"İran məsələsində farslarla birgə addım atılmamalıdır"




Yüklə 8.69 Kb.
tarix20.04.2016
ölçüsü8.69 Kb.
"İran məsələsində farslarla birgə addım atılmamalıdır"

Əlyar Səfərli: "Bu, Güney Azərbaycanın müstəqilliyinin mümkünsüz edir"



Real
Ötən həftə Vaşinqtonda İranın gələcək taleyini müəyyənləşdirmək üçün toplantı keçirilib. Qapalı yığıncaqda İranda (indiki sərhədlər çərçivəsində olmaq şərtilə) milli dəyərlərə, demokratik prinsip və normalara əsaslanan yeni dövlət qurulması və bunun uğrunda birgə mübarizə aparmağa razılıq verilib. Görəsən, bundan sonra proseslər necə inkişaf edəcək? Güney Azərbaycanın taleyi necə olacaq? Məsələylə bağlı Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərlilə əlaqə saxladıq. O bizimlə söhbətində bildirdi ki, hazırda ABŞ-İran münasibətləri çox gərgin vəziyyətdədir. Eyni zamanda rəsmi Tehran dünyadan təcrid olunub. Yəqin hərbi əməliyyatlara başlanana qədər müəyyən işlər görüləcək. Çünki ABŞ ideoloji və təbliğati istiqamətlərdə, İranın təklənməsi yönündə addımlar atmalıdır. Onun sözlərinə görə, rəsmi Tehran xarici təsirlərdən daha çox daxili təlatüm içərisindədir. Çünki İran öz ictimaiyyətinin mövqeyilə də hesablaşmır. Nəticədə ölkədəki ictimai-siyasə vəziyyət gündən-günə pisləşir, polislə qarşıdurma artır. Artıq İranda tanınmış insanlar, din xadimləri belə hakimiyyətə qarşı çıxır. Onlar prezidentin yürütdüyü siyasətin çox pis nəticələr verəcəyini indidən görürlər: "Eyni zamanda ABŞ-ın hərbi müdaxiləsi baş verəcəyi təqdirdə İranın İraqdan da pis vəziyyətə düşəcəyini başa düşürlər. Ancaq prezidentin siyasətinə qarşı çıxanlar hakimiyyətin deyil, ölkənin bütövlüyünü qorumaq istəyən qüvvələrdir. Yəni, İranı gözlənilən parçalanmadan qorumaq üçün tədbirlərin görülməsini paniranistlər tələb kimi qarşıya qoyur və parçalanmaya aparan yolların bağlanmasını istəyirlər". Əlyar Səfərli qeyd etdi ki, İranın gələcək taleyini müəyyənləşdirmək üçün ABŞ-da İrandan olan siyasi mühacirlərlə mütəmadi iş aparılır. Hələlik rəsmi Vaşinqton İranı gələcəkdə federal formada idarə olunacaq dövlət kimi görür. Hətta hakimiyyətdə təmsilçilik üstünlüyünün Azərbaycan türklərinə veriləcəyi fikirləri səsləndirilir. Ancaq belə bir fikrin ortaya atılması İranın federallaşmasına qarşı olan azərbaycanlıları ələ almaq üçündür: "Çünki farslar İranı Azərbaycan türklərinin idarə etməsinə heç vaxt razı olmazlar. Ona görə də ABŞ-da yaşayan mühacir farslar onlara yenidən siyasi fırıldaq gəlmək istəyirlər. Yəni, azərbaycanlılara yalançı vədlər verməklə əl almağa çalışırlar. Azərbaycan türkləri İranın federallaşmasına razı olsalar, Güneyin müstəqilliyi mümkün olmayacaq. Bununla da Bütöv Azərbaycan ideyasını reallışdıra bilməyəcəyik. Ona görə də İran məsələsində farslarla birgə hərəkət edilməməlidir. Çünki ABŞ-da da, İranda da yaşayan farslar azərbaycanlıları özünə düşmən bildiyindən onların azadlığını heç cür istəməz. Ümumiyyətdə, farslarla bir yerdə yaşamaq rəzalətdir. Fars şovinizmi ayrı-ayrı millətlərin qənimidir, onlarda demokratik düşüncə yox səviyyəsindədir. İranda öz tarixi torpaqlarında yaşayan xalqlar azadlığı yalnız farslardan imtina etməklə qazana bilərlər. Bu baxımdan ABŞ-da mühacirətdə yaşayan güneyli siyasətçilər son dərəcə ayıq-sayıq olmalıdırlar". Diplomat vurğuladı ki, Güney Azərbaycan məsələsinin həllini tapması ABŞ-la çox ciddi əlaqələrin nəticəsində mümkündür. İran rejimini çökdürmək üçün Azərbaycan türkləri müəyyən şərtlər əsasında rəsmi Vaşinqtona kömək etməlidirlər. Çünki ABŞ-ın İran məsələsilə bağlı fəaliyyətində müşahidəçi rolunda çıxış etmək azərbaycanlılara heç bir fayda verməyəcək. Ancaq güneyli siyasətçilərin Ağ Evlə dil tapması Azərbaycan türklərinin gələcək taleyində əsaslı dönüş yaradacaq. Onların təşkilatlanması Azərbaycan xalqına hava-su kimi vacibdir.
Mənbə; Xalq Cəbhəsi qəzeti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə