İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 4-cü Beynəlxalq müsabiqəsinin Ə sasnam ə s i




Yüklə 25.06 Kb.
tarix16.04.2016
ölçüsü25.06 Kb.
İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 4-cü Beynəlxalq müsabiqəsinin

Ə s a s n a m ə s i

Bakı şəhəri. 13-15 aprel 2015-ci il.

Gənc istedadları 4-cü Beynəlxalq Klassik Musiqi müsabiqəsində iştiraka dəvət edirik.



  1. müsabiqənin məqsəd və vəzifələri:

  1. Gənc istedadların aşkar edilməsi.

  2. Beynəlxalq təcrübə və fikir mübadiləsi.

  3. Yaradacılıq yollarının təyin edilməsi.

  4. Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürünün yaradılması.

  5. Gənc istedadların musiqi sənəti sahəsində Şərq – Qərb dialoqu çərçivəsində səviyyələrinin artırılması.

  1. müsabiqənin təsisçi və təşkilatçısı:

“Kainat” Gənclik Mərkəzi.

Dəstəkləyənlər:



  • AR Gənclər və İdman Nazirliyi

  • AR Mədəniyyət və Turizm Nazirliyi

  • ISESCO (İslam Əməkdaşlıq Təşkilatının Təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu)

  • AR Xarici İşlər Nazirliyi

  • Bakı Musiqi Akademiyası

  • İnformasiya dəstəyi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)

Təşkilat komitəsinin sədri – “Kainat” Gənclik Mərkəzinin direktoru - Rahib Ağakişi oğlu Rəsulzadə.

Münsiflər heyətinin sədri – Bakı Musiqi Akademiyasının prorektoru, pianoçu-bəstəkar, Azərbaycan Respublikasının Xalq Artisti Yeganə Axundova.



  1. Tarix və keçiriləcəyi yer:

Bakı şəhəri, 13-15 aprel 2015-ci il.

Azərbaycan Milli İncəsənət Muzeyi.

Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır.

Təşkilat Komitəsi 2015-cü il fevral ayının 23-dən öz işinə başlayır.

Iştirakçıların müsabiqəyə qatılması başlanğıc tarixindən 1 gün əvvələ nəzərdə tutulub. Fərdi qaydada müsabiqəyə qatılmaq istəyənlərlə bağlı proses müzakirə oluna bilər.


  1. İştirakçılardan tələb olunanlar:

Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. Ərizələri qəbul edilmiş hər bir ifaçı, yalnız cədvəl üzrə təyin ediləcək gün və vaxt ərzində dinləmələrdə iştirak edə bilərlər.

Yaş qrupları:

Kiçik qrup – 15 yaşadək.

Böyük qrup – 16-20 yaşadək.

Musiqi əsərlərinin həcmi 10 dəqiqə kiçik qrup, 15 dəqiqəyə qədər böyük qrup üçün təklif edilir.

İştirakçılar təklif olunan reqlamentə riayət etməlidirlər.

Proqrama polifonik əsərlər, dünya klassik musiqi nümunələri və azərbaycan bəstəkarlarının əsərləri daxil olunmalıdır.

Kiçik yaş qrupu üzrə ifaçılar simli və nəfəs alətlərində iki müxtəlif xarakterli əsərlərlə yanaşı, həm də azərbaycan bəstəkarlarının əsərlərini repertuarlaına daxil etməlidirlər.

İştirakçıların nəzərinə:

Müsabiqənin iştirakçıları yalnız öz musiqi alətləri ilə çıxış etməlidirlər. Ehtiyac duyulduğu zaman təşkilat komitəsi Azərbaycan bəstəkarlarının əsərlərinin not və partituralarını, konsertmeysteri təqdim etməyə hazırdır. İştirakçı yalnız müraciət ərizəsində sifariş etdiyi əsərləri ifa etməlidir. İştirakçılar ifa edəcəkləri əsərlərin notlarını münsiflər heyətinə təqdim etməlidirlər. Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər. Fonoqramın istifadəsinə icazə verilmir.

( http://e-library.musigi-dunya.az/library_az.html)


  1. Nominasiyalar:

1. Piano solo, orqan solo;

2. Simli alətlər solo;

3. Nəfəs alətləri solo.


  1. Mükafatlandırma:

Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və müsabiqəyə qatılacaq xarici ölkələrdən gəlmiş sənət adamlarından ibarət olacaq.

Mükafatlara layiq görülənlər arasında yerlərin bölüşdürülməsi münsiflər heyətinin iştirakçılar tərəfindən proqram boyu topladığı ballara görə, imzalanmış protokollar əsasında aparılacaq.

Balların hesablanması müsabiqə boyu tövsiyə olunan meyarlara uyğun olaraq, münsiflər heyətinin hər bir üzvünün maksimal 10 bal təsis etmək hüququ var.

Çıxışların qiymətləndirilməsi hər yaş qrupuna müvafiq olaraq ayrıca aparılacaq.

Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.

Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:



  • Qran Pri (pul mükafatı).

  • 1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə).

  • müsabiqədə uğurlu iştirakına görə diplomlar.

Dəyərləndirmə meyarları:

  • İfaçılıq bacarığı (səsləndirmə, texnika, ritmika, alətlə rəftar, ifaçılıq dinamikası);

  • Repertuar mürəkkəbliyi;

  • Səhnə mədəniyyəti (qeyim və ifa mədəniyyəti).



  1. Müsabiqənin keçirilmə qaydaları:

Müsabiqə 1 turda keçiriləcək. Bütün iştirakçılar çıxışlarını sifariş ərizələri və cədvəl üzrə münsiflər heyətinin diqqətinə təqdim edəcəklər. Yüksək bal toplayaraq finala keçmiş iştirakçılar Qala-Konsertdə baş mükafat uğrunda mübarizə aparmaq hüququnu qazanacaqlar. Finala çıxa bilməyən iştirakçılar da münsiflər heyətinin qərarı ilə sərbəst nümunələri ilə Qala-Konsertdə iştirak edə bilərlər.

  1. Maliyyələşmə qaydaları:

Müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları iştirak edə bilərlər. Müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər.

Nümunə:

  • ən gənc iştirakçı üçün;

  • artistizm məharəti üçün;

  • istedad və yaradacılıq perspektivi üçün;

  • doğum gününün müsabiqə ərəfəsinə təsədüf etdiyinə görə və s.

Mehmanxana, yemək xərclərini təşkilat komitəsi öz üzərinə götürür.

Nəqliyyat xərcləri göndərən tərəfi hesabına təmin olunmalıdır.

Təşkilat Komitəsinə 6 x 12 foto-şəkil, şəxsiyyəti təsdiq edən sənədin və ya doğum haqqında şəhadətnamənin surəti təqdim olunmalıdır. Bu sənədlərin hər hansı bir formada (faks, email, poçt) təşkilat komitəsinə çatdırılması 2015-ci il mart ayının 26-na qədər məqbuldur. İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 4-cü Beynəlxalq müsabiqəsi haqqında operativ məlumat 2015-ci il fevral ayının 23-dən “Kainat” Gənclik Mərkəzinin rəsmi saytında yerləşdiriləcək (www.kainat.az )

ÜNVAN: AZ1095.Azərbaycan Respublikası. Bakı şəhəri. Xəqani küçəsi 31. Mənzil 18. Telefonlar: +99412 493 03 81, +99412 493 76 59.

Faks: +99412 493 95 94.

Email: kainatgm@mail.ru

Web-site: www.kainat.az

Xarici qonaqlar üçün müsabiqə çərçivəsində geniş mədəni proqramın təşkili iş qrafikinə daxil edilib.

QEYD: Mümkün ola biləcək digər yeniliklər və əlavələr haqqında iştirakçı tərəflərə 15 gün qabağ məlumat veriləcək.

“Təşkilat Komitəsi”






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə