Iv fəSİl bədii – estetik GörüşlƏri




Yüklə 409.55 Kb.
səhifə5/6
tarix22.02.2016
ölçüsü409.55 Kb.
1   2   3   4   5   6
3. Elm, mƏdƏniyyƏt vƏ incƏsƏnƏt mƏsƏlƏlƏri

İlyas Əfəndiyevin elm, mədəniyyət və incəsənətin müx­təlif sahələri haqqında yazdığı məqalələrinin mövzu rən­garəngliyi ədibin yaradıcılığının çoxsahəliyindən və ma­raq dairəsinin əhatəliyindən xəbər verir. Onun «Çi­çək­lə­nən mədəniyyətimiz», «Gözəllik haqqında qeydlər», «Xanən­dəlik, müğənnilik sənəti haqqında», «Azərbaycan ki­nosu nə üçün geri qalır?», «Müasirlik, sənətkarlıq, xəlqi­lik», eyni zamanda sənət korifeylərimiz barədə yazdığı «Par­laq ulduz» (Ü.Hacıbəyov), «Qüdrətli sənətkar» (Qara Qarayev), «Göy qurşağıtək…» (Tahir Salahov), «Tarzən» (Qurban Pi­rimov) və s. əsərləri yazıçının yaradıcılıq diapazonunun çox cəhətliyini göstərir.

Demək olar ki, Azərbaycan mədəniyyətinin elə bir sahəsi yoxdur ki, yazıçı onunla maraqlanmamış olsun.

İlyas Əfəndiyev musiqi, kino, rəssamlıq, vokal sənəti, muğam ifaçılığı, elmin inkişafı, dilin təmizliyi və s. problemlər, estetik kateqoriyalar haqqında çoxlu elmi-nəzəri mülahizələr söyləmişdir. Təsəvvür etmək çətin de­yil ki, yazıçı elmi-tənqidi, publisist məqalələrində təlqin və təsdiq, eyni zamanda tənqid və ifşa etmək istədiyi fikirləri bədii əsərlər vasitəsilə daha konkret, daha əsaslı şəkildə şərh etmişdir. Təbii ki, bu fikirlərin bə‘zisi lirik- psixoloji, bə‘ziləri yumor və satira, di­gəriləri isə kinayə formasında bədii təsvir vasitələri ilə qələmə almışdır.

İ.Əfəndiyev yaradıcılıq yollarında ilk addımla­rını atdığı dövrdən kinodan və sənaye obyektlərindən, divar qəzeti və özfəaliyyət dərnəklərindən, bədii ədəbiyyat və musiqidən, kolxozlardan və vətənin müdafiəsindən ya­zarkən biz bunu, sənət yollarında öz yerini tapmaq istəyən gənc bir jurnalistin yaradıcılıq axtarışları ilə əlaqə­ləndiririksə, görkəmli sənətkar kimi tanındıqdan sonrakı illərdə yazdığı əsərlərinin mövzu müxtəlifliyi, eyni za­manda həmin məqalələrin elmi cəhətdən və sənətkarlıq baxımından daha tutarlı olmasını isə qanunauyğun bir hal hesab edirik və bunların həqiqətən də yazıçının intel­lek­tual səviyyəsinin, maraq dairəsinin və dünyagörüşünün ge­niş­liyi ilə şərtləndiririk.

Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi he­sab edilən Qarabağda doğulub boya-başa çatan, uşaq yaş­larından xalq mahnıları və muğamları ilə «qidalanan», gənclik illərində Azərbaycanın konservatoriyası adlanan Şuşa şəhəri ilə əlaqədə olan İ.Əfəndiyev teatr və səhnə sənəti ilə bərabər, musiqi sahəsi ilə daha çox maraq­lanmış və daha çox əsərlər yazmışdır.

Ədibin musiqi haqqında qələmə aldığı onlarla məqalə arasında «Parlaq ulduz» /Üzeyir Hacıbəyov/, «Qüdrətli sə­nətkar» /Qara Qarayev/, «Tarzən» /Qurban Pirimov/, «Xanən­dəlik, müğənnilik sənəti haqqında», musiqinin bir sıra aktual məsələlərindən bəhs edən «Müasirlik, sənətkarlıq, xəlqilik», tanınmış musiqişünas Firudin Şuşalıya yaz­dığı «Karvan gedir» adlı açıq məktubu və s. əsərləri daha çox diqqəti cəlb edir.

Yazıçının musiqi ilə çox maraqlanması qanunauyğun bir haldır. Çünki hər bir xalqın mədəni-intellektual in­kişafında, onun sosial-mədəni həyatında musiqi mühüm yer tutur. İncəsənətin ən böyük mö’cüzəsi olan, başlanğıcını uzaq əsrlərdən alan, e’cazkar qüvvəyə malik muğamat və xalq mahnıları ədibin diqqətini daim özünə cəlb etmişdir. Düzdür, o, musiqi haqqında yazdığı əsərlərində dəfələrlə qeyd etmişdir ki, mən musiqi mütəxəssisi deyiləm, səs haqqında , onun fiziki, bioloji, genetik mahiyyəti haqqında da mə’lumatım azdır, Yalnız incəsənətlə əlaqədar olan, bir yazıçı kimi öz təəssüratımı qeyd edir, bir dinləyici kimi bə’zi fikirlərimi söyləmək istəyirəm.58

Lakin İ.Əfəndiyevin musiqi ilə əlaqədar yazdıq­larını oxuduqda, onun bə’zi mülahizələri ilə tanış olduq­da yazıçının təvazökarlığı üzə çıxır. Həqiqətən də o, yük­sək musiqişünas qabiliyyətinə, peşə biliyinə malik sənət­kar təəssüratı oyadır.

İ.Əfəndiyev Azərbaycan milli musiqisinin banisi Üzeyir Hacıbəyov haqqında yazdığı əsərində oxuyuruq: «Dün­yada böyük sənətkarlar çoxdur və onların böyüklük də­rəcəsi də müxtəlifdir, lakin hər bir xalqın öz dahisi, öz sənət ulduzları vardır. Bu ulduzlar ilk növbədə öz doğma xalqları üçün əzizdir, çünki onların işığı həmişə xalqa aydınlıq, fərəh və sevinc gətirmişdir».59 Ü.Hacıbəyov sə­nətinə yüksək qiymət verən İ.Əfəndiyev onun «Koroğlu», «Arşın mal alan», «Məşədi İbad» və s. əsərlərini təhlil edərək göstərir ki, bu əsərlərin musiqisində Azərbaycan xalqının ruhu, psixologiyası, milli koloriti, Azərbaycan təbiətinin gözəllikləri yaşayır, dil açıb danışır. «Kor­oğlu» xalqın qəhrəmanlıq ruhunu, uzaq əsrlərdən eşidilən qılınc səslərinin əbədi təntənəsidir. «Koroğlu» igidlik, mərdlik, sədaqət dastanıdır. Bütün böyük sənətkarlar kimi Üzeyir Hacıbəyov da nə yazmışsa yana-yana, duya-duya yaz­mışldır. Ü.Hacıbəyovu dünyanın ən böyük sənətkarları ilə müqayisə edən müəllif fikrini belə yekunlaşdırır: «Mir­zə Fətəli bizim milli dramaturgiyamızın əsasını qoydu, Mirzə Cəlil nəsrimizdə, Sabir şe’rimizdə inqilab yarat­dı: Üzeyir də bizim musiqi aləmimizdə tam bir inqilab eləyərək Azərbaycan bəstəkarlıq məktəbinin dərin bünöv­rəli, tunc kimi möhkəm təməlini yaratdı».

Müasir dünya musiqisinin ən görkəmli sənətkarları ilə eyni sırada addımlayan bəstəkarlardan biri də Qara Qarayevdir. Ü.Hacıbəyovun ölməz sənət məktəbini uğurla davam etdirən Q.Qarayev F.Əmirov, Niyazi, T.Quliyev və b. bəstəkarlarla birlikdə müasir musiqimizə dünya şöhrəti qazandırmışlar. İ.Əfəndiyevə görə Üzeyir Hacıbəyovdan sonra Azərbaycan musiqisini ən yüksək zirvələrə qaldıran Q.Qarayev olmuşdur. Bəstəkarın yaradıcılığı yazıçı tərəfindən layiqincə qiymətləndirilmiş, müxtəlif məqalə­lərdə onun sənəti müasir dünya mədəniyyətinin parlaq səhi­fələrindən biri kimi işıqlandırılmışdır. Dramaturq məqalələrinin birində deyir: «Musiqimizin inkişafında ən təqdirəlayiq cəhətlərdən biri, bəlkə də birincisi sim­fonik musiqinin yaranmasıdır. Bu gün biz Q.Qarayevin «Yed­di gözəl», «İldırımlı yollarla» əsərlərinə, F.Əmi­rovun «Kürd ovşarı», «Şur» simfonik muğamlarına, «Azərbaycan kapriççiosu»na, Niyazinin «Rast» simfonik muğamına, C.Ha­cıyevin «Sülh uğrunda», S.Hacıbəyovun «Karvan» simfonik əsərinə, Tofiq Quliyevin mahnılarına heyranlıqla qulaq asırıq».60 Azərbaycan mədəni mühitinin yetişdirdiyi Q.Qa­rayevin yaradıcılığından söhbət açan İ.Əfəndiyev bəs­təkarın «xalq havalarından, aşıq musiqisindən bəhrə­lən­diyi üçün onun əsərlərində Azərbaycan koloriti açıq-aşkar duyulur. Ona görə də bəstəkarın əsərləri bizə də, başqa xalqlara da bu qədər xoş gəlir» -deyən İ.Əfəndiyev dünya musiqisi xəzinəsini zənginləşdirən Q.Qarayevin sənətin­dən bəhs edən «Qüdrətli sənətkar»61 əsərində bəstəkarın yaradıcılığı daha ətraflı və geniş təhlil edir, göstərir ki, insan qəlbinin, insan ruhunun indiyə qədər nüfuz etməyən dərinliklərinə getdiyi», «bu vaxtadək duyulmayan sirləri tərənnüm etdiyi üçün» onun əsərləri «qüdrətli bir gözəl­liyə malikdir». Bu əsərlərdəki sözaltı mə‘nalar, sözaltı nidalar dərinliyi və rəngarəngliyi ilə dinləyiciləri heyran edir. Onun musiqisində Azərbaycan xalqının milli ruhu ilə müasir mədəniyyətin ab-havası, müasir mütərəqqi ideyalar təbii bir gözəllikdə birləşmişdir».

Azərbaycan xalq musiqisi haqqında İ.Əfəndiyevin ən tutarlı fikirlərinə xalq musiqisinin mahir ifaçısı məşhur Qurban Pirimovun yaradıcılığına həsr olunmuş «Tarzən» məqaləsində62 rast gəlmək mümkündür. Müəllif məqaləsində göstərir ki, 60 ildən artıqdır ki, Qurbanın tarı bizə qəribə hekayələr söyləyir. Tar çalmaq sənətini, o vaxt təkcə Qarabağda deyil, bütün Şərq ölkələrində məşhur olan Sadıqcandan öyrənmiş Qurbanın nəsli bütünlüklə mu­siqiçilərdən ibarət idi, onun babası aşıq, atası Bax­şəli kişi balaban çalan, qardaşı Ağalar söz qoşub, saz çalan aşıq olmuşdur. Yazıçı qeyd edir ki, Qurbanın çaldığı tarı dinlədikcə…yay gecələrində ulduzları tuş tutub asta-asta irəliləyən zınqırovlu dəvə karvanları haqqında düşünü­rəm…Elə bil ki, yüzlərlə rəngarəng səslər sənə mə‘lum olmayan sirrlərdən bəhs edir. Qurbanın ifa etdiyi «Ma­hur» və «Bayatı Şiraz» muğamlarına qulaq asanda vüs’ət, dərinlik və incəlik hiss edirəm. «Qurban dərin və həssas qəlbə malik orijinal bir sənətkardır. Onun özünəməxsus üslubu vardır. Onun vurduğu xallar, rənglər, nida və in­tonasiyalar zəngin, incə və orijinaldır». İ.Əfəndiyev gös­tərir ki, tarzənin inkişafında ən çox rol oynayan, onunla daha çox oxuyan Cabbar Qaryağdı oğlu olmuşdur.

Qurban Pirimovla Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və M.Maqomayev arasında sıx yaradıcılıq və dostluq əlaqələri vardır. Bu böyük bəstəkarlar Q.Pi­rimovun sənətinə, zəngin təcrübəsinə həmişə dərin hörmət bəsləmişdir.

İ.Əfəndiyevin musiqi sənətimiz haqqında mülahi­zələ­ri daha geniş və əhatəli formada «Xanəndəlik, müğənnilik sənəti haqqında» «Müasirlik, sənətkarlıq, xəlqilik» və «Karvan gedir» /F.Şuşalıya açıq məktub/ əsərlərində öz əksini tapmışdır.

Məhz həmin əsərləri oxuyarkən, sözün həqiqi mə’­na­sında İ.Əfəndiyev gözümüz qarşısında bir musiqişünas, professional musiqi mütəxəssisi kimi canlanır. O, musiqi tariximizə bir nəzər yetirir, aşıq yaradıcılığı, muğam sənəti, simfonik musiqi, ifaçılıq mədəniyyəti, musiqidə xəlqilik, ən’ənə və novatorluq kimi problemlərdən söhbət açır, ayrı-ayrı müğənnilərin, o cümlədən Bülbül, R.Beh­bu­dov, Ş.Ələkbərova, Z.Xanlarova, R.Muradova, A.İslamzadə və b. sənətkarların yaradıcılığına yüksək qiymət verir.

İ.Əfəndiyev «Xanəndəlik, müğənnilik sənəti haqqında» məqaləsində63 yazır: «Xanəndəlik sənətinin kökləri biz­dən çox uzaqlara gedir…Sevindirici bir haldır ki, muğam sənətinin valehedici gözəlliyi öz təravətini bu gün də itirmir, XX əsrin ildırım sür’ətilə, texniki tərəq­qinin nəhəng inkişafı ilə ayaqlaşa bilir». Yazıçı ifa­çılıq sənəti üzərində dayanır, bir sıra müğənnilərin ifaçı­lığını gənclərə nümunə göstərir. «Zeynəb Xanlarova bizim müğənnilik, xüsusən estrada sənətimizdə diqqəti cəlb edən bir hadisədir. Onun səsində, ifasında, hərəkətlərində xoş bir təbiilik duyulur, cazibədarlıq, güclü bir ehtiras, temperament vardır. Elə buna görə də müğənniyə təkcə azərbaycanlılar deyil, başqa millətlərdən olan dinləyi­cilər də böyük məmuniyyətlə qulaq asırlar». Sənətdə özlə­rinə yer tapa bilməyən, primitiv vasitələrlə tamaşaçıya özünü sevdirməyə çalışan, hər mahnını oxuyarkən bir cür paltar geyib bədənlərini, üzüklərini nümayiş etdirən «mü­ğən­nilər» müəllif tərəfindən ciddi tənqid edilir. Belə təsadüfi adamların hansı yollarla yüz minlərlə tamaşaçı qarşısına çıxarılmasına təəccüb edən İ.Əfəndiyev hər bir müğənninin iste’dadı ciddi surətdə yoxlanıldıqdan sonra ekrana çıxarılmasını təklif edir. Tamaşaçı zöv­qünün düzgün tərbiyə olunmasında çox mühüm rolu olan televiziya əməkdaşlarını sənətdə xalturaya yol verməməyə çağırır. «Oxunan mahnılarda və onların ifasında olan qüsurlar haqqında çox yazılmasına baxmayaraq aradan qaldırılmır. Çoxu bunları qulaqardına vurur. Bayağı, pri­mitiv, gülünc mahnıların oxunuşu davam edir. Hətta bunlar televiziya və radio kimi hörmətli ictimai tribuna­lardan təkrar edilir».64

İ.Əfəndiyev bir musiqişünas alim kimi tədqiqat apa­rır, respublikamızın musiqi həyatında rastlaşdığı uğur­lardan və bu sahədəki qüsurlardan yan keçmir. Son illərdə iri həcmli musiqi əsərlərinin - opera, operetta, müxtəlif simfo­nik əsərlərin meydana gəlməsini müsbət bir hal kimi qeyd edir. «Kürd ovşarı», «Rast», «Şur», «Karvan», «Azər­bay­can kapriççiosu» kimi simfonik əsərlərin musiqimizin şöhrətini artırdığını söyləyir. Məşhur müğənnilərin səhnə davranışından, hərəkət və geyimlərindən söhbət açan tənqidçi, bunun gözəl nümunəsini, Azərbaycan melodi­yalarını dünyanın bir çox ölkələrində məharətlə və yüksək sənətkarlıqla oxuyan və təbliğ edən Rəşid Behbudovu başqa müğənnilərə nümunə göstərir. Eyni zamanda Ş.Ələkbərova, R.Muradova, F.Qasımova, L.İmanov, M.Maqomayev kimi sənət­karların səhnə mədəniyyəti, estetik-zövqlü çıxışları qeyd olunur. İ.Əfəndiyev məqalənin axırında yazır: «Lakin elə müğənnilər də var ki, onlar sanki səhnəyə öz bəzəklərini, ultra dəbdə tikilmiş paltarlarını nümayiş etdirmək üçün çıxırlar. Əlbəttə, biz müğənnilərin zövqlə, ən yeni dəbdə geyinib-keçinmələrinin əleyhinə deyilik. Lakin bunlar o zaman yaxşıdır ki, mahnıların ifasını ikinci dərəcəli bir işə, xanəndəni isə manikenə çevirməsin». Bütün bun­larla bərabər, məqalə müəllifi bir sıra digər çatış­mazlıqları, o cümlədən musiqi savadı olmayan ayrı-ayrı adamlar tərəfindən musiqi ansamblları «yaradılıb» yüngül konsertlər verməsini, yeni musiqi əsərlərinin geniş təhlil edilməməsini, Konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasının fəaliyyətsizliyinin xalqımızın musiqi həyatında nöqsan olduğunu bildirir.

Yazıçının musiqi haqqında bir sıra digər fikir və mülahizələri ilə «Karvan gedir»65 adlı iri həcmli məqa­ləsində tanış olmaq mümkündür. Musiqi mədəniyyəti­mizin bir çox aktual problemlərinə toxunan yazıçı «Cahargah», «Segah» və digər muğamların məziyyətlərini açıqlayır, «bu muğamlardakı insan iztirabları o qədər dərin, o qədər nəhayətsizdir ki, ağıl gedib onun sonuna çatmaqda aciz­dir…Yüksək mədəniyyətə malik bir sənətkar olan Bülbül mah­nı və muğamların ifasında yeni bir məktəb açmışdır. Onun ifası insanın xəyalını, ruhunu çəkib Şuşa dağ­la­rına, İsa bulağına, Topxana meşələrinə, Turşsuya aparır. Mahnı ifasında Bülbülün ən’ənələrinin unudulması vokal sənətimizdə çox ciddi nöqsandır».

Müəllif gənc xanəndələrə müraciətlə deyir ki, muğam oxuyarkən öz ifalarında yeni çalarlar, yeni romantik boya­lar tapmağa cəhd etsinlər, lakin heç vaxt Cabbarın, Se­yidin, Xanın ən’ənələrini unutmasınlar.

İ.Əfəndiyevin ədəbi-estetik fikirləri ilə yaxından tanış olduqda belə faktla rastlaşırıq ki, o, rəssamlıq sənətinə də biganə qalmamışdır. Yazıçı incəsənətin müx­təlif problemləri haqqında danışarkən rəssamlıq sənəti ilə bağlı düşüncələrini də qələmə almışdır. «Gözəllik haqqında qeydlər» adlı yazısında göstərir ki, istər klassik, istərsə də müasir dünya incəsənətində həqiqi gözəllik heç bir zaman zahiri, mücərrəd bir əlamət deyil. Mike­lan­celonun, Rafaelin, Rembrantın tablolarındakı gözəlliyi kamala çatdıran, onlara ölməz bir tə’sir qüvvəsi verən, hər şeydən əvvəl bu böyük sənət əsərindəki dərin məzmun, dərin ruh, ölməz əbədi nurdur”.66

Ədibin rəssamlıq haqqındakı fikirləri ilə böyük fırça ustası, görkəmli rəssam Tahir Salahovun yaradıcı­lığına həsr etdiyi «Göy qurşağıtək…» 67adlı əsərində da­ha ətraflı tanış olmaq mümkündür. Müəllif rəssamlıq sənətini söz sənəti ilə müqayisə edir. T.Salahova müra­ci­ət­lə yazır: «Biz bir yolun yolçusuyuq. Birimizin qələmi, birimizin fırçası həyatı tərənnüm edir. Hər ikimiz ağı­lın, təfəkkürün, fantaziyanın axtarışı sayəsində forma­laşırıq» - deyir. Başqa sənətkarlar kimi bizim də /rəssam və yazıçıların da/ öz dəsti-xəttimiz olmalıdır. Bu dəsti-xətti təkcə bizim «sənət ekspertləri» deyil, həm də ümumxalq kütləsi oxumalıdır. Görkəmli rəssamın yaradı­cılığına yüksək qiymət verən müəllif, göstərir ki, T.Sa­lahovun dünya şöhrətli bir sənətkar kimi tanınması üçün heç kim «car çəkməmişdir, rəssamın əsərləri özləri ha­mıya gəl-gəl deyir». Daha sonra yazıçı bu böyük fırça us­tasının yaradıcılığını göy qurşağı ilə müqayisə edərək maraqlı bir mənzərənin rəsmini çəkir: göy gurlayır, şim­şək çaxır, tufan qopur, buludlar dolub boşalır…Səma tə­mizlənir…Nəhayət, səmada göy qurşağı görünür. Sanki o, bü­tün təlatümün qurtardığını, səmanın aydınlaşdığını xə­bər verir. Sənətkarın qəlbi də səma kimi dolub boşalır…

İ.Əfəndiyev görkəmli rəssamın özünəməxsus yaradı­cılıq cizgiləri üzərində dayanır, daim yeni mövzu axta­rışında olan rəssamın yaradıcı təxəyyülü yeni mövzular üçün onu haralara aparmır?- sualını verərək Tahir Salahovun bir xüsusiyyətini də oxuculara çatdırır: «Bə’zi rəssamlar səfərə çıxarkən yol boyu eskizlər, cızma-qara­lar edir. Belə bir üslub onun yaradıcılığından uzaqdır. T.Salahovun öz orijinal yolu, üslubu vardır». Yazıçı onu da qeyd edir ki, Tahir Salahov hadisələrin dərin axarına girməsə, tabloya köçürəcək obrazları ilə dönə-dönə görü­şüb üzləşməsə əlinə fırça götürmür. Yazıçı rəssamın fırçasından çıxan əsərlərin böyük rəğbətlə qarşılan­masının, ictimaiyyət tərəfindən yüksək qiymət­ləndiril­mə­si­nin əsas səbəbini də rəssamın bu yaradıcılıq metodu ilə əlaqələndirir. Onun sənətindəki lokonikliyi yüksək bir xüsusiyyət kimi ön plana çəkir. T.Salahovun həmin keyfiyyət­lərinə görə də yazıçı onu zəmanəmizin ən tanınmış fırça ustası hesab edir.

İlyas Əfəndiyevin yaradıcılığında kino sənətinə olan marağı, onun yalnız 50-ci illərdə Bakı kinostu­di­yasında işləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Düzdür, yazıçının kinostudiyada işləməsi onu kino sə­nətinə yaxınlaşdırmış, Azərbaycan kinosunun mühüm prob­lemləri ilə yaxından tanış olmasına imkan yaratmışdır. Lakin bu da bir həqiqətdir ki, Füzuli rayonundan təzəcə Bakıya gəlib əmək fəaliyyətinə başladığı 30-cu illərin axırlarında yazdığı ilk məqalələrindən biri də kinoya həsr olunmuşdur. Bu illərdə Bakı kino teatrlarında böyük müvəfəqiyyətlə nümayiş etdirilən «Bataqlıq saldatları» filmi yazıçının diqqətini özünə cəlb etmişdir. /Bu məqalə haqqında monoqrafiyanın birinci fəslində mə’lumat verilmişdir./ Bundan sonra dramaturq Azərbaycanda kino sənətinin inkişafı ilə əlaqədar bir neçə məqalə çap etdirmiş, kinomuzun tarixi, bu günkü vəziyyəti, bu sahədəki nöqsan və çatışmazlıqlar haqqında öz mülahizələrini bil­dirmişdir. Belə məqalələr arasında, Azərbaycan kinostu­diyasının çəkdiyi «Sovet Azərbaycanı» sənədli film haq­qında eyni adlı yazı, İmran Qasımov və Həsən Seyidbəyli ilə birlikdə yazdığı iri həcmli «Azərbaycan kino sənəti üçün geri qalır?» və s. əsərlər diqqəti cəlb edir.

«Sovet Azərbaycanı» filmində yazıçıya xoş gələn ən başlıca cəhət respublikamızın çoxsahəli təsərrüfatı­nın zənginliyi, sənayenin inkişafı, xüsusilə neft sənayesi, elm və mədəniyyət sahəsindəki uğurlarından geniş söhbət açılması, bütün bunların kino sənətinin dili ilə tamaşaçılara parlaq şəkildə çatdırılması idi. Müəllif göstərir ki, Bakı kinostudiyasının bu filmi respubli­kamız haqqında tarixi bir sənəddir.

İ.Əfəndiyevin Azərbaycan kinosunun vəziyyəti, onun uğurları və nöqsanları, respublikada kino sənətinin gələcək inkişafı ilə əlaqədar nəzəri mülahizələri və əməli təklifləri «Azərbaycan kino sənəti nə üçün geri qalır?» məqaləsində daha çox maraq doğurur. Azərbaycan kinosunun müasir tələblərə və tamaşaçı arzularına cavab vermədiyini yazan müəlliflər bu geriliyin səbəblərini araşdırır, onların aradan qaldırılması yollarını göstərir, eyni zamanda kinostudiya kollektivinin potensial imkanlara malik olduğunu da qeyd edirlər.

Kino sənətini inkişaf etdirmək üçün respubli­ka­mızda hər cür şəraitin olduğunu yazan müəlliflər, bütün qüvvələri səfərbərliyə alaraq, mövcud imkanlardan tam is­tifadə etməklə geriliyin aradan qaldırılmasının mümkün olduğuna qəti inanır və göstərirdilər ki, kino işçiləri bütün təqsirləri yazıçıların, yazıçılar isə, öz növ­bə­sin­də, kino işçilərinin üzərinə yıxmağa çalışmamalıdırlar.

Məqalə müəllifləri respublikada kino sənətindəki geriliyi araldan qaldırmaq üçün aşağıdakı təklifləri irəli sürürdülər:

1. İlk növbədə yazıçılarla ekran işçiləri arasında sıx əlaqə yaratmaq lazımdır. Mükəmməl ssenari olmadan gözəl film yaratmaq mümkün deyil. Həm yazıçılar təşkilatı, həm də ayrı-ayrı ədiblər ssenari yazmağı ikinci dərəcəli bir iş hesab edirlər. Ancaq ssenari yazıçının yaradı­cı­lığında poema, roman və ya pyes kimi mühüm əhəmiyyətli bir hadisə hesab edilməlidir.

2. Ən yaxşı ssenarilər mütləq çap edilib geniş oxucu kütləsinə çatdırılmalı, müzakirə olunub onun haqqında ictimai fikir yaradılmalıdır.

3. Studiyanın bədii Şurasında ssenarilərin müza­ki­rəsi çox aşağı səviyyədə keçirilir, rejissorlar müzaki­rə­lərdə fəallıq göstərmirlər. Bu qüsuru aradan qaldırmaq üçün studiyanın ssenari şö’bəsinə yüksək ixtisaslı mətə­xəssislər, redaktorlar də’vət olunmalıdır.

4. Geridə qalmanın bir səbəbi də rejissorların zə­if­liyi, öz üzərində az işləmələri, nəzəri biliklərini pis ar­tırmaları ilə əlaqədardır. Məqalə müəllifləri gös­tərirlər ki, son 30 ildə heç bir rejissor kino sənətimiz haq­qında nəzəri cəhətdən qüvvətli bir məqalə çap etdirmə­mişdir.

5. Məqalədə təklif olunur ki, hər yerdə olduğu kimi Ba­kı kinostudiyasında da mütləq bədii rəhbər olmalıdır. Bə­dii rəhbərin olmaması işə mənfi tə’sir edən amillərdən biridir.

«Azərbaycan kino sənəti nə üçün geri qalır?» məqal­ə­sində biz respublikada ekran sənətinin inkişafı ilə bağlı bir sıra başqa məsələlərlə də tanış oluruq ki, bunların aktuallığı indinin özündə belə azalmamışdır.

Yaradıcılıq imkanları və maraq dairəsi çox geniş olan görkəmli yazıçı, iste’dadlı dramaturq və tanınmış ədəbiyyatşünas-tənqidçi İlyas Əfəndiyev elm, ədəbiyyat, mədəniyyət və incəsənətin bir sıra başqa problemlərinə, o cümlədən bədii əsərlərin dili, gənclərin tə’lim-tərbiyəsi, rayon və kəndlərimizdə mədəniyyətin inkişafı, bədii öz­fəaliyyətin vəziyyəti, vətənpərvərlik tərbiyəsi və s. məsə­lələr haqqında da müxtəlif fikirlər və mülahizələr söyləmiş, nəzərə çarpan nöqsan və çatışmazlıqların ara­dan qaldırılması üçün bir sıra təkliflər vermişdir.

İ.Əfəndiyev 30-cu illərdən başlayaraq ədəbi yaradıcılığında müstəqil yol seçərək inamla addımladığı, heç kimi təkrar etmədiyi kimi ədəbi-tənqidi və estetik düşüncələrində də çox müstəqil yaradıcılıq yolu keçmiş bir sənətkar olduğunu əsərləri ilə təsdiq etmişdir. Qələm dostları M.Hüseyn, M.İbrahimov, Mir Cəlal, İ.Şıxlı və b. sənətkarlar kimi o da qələmini söz sənətinin müxtəlif sahələrində sınamış, bədii əsərlər yazmaqla yanaşı tənqidçi-ədəbiyyatşünas və publisist kimi də fəaliyyət göstərmişdir. Onun bədii-estetik görüşləri də povest, roman və pyesləri kimi öz orijinallığı və özünəməxsusluğu ilə nəzər-diqqəti cəlb edir. Yazıçının bədii ədəbiyyat, səhnə sənəti, musiqi, rəssamlıq, kino və digər sahələr haqqında irəli sürdüyü nəzəri fikirlərin və müddəaların söylənilməsindən 30-40 il keçməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini saxlamaqda, indi də çox aktual səslənməkdədir.

N Ə T İ C Ə

Azərbaycan xalqı öz tarixi inkişafının ayrı-ayrı mər­hə­lələrində ədəbiyyat və mədəniyyətimizə bir sıra gör­kəmli sənətkarlar bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın XX əsrdə yetişdirdiyi ən işıqlı və iste‘dadlı şəxslərindən biridir. Xalqımız Nizami və Fuzuli, M.F.­Axundov və C.Məm­məd­quluzadə, S.Vurğun və R.Rza, Ü.Hacı­bəyov və Y.Məm­mədəliyev, Q.Qarayev və F.Əmirovla fəxr et­diyi ki­mi, İ.Əfən­diyevin yaradıcılığı ilə fərəhlənir və qürur hissi keçirir.

Müasir ədəbiyyatımızın canlı klassiki, iste‘dadlı na­sir və məşhur dramaturq kimi şöhrət qazanmış İ.Əfən­diyev 82 illik ömrünün 60 ilindən çoxunu yazıb-yaratmaqla məşğul olmuşdur. Sinkretik yaradıcılığa malik olan ədib söz sə­nətinin müxtəlif janrları və növlərində gözəl sə­nət nümunələri yaratmışdır. İlk kitabı və lirik he­ka­yələri ilə milyonlarla oxucunun hörmət və məhəbbətini qazanmış, öz dəsti-xətti, yaradıcılıq metodu, deyim tərzi olan yazıçı kimi o, Azərbaycan nəsrində və dramatur­giya­sında parlaq bir səhifə açaraq XX əsr mədəniyyət xəzinə­mizi xeyli zənginləşdir­mişdir.

Yazıçının yaradıcılığı ilə əlaqədar aparılmış tədqiqatları yekunlaşdıraraq aşağıdakı nəticələrə gəl­mək mümkündür:



  1. İlk növbədə onu qeyd etmək lazımdır ki, təkcə İ.Əfən­­­diyevin və ayrı-ayrı sənətkarların yaradıcılığı de­yil­, ümumiyyətlə bütün ədəbiyyat tariximiz tamamilə yeni­dən tədqiqata cəlb olunmalı, müasir dövrün ideologiyası ba­xımından, milli-mədəni təfəkkür kontekstində, kom­munist ideologiyasından, sosialist realizm metodundan azad oldu­ğumuz indiki zamanda təzədən araşdırılıb dəyər­ləndiril­məlidir. Çünki 80-ci illərə qədərki ədəbi tənqid marksizm-leninizm ideologi­yası ilə silahlandığından, əksər hal­larda əsərlərin bə­dii dəyəri saxtalaş­dı­rıl­mış, sənət­karlıq məsələləri düz­gün şərh olunmamışdır.

Lakin ədəbiyyat tariximiz bə‘zi «tən­qid­çi­lərin» dediyi kimi keçmişdə yaranmış bütün mə‘nəvi sərvətlə­ri inkar et­mək, «Füzulini müasirlik gəmisindən dənizə atmaq» xat­i­rinə deyil, həqiqəti üzə çıxarmaq, ağa ağ, qaraya qara demək naminə yenidən yazılmalıdır.

  1. İlyas Əfəndiyev varlı tacir və ali təhsilli ruha­ni ailəsində böyümüş, hərtərəfli ailə tərbiyəsi görmüş, hələ məktəbə getməzdən əvvəl sinəsi sözlə dolu anası və nənə­lərindən dərs almış, nağıllar və rəvayətlər alə­min­də boya-başa çatmışdır. Belə bir «dünya» gələcək yazıçıya çoxlu «xam material» vermişdi.

Yazıçının formalaşmasında ailə tərbiyəsi ilə ya­naşı oxuduğu məktəb, rayonun ictimai-ədəbi mühiti, o zaman bütün Qarabağda böyük hörmət qazanmış xalq teatrı, «Qızıl Araz» qəzeti, qovulduğu və sonradan təhsil aldığı ali məktəb həyatı «böyük dünyaya» bir pəncərə açmışdı.

  1. İctimai-siyasi hadisələrin çox gərgin, ideoloji mü­bari­zənin ciddi və kəskin xarakter aldığı dövrdə ədə­biyyata gəlmiş yazıçı repressiya qurbanı olmuş bir ailədə bö­yü­müş, «kulak balası» kimi təhqir və tə‘qiblərə mə‘ruz qalmışdır.

30-cu illərin xofu, uzun illər hökm sürən ictimai ədalətsizlik, sovet ideologiyasının tə‘siri bu illərdə bir sıra hadisələrin doğru və düzgün izahına imkan vermə­mişdir. Yazıçı özü də son­ra­lar bunları açıb-ağarda bil­mədiyindən, onun həyat və yara­dıcılığının bə‘zi səhifə­ləri bu günə qədər qaranlıq qalmışdır.

Bu səbəbdən də yazıçı sözünü sərbəst deyə bilməmiş, «xoşbəxt və firavan sovet həyatı üçün» xarakterik olmayan mövzulardan qaçmış, yaxud onların coğrafi məkanını dəyi­şdirib xarici ölkələrə «köçürmüşdür». Digər tərəfdən yazıçı o dövrdə daha çox «modda» olan kolxoz və sovxoz­larda, fabrik və zavodlarda qəbul olunan «yüksək öhdəlik­lərdən», «azad əmək və quruculuq işlərindən» söhbət aç­mış, bə‘zən də məhəbbətin təsvirinə geniş yer vermiş, «məhəbbəti nasir və dramaturq kimi deyil, şair kimi tə­rənnüm etmişdir». /K.Talıbzadə/



  1. Tədqiqat zamanı əldə edilmiş əsas nəticələrdən biri də yazıçının elmi tərcümeyi-halının yazılmasıdır. Belə bir təşəbbüs ilk dəfə dissertant tərəfindən həyata keçirilmiş, İ.Əfəndiyevin böyüdüyü ailə, ictimai-siyasi mühit, oxuduğu ali məktəb, ilk əsərlərinin nəşri, pyes­lə­rinin tamaşaya qoyulması, müxtəlif əsərlərilə əlaqədar yanlış və səhv mülahizələr dəqiqləşdirilmişdir.

  2. İ.Əfəndiyev ədəbiyyatın dar, kiçik bir cığırı ilə addımlamamış, bir janr, bir ədəbi istiqamət onu qane etməmişdir. Söz sənətinin bütün janr və növlərində qə­lə­mini sınamış yazıçı oçerk, hekayə, povest, roman, pyes (dram, faciə, komediya), ssenari, ədəbi-tənqidi məqalələr və s. sa­hə­lərdə gözəl sənət nümunələri yarada bilmişdir. Təsa­düfi deyil ki, çağdaş Azərbaycan nəsri və dramatur­giyasının böyük bir mərhələsi onun adı ilə bağlıdır.

Yazıçının yaradıcılığı yenidən nəzərdən keçirilər­kən, onun müxtəlif istiqamətləri, o cümlədən hekayələri, uşaq ədəbiyyatının inkişafında rolu, oçerk sahəsində fəa­liyyəti, romanları və dramaturgiyası ayrı-ayrılıqda araş­­dırılmalı, bu mövzular namizədlik və doktorluq dis­serta­siyası səviyyəsində tədqiq olunmalıdır.

Bu günə qədər İ.Əfəndiyevin yaradıcılığından dok­tor­luq dissertasiyasının yazılmaması Azərbaycan ədəbiy­yat­şü­nas­lığına üzüağlıq gətirə bilməz.

6. İ.Əfəndiyev elə bir sənətkar idi ki, o, heç vaxt ad-san, vəzifə və rütbə dalınca qaçmamış, bütün bunlara bi­ganə qalaraq özünün sadə, halal zəhmət dünyasında yaşamış, bütün ömrü boyu «yazıçıya yazmaq qalacaq» əqidəsinə qulluq etmişdir. Hətta Yazıçılar Birliyinə katib seçildikdən sonra «papağını götürüb» sakitcə iş otağını tərk etmiş­dir ki, bu da Yazıçılar Birliyinin tarixində ilk və yeganə hadisə idi. İ.Əfəndiyev siyasi hoqqabazlıqdan, intriqa və həsəddən, ideoloji çəkişmələrdən, «çayxana söhbət­lərin­dən» kənarda idi. O, həmişə ürəyinin tələbinə, mə‘nəvi dün­yasına sadiq qalmışdır. Yazıçı, ədəbiyyatı heç vaxt siyasi mübarizə meydanına çevirməmişdir.

7. İ.Əfəndiyev daima öz üzərində işləyən, ədəbi ye­niliklərlə maraqlanan zəhmətkeş bir yazıçı, yüksək iste‘­dad sahibi olsa da, heç vaxt onunla kifayətlənməmişdir. Daima oxumaq, öyrənmək onun yazıçı qayəsi, sənətkar devizi idi. Yüksək intellektə malik olan yazıçı buna gündəlik iş kimi baxaraq, bir tərəfdən klassik Azərbaycan ədəbi­y­yatından, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cab­barlı, S.Vurğun kimi sənətkarların yaradıcılığın­dan bəhrələnir, digər tərəfdən müasir dünya ədəbiyyatının ən görkəmli nü­ma­yəndələrinin yaradıcılığını öyrənir, ayrı-ayrı əsər­lərini mütaliə edərək bunu həmkarlarına, qələm dostla­rına da məsləhət görürdü.



Heç təsadüfi deyil ki, müasir Azərbaycan yazıçıları arasında İ.Əfəndiyev ən çox mütaliə edən bir sənətkar ki­mi tanınmışdır. Buna görə də onun azsavadlı, mütaliəsiz adamlardan xoşu gəlməz, «belə adamlarla ünsiyyət bağ­la­maz, iste‘dadsız, mütaliəsiz. dayaz adamlardan qaçar, iste‘­dadlı, mütaliəli, ziyalı adamları özü axtarıb tapardı». (B.Vahabzadə)

  1. Nəsr və dram əsərlərinin mövzusunu Azərbaycan hə­yatından almış yazıçı, həm də böyük ürəkli vətəndaş idi. Yazıçının əsas təsvir obyektinin coğrafi hüdudları res­pub­likamızın ərazisindən kənara çıxmamışdı. Ədib Azərbay­can torpağını, doğulub boya-başa çatdığı Qarabağı, sənət­kar­lar məskəni Şuşanı canından artıq sevirdi. Hamıya mə‘lumdur ki, təbiətin bu cənnət guşəsi İ.Əfəndi­yevin əsas təs­vir obyekti idi və onlarla əsərini bu ərazinin tərən­nümünə həsr etmişdi.

  2. Nədən yazırsa yazsın - istər tarixi mövzu olsun, is­tərsə də müasir həyatın təsviri, istər istehsalat prosesti, istərsə də gənclərin həyatı - fərqi yoxdur, yazıçı öz yazı üslubundan, deyim tərzindən, bədii materialın təqdimat metodundan kənara çıxmazdı. Yazıçını daha çox qurub-yaradan insan, canlı zəhmət adamı, onun mə‘nəvi dünyası, daxili psixoloji aləmi, nakam məhəbbətin müxtə­lif çala­rları, insanlar arasındakı münasibətlər, şəxsiy­yət və ictimai mühit, insan və zaman kimi problemlər ma­raq­landırırdı. Yazıçı belə mövzuların təsvirində təcrüb­ə­li pedaqoq, insanın daxili aləmindən xəbərdar olan psi­xoloq kimi çıxış edirdi.

  3. Həyatın real təsvirini verən yazıçı cəmiyyətin əks qütblərində duran, xarakter e‘tibarilə bir-birindən tama­milə fərqlənən insanları təsvir edir, xeyir və şər, işıq və qaranlıq, ağ və qara ön plana çəkilir, yazıçı polit­rasının müvafiq rənglərini alır. Bir tərəfdən, yüksək mə‘nəvi-əxlaqi keyfiyyətləri ilə hamıya nümunə ola biləcək, saf və təmiz vicdanlı, geniş ürəkli Nuriyyə, Nargilə, Həsənzadə, Nərmin, Kamran, Valeh, Sarıköynək, Ağabəyim ağa...kimi minlərlə oxucuların qəlbinə yol tapmış təmiz niyyətli insanlar durur, digər qütbdə isə bəd və çirkin məqsədli, ürək bulandıran yaltaqlar, rüşvətxorlar, meş­şanlar, oğrular, əliəyrilər, Nəcəflər, Dilşadlar, Şahsu­varlar, Məcidovlar, Cəmillər, Ədalətlər... kimi tiplərlə rastlaşırıq. Birinciləri böyük məhəbbətlə təsvir edən yazıçı mavi rənglərin bütün çalarlarından, ikinciləri tənqid və ifşasında qara boyalardan istifadə edir.

  4. Bütün dövrlərdə yaşamış həqiqi sənətkarların ya­ra­dıcılığı zamanla, ictimai-siyasi həyatla, ədəbi-mü­hitlə qırılmaz tellərlə bağlı olmuşdur. İ.Əfəndiyevin ya­ra­dı­cılığı da istisna təşkil etmir. O, ədəbiyyatda ilk ad­­dım­larını atdığı illərdə də, bədii təfəkkürün yüksək mər­hə­ləsinə qalxdığı dövrdə də həmişə xalqla, müasir hə­yatla sıx təmasda olmuşdur. Yazıçının yaradıcılığı heç vaxt ədəbi tənqidin nəzər-diqqətindən kənarda qalmamış­dır.

Düzdür, bə‘zi əsərlərin siyasi tutumu, obrazların mə‘nəvi-əxlaqi keyfiyyətləri müəyyən qrup oxucuların xoşuna gəlməmiş, narazılığa və mübahisələrə səbəb olmuşdur. Bu da bir həqiqətdir ki, yenicə dərc olunan və tamaşaya qoyulmuş əsər tam sakitlik və sükutla qarşılanırsa , deməli o, heç bir oxucuya tə‘sir etməmişdir. Hadisə və obrazların təsvirinə obyektiv yanaşan yazıçı qeyd edir ki, «nə yazmışamsa son dərəcə səmimi, təbii yazmağa cəhd etmişəm, həyat həqiqətlərinə sadiq qalmışam».

  1. 80-90-cı illər İ.Əfəndiyevin yaradıcılığında yeni bir mərhələ təşkil edir. Təkcə ona görə yox ki, yazıçı bu il­lərdə bir çox yaddaqalan əsərlər yaratmışdır, bir də ona görə ki, o, çoxdan gözlədiyi yeni şəraitlə, ürəkaçan mün­bit zamanla qarşılaşmış, qəlbində «gizlədib-saxladığı», «dişlə dil arasında ilişib qalan» fikirlərini oxu­cu­lara sər­bəst çatdıra bilmişdi. Yazıçı hələ 40-cı illərdə qələmə aldığı bə‘zi əsərlərində «ürəyində giz­lət­diyi fikirlərini» müxtəlif vasitə və üsullarla, sətiraltı mə‘nalarla oxuculara çatdırmaqdan çəkinməmişdir.

Milli müstəqillik, söz və vicdan azadlığı əldə edil­dikdən sonra qələmə alınmış həmin əsərlər xüsusi təd­qiqat mövzusuna çevrilməlidir. Bu məsələ teatr tənqi­dini də narahat etməlidir, çünki tamaşaya qoyulmuş həmin pyes­lər haqqında, bir-neçə teatr resenziyası nəzərə alın­mazsa, ədəbi tənqidlə bərabər teatr tənqidi də özünün tutarlı sözünü deməmişdir.

  1. Yazıçının əsərlərinin nəşri məsələlərində də həllini gözləyən müəyyən problemlər mövcuddur. 1943-cü ildə M.Hüseynlə birlikdə işlənilmiş «İntizar» pyesi bu günə qədər İ.Əfəndiyevin çap olunmuş heç bir kitabına daxil olunmamış, əsər «müəlliflik» statusu almamış­dır. Dra­ma­turqun bir sıra pyesləri 10-15 il bundan əvvəl tamaşaya qoyulmasına baxmayaraq, onlar indiyə qədər çap olun­madı­ğından ədəbi fakta çevrilməmiş, bu səbəbdən də ədəbi tənqid həmin əsərlər haqqında nəinki öz sözünü demiş, onlarla heç tanış ola bilməmişdir.

  2. İ.Əfəndiyev yaradıcılığının bütün dövrlərində ədəbi tənqidlə məşğul olmuş, özünün nəzəri-estetik görüş­lərini vaxtaşırı oxucularla bölüşmüşdür. Müəllifin qələmindən çıxmış 400-dən çox məqalənin toplanıb çap olunmasına böyük ehtiyac vardır. Bu məsələni təkcə oxucu ehtiyacı ilə əlaqələndirmək düzgün olmazdı, bunun digər bir əhəmiyyəti də ondan ibarətdir ki, yazıçının bir tən­qidçi-ədəbiyyatşünas kimi hansı yaradıcılıq yolu keçdiyini izləməyə imkan verəcəkdir.

  3. «İlyas Əfəndiyev» mövzusu yalnız keçmişin deyil, həm də gələcəyin ədəbi problemidir. Azərbaycan ədəbi tən­qidi onun haqqında çoxlu nəzəri məqalələr, müxtəlif səp­gili kitablar çap etmiş, bir-neçə namizədlik disser­ta­siyası müdafiə etmişdir.

Görkəmli ədəbiyyatşünas Əkbər Ağayev tərəfindən 40-cı ildə başlanan bu ədəbi -tənqidi araşdırmalar pro­sesində sonralar M.Arif, M.Cəfər, C.Cəfərov, M.Məm­mə­dov, K.Talıbzadə, Ə.Mirəhmədov, B.Nəbiyev, Y.Qarayev, A.Sə­fiyev və onlarla başqa müəlliflər iştirak etmişlər. Bu yazıların bir yerə yığılıb toplu halında çap edilməsi faydalı olardı. Onu da qeyd edək ki, «Sən həmişə bi­zim­ləsən» kitabının nəşri ilə belə bir təşəbbüsə baş­la­nılmışdır. Bu istiqamətdə işlər davam etdirilməlidir.

  1. Milli teatr və dramaturgiya məsələlərindən söh­bət açarkən bir məsələni də yada salmaq vacibdir. Bu da milli dramaturgiyanın təşəkkül tapıb inkişaf etməsində teatrın rolu məsələsidir. Bu təsdiq olunmuş bir faktdır ki, C.Cab­barlı, S.Rüstəm, S.Vurğun, M.İbrahimov, M.Hüseyn və digər dramaturqlarla bərabər İ.Əfəndiyevin bir sənət­kar kimi inkişaf edib püxtələşməsində Milli teatrın böyük rolu olmuşdur. O zaman teatrın direktoru və baş rejissoru vəzifəsində çalışan A.İsgəndərov 1947-ci ildə gənc nasir İ.Əfəndiyevi teatra də‘vət edib, onu düzgün istiqamətləndirməsəydi, dramaturqun sonrakı yaradıcılıq taleyi haqqında indi qəti bir fikir söyləmək çətin olardı.

«İlyas Əfəndiyevin yaradıcılıq yolu» adlı monoq­rafiya üzərində tədqiqat aparan müəllif yuxarıda deyilən­ləri nəzərə almış, həmin məsələlər ətrafında öz müla­hizələrini bildirmiş, yazıçının yaradıcılığı haqqında düzgün və obyektiv fikir söyləməyə sə‘y göstərmişdir.

17. Onu da qeyd edək ki, elmdə «son hədd» məfhumu yox­dur və ola da bilməz. Elm heç vaxt bir nöqtədə donub qal­mır. Ədəbiyyatşünaslıq elmi də cəmiyyətin inkişafı ilə paralel irəliləyərək təkmilləşir. Bu baxımdan İ.Əfən­diyev haqqında dediklərimiz də son söz ola bilməz.

Biz buna əminik ki, yaxın illərdə Azərbaycan ədəbiy­yat­şünaslığı İ.Əfəndiyev haqqında yeni-yeni elmi əsərlər, mo­­no­qrafiyalar yazacaq, namizədlik və doktorluq disser­ta­si­yaları müdafiə edəcəkdir. Çünki yazıçının çoxsahəli ya­ra­­dı­­cılığı yeni-yeni tədqiqatlar üçün zəngin materiallar verir.

İstifadƏ olunmuş ƏdƏbiyyatın siyahısı
Elmi - nəzəri ədəbiyyat
a) Azərbaycan dilində
1. Abdullayev C. Səməd Vurğunun sənət dünyası. - B. : Yazıçı, 1986. 318s.

2. Ağayev Əkbər. Əsrin tərənnümü. - B. : Yazıçı, 1980. - 231s.

3. Ağayev Əkbər. İlyas Əfəndiyev //Azərbaycan sovet yazıçıları. /Ədəbi portretlər/. B. : Azərnəşr, 1958. - s. 227-234.

4. Ağayev Əkbər. «Kənddən məktublar» //Ədəbiyyat qəzeti. - 1940. - 11 fevral.

5. Azərbaycan dramaturgiyasının inkişaf yolları. Elmi əsərlər toplusu. - B. : ADUnəşri, 1982. -130s.

6. Azərbaycan ədəbiyyatı məsələləri. - B. : Azərb. EA nəşri, 1964. - 347s.

7. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. 1-3 cildlər. - B. : Azərb. EA nəşri, 1957-1960.

8. Azərbaycan sovet ədəbiyyatı.- B. : Maarif, 1988. - 543s.

9. Azərbaycan sovet ədəbiyyatı tarixi. İki cilddə. 1-2 cildlər. - B. : Azərb. EA, 1967.

10. Azərbaycan sovet yazıçıları. /Ədəbi portretlər/. - B. : Azərnəşr, 1958. - 262s.

11. Arif M. «Bahar suları» //Seçilmiş əsərləri. 3 cilddə. 1-ci cild, B. : Azərb. EA nəşri, 1967. - S. 272-286.

12. Arif M. Ədəbi-tənqidi məqalələri. - B. : Azərnəşr, 1958. - 446s.

13. Arif M. «İntizar» //Kommunist. - 1945. - 11 mart.

14. Arif M. Cəfər Cabbarlının yaradıcılıq yolu. - B.: ADU nəşri, 1956. -244s.

15. Axundov Y. Tarix və roman. - B. : Yazıçı, 1988. - 192s.

16. Babayev Nurəddin. Mübariz janr. - B.: Azərnəşr, 1958.- 104s.

17. Vahabzadə B. Dərin qatlara işıq. - B.: Yazıçı, 1986. - 320s.

18. Vurğun S. Balalarımız üçün gözəl əsərlər yaradaq //Əsərləri. 6 cilddə. 5-ci cild. - B.: Elm, 1972, - s. 311-326.

19. Vurğun S. SSRİ Yazıçıları İttifaqının XI plenumunda çıxışı //Ədəbiyyat qəzeti. - 1947. - 19 iyul.

20. Qarayev Yaşar. İlyas Əfəndiyev. - B. : Bilik, 1987. - 50s.



  1. Qarayev Yaşar. Səhnəmiz və müasirlərimiz. - B.:

Azərnəşr, 1972. - 251s.

22. Qarayev Yaşar. Tarix: yaxından və uzaqdan. - B.: 1996.- 710s.

23. Qaraev Yaşar. Xarı bülbülün nağılı. - B.: Azərnəşr, 1995. - 54s.


  1. Quliyev V. 90-cı illərin nəsri və dramaturgiyası //Ədəbiyyat qəzeti. -. 1997. - 7 noyabr.

  2. Dilsuz, Tahirli A. Sən həmişə bizimləsən.-B.: Gənclik, 1999.

26. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. - B.: Yazıçı, 1981. -364s.

27. Ədəbi proses- 76 - 84. - B.: Elm, 1977-1994.

28. Əliyev Heydər. Azərbaycan yazıçılarının X qurultayında nitqi. //Ədəbiyyat qəzeti. - 1997. - 7 noyabr.

29. Əliyev Heydər. Səmimi təbrik. İ. Əfəndiyevin anadan olmasının 80 illiyi //Azərbaycan , 1994. - 26 may.



  1. Əliyev Heydər. Çox dəyərli, xalqımız üçün lazımlı əsər. //Ədəbiyyat qəzeti. - 1977. - 26 sentyabr.

  2. Əlimirzəyev X. C. Məmmədquluzadənin ədəbi-tənqidi gö­rüş­ləri. - B. : Yazıçı, 1991. - 182s.

  3. Əfəndiyev Əmin. Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev (1914-1996) // Türkiyə Araşdırmaları İnstitutu dərgisi (ərzurum). - №13. - 1999.- S.325-334.

  4. Əfəndiyev Əmin. Ədibin ilk hekayəsi //Ədəbiyyat qəzeti. - 1999. - 26 noyabr.

  5. Əfəndiyev Əmin. Ədibin son povesti //Ədəbiyyat qəzeti. - 1996. - 22 noyabr.

  6. Əfəndiyev Əmin. İlyas Əfəndiyev //Azərbaycanın laureat yazıçıları. - B.: Yazıçı, 1984. - S.79-86.

  7. Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Albom-monoqrafiya. - B.: İşıq, 1996. - 222s.

  8. Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Albom-monoqrafiya. - B.: İşıq,1996. - S.203-208. (ingilis dilində)

  9. Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Albom-monoqrafiya. - B.: İşıq, 1996. - S. 190-195. (türk dilində)

  10. Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Biblioqrafik göstə­rici. - B.: Azərnəşr, 1985. - 123s.

  11. Əfəndiyev Əmin.İlyas Əfəndiyev və ədəbi-tənqid //Ulduz. - 1999. - №7-8.- S.74-80.

  12. Əfəndiyev Əmin. İlyas Əfəndiyevin yaradıcılıq yolu. -

Elturan, 1999. - №1-2. - S.43-46.

  1. Əfəndiyev Əmin. İlyas müəllimsiz ilk kitab //Azərbaycan. -1999. - 27 noyabr.

  2. Əfəndiyev Əmin. Yazıçının yeni nəsr əsəri //Günay. - 1996. - 21 noyabr.

  3. Əfəndiyev Əmin. Yazıçının teatr düşüncələri //Qo­bus­tan. -1999. - №3.

  4. Əfəndiyev Əmin. Görkəmli nasir və dramaturq //Azərbaycan gəncləri. - 1984. - 29 may.

  5. Əfəndiyev Əmin. Sən həmişə bizimləsən //Azərbaycan. - 1999. - №8. - S.36-39.

46. Əfəndiyev İ. Azərbaycan Yazıçılar İttifaqında yaradıcılıq hesabatında çıxışı //Ədəbiyyat qəzeti. - 1944. - 23 mart.

47. Əfəndiyev İ. Azərbaycan respublika uşaq yaradıcılığı olimpiadası. //Ədəbiyyat qəzeti. - 1940. - 15 iyul.

48. Əfəndiyev İ. Azərbaycan sovet dramaturgiyası //Azərbaycan. - 1954. - №7. - S.148-170.

49. Əfəndiyev İ. Aşağı mətbuata rəhbərliyi canlandırmalı //Yeni yol. - 1938. - 27 dekabr.

50. Əfəndiyev İ., Bəbir Ə. «Bataqlıq saldatları» //Yeni yol. - 1938. - 14 dekabr.

51. Əfəndiyev İ. Böyük ilhamla, sənətkarlıqla…//Kommunist. - 1964. - 11 mart.

52. Əfəndiyev İ. Böyük humanist //Azərbaycan. - 1972. - №3. - S.. 157-164.

53. Əfəndiyev İ. Vətəndaşlıq ləyaqəti. //Ədəbiyyat və in­cəsənət. - 1981. - 3 aprel.

54. Əfəndiyev İ. Dostumu xatırlayarkən. //Azərbaycan. - 1987. - №5. - S. 117-126.

55. Əfəndiyev İ. Dramaturgiyamız böyük vəzifələr qarşısında. //Kommunist. - 1961. - 26 aprel.

56. Əfəndiyev İ. Dühanın qüdrəti //Ədəbiyyat və incəsənət. - 1978. - 9 sentyabr.

57. Əfəndiyev İ. Ədəbi tənqidimiz barədə bə’çè fikirlər. //Ədəbiyyat və incəsənət. - 1983. - 28 yanvar.



58. Əfəndiyev İ. «Ələmdən nəş’əyə» //Ədəbiyyat və incəsənət. - 1954. - 30 yanvar.

  1. Əfəndiyev İ. «Əfsanəli dağlar» //Ədəbiyyat qəzeti. - 1940. - 23 fevral.

  2. Əfəndiyev İ. «İntiqam» //Ədəbiyyat qəzeti.- 1940.- 11 fevral.

  3. Əfəndiyev İ. İste’dadın sönməzliyi //Ədəbiyyat və incəsənət. - 1978. - 27 mart.

  4. Əfəndiyev İ. İste’äàäëı nasir . //Ədəbiyyat və incəsənət. - 1958. - 26 aprel.

  5. Əfəndiyev İ. Yaradıcılıq ömrü //Kommunist.-1968.- 18 may.

  6. Əfəndiyev İ. Yenilik duyğusu //Ədəbiyyat və incəsənət. - 1958. - 22 mart.

  7. Əfəndiyev İ. Yeri görünən adam //Bizim qəribə taleyimiz. - B.: Yazıçı, 1989. - S.229-246.

  8. Əfəndiyev İ. Yüksək bədiilik və müasirlik //Kommunist. - 1965. - 14 noyabr.

  9. Əfəndiyev İ. Yüksək ideyalı əsərlər uğrunda //Kommunist. - 1971. - 20 mart.

  10. Əfəndiyev İ. Mə’nəvi yüksəliş aynası //Bakı.-1969.-13 sentyabr.

  11. Əfəndiyev İ. Müasirliyi sevirəm //Ədəbiyyat və incəsənət. - 1967. - 11 mart.

  12. Əfəndiyev İ. Mübariz şair //Ədəbiyyat və incəsənət. - 1956. - 25 noyabr.

  13. Əfəndiyev İ. Namuslu fəhlələrin sırasını çoxaltmalı. //Yeni yol. - 1939. - 4 yanvar.

  14. Əfəndiyev İ., Hüseyn M. Natəvan //Ədəbiyyat qəzeti. - 1942. - 31 may.

  15. Əfəndiyev İ. Onu xatırlarkən //Ədəbiyyat və incəsənət. - 1959. - 28 mart.

  16. Əfəndiyev İ. Özbək musiqi, mahnı və rəqs ansamblı Bakıda //Ədəbiyyat qəzeti. - 1940. - 26 iyul.

  17. Əfəndiyev İ. Parlaq iste’dad //Ədəbiyyat və incəsənət. - 1960. - 9 aprel.

  18. Əfəndiyev İ. Sənətkarın taleyi //Azərbaycan. - 1987. - №5.

  19. Əfəndiyev İ. Sizi xatırlarkən //Kommunist. - 1966. - 19 yanvar.

  20. Əfəndiyev İ. Sovet yazıçılarının Üçüncü Ümumittifaq qurultayı və ədəbiyyatımızın vəzifələri //Azərbaycan. 1959. №8. - S. 151-161.

  21. Əfəndiyev İ. Teatr və dramaturgiya məsələləri. //Ədəbiyyat və incəsənət. - 1986. - 3 yanvar.

  22. Əfəndiyev İ. Tofiq Kazımovu xatırlayarkən. //Bizim qəribə taleyimiz.- B.: Yazıçı, 1989. -S. 254-264.

  23. Əfəndiyev İ. Unudulmaz yazıçı, böyük humanist //Kommunist. - 1971. - 5 may.

  24. Əfəndiyev İ. Uşaqlarımız üçün ləyaqətli əsərlər yaradaq! //Azərbaycan. - 1966. - № 12. - S. 177-185.

  25. Əfəndiyev İ. , Seyidov V. Xalq işinin yetirmələri. //Kommunist. - 1939. - 17 dekabr.

  26. Əfəndiyev İ. Xalqın böyük ürəyi //Kommunist. - 1940. - 6 may.

  27. Əfəndiyev İ. Hər bir əsərim ömrümün bir parçasıdır. //Ulduz. - 1990. - № 9.

  28. Əfəndiyev İ. Cavan dramaturqlar //Azərbaycan. - 1955. - №12 - S. 136-146.

  29. Əfəndiyev İ. Şairənin qisməti /Nigar xanımı xatırlayarkən/. - //Sən ey böyük yaradan.- B. , 1997. - S. 125.

  30. Əfəndiyev İ. Şərəf və iftixar işi. //Yeni yol. - 1939. - 12 fevral.

  31. Əfəndiyev İ. Şöhrətli diyar //Kommunist. -1979. - 11 may.

  32. Əhmədov T. Nəriman Nərimanovun yaradıcılıq yolu. - B. : Elm, 1991. - 352s.

  33. Əhmədov Camal. Uşaq və zaman.- B. : Yazıçı, 1986. - 168s.

  34. Zulfüqarov Savalan. Qaryagin Dövlət teatrında //Qızıl Araz. - 1939. - 16 dekabr.

  35. İsmayılov Y. İlyas Əfəndiyevin yaradıcılıq yolu. - B. : Elm, 1991. - 262s.

  36. İsrafilov H. Azərbaycan dramaturgiyasının inkişaf problemləri. - B. : Elm, 1988. - 228s.

  37. Yusifli Vaqif. Nəsr: konfliktlər, xarakterlər. - B. : Yazıçı, 1986. - 168s.

  38. Kərimov İ. İlyas Əfəndiyev teatrı //Qobustan. -1997. - №1-2. - S. 8-12.

  39. Mehdi F. Qarabağ harayı, vətən xiffəti //Ədəbiyyat qəzeti. - 1991. - 17 may.

  40. Məmmədli İlham. Hamını xoşbəxt görmək istəyən sənət­kar. //Respublika. - 1994.- 31 mart.

  41. Məmmədov Mehdi. Azəri dramaturgiyasının estetik problemləri. - B. : Azərnəşr, 1968. - 328s.

  42. Məmmədov Mehdi. Teatr düşüncələri. - B. : İşıq, 1977. - 231s.

  43. Musayev Tofiq. Yeniliyin bədii təsdiqi /İ. Əfəndiyea-70/ //Ulduz. - №5. - 1984. - S. 24-28.

  44. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. - B. : Maarif, 1984.- 332s.

  45. Nəbiyev Bəkir. Qonşu ölkənin pəncərəsindən...// Ölüm­süzlüyün sirri. -B.: Sabah, 1994. - S.100-108.

  46. Nəbiyev Bəkir. İbrətamiz tamaşa //Azərbaycan. - 1996. - 27 dekabr.

  47. Nəbiyev Bəkir. Müasirlərimiz bədii ədəbiyyatda. - B. , 1983. - 71 s.

  48. Nəbiyev Bəkir. Roman və müasir qəhrəman. - B.: Yazıçı, 1987. - 294s.

  49. Nəbiyev Bəkir. Şərəfli yol //Kommunist. - 1984. - 27 may.

  50. Orucəli H. Həyata doğru //Ədəbiyyat qəzeti.-1944.-10 av­qust.

  51. Rəhimli İlham. Dramaturgiya və teatr.- B.: İşıq, 1984. - 148s

  52. Salahova A. İlyas Əfəndiyev yaradıcılığının poeti­kası. - B. : Yazıçı, 1984. -136s.

  53. Salmanov Şamil. Müasirlik mövqeyindən. - B.: Yazıçı, 1982. - 206s.

  54. Sarıvəlli O. «İntizar» //Ədəbiyyat qəzeti.-1945.-17 yan­var.

  55. Seyidov Y. İlyas Əfəndiyev /Müxtəsər oçerk/. - B.: Azərnəşr, 1975. - 236s.

  56. Seyidov Yəhya. Mehdi Hüseynin yaradıcılıq yolu. - B. : Azərb. EA nəşri, 1966. - 252s.

  57. Səfiyev Arif. Dramaturgiya //Ədəbi proses-79. - B. : Elm, 1983. - S. 102.

  58. Səfiyev Arif. Komediya və həyat.- B.: Yazıçı, 1983. - 200s.

  59. Sovet ədəbiyyatşünaslığının aktual problemləri. - B.: Elm, 1974. -354s.

  60. Talıbzadə K. Yazıçının ideyası və təhkiyə //Ədəbiyyat və incəsənət. - 1980. - 4 aprel.

  61. Talıbzadə K. Məhəbbətin tərənnümü //Ədəbiyyat qəzeti. - 1997. - 3 oktyabr.

  62. Xəlilli Qulu. İydə ağacının xiffəti //Kommunist. - 1991. - 9 may.

  63. Xəlilov Qulu. Azərbaycan romanının inkişaf tarixindən. - B. : Elm, 1973. - 352s.

  64. Xəlilov Pənah. Nəsrimizin üfüqləri.-B.: Yazıçı, 1982.- 184s.

  65. Hacıyev Abbas. Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. - B.: Yazıçı, 1986. - 264s.

  66. Hacıyev Aydın. Azərbaycan sovet uşaq ədəbiyyatı. - B. , 1984. - 103s.

  67. Hüseyn M. Azərbaycan uşaq ədəbiyyatında əmək mövzusu. //İnqilab və mədəniyyət. - 1952. - № 2.

  68. Hüseyn M. Ədəbi-tənqidi məqalələri. //Əsərləri. 10 cilddə. 9-10-cu cildlər.- B. : Yazıçı, 1979.

  69. Hüseyn M. «İşıqlı yollarla» //Əsərləri. 10 cilddə. 9-cu cild,- B.: Yazıçı, 1979. - S. 592-597.

  70. Hüseynov Akif. Nəsr və zaman. - B. , 1980. - 185s.

  71. Cəfər M. Bir mübahisə münasibətilə //Həyatın roman­tikası. - B.: Azərnəşr, 1968. - S.147-160.

  72. Cəfər M. «İntizar» tamaşası haqqında //Ədəbiyyat qəzeti. - 1945. - 20 mart.

  73. Cəfərov C. Azərbaycan teatrı /1873-1973/. - B.: Azərnəşr, 1974.- 315 s.

  74. Cəfərov C. Əsərləri: 2 cilddə. 1-ci cild.- B. : Azərnəşr., 1968.

  75. Cəfərov C. Təklik faciədir. /”Sən həmişə mənimləsən” pyesi haqqında/ //Əsərləri. 2 cilddə. 1-ci cild. - B.. : Azərnəşr, 1968. - S. 335-341

  76. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı: Mərhələ­lər və konsepsiyalar. - B. : Ozan, 1997.- 289s.

  77. Şərifov Hüseyn. Ümid verən yazıçı //Kommunist. - 1943. - 8 dekabr.

  78. Şıxlı İ. Xatirəyə dönmüş illər.-B.: Yazıçı, 1980. - 368s.

b/ rus dilində



  1. Àëèåâ Õåéğóëëà. Ñîâğåìåííûé àçåğáàéäæàíñêèé ğîìàí. Õàğàêòåğ, òğàäèöèè è íîâàòîğñòâî. - Á.: ßçû÷û, 1978. -149ñ.

  2. Àñàäóëëàåâ Ñ. Çàìåòêè î ğîìàíå. - Á. : Ãÿíäæëèê, 1970. - 157ñ.

  3. Áîãóñëîâñêèé Â. Íğàâñòâåííàÿ àêòèâíîñòü ãåğîÿ. //Ëèòåğà­òóğíûé Àçåğáàéäæàí. - 1969. - ¹ 1. - Ñ.. 116-126.

  4. Áîãóñëîâñêèé Â. Îñòàëüíîå ñäåëàåò æèçíü…/Î ïüåñå “ Òû âñåãäà ñî ìíîé”/ //Áàêèíñêèé ğàáî÷èé. - 1967. - 18 àïğåë.

  5. Áîãóñëîâñêèé Â. Òğîïàìè ãåğîåâ. - Á. : Àçåğíåøğ, 1975.

  6. Ãóëèåâ Ã. Ğóáåæè ïğîçû. - Á.: ßçû÷û, 1982.- 177ñ.

  7. Ãóëèåâ Ã. İòàïû ôîğìèğîâàíèÿ è ğàçâèòèÿ àçåğáàéäæàíñêîãî ğîìàíà.- Á.: İëì, 1984. - 235ñ.

  8. Äóäèíà Ñ. Ìû ñ íèìè âñòğåòèìñÿ! //Òåëåâèäåíèå. Ğàäèîâåùàíèå. - 1971. - ¹ 12. -Ñ. 8-10.

  9. İôåíäèåâ İìèí. Èëüÿñ İôåíäèåâ. //Èëüÿñ İôåíäèåâ Ìîíîãğàôèÿ. - Á. : Èøûã, 1996. - Ñ.196-202.

  10. İôåíäèåâ İìèí. Ëåáåäèíàÿ ïåñíÿ áîëüøîãî ìàñòåğà. //Günay. - 1996. - 21 íîÿáğÿ.


DİSSERTASİYA VƏ AVTOREFERATLAR
a) Azərbaycan dilində


  1. Adışova Cəmilə. Cəmil Əlibəyovun bədii nəsri: Na­mizədlik dissertasiyasının avtoreferatı.- B. , 1995.- 29 s.

  2. Babayev Nizaməddin. Azərbaycan Sovet ədəbiyyatının təşəkkülü. Doktorluq dissertasiyası. - B.,1990.

148. Verdiyev Vaqif. Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti: Doktorluq dissertasiyası.-B., 1997.- 320s.

149. Qasımov Himalay. Müasir Azərbaycan romanı: Doktorluq dissertasiyası. - B. , 1993. - 278s.

150. Elçin. Ədəbiyyatda tarix və müasirlik problemi: Filologiya e. d. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş elmi mə’ruzə. - Á. , 1997.

151. Əliyev Rəhim. Cəfər Cabbarlının yaradıcılıq təkamülü. Metod, üslub, janr.: Doktorluq dissertasiyası.-B., 1995. - 320s.

152. Nəbiyev Vəli. Azərbaycan bədii nəsrinin janr-üslub təkamülü: Doktorluq dissertasiyası. - B. , 1992. - 297s.

153. Rəhimli İlham. Azərbaycan Milli teatrının poetikası: Doktorluq dissertasiyası. - B. , 1996. - 78s.

154. Rüstəmzadə Aytən. Müasir Azərbaycan romanında milli xarakter: Namizədlik dissertasiyası. - B. , 1996. - 117s.


  1. Salmanov Şamil. Azərbaycan ədəbi tənqidinin təşəkkül və inkişaf mərhələsi. Doktorluq dissertasiyası.- Bakı, 1996. - 389s.

  1. Həbibbəyli İ. C. Məmmədquluzadə: Mühiti və müasirləri: Doktorluq dissertasiyası. - B. , 1995.

157. Hüseynova Şövkət. Salam Qədirzadənin bədii nəsri: Na­mizədlik dissertasiyasının avtoreferatı.- B. , 1995.- 20s.
b) Rus dilində
158. Áàáàåâ Àêøèí. Òâîğ÷åñêèå ïğîáëåìû òóğåöêîé äğàìàòóğãèè ğåñïóáëèêàíñêîãî ïåğèîäà (1923-1983). Äîêòîğñêàÿ äèññåğòàöèÿ. -Á., 1994.

159. Ìàìåäîâ Á. Äðàìàòóðãèÿ È. Ýôåíäèåâà. /1943-1973/: Àâòîðåôåğàò ê. ô. í.- Á. , 1974. - 38ñ.

160. Íàñèðîâ Ã. Òâîð÷åñêèé ïóòü È. Ýôåíäèåâà: Àâòîðåôåğàò ê.ô.í. - Á. , 1967.

161. Ñàëàõîâà À. Îñîáåííîñòè ÿçûêà è ñòèëÿ È. Ýôåíäèåâà:

Àâòîðåôåğàò ê. ô. í. - Á. , 1981.
BƏDİİ ƏDƏBİYYAT

a) Azərbaycan dilində
162. Əfəndiyev İ. Ağıllılar və dəlilər //Azərbaycan. - 1999. - №8. - S. 9-35.

163. Əfəndiyev İ. Aydınlıq gecələr. - B. : Azərnəşr, 1945.



  1. Əfəndiyev İ. Bahar suları. - B. : Azərnəşr, 1955. - 73s.

  2. Əfəndiyev İ. Berlində bir gecə //Ədəbiyyat qəzeti. - 1939. - 26 yanvar; 1999.- 26 noyabr.

  3. Əfəndiyev İ. Bizim qəribə taleyimiz.-B.: Yazıçı, 1989.- 536s.

  4. Əfəndiyev İ. Buruqlar arasında //Yeni yol. - 1938. - 2 noyabr.

  5. Əfəndiyev İ. Qarı dağı //Ədəbiyyat qəzeti. - 1944. - 24 aprel.

169. Əfəndiyev İ. Qırçı və qırmızı çiçək : Hekayələr. - B. : Gənclik., 1981. -191s.

170. Əfəndiyev İ. Qoruqlarda. B. : Uşaqgəncnəşr, 1950. - 52s.

171. Əfəndiyev İ. Qubanın bağları //Kommunist. - 1978. - 4, 5, oktyabr.

172. Əfəndiyev İ. Dağlar arxasında üç dost: Roman. - B. : Azərnəşr, 1967. - 362s.

173. Əfəndiyev İ. Dalğalar səslənən yerdə //Kommunist. - 1948. - 3 mart.

174. Əfəndiyev İ. Əmək adamları //Kommunist. - 1951. - 18-19 dekabr.

175. Əfəndiyev İ. Zəmidə bir turac səslənirdi - B. : Gənclik, 1967. - 71s.

176. Əfəndiyev İ. İntizar //Hüseyn M. Əsərləri. 10 cilddə. 8-ci cild. - B. : Yazıçı, 1978.

177. Əfəndiyev İ. Yeni kənd, yeni adamlar //Kommunist. - 1950. 7-8 iyul.

178. Əfəndiyev İ. Kənddən məktublar: Povest və hekayələr. - B.: Azərnəşr, 1939. -122s.

179. Əfəndiyev İ. Körpüsalanlar: Povest. - B. : Uşaqgəncnəşr, 1960. -151s.

180. Əfəndiyev İ. Geriyə baxma qoca: Roman və komediya.- B. : Yazıçı, 1981. - 356s.

181. Əfəndiyev İ. Gözlənilməyən sevgi //Revolyusiya və kultura. - 1939. - №5. - S. 64-70.

182. Əfəndiyev İ. Mahnı dağlarda qaldı. //Azərbaycan. - 1971. - № 9. - S. 39-86.

183. Əfəndiyev İ. Mənim qohumum çoban Rəşid //Kommunist. - 1965. - 1 iyun.

184. Əfəndiyev İ. Məhv olmuş gündəliklər //Azərbaycan. - 1970. - № 7.

185. Əfəndiyev İ. Pyesləri. - B. : Uşaqgəncnəşr, 1949. - 154s.

186. Əfəndiyev İ. Sağsağan. Sən ey böyük yaradan!. - B. , 1997. - S. 63-65.

187. Əfəndiyev İ. Sarıköynəklə Valehin nağılı: Roman. - B.: Gənclik,. 1979- 328s.

188. Əfəndiyev İ. Seçilmiş əsərləri: 6 cilddə.- B.: Yazıçı, 1984-1985.

189. Əfəndiyev İ. Seçilmiş əsərləri:. 4 cilddə. - B.: Azərnəşr, 1969-1973.

190. Əfəndiyev İ. Seçilmiş əsərləri: 2 cilddə. - B.: Azərnəşr, 1964-1965.

191. Əfəndiyev İ. Seçilmiş əsərləri. - B. : Azərnəşr, 1959. - 402s.

192. Əfəndiyev İ. Sən ey böyük yaradan!. - B. : Şərq-Qərb, 1997. - S. 92-93.

193. Əfəndiyev İ. Sosialist şəhəri Sumqayıt //Ədəb. və incəsənət. - 1956. - 4 noyabr.

194. Əfəndiyev İ. Söyüdlü arx: Povestlər və hekayələr. - B. : Gənclik. 362s.

195. Əfəndiyev İ. Üçatılan . - B.: Gənclik, 1982.- 398s.

196. Əfəndiyev İ. Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı. //Günay,. - 1996. - 25, 27 aprel.

197. Əfəndiyev İ. Hacı Axundun cənnət bağı necə oldu //Ədəbiyyat qəzeti. - 1994. - 4 mart.


  1. Əfəndiyev İ. Hekayələr. - B. : Uşangəncnəşr, 1955. - 104s.

  2. Əfəndiyev İ. Henrixin üsyanı //Ədəbiyyat qəzeti. - 1941. - 10 oktyabr.

  3. Əfəndiyev İ. Hökmdar və qızı //Azərbaycan. - 1988. - № 6.

  4. Əfəndiyev İ. Ceyran ovu: Hekayələr. - B.: Gənclik, 1944.

  5. Əfəndiyev İ. Şamama Həsənova- B.: Azərnəşr, 1949. - 40s.



b) Rus dilində

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə