Iştirakı ilə 2011-ci il 4 Oktyabr tarixində Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli mövzusunda keçirilən




Yüklə 126.44 Kb.
tarix09.03.2016
ölçüsü126.44 Kb.


Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiyyə Fondunun

iştirakı ilə
2011-ci il 4 Oktyabr tarixində
Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli mövzusunda keçirilən
Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
Ön söz
Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.
Respublikamızda bazar iqtisadiyyatına keçid prosesi ölkə əhalisinin böyük hissəsinin həyat səviyyəsinin kəskin sürətdə aşağı düşməsi ilə müşayiət olunur. Bu amil hamı tərəfindən neqativ hal kimi qiymətləndirilsə də, əhalinin çox hissəsi hələ dövlətin gücünə olan ümidlərini itirməyib.

Yeni iqtisadi siyasətə keçid tendensiyası sosial təminat sahəsində özünü daha da çox biruzə verir. Nəzərə almaq lazımdır ki, sosial təminat sistemi uzunmüddətli perspektiv üçün işləyən mürəkkəb sistemdir. Keçid dövründə respublikamızın sosial təminat sistemində yaranmış vəziyyət ciddi və prinsipal islahatların aparılmasını tələb edir. Bu islahatlar tələsik tədbirlərin görülməsindən ibarət olmamalı, ciddi şəkildə düşünülmüş, əsaslandırılmış və xarici ölkələrin təcrübəsini özündə əks etdirən konsepsiyaya uyğun həyata keçirilməlidir. Hazırki dövrdə əhalinin müəyyən hissəsinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağa düşməsi, əmək haqqı, pensiya, müavinət və digər ödəmələrin səviyyəsinin real yaşayış minimumu səviyyəsində olmaması öz həllini gözləyən problem kimi mövcuddur. Əhalinin sosial müdafiəsi sistemində islahatların aparılması təcili sürətdə həll edilməli məsələlərdən biridir. Ölkəmizdə yoxsulluğun aradan qaldırılması ilə əlaqədər qanunvericilik sistemində əhəmiyyətli dəyişikliklər baş versə də, o həm hüquqi, həm də iqtisadi münasibətlərdə qeyri-mükəmməl bir sistem olaraq qalmaqda davam edir.

Cəmiyyətdə mühüm sosial normativ kimi pesiya təminatının səviyyəsi ən kəskin problemlərdən biridir və bu bütün dövrlərdə hüquq ədəbiyyatlarında müzakirə edilmiş məsələlərdən biri olmuşdur. Göstərmək lazımdır ki, azad bazar iqtisadiyyatı münasibətlərinə keçid mərhələsində olan respublikamızda pensiya təminatı sistemi çətin və bir qədər böhranlı dövrünü yaşayır. Bu baxımdan, hal-hazırda pensiya təminatinin səviyyəsi iki aspektlə səciyyələnə bilər. Vətəndaşların aldığı əmək pensiyasının də orta məbləği layiqli həyat səviyyəsini təmin iqtidarında deyil. Hazırkı pensiyaların məbləği işçinin keçmiş əmək haqqı ilə zəif şəkildə əlaqələndirilir. Azərbaycan Respublikasının pensiya təminatı sistemi üzrə ən mühüm və vacib məsələlərdən birini pensiya təminatının səviyyəsi, pensiyaların miqdarı və onların müəyyən edilməsinin metodları təşkil edir. Dünya təcrübəsi isə göstərir ki, milli pensiya sisteminin qurulması ancaq ölkənin sosial, iqtisadi və siyasi həyatının və ənənələrinin xüsusiyyətlərini nəzərə alan sosial siyasət konsepsiyası işlənib hazırlandıqdan sonra mümkündür. Belə ki, dövlətin sosial siyasət konsepsiyası ilə pensiya islahatı konsepsiyası paralel şəkildə həyata keçirildikdə, həmin islahatların başlıca məqsədlərindən birinə, yəni hər kəsin, o cümlədən pensiyaçıların layiqli həyat şəraitini təmin edə biləcək səviyyəyə çatdırılmasına nail olunacaqdır. Fikrimizcə, deyilənləri nəzərə alaraq, xüsusi olaraq vurğulamaq lazımdır ki, pensiyaçıların layiqli həyat səviyyəsinin təminatlılığı dövlət tərəfindən müəyyən edilmiş ümumi təminatlar mexanizminin ayrılmaz hissəsinə çevrilməlidir.

Dünyanın bir çox ölkələrindəki kimi vətəndaşlarının pensiya təminatı Azərbaycan Respublikasında əsas sosial siyasətlərdən biridir. Azərbaycanda sığorta pensiya sisteminin inkişafı dair 2001-ci ildə start verilməsinə baxmayaraq, bu sahədə müəyyən problemlər olaraq qalmaqdadır. Ölkəmizdə vətəndaşların pensiya təminatlarının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam etdirmək məqsədilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Əhalinin sosial müdafiəsi vasitəsi kimi istifadə olunan bu mexanizm və bununla bağlı həyata keçirilən siyasət bütövlükdə mütərəqqi olsa da onun sonrakı dövrlərdə tətbiqi sahəsində çoxsaylı problemlər və qüsurlar ortaya çıxmışdır.

Son illərdə müvafiq dövlət qurumları tərəfindən sığorta pensiya sistemində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, korrupsiya hallarına yol verən işçilərinin cəzalandırılması və s. məsələlər daxildir.

Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Əhalinin Sosial Müdafiəsi Fondu, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və Dövlət Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim edilib. Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub.




  • Azər Mehdiyev, İqtisadi Təşşəbüslərə Yardım İctimai Birliyinin sədri

  • Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru;

  • Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru

  • Azər Talıbov “Şəffaflıq Azərbaycan” İB-nin Baş hüquqşunası




I. Əmək pensiyalarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə dair tövsiyyələr

1.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu

Mövcud vəziyyət

Analiz

Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1 maddəsində əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra – sığorta olunan) səxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan səxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul odənişidir.

Təəssüf ki, Əmək pensiyaları hHaqqinda qanunda əmək pensiyası termini dövlət pensiyası kimi adlandırılmamışdır. Qanununu 1 maddəsinin analizi onu göstərir ki, əmək pensiyası hər ay ödənilən aylıq pul ödənişidir. Qanunverici onu hər ay ödənilən dövlət pul ödənişi kimi təsbit etməmişdir. Hər hansısa ödənişin dövlət xarakteri daşıması onun təkcə dövlət büdcəsindən formalaşmasıyla əlaqədar deyildir, bu başqa faktorlardan da asılıdır. O, ödənişlər dövlət pensiyası adlanar ki, hansıların ki, ödənilməsinin məcburiliyi, vətəndaşların təmin edilməsinin şərtləri, ödənişlərin dövlət ödənilməsinin qarantiyası qanunvericilikdə təsbit olunsun. Yuxarıda sadalanan aspektlərdən yanaşsaq onuda deyə bilərik ki, əmək pensiyaları aylıq ödənilən dövlət ödənişləridir. Dövlət sözünün olmaması o fikrə gətirir ki, əmək pensiyalarının dövlət qarantiyası yoxdur. Dövlət qarantiyası ki, maliyyə təminatında narazılıq baş verən zaman ehtiyac olur. Pensiya təminatı dövlət tərəfindən bərabər norma və şərtlərlə təmin olunmalıdır.

Tövsiyyə edirik ki,

Əmək pensiyaları haqqında” qanuna dövlət təminatı maddəsi daxil edilsin



Mövcud vəziyyət

Analiz

Əmək qanunvericiliyinin yeniliklərindən biri ümumi əmək stajından sığorta stajına keçiddən ibarətdir. «Əmək pensiyaları» haqqında Qanunun 1-ci maddəsinin 2-ci hissəsində deyilir: sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

Sığorta stajının məzmunu «Əmək pensiyaları haqqında» qanunun 1-ci bəndində verilir. Bu iş vaxtının və digər fəaliyyətinin müddətində sığorta tədiyyələrinin DSMF büdcəsinə ödənilməsi, eyni zamanda əmək stajına daxil olan digər dövrlərin Qanunun 21-ci maddəsində sadalanan dövrlərdir. Bu dövrdən əvvəl və sonra tədiyyəsi dövrü olmuş və sığorta fəaliyyəti ödənilibsə (bu dövrlərin müddətindən asılı olmadan) sığorta stajına daxil olan dövrlərin siyahısı qanunda göstərilib. Əmək pensiyaları haqqında Qanunun 21-ci maddəsində 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;



Əslində əmək pensiyalarının sığorta stajı kimi hesablanır. Əmək pensiyalarının müəyyənləşdirilməsində sığorta stajı ikili rol oynayır: o nəinki hüquqi fakt kimi çıxış edir, həmçinin pensiyanın miqdarına təsir edir. Belə ki, sığorta stajı və sığorta ödəmələri – əlaqədar anlayışlardır və bunların həcmi pensiyanın miqdarına təsir edir.

Bu halda nəzərə alınmayıb ki, indi «məcburi sosial sığorta» adı daşıyan ictimai dövlət sığortasına görə iki cür müavinət ödənilir ki, onların ödənilmə dövrləri sığorta stajının hesablanmasında nəzərə alınır, - bu əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləlik və doğuşla əlaqədar olan müvainatlardır. Qeyd etmək lazımdır ki, Məcburi Sosial Sığorta haqqinda qanunda iş qabiliyyətinin müvəqqəti itirilməsi- sığorta riskinin növlərindən biridir, analıq isə digəridir. Bundan əlavə, əmək qanunvericiliyinə görə sığorta riskinin bir növü də əmək zədəsi və peşə xəstəliyi kimi təqdim edilmişdir. Bu o deməkdir ki «Əmək pensiyaları» haqqında Qanun sığorta stajının müəyyən edilməsi hissəsində əmək qanunvericiliyini nəzərə almır.





Tövsiyyə edirik ki,

«Əmək pensiyaları» haqqında Qanunun 21-ci maddəsinə əlavələr etmək zəruridir və onu aşağıdakı kimi vermək olar. «Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə (eyni zamanda istehsalat xəsarətinə görə), hamiləlik və doğuşla əlaqədar məcburi sosial sığorta vəsaitlərindən verilən müavinətlərin alınma dövrləri.

Mövcud vəziyyət

Analiz

Qanunun 8 və 9-cu maddələrinə uyğun olaraq vaxtından əvvəl əmək pensiyasının müəyyənləşdirilməsinə əsas verən hamiləlik və doğuşla əlaqədar müvafiq müavinətlərin alınması dövrünün peşə (xüsusi) sığorta stajına daxil edilməsi məsələsini həll edilməlidir.
Yaşa görə vaxtından əvvəl əmək pensiyasının müəyyənləşdirməsinə əsas verən, işin dövrləşdirilməsini müəyyənləşdirən, 2007-ci ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının DSMF tərəfindən təsdiq edilmiş «Əmək pensiyaları haqqında» qanunun 9-cu maddəsi ilə səsləşən Qaydalara uyğun olaraq tam iş günü ərzində işlə məşğul olan işçilər müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi dövründə dövlət sosial sığortası vəsaitinin verilməsi dövrlərinə, eyni zamanda hər ilin ödənişli və əlavə məzuniyyətlərinin verilməsi dövrlərinə daxil edilirlər.

Bu Qaydalarda izahatlar qanunvericilikdə sosial sığortalar haqqındakı normalarla uyğun gəlmir. Hesab edirik ki, qadının hamiləlik və doğuşla əlaqədar məzuniyyətdə olması dövründə hamiləliyə və doğuşa görə vəsait alma dövrü kimi baxmaq və onu əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü kimi qiymətləndirmək və vaxtından əvvəl qocalığa görə pensiya almaq hüquqi olması üçün, iş stajına daxil etmək lazımdır.



Tövsiyyə edirik ki,

AR-nın Əmək Məcəlləsinin 125-ci maddəsinə görə «Qadının hamiləlik və doğuşla əlaqədar məzuniyyətdə olduğu dövrü ona vaxtından əvvəl qocalığa görə pensiyaya çıxmaq hüququ verəcək sığorta stajına, həmçinin iş stajına daxil etmək lazımdır» məzmununda düzəliş edilsin.

Mövcud vəziyyət

Analiz

Dövlət qulluqçularına vaxtından əvvəl verilən əmək və dövlət pensiyalarına 3 yaşa qədər uşağa qulluq etmək dövrü ixtisasa görə stajına daxil edilmir.


Bu məhdudiyyət hansısa pensiya qanunvericiliyinin konkret normasından deyil, AR-nın ƏM-nin 111-ci maddəsindən irəli gəlir, belə ki, orada deyilir ki, göstərilən məzuniyyət dövrü ümumi əmək stajına daxil edilir. Nəticədə belə qənaətə gəlinir ki, qanunvericilikdə xüsusi sığorta stajının adı çəkilmir və 3 yaşa qədər uşağa qulluq etmək dövrünü ixtisasa görə staja daxil etmək olmaz. Belə ki, ƏM-nin 11-ci maddəsində deyilir ki, onu güzəştli pensiyalara daxil etmək olmaz.

Belə olduqda körpə uşağın döşlə əmizdirilməli olduğu və xüsusi qulluq tələbə etdiyi məsul bir dövrdə analar əlverişsiz şəraitli görə işə qayıtmağa çalışırlar. Əgər 3 yaşa qədər uşağa qulluq etmək dövrü məzuniyyəti xüsusi peşə stajına daxil edilməsi məsələsi müsbət həll edilsə bu ədalətli olardı.



Tövsiyyə edirik ki,

AR-nın ƏM-nin 111-ci maddəsinə «Sosial məzuniyyət ümumi və xüsusi sığorta stajına daxil edilir» şəklində norma əlavə edilsin.

Mövcud vəziyyət

Analiz

Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə muəyyən olunan baza hissəsinə əlavələr məcburi dovlət sosial sığortası vəsaitləri, dovlət budcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələsdirilir. 6.2. Əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə muəyyən olunan qulluq stajına gorə əmək pensiyasına əlavələr məcburi dovlət sosial sığortası vəsaitləri hesabına maliyyələsdirilir. 6.3. Əmək pensiyasının yığım hissəsinin muəyyən edilməsi və odənilməsi sığorta olunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir.

Ümumiyyətlə, Qanunda əmək pensiyalarının yığım hissəsinin kimin tərəfindən ödənilməli olduğu göstərilməmişdir.

Tövsiyyə edirik ki,

Qanunun 6.3 maddəsi aşağıdakı halda təfsir olunsun «Əmək pensiyalarının yığım hissəsi 1969-cu il və bu tərəfə dünyaya gəlmiş qadınlara, 1965-ci il və bu tərəfə dünyaya gəlmiş kişilərə 2013-cü ildən başlayaraq verilməsi aparılmalıdır».

Mövcud vəziyyət

Analiz

Əmək pensiyaları haqqında qanununa əsasən Azərbaycan vətəndaşlarının başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müquvilələrdə və yaxud həmin dövlətlərlə bağlanmış dövlətlər arası bağlanmış müqavilələrdə başqa hal tutulmayıbsa müvafiq icra orqanına məcburi dövlət sosial sığorta haqqları odənildikdə sığorta stajina daxil edilir. (maddə 23.1)

Lakin baza hissəsinin hesablanması stajın toplanma qaydası, güzəştli şərtlərə baxılması və digər çoxsaylı məsələlər qanunda öz əksin tapmayıb. Həmçinin bu haqda «Beynəlxalq xüsusi hüquq» haqqında qanundada da heç bir norma ayralmayıb.

Tövsiyyə edirik ki,

«Beynəlxalq xüsusi hüquq» haqqında qanuna vətəndaşların pensiya məsələrinə dair normalar əlavə edilsin və yaxud digər bir qanunla əmək miqrantları pensiyası ilə bağlı məsələlər reqlamentasiya olunsun.

Mövcud vəziyyət

Analiz

Əmək pensiyaları” haqqında qanuna görə pensiyaların yığım hissəsi altında məcburi dövlət sosial sığortasının yığım ödəmələrinin subuçotu başa düşülür hansı ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətdə sığorta olunan şəxslərə ödənilən, əmək pensiyalarının yığım hissəsinin hesablanması zamanı nəzərə alınan, həmçinin bu vəsaitlərin dövriyyəsi zamanı əldə olunan gəlirlər hesab olunur.

Qanunda əmək pensiyalarının yığım hissəsinin nə zaman və kimə ödəniləcəyi nəzərdə tutulmayıb.Bu vəsaitlər xüsusi hüquqi status almalı, pensiya sisteminin gəlirlərindən tutulmalı, vətəndaşların fərdi hesabında yığılmalıdır, hansıların ki xeyrinə bu ödəmələr işəgötürənlər tərəfindən edilmişdir. Bu vəsaitlərə xüsusi hüquqi status verilməsində icra hakimiyyəti orqanının pensiya əmanətlərinin tənzimlənməsi, nəzarəti və idarə etməsində hüquqi statusu müəyyənləşdirilməlidir.


Əmək pensiyalarının yığım hissəsinin dövlət tərəfindən təmin edilməsi üçün əmək pensiyaları haqqında qanunvericilikdə dəyişiklər və əlavələr edilməlidir

1) Qanunvericilik səviyyəsində təsbit olunmalıdır ki, pensiya yığımının vəsaitləri AR-nın mülkiyyətidir, bu vəsaitlər girova qoyula və yaxud digər öhdəliklər təminatının predmeti ola bilməz.

2) Pensiya yığımının vəsaitlərinin formalaşması və maliyyələşdirilməsi sahəsində dövlət tənzimlənmə, idarəetmə və nəzarət hansı dövlət icra hakimiyyəti orqanları tərəfindən edilməsi müəyyənlişdirilməlidir.

3) Pensiya yığımlarının maliyyələşdirilməsi vəsaitləri üzrə ictimai şuranın yaradılması.



Mövcud vəziyyət

Analiz

Qanunun 14 madəsində ailə başçısını itirməyə gorə əmək pensiyası hüququ olan ailə uzvləri aşağıdakı kimi göstərilib:

14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin

tam təminatında olan və ya ondan özlərinin yasayışı üçün daimi və əsas vəsait

mənbəyi kimi kömək alan) aşağıdakı ailə uzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş səxslərin övladları:

14.1.1.1. 18 yaşına çatmamış;

14.1.1.2. 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı;

14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23

yaşına çatanadək;

14.1.2. ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa

çatmısdırsa, yaxud I və ya II qrup əlildirsə;

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri

və ya ər (arvad), yaxud baba, nənə, qardas, bacı vəfat etmiş və ya həlak olmuş ailə baçşısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.


Ailə başçısını itirməyə görə əmək pensiyasına alan şəxslərin dairəsi qüvvədə olan qanunvericilikdə dəyişikliyə uğramışdı. Qanunun 14 –cü maddəsi öhdəsində olan ailə üzvlərinin dairəsini qısaltmışdı. Qüvvədə olan qanunvericilikdən fərqli olaraq 23 sentyabr 1992-ci il qanunun 40-cı maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik olan şəxslərin dairəsini geniş təsbit edilmişdir. Qüvvədən düşmüş qanun nənə və babanı da ailə başçısının öhdəsində olan şəxslərin dairəsinə daxil edirdi, amma qüvvədə olan qanun bunu etmir. Bu isə Ailə Məcəlləsinin 62-ci maddəsilə ziddir; ona görə ki, Ailə məcəlləsi yaxın qohumlar dairəsinə atanı, ananı, əri(arvadı), uşaqları, nənəni, babanı və sairləri daxil edir.

Mülki Məcəllənin 1159.1.1 maddəsində birinci növbə vərəsələrin dairəsi Qanunun 14-cü maddəsində göstərilən şəxslərlə eynidir, yalnız bir fərqlə ki, 14 maddədə nə də baba göstərilmişdi. Mülki Məcəllənin birinci növbə vərəsələr arasında nəvə öz valideyni təmsil etmək hüququna malikdir. Həmçinin gərək gələcək pensiyaçıya yığım hissəsindən istifadə etmək hüququ da verilsin. O, yığım hissəsinin müəyyən hissəsinə sərəncam verə bilsin, gələcəkdə fors-major situasiyaların qarşısı alınsın.



Tövsiyyə edirik ki,

Qanunun 1.0.3-cü maddəsindən “və yaxud əldə oluna biləcək” sözlərinin çıxarılsın. Qanunun 14-cü maddəsinin Mülki Məcəllənin vərəsəlik bölməsi ilə də müqayisəli analizinə ehtiyacı var.

İDARƏETMƏniN Təmilləşdirilməsi

Mövcud vəziyyət

Analiz

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.


2009-cu ilin 27 oktyabrında əmək qanununa edilmiş dəyişikliklərlə əlaqədar qadınların və kişilərin pensiya yaşının pillə-pillə artırılmasının hüquqi qaydası müəyyənləşdirilmişdi. Bu dəyişikliklərə əsasən kişilərin pensiya yaşı 63-ə qədər, qadınların pensiya yaşı isə 60-yə qədər artırılması nəzərdə tutulmuşdur. Statistik məlumatlara görə Azərbaycanda orta yaş həddi qadınlar üçün 73, kişilər üçün 68 yaşdır. Bu isə onu göstərir ki, kişilər 5 il, qadınlar isə 13 il öz pensiya hüquqlarını həyata keçirəcək.

Pensiya sistemində iqtisadi yükün yaş həddinin artırılması ilə azaltmaq düzgün deyildir. Bu vəziyyətdən çıxış yolu o olardı ki, sosial-iqtisadi səbəblər aradan qaldırılsın.



Tövsiyyə edirik ki,

Vətəndaşların yaş həddinin pensiya yaşının pillə pillə artırılması ləğv edilsin

Mövcud vəziyyət

Analiz

1 iyul 2011-ci il tarixdən qanuna edilən dəyişikliklərə əsasən, işləməyən elmlər namizədlərinin və elmlər doktorlarının pensiyalarına əlavələr edilmişdir. Bu əlavələr elmlər namizədləri üçün 120 manat, elmlər doktorları üçün 200 manat təşkil etmişdir. Bu artımlar elmi tədqiqat və elmi pedaqoji müəssələrdə ən azı 25 il işləmiş şəxslərə aid edilir.

Bu yenilik yalnız işləmyən elmi dərəcəsi olan şəxslərə şamil edilir, eyni vəziyyətdə olan, lakin işləyən şəxslərə bu yenilik aid edilmir.

Tövsiyyə edirik ki,

Pensiya yaşına çatmış elmlər namizədləri və elmlər doktorlarına işləyib işləməməsindən asılı olmayaraq, pensiyalarına bu əlavələr edilsin

Mövcud vəziyyət

Analiz

Dövlət Statistika Komitəsinin məlumatları əsasında Azərbaycanın timsalında son dərəcə aydın görmək olar. Bir çox səbəblərdən iqtisadiyyatda böhranın yaşandığı 1990-1994-cü illərdə ölkədən gedənlərin sayı 342,3 min nəfər, ölkəyə gələnlərin sayı isə 211,2 min nəfər olmaqla emiqrasiya artıqlığı, yəni emiqrasiyanın immiqrasiyadan artıq olan hissəsi 130,8 min nəfər təşkil etmişdir. İqtisadi geriləmənin dayandırıldığı və inkişafın tədricən reallaşdırıldığı 1995-1999-cu illərdə ölkədən gedənlərin sayı 64,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər olmaqla emiqrasiya artıqlığı 34,8 min nəfərə enmişdir. Sürətli iqtisadi inkişafın tədricən təmin olunduğu 2000-2004-cü illərdə ölkədən gedənlərin sayı 28,1 min nəfər, ölkəyə gələnlərin sayı isə 13,1 min nəfər olmaqla, emiqrasiya artıqlığı 15 min nəfər qeydə alınmışdır. İqtisadiyyatın sürətlə inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin sayı 12,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 12,1 min nəfər olmaqla, emiqrasiya fərqi 0,4 min nəfərədək azalmışdır. Ayrılıqda götürüldükdə həmin dövrə aid 2008-2009-cu illərdə 2,0 min nəfərlik immiqrasiya artıqlığı qeydə alınmışdır. miqrasiya proseslərinin əsas iştirakçıları kimi iqtisadi fəaliyyətlə bağlı miqrasiya edənlər, başqa sözlə əmək miqrantları çıxış edir, onların sosial müdafiəsi problemi və onun həlli hansı səviyyədədir, xaricdə çalışan azərbaycanlıların sosial müdafiəsi baxımından ölkəmizin də bilavasitə maraqları çərçivəsindədi. Bu problemlər əmək miqrantları qəbul edən ölkələrdə cəmiyyətin bir hissəsinə çevrilmiş miqrantlar və onların ailə üzvlərinə münasibətdə təminatlı əmək haqqı və sosial müavinətlərin verilməsi, əməyin texniki təhlükəsizliyi və gigiyenasına riayət olunması, yaşayış yeri və tibbi xidmətlərlə təmin olunma, xəstəlik, əmək zədəsi, əlillik və digər bu kimi hallardan sığortalanma kimi məsələlərin həllində daha aktual görünür. İşçi qüvvəsi ixrac edən ölkələrdə isə emiqrantın yaşayış yerini dəyişməmiş ailə üzvlərinin tibbi xidmətlərə ehtiyac və ailə başçısını itirmə kimi risklərdən sığortalanması, xaricdə işləmiş şəxsin öz vətəninə qayıtmasından sonra pensiya və digər sosial xidmətlərə olan tələbinin ödənilməsinin həlli xüsusilə vacib məsələ kimi diqqəti çəkir. Hazırda pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir.


Qanunvericilikdə əmək miqrantların sosial təminat və pensiya məsələlərinə səthi yanaşma, bu sahədə çoxsaylı boşluqlar və natamamlıqlar, xarici dövlətlərlə bu sahədə əməkdaşlığın zəif olması Azərbaycanda yaşayan əmək miqrantlarının və yaxud xaricdə yaşayan Azərbaycan vətən¬daşlarının sosial təminat hüquqlarının tam olaraq həyata keçirilməsinə maniə torədir.

Tövsiyyə edirik ki,

  1. 1. Əmək miqrantların DSMF tərəfindən qeydiyyatı aparılsın.

  2. 2. Əmək miqrantlarından sığorta ödənişləri toplansın

  3. 3. Fərdi qeydiyyat məlumatlarının mübadiləsi aparılsın

  4. 4. Bu sahədə hökümət arası sazişlərin sayı artırılsın

  5. 5. Əmək miqrantların əmək pensiyalarının baza hissəsinin hesablama qaydası müəyyənləşdirilsin

Mövcud vəziyyət

Analiz

Pensiya sahəsində vəzifə cinayətləri geniş yayılmaqdadır. Onlardan vəzifəsindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşmaq, vəzifəyə yiyələnmək, rüşvət almaqdan ibarətdir. Son zamanlar DSMF bütün sosial təminat şöbələrində korrupsiya ilə mübarizə gücləndirilib.

Pensiya qanunvericiliyində praktiki olaraq məsuliyyəti təyin edən normaları olmaması və öhdəlik dərəcəsinin qoyulmamasından ibarətdir. Həmçinin pensiyaların təyin olunmamasına görə də məsuliyyət təyin olunmur. Əhalinin əsas şikayətləri ondan ibarətdir ki pensiya məbləğlərinin gec hesablanması və plastik kartlarının hazırlanmasında ləngitmələrlə bağlıdır.

Tövsiyyə olunur ki,

Pensiya idarəetməsi ilə məşğul olan orqanların strukturunda əsas təşkilati dəyişiklik etmək lazımdır

  1. Pensiya sahəsində tənzimləyici bazanı təkmilləşdirmək, dairə və qeyri-dairə nəzarətini artırmaq

  2. Plastik kartların banklar tərəfindən verilməsi təmin edilsin

Mövcud vəziyyət

Analiz

Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması başa çatdırılıb. Nazirlər Kabinetindən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi yaxın günlərdə Prezidentə təqdim ediləcək.


Nəzərə almaq lazımdır ki, müəllimlər və həkimlər dövlət büdcəsindən maliyyələşdirildiklərinə görə onları dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi pozitiv haldır. Bu məsələ həllin tapdıqdan sonra dövlət qulluqçusu hesab edilən müəllim və həkimlərin pensiyaları yeni qaydada hesablanacaq. Bu isə oz növbəsində qərardan əvvəl penisya çıxan müəllim və həkimlərlə daha əvvəl pensiyaya çıxşmış müəlim və həkim kontingenti arasında sosial bərabərsizliyə gətirib çıxaracaq.

Tövsiyyə edirik ki,

Bu məsələ həllini tapdıqdan sonra əvvəllər pensiyaya çıxan müəllim və həkimlərin pensiyalarına artırılmalar aparılsın.

Mövcud vəziyyət

Analiz

Sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2011-2005 illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının” reallaşdırılması ilə qoyulmuşdur.Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar etmiş ,vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiginə istiqamətlənmiş tədbirlər həyata keçirilmişdir.

Sonralar məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılmış , vətəndaşların pensiya təminatının fərdi uçotunun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.Həmçinin bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə,sığorta olunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması həyata keçirilmişdir.



Sonralar 2009-2015 illəri əhatə edən yeni proqram işlənmiş və qəbul olunmuşdur.Bu proqramda sosial təminatın problemlərinin həll edilməsi ilə bağlı mütəxəssislərin məsləhətləri və problemlərin həlli öz əksini tapmışdır.

Yeni sığorta pensiya sisteminin fəalliyyəti üçün zəruri qanunvericilik bazası və müasir tələblərə cavab verən maddi texniki bazaya əsasən yaradılsada, sistemi çalışdıracaq kadr potensialının çatışmaması və zəifliyi mövcuddur.


Tövsiyyə edirik ki,

Sosial təminat sahəsində peşakar kadrların hazırlanması ilə bağlı müvafiq addımlar atılsın. DSMF-nın ixtisasartırma tədris mərkəzlərində mütamadi olaraq kadrların ixtisaslaşdırma kursları keçirilsin.


Mövcud vəziyyət

Analiz

Azərbaycan Respublikasında son illər aparılmış pensiya reformalar ona gətirmişdir ki, respublikanın pensiya sistemi qabaqcıl dövlətlərin pensiya sisteminə müəyyən dərəcədə uyğunlaşdırılmışdır. Bunlara baxmayaraq hələdə qanunvericilikdə boşluqlar özünü praktiki fəaliyyətdə göstərir. Bu problemlərin qarşısını almaq üçün respublikanın elm xadimlərinin doktrinal şərhlərinə qanunvericilik orqanının böyük ehtiyacı var.

Baxmayaraq ki, DSMF-nun rayon, şəhər filiallarında müfəttişlər tərəfindən pensiya və müavinətlər barədə məsələhətlər verirlər, bu məsləhətlər tam olaraq vətəndaşların tələbəlrinə cavab vermir.


Tövsiyyə edirik,

Yerlərdə məsləhət məntəqələri yaradılsın

  1. Məsləhət məntəqələri ictimai təşkilat olaraq heç bir dövlət orqanından asılı olmamalıdır

  2. Məntəqələr vətəndaşlara yaxın olmalıdırlar ki, vətəndaşların məntəqəyə getməyə həvəsləri artsın.

  3. Pulsuz olaraq məsləhət məntəqələrindən telefon, internet vasitəsilə informasiya almaq imkanı yaradılsın.

  4. Məntəqələrin tərkib hissəsinə gəlincə gərək onlar sırf bu sahənin mütəxəssislərindən ibarət olsun (hüquqşünaslar, iqtisadçılar)

Mövcud vəziyyət

Analiz

Dövlət Sosial Müdafiəsi Fonduna daxil olan şikayətlərin tez bir zamanda araşdırılması məqsədi ilə müasir sistem yaradılmışdır. Nazirliyinin 190 nömrəli qaynar xəttinin 101-məcburi dövlət sosial sığorta məsələri ilə bağlı sorğuların,102- pensiya məsələri ilə bağlı sorğuların,103-fərdi uçotu təşkili ilə bağlı sorğuların və 104- digər məsələri ilə bağlı sorğuların cavablandırılması nəzərdə tutulmuş daxili nömrələri yenidən formalaşdırılıb.


Lakin, operativ lazımı məlumatın verilməsi, bu sistemin yaradılması, idarə edilməsi ilə bağlı vahid metodologiyanın olmaması və bu sahədə cavabdehlik daşınması üçün hüquqi öhdəliklərin göstərilməməsi effektliliyini bir qədər azaldır. Baxmayaraq ki, bu sahadə təkmilləşmə olub, amma təcrübə göstərir ki, sualların cavabı tez-tez anlaşılmaz və qeyri-müəyyən olur, operativ reaksiya təmin edilməmişdir və şikayətlərə baxılmasında ənənəvi metodların tətbiqi qalmaqdadır. Bu da öz növbəsində “qaynar xətt”lərin zənglərinə cavab verən insanların bilik və bacarıq səviyyəsini sual altında qoyur.


Tövsiyyə edirik ki:

1. Yaradılmış “Qaynar xətt” məlumat sisteminin daha da təkmilləşdirilməsi üçün bu xidmətin formalaşdırılması və idarə edilməsi vahid metodologiya ilə işlənsin.

2. Bu sahədə cababdehlik daşınması üçün müəyyən hüquqi öhdəliklər tədbiq edilsin.

3. Dövlət qurumlarında “Qaynar xətt” sistemi ilə daxil olan sualların dəqiq araşdırılması, operativ və tam dolğun cavablanması məqsədilə zənglərə cavab verən insanlar kvalifikasiya (müvafiq dərəcə) proqramları ilə təmin edilsin.

4. Qaynar xəttin fəaliyyətini qiymətləndirmək üçün analitik komitə yaradılsın və bu komitə tərəfindən Qaynar xəttin fəaliyyətinin qiymətləndirilməsinə dair hazırlanan hesabatlar mütəmadi qaydada mediada dərc olunsun.

III. Pensiya sisteminin mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün informasiya sisteminin (şəbəkənin) yaradılması

Mövcud vəziyyət

Analiz

İnformasiya texnologiyalarının inkişafı pensiya sisteminin, bu günün tələlərin uyğun olaraq, inkişafına təkan vermişdir.Pensiya ödəmələrinin kart vasitəsi ilə verilməsi sığorta pensiyası sahəsində aparılmış ən mükəmməl təbirdir. Bütün pensionerlər plastik kartlarla təmin olunublar.Pensiyaların hesaba oturulması barədə DSMF pensionerlərə öz hesabına SMS vasitəsilə məlumatlar yollayır. Kəndlərdə və qəsəbələrdə 500 yığım bankomat və 100-dən çox ATM açılmışdır.

Əmək pensiyalarının proqressiv üsulla ödənilməsi 2009-2015-ci ilə olan Azərbaycan Respublikasında sığorta pensiya sisteminin inkişafı barəsində olan dövlət proqramı tərəfindən qarşıya qoyulmuş ən birinci məsələdir.



Baxmayaraq ki, əmək pensiyaları avtomatlaşdırılmış sistem vasitəsi ilə ödənilir, hansı ki, pensiyaların alınması prosesinin inkişafı və sürətlənməsi məqsədi ilə yaradılıb, pensiyaçılar hələ bankomatlarda pul vəsaitinin olmaması, bankomatların lazımi sayda olmaması, onların nasaz işləməsi problemləri ilə qarşılaşırlar. Bununla əlaqədar bankomatların sayının çoxaldılmasına ehtiyacı var.


Tövsiyyə edirik:

Bankomatların sayının çoxaldılması üçün müvafiq tədbirlər görülsün.

Azərbaycan Respublikasında elektron hökumətin yaradılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də, həmin məsələnin həlli hələlik arzuolunan səviyyədə deyildir. Elektron hökumət layihəsi tam gücü ilə işləməyə başladıqdan sonra, komissiya tərəfindən ünvanlı sosial yardım almaq istəyən ailələr barəsində zəruri olan hər hansı bir məlumatın müvafiq dövlət orqanlarının rəsmi informasiya bazasından əldə etmək işi asanlaşar və bu məqsədlə edilən müraciətlərə baxılması sürətlənər, eyni zamanda, ehtiyatsızlıq üzündən və ya qəsdən müxtəlif məlumatların tam, yaxud düzgün olmaması ehtimalı azalardı.


Sığorta-pensiya sistemində keçirilən dəyişiklər əhali tərəfindən müsbət qarşılanıb. Eyni zamanda pensiyaların təyin olunması və verilməsində baş verən pozuntu halları bir sıra hallarda ədalətsizliyə gətirib çıxarır.


Tövsiyyə edirik:

1. Respublikada yaşayan şəxslərin sosial statusu ilə bağlı bütün məlumatları almağa imkan verən vahid elektron informasiya bankı yaradılsın, daxil olunmuş məlumatlar avtomatik yenilənsin, ayrı-ayrı dövlət orqanlarının müvafiq məlumat bazalarına həmin orqanlar üçün giriş imkanı verilsin.

2. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və uçotun aparılması avtomatlaşdırılsın




IV. Şəffaflığın artırılması

Mövcud vəziyyət

Analiz

2006-cı ilə qədər işçilər DSMF-na edilən ödəmələrə etinasız yanaşırdılar, bəzən isə heç maraqlanmırdılar. İndi işçi özü maraqlı olmalıdır ki, işəgötürən onun fərdi hesabına hansı həcmdə və hansı müddətdə ödəmələr edir, sığorta stajı barəsində informasiyanı onun fərdi hesabına yerləşirmi.
DSMF tərəfindən Pensiyaların avtomat­laşdırılmış sistem vasitəsi ilə ödənilməsinə tam olaraq 2013-cü ildə keçiriləcək. 2011-ci ildə DSMF-nın (www.sspf.gov.az) pensiyaların həcminin hesablanması mexanizmi yerləşdiriləcək.

Bizim fikrimizcə vətəndaşların pulsuz DSMF-dan onların fərdi hesabı barəsində informasiya almaq hüququ qanunvericilikdə təsbit olunsaydı bu sosial ədalətin bərqərar olmasına təkan verərdi. Fərdi hesab barəsində informasiyalar vətəndaşlara konfedesiyallığın pozulmaması və sığortalanmış şəxsin maraqlarının qorunması aspektindən çatdırılmalıdır. Bunun üçün əhalinin məlumatlandırılması mexanizm qaydası, metodikası və vətəndaşların fərdi hesab barəsində yerlərdə DSMF-du orqanlarına müraciət etməkləri ilə əlaqədar qaydalar hazırlanmalıdır.

Tövsiyyə edirik ki,

Vətəndaşlarıın DSMF-dunun saytında əmək pensiyaları haqqında istənilən məlumatın alınmasını təmin etmək üçün müvafiq işlər aparılması tezləşdirilsin .

Mövcud vəziyyət

Analiz







DSMF tərəfindən yerli rayon (şəhər) mərkəzlərinin fəaliyyəti üzərində nəzarətin lazım səviyyədə həyata keçirilməməsi nəticəsində ünvanlı dövlət sosial yardımların təyin edilməsi və ödənilməsi sahəsində kobud qanun pozuntularına yol verilmişdir.




Tövsiyyə edirik ki,

DSMF qanun pozuntularının vaxtında aşkarlanması və qarşısının alınması üçün vətəndaş cəmiyyəti üzvləri ilə münasibətləri sıxlaşdırsın. Fondun yanında müstəqil nəzarət qurumu kimi, QHT-lərin də iştirakı ilə Nəzarət Şurası yaradılsın və proseslərə cəlb edilsin. Bu rəhbər vəzifələrindən istifadə edən, vətəndaşları süründürən məmurlar haqqında ciddi tədbirlərin görülməsinə kömək edəcək. Süründürməçilik və rüşvətlə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərin obyektiv və qanunamüvafiq müddətdə araşdırılmasına yardım edəcək.




Mövcud vəziyyət

Analiz




Dövlət Büdcəsindən iri həcmdə ayrılan vəsaitlərdən səmərəli istifadə olunması heç də həmişə mümkün olmamışdır. Geniş əhali kütləsini əhatə edən və dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin bölüşdürülməsi ilə müşaiyət olunan bu prosesə hazırlıq ərəfəsində geniş əhali kütlələri arasında ciddi maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməmiş, bu işlərin həyata keçirilməsində mühüm rol oynaya biləcək vətəndaş cəmiyyəti strukturlarının potensialından istifadə edilməmişdir.

Əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında Dövlət Proqramı” (YADİDP) barədə məlumatlı olması sistemin daha da şəffaflaşmasına yardım edə bilər.



Göstəricilərə görə, hazırda məlumatlılıq səviyyəsi aşağıdır.





Tövsiyyə edirik ki,

televiziya və radio kanallarında əhaliyə mütəmadi olaraq DSMF əməkdaşları və Vətəndaş Cəmiyyətinin subyektləri də cəlb edilməklə birgə maarifləndirici proqramlar hazırlansın.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə