İSTİsmar qaydalari böLMƏ İSTİsmarin təŞKİLİ Əsas müddəalar və vəzifələr




Yüklə 177.05 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü177.05 Kb.
1   2   3

8.10. AİS-ə xidmət edən bölmələr aşağıdakıları təmin etməlidir:

  1. texniki vasitələrin etibarlı istismarını, AİS-in informasiya və proqramla təminatını;

  2. EHM-də işlənmiş informasiyanın qrafikə əsasən müvafiq bölmələrə verilməsini;

  3. qüvvədə olan normativlərə uyğun olaraq hesablayıcı texnikadan səmərəli istifadə edilməsini;

  4. istismarda olan proqramların təkmilləşdirilməsi, yeni məsələlərin tətbiqi, ilkin informasiyanın toplanması və hazırlanması üzrə qabaqcıl texnologiyanın mənimsənilməsi də daxil olmaqla, idarəetmə sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini;

  5. arayış – normativ informasiya çeşidlənməsinin aparılmasını;

  6. əlaqədar və yuxarı səviyyəli AİS-lər ilə qarşılıqlı informasiya mübadiləsinin təşkilini;

  7. AİS-in işləməsi üçün zəruri normativ sənədlərin hazırlanmasını;

  8. AİS işinin və iqtisadi səmərəliliyinin təhlilini, hesabatın vaxtında verilməsini.

8.11. Hər bir AİS üzrə xidmət heyəti, layihə və zavod sənədlərindən başqa, həm də enerjisistemin (enerjiobyektin) texniki rəhbərliyi tərəfindən тəsdiq edilmiş siyahıya uyğun olaraq texniki və istismar sənədlərində də yazı və qeydlər aparılmalıdır.

8.12. AİS-in texniki vasitələrində profilaktik-təmir işləri təsdiq olunmuş qrafikə əsasən yerinə yetirilməli və onların təmirə çıxarılması qaydaları təsdiq olunmuş əsasnamə ilə müəyyənləşdirilməlidir.

8.13. Enerjisistemin, enerji obyektlərinin dispetçer idarəetmə orqanlarının rəhbərliyi AİS-in işini, effektivliyini təhlil etməli, istismarına nəzarət etməli və AİS-in inkişafı, təkmilləşdirilməsi və texniki yeniləşdirilməsi üçün tədbirlər işləməlidir.
9. Metroloji təminat
9.1 Hər bir enerji obyektində ölçülərin vahidliyini və tələb olunan dəqiqliyi təmin edən kompleks tədbirlər yerinə yetirilməlidir. Metroloji təminat üzrə tədbirlər kompleksinə daxil olmalıdır:

  1. dövlət nəzarəti və yoxlanışından keçirilməli olan ölçü vasitələrinin (ÖV) vaxtında yoxlanışa təqdim edilməsi;

  2. yoxlanışdan keçirilməyən ÖV-in kalibrlənməsinin təmin edilməsi;

  3. attestasiyadan keçmiş, ölçmə icra metodikalarının (ÖİM) istifadəsi;

  4. işlədilən ÖV-nin dəqiqlik xarakteristikalarının layihə sənədlərinin metroloji ekspertizası və texnoloji parametrlərin ölçülmə dəqiqliyi tələblərinə uyğunluğunun təmin edilməsi;

  5. normativ və layihə sənədlərinin metroloji ekspertizası.

9.2. Metroloji təminat üzrə işlərin yerinə yetirilməsi, onların icrasına nəzarət və yoxlanışın aparılması, enerjisistemin, enerjiobyektlərin və təşkilatların ya da bölmələrin bu işləri aparan xidmət və şöbələri tərəfindən həyata keçirilir.

9.3. Enerji obyektlərinin ÖV ilə təchizi, normativ-layihə sənədlərinə və tədarük üzrə texniki şərtlərə müvafiq olmalıdır. ÖV-i, enerji qurğularının avadanlıqlarının texniki vəziyyətinə və iş rejiminə nəzarəti; vəsait və ehtiyatların mədaxil və məsrəfini; istehsal olunmuş, sərf edilmiş (xüsusi sərfiyyat və başqaları) və buraxılan elektrik enerjisinin və istiliyin uçotunu; sanitariya normalarının və iş şəraitinin təhlükəsizliyinin riayətinə nəzarəti; ətraf mühitin mühafizəsinə nəzarəti təmin etməlidir.

9.4. Bütün ÖV və həmçinin informasiya-ölçü sistemləri (İÖS) saz vəziyyətdə saxlanmalı və ölçülərin aparılması üçün daim hazır olmalıdır.

9.5. Enerji obyektlərinin avadanlıqlarının sənaye istismarına daxil olmasına qədər İÖS-nın ölçü kanalları metroloji attestasiya olunmalı və ya dövlət və sahə normativ sənədlərə uyğun tipinin təsdiqlənməsindən (dövlət nəzarətində olan ölçü kanalları üçün) keçməlidir.

9.6. Enerji obyektlərinin avadanlıqlarının sənaye istismarı prosesində İÖS-nın ölçü kanalları vaxtaşırı yoxlanmalı və (və ya) qəbul olunmuş qaydada kalibrlənməlidir.

9.7. Yoxlamadan keçməmiş və kalibrlənməmiş İÖS-nın işdə istifadəsi qadağandır.

9.8. ÖV-nın kalibrlənməsində və yoxlanmasında nümunəvi ÖV kimi istifadə olunan vasitələr, ətraf mühitin parametrlərinə nəzarət edən, elektrik, istilik və yanacağın kommersiya uçotu və hesabatı əməliyyatlarında və həmçinin geodeziya işlərində istifadə olunan bütün işçi ÖV-lər yoxlamadan keçirilməlidir.

9.9. Hər bir enerji obyektində yoxlamadan keçirilməli ÖV-nin konkret siyahısı tutulmalı və ərazi üzrə dövlət metrologiya xidmətinə göndərilməlidir.

9.10. Ölçü vasitələri, enerji obyektinin tərtib etdiyi qrafiklərə müvafiq olaraq vaxtında yoxlanışa təqdim olunmalıdır.

9.11. Ölçü vasitələrinin yoxlanışının nəticələri, yoxlanış şəhadətnaməsi və möhürlə təsdiqlənməlidir. Təsdiqlənmə qaydası dövlət standartları ilə müəyyənləşdirilir.

9.12. Enerji obyektlərində sazlama, təmir və elmi-tədqiqat işləri yerinə yetirilərkən avadanlığın etibarlılığı və qənaətli işinə nəzarət üçün istifadə edilən və yoxlanışdan keçirilməsi vacib olmayan və ölçü dəqiqliyi normalaşdırılmayan, texnoloji parametrlərə müşahidə üçün tətbiq edilən bütün ÖV-i kalibrlənməlidir.

9.13. ÖV-nin kalibrlənməsinin dövrülüyünü enerjiobyektin metroloji xidməti (texnoloji bölmə ilə razılaşdırılaraq) təyin etməli və bu müddət enerji obyektinin texniki rəhbərliyi tərəfindən təstiqlənməlidir.

9.14. ÖV-nin kalibrlənməsinin nəticələri pasportda qeyd olunmalı, ÖV-ə kalibrlənmə nişanı çəkilməli ya da kalibrlənmə sertifikatı ilə təsdiqlənməli və həmçinin istismar sənədlərində yazı ilə qeyd aparılmalıdır.

9.15. İşçi layihə tərkibində olan . layihə sənədləri onun işlənib hazırlanması mərhələsində metroloji xidmətinin ya dа digər enerji obyektlərinin və təşkilatların metroloji ekspertizadan keçməlidir.

9.16. ÖV-yə texniki xidmətin göstərilməsi və təmir işləri, enerji obyektinin texnoloji xidməti funksiyasını icra edən bölmənin heyəti tərəfindən yerinə yetirilməlidir.

BÖLMƏ 2.

ƏRAZİ, İSTEHSALAT BİNALARI VƏ QURĞULARI
1.Ərazi
1.1. Enerji obyektinin ərazi, bina və qurğularının lazımi istismar və texniki-sanitariya vəziyyətini təmin etmək üçün aşağıdakılar yerinə yetirilməli və saz vəziyyətdə saxlanılmalıdır:

  1. bütün ərazidən, bina və qurğulardan suların yerüstü və yeraltı axıdılması sistemləri (drenajlar, kaptajlar, qanovlar, suaxıdıcı kanallar və s.);

  2. səsbatıran qurğular və səs-küy mənbələrini məhdudlaşdırmaq və onun səviyyəsini normayadək azaltmaq üçün istifadə olunan digər quruluşlar;

  3. su kəməri, kanalizasiya, drenaj, istiləşdirmə, nəqliyyat, qaz və maye yanacaq sistemləri və onların tikililəri;

  4. içməli su mənbələri, su hovuzları və su təchizatı mənbələrinin sanitar-mühafizə zonaları;

  5. dəmiryolu xətləri və keçidləri, avtomobil yolları, yanğın keçidləri, yanğın hidrantlarına, su hovuzlarına və su soyuducu qurğulara gediş yolları, körpülər, piyada yolları, keçidlər və s.;

  6. çökməyə, sürüşməyə, selə, uçquna qarşı və sahilbərkidici qurğular;

  7. yeraltı suların rejimini müşahidə etmək üçün pyezometrlər və nəzarət quyuları;

  8. mühəndis-texniki qoruyucu vasitələr kompleksi (çəpərlər, nəzarət-buraxılış məntəqələri, gözətçi yerləri, xidməti otaqlar);

  9. ildırımdan mühafizə və yerləbirləşdirmə sistemləri.

Bundan başqa, müntəzəm olaraq ərazinin yaşıllaşdırılması və abadlaşdırılması işləri aparılmalıdır.

1.2. Üstü ortülmüş yeraltı su kəməri, kanalizasiya, istiləşdirmə kommunikasiyaları və həmçinin qapalı ərazilərdəki qaz kəmərləri, hava boruları və kabellər, yerin səthində göstəricilərlə işarə olunmalıdır.

1.3. Enerji obyektinin ərazisində azan cərəyanların mövcudluğu hallarında, yeraltı metal qurğu və kommunikasiyaların elektrokimyəvi korroziyadan qorunması təmin olunmalıdır.

1.4. Daimi olaraq, xüsusi ilə yağış yağdıqda, yamac, eniş və süxurların vəziyyətinə nəzarət edilməli və lazımi hallarda onların bərkidilməsi üçün tədbirlər görülməlidir.

1.5. Yazda bütün suyu kənara axıdan şəbəkə və qurğulara baxış keçirilməli və onlar qar və yağış sularının axıdılmasına hazırlanmalıdır; kabel, borular, ventilyasiya kanallarının binanın divarlarından keçən yerləri kipləşdirilməli, suçəkən mexanizmlər işə hazır vəziyyətə gətirilməlidir.

1.6. Elektrik stansiyalarında torpaq sularının rejiminə nəzarət-nəzarət quyularında (pyezometrlərdə) suyun səviyyəsinə əsasən istismarın birinci ilində - ayda bir dəfədən az olmayaraq, sonrakı illərdə isə-torpaq suyu səviyyəsinin dəyişməsindən asılı olaraq, lakin rübdə bir dəfədən az olmayaraq aparılmalıdır. Əhəngli torpaq olan zonalarda torpaq sularının rejiminə nəzarət xüsusi proqramlar üzrə yerli təlimatda nəzərdə tutulmuş müddətlərdə təşkil olunmalıdır. Suyun temperaturunun ölçülməsi və quyudan kimyəvi analiz üçün nümunənin götürülməsi yerli təlimata müvafiq aparılmalıdır. Müşahidələrin nəticələri xüsusi jurnala yazılmalıdır.

1.7. Enerji obyektlərində ildə iki dəfə olmaqla (altı aydan bir), iri tullantı yığımlarının müşahidə şəbəkəsi quyularından yeraltı suların keyfiyyətinə daimi kimyəvi-analitik nəzarət təşkil edilməli və analizin göstəriciləri sahə geoloji təşkilata təqdim olunmalıdır.

1.8. Enerji obyektinin ərazisində torpağın çökməsi, sürüşməsi və qabarması hadisələri müşahidə olunduqda, torpağın normal vəziyyətini pozan səbəbləri və onların nəticələrini ləğv etmək üçün tədbirlər görülməlidir.

1.9. Xüsusi zonalarda bina və qurğuların tikintisi, yalnız layihə üzrə aparılmalıdır. Xüsusi zona hüdudlarında bütün tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, yalnız enerji obyektinin rəhbərinin razılığı ilə aparılmalıdır. Qaz kəmərlərinin və estakadaların altında bina və qurğuların tikilməsi qadağandır.

1.10. Elektrik stansiyalarının nəzdində olan dəmir yolları və onların körpü və qurğuları müvafiq təlimatlara əsasən saxlanılmalı və təmir olunmalıdır.

1.11. Avtomobil yollarının, onların körpu qurğularının saxlanılması və təmiri avtomobil yollarının təmiri və saxlanılmasının texniki qaydalarının tələblərinə müvafiq olmalıdır.

1.12. Körpulərdə yerli təlimat ilə müəyyən olunmuş həcmdə və müddətlərdə aşağıdakı göstəricilər üzrə müşahidə təşkil edilməlidir: dayaqların çökməsi və yerdəyişməsinə; aşırım tikili tirlərin (fermaların) hündürlük və plan üzrə vəziyyətinə; işlək hissənin hündürlük vəziyyətinə.

Bununla bərabər əsaslı körpülər 10 ildə 1 dəfə, taxta körpülər isə 5 ildə 1 dəfə təftiş olunmalı və lazımi hallarda sınaqdan keçirilməlidir.

Əvvəlcədən yoxlanılmamış (təftiş olunmamış) körpülərin sınağı qadağandır.

Tamqaynaqlı, tampərçimli və həmçinin qaynaqla gücləndirilmiş polad və polad dəmir-beton aşırımlı tikililərə, qış vaxtı ayda 1 dəfədən az olmayaraq və temperatur 20°C-dən aşağı olarsa – hər gün baxış keçirilməlidir.



1.13. Aşağı temperatur dövrlərində körpünün işlək hissəsi və ona yanaşı yollar qardan və buzdan təmizlənməlidir.
2. İstehsalat binaları, qurğuları və texniki-sanitariya quruluşları
2.1. Enerji obyektlərinin istismarı prosesində bina və qurğulara yerli təlimat ilə müəyyənləşdirilmiş həcmdə müntəzəm müşahidə ilə yanaşı, qüsur və zədələnmələri aşkar etmək üçün ildə 2 dəfə (yaz və payızda) baxış, təbii fəlakətdən (qasırğa, tufan, şiddətli küləklər, güclü leysan və qardan, yanğından, zəlzələdən və s.) və ya qəzadan sonra növbədənkənar baxış təşkil olunmalıdır.

Bunun nəticələrinə görə ayrı-ayrı tikinti konstruksiyalarının və ya bütövlükdə bütün binanın (qurğunun) ixtisaslaşdırılmış təşkilatlar tərəfindən texniki müayinədən keçməsi zəruriliyi müəyyən edilir.

Enerji obyektinin rəhbəri tərəfindən təsdiq olunan siyahı üzrə əsas istehsalat bina və qurğuların tikinti konstruksiyaları ixtisaslaşdırılmış təşkilatlar tərəfindən texniki yoxlamadan keçməlidir.

25 ildən artıq istismarda olan istehsalat binaları və qurğuları, onların vəziyyətindən asılı olmayaraq ixtisaslaşdırılmış təşkilatlar cəlb olunmaqla, onların möhkəmliyi, dayanıqlığı və istismar etibarlılığı qiymətləndirilməklə kompleks müayinə olunmalıdır. Sonralar isə zəruri olduqda, lakin 5 ildə azı 1 dəfə bu proses təkrarlanmalıdır.



2.2. Yaz baxışında bina, qurğu və sanitar-texniki sistemlərin yay fəslinə planlaşdırılmış təmir işlərinin həcmi dəqiqləşdirilməli və gələn ilin əsaslı təmir planına salınmaq üçün işlərin həcmi müəyyənləşdirilməlidir.

Payız baxışında bina və qurğuların qışa hazırlığı yoxlanılmalıdır.



2.3. Elektrik stansiyalarında bina, qurğu və avadanlıqların özüllərinin çökməsinə nəzarət təşkil olunmalıdır. Çökməyə nəzarət: istismarın birinci ilində – 3 dəfə, ikinci ilində – 2 dəfə, sonrakı illərdə çökmə stabilləşənə qədər – ildə 1 dəfə, stabilləşəndən sonra (ildə 1mm və ondan az) – 5 ildə 1 dəfədən az olmayaraq həyata keçirilməlidir.

2.4. Yeraltı dağ-qazıntı işləri aparılmış ərazilərdə, işləyən avadanlıqların təsirindən dinamik bərkiməyə məruz qalmış torpaqlarda, kirəcli zonalarda, seysmikliyi 7 bal və yuxarı olan rayonlarda tikilən bina və qurğuların özüllərinin çökməsinə və tikinti konstruksiyalarının deformasiyasına nəzarət edilməsi və yoxlanılması, yerli təlimatda nəzərdə tutulmuş müddətlərdə xüsusi proqram üzrə 3 ildə 1 dəfədən az olmayaraq aparılmalıdır.

2.5. Elektrik stansiyalarında tüstü boruları və tüstü qazı yollarına ildə 2 dəfə (yazda və payızda) xarici baxış keçirilməlidir. Tüstü borularının xarici və daxili yoxlanılması istismara verildikdən 1 il sonra ixtisaslaşdırılmış təşkilatlar cəlb olunmaqla sonralar isə zəruriyyət yarandıqda, lakin 5 ildə azı 1 dəfə mütləq tüstü borularının sənaye təhlükəsizliyinin ekspertizası ilə yerinə yetirilməlidir. Qazanları işdən açmaq mümkün olmadıqda boruların istilik izolyasiyasının, kərpic və monolit özlüklərinin vəziyyətinin yoxlanılması teplovizion üsulla yerinə yetirilə bilər.

2.6. Bina, qurğu və avadanlıqların özülləri üzrə müşahidə vaxtı, hərəkət edən dayaqların vəziyyətinə, metal konstruksiyaların temperatur tikişlərinə, qaynaq, pərçim və bolt birləşmələrinin, yığma dəmir-beton konstruksiyalarının calanmış və atma üsulu ilə qoyulmuş detallarına, dəmir-beton konstruksiyaların armatur və betonuna (deformasiya və korroziya əmələ gələndə), dinamiki və termiki gərginlik və təsirlərə məruz qalmış kranatlı konstruksiya və sahələrin vəziyyətinə də nəzarət edilməlidir.

2.7. Su hazırlığı qurğularının otaqlarında drenaj kanalları, qanovlar, duz özəklərinin divarları, koaqulyantların nəm saxlanılma özəkləri, turşu və qələvi çənləri yerləşən otaqların döşəmələri saz vəziyyətdə saxlanılmalı və nəzarət edilməlidir.

2.8. İnşaat konstruksiyalarında çatlaq, sınıq və digər xarici zədələnmə əlamətləri aşkar olunduqda bu konstruksiyalarda mayaklardan istifadə olunmaqla və instrumental ölçmələrin köməyi ilə müşahidə təşkil olunmalıdır.

Aşkar olunmuş qüsurlar haqqında məlumatlar, üzə çıxarılmış nöqsanların ləğv ediləcəyi müddət göstərilməklə, bina və qurğuların texniki vəziyyəti jurnalına yazılmalıdır.



2.9. Aparıcı və qoruyucu (çəpərləyici) konstruksiyalarda dəlik və oyuqların açılması, avadanlığın quraşdırılması, sökülməsi və təmirində texnoloji avadanlığın inşaat konstruksiyalarına nəqliyyat vasitələri, boru kəmərləri və digər quruluşların yükqaldırmaq üçün bərkidilməsi, asılması və qoyulması, karkas əlaqələrin kəsilməsi layihə təşkilatının və binaların (qurğuların) istismarına cavabdeh şəxsin razılığı olmadan və həmçinin ehtiyat avadanlığın və digər məlumat və materialların təyin olunmamış yerlərdə saxlanılması qadağandır.

Layihə verilənləri əsasında örtüyün hər bir sahəsi üçün son hədd yükü müəyyənləşdirilməli və görunən yerlərdə asılmış cədvəllərdə göstərilməlidir.

İstismar prosesində örtüklərin yüksaxlama qabiliyyəti (aparıcılığı) dəyişərsə (azalarsa) onda, buraxıla bilən yüklər baxış və yoxlama hesabatı nəticələrinə əsasən müəyyənləşdirilmiş texniki vəziyyət nəzərə alınmaqla dəqiqləşdirilməlidir.

2.10. Bina və qurğuların damları zibildən, küldən və tikinti materiallarından təmizlənməlidir. Yağış sularının axıdılması sistemi təmizlənməli və onun iş qabiliyyəti yoxlanılmalıdır.

2.11. Bina və qurğuların metal konstruksiyaları korroziyadan qorunmalı və korroziyaya qarşı mühafizənin effektivliyinə nəzarət edilməlidir.

2.12. Enerji obyektlərində otaq və avadanlıqların boyanması sənaye estetikası, sanitariyası və boru kəmərlərinin fərqləndirici rənglərdə boyanması təlimatının tələblərinə müvafiq olmalıdır. Binaların fasadlarının və əsas otaqların interyerlərinin layihə həllindən bütün kənara çıxma halları layihə təşkilatı ilə razılaşdırılmalıdır.

2.13. İnşaat konstruksiyaları, bina, qurğu və avadanlıqların özülləri, mineral yağlar, turşu, qələvi, buxar və suyun düşməsi hallarından mühafizə olunmalıdır.

2.14. İsidici və ventilyasiya sistemlərinin texniki vəziyyəti və onların iş rejimləri hava mühitinin normallaşdırılmış parametrlərini, enerji avadanlığının etibarlılığını və mühafizə konstruksiyalarının davamlılığını təmin etməlidir. Sistemlərin istismarı yerli təlimatlara müvafiq aparılmalıdır.

2.15. Bina və qurğuların meydançaları, konstruksiyaları və nəqliyyat keçidləri daima saz vəziyyətdə və təmiz saxlanılmalıdır. Bina və avadanlıqlarda tozun yığılması hallarına yol verilməməlidir.

Yanacaq ötürülən traktın su ilə yuyulması mövcud Qaydaların müddəalarına uyğun təşkil olunmalıdır.





1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə