Ислами вящдят щаггында гыса дцшцнъяляр




Yüklə 49.13 Kb.
tarix24.04.2016
ölçüsü49.13 Kb.






Hacı İlqar İbrahimoğlu

Ilahiyyatçı-filosof

ИСЛАМИ ВЯЩДЯТ ЩАГГЫНДА ГЫСА ДЦШЦНЪЯЛЯР...

Mehriban və bağışlayan Allahın adı ilə!



وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

"Hamılıqla Allahın ipindən möhkəm yapışın və dağılışmayın. Allahın nemətini yada salın ki, bir-birinizə düşmən olduğunuz vaxt ürəklərinizi yaxınlaşdırdı, Allahın fəzl və bərəkətindən bir-birinizlə qardaş və həmrəy oldunuz...

Sizin aranızda yaxşı işlərə dəvət edən bir dəstə olmalıdır. Onlar yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərlər. Məhz onlardır nicat tapanlar".1

وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُواْ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

"Allaha və Rəsuluna itaət edin. İxtilaf və təfriqə yolunu tutmayın ki, zəifləşər, güc və qüdrətinizi itirərsiniz. Səbri seçin ki, həqiqətən Allah səbr edənlərlədir."2

لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللّهِ إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ وَإِذَا أَرَادَ اللّهُ بِقَوْمٍ سُوءًا فَلاَ مَرَدَّ لَهُ وَمَا لَهُم مِّن دُونِهِ مِن وَالٍ

"Bir qövm özünü dəyişməsə, Allah heç vaxt həmin qövmün (vəziyyətini) dəyişməz."1
Giriş

İslami vəhdət – çox nurani bir məna yükünə malik olan söz birləşməsidir. Əslində iki mühüm fundamental anlamın cəm halda istifadəsi hər iki sözdə olan nurani və pozitiv yükü özü ilə irs aparmış olur. Belə ki, bu – sanki mümkünat aləminin hər zərrəsinin öz tamlığına və bütövlüyünə can atması və bununla da əslində öz zati natamamlığının izharıdır.

İnsan toplumu da daimən cəmləşməyə və bütövləşməyə meyillidir. Lakin hansı birləşmə, nə əsasında birləşmə və nə üçün birləşmə - bu sualların cavabı vəhdətin keyfiyyətini müəyyən edir.

Bu mənada, “İslami vəhdət” anlamında bu suallara çox böyük bir cavablanma var. İslami birləşmə, İslami dəyərlər ətrafında birləşmə və İslami amallar ugrunda birləşmə. Burada həm dünyagörüşü-ideoloji müstəvidə, həm də əməli-praktiki müstəvidə birləşmə kompleksi zatən mövcuddur. Başlanğıcda bir, sonda bir olan nədən burada bir olmasın ki? Və nədən başlanğıc və sonu baxımından bir olan, “nə etməlisində” bir olmasın ki?

Sözsüz ki, vəhdət insan təkamülündə bir iradəvi və ixtiyari haldır. Bu baxımdan mükəlləfin məsuliyyətinə aid olan mövzudur.


Mövzunun aktuallığı

İslam ümmətinin birliyi və vəhdəti həmişə ən aktual mövzulardan biri olmuşdur. Lakin günümüzdə bu aktuallıq bir neçə məsələ ilə də xüsusi şərtlənib:


1. Muasir dünyada
islamofobiyanın surətlə artması.

Bu gün artıq heç kimə sirr deyil ki, 11 sentyabr 2001-ci ildən başlayaraq islamofobiya artıq bir nəzəri bəhsdən günümüzün ən acili reallığına çevrilmişdir. Bu istər hicaba qarşı təzahürdə, istər İslami müqəddəslərə qarşı baş verən həqarətlərdə, istərsə də tez-tez hava limanlarında, küçələrdə, məsçidlərin ətrafında müxtəlif formalarda özünü büruzə verməkdədir. Buraya sözsuz ki, yeni bir dəb halını almış müxtəlif dövlət, içtimai, mətbuat mənsublarının hərərkətlərini də aid etmək olar. Nümunələr üçün çox da uzağa getmək lazım deyil. “İslamofaşizm” termininin istifadəsindən, Kəbəyə bomba atmaq, Quranı qadağa etmək kimi cəfəng təkliflərdən tutmuş, müsəlmanların dözümlülüyünü testdən keçirmə təşəbbüslərinə qədər çoxsaylı misallar gətirmək olar.


2. Qloballaşan dünyanın İslam ümmətinə
yönəlik yeni çağırışları.

Dünya qloballaşır. Bu artıq bir gerçək həqiqətdir. Son onilliklərdə baş vermiş sənət kommunikasiya inqilabları, demək olar ki, sözün hər mənasında İslam ümmətinə yönəlik çağırışları meydana çıxarmışdır.

Söhbət qətiyyən hansısa bir supergücün hegemonluq istəyindən və bütün dünyanı öz istəklərinə uyğun sazlama­ğından və bunun adını “qloballaşma” qoymasından getmir.

Söhbət postmodern dövrün yaratdığı yeni paradiqmal şəraitdən gedir. Modern dövrünün stereotip, ətalət bütlərinin çat verməsindən gedir.



Empirik elmin və ümumən “science” sərhədlərinin müəy­yən­ləşməsindən və müəyyən mənada təvazökarlaşmağa meyl­ləş­məsindən gedir.

Eqzistensional böhrandan yaranan mənəviyyata təş­nə­lən­mədən gedir. Sadə suallardan bezmiş postmodern insanın vü­cu­di suallara yönəlişindən gedir.

Epistemoloji müstəvidə yenidənbaxışların bərabər üs­lub­lar mühitinin formalaşmasından gedir.

Sürətartmadan və insanlar arasında fasilələrin götürül­məsindən gedir.

Və bu kimi...

Toplum dəyişib. Müxatəb dəyişib.

İslam ümməti buna hazırdımı? Çox çətin sualdır.

Amma bir cavabı məsuliyyətlə vermək olar. İslamın ruhu və onun ruhundan irəli gələn Peyğəmbər(s) və pak Əhli-beytinin(ə) bərəkətindən yetişib ərsəyə çıxmış İmam Sadiq(ə) məktəbinin tələbələri bu çağırışları cavablandırmaq iqtidarın­da­dırlar. Sualdan qorxmayan, hər zaman, fəlsəfi-kəlami-bür­hani, ürfani-estetik zövqün yiyəsi olan bir məktəbdir bu. Sanki əsrlərin sınağından çıxaraq, nəinki mötəzililik kimi aradan gedir, və ya sufiliyin bəzi qolları kimi azğınlığa yönəlir, əksinə mötədil bir durumda silsiləvi artımı ilə, xüsusən son onillik­lər­də rəhmətlik İmam və Əllamə Təbə­təbai (r.ə.) elmi dühalarının bərəkəti ilə bu durum yenidən istisnadan qaydaya çevrilir. Və sanki rəhmətlik İmam və Əllamə Təbətəbai dünyanın belə bir çağırışlarına hazır olmaq üçün İslami özünüdərkin intibah dalğasını qoymuşlar.

Deyilən fikirləri bu nəticə ilə yekunlaşdırmaq olar ki, yaranmış yeni paradiqmal situasiyada, istisnai və fövqəladə fürsət əmələ gəlib ki, ümmətin yeni nəsil mütəfəkkirlərinin qloballaşan dünyanın yeni çağırışlarını cavablandırmasında artıq təəssüblərə yer qalmayacag. Belə ki, müxatəbin dəyiş­məsi və kəlam elminin bu mənada cədidləşməsi,1 üslubların da cədidləşməsini və daimən müxatəbə uyğun mütəhərrik qaydada cevikliyini şərtləndirir. Ümumiyyətlə, ümmətin bütün düşüncə potensialının bu müstəvidə toparlanması, çox yaxın gələcəyin işidir. Bu mənada İmam Sadiq(ə) məktəbinin tələbələri özlərinə xas təvazökarlıq və çalışqanlıqla bu prossesin avanqardında getməlidirlər.

Məgər Şəhid Mürtəza Mütəhhərinin ümmət arasında ümümiləşməsi və sevilməsi buna misal deyilmi? Yaxud Şəhid Seyyid Kütbün da bu mahiyyətə malik olması buna misal deyilmi?
3. İslami özünüdərkin intibah
dövrünü yaşaması.

Dünya üzrə İslami özünüdərk prosesinin başlanmasının ilkin proqnozları hələ çox-çox əvvəl verilirdi. Lakin bunlar, əksər hallarda, müzakirəli və birmənalı xarakterli ehtimallar idi. Lakin, XX əsrin 50-ci illərindən başlayaraq, bu prosses müxtəlif toplumlarda özünü göstərməyə başladı. Burada Şəhid Şaabaz – Malkolm X-dən, Şəhid Seyyid Kütbdən tutmuş (bəzilərinə gorə, daha da öncə, Seyyid Cəmaləddin Əsədabadidən, Əbdohdan başlayaraq), günümüzə qədər davam etməsini demək olar. Rəhmətlik İmam və Şəhid Mütəhərri – birmənali olaraq, bu oyanışın ən əsas simvollarındandır.

Günümüzdə isə istər Avropa ölkələrində, ABŞ-ın özündə, istərsə də müsəlman ölkələrində İslami özünüdərk məsələsi sürətlə artmaqdadır. Bu proses cavanlar arasında xüsusi vüsət əldə etmişdir. Əlcəzairdə, Misirdə, Malayziyada fərqli şərait olmasına baxmayaraq, bu prosses çox sürətlə getməkdədir. Türkiyənin özü bu fenomenin canlı nümunəsidir. Bütün təzyiqlərə rəğmən, islami özünüdərk dalğası bumeranq kimi illərlə olan qadağaların üzərinə çırpılmaqdadır. Hətta postsovet məkanında belə, bütün çətinliklər müqabilində İslami özünü­dərk prosesi sürətlə artmaqdadır.

Bu prosesin birmənalı olaraq İslam ümmətinin vəhdəti məsələsinə çox böyük pozitiv təsiri vardır. Belə ki, təcrübə göstərir ki, bu dalğada qayıdan insanlar ümmətin dərdlərini daha çox anlayır, bir çox hallarda məhz ümmət dərdləri onların bu qayıdışına səbəb olmuşdur.



4. İslam toplumlarının inkişafının qarşısını
alan daxili və xarici amillər

Bu başverən qayıdışı ənqəlləyən amillər arasında həm daxili, həm də xarici amilləri göstərmək olar.

Burada əsas amillərdən biri kimi, işğaldan doğan təsiri göstərmək olar. Amma heç də az olmayan səbəblər kimi, da­xil­dəki qapalı, korrupsion, monarxiya yönlü diktatura mo­del­lə­ri­ni göstərmək lazımdır. Bu arxaik modellər, hər mənada İs­la­mi özünüdərkin qarşısını almaqla yanaşı, eyni zamanda, qlo­ballaşan dünyada geriləmənin ən əsas səbəblərindən biridir. Təbii ki, burada xarici amillərin də rolu olmamış deyil. Belə ki, müsəlman cameələrinin istehlakçı cəmiyyət halında qal­ması bir çox transnasional korporasiyaların tam marağındadır.

Bu məsələlər, nəticə etibarilə, həmin toplumlarda vətən­daş cəmiyyətinin olmamasından irəli gəlir və burada hər hansı qurucu icmalaşmadan söhbət belə gedə bilməz. Təbii ki, belə təqdirdə, bu cameələrin ümmətin vəhdət məsələsində öz töh­fə­lə­rini vermə imkanları bir qədər də əngəllənmiş olur. Bu baxımdan, onlara nisbətdə Qərbdəki İslami icmalar bu prosesə daha tez və daha effektiv qoşulma imkanında və iqtidarında­dır­lar.


5. İslam torpaqlarının
davam edən işğalı.

İslami vəhdətin ümumi predmetlerindən biri də İslam torpaqlarının işğalı məsələsidir. Fələstin məsələsindən tutmuş, Qarabağ məsələsinə qədər, habelə, İraqdaki, Əfqanıstandaki bugünkü vəziyyət, birmənalı olaraq bu yaxınlaşmanı labüdləşdirir və sürətləndirən amil qismində çıxış edir. Sözsüz ki, bəzi hallarda məlumatsızlıq yaxınlaşma yolunda müəyyən süni maneələr yaradır. Bu sırada Kəşmir məsələsi haqqında postsovet məkanında, yaxud, Qarabağ məsələsi haqqında ərəb dünyasında olan məhdud bilgiləri göstərmək olar. Bu kontekstdə, qarşılıqlı məlumat mübadiləsi, müəyyən mənada rabitə şəbəkələnməsi (real, virtual) həmin çatışmamazlığı aradan aparmağa kömək edə bilər.


6. Milli və ümmət maraqlarının
zahirdə toqquşması halları.

İslami vəhdətə ən ciddi zərbə vuran amillərdən biri də milli və ümmət maraqlarının zahirdə toqquşması hallarıdır.



Burada Qarabağ məsələsini, Fələstin problemini nümunə göstərmək olar. Sözsüz ki, düzgün yanaşma tərzi bundan ibarət olmalıdır ki, milli maraq heç vaxt ümməti maraqla təzad təşkil etməsin. Lakin, əfsuslar olsun ki, praktikada bu istiqamətdə görülməli çoxlu işlər var.

Mövzuya yanaşma formatı

Bu mövzunun düzgün təhlil edilib, qiymətləndirilib və praktiki-əməli nəticələr çıxarılması üçün bir neçə mühüm məsələyə toxunmaq lazımdır:

Birlik və vəhdət ideyalarının müəlliflərinin irsi tədqiq edil­məlidir. Onların uğurları və uğursuzluqları sistem­ləşdirilməli, uğur­larının və uğursuzluqlarının səbəbləri müəyyənləşdiril­mə­lidir.

Günümüzdə bu istiqamətdə mövcud düşüncə və məfku­rə­lər dərin təhlil obyekti olmalıdır. O cümlədən, İslamdaxili məktəblərin gerçək yaxinlaşması üçün real potensiallar dəyərləndirilməlidir.

Futurolojı perspektivdə bu mövzunun modelləşdiriliməsi həyata keçirilməlidir. Məhdəviyyət ideyasının ümumi­liyini nəzərə alaraq, bu ideyanın prioritet istiqamət vektoru kimi gerçəkləşdirilməsinə nail olunmalıdır.


Gətirilən mülahizələr fonunda belə bir yekun rezüme ortaya çıxır ki, ilin bu adla adlandırılması kimi çox vaxtında atılmış müdrük bir addımı real məzmunla təmin etmək üçün ümmətin hər bir üzvü öz töhfəsini təqdim etməlidir. Bu yolda Uca Allahdan tofiqat diləyirik!

1 Ali-İmran surəsi, ayə 103-104

2 Ənfal surəsi, ayə 46

1 Rəd surəsi, ayə 11

1 Yenişləmə





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə