İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə1/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
İQTİSADİYYATİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ
MÖVZU. ƏTRAF MÜHİTİN MÜDAFİƏSİNİN VƏ TƏBİƏTDƏN

İSTİFADƏNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ

  1. Ətraf mühitin müdafiəsinin qanunvericilik əsası.

  2. Təbiətdən istifadə anlayışı və təbiətdən istifadə edənlərin hüquqi vəziyyəti.

  3. Ətraf mühitin müdafiəsi sahəsində iqtisadi tənzimləmənin hüquqi əsasları.

  4. Təbbi sərvətlərdən davamlı istifadənin təmin edilməsinin hüquqi me­xa­niz­mi.

  5. İstehsalatda «Təmiz texnоlоgiyalar»ın tətbiq edilməsinin hüquqi tənzim­lən­məsi mexanizmi.

1. Bütün dünyada cəmiyyətlə təbiətin qarşıhqlı əlaqəsindəki ziddiyətlərin mövcud olması, təbii resurslara mülkiyyət hüququnun qeyri-müəyyənliyindədir. Ancaq və ancaq dəqiq mülkiyyət hüququnun olması təbiət dəyən zərərin əvəzinin ödənilməsinə və iqtisadi mexanizmlərin ekoloji sferaya yayılması imkanlarmı genişləndirə bilər. Buna görə də ekoloji-iqtisadi problemlərlə məşğul olan bütün tədqiqatçılarm diqqət mərkəzində təbii resurslara mülkiyyət hüququnun müəyyənləşdrililməsi durur. İlk növbədə nəzərə almaq vacibdir ki, təbii rsurslara mülkiyyət hüququ müəyyən edilməlidir. Təbii resurslar dövlətə və xalqa məxsus olduğu üçün mülkiyyət hüququ hamıya şamil edilir. Yəni, təbi resurslardan hamı istifadə edə bilər, buna görə də ondan kimin necə istifadə etməsinə nəzarət etmək olmur və ya nəzarət etmək mürəkkəbdir. Buna görə də onlar xüsusiləşdirilə və alqı-satqı obyektinə çevrilə bilməzlər (hava hövzəsi, çaylar, iri ekoloji sistemlər, lakndşaft, səs və elektromaqnit spektirləri). Deməli, təbii resurslara mülkiyyət münasibətlərində başlıca vəzifə mülkiyyət subyektinin kimin olmasının müəyyən edilməsidir.

Azərbaycan Respublikasının mülkiyyət haqqmda qanununda göstərilir ki, respublika ərazisi hüdudlarmda torpaq (xüsusi mülkiyyətə verilməmiş sahələr) yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, xüsusi mülkiyyətdə olmayan bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikası dövlətinin müstəsna mülkiyyətidir: habelə respublika öz ərazisinə bitişik Xəzər dənizi iqtisadi zlnasının ehtiyatlarma beynəlxalq hüquqla təsdiq edilmiş həddbrdə sahiblik, onlardlan istifadə və onlar barəsində sərənjam hüququna malikdir.

Göründüyü kimi torpaq dövlətin mülkiyyəti olmaqla yanaşı, xüsusi mülkiyyətəd verib bilər. Bir trəfdən o, dövlətin müstəsna hüquqi obyektidir, alqı-satqıya məruz qala bilməz, digər tərəfdən xüsusi mülkiyyətə verilə bilər. Bu halın özü ziddiyətlidir. Çünki belə halda ondan istifadə üzərində nəzarət çətinləşir. Buna görə də ilk əvvəl təbi resurslarm hansı obyektilərinin, hansı sərhədlərdə və mülkiyyətin hansı formasmda hansı subyektə verilməsi müəyyən edilməlidir.

Təbii resurslarm, ətraf mühitin elementlərinin mülkiyyətə verilməsi sərhədlərinin müəyyən edilməsində əsas prinsip kimi ekoloji sistemi bütövlüyünün-vahidliyinin qorunması nəzərə almır. Bu zaman elə obyektlərin bütövlüyü nəzərdə tutulur ki, onlarda tarazlılıq-nizamlılıq təmin oluna bilsinlər. Məsələn, hava hövzəsində istifadə olunması. Bu zaman dövbt təyyarələrinin uçuşu ilə yanaşı xüsusi (çarter) reyslərdə fəaliyyət göstərirlər.Bu isə təbii sistemin iştirakçıları ilə onu idarə edənlər arasmda mübahisələrə səbəb ola bilir. Buna görə də təbii sistem qorunub saxlamlmasmı və təkrar istehsalmı həyata keçirməyi bacaran mülkiyyətçinin olmasmı tələb edir. Mülkiyyət münasibətlərinin belə tənzimlənməsi məqsədilə müxtəlif təyinatlı qanunlar fəaliyyət göstərməlidir. (hava hövzəsindən istifadə olunması haqqmda qanun, su resurslarmdan istifadə qanunu və s.).

Mülkiyyət obyekti müəyyən edilərkən, ekosistemin tamlığı-vahidliyi prinsipindən əlavə resurslarm məhdudluğu prinsipinidə nəzərə almalıdır. Əgər ətraf mühitin resursları boldursa, (limitləşdirilməmişdirsə) ol zaman mülkiyyət hüququnun müəyyən edilməsi mübahisə'doğurmur. Lakin qlobal xarakterli təbi mühit ona neqativ təsir göstərilməsi nəticəsində tükənməyə meyllidir.Məsələn, balıq ehtiyatlarının azaldılması.

Mingəçevir Su Elektrik Stansiyasının tikilməsi Respublikanm enerji tələbatının ödənilməsində mühüm rolu malik olmuşdur. Lakin onun mənfi tərəfi də vardır. Belə ki, balıqlar Xəzər dənizində Kür çayı boyunca yuxarıya doğru hərəkət edirlər ki, şirin suya tökülən kürü Xəzərin duzlu suyuna düşən müddətə qədər canlıya çevrilə bilsin. Lakin onlar SES-nm su axarmı yarıb keçə bilmirlər (çünki həmin su axarmdan su çox sürətlə çıxır). Nəticədə kürünü vaxtmdan əvəl tökməyə məcbul olurlar. Bu isə kürünün canlıya çevrilməsi müddəti ilə uyğun gəlmir. Onlar dənizə çatanda canqlı yox, kürü vəziyyətində olurlar ki, bu da onlarm məhvinə səbəb olur. Bu səbəbdən vaxtilə müxtəlif balıq növləri ilə zəngin olan Kür çayında ində balıq tapmaq mümkün məsələyə əevrilmişdir.

Təbii obektlərə mülkiyyət subyekti təsis edilərkən ekoloji-iqtisadi ictimaibşmə dinamikası ilə əlaqədar proses də nəzərə alınınalıdır. Ekoloji-iqtisadi ictimaibşmə, istehsalm ictimai xarakter daşıması ilə əlaqədar olub, təbitələ cəmiyyət arasmda olub, təbiətlə cəmiyyət arasmda enerji və transformasiyalarnın mübadiləsi formasmda çıxış edir. Bu özünü təbii-istehsal kompleksləri, sahəbrarası sənaye novşaqları, ərazi-istehsal birlikləri tullantısız istehsal müəssəbri və s. formalarda büruzə verir. Ekoloji-iqtisadi ictimailəşmə ekologi-iqtisadi sistemin vahidliyi prinsipi əsasında müəyyən edilir.

Ekoloji iqtisadi ictimailəşmə təbii resurslardan istifadənin ərazi təşkili prinsipi ifadə edir. Çünki, ətraf mühitin təmizliyi, bölünməz olmaqla kollektiv tələbatı ödəyən nemətdir. Bu onun təbii ictimai xarakterin təbii olması ib əlaqədardır.

Ekoloji-iqtisadi ictimaibşmənin mahiyyəti müxtəlif prosesbrin qapalı ekoloji-istehsal dövriyyəsinə qovuşmaq, bununlada ekoloji sistemin və ətraf mühitin çirkbnməsi xərcbrinin əhəmiyyəti dərəcədə azaldılmasmdan ibarətdir. Ekoloji-iqtisadi ictimailəşdirmə eb texnoloji istehsal tipi təbb edir ki, təbii mühitin imkanlarma əsaslanmış olsun.

Torpaq və təbii resurslardan istifadə üçün böüyk səlahiyyətbrə və sərəncam verici hüquqa malik olan subyektbrin təsbit edilməsi zavmanı yuxarıda qeyd olunan prinsipbrdən əlavə təbi sərvətin ictimai dəyərliliyi (qiymətililiyi) də nəzərə alınınalıdır.

Təbii resurslara mülkiyyət formalarma vəsaitbrin kapital tutumu vəm dövriyyə sürəti də təsir göstərə bibr. Həmçinin təbiətdən istifadəyə mülkiyyət münavsibətbrinin formalaşmasmda xalqm, milbtin qədim adət və ənənəsinin nəzərə alınınası vacibdir. Təbiətə mnaisbətdə hələdə bəzi xalqlarda millətlərdə haram edilmiş adətlər qalmaqdadır.(Məsələn, islam dini bəzi məhsulardan istifadəni qadağan edir). Bunlar təbiəti mühafizə qanunlarında yazılmamış və əvəlki nəsillərdə bu günə kimi gəlib çıxmış adətlərdir.

Mülkiyyət hüququ, müxtəlif formalarda özünü birüzə verir: - sahib olmaq, istifadə etmək, sərəncam vermək. Bunlarda öz növbəsində mülkiyyət subyektlərinin müxtəlifliyi ib əlaqədardır. Onlar əsasən mülkiyyətin 3 funksiyasmı əsaslanırlar.

l.Sərvətin məxsusluğunun müəyyən edilməsi və qeydə alınınası. 2.1stehsal vasitələrindən istifadəyə daima maraq göstərmək mənbəyi kimi çıxış etmək.

B.Mülkiyyətdən effektli isttifadə və onun taleyi haqında məsuliyyət daşımaq.

Birinci funksiya sərvətin xalqa məxsusluğunu, onun mülkiyyəti olduğunu ifadə edir. Mülkiyyətin qalan iki funksiyası isə aktiv, vadaredici xarakterə malik olub mülkiyyət subyektlərinin şəxsləndirilməsini tələb edir.

Təbii obyektlərdə mülkiyyət funksiyasma baxılarkən mühüm məsələlərdən biridə ona sistem kimi; - sosial (birinci funksıya), təsərrüfatçılıq (ikinci və üçüncü funksiyalar) baxılması ola bilər.

Sosial subyekt kimi, cəmiyyət, xalq, qəbilə,kollektiv,şəxsiyyət nəzərdə tutulur. Təsərrüfatçı subyekt kimi dövlət, respublika, (ölkə,vilayət) bələdiyyə, təşkilat müəssisə nəzərdə tutulur.

Eyni zamanda sosial subyektlər təsərrüfat subyektlərinin funksiyasmı yerineə yetirə bilər. Lakin onların maraqlarmın tam uyğun gəlməsində fərqlər vardır.

Təbii sərvətlərə inhisarçı buraxılmamalıdır. Çünki mülkiyyətin məzmunu və təbii resurslardan istifadə xalqın yaşayış fəaliyyətinin əsasıdır. Mülkiyyətə sahib olan şəxs «nə istəyirəm onu da edirəm» prinsipindən çıxış etməməlidir. Təbii resurslarm hər bir mülkiyyətçisi öz marağı ilə yanaşı dövlətin, xalqın millətin marağmıda güdməlidir. Onlar hər biri təbii resurslardan istifadə etməklə bahəm, onların təkrar istehsalma diqqət yetirməli, təbiətə zərərverici hərəkətlərdən çəkinməlidirlər.

Umümiyyətlə təbiətdən istifadə və ona mülkiyyət hüquqi mürəkkəb struktura malikdir və onu aşağıdakı sxemdə ifadə etmək olar.

2. Ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktları.
Ətraf mühitin mühafızəsi probleminin bu gün biri'nci dərəcəli sosial vəzifəbr sırasma keçirilməsi təsadüfı deyildir. Belə ki, XX əsrin ikinci yarısı bir tərəfdən güclü sənaye müəssisəbrinin yaranması, elmi-texniki tərəqqinin inkişafı, istehsal qüvvəbrinin sürətb artması və bunlarm nəticəsi olaraq insanlarm bir sıra sosial problembrdən azad olması ib xarakterizə olunursa, dicər tərəfdən elmi-texniki tərəqqinin inkişafı nəticəsində insan fəaliyyətinin genişbnməsi və ətraf mühitin ekoloji problemlərinin meydana çıxması ilə xarakterizə olunur.

Problemin ciddiliyini nəzərə alaraq ətraf mühitin mühafızəsinin həlli başlıca olaraq hüquqi qanunlar əsasmda aparılır. Müasir qanunvericilikdə ətraf mühitin mühafizəsinə cəmiyyətin sosial-iqtisadi inkişafı ilə əlaqəli şəkildə baxılır.

Ətraf mühitin mühafızəsinin hüquqi prinsipbri həb ilk dekretlərdə və keçmiş Sovet Dövlətinin qəbul edilmiş sənədbrində bir qədər öz əksini tapmışdır. Belə ki, 1929-cu ildə Moskvada ətraf mühitin qorunmasma həsr olunmuş birinci Ümumrüsiya qurultayı, 1935-ci ildə isə birinci Ümumittifaq qurultayı keçirildi. Bu qurulğaylar təbii ehtiyatlarm qorunması və onun ehtiyatlarmdan səmərəli istifadə məsəbbrini müzakirə etmişdir. Sonrakı ilbrdə nəzərdə tutulmuş bir sərı tədbirbr həyata keçirilməyə başlandı, qoruqlar təşkil edildi, suvarma qurğuları tikildi, meşənin müdafıə sahəbri düzəldildi və s. 1960-70-ci ilbrdə təbiətdən istifadə olunması və onun mühafizəsi dövbt səviyyəsinə qaldırıldı.

Məlum olduğu kimi, əvvəlbr dövbtin inkişaf planlarında müəyyən ilbr üçün təbiətin mühafızəsinə dair xüsusi bölmə yox idi. Adətən ayrı-ayrı sahəbrin mühafızəsinə dair qanunlar dərc olunurdu. RSFSR-in movcud olduğu dövrdə ətraf mühitin qorunması haqqmda birinci qanun 27 oktyabr 1960-cı ildə verilmişdir. Müvafıq qanunlar müttəfıq respublikalarda da verilmişdir. Bu qanunlara əsasən ətraf mühitin qorunması olan obyektbrin sırasmda Yer təki, su, meşə, əkin sahələri,çəmənliklər,istirahət yerbri,şəhəratrafı yaşıllıq zonaları, heyvanlar aləmi, atmosfer daxil edilirdi. Ətraf mühitin qorunması haqqmda qanun müəssisə rəhbərlərini, eləcə də ayrı-ayrı vətəndvaşları təbii ehtiyatlardan düzgün istifadə etmədikeləri halda ciddi məsuliyyətə cəlb etməyi də nəzərdə tuturdu.

Elm və texnika vasitəsilə cəmiyyətin təbiətə təsirinin gücləndiyi axırmcı onillikbrdə ekoloji problembrin kompleks şəkildə həll edilməsi məsələsi qarşıya çıxdı. Bu isə yalnız təbiəti mühafizə tədbirbrinin dövbt planlarma daxil olması şəraitində mümkün ola bibrdi.Cəmiyyətin inkişafmın müasir mərhələdəki xüsusiyyətlərini nəzərə alaraq dövlət tərəfindən təbiəti mühafizə işinə kompleks yanaşma və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə dair bir sıra sənədlər qəbul edilmişdir. Beb ki, 1972-ci ildə keçmiş SSRİ Ali Soveti «Təbii ehztiyatlardan istifadə edilməsi tədbirbri haqmda» qərar verdi, 1968-ci ildə torpaq, 1970-ci ildə su, 1977-ci ildə meşə qanunvericiliyi haqmda sənədbr qəbul edilmişdir. O dövrdə keçmiş SSRİ-də müttəfiq respublikalarda, o cümbdən,Yer təki haqqında (1975 il) qanun, atmofser havasınm qorunması haqqmda (1980 il) qanun, heyvanlar abminin mühafizəsi və istifadə olunması haqqmda (1980-cı il) qanunlar qəbul edilmişdir. Bunlardan başqa 3 iyul 1985-ci ildə kemiş SSRİ Ali Soveti «Təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə 'etmək sahəsindəki qanunvericiliyə riayət etmək haqqmda» qərar qəbul etmişdir. Qərarda torpaqdan, su hövzəbrindən, meşəbrdən, dağ çöküntübrindən, canoı abmdən səmərəli istifadə etmək və təbiətin əirkbnməsinin qarşısmı almaq üçün mövcud olan qanunlara ciddi riayət etməkdən danışılır.

Beb sənədbrin qəbul edilməsinə baxmayaraq SSRİ-də ekoloji qanunuverijilik, demək olar ki, yox dərəcəsində idi. Qəbul olunmuş qərarlar deklarativ xarakter laşıyırdı. Bütün bu qanunlar təbiəti mühafizə və təbiətdən səmərəli istifadə ilə bağlı Sovet İttifaqının qol çəkdiyi Beynəlxalq Konvensiyalar cavab vermirdi. Bütün qanun və qərarlar İttifaq qanunvericiliyinin birinciliyindən irəli gəlirdi və Azərbaycan xalqınm marağma cavab vermirdi.

Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Müstəqillik haqında Konstitusiya aktı ilə əlaqədar, olaraq Azərbaycan xalqınm marağma toxunan bütün qanunvericiliyi aktlarma yenidən baxmaq zərurəti yaranmışdır. Bunları nəzər alaraq, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası qanununun layihəsini hazırlamış və həmin qanun 25 fevral 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfmdən təsdiq edilmişdir.

Həmin qanun təbiəti mühafizə və təbiətdən istifadə edilməsinin bütün prinsipial məsəbbrini əhatə edir, hal-hazırda də fəaliyyət göstərir və bir sərı təxirə salınınaz məsələlərin həll edilməsinə imkan verir.

Qeyd etmək lazımdır ki, dövlət və ictimai təşkilatlarm nəzərdə tutduğu tədbirlər bütün cəmiyyətin müasir inkişaf mərşələsində ekoloci problemin müvəffəqiyətlə həll edilməsinə lazımi imkan yaradır. Təbiəti mühafızə və onun ehtiyatlarından səmərəli istifadə vəzifəsi kəskin vəzifə kimi qarşımızda durur. Bizdə bu istiqamətdə tədbirbr sistemi artıq həyata keçirilir və bunun üçün xeyli vəsait ayrılır. Bu sahədə əməli nəticələr də vardır.

Qüvvədə olan qanunvericiliyə əsasən müvafiq nazirlikbr və idarəbr təbiəti mühafızə və onun ehtiyatlarından səmərəli istifadə sahəsində elmi-tədqiqat işlərinin aparılmasını, su alınınasını, tullantısız texnoloji proseslərin yaradılmasmı təşkil etməli və maddi cəhətdən təmin etməlidir. Şəhərlərdə və başqa yaşayış məntəqələrində atmosfer havasmın təmizliliyinin mühafızəsi üçün müvafıq tədbirlərin həyata keçirilməsinə cavabdehliyi Muxtar Respublikasmın nazirbr kabineti, şəhər və rayon icra hakimiyyətbri daşıyırlar.

Azərbaycan Respublikasının Ali Sovetinin 25.02.1992-ci ildə «Təbiətin mühafızəsi və təbiətdən istifadə haqqmda» qəbul etdiyi qərar 1999-cü ildə yenidən redaktə edibrkən 8.06.1999-cu il «Ətraf mühitin mühafizəsi haqqmda» qanun formasında Respublika Prezidenti tərəfindən təsdiq olunmuşdur. Həmin qanun XİV fəsildən, 82 maddədən ibarətdir.

Qanunun ayrı-ayrı bölmələri və maddələri Azərbaycan Respublikasmda ətraf mühitin mühafızəsinin hüquqi normativləri və aktları kimi qəbul edilmiş və tətbiq edilməkdədir.

Həmin qanunda ilk əvvəl ekologiya anlayışı və ekoloji mühitin əhatə etdiyi sahələr öz əksini tapmışdır. Qanunım ikinci fəsli ətraf mühitin mühafizəsində dövlətin hüquq və vəzifələri öz əksini tapmışdır. Göstərilmişdir ki:

- ətraf mühitin mühafızəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfıyyət normativbrinin işləmək və təsdiq edilməsi qaydalarmı müəyyən etmək;

- təbiətdən istifadəçilərə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fıziki şəxslərə) lahımi xüsusi icazənin verilməsi üçün təbiətdən istifadə foromaları siyahısı və xüsusi icazəbrin verilməsi qaydalarının təsdiq edilməsi;

- ətraf mühitin və təbii ehtiyatlarm dövlət monitoringinin aparılması qaydalarmı müəyyən eğtmək; -ekoloji auditor fəaliyyətinin aparılması qaydalarmı müəyyən etmək;

- qanunvericilikdə müəyyən edilmiş qaydada təhlükəli təsərrüfat növlərinə, tullantılarm və ətraf mühitə zərərli maddələrin atılmasmı xüsusi icazəni vermək, müqavilələlir ( kontraktları) bağlamaq, limitlərin və kvortaları müəyyən etmək,təbiətdən istifadəyə xüsusi icazə verilir;

- ətraf mühitin mühafızəsi sahəsində dövlətin vəzifələri: ətraf mühitin ekoloji tarazlıq və təbiətdən istifadənin müxtəlif sahələri üzrə proqramları hazırlamaq. -dövlət ekoloji ekspertizasiyasının təşkil etmək.

Ətraf mühitin mühafızəsi sahəsində vətəndaşlarm hüquq və vəzifələri bölməsində göstərilir:

- Hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin, yaxşılaşdırılması bəradə tədbirbr haqqında məlumat almaq;

- Ətraf ühitin məhafızəsi haqqmda qanunvericiliyin pozulması nəticəsində onlarm sağlamlığma və əmlakına vurulan zərərə görə ödənc almaq;

- Ətraf mühitin mühafızəsinə dair dövlət hakimiyyət orqanlarma və təşkilatlarına mürajiət etmək;

- İnsan həyatma və ətraf mühitə mənfı təsir göstərən müəssisələrin, qurğularm və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi,tikintisi, yenidən qurulması və istismara verilməsi haqqmda qərarlarm inzibatı və ya məhkəmə qaydasında bğv edilməsini və həmçinin fiziki və hüqiqu şəxsbrin fəaliyyətinin məzdudlaşdırılmasını. Müvəqqəti dayandırılmasmı və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;

- Ətraf mühitin mühafızəsi haqqmda qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatın, vəzifəli şəxslərin və vətandaşlarm məsuliyyətə cəlb edilməsi barədə müvaqif orqanlar və mühkəmələr qarşısmda iddialar qaldırmaq.

Təbiətdən istifadəçilər bölməsində göstərir ki, təbiətdən xarici və daxili istifadəçilərin hüquqları vardır. Onlar Azərbaycan Respublikasının ərazisində təbiətdən ümumi və fərdi qaydada istifadə etmək hüququna malikdirlər. Bu hüquq və vəzifələri həyata keçirmək üçün dövbt kadastrmdan istifadə edə bilərlər. Beb ki,ekoloji vəziffətin qorunması, iqtisadiyyatm tələbatmı ödəmək üçün təbii ehtiyatların kəmiyyət və ekyfiyyət göstəricələrini müəyyən etmək məqsədilə təbii ehtiyatların vahid sistem üzrə dövlət kadostrı aparılır.Dövbt kadostrı aparılan sahəbr müvafiq qanunvericilikb müəyyən edilir. Bu sahələr üzrə dövbt kadostrının aparılması qaydaları müvafıq icra həkimıyyəti orqanı tərəfmdən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

Həmin qanunun müqafiq maddələrində ətraf mühitin mühafızəsi sahəsində iqtisadi tənzimbnmə nəzərdə tutularaq göstərilir:

- təbiəti mühafızəni təmir etməyi və təbiətdən istifadənin tənzimbyən iqtisadi əsasları ekolqji təhlükəsizlik, təbii resurslardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasma, planlaşdırılmasma və yerinə yetirilməsinə təbiətdən istifadəçibrin maddi marağma artırmaqdır;

- ətraf mühitin mühafizəsinin fəaliyyət sahəbri və iqtisadi əsasları;

- ətraf mühitin mühafızəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyəbşdirilməsi;

- təbiətdən istifadəyə görə ödəmələr;

- ətraf mühitin çirklənməsinə görə ödəmələr və cərimələr;

- ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma;

- ətraf mühitin mühafizəsi fondlarınm yaradılması, qrantlar;

- beynəlxalq qurumlardan ekoloji proqramları həyata keçirmək məqsədib ayralın vəsaitlər.

Ətraf mühitin çirkbnməsinə görə müəssisələrdən təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir qayda olaraq ətraf mühitin mühafızəsi sahəsində tətdirbrin maliyyəbşdirilməsinə sərf edilir.

Ətraf mühitin qorunması üçün dövbt fondlarının yaradılması və onlardan istifadə olunmasıda bu qanım vasitəsib tənzim olunun. Göstərilir ki, ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühitin mühafizəsində təxirə salınmaz tədbirbrin ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşməsi üçün yaradılır. Ətraf mühitin mühafızəsi səhasində qanımvericiliklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondları yaradıla bilər. Ətraf mühitin mühafızəsi üzrə dövlət fonfunun vəsaitləri aşağıdakı tətbirlər üçün istifadə edilir:

- Elmi-tədqiqat işlərinə, resursqənaənedici və ekoloji təmiz texnologiyalarm tətbiqinə;

- Təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən təbiətin mühafızəsi obyektlərinin tikintisinin, yenədən qurulmasınm maliyələşdirilməsini;

- Ətraf mühitin çirkləndirilməsi nəticəsində dəymiş ziyanm bərpası sahəsində həyata keçirilən tədbirləri;

- Çirklənmə və başqa mənfı təsirlər nəticəsində vətəndaşlarm saxlamlığına və ətraf müşitə vurulmuş zəzərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyasının verilməsinə;

- Ətraf mühitin pozulmuş ekoloji tarazlığınm bərpasma, proqramın, lahiyələrin, normativ-metodiki sənədlərin işlənməsinə və hayata keçirilməsinə;

- Ekologi tərbiyə və təhsilə.

Azərbaycan Respulikasının bu qanunu ilə ətraf mühitin mühafızə edilməsi üzərində nəzarət formasmda öz əskini tapmışdır. Bu nəzarət ekoloji audit formasında həyata keçirilir.

Ekoloji audit- təbii resurslarm istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən istifadəsi tələbindən ekoloji tələblərin, ətraf mühitin mühafızəsi normalarınm və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin müstəqil yoxlanırmasıdır.

Ekoloji audit tədiətdən istifadəsi ilə ekoloji auditor arasmda bağlanmış müqabiləyə əsasən aparılır. Qanunvericiliklə müəyyən edilməş, hallarda ekoloci audit məcburidir.

Ekoloji audit məsləhəti - ekoloji auditorun ətraf mühitin mühafizəsi və onun keyfıyyətinin yaxşılaşdırılması, təbii resurslarm səmərəli və qənaətlə istifadəsi, bərpası, təbiətdən istifadəçi tərəfmdən ekoloji tələblərə, ətraf mühitin mühafizəsi normalarma və qandalarm riayət edilməsi üzrə məsləhətlərin verilməsidir.

Qanunla ətraf mühitin mühafizəsinə ziyan verən şəxslər məsuliyyətə cəlb olunurlar. Qanunda göstərilir ki, ətraf mühitin mühafızəsi haqqmda qanunvericiliyin pozulmasında təqsirkar olan hühuqi və fıziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasmın qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlır. Onlar haqqmda qardırılmış iddialar məhkəmələr vasitəsilə həll olunurlar.

Azərbaycan Respublikasımn «ətraf mühitin mühafizəsi haqqında» qanun təqdirəlayiqdər. Lakin qeyd olunmasmı vacib sayılır ki, respublikanm hər bir vətəndaşı özünün ekologiyanm bir hissəsi olduğunu dərk etməsə qanunun fəaliyyəti səmərəli ola bilməz. Çünki ekoloji problemlər dünyavi xarakterlidir və onun mahiyyətini cəmiyyət üzüləri dərk etməlidirlər.




MÖVZU. BANK FƏALİYYƏTİNİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİ


  1. Bank fəaliyyətinin ümumi xarakteristikası.

  2. Bank fəaliyyətinin mənbəyi hesab edilən qanunvericilik aktları.

  3. Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusu.


1. Bank fəaliyyətinin ümumi xarakteristikası.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir ölkənin bank sistemi başda iqtisadiyyat olmaqla digər fəaliyyət sferalarının əsas sistemlərindən birini təşkil edir. Belə ki, iqtisadiyyatın idarə olunmasında bankların xüsusi əhəmiyyəti vardır. Banklar müəssisələr və təşkilatlar arasında özünəməxsus bir vasitəçi rolunu oynayır. Onların həyata keçirdiyi əməliyyatlar müəssisələrin fəaliyyətinə nəzarət və təsir imkanı yaradır. Bazar mühitində götürüldükdə isə banklar ölkə iqtisadiyyatını maliyyə dəstəyi ilə təmin edir. Bu aspektdən baxdıqda banklar bazar iqtisadiyyatının vacib ünsürlərindən biri olaraq qeyd olunmalıdır. Azərbaycan kimi keçid iqtisadiyyatı dövründə olan ölkələrdə də banklar və bank sistemi dövlətin işləyib hazırladığı iqtisadi inkişaf strategiyasının yerinə yetirilməsinə xidmət etməli və bu məqsədlə maliyyə tədbirləri görməlidirlər. Yəni onlar düzgün planlaşdırılmış maliyyə siyasət və metodlarından istifadə edərək daha çox pul ehtiyatlarının cəlb olunmasına səy göstərməlidirlər.

Banklar iqtisadi inteqrasiya proseslərində də özlərinin ən yaxşı şəkildə büruzə verirlər. Məsələn, inkişaf etməkdə olan dünya iqtisadiyyatı qarşılıqlı vəhdət içərisində olan ölkə iqtisadiyatlarını da inkişafını sürətləndirir. Belə ki, bir ölkədə sürətli inkişaf tempi göstərən iqtisadi proseslər qonşu ölkələrə də sıçrayır. Məhz belə şəraitdə bankların rolu əvəzedilməzdir. İqtisadi proseslərə təkan verən və maliyyə dəstəyi təmin edən banklar təbii ki kredit həcmini, beynəlxalq güzəştli kredit lahiyələrində iştirakını artırır və nəticədə inkişafda olan iqtisadiyyatla inteqrasiya içərisində olan hər bir sistem öz inkişaf tempini sürətləndirmiş olur.

İqtisadiyyatın idarə olunmasında bankların xüsusi rolu vardır. Bu rolu bankların fəaliyyətini araşdırarkən daha dəqiq müşahidə etmək olar. Bankların həyata keçirdiyi çoxsaylı əməliyyatlardan yalnız birini – kredit əməliyyatlarını götürüb araşdıraq. Kreditin bir çox formaları olsa da onlar arasında bank krediti daha çox yayılmışdır. Məlumdur ki, banklar müxtəlif təsərrufat subyektlərinə istifadə haqqı da ayrıca ödənilməklə (faiz) borc, yəni kredit verirlər. Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə dövriyyə vəsaitinin çatışmamazlığının aradan qaldırılması üçün onların mülkiyyətçiləri bank kreditlərindən istifadə etməli olurlar. Bu, mülkiyyətçilər üçün ona görə sərfəlidir ki, bank onlar üçün müqavilə əsasında səmərəli variantlarda zəmanət və ya girov əsasında lazım olan müddətdə, istənilən məbləğdə vəsaitləri ayıra bilir. Beləliklə, mülkiyyətçinin pul vəsaitlərinə ciddi təlabat olduğu dövrdə heç bir mənbə bank krediti kimi sərfəli şəkildə bu təlabatı ödəyə bilmir. Əgər mülkiyyətçi digər mənbələrdən vəsait cəlb etmək istəsə, bu onun üçün digər ağır şərtlərin meydana çıxmasına səbəb ola bilər. O, ya mülkiyyət hüququ ilə bölüşməli, ya da əldə olunacaq gəlirin bir hissəsini itirməlidir. Bu yolla da müasir bazar iqtisadiyyatında kredit sistemi geniş təkrar istehsalı həyata keçirmək, struktur dəyişiklikəri aparmaq, müxtəlif lazımlı vəsaitlərin cəlb olunması üçün əvəzolunmaz bir sistemdir. Kreditin yenidən bölgü, kapitalın mərkəzləşməsi və təmərküzləşməsi, nəzarət, tədavül xərclərinə qənaət kimi funksiyaları vardır. Məhz bu funksiyalardan istifadə edərək banklar vasitəsi ilə kreditdən iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi istifadə olunur. İqtisadiyyatın kredit vasitəsi ilə tənzimlənməsi təsərrufat proseslərinə təsir etmək məqsədilə tətbiq olunur. Kredit verən maliyyə institutlarının əsasını banklar təşkil etdiyi üçün dövlət də mərkəzi banklar vasitəsi ilə koınınersiya banklarının kredit siyasətini tənzimləyir və ya mudaxilə edir. Kredit siyasəti mərkəzi bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Kreditlərin faiz dərəcələrinin tənzimlənməsi, kredit miqdarının məbləğinə hədd qoyulması bu siyasətin əsas formalarıdır.

Bankların iqtisadi məzmununa aşağıdakı formalarda nəzər salaq:

Bank müəssisə kimi. Hər bir müəssisə kimi, bank da müstəqil təsərrüfatçı subyektdir, hüquqi şəxs hüququna malikdir, xidmət göstərir, təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyətini qurur. Müəssisə kimi bankın vəzifələri bir az fərqlidir – о özünün xidmət və məhsulu ilə ictimai tələbatın təminatını, gələn gəlirlərin əsasında öz kоllektiv üzvlərinin həm də bank mülkiyyətinin (əmlakının) mülkiyyətçilərinin sоsial və iqtisadi maraqların həyata keçirilməsi məsələlərini həll edir. Bank təsərrüfat fəaliyyəti növlərini həyata keçirə bilər (ölkənin qanunlarına zidd оlmayan təqdirdə və bankın nizamnaməsinə uyğun оlduqda). Xüsusi razılıqla fəaliyyət göstərən hər bir müəssisə kimi bank da lisenziya almalıdır.

Bank ticarət müəssisəsi kimi. Banklar sənaye kənd təsərrüfatı, tikinti, nəqliyyat və rabitədən fərqli оlaraq istehsalatda yоx, mübadilə sahəsində fəaliyyət göstərir. Bu bir sıra müəlliflərə bankı ticarət müəssisəsi hesab etməyə əsas verir. Bank fəaliyyətinin ticarətlə əlaqələndirilməsi isə təsadüfi deyil. Banklar sanki vəsaitləri “alır”, “satır”, yenidən paylaşdırma sahəsində fəaliyyət göstərir, əmtəənin dəyişdirilməsinə yardımçı оlurlar. Banklar özlərinin “satıcılarına”, anbarlarına, xüsusi “əmtəə (mal) ehtiyatlarına” malikdir və оnların fəaliyyəti əsasən dövriyyə qabiliyyətindən asılıdır.

Bank vasitəçi müəssisə kimi. Bankların mübadilə sahəsində fəaliyyəti оnun haqqında digər təsəvvürü (anlayış) yaradır. Çоx vaxt bank vasitəçi təşkilat kimi xarakterizə edilir. Bunun üçün, bir hesaba müvəqqəti yatırılan və digərində istifadəyə ehtiyacı оlan vəsaitin xüsusi axını əsasdır. Bunun xüsusiyyəti оndan ibarətdir ki, vəsaitin müəyyən hissəsinə malik оlan kreditоr оnu müvafiq zəmanət (təminat), dəqiq müddət оlduqda onu bоrcalana faizlə vermək istəyir. Lakin kreditоrun maraqları bоrc alanın (eyni regiоnda оlması heç də vacib deyil) kreditоrun maraqları ilə üst-üstə düşməlidir. Sözsüz ki, müasir pul təsərrüfatında bu cür maraqların üst-üstə düşməyi təsadüfidir. Burada birləşdirici hissə kimi, istək və təklifi nəzərə almaqla, razılaşmanı təmin edən bank vasitəçi çıxış edir.

Bank birjanın agenti kimi. Hələ XX əarin 20-ci illərində bankın dövriyyə sahəsindəki fəaliyyəti оna birja agenti təsəvvürü yaradırdı. Məlum оlduğu kimi, bunun üçün səbəb bankların birjalarda mütləq iştirakçı оlmasıdır. Оnlar müstəqil birja əməliyyatları təşkil edə və qiymətli kağızların alış-verişi ilə bağlı əməliyyatları yerinə yetirə bilərlər. Lakin bu bankları nə tarixi, nə də məntiqi cəhətdən birja təşkilatlarının bir hissəsinə çevirmir. Özəl banklar birjalardan daha öncə, qiymətli kağızların alış-satışının yarandığı bir vaxtda yaranmışlar. Burada qeyd edilməlidir ki, qiymətli kağızların alış-satışı bank əməliyyatlarının ancaq bir hissəsini təşkil edir.

Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan bank sistemində büruzə verir. Bank sisteminin əsas elementləri bankların formaları kimi də xarakterizə edilə bilər. Uzun müddət ərzində bank sistemi yalnız koınınersiya banklarından ibarət olmuş və yalnız koınınersiya istiqamətində fəaliyyət göstərmişdir. Lakin sonralar dövlətlərin inkişafı, hər bir dövlətdə milli iqtisadiyyatın formalaşması ilə əlaqədar olaraq bank sistemi 2 pilləyə bölünmüşdür. İlk pillədə bank sisteminin vacib ünsürü olaraq bir sıra əhəmiyyətli funksiyaların yerinə yetirilməsi, eləcə də pul emissiyasının tənzimlənməsi ilə əlaqədar olaraq mərkəzi banklar yaranmışdır. Mərkəzi bank kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin tənzimlənməsi ilə məşğul olur. O, digər banklar üçün koordinator vəzifəsini icra edir və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi bank ölkənin bank sistemi üzərində nəzarəti həyata keçirir, yalnız banklara və hökümətə xidmət edir. Buna görə də mərkəzi bank dövlətin bankiri adlanır və dövlət büdcəsinin emissiya-kassa fəaliyyətinin həyata keçirlməsində əsas rol oynayır. Mərkəzi bank dövlətin göstərişi ilə idarə olunsa da nisbi müstəqilliyə malikdir. Bütün ölkələrdə onlar eyni vəzifələri icra edir. Bununla bərabər, mərkəzi bankların qurulmasında, idarə edilməsində, sərbəstlik səviyyəsində və s. bəzi spesifik xüsusiyyətlər var. Bütün bunları eyniləşdirsək onda deməliyik ki mərkəzi banklar dövlətin iqtisadiyyata müdaxiləsinin pul-kredit siyasətini icra edən orqanıdır.

Bank sistemində ikinci pillədə duran banklar isə koınınersiya banklarıdır. Əsasən mənfəət xarakterli fəaliyyətlə məşğul olan banklar koınınersiya bankları adı altında birləşirlər. Koınınersiya banklarının yerinə yetirdiyi əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit verməklə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Koınınersiya banklarının başqa vəzifələri isə kreditdə vasitəçilik, ödənişlərdə vasitəçilik, qiymətli kağızlarla əməliyyatlar ola bilər.

Bankların formalarına gəldikdə isə bu formalar müxtəlif xarakterlərə görə qruplaşdırılır. Bank sisteminin ikinci pilləsində çıxış edən koınınersiya bankları hər bir ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən və özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub əsasən 2 qrupa bölünür: universal və ixtisaslaşmış banklar. Universal banklar adından da göründüyü kimi bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər. İxtisaslaşmış banklar isə bank xidmətləri arasından birini və ya əlaqəli şəkildə olan bir neçə bank xidmətini həyata keçirmək hüququna sahib olurlar. Onlar bir fəaliyyət sahəsi üzrə ixtisaslaşır və ancaq o sahədə fəaliyyət göstərirlər. Belə bankların güclü inkişafı əsasən XX əsrin ikinci yarısından sonra müşahidə olunmuşdur. Ümumiyyətlə, koınınersiya banklarını aşağıdakı kimi təsnifləşdirmək olar:



  • koınınersiya bankları. Onlar kredit sisteminin əsasını təşkil edir və kredit resurslarının əsas hissəsini özündə cəmləşdirir;

  • investisiya bankları. Bu tip banklar əsasən investisiya əməliyyatları ilə, həmçinin fond birjasındakı kimi qiymətli kağızların alış və satışı ilə məşğul olurlar. Onların koınınersiya banklarından əsas fərqi odur ki, onlar depozit qəbul etmir, hesablaşma əməliyyatları aparmır və qısamüddətli borclar vermir.

  • əmanət bankları. Onlar əhalidən pul formasında əmanətlər qəbul edir, onlarla müəyyən əməliyyatlar aparırlar;

  • ixtisaslaşmış banklar ( ipoteka, kooperativ, kənd təsərrüfatı, xarici ticarət və s.). Məsələn, ipoteka bankları uzunmüddətli borcların əldə edilməsi zamanı daşınmaz əmlakı (torpaq və tikililəri) girov kimi qoymağa imkan verir. Xarici ticarət bankları isə əmtəələrin idxalı və ixracının kreditləşməsi üzrə ixtisaslaşır.

Həyata keçirdikləri əməliyyatlara görə emissiya və koınınersiya, mülkiyyət formasına görə səhmdar, kooperativ, bələdiyyə və fəaliyyət formalarına görə koınınersiya, investisiya, əmanət və s. kimi növləri vardır.

Mülkiyyət formasına görə də banklar təsnifləşdirilir ki, burada əsas olaraq bankların yaradılması, nizamnamə kapitalında qeyd olunan mülkiyyətçi (hüquqi və ya fiziki şəxs ola bilər) əsas göstərici olaraq nəzərə alınır. Beləliklə, mülkiyyət formalarına görə banklar belə təsnifləşdirilir:



  1. Dövlət bankları və ya mərkəzi banklar.

  2. Dövlətin iştirakı olan banklar (belə banklarda dövlətə məxsus səhmlər olur və ya dövlət payçı qismində iştirak edir).

  3. Dövlətlərarası banklar (oxşar xüsusiyyətlərə malik dövlətlər birləşib ortaq fəaliyyət göstərən bank yaradırlar, oxşar xüsusiyyət kimi eyni regionda yerləşmə (Avropa Yenidənqurma və İnkişaf Bankı) və ya eyni dini etiqadlar götürülür (İslam Ölkələri bankı).

  4. Bələdiyyə və koınınunal bankları (belə banklar yerli hakimiyyət orqanlarının mülkiyyəti əsasında yaradılır).

  5. Kooperativ banklar.

  6. Səhmdar banklar.

  7. Səhmdar olmayan banklar (onlar sahibkar və ya partnyor mülkiyyəti əsasında yaradılır).

Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda da bir çox bank formalarından geniş istifadə edilir. Lakin dünya bank sistemindən fərqli olaraq Azərbaycan bank sisteminin öz xüsusiyyətləri vardır. Bu xarakterik xüsusiyyətlər öz əksini bank sistemimizin inkişafında büruzə verir.


  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə