İXTİsas : İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ qrup : 74 TƏLƏBƏ : Abbasov İlkin




Yüklə 16.4 Kb.
tarix17.04.2016
ölçüsü16.4 Kb.
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ




FAKÜLTƏ: ÜMUMİ İQTİSADİYYAT

KAFEDRA: İQTİSADİ HÜQUQ

İXTİSAS : İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ



QRUP : 74

TƏLƏBƏ : Abbasov İlkin

FƏNN : Sahibkarlıq Fəaliyyətinin Hüquqi Tənzimlənməsi.
SƏRBƏST İŞ : Milli iqtisadiyyatın inkişafında

sahibkarlığın rolu.

Müstəqillik əldə etdikdən sonra hələ ilk illərdə respublikamızın siyası,ictimai,iqtisadi və sosial həyatındakı mövcud vəziyyət totalitar sovet rejimindən miras qalmış və inzibati-amirlik sisteminə əsaslanan təsərrüfat mexanizmindən imtina edilməsini və bazar iqtidasiyyatına keçidi qəti şəkildə,tam kəskinliyi ilə qarçıya qoymuşdur.Onun alternativi yox idi.Çünki istehsal vasitələri və nəticələrinin əldə edilməsi və idarə olunması üzərində dövlət inhisarından təsərrüfat müəssisələrinin müstəqilliyinə əsaslanan mülkiyyətin müxtəlif formalarına keçilmədən,təsərrüfatçılığın avtorita-bürokratik sistemi ləğv edilərək tərəflərin bərabərliyinə,qarşılıqlımənafe maraqlarına uyğun mülki hüquqi əlaqə formaları yaradılmadan,bölgüdəki bərabərlikdən gəlirin əməyin nəticələrindən asılı olaraq sosial ədalət mexanizmləri vasitəsilə bölgüsünə keçilməsini təmin etmədən iqtisadiyyatın potensial imkanlarını reallaşdırmaq,işgüzarlıq və sahibkarlıq fəaliyyətini,təsərrüfatçılıq fəallığını artırmaq,milli sərvətlərdən və təbii ehtiyatlardan daha səmərəli istifadə etmək mümkün deyildir.

Hazırki şəraitdə respublikamızda istehsal olunan məcmu ictimai məhsulun və milli gəlirin həcmini artırmaq,ölkəmizin milli xüsusiyyətlərinin özündə əks etdirən yeni texnologiyaya sahib olmaq,bu işə xidmət etməli olan yeni elmi-tədqiqat sahələri yaratmaq,qabaqcıl,yüksək gəlirli texnoloji prosesləri sənaye və kənd təsərrüfatı komplekslərinə tətbiq etmək və beləliklə də,iqtisadi tənəzzülü bazar rəqabəti yolu ilə aradan qaldırıb iqtisadi tərəqqiyə nail olmaq zəruridir.Bu,Azərbaycan Respublikası və bütün keçid iqtisadiyyatlı ölkələr üçün yeganə düzgün yoldur,doğruluğunun isbata ehtiyacı olmayan aksiomdur.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qəralar qəbul edilmiş və bir sıra digər kompleks tədbirlər həyata keçirilmişdir.

Bunların əsasında Azərbaycan Respublikası Prezidentinin “İstehsal,xidmət,maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”1996-cı il 17 iyun tarixli,463 saylı və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli,69 saylı,”Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında” 2002-ci il 27 avqust tarixli,”Bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli,”Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli,”Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanları,Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli,610 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı”,Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”,2000-ci il 10 avqust tarixli,383 saylı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdiriləsinin ikinci Dövlət Proqramı” xüsusi yer tutur.

Yeni iqtisadi sistemə,sosial yönümlü bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində həyata keçirilən hüquqi,təşkilati,iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmi.dir.Belə ki,1998-ci ildə ÜDM-un 55%-i özəl bölmənin payına düşmüşdür.1998-ci ilin əvvəlində resöublikamızda dövlət qeydiyatından keçmiş 12 mindən çox kiçik müəssisə,11.6 mindən çox kəndli-fermer təsərrüfatı,mindən çox kooperativ ,2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmiş,85.7 min adam hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

Bununla belə,bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir problem olmadığını,sahibkarlıq mühitinin tamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz.Hal-hazırda həm respublika əhalisinin sayı ilə münasibətdə fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti,həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər ölkələrə nisbətən xeyli azdır;mövcud özəl müəssisələrin əksəriyyəti ticarət,vasitəçilik və xidmətlə,çox az hissəsi isə istehsal sahibkarlığı ilə məşğul olurlar;özəl müəssisələrin əksər hissəsi Bakı şəhərində toplanmışdır.

Şübhəsiz ki,Dağlıq Qarabağ münaqişəsi,habelə keçmiş SSRİ-nin dağılması uzun illərdən bəri formalaşmış iqtisadi əlaqələrin pozulması keçid dövrünün ilk illərində işgüzar fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmışdır.Bununla belə nu gün bir sıra iqtisadi subyektlərin idarəetmə və təərrüfatçılıq funksiyalarının bir-birindən ayrılması prosesinin başa çatmaması,əhali yığımlarının aşağı səviyyədə olması,sahibkarla tərəfindən investitsiya yönümlü bank kreditlərinin əldə edilməsi imkanlarının məhdudluğu,istehsal olunmuş məhsulların reallaşdırılması qarşısında dayanan çoxsaylı problemlər respublikada sahibkarlıq fəaliyyətinin inkişafını xeyli ləngidir.

Qərb ölkələrinin təcrübəsi göstərir ki,özəl bölmənin,xüsusən də kiçik sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir.Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik,inzibati-hüquq,büdcə,vergi,pul-kredit sistemləri və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.

Bundan fərqli olaraq,bu gün respublikamızda sahibkarlıq mühiti vergi,gömrük,bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar var.Qeyd edilmiş bu problemlərinin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycanın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə