmiş,lakin görkəmli ictimai-siyasi xadimin gördüyü tədbirlər sayəsində hətta Kanada tarixində belə “Trüdo erası” adlandırılmış böyük bir səhifə yaranmışdır.Yeni seçkilər də isə liberallar partiyası yeni lider kimi Trüdo administrasiyasında maliyyə naziri postunu tutmuş Con.N.Terneri seçmişdi.O,təcrübəli siyasi xadim olsa da,Trüdodan fərqli olaraq bir qədər mühafizəkar baxışa malik idi.Mühafizəkarlar partiyası isə bu seçkilərə aqressiv şəkildə hazırlaşmış və yeni nazmizəd kimi Monrealdan iş adamı və hüquqşünas olan Martin Brayn Malrunu seçmişdi.Həqiqətən də partiya seçkilərə enerjili şəkildə hazırlaşmış və seçki qabağı kompaniya isə öz rəngarənliyi ilə seçilməyə başlamışdı.Nəhayət, seçkiqabağı kompaniya öz nəticəsini vermiş və mühafizəkarlar partiyası parlamentdə mövcud 211 yeri qazana bilmişdi.Bu hadisə 1958-ci ildən bəri yaşanmamış bir hadisə idi,çünki liberallar mövcud 40 yeri tuta bilmişdi.Kanadalıların da səsi ilə yeni baş nazir Brayn Malrun olmuşdur.Beləliklə artıq 18 ildən bəridir hakimiyyətdə olan liberallar patiyasının və Kanadanın ən məhşur baş nazirlərindən biri olan Pier Elliot Trüdonun yaratdığı “Trüdo Erası” başa çatmış oldu.



Nəticə

Beləliklə,Kanada tarixində öz möhtəşəm siyasi fəaliyyəti,apardığı siyasi kurs,qoşulduğu proqramlar ilə seçilən Pier Elliot Trüdo ölkənin çox da uzun olmayan keşməkeşli dönəmlərinə öz damğasını vurmağı bacarmışdı.O,öz dünyagörüşü,xarizmatik və seçilən nitqi,xayal gücü və şarmı ilə sanki Kanada tarixinə yeni nəfəs,kanadalılara yeni –yeni ümidlər gətirmişdi.Yüksək ali təhsili və savadı ilə hər kəsi qısa bir zaman kəsiyində öz təsirinə ala bilmişdi.Trüdonun siyasi təcrübəsi az idi,sələfləri McDonaldı,Mackenzi kimi idealist deyildi,lakin yeniliyin tərəfdarı idi.Kim bilir bəlkə də məhz bu yenilikçilik ona öz siyasi kursunu təyin etməyə imkan yaratmışdı.Öz yenilikçi ruhu ilə də Kanada tarixində olmayanları etmiş,kanadalılara hələ heç bir dövlət başçısının hakimiyyəti dövründə yaşamadıqlarını yaşatmışdı.Kanada tarixində Loryedən,Mackenzidən sonra ən uzun müddət hakimiyyətdə qalmağı bacaran nazir olmuşdur.Onun xüsusiliyi bununla da bitmirdi.1968-ci ildən 1984-cü ilə qədər keçirilən hər 4 federal seçkidə qələbə qazansa da,eyni siyasəti təkrar etməmiş,hər dəfə yeni administrasiya üçün yeni və daha da səmərəli siyasi kurs təyin etmişdi.Trüdonun hakimiyyəti həm də öz qalmaqalları ilə də seçilirdi.Müəyyən baxımdan daxili siyasi kursun deformasiyaya uğraması,xarici siyasətdə bəzi məsələlərin öz səmərəsini verməməsi Trüdo administrasiyası üçün səciyyəvi idi.İqtisadi böhranlar,beynəlxalq nüfuzun azalması,region dövlətləri ilə münasibətlərin gərginləşməsi kimi hallar Trüdonu ruhdan salmamış,dərhal yeni siyasi manevr ilə o mövcud vəziyyəti öz leyhinə çevirməyi bacarmışdı.Məhz bu baxımdan tənqidçilərin bir çoxu onu,ABŞ-ın sabiq prezidenti Con Kennediyə bənzədirdi.Baxmayaraq ki,hakimiyyət illəri uzlaşmasa da,Trüdo yenilikçilik cəhətdən bu görkəmli xadimə çox yaxın idi.Trüdo sözün əsl mənasında öz çevik ruhu,iti ağılı,rasionalist baxışı ilə ölkə tarixində müharibədən sonrakı illərdən bəri formalaşmış süstlüyü poza bilmişdi.Liberalların yaratdöıö bu yeni siyasi obraz hər bir hərəkəti ilə,hər yeni addımı ilə sadə ictimaiyyəti özünə heyran buraxırdı.Bu, Kanada tarixində bir ilk idi.Baş nazir sözün əsl mənasında öz dövrünü yaratmış və “Trüdomaniya” anlayışının formalaşmasına təkan vermişdir.

Trüdo hakimiyyəti həmçinin Kanada tarixində ilklər ilə də yadda qalmışdı.Bu yenilikçilik və ilklər xüsüsən də Kanadanın xarici siyasətində özünü açıq-aşkar şəkildə büruzə verirdi.Sözü gedən illərdə Kanada beynəlxalq siyasi vəziyyəti öz leyhinə çevirməyi bacarmış,bir sıra programlara qoşularaq ABŞ-dan asılı olmadığını bir daha sübut etmişdir.Beynəlxalq siyasi mühitdə öz yerini tutmağı bacaran Kanada məhz elə Trüdonun hakimiyyəti dövründə bir sıra beynəlxalq əhəmiyyətli müqavilələrə və sazışlərə qoşulmuş,hərbi təşkilat olan NATO-da öz fəallığı ilə seçilməyə başlamışdı.Yuxarıda da qeyd etdiyimiz kimi,Kanada tarixində ilk dəfə olaraq baş nazirin xüsusi təşəbbüsü ilə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər qurulmuşdur.Eyni zamanda ilk dəfə olaraq Böyük Britaniya Kanada məhsullarının ixracındakı hegemonluğunu itirmiş və öz yerini Yaponiyaya vermişdir.Trüdonun siyasi kursunun bir digər özünəməxsusluğu isə Asiya ölkələrinə xüsüsi marağın ayrılması idi.O,Kanadanın müstəqil siyasi fəaliyyətinin hətta Uzaq Şərqi Asiyada belə tanınmasına nail ola bilmişdi.Bir digər yenilik isə soyuq müharibənin ən pik nöqtəyə çıxdığı dönəmlərdə,anti-sovet təbliğatların tüğyan etdiyi bir vaxtda Trüdonun SSRİ ilə diplomatik münasibətlərin yuşaldıması və siyasi münasibətlərə yenidən baxış strategiyasını irəli sürməsi idi.Bu münasibətlər daha sonra bağlanan müqavilələr və Kanada höküməti tərəfindən aparılan elmi-texniki sahədəki mübadilələr ilə möhkəmlənmişdi.

ABŞ ilə münasibətlər də Trüdo Erasının ən qalmaqallı məsələlərindən biri idi.Məhz Trüdo dünyada öz hegemonluğu ilə tanınan,fövqəl dövlətlərdən biri olan Amerika Birləşmiş Ştatlarına sübüt etməyi bacarmışdı ki,Kanada müstəqil bir dövlət olaraq öz xarici siyasətini heç bir qüvvənin təsirinə baxmayaraq yertiməyi bacarır.Bu da administrasiyaya imkan vermişdi ki,beynəlxalq siyasi şəraitdəözünə məxsus yeri tutsun.



Beləliklə,Kanada tarixində öz hakimiyyəti ilə seçilən görkəmli siyasi xadim ölkə tarixində yeni bir siyasi çevriliş yaratmış və bu yeniliyin əsas banisinə çevrilmişdir.Bu da Trüdomaniyanın yaranmasına və Trüdo erasının Kanada tarixində özünəməxsus yer tutmasına səbəb olmuşdur.

Ədəbiyyat

  • Wikipediya_Pier Elliot Trudeau s-3-10

  • Lanctot G- “History of Canada” vol 3. (Toronto 1965)

  • A.Greenhouse-«Historical statics of Canada» p.107 ( Toronto 1974)

  • Pierre Elliot Trudeau-Britannica.com_biography of XV prime-minister.p.1-2

  • Л.А.Баграмов-«Канада на пороге 80-х годов» (Москва 1979),с.20-22

  • Каштан У.- «Рабочий класс и антимонополистическая борьба» (Москва 1975) с.222

  • P.E.Trudeau-“Conservations with Canadians” p.32

  • Dobell P- “Canada’s search for new roles.Foreign Policy in the Trudeau Era” (Toronto 1972,p3)

  • Молочков С.Ф-« Внешняя политика Канады в 70-е годы: судба «третьей алтернативы»- «США : экономика,политика,идеология» (Москва 1979, N_3, с19)

  • Quebec Labour-“The confederation of national trade unions”(Monreal 1972,p166-167)

  • Gonick C. “İnflation or Depression.” (Toronto 1975,p.357-78)

  • XXV съезд Коммунистической партии Канады ,с.72-73-76

  • Л. Тяшков-«История Канады» (Москва 1987,с 192-250)

  • Newman P-“The Canadian Establishment”(Toronto 1975,p 96)

  • Nothern neighbours” jurnalı – (Ottawa 1981,vol 25.N1,p4)

  • Focus on friendship” (Quebec 1984,vol 2 N3 p4)

  • Trudeau P.E “La G`reve de l`amiante” (Montreal 1986,p 22-28)

  • Websayt_Brittanica.com-biography of prime ministers



1 Lanctot G- “History of Canada” vol 3. (Toronto 1965)

2 A.Greenhouse-«Historical statics of Canada» p.107 ( Toronto 1974)

3 Pierre Elliot Trudeau-Britannica.com_biography of XV prime-minister.p.1-2

4 Л.А.Баграмов-«Канада на пороге 80-х годов» (Москва 1979),с.20-22

5 Каштан У.- «Рабочий класс и антимонополистическая борьба» (Москва 1975) с.222

6 P.E.Trudeau-“Conservations with Canadians” p.32

7 Dobell P- “Canada’s search for new roles.Foreign Policy in the Trudeau Era” (Toronto 1972,p3)

8 Молочков С.Ф-« Внешняя политика Канады в 70-е годы: судба «третьей алтернативы»- «США : экономика,политика,идеология» (Москва 1979, N_3, с19)

9 Lanctot G- “History of Canada” vol 3. (Toronto 1965)

10 Quebec Labour-“The confederation of national trade unions”(Monreal 1972,p166-167)

11 Gonick C. “İnflation or Depression.” (Toronto 1975,p.357-78)

12 XXV съезд Коммунистической партии Канады ,с.72-73-76

13Л. Тяшков-«История Канады» (Москва 1987,с 192-250)

14 Newman P-“The Canadian Establishment”(Toronto 1975,p 96)

15 Nothern neighbours” jurnalı – (Ottawa 1981,vol 25.N1,p4)

16Focus on friendship” (Quebec 1984,vol 2 N3 p4)

17 Trudeau P.E “La G`reve de l`amiante” (Montreal 1986,p 22-28)

18 P.E.Trudeau-“Conservations with Canadians” p.32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə