İŞgal olunmuş abidəLƏr monuments under occupation оккупированные памятники




Yüklə 46.12 Kb.
tarix10.04.2016
ölçüsü46.12 Kb.

Azərbaycan Arxeologiyası 2001

104


Azerbaijan Archcology Vol.: 3 Num.: 1-4

İŞGAL OLUNMUŞ ABIDƏLƏR MONUMENTS UNDER OCCUPATION

ОККУПИРОВАННЫЕ ПАМЯТНИКИ

Qayalar qaladır, Qalalar qaya, Bu yerlər tarixin daş səhifəsi. Binalar ucadan baxar dünyaya, Hər evin daşmda bir əsrin səsi. (Musa Yaqub) ŞUŞANIN DAĞLARIYENƏ DUMANLI... Fəridə Aslanova (Xəzər Universitəsi)



«Müharibə sivilizasiyanın inkarıdır. O, vəhşiyyətə qayıtmaqdır və vəhşiliyin
bütün əlamətlərini təbii surətdə qoruyur». Bu müdrik kəlamda çox böyük
həqiqət var və yalnız müharibə dəhşətlərini yaşamış xalq bu həqiqətin acısını
duya bilər.  qədimdən ya uzaq təcavüzkar yadellilər, ya da bədnam qonşular
tərəfindən tez-tez müharibə ocağına çevrilən Azərbaycan indi də müharibə doh-
şətini yaşamaqdadır. 1988-ci ildən Ermənistanın təcavüzünə məruz qaJan yurdu-
muz çox ağır itkilərlə üzləşib. Minlərlə insan təlafatı ilə yanaşı maddi və mənəvi
sərvətləri qarət və məhv edilmiş, şə- .




' }■

hərləri, rayonlan, kəndləri xarabazara çevrilmişdir. Qədim abidələri ilə tari-ximizi özündə yaşadan müqəddəs tor-pağımızm 20 faizinə yaxını indi düş-mən tapdağmdadır. Milli abidələrin çoxluğu, onJarın rəngarənglik baxı-mmdan fərqlənməsi, mədəniyyətimi-zin ən zəngin beşiyi adlandırılan qə-dim Şuşa şəhəri də müharibənin qur-banı olub. Öz ələkeçməzliyi ib ta-nınan, dəfələrb düşmən hücumJarma sinə gərən Şuşa 1992-ci iJ maym 8-də §§ erməni işğalçılarına təslim edildi in-diyə qədər də düşmən nəfəsini duy- maqdadır. Özü nadir tarixi abidə olan və sinəsində onlarca özü qədər qiymətli abidəni saxlayan Şuşa on ildən artıqdır ki, düşmən tapdağı I altında qaJmaqdadır.

XVIII əsrin birinci yarısında j| İran əsarətindən birdəfəlik yaxa qur-taran Azərbaycan torpağı müstəqil və



Azərbaycan Arxeologiyası 105 Azerbaijan Archeology
2001 VoL: 3 Num.: 1-4

yanmmüstəqil xanhqlara parçalandı. Onlardan ən güclüsü və ən nüfuzlusu müstəqil Qarabağ xanlığı idi. Əsası 1748-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulan bu xanlıq getdikcə güclənir və müdafıə qüdrətini artırırdı. Xanlığm hərbi nüfuzu artdıqca onun düşmənləri də çoxahrdı. Ona görə də Pənahəli xan xarici hücumlardan qorunmaq üçün müdafiə məqsədilə həmin ildə Bərdə şəhəri yaxınlığmda Bayat qalasmı tikdirir. Yüksək kərpic divar və dərin xəndək arxa-smda öz iqamətgahını, məscid, bazar, yaşayış evlərini, hamam və başqa tikililəri yerləşdirir. Ancaq düzənlikdə yerləşən bu qala güclü düşmənlərdən qorunmaq üçün əlverişli deyildi, odur ki, Pənahəli xan 1751-52-ci illərdə Ağdam şəhəri yaxınlığında yüksək təpəlikdə Şahbulaq qalasmm tikilməsinə dair göstəriş verir. Qalanm içərisində Pənahəli xamn qəsri, məscid, hamam və müxıəlif təyinath tikintilər yerləşirdi. Əsas qaladan əlavə, mühafizə divarlarından kənarda bir qala da tikilmişdi.

Ayrı-ayrı feodal hökmdarları arasmdakı arasıkəsilməz daxili çəkişmələr, İran tərəfindən qəsbkarhq təhlükəsi Qarabağ torpaqlarmın hərbi əməliyyatlar-dan etibarlı mühafizə olunmasmı tələb edirdi.

Pənahəli xan yeni, əlçatmaz qala tikdirmək fikrinə düşür. Bu məqsədlə o, üç tərofı sıldırım qayalarla və Daşaltı və Xəlfəli çaylarm yaratdığı dərin uçurumlu dərələrlə əhatə olunmuş hündür, təhlükəsiz, əlçatmaz bir yer seçir. Kənarmda olan qayahq sahə təbiətin yaratdığı təbii qala idi. Düşmən üçün əlçatmaz olan bu yayla böyük strateji üstünlüyə malik olmaqla bərabər bütün uzaq girəcək və nəqliyyat yollarmı da nəzarət altmda saxlaya bilərdi. Beləlijdə, Pənahəli xan 1756-1757-ci illərin əvvəllərində hərbi baxımdan misilsiz üstünlüyü olan sal bir qaya üzərində-otuz dörd kvadratkilometrlik bir sahədə Şuşa qalasmm əsasmı qoyur və onu Qarabağ xanlığınm inzibati paytaxtma çevirir.

Şəhor ilk vaxtlar onun yaradıcısmın adı ilə «Pənahabad», sonralar «Qala» adlanmağa başladı. Burada o vaxtlar «Pənahabadi» adh gümüş sikkələr kəsilirdi ki, bu da XIX əsrin iyirmi-otuzuncu illərinədək Orta Asiya və bir çox Yaxın Şərq ölkələrində pul vahidi kimi işlənirdi. Qalanın indiki adı onun coğrafi mövqeyi və coğrafi mənzərəsi ilə əlaqədar olaraq yaranmışdı. Şəhər şiş uclu nəhəng bir qaya üzərində yerləşdiyinə görə əvvəllər «Şişə» adlanmış, sonra isə bu söz Şuşa kimi formalaşmışdı. Bəzi müəlliflərə görə isə şəhər yaxmhqdakı.Şuşi kəndinin adı ilə Şuşa adlandırılmışdı.

Şuşa şəhərini və qalasını Gəncə yolu tərəfdən irəli çıxmış zəhmli qala bacası vəqülləsi olan yüksək daş diyarlar mühafizə edirdi. Mənbələrdə Şuşanın yaşayış, ictimai, tıcarət və təsərrüfat tikililəri içərisində Pənahəli xanın öz yaxın adamları ib birlikdə yaşadığı möhkəm, çox böyük olmayan dördbucaqh qəsrləri də qeyd edirlər.

Pənahəli xanın dövründə Şuşada Şərqin feodal şəhərlərinə, o cümlədən Azərbaycan şəhərlərinə xas olan möhkəm daxili istehkamlarm olması yaylanm təbii olaraq almmazhğı ilə əlaqədar idi. Şəhər şimaldan, şərqdən və qərbdən də-in uçurumlu dərolərlə əhatə olunduğu üçün bu tərəflərdə müdafiə divarları tik-mək lazım gəlmirdi. XIX əsrin əvvəllərində Şuşada olmuş məşhur ingilis səyyahı Q.Keppel Şuşa yaylasımn əlverişli strateji mövqeyindən bəhs edərək demişdi ki,


Azerbaijan Archeologj Vol.: 3 Num.: 1-4

Azərbaycan Arxeologiyası 106
2001

olokeçməz hündür qaya üzərində yerləşən yaylanm tobii üstünlükləri onun süniB müdafıəsinə az təlabat yaradırdı. Sonralar topolikdo, şəhərin baş girəcəyindal I müdafiə divarları və qülbbrb əhatə olunmuş çox böyük ölçüdə qala tikilmişdir.J Bu qalada xan ailəsi üzvbrinin yaşadığı saray yerbşirdi, Pənahəli xanın nəticəsi, XIX əsrin məşhur şairəsi və maari-fçisi Xurşud Banu Natəvan (Xan qızı) məhz bul sarayda anadan olmuşdur.

Pənahəli xanın oğlu İbrahimxəlil xanm dövründə (1759-1806) Şuşanın qüd-l rəti daha da, artmışdı. Onun böyük məharəti və təşkilatçılıq bacarığı sayəsinds şəhərin tərəqqi, yüksəliş dövrü başlanmışdı.

Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığma görə, İbrahimxəlil xanl qalanı möhkəmbndirmək üçün 1783-1784-cü illərdə onun ətrafma 3,7 kilometr uzunluğunda müdafiə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerbrdə müdafıə divarları tikmək lazım gəlməmişd'. Qala divarlarınm eni 2 metr 20 santimetr, hündürlüyü isə 8 metr olmuş, hər 50 metrdən bir iri vl əzəmətli döyüş bürcbri ucaldılmışdı. Qalanın baş girocəyində - şimal lorofo «Gəncə qapısı», qərb tərfə isə «İrəvan qapısı» açıhrdı.

İbrahimxəlil xan şəhəri böyütmək üçün Qarabağm bir çox kəndlərinin əhalisini bura koçürtdü. Qalanm şərq hissəsində yeni yaşyış vo sonotkarlıq məhəlbbri salmdı. Tezlikb özünün meydanı, məscidi, bulağı olan on yeddil məhəllə yarandı. Onların da bəzibri əhalinin köçüb gəldikbri kəndbrin adı iləl adlandırılırdı: Köçərli, Seyidli, Merdinli, Ağadədəli, Çinarlı, Dəmirçibr, Saatlı,! Mamayı, Çölqala, Hacı Yusifli, Culfalar, Hamamqabağı, Quyuluq, Çuxur, Tozs məhəllə, Dördbrqurdu, Xoca Mərcanh.

Bir çox sahəbrdə böyük nailiyyətbr qazanan Şuşa XIX yüzilliyin ortalarmda öz inkişafmı daha da sürətbndirdi. Şəhərdə əsas ictimai qüvvoys çevrilmiş sənətkarlar ordusu yarandı, qala başdan-başa sənət qalareyasına I çevrildi. Burda həm də xalq təfəkkürünün ən gözəl abidəbrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zovqlü zəka sahibbri, yaradıcı qüvvətar yetişdi. Elm və mədəniyyəti, qaynar həyatı, müxtəlif əybn.^əbri ilə hamını heyran | qoyan bu şəhər bədii sənətkarlığın mərkəzi kimi formalaşmağa başladı. Artıq | XIX əsrin ikinci yarısmda Şuşa Azərbaycanm əsas sənətkarlıq və ticarət mərkəzi kimi Qafqazda, Rusiyada, eləcə də bütün Yaxın Şərq ölkəbrində məşhurlaşmışdı. Şuşa Qafqazın dəbdəbəli şəhərbrindən sayılır, böyüklüyünə, | zənginliyinə, ticarət əlaqəbrinə görə Tiflis, Gəncə, Bakı, İrəvan, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərbrb müqayisə edilirdi.

Ümumiyyətb, Şuşanm tədqiqatçıları onun arxitektura plan quruluşunda I üç əsas mərhəbni qeyd edirlər. Birinci mərhəbyə qalanm əsasınm qoyulması, möhkəm müdafiə divarlarmm, feodal qəsrbrinin və doqquz məhəlbnin, şəhorin şərqində isə aşağı tərəfdə «Aşağı məhəlb»nin salmması dövrü, ikinci mərhələyə Pənahəli xanm oğlu İbrahimxəlil xanın vaxtmda şəhərin şərq hissəsində «Yuxarı məhəlb» adlanm səkkiz məhəlbnin salmması ilə əlaqədar dövr aid edilir. Bu | dövrdə Şuşanın şərq hissəsində on yeddi məhəllə yaranır. Nəhayot, üçüncü mərhəb-Qarabağ xanlığmm Rusiya tərkibinə qatıldığı 1805-ci ili əhatə edir. Bu dövrdə qərb rayonunda ərazi böyük sürətlə tikilmiş, burda, əsasən, ticarət-sənət-








Azərbaycan Arxeologiyası 2001

107


Azerbaijan Archeology Vol.:3Num.: 1-4

kar əhalisinin yurd saldığı on iki yeni məhəllə meydana gəlmişdi. Azərbaycanın başqa feodal şəhərbrində olduğu kimi, Şuşada da hər bir məhəllə bir-birindən daş divarla ayrılan bağh-bağçalı və həyətyanı sahəbri olan kiçik malikanəbrə bolünürdü.

Salındığı vaxtdan XIX əsrin ortalarma kimi qala tikintibri dəfələrb yenidən möhkəmləndirilmişdi. Qalanı qüvvətbndirmək üçün 1758-1760-cı ilbrdə onun girəcəkbrində əlavə olaraq, Ağoğlan və Əsgəran qalaları tikilmişdi ki, onlardan da dövrümüzə qədər gəlib çatanı Kərkarçay düzənliyində güclü sədd təşkil edirdi.

Güclü istehkam şəhəri olan Şuşa Azərbaycanın mədəniyyət mərkəzbrindən biri kimi də şöhrət tapıb. Öz təbii gözəlliyi, saf iqlimi və ab-havası ilə məşhur olan bu şəhər ədibbrin, görkəmli bəstəkarlarm və incə səsli xanəndəbrin vətəni-dir. Şuşa şerimizin incisidir. Azərbaycanıın məşhur lirik şairi və görkəmli dövlət xadimi Vaqifın boyük ürəyi Şuşada döyünmüşdür. Xalqımızm məşhur şairbrin-dən olan Qasım bəy Zakir də Şuşada doğulmuşdu (1784-1857). Zakir Azərbay-can ədəbiyyatında tənqidi-realizmin və satirik ədəbi cərayanm ilk bünövrəsini qoyanlardan biri olmuşdur.

Şuşanm yetişdirdiyi istedadlardan biri də Xurşid Banu Natəvandır (1830-1897). «Xan qızı» adı ilə tanınan Natəvan təkcə şerin, sənətin inkişafı yolunda deyil, həm də doğma yurdu Şuşanın abadlaşması və gözəlbşməsi üçün də xeyli iş görüb. Həyatmı xeyrxah əməlbrə sərf etmiş bu azərbaycanlı qızı şəhər əhalisinin ənböyük arzularından birini 1873-cü ildə daşlar arasından saxsı tünglər salmaq-la Şuşaya yeddi kilometr uzunluğunda su kəməri çəkdirməkb həyata keçirib.

Şuşanm yetişdirdiyi böyük sənətkarlardan biri də şair Mir Möhsün Nəv-vabdır (1833-1918). Nəvvab XIX əsrin qabaqcıl şəxsbrindən biri olmuşdur. O, həm şair, həm rəssam, həm musiqişünas, həm astronom, həm xəttat, həm nəq-qaş, həm dülgər, həm kimyagər, həm riyaziyyatçı, həm də hipnozçu idi. Nəvvab yüzə qədər Qarabağ şairbri haqqmda məlumat verən «Təzkireyi-Nəvvab» və klassik musiqidən bəhs edən «Vüzuhul-ərqam» adlı qiymətli əsərbrin müəllifidir. XIX əsr Azərbaycan ədəbiyyatmm görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov (1854-1926) da Şuşanm yetişdirdiyi məşhur sənətkarlardandır. Vəzirov realist sənətkar, tragediya janrmın banisi olmaqla yanaşr, eyni zamanda birinci Azərbaycan aktyoru, istedadh publisist və ilk felyetonist kimi də tanınır.

Əbdürrəhimbəy Haqverdiyev də (1870-1933) Şuşada anadan olmuş və ilk təhsilini burada almışdı. XIX əsrin 90-cı ilbrində Haqverdiyevin rəhbərliyi altmda Şuşada bir pərdəli ilk opera tamaşası göstərilmişdi. O, Şuşanm məşhur oxuyan və çalanlarmm iştirakı ilə musiqi tariximizdə ilk dəfə Şərq konsertləri təşkil etmişdi.

Azərbaycan ədəbiyyatmda özünün «Qorxulu nağıllar»ı və bir sıra dram əsərləri ilə məşhur olan Süleyman sani Axundovun (1875-1939), «Qan içində» və «Qızlar bulağı» kimi maraqlı romanların müəllifı, görkəmli nasir Yusif Vəzir Çsmənzəminlinin (1887-1943), «Riyazül-aşiqin»in müəllifi Məhəmməd Ağa Müçtehidzadənin, Baba bəy Şakirin və Abdulla bəy Asinin həyat və yaradı-cılıqları bu şəhər ib bağlı olmuşdur.


Azərbaycan Arxeologiyası [08 Azerbaijan Archeology I
2001 Vol'.:3Num.: 1-4 ;

Şuşa eyni zamanda görkəmli alim və tarixçilərin vətənidir. Bunlardan Firi-M dunbəy Köçərlini, Haşımbəy Vəzirovu, Əhmədbəy Cavanşiri, Mirzə Adıgözəl-B bəyi, Mir Mehdi Xəzanini, Mirzə Camalboyi, Həsənəlixan Qaradağlını, Mir™ Camal oğlu Rzaqulubəyi və başqalarmı göstərmək olar.

Şuşa XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqazm musiqi mərkəzinəl çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişində mühüm rol oynamışdır. ŞuşaB nəinki Azərbaycan mədəniyyətinə, eyni zamanda dünya mədəniyyəti xəzinəsinə I dahi incilər bəxş etmiş, bununla da dünya mədəniyyəti xəzinəsini daha da zəngin* ləşdirmişdir. Əbəs yerə Şuşa Zaqafqaziyanın Konservatoriyası adlandırılmır.

Öz mərahətli səsləri, böyük ifaçılıq bacarıqları ilə çox-çox uzaqlarda belə 1 məşhur olan xanəndələrdən Hacı Hüstü, Əbdül Baqi Zülalov, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Zabul Qasım, Ho-mid Qurbanov, Segah İslam, Seyid Şuşiniski, müasir xanəndələrdən Azərbaycan vokal sənətinin banisi Bülbül, Xan Şuşinski, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetişdirdiyi məşhur sənətkarlardır. Bu sənətkarlarm adlarınınl sadalanması məşhur rus şairi Sergey Yesininin: «Əgər oxumursansa, deməlij şuşah deyilsən», kəlammm nə qədər həqiqətə uyğun olduğunu göstərir.

Şuşada xanəndəlik sənətilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon I çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, usta Zeynal j Qarabağh, Məşədi Cəmil Əmirov, Qurban Pirimov; qarmon çalanlardanj Abutahb Yusifov, Lətif Əliyev və başqaları ən məşhur səntəkarlardandırlar.



Azərbaycan Arxeologiyası 109 Azerbaijan Archeology

2001 VoL: 3 Num.: 1-4

banisi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Zakir Bağırov və başqaları incəsənətimizin inkişafmda görkəmli rol oynamışlar.

Şuşa həm də igid qəhrəmanlarm, görkəmli sərkərdələrin də yurdudur. Bu şəhər general-leytinanat V.Q. Mədətovun, topçu-generah Səmədbəy Mehmanda-rovun, Məhəmməd bəy Cavanşirin, Sovet İttifaqı Qəhrəmam mayor Xəlil Məmmədovun vətənidir.

Şuşanı məşhurlaşdıran həm də onun memarlıq nümunələridir. Ötən dövrlərin ağırlığmı çiyinlərində daşıyan saysız-hesabsız mədəniyyət abidələri xalqımızm ruhunu, yüz illərin xatirəsini özündə hifz edib saxlayır.

Şəhərin ərazisi qədim abidələrlə zəngindir. Şəhərdə ümumiyyətlə, 549

qədim bina, 72 mühüm tarixi abidə, ümumi uzunluğu 1203 metr daş döşənmiş

küçələr, 17 məhəllə bulağı, 15 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr,

qala divarı və sair abidələr mövcud idi. Abidələr içərisində Pənahəli xanın sarayı,

Qara Böyük Xamm büfpj), ŞuşaDlD QSaS darvaZägl ökd «G3ÜC5 (?äpısı», JSfurşucf

Banu Natəvanın evi, Hacıqulunun saray tipli malikanəsi, Əsəd Bəyin evi,

Mehmandarovların evi, «Yuxarı Məscid», yaxud «Gövhər Ağa Məscidi»

adlanan Cümə Məscidi, «Aşağı Gövhər Ağa Məscidi», 1982-ci il yanvar aymın

14-də açılmış, Şərqin ən böyük məqbərələrindən sayılan və hündürıüyü 20 metr

olan Molla Pənah Vaqifin məqbərəsi, onlarla elm və mədəniyyət xadimlərimizin

şərəfınə qoyulmuş büst abidələr və digər maddi mədəniyyət nümunələrini xüsusi

vurğulamaq lazım gəlir. Bir də Şuşa şəhəri yaxmlığmda Zarıslı (Daşaltı) çaymm

dərəsində dəniz səviyyəsindən 1400 m yüksəklikdə olan daş dövrünə aid Şuşa

mağarası. Uzunluğu 120 m, eni 20 m-ə qədər olan bu mağaranm ağzında orta

əsrlərə aid daşdan qalın istehkamlar, qala və bina divarlarınm qalıqları

aşkarlanmışdır. Arxeoloji axtarışlar zamanı Paleolitə aid iki ədəd kobud

çapacaq, Mezolitə aid mikrolit bıçaqlar tapılmışdır. Qarışıq torpaqdan e.ə. 5-4-

cü minilliklərə aid Eneolit gil qab məmulatı, Tunc, Dəmir dövrlərinə və orta

əsrlərə aid saxsı məmulatı qırıqları və digər tapmtılar bu yurdun nə qədər qədim

tarixə malik olduğundan xəbər verirdi.

Tarixi-memarhq və şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarhq qoruğuna çevrilmişdi.



Şuşa həm də muzeylər şəhəri idi. Şəhərdəki Tarix muzeyi, Xalça muzeyi, Daş sənətkarlığı muzeyi, Dərman bitkiləri muzeyi, Rəsm qalereyası, Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşud Banu Natəvanm, Mir Möhsün Nəvvabm ev-muzeyləri və oradakı eksponatlar tariximiz, milli mədəniyyətimizin qədimliyi haqda dolğun məlumat verirdi. Şəhər tarix muzeyindəki zəngin arxeoloji tapıntılar bu bölgənin nə qədər qədim tarixə malik olduğunu göstərirdi.

Təəssüf ki, belə zəngin tarixə, misilsiz tarizi abidələrə malik olan gözəl Şuşamız da təkəbbürlü qonşularımızın törətitikteri-dəhşəäM ımiharibşffin qmröam ofdu. Qarabağm şan-şöhrətini özündə cəmləşdirən qədim tarixli muzey-şəhər indi yalnız dağıntı ocağına çevrilib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə