Ислами бирлик гуран бахымындан




Yüklə 43.29 Kb.
tarix22.04.2016
ölçüsü43.29 Kb.






Ağgül Əliyeva

ИСЛАМИ БИРЛИК ГУРАН БАХЫМЫНДАН

İslami birliyin birinci sübutu Allah-təalanın özüdür. Allah əhəddir, dini də əhəddir. İnsanı yaratmamışdan əvvəl dinini yaradıb və ona öyrədib.

Bildiyimiz kimi hər bir insanın beş bünyası var.

1. Zərr aləmi.

2. Ana bətni.

3. Yer üzü.

4. Qəbr evi.

5. Axirət evi.

Allah-təala zərr aləmində insanla əhdi-peyman bağlayıb.



أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

"Ey adəm övladı məgər mən sizinlə əhd bağlamadım ki, Şeytana ibadət etməyin. Şübhəsiz o sizin açiq-aşkar düşməninizdir. Və yalnız mənə ibadət edin ki, bu düz yoldur."1

Bu ayədən nəticə alırıq ki Allah "Ey adəm övladı" buyuraraq müraciət edir. İslami birliyin ən ümdə nümunəsi bu çağırışdır. Allah bu ayədə Adəm oğlunu özünə ibadətə çağırır.Və bütün çağırışlar, fərmanlar, əmrlər bir kəsin dili ilə ifadə olunur. Bu çağırış nəinki müsəlmanlara hətta bütün bəşərə şamildir.



رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً فِيهَا كُتُبٌ قَيِّمَةٌ

"(Bu aşiq-aşkar dəlil isə) Pak səhifələri oxuyan Allah tərəfindən göndərilmişdir. Onlarda sabit və möhkəm yazılar vardır."1

Yəni sabit və möhkəm yazılar surələrdəki ayələrə istinad edir. Bu gün bizim əqidə ayrılığımız, dini məzhəblərə, firqələrə bölünməyimiz bu ayələrin əksinə deyilmi? Ələq surəsinə nəzər salsaq bir daha birliyimizin vacibliyini görərik.



اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ

"Oxu yaradan rəbbin adı ilə oxu. O insanı laxtalanmış qandan yaratdı."2

Bu ayələrdən açıq-aydın eşidir və görürük ki, Allah “insan” deyərək müraciət edir və bizi bir-birimizə insan kimi xatırladır. Demək, insanlar bir-birləri ilə insani əlaqələrlə üns yaratmalı, bir-birinin boynunda olan insani haqlara hörmət etməli və bir-birinə qayğı göstərməklə birgə yaşamalıdırlar.

Bu qəbildən müsəlman olaraq boynumuzda Allah, peyğəmbər, Quran, valideyn, insan, qohum-əqraba və s. məxluqatların haqqı vardır. Ən vacib haqq Allah və Peyğəmbər (s)-dən sonra, insan hüquqlarıdır. Yəni insanlar bir-biri ilə yerindən, yurdundan, məmləkətindən asılı olmaya­raq insan kimi ünsiyyətdə olmalıdır. Axı hər kəs insandır, Alla­hın məxluqatıdır. İnsanın ətrafdakılar ilə insanlığa xoş xüsusiyyət, İslami əxlaqi norma, İslami ədəb ərkan ilə ünsiyyət tapması cox insanın müsəlman olması və vəhdət tapmasına səbəbdir.

Ey mömim bacı və qardaşlar, gəlin, birliyimizi və o birliyimizin gözəlliyini, mənfəətini və eləcə də o mənfəətdən irəli gələn tərəqqini, yüksəkliyi, rahatlıq və aramlıqda, asayiş ilə yaşamağımızı dar çərçivədən baxmaqla nəhəng bir ağacın yarpağında axtarmayaq. Yaxşı olar ki, açıq gözlə, təmiz qəlb və dərin düşüncə dərki ilə birliyimizi nəhəng bir ağacın kökündə axtaraq və diqqət yetirək ki, nəhəng gördüyümüz ağac bir kökdən qidalanaraq inkişaf edib o əzəmətə çatmışdır.

Mən ona görə ağacı nümunə gətirirəm ki, hər bir kəs hündür, geniş şaxəli, qollu-budaqlı qalın köklü, meyvəli hər kəsin yararlana biləcəyi bir ağacı gözü önünə gətirərək onu zehnində canlandırıb, deyilənlərin həqiqət olduğunu şübhəsiz qəbul edər. Hər şeydən üstün tutduğu, bütün varlığı ilə sevdiyi, məşuqinin bizə əmanət olaraq göndərdiyi "Qurani-Kərimin" buyurduqu ayələrə istinadən həqiqi dini axtarıb tapar. Quranda buyrulur:

"Həqiqətən biz səni müjdə verən və qorxudan olaraq göndərdik. Allah və onun elçilərinə iman gətirib, ona kömək edib, böyük sayıb ehtiram göstərəsiniz, səhərlər və axşamlar onu zikr edərək hər eyib və nöqsandan paklıqla xatırlayasınız."

Əziz və hörmətli mömin bacı və qardaşlar və Quranın buyurduğu kimi əql sahibləri, bu bizə bir xəbərdarlıq deyilmi ki, əgər biz əqidə ayrılığı salıb, müxtəlif məzhəblərə qulluq edib, özümüz özümüzü parçalayırıqsa bu zaman Peyğəmbərə (s) qarşı hansı ehtiram və köməkdən danışa bilərik. Gəlin açiq danışaq, İslam dini birlik, vəhdət, barış, həmrəy, dünya və axirət səadəti dini olduğu halda, bu əqidə ayrılığımız bizlərin gülünc vəziyyətə düşməyimizə səbəb olaraq İslam dinini başqa dinlərin gözündən salmırmı? Hal-hazırki vəziyyətdə olduğu kimi əgər keçmiş dinlərə əqidəli bir şəxs mütərəqqi din kimi İslam dininə meyl etsə və indiki dindarlar arasında olsa, bizim belə parçalanmağımızın, üzdəniraq çəkişmə­lərimizin, yersiz iddialarımızın şahidi olsa o şəxs İslam dininə gələrmi? Bəs Allahın muxlis dini olan, əziz Peyğəmbərimizin gətirdiyi İslam dinini bilə-bilə belə amansız dərəcədə parçalamaq, Allah-təalaya itaətsizlik, Peyğəmbərə hörmətsiz­lik deyilmi?

Hörmətli mömin xanımlar və mömin qardaşlar, bütün dünya müsəlmanlarının İslamdan qeyri dinlərin nümayən­dələri tərəfindən sıxışdırılması, müəyyən təzyiqlərə məruz qalması, nəhayət qətlə yetirilməsi, yaşadığı diyarlardan çıxarılması müsəlmanların birliyinin zəif olmasından irəli gəlmirmi? Artıq müsəlmanların birliyə mane olan xırda maneələrə qalib gəlməyinin, əl-ələ verib sünni-şiə yox müsəlman və mömin olaraq ortaya çıxmağının, İslam dinini məxsus bir din olaraq dünyaya çatdırmağın vaxtıdır. Ey əzizlər! Baxın Qurani-Kərimə, Quran heç bir ayədə "ey Sünnilər"və ya "ey Şiələr" deyə müraciət etmir.



يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء

"Ey insanlar Rəbbinizdən qorxun. O Allahdan ki sizi bir candan yaratdı. Onun cinsindən zövcəsini yaratdı və o ikisindən çoxlu kişi və qadın yaratdı. "1

Bu ayə bütün insanların bir ata və anadan yarandığını bəyan edərək insanları bir-birinə bacı-qardaş münasibəti ilə həmrəy olmağa çağırır. Əqidə, məzhəb ayrılığından kifayətlənməyən insanlar hətta məscidlərə də müxtəlıf məzhə­bin adını qoyurlar. Azərbaycanda bir necə məscid mövcuddur. Bu cox gözəl və təqdirəlayiq, xalqımız üçün şərafətlidir. Amma bunun ən acinacaqlı tərəfi odur ki, məscidlər Sünni, Şiə, Vəhhabi məscidi kimi adlandırılır. İslam dinində olmayan bir kəs sual edir, bunlar kimdir? Hansı dinə qulluq edirlər? İndi hər kəs öz vicdanı ilə cavab versin. Ey din alimləri və əql sahibləri məgər Allah belə buyurmuşdur ki, İslam dininin birliyini qoruyub onu möhkəm və güclü din olaraq nümayiş etdirmək əvəzinə, məzhəblərə bölüb zəiflədərək hücumlara məruz qoyasınız? Onsuz da cahiliyyət üzündən İslam əxlaqına tamamilə yabançı adət-ənənələrə uyan insanlar həqiqi İslama zərbə vurublar.

Kimdir müqəssir? Səhv olan, fikir ayrılığı salan din alimləri, yoxsa onların arxasınca gedən cahil kütlə? Çox acınacaqlı da olsa deyərdim ki, müqəssir əli qələm tutub yazı yazan imanı zəif dindarlar, bir səhvi aləmin səhvi olan əməlsiz alimlər.

Yenədə ən tutarlı, dəqiq araşdırmalarla Qurani-Kərimə müraciət edərək bütün şübhələri müqəddəs və pak ayələrin buyurduğu bəyan ilə gerçəkləşdirək.

Hədislərə şübhə ilə yanaşan, hətta Peyğəmbərin buyurduğu səhih hədisləri belə, qeyri-səhih hesab edən və İslami birliyə nifaq toxumu səpən kəslərin qəlbində Qurandakı vəhdətə aid olan dəqiq ayələrin birində belə buyrulur:

"Allah və onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək, qorxaqla­şa­raq ağalıq və hökmranlığınız aradan gedər. Sizə bir daha qələbə yeli əsməz. Səbr edin ki, Allah səbr edənlərlədir."

Bu və bu kimi ayələrdə Allah xirda mübahisə və çəkişmələrə qatılmağı rədd edir. Çünki çəkişmə və mübahisələr əksər hallarda İslami birliyə deyil, bütün bəşərin nicat verdiyi və dinlərin ən üstünü İslam dininin nəinki parçalanmasına hətta insanların bu dindən uzaqlaşmasına səbəb olur. Çox yaxşı olar ki, mübahisələri İslamın tərəqqisinə, birliyinə yönəldək və dinin daha geniş yayılması üçün birlikdə həll yolları axtaraq.



يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا

"Ey iman gətirənlər, öz hazırlığınizi qoruyaraq silahlarınızı götürün, dəstə-dəstə və ya hamılıqla hərəkət edin."1

Bu ayə də müsəlmanların oturduqları ölkədən ayrılıb, baxımsız bir İslam yurduna köç edənlərin küfr bayrağı altında yaşamağı rədd edərək, İslam hökmlərinin əsasında yaşamaq və İslam dinini həmin məmləkətdə dirçəltməyə bir çağırışdır. Müsəlmanlar kafir bayrağı altında qalmamalı, qeyri İslami rejimə boyun əyməməli, tamamilə İslam əxlaqından xaric olan iyrənc adət-ənənələrlə yaşamamalıdırlar.

Hörmətli mömin bacı və qardaşlar! Təəssüflə deyə bilərəm ki, İslam qayda-qanunlarına zidd olan əməlləri törədən şəxslər müsəlman ölkələrində yaşayan müsəlman nümayəndə­lə­ri­dir. Biz hər günün xəbərlərində müsəlmanlara xoş olmayan, ağlasığmaz dərəcədə sərt cinayətlərin şahidi oluruq. Hər bir müsəlman İslamın tər-təmiz, xalis, sosial həyatının gözəlliyindən pay almalıdır. Bu gözəllik hər bir müsəlmanın haqqıdır. Bu gözəllikdən yoxsul qalmaq Allah-təalanın yer üzərindəki ən böyük nemətindən məhrum olmaq deməkdir.

Hər bir dindar bilməlidir ki, İslam dinində olan hazırki əqidə ayrılığı və dinin firqələrə, məzhəblərə bölünməsi, Qurani-Kərimin buyruduğu kimi birliyə və yaradılışa uyğun gəlməyən, yanlış nəfsin istəklərinə uyan müxtəlif fikir sahiblə­ri­nin düzgün olmayan düşüncələrinin məhsuludur.

Hörmətli möminlər, doğrudan da hər birimiz gecikmə­dən, birliyimizin qorunması naminə dinimizdəki ayrılıq məfhumundan tezliklə xilas olmaq üçün birlikdə düşünməli və bir araya gəlməliyik. Mömin həqiqətən bir bədənin üzvü sayılırsa, bədən üzvləri necə ayrıla bilərlər? Hamımızın bildiyimiz kimi əgər bir şəxsin bədən üzvlərindən biri yararsızlaşsa, həmin şəxs əlil olar. Əgər o şəxs öz-özlüyündə özünü nə qədər güclü hesab etsə də kənardan baxanlar üçün zəif, gücsüz, yazıq hətta aciz bir şəxs kimi görünür. Biz etiraz etsək də, etməsəkdə burada aydın nəzərə çarpan bir həqiqət var.

İslamın firqələrə bölünməsi də yad əllərin ona uzanma­sı­na səbəb olub. İslamdan qeyri dində olanlar müxtəlif ünvan­lar altında islam dininə hücum ediblər. İslam dininə hücum isə bütün müsəlmanlara hücumdur. Əgər biz birliyimiz sayəsində dinimizə nicat verə bilsək, nəinki onu qorumaq hətta İslamı gözəl birlik dini olaraq bütün bəşərə çatdıra bilərik. Bunları da etiraf etməliyik ki, birliyimizin zəifliyinin acı nəticələridir ki, Azərbaycanın torpaqları zəbt olunub, İraq ölkəsi qan içindədir, İran hökümətinə hər gün nota verilir. İslam düşmənlərinin arzu və istəkləri bütün dünyada hegomen olmaqdır. Bu arzu istəklərin nəticəsidir ki, dünyanın hər yerində müsəlmanlar əziyyət içindədirlər. İslamın düşmənləri o qədər incəliklə işləyirlər ki, müsəlmanlar öz müqəddəratlarının həll yollarını onlara tapşırıblar. Görün, biz nə qədər gülünc vəziyyətdəyik.

İslam düşmənləri bu günki savaşlarda da müsəlmanların inancını sarsıltmağı, birliklərini pozmağı, ilahi qanunlar toplusunda zehnlərində ayrılıqlar yaratmağı və müsəlmanları təkləməyi ön planda tuturlar. Bütün hədəflərini bu strateji amallar üzərində genişləndirir, müsəlmanların hər nəyi varsa ona sahib olmaq, yurdlarından çıxartmaq, alın təri ilə qazandıqları sərvətlərini, qüc və enerjilərini sovurmaq, düşü­nən beyinlərini məhv edərək özlərinə qul etməkdir. Bu gün müsəlmanların kimlərəsə qul olduğu faciəli günləri yaşayırıq. Faciənin səbəbkarları isə bu keçıcı dünyanı həmişəlik sanan, dünyaya bağlanaraq şan-şöhrətə uyan, adı müsəlman, özü müsəlman olmayanlardır.

Mömin Allahdan başqasına qulluq etməməli və yardım diləməməlidir. Yer üzündə Allahın ən böyük düşmənlərindən yardım istədikləri halda müsəlmanlıq iddiasında olan kəslərin müqəddəs Qurani-kərimin buyurduqlarını anlamağa və olduğu kimi dərk etməyə nə qədər möhtacdır.



İslam barış, inkişaf, qurucu və birlik dinidir. Hörmətli möminlər ümüdvarıq ki, bu konfransdan sonra yeni fikir, düşüncə və idealogiyalarla birləşib bir həqiqət ətrafında cəm olaraq İslamın düşmənlərinə qələbə çalmaq və İslamı gözəl birlik dini kimi nümayiş etdirməliyik.

1 Yasin surəsi, ayə 60-61

1 Bəyyinə surəsi, ayə 2-3

2 Ələq surəsi, ayə 1-2

1 Nisa surəsi, ayə 1

1 Nisa surəsi,ayə 71





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə