İranda Parlamentar sistemin məsələləri (3) Məşrutə inqilabının başlanğıcı və gedişi




Yüklə 47.86 Kb.
tarix17.04.2016
ölçüsü47.86 Kb.
Sonuncu inqilab yoxdur, A.Yazdani

inqilablar sayı, sonsuzdur!
İranda Parlamentar sistemin məsələləri (3)*


Məşrutə inqilabının başlanğıcı və gedişi
Məşrutə inqilabınım gedişini iki mərhələyə bölmək olar:

  1. 1905-ci ildən 1908-ci ilə qədər davam edən birinci mərhələ

  2. 1908-ci ildən 1911-ci ilə qədər davam edən ikinci mərhələ

1905-ci ildən 1908-ci ilə qədər davam edən birinci mərhələ nisbətən dinc keçirdi. 1908-ci ildən 1911-ci ilə qədər davam edən ikinci mərhələ isə onunla səciyyələnir ki, şah, Rusiyənin köməyinə arxalanaraq, güc tətbiq etməklə, parlamentarizm dövründən əvvəlki mütləqiyyəti yenidən bərpa etməyə çalışırdı. Birinci mərhələdə əsas mübarizə vasitələri məscidlərdə keçirilən nümayiş və mitinqlər idi və bunlar da şahı, ən nəhayət, məşrutiyyət padşahçılığı haqqında fərmanı imzalamağa məcbur etdi.

1906-ci ilin yayında din xadimlərinin nümayişkaranə surətdə Tehranı tərk edib Şah-abduləzimə və Quma getmələri konstitusiyalı monarşıyanın yaradılmasının həlledici anlarında mühüm rol oynamışdır. Din xadimlərinin paytaxtdan mühacirət etməsi, sarayın yürütdüyü siyasətə qarşı bir etiraz olmalı və şahı onların konstitusiyaya uyğun reformların keçirilməsi tələblərinə güzəştə getməyə məcbur etməli idi. Din xadimlərinin bu hərəkəti əhalının böyük bir hissəsini hərəkətə gətirdi və şah, onun höküməti getdikcə etibardan düşürdü. (53)

1906-ci ilin yununda etiraz əlaməti olaraq Tehranda bütün bazarlar bağlandı. Buna cavab olaraq, hökumət belə bir fərman verdi ki, bütün dükanlar tez bir zamanda açılmalıdır və əks təqdirdə bu fərmana əməl teməyən tacirlərin var-dövləti müsadirə ediləcəkdir. Bununla əlaqədar, bəzi tacirlər tehrandakı ingilis səfirliyi ilə əlaqəyə girdilər və orada siyasi sığınacaq istədilər. Səfirliyin cavabı müsbət oldu. 1906-ci ilin 28 yulunda tehrandakı ingilis səfirliyində əvvəlcə təxminən 50 nəfər toplaşmdı. Ingilis səfirliyində toplaşanların sayı 15 Avqusta qədər 14000-ə çatdı. Bunların arasında iri tacirlər, dükandarlar, sənətkarlar və ziyalılar var idi. Onlar elan etdilər ki, şah parlamentin yaradılması tələbini yerinə yetirənədək, səfirliyi tərk etməyəcəklər (54)

Bu hadisələrin təzyiqi nəticəsində, 5-Avqust 1906-ci ildə parlamentin yaradılmasının bəyənilməsi haqqında şahın fərmanı oldu.

Din xadimlərindən, şahzadələrdən, mülkədarlardan, tacirlərdən, sənətkarlardan və satıcılardan ibarət olan bir komision 1906-ci ilin 18-Avqustuna qədər tələm-tələcik parlament üçün seçgi qanunu və reqlament işləyib hazırladılar və bunların hər ikisi 1906-ci ilin Septambrinin 10-da şah tərəfindən imzalandı.

1906-ci il seçgi qanuna görə parlament nəsl prinsipinə əsaslanaraq, məhz sülalənin nümayəndələrindən, din xadimlərindən, tacirlərdən, iri və xırda mülkədarlardan, sənətkarlardan ibarət olmalı idi. 55

Seçgi qanunun 2-ci maddəsinə əsasən (56), seçgi hüququ – həm aktiv, həm də passiv- hər şəxsin maddı gəlirindən, var-dövlətindən və həmçinin mənşəyindən asılı idi. Belə ki, mülkədarlar dəyəri ən azı 1000 Tümən olan mülkə malik olmalı, tacirlərin xüsusi dükanı olmalı və ticarət etməli, sənətkarların və əl işi ilə məşğul olanların isə müəyyən sərbəst məşğuliyyəti və dükanı olmalı idi. Şahzadələr, din xadimləri, yazıçılar və tələbələr istisna təşkil edirdilər. Onlar müəyyən miqdar var-dövlətə sahib olmadan seçə bilirdilər.

7 Oktobr 1906-ci ildə birinci parlament açıldı. Parlament ilk vəzifə kimi qarşısında yeni Anayasanın işlənib hazırlanmasını qoydu. 30- Desambr 1906-ci ildə, ölümündən cəmi bir neçə gün qabaq, Müzəffəridin Şah anayasanın sənədini imzaladı. 57

Bu konstitusiya qanununda ikinci məclisin (Senatin) yaradılması nəzərdə tutulmuşdu. Anayasanın 45-ci maddəsində deyilir: „Senatın üzvləri ölkənin mükəmməl savadlı, sağlam düşüncəli, allaha inanan və namuslu şəxslərindən seçilir : 30 nəfəri Əlahəzirət cənabları tərəfindən təyin edilir…., və 30 nəfər xalq tərəfindən seçilir…,“ . Ancaq bu maddə 1948-ci ilə qədər həyata keçirilmədi.

Xəstə Müzəffəriddin şahın anayasasını imzalamamışdan qabaq vəfat edə biləcəyi təhlükəli olduğundan, 31-Desambr 1906-ci il Anayasa tələsik qəbul edildi. Çünkü, Təbrizdə vali olan vəliəhd Məhəmməd əli anayasalı monarşıyanı tanımağa az meyl göstərirdi. O, öz əyalətində parlamentin qərarlarının elan edilməsinə bacardığı qədər maneçilik törədirdi.

Anayasada hakimiyyətin bölünməsi tamamilə yox idi və hakimiyyətin paylanması haqqında isə heç bir söz belə deyilmirdi. Şahın hüququ və vəzifələri heç müəyyənləşdirilməmişdi. Vətəndaşların da əsas hüquqları haqqında müəyyən bir şey tapmaq mümkun deyildi. Konstitusiyadakı nöqsanları və anlaşılmamazlıqları aradan qaldırmaq üçün, parlament xarici ölkələrin, xüsusilə 1830-cu il Belcika anayasasına əsaslanaraq, „anayasaya əlavə“ (Mütəmmeme qanun əsssi) işləyib hazırladılar. Anayasaya əlavə hissə 19 Janvar 1907-ci ildən taxta çıxmış Muhamməd Ali şah tərəfindən 8 Oktabr 1907-ci ildə imzalandı. (58)

„Əsas qanuna əlavə“ digər sahələrlə yanaşı vərəndaşların hüquqlarını, hakimiyyətin bölünməsi mənasında hər iki məclisin, şahın və həmçinin ədliyyə (hüquq) hakimiyyətinin hüquqlarını müəyyənləşdirdi.

Şah bundan belə parlamentə tabe (parlament qarşısında məsuliyyət daşıyan) nazirlər vasitəsilə idarə edə bilərdi. Əsas qanuna əlavənin 27-ci maddəsində deyilirdi: „ dövlət hakimiyyəti üç şöbəyə bölünür.

1. Qanunvericilik hakimiyyət. Onun əsas vəzifəsi qanun qəbul etmək və dəyişməkdən (və yaxud ləğv etməkdən) ibarətdir. Bu hakimiyyət Əlahəzirət cənabları, Milli məclis və Senat tərəfindən təklif edilir. Bu üç təsisatdan (institutdan) hər birinin qanun tətbiqetmə hüququ vardır, ancaq qanun layihəsi islamın qanunlarından kənara çıxmırsa, hər iki məclis tərəfindən qəbul edildikdən və Əlahəzirət cənabları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minmiş hesab edilir. Dövlətin mədaxili və məqarici haqqında qanunların elan və qəbul edilməsi hüququ ancaq və ancaq Milli məclisin ixtiyarındadır.

2. Hökm vermək məhkəməyə aid olsa da, o din məsələlərində, din məkəmələrinə və Urfiyyat məsələrində (dünyəvi məsələlərdə) daimi (həqiqi) məhkəmələrə tabe idi.

3. İcraedici hakimiyyət şahın tabeliyindədir, yəni qanun və fərmanlar qanunda nəzərdə tutulduğu kimi, nazirlər və dövlət qulluqçuları Əlahəzirət cənablarının adından həyata keçirilir. „Əsas qanuna əlavə“nin 67-ci maddəsində daha sonra deyilir: „əgər milli məclis və yaxud senat mütləq çoxluqla kabinetin və yaxud hər hansı nazirin əleyhindədirsə, kabinet və həmçinin nazir istefa vermiş hesab edilməlidir“ (59)

Birinci məclis maliyyə və idarəetmə sistemində bəzi reformlar həyata keçirdi. Şah ailəsinin bəzi üzvlərinin yüksək təqaüdləri ləğv edildi. Şahın özü ildə müəyyən məbləğ alırdı və dövlət pulundan artıq öz şəxsi malı kimi istifadə edə bilməzdi. Idarəetmə sistemində onu demək olar ki, o dövrə qədər „Məmaleke məhsureye İran“ (iranda qorunan məmləkətlər) deyilən rəsmi məfhum, götürülüb, yerini „Əncümənlər“, yəni Əyalət və Vilayət şuraları aldı. Beləliklə ölkənin hər yerində, Əyalət və Vilayətlərdə idarəetmə vəzifəsini götürməli olan „Əncümənlər“, yaradıldı. (60) *

Birinci parlamentin ən mühüm reforma qərarlarından biri də, icarə (Tiyul) sisteminin ləğv edilməsi oldu. (61)

Beləliklə, qədimdən qalma torpağa sahib olma münasibətlərin sonu rəsmi olaraq elan edildi. Indi mülkədarlar xüsusi mülkiyyətin qorunması haqqında qanuna əsaslanırdılar. (62)

Demək olar ki, „əsas qanuna əlavə“ –nin imzalanması ilə məşrutə inqilabının birinci mərhələsi başa çatdı.

Konstitusiyalı monarşıyanın yaradılmasının ikinci mərhələsi Muhəmməd əli şahın parlamentə qarşı aşkar düşmənçiliyi ilə başlanır. 1907-ci ilin 27 Novambrında Muhamməd əli şah parlamentin bir nümayəndə heyətini saraya çağırdı və parlamentdən „Əncümənlərin“ ləğv edilməsi haqqında qanun verməsini tələb etdi. Düzdür, parlament Muhamməd Ali şahın tələbini yerinə yetirməkdən imtina etdi və 17 Dezambr 1907-ci ildə digər tələblərlə yanaşı aşağıdakı əks tədbirləri irəli sürdü :


-şah təxirə salmadan Anayasaya sadiq olduğuna and içsin.

-parlamentin müdafiəsi üçün, 200 nəfərdən ibarət milli qardın yaradılması.


Muhamməd Ali şah bu tələblərə qarşı öz münasibətini bildirməkdən imtina etdi. (63)

1908-ci ilin 28 Fevrialinda şaha qarşı təşkil edilmiş sui-qəsd baş tutmadı. Ancaq Muhamməd Ali şah öz fikrindən əl çəkmədi. O, əks zərbə planlaşdırdı.

Şahın tərəfini saxlayan saray əyanları, valilər, tayfa başçıları və Tehrandakı kazak dəstələri tərəfindən müdafiə edilən Muhamməd Ali şah 1908-ci ilin jununda məclis binasını atəşə tutdu.Üsyançılara (kodataçılara) paytaxtda şahın xeyrinə hərbi diktatorluq yaratmaq müyəssər oldu. 1906-cı il Anayasası qüvvədən düşmüş elan edildi və parlamentarizmdən əvvəlki mütləqiyyət yenidən bərpa edildi.

Bu hadisələr Əyalətlərdə vətəndaş müharibəsinə oxşar üsyanların başlanmasına təkan verdi.

Məşrutəçilər güney Azərbaycanın paytaxtı Təbrizdə “Gizli əncumənin” rəhbərliyi (Əli misyo, Hac Rəsul sədəqiyanı, Hac əli davafuruş…..) və milli qəhrəmanlar Səttarxan, Baqir xan, Hüsseyn Bağvan və …. silahlı döyüşlərilə həm Muhəmməd Ali şahın və həm də Rus dəstələrini gözlənilmədən məğlub etdilər və hakimiyyəti öz əllərinə aldılar. Müqavimət hərəkatı Azərbaycandan digər ərazilərə də keçdi. Ölkənin ayrı-ayrı nöqtələrində başlanan müqavimət hərəkatı, tezliklə bütün ölkəni əhatə etdi. Hər tərəfdən paytaxta hücum etmək və şahı devirmək qərara alındı. 1909-cu ilin 13 Julunda Tehran məşrutəçilər tərəfindən tutuldu. Muhəmməd əli şah Rus səfirliyində sığınacaq xahiş etdi. Bir neçə gün sonra şah Rus dəstələrinin müdafiəsi altında ölkəni tərk etdi. (64)

Beləliklə, mütləqiyyət rejimini yenidən bərpa etmək cəhdi baş tutmadı. Bundan sonra məşrutəçilər parlamentin üzvlərindən, Tehranı işğal edən məşrutəçilərin başçılarından, din xadimləri və şahzadələrdən ibarət olan bir Milli şura yaratmağı və dövlət işlərinin aparılmasını müvəqqəti olaraq ona tapşırmağı qərara aldılar. Milli şura Muhəmməd əli şahın hakimiyyətindən əl çəkdiyini elan etdi və onun 12 yaşlı oğlu Mirzə Əhmədi sələf təyin etdi. Milli şura həmçinin yeni seçgi sistemi (qanunu) işləyib hazırladı və bu qanuna əsasən də ikinci iran parlamenti seçilməli idi. 1906-ci il seçgi qanuna münasibətdə 10 Oktobr 1909-cu il seçgi qanunu böyük irəlləyiş idi. Yüxarıda qeyd edildiyi kimi, hər bir şəxsin gəlirindən, var-dövlətindən və icitimai mənsubiyyətindən asılı olan seçgi hüququ sistemi aradan qaldırıldı. Amma buna baxmayaraq indi yenə də müəyyən var-dövlətə və yaxud minimal gəlirə malik olanlar seçgi hüququna malik idilər.

Parlamentin o vaxtkı reqlamentinin birinci maddəsinin ikinci fəslində deyilirdi:

“iri mülkədar və kəndlilərin dəyəri 1000 tümən olan mülki olmalıdır. Tacirlərin ticarət dükanı və müəyyən ticarəti olmalıdır. Sənətkarlar və əl işləri ilə məşğul olanlar mütəxəssis olmalı, müəyyən sərbəst sənəti və dükanı olmalı və bunun da kirayə haqqı onların hər üç ayda ödənilən kirayə haqlarının orta həddinə uyğun olmalıdır.”

Bu nizamnamaya görə aşağı xalq təbəqələri hələ də seçgilərdən təcrid edilmişdi. Əslində o, /yəni qanun/ forması dəyişdirilmiş maddi vəziyyətdən asılı seçgi hüququ idi. (65).

1909-cu ilin 2 Novambrinda, ikinci iran parlamenti açıldı. Ikinci iran parlamentinin çağırılması ilə maəşrutə hərəkatı sona çatdı. (66)




Məşrutə inqilabı haqqında ümumi anlayış

Məşrutə inqilabının nəticələrinə qiymət versək, görərik ki, xüsusilə, iri tacirlərin tələbləri yerinə yetirilmişdir. Özlərinin iqtisadi sahədəki hakimiyyətinə uyğun olaraq, onlar parlamentdə təmsil olunması nəticəsində siyasi hakimiyyəti də ələ almışdılar. (67)

Şahın əvvəlki özbaşına zülmkarcasına ağalıq etməsi iri tacirlərin iqtisadi cəhətdən daha da inkişaf etməsinə maneçilik törədirsə, indi isə əsas qanun və parlamentin mövcud olması sayəsində onun hakimiyyəti məhdudlaşmışdı.

Iran əhalısının aşağı və orta təbəqələrinin tələblərinin həyata keçirilməsi haqqında onu demək olar ki, parlament əhalının xeyrinə heç bir qərar qəbul etməmişdir. Konstitusialı monarşıyanın yaradılması və ümumi ruh yüksəkliyi dövründə əhalı iri tacirlərə və yüksək din xadimlərinə etimad göstərdilər. Məşrutiyyət sistemi yaradılandan sonra isə, ən vacib sosyal reformlar unuduldu. (68)

Qeyd etmək lazımdır ki, parlamentdə demokratikcəsinə düşünən qüvvələr də var idi və onlar iran əhalisinin orta və aşağa təbəqələrinin marağını təmsil etməyə çalışırdılar. Beləliklə demək olar ki, parlamentdəki nümayəmdələr müəyyən qruplara bölünürdülər və bunları sonralar meydana gələn siyasi hizblərin ilk müjdəçiləri kimi qiymətləndirmək olar. əksəriyyətini ziyalılır təşkil edən demokratlar, Təbrizli nümayəndə Həsən Təqizadənin** rəhbərliyi altında birləşmişdilər. Digər reformlarla yanaşı onlar torpaq reformları istıyirdilər. Parlamentdə onlar ancaq azlıq təşkil edirdilər. Bununla yanaşı parlamentdə əyanların və mülkədarların marağını təmsil edən, daha çox Rusiyaya arxalanan güclü bir qruplaşma da mövcud idi. Bu qrup əsasən əyan və mülkədarlardan ibarət idi. (69)

Ümumiyyətlə demək olar ki, konstitusiyalı monarşı bu dövrdə saray, Rusiya və İngiltərə, iri tacirlər, yüksək din xadimləri və feodal ağalar arasında mövcud bir kompromis rejim idi. Bu kompromisin ən yüksək məqsədi elə bir dövlət yaratmaq idi ki, bu dövlətdə bu qrupların iqtisadi və siyasi maraqları müdafiə edilsin.

Dövlət aparatında həlledici mövqelər yenə də şahın qohumlarının, əyanların, tayfa başçılarının və bu dəfə həm də iri tacirlərin əlinə idi. Köhnə zülmkar feodal rejim konstitusiyalı burjua-feodal rejimi ilə əvəz edilmişdi. Konstitusiyadan yuxarıda göstərilən qrupların imtiyazlarının təsdiqi üçün istifadə edilirdi. Iri tacirlərin və yüksək din xadimlərinin mühafizəkar qüvvələrlə əməkdaşlığa hazır olmaları bunu mümkün edirdi.

Parlamentdə təmsil edilən din xadimləri tezliklə başa düşdülər ki, öz hakimiyyətini gələcəkdə də saxlamaq üçün sarayla əməkdaşlıq, Anayasanın ardıcıl həyata keçirilməsinə tərəfdar olmaqdan və reformlara can atan qüvvələrlə işləməkdən qat-qat üstündür. Iri tacirlər də, əgər məşrutə inqilabı zamanı artıq əldə etdikləri tələblərə ziyan dəymirsə, hələ lap əvvəldən sarayla kompromisə hazır idi. (70)

Mühafizəkar qüvvələrin məşrutə inqilabından sonra da davam edən güclü hakimiyyəti bu dövrdə İngiltərə və Rusiyanın hökümətə və parlamentə nüfuzu sayəsində əlavə qüvvə aldı. Çünkü, 1905-1909-cu il məşrutə hərəkatə zamanı da iran bir-biriylə rəqabət aparan ingiltərə və Rusiyanın maraq objekti olaraq qalırdı. 20-ci əsrin əvvəlindən bəri ilk dəfə olaraq, ingiltərə və rusiya Asiyadakı mübahisəli məsələlərdə bir-birini başa düşməyə çalışırdılar, çünkü onlar Almanyanın artmaqda olan gücünü bu hər iki dövlət üçün, onların hökmranlığı üçün dünyada necə bir təhlükə olduğunu yaxşı anlayırdılar. Buna görə də rusiya və ingiltərə belə qərara gəldilər ki, iran məsələsində 20-ci əsrin əvvəllərindən başlayaraq biri-birilə müqavilə bağlasınlar. Ingiltərə iranın iki təsir dairəsinə bölünməsini təklif etdi. Rusiya isə, ingiltərənin təklif etdiyi bölünmə planını, Kəngər körfəzində (xəlice Farsda?) rusiya üçün liman ələ keçirmədən qəbul etməyə maraqlı deyildilər. Onsuz da saray və iranın şimal əyalətlərinin şirkətlərinin böyük əksəriyyəti rusiyanın nəzarəti altında idi. Ingilis hükuməti isə hər-haldə rus hükumətini razılığa gəlməya vadar etməyə çalışırdı. (71)

Iranda narazılıqlar artdıqda və xalq şah rejiminə qarşı öz açıq etirazını bildirəndə, ingiltərə fürsəti əldən vermədi və Rusiyaya təsir göstərmək üçün məşrutiyyətçiləri müdafiə etdi. Misal üçün : yuxarıda deyildiyi kimi, 1906-cı ilin jununda ingiltərə məşrutəçilərin ingilis səfarətxanasında sığınacaq tapmalarına imkan yaratdı. Bu “əməliyyatın” xərclərini tehrandakı ingilis “Royal Bank” öz üzərinə götürdü. (72)

1905-ci il rus-yapon müharibəsində rusiyanın məğlubiyyətindən sonra və bunun ardınca rusiyada inqilabi fəaliyyətin artması və ən nəhayət, konstitusiyalı monarşının elan olunması və birinci məclisin seçilməsi nəticəsində, rusiya ingiltərənin planını bəyənmək məcburiyyətində qaldı və Kəngər körfəzinə giriş tələb etmədi.

Bundan sonra iran bufer zonası (bitərəf məntəqəsi) ilə bir-birindən ayrılan iki təsir dairəsinə parçalandı. Ingilis və həmçinin rusiya hükumətləri öz təsir dairələrində siyasi və iqtisadi sahələrdə hərəkət etməkdə azad idi. Iranın cənubi ingilis, şimalı isə rus təsir dairələri elan edildi. Hər iki dövlət arasındakı bu sıx əməkdaşlıq 1917-ci il rus Oktobr inqilabına qədər davam etdi.

Iranın bölünməsi haqqında müqavilə bağlandıqdan sonra ingiltərə məşrutəçiləri açıq müdafiə etməsindən əl çəkdi.

Yuxarıda adı çəkilən müqavilə xalq arasında heç bir müsbət əks-səda doğurmadı. əksinə narazılıqlar artdı. Əcnəbi dövlətlərə qarşı özünü iradəsiz göstərən Muhamməd Ali şaha qarşı müqavimət güclənirdi.

Şah isə əksinə, bu müqavilədə öz silasəsini möhkəmləndirmək və parlamentdə öz istədiyini həyata keçirmək üçün bu vasitədən istifadə etmək imkanı gördü. Paytaxt şəhəri Tehran rus təsir dairəsində yerləşirdi və ruslar iranda imkan daxilində daha böyük nüfuz qazana bilmələrini təmin etmək üçün Muhəmməd Ali şahın mütləqiyyətə can atmasına kömək etməya çalışırdılar.

Ingilislər tezliklə, rusiya ilə bağlanmış sazişlərindən yenə də imtina etdilər, çünkü Almanya ilə aralarında olan və ingiltərəyə rusiya ilə əməkdaşlıq etməyə təsir göstərən, ziddiyyətlər zəifləmişdi. Gizli və ya açıq şəkildə ingilislər yenidən parlament tərəfdarı olduqlarını elan etdilər, çünkü onlar gözəl başa düşürdülər ki, sarayla sıx əlaqə saxlayan rusları ancaq belə bir idarə forması qova və ingilislərin nüfuzünu təmin edə bilər.

Ingilislər bir tərəfdən məşrutə qüvvələrini müdafiə etməklə iranın ruslar tərəfindən işğal edilməsinə əks təsir göstərməyə çalışırdılar. Digər tərəfdən isə, öz adamları vasitəsilə dövlət idarə aparatında və parlamentdə həlledici nüfuz əldə etməyi planlaşdırırdılar. (73)

Buna görə də ingiltərə ilə əməkdaşlıq edən dövlət xadimləri və məclis nümayəndələri iran əhalısının yox, ingiltərənin marağını təmsil edirdilər: Onlar da öz növbəsində nüfuzunu möhkəmlətmək üçün, həqiqi demokratik inkişafa qarşı hər cür vasitə ilə mübarizə aparırdılar. Deyilənlərə yekun vuraraq demək olar ki, iranda məşrutiyyətdən sonra da rusiya və ingiltərənin nüfuzu sayəsində saray və onun məmurlarının hakimiyyəti, feodal ağaların və indidən belə həm də iri tacirlərin hökmranlığı formal olaraq, eməl etdikləri konstitusiya adı altında mövcud olaraq qaldı.

Demokratik və “milli ruhda” düşünən azlığı nəzərdə almasaq, demək olar ki, parlamentdəki nümayəndələr çoxluğu, rusiya və ingiltərə ilə əməkdaşlığa hazır iri mülkədarlar və iri tacirlər təşkil edirdilər. ancaq qeyd etmək lazımdır ki, iran parlamentarizminin sonrakı inkişafının gedişində siyasi hakimiyyət cüzi miqdarda olsa da taxt-tac ilə iri mülkədarların, iri tacirlər və demokratik ruhlu qüvvələr arasında bölünürdü. Konstitusiyalı-parlamentar sistemdəki bu dəyişikliklər aşağıda onları əmələ gətirən bütün faktorlar da nəzərə alınmaqla Pəhləvi sülaləsinin sonuna qədər təhlil ediləcəkdir.

Gələcək bölümdə 1911-ci ildən Pəhləvi sülasəsinin meydana gəlməsinə qədər olan dövr veriləcək.


53- Kohn, Hans, Geschichte der nationalen Bewegung im Orient, Berlin 1928, S. 255-258

54- Brown, Edward, The Persien Revolution 1905-1909, Cambridge 1910, S. 118-119

55- Iragi, Ahmad, Huguge esasie Iran. Tehran 1953, S. 54

56- Qanune entkhabat numayendegane Meclis.

57- Ghasemzade, Hoguge esasi Iran, Tehran, 1955, S. 43

58- Kasrawi, Ahmad, Tarikhe meshruteye iran, Tehran, 1967, S.487

59- Motemmeme ganune esasi, madde 67, 8, 25

60- Gehrke, Ulrich, Iran, Tübingen 1975, S. 181-182

61- İcarə sisteminə əsasən bu dövrə qədər bütün torpaq sahələrinin böyük hissəsi şaha məxsus idi və o öz sahələrini ancaq istifadə etmək hüququna malik olmaq şərtilə, illik gəlirdən, pul və yaxud təbii mal ödəncləri hesabına xüsusi şəxslərə verirdi. Mülkiyyət hələ də şahın olaraq qalırdı.

62- Bausani, Alessandro, die Perser von den anfängen bis zur Gegenwart, stuttgart 1965. S.170

63-Tonkaboni, M.Reza, Der Parlamntarismus im Iran, Diss. München 1961, S. 45-46

64- Kasrawi…. S. 634, 694; Nasseri; Ursachen, Verlauf und Folgen der persischen Revolution des Jahres 1906, Diss. 1957 Würzburg, S.110-111

65- Nasseri…. S. 119

66-Tonkaboni…. S.52-53

67- Momeni…. S. 22

68- Tschilinkirian, Arschavir, Persien nach der Revolution; Die Neue Zeit, Bd. I, Nr. 6, Stuttgart, 11 Nov. 1911, S. 182-183

69- Aram, Ali, Elemente des Gegenwärtigen Iranischen Regierungssystems, Heidelberg, 1965, S. 94

70- Djalali, Mahmud/blum, Anna, Opposition im Iran in: Dritte Weltmagazin Nr.11-12, 1976, S. 59-67

71- Hannekum, Wilhelm, Persien im Spiel der Mächte in : historische Studien, Heft 331, Berlin 1938, S. 91

72- Bahram, Abdollah, Tarikhe Edjtemai ve siasi iran az zamane Nasser el din shah ta akhere selseleye qadjar, Tehran 1965, S. 75-79



73- Bauer, Heinz, Die englisch-russischen Gegensätze in Persien, das Abkommen vom 31.August 1907 und seine Auswirkungen, Tübingen, Diss. 1941, S. 113
*Əyalət və vilayət əncümənlərinə seçki qanun layihəsində deyilir: „Əncümən üzvləri millətin səsi ilə seçilir. Seçicilər iran təbəəsi olmalı, ən azı 21 yaşlı, əyalətdə ev və mülk sahibi və yaxud vergi verən olmalıdılar. Seçilənlər isə ən azı 30 yaşlı və Fars dilində oxuyub-yazma savadları olmalıdır“. Beləliklə iran tarixində birinci dəfə olaraq, Azərbaycan ölkəsi „Məmaleke məhruseyə iran“ çərçıvəsındə sahib olduğu „Məmləkət“ statusunu itirdi. Bundan əlavə, əncümənlərə seçilmək hüququna malik olmaq şərti, „Fars dilini bilib və bu dildə yazıb-oxumaq“ prinsipi olduğu üçün, Azərbaycan Türkcəsinin əhəmiyyətsiz dilə çevrilməsi və bu dilin aradan aparılma prosesi başlandı. Bundan sonra, Azərbaycan əyalətində, dövlətin rəsmi məqamlarında işə alınma şərti fars dilini bilmək oldu.
** Seyyed Hasan Taqizadə Azərbaycanlı olduğuna baxmayaraq, fars Nasyonalizmin təbliğatçılarından birisi olmuşdur. O, iranda mövcud olan etnik-dil çoxluğunu, məmləkətin “təcəddud” uğrunda inkişafına əngəl bilir. “Dövlət-Millət” nəzəriyyəsinin tərəfdarı olan Taqizadenin baş redaktorluğu altında Berlin şəhrində nəşr olan “Kavə” məcəlləsində (1920-ci ildən 1922-ci ilin Mart ayına qədər), o cümlədən, “Fars dilinin və fars ədəbiyyatının təmiz saxlanılması, iran Milliyyətinə, onun milli vəhdətinə xidmət etmək....” kimi paniranisti və panfarsisti nəzəriyyələr təbliğ olur. 1915-ci ildə Hasan Taqizadə Almanya hökumətinin yadımı ilə xaricdə yaşayan iranlı ziyalıları Berlin şəhrinə dəvət edir. Bu dəvətin üzərində, ingiltərədə yaşayan kazimzade iranşəhr, Fransada yaşayan məhəmməd qəzvini, ibrahim purdavud, əşrəfzadə və məhəmməd ali camalzade, İsvərçdə yaşayan çəsrulla xan cahangir, sədullah xan dərviş, murtuza ravəndi və İstanbulda yaşayan qənizadə, ismail yekanı, mirza ağa, ismail nobəri və ismail əmirxizi Berlin şəhrinə gəlirlər. Bu ziyalılar Berlin şəhrində təhsil alan ezzətullah hidayət və reza afşarla birlikdə “İran milliyyun komitəsi” –nin yaradılmasına qərar verirlər. Bu komitənin hədəfi İranda rus və ingilislərə qarşı mübarizə aparmaq idi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə