İslam iqtisadiyyatı konsepsiyası və onun metodologiyası




Yüklə 17.8 Kb.
tarix29.04.2016
ölçüsü17.8 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

SƏRBƏST İŞ №3
“ İslam iqtisadiyyatı konsepsiyası və onun metodologiyası ”

mövzusunda




Kafedra :Maqistr Hazırlığı Mərkəzi

İxtisas : Birja fəaliyyətinin tənzimlənməsi

Qrup : 101m2q ( I kurs, qiyabi şöbə, Azərbaycan bölməsi)

Magistr : Xəlilova Şərqiyyə Yunis qızı

Müəllim : Əliyeva Dilşad

Fənn : İqtisadi elminin tarixi və metodologiyası


BAKI – 2010

İslam iqtisadi fikrini müəyyən münasibətlər sistemi vasi­təsi ilə də izah etmək olar. Buraya hər şeydən əvvəl əmlak, mülkiyyət, torpaq, icarə, ticarət, maliyyə-kredit və bank işi ilə bağlı iqtisadi münasibətlər daxildir. İslamda əmlak və mülkiyyət münasibətləri olduqca dərin, səlis və məntiqi-elmi ardıcıllıqla, mənimsənilmə, istifadə olunma və sərəncamvermə ilə bağlı prinsiplərlə müəyyənləşdi­rilmişdir.

İnsan fəaliyyətinin müxtəlifliyi ilə bağlı olan və onlara ve­rilən nemətlərlə biri-birilə ünsiyyətə girənlər müxtəlif əmlak və mülkə malik olurlar. İslamda əmlak və mülkiyyətə olan müna­sibət hər şeydən əvvəl müxtəliflik əsasında meydana gəlir. 5. Əl-Maida surəsinin 48-ci, 32. Əs-Səcdə surəsinin 18-ci, 39. Əz-Zumər surəsinin 9-cu, 41. Fussilət surəsinin 34-cü ayələ­rində insan fəaliyyətinin müxtəlifliyi birbaşa göstərilir.

3. Ali-İmran surəsinin 26-cı ayəsində göstərilir ki, "(Ya Məhəmməd) De ki, Ey mülkün sahibi olan Allah. Sən mülkü istədiyin şəxsə verərək, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldar­san". Lakin əmlak və mülkün səviyyəsindən asılı olmayaraq in­sanlar öz davranışlarında ədalətli olmalı və ondan istifadə et­məklə həm mənəvi, həm də maddi cəhətdən fayda götürməklə yüksəlməlidir.

Əmlakla və mülkiyyətlə bağlı münasibətlər bəsit və donuq şəkildə deyil, daima inkişaf, dinamika şəklində götürülür. Məhz əmlak və mülkiyyətə görə islamda insanların nəfslərinin tənzimlənməsi diqqət mərkəzində durur. İslamda əmlak toxunulmazlığı əsas götürülür. Əmlak toxunulmazlığı o qədər ciddi məsələdir ki, hətta böyük ehtiyac duyulan hər hansı istahsal vasitəsindən, onun sahibinin icazəsi olmadan ona toxunmaq və ya istifadə etmək olmaz. Dünyada ən demokratik, ən bəyənilən prinsiplərdən he­sab olunan müsəlman bölgü sistemi, əmlak və mülkiyyətlə bağlı meydana gələn münasibətlərin konkretləşməsinə çox ciddi və düzgün təsir göstərir. Əmlakın bölgüsü islamda vərəsəlik hüququ vasi­təsilə çox dəqiq həyata keçirilir. Bu, bir tərəfdən onunla bağlı olanların hamısının mənafeyinin qorunması, eləcə də ondan istifadə olunması ilə əlaqədardır. Burada hüquqi və iqtisadi münasibətlər qovuşaraq mənəvi, əxlaqi və sosial münasibətlə­rin inkişaf etməsinə səbəb olur. Yəni külli miqdar var-dövlət yığmağın həm aqibəti aydın olur, həm də onun çoxlarının sərən­camına daxil olma prosesinin zəruriliyi qeyd olunur.

İslam təlimində xüsusi mülkiyyətin iqtisadi əsası hər cür əmlaka və istehsal vasitələrinə sahibolma prinsipi ilə müəyyən olunur. Ona görə də xüsusi mülkiyyətin əmələ gəlməsi hamı üçün mümkün şəkil alır və mövcud cəmiyyət daxilində hökm sürən müxtəlif adət-ənənələrlə bağlı, şəriətdən kənar qoyul­muş qanunlarla onun səviyyəsi və ya miqyası müxtəlif olur.

Torpaq və ondan istifadə, onun insan həyatında, davranı­şında, fəaliyyətində oynadığı müstəsan rol barədə Qurani-Kə­rimin 7. Əl-Əraf surəsinin 10-cu, 12. Yusif surəsinin 105-ci, 13. Ər-Rəd surəsinin 4-cü, 20. Ta ha surəsinin 53-55-ci. 77. Əl-Mursəlat surəsinin 25; 26; 79. Ən Naziat surəsinin 30, 31-ci; 80. Əbəsə surəsinin 24-32-ci ayələrindən çox asanlıqla faydalanmaq olar. Bu ayələrdə yer üzünün insan naminə dö­şənilməsi, onun sulanması, müxtəlif dənli, bitkili və meyvələrlə dolu sahələrin, tarlaların və bağların yaradılması, otlaqların və bitkilərin insanların sərəncamına verilməsi göstərilir.

Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Yer üzünü məsh edin, o, sizə xeyirdir, bərəkətdir". Başqa hədislərdə Peyğəmbər (s.ə.s.) torpağı in­sanın anası (yəni onu yedirdən, içirdən, qidalandıran), insanı isə onun atası adlandırmışdır.

Torpaq sahələrindən istifadə olunması, onların yararlı və­ziyyətə salınması, əldə olunan məhsulun razılaşdırılmış sazişə görə bölgüsü kənd təsərrüfatının inkişafına səbəb olan mühüm amillərdəndir. Peyğəmbərin (s.ə.s.) sağlığında və onun vəfatından sonrakı dövrlərdə hökmranlıq etmiş dörd Rəşidi xəlifələrinin - Həzrəti Əbubəkrin, Həzrəti Ömər ibn Əl Xəttabın, Həzrəti Osman ibn Əffanın və Həzrəti Əli ibn Əbutalibin dövrlərində torpaq əsa­sən dörd kateqoriyaya bölünmüşdür. Birinci kateqoriyaya əkin üçün yararlı olan torpaq sahələri aid edilir. İkinci kateqoriyaya torpaqdan istifadəyə görə hüqu­qunu qoruyub saxlamaq naminə islamı qəbul etmiş şəxslərin torpaqları daxildir. Üçüncü kateqoriya döyüşlər zamanı ilhaq edilmiş torpaqlardır. Dördüncüsü, xərac vergisi alınan torpaq­lardır.

İslam iqtisadi prinsiplərinə görə, əmlakdan tutmuş, ev əşyalarına qədər, torpaq sahəsindən tutumuş ev heyvanlarına qədər nə varsa, hamısının icarəyə verilməsi məqbul hesab olunur. Burada iki xüsusiyyət nəzərə alınmalıdır: 1.əmlakın və ya mülkiyyətin konkret sahibi olsun, 2. qarşılıqlı razılaşma və anlaşma olsun. Hər iki şəraitdə qarşılıqlı faydalanma prinsipi əsas götürülür. İcarə və onunla bağlı iqtisadi münasibətlərin baş verməsi, bilavasitə əmlakdan, istehsal vasitələrindən, torpaq sahələrin­dən səmərəli və faydalanma əsasında baş verməlidir.

Şərq öl­kələrində yenilikçiliyin, təşkilatçılığın və təşəbbüskarlığın tət­biq dairəsi daima məhdudlaşdırılmışdır. Ona görə də müsəl­man ölkələrində ticarət ona xas olan inkişaf meylini üzə çıxara bilməmişdir. İqtisadiyyatda ixtisaslaşmanın rolunun nəzərə alınma­ması ləng inkişafı əsaslandırır, istehsalın səmərəliliyini azaldır.

Təsərrüfat insan cəmiyyətinin, adamların fəaliyyətinin ay­rılmaz hissəsi olub, meydana gəldiyi gündən əmək böl­güsü­nün dərinləşməsinə səbəb olmuşdur. Lakin ticarət islam siviliza­siyasının meydana gəlməsində və formalaşmasında müstəsna rol oynamışdır. Ona görə də təsərrüfat fəaliyyətinin mühüm hissəsi olan ticarət, islam iqtisadiyyatında mərkəzi yerlərdən birini tutur. İslamın meydana gəlməsi və formalaşma­sı bilavasitə ticarət əlaqələrinin fasiləsiz olaraq getdiyi dövrə təsadüf edir.



Birmənalı olaraq faizin alınması və verilməsi Qurani-Kə­rimdə göstərilən ayələrə uyğun qadağan edilmişdir. "Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir..." (2., 275).



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə