"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə




Yüklə 16.37 Kb.
tarix22.02.2016
ölçüsü16.37 Kb.

"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI

QƏRAR

№ 3

Bakı şəhəri, 12 yanvar 2012-ci il
"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə

"İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki" təsdiq edilsin (əlavə olunur).

2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.    



Azərbaycan Respublikasının
Baş naziri      Artur Rasi-zadə


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq  edilmişdir
 
İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının
icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin


                                                                     QRAFİKİ

Sıra
№-si

 İri dövlət vergi

ödəyicilərinin
adı

Monitorinqin

başlandığı ay


Müvafiq dövrlər üzrə monitorinqin

əhatə edəcəyi dövr

 1.

  "Azərsu" ASC

 aprel

 2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 2.

  Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi 

 may

  2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 3.

  "Azərenerji" ASC

 may

  2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 4.

  "Bakıelektrikşəbəkə" ASC

 iyul

2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I-II rübləri

 5.

 "Azərbaycan Hava Yolları" QSC

 iyul

2011-ci ilin II-IV rübləri və 2012-ci ilin I-II rübləri

 6.

 Azərbaycan Respublikasının Dövlət

Neft Şirkəti



 oktyabr

2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 7.

 "Azərbaycan Dövlət Dəmir Yolları" QSC

 oktyabr

 2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 8.

 Azərbaycan Respublikasının Rabitə

və İnformasiya  Texnologiyaları Nazirliyi



 noyabr

2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü

 9.

 
Bakı Metropoliteni

 noyabr

 2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə