İQTİsadiyyat ixtisas: iht




Yüklə 59.06 Kb.
tarix25.04.2016
ölçüsü59.06 Kb.
Fakültə: İQTİSADİYYAT

İxtisas: IHT

Tələbə Baxşəliyev Baxşəli

Mövzu: Fəlsəfə və ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə



Plan:

Fəlsəfə və din

Moderinizm

Elm və əxlaq

M.F.Axundovun fəlsəfəsi

Fəlsəfə və din

Fəlsəfə dünyagörüşü formalarından biridir.Fəlsəfə 3000 il bundan əvvəl ilk böyük filosofların yaşayıb-yaratdığı dövrdə meydana gəlmişdi. Fəlsəfədə dinlə bağlı isə Allaha inam xüsusi məna kəsb edir. Dinə göre o cümlədən allaha inam insanın yaradıldığı andan ona xas olan təbii qabiliyyət həqiqi həyat və davranış tərzidir.Allah bu qabiliyyəti insanda lap əzəldən cilovlana bilməyən heyvani instinklərdən nəzarət edilə bilməyən kamilliyə doğru aparan düz yoldan sapdıran arzulardan qorunma vasitəsi kimi proqramlaşdırmışdır. Bu vəzifənin yerinə yetirilməsi üçün O, insana hər şey vermişdir- biliyin nur saçdığı zəka,böyük quruculuq imkanları.Lakin insanlar heç də həmişə bu dinə sadiq olmamışlar.Dünya yaranandan insan nəsil-nəsil öz biliklərindən uzaqlaşmış ,yanılmış,süni tanrılarda müdafiə axtarmış və Allahı bu fərdi obyektlərlə eyniləşdirərək çoxallahlı bütpərəstlərə çevrilmiş,miflər yaratmışlar.

Hər dəfə insanlar məhv olmaq həddinə lap yaxınlaşanda Allah onların yanınına peyğəmbərlər və özünün kəlamlarını - müqəddəs yazılar şəklində vahid mənbədən yaranan və vahid məqsədə xidmət edən nəsihətlərini göndərmişdir.Beləliklə dini şüur insanın mövcud olduğu ən qədim dövrlərdə yaranmışdır.Dini öyrənmədən dünya görüşünün spesifik forması olan fəlsəfənin genezisini aydınlaşdırmaq mümkün deyildir.Rasionallığın xüsusi forması olan dini şüur həmişə mövcuddur və ətraf aləmi dərk etməyin mifoloji, fəlsəfi və elmi üsullarını tamamlayır.Dünyanı qavramağın və anlamağın dini üsulu fəlsəfi və elmi qurumlar yaratmaqla nəinki yox olmur hətta dünya və həyat haqqında təfəkkür elementlərindən biri kimi onlara qovuşur.Fəlsəfə öz yaranışında dindən bərələnir və dini təfəkkür hüdudlarında kristallaşmağa başlayır.

Fəlsəfə ilə din arasında yaxınlıq ondan ibarətdir ki, onların hər ikisi dünyagörüşü qəbilindən olan oxşar məsələlərin həllidirlər.Fəlsəfə özünün ayri-ayri cəhətlərinə eləcə də ayrı- ayrı konsepsiyalarına görə təkcə adi müdrikliyə deyil,həm də ali müdrikliyə can atmaq baxımından dinlə çox oxşardır.Onlar ictimai şüurun formaları olmaqla ayrımaz şəkildə bağlıdırlar.Fəlsəfə din zəminində yaranmışdır. Aristotel Allahı əbədi yaşar bir varlıq,bütün hərəkətin qeyri-maddi forması və hərəkətsiz mənbəyi kimi təsəvvür edirdi. O, deyirdi” əbədi,hərəkətsiz və hissi şeylərdən təcrid olunmuş bir varlıq mövcuddur....Allah canlı,əbədi,ən yaxşı varlıqdır” . Quran da Allahı təxminən eyni şəkildə səciyyələndirir:”ALLAH TƏKDİR,DAİM CANLI , HƏR YERDƏ MÖVCUD OLANDIRVƏ ONDAN QEYRİ İLAHİ VARLIQ YOXDUR”.Orta əsr mütəfəkkirləri ilahi zəkanın təzahürünü hər yerdə görürdülər,kəşf edilmiş hər bir yeni qanunauyğunluq onları buna inandırırdı.

Fəlsəfə və din dünyagörüşünun ictimai və tarixi formalarıdır.onların məqsədi insanların şüurruna və davranışına təsir göstərmək yolu ilə dünyanı onlara izah etməkdir.Lakin, onların izah metodları fərqlidir.Fəlsəfəni düzgün başa düşmək üçün onun anlayışlarını və kateqoriyalarını bilmək, onların məzmununu və həcmini konkretləşdirmək lazımdır.

FƏLSƏFƏ VƏ ƏXLAQ
İctimai şüurun formaları fəlsəfə və əxlaq ilk baxışda bir-birındən uzaqdır və mənəviyyati sahəsində onlar ki, əks qütblərdə dayanır.Əxlaqın genezisini izləsək.görərik ki, o,sosial təmizləmənin ilk formalarının yaranması ilə eyni vaxta düşmür,şəxsiyyətin tayfa kollektivindən ayrılması dövrünə aiddir və onun özünüdərkinin təşəkkülü deməkdir.Erkən antik mədəniyyətdə əxlaq şəxsi həyatın qurulmasının mənəvi vasitəsi kimi,Platonda və Aristoteldə isə həm də ictimai həyatın qurulması üçün mənəvi vasitə kimi çıxış edir.Aristotel birinci olaraq əxlaqa mənəviyyatçı kimi deyil.alim və nəzəriyyəçi kimi yaranmışdır.Dünya haqqında iki-əxlaqi və fəlsəfi təfəkkür üsulunun tarixəm bir-birindən ayrılması məhz Aristoteldən başlanır.Bu prosses yalnız 19-20-ci yüzilliklərdə tam başa çatmışdır.Şüurun spesifik formaları və təfəkkür üsulları kimi fəlsəfə ilə əxlaq arasında mövcud olan fərq ictimai fikir tarixində onların qarşılıqlı münasibətlərini kifayət qədər rəngarəng və mürəkkəb etmişdir.Əxlaq insanların cəmiyyətdə davranışının tənzimlənməsi funksiyasını yerinə yetirən sosial təsisatdır.”Əxlaq” və “ mənəviyyət” anlayışları çox vaxt identik anlayışlar kimi işlədilir, lakin onlar mənəvi şüurun və mənəvi praktikanın müxtəlif aspektlərini göstərə bilərlər.Orta əsrlər fəlsəfəsinin,maarifçilik fəlsəfəsinin,burjua fəlsəfəsinin təhlili göstərir ki,elmi və dəyər yanaşmalarının bir-birinə qarşı qoyulması ilə yanaşı,xüsusilə də insan haqqında söhbət gedəndə,fəlsəfənin əxlaqi şüurla razılaşmadığı hallar da olmuşdur.Bu fakt onu göstərir ki,fəlsəfi şüur öz təbiətinə görə dəyər elementlərindən xilas ola bilmir.Kantın mövqeyi buna əyani misaldır.Həmin mövqeyə görə,fəlsəfə insan zəkasının onların ən mühüm sərvət meyilləri,ilk növbədə mənəvi dəyərləri ilə bağlı olan ən ali məqsədlərini göstərməlidir.Əxlaqın fəlsəfədən törəmə olması Kant üçün xarakterikdir.O, belə hesab edir ki, saf və həqiqi əxlaq qanunu yalnız fəlsəfədə axtarmaq lazımdır.Müasir burjua fəlsəfəsi də fəlsəfə ilə mənəvi dünyagörüşünün qarşılıqlı münasibəti probleminə diqqəti cəlb edir.Bu məsələ barədə onun mövqeyi müstəsna dərəcədə altenativdir: ya fəlsəfə əxlaq baxışını ehtiva edir və bu zaman insana elmi baxışa qarşı çıxır,”ciddi elm” xatirinə mənəviyyat problemlərini öz tərkibindən çıxarır.

FƏLSƏFƏ VƏ HÜQUQ

Şüurun konkret tipləri olan fəlsəfə və hüquq mənəvi həyatın müxtəlif sahələridir.

Fəlsəfə dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəldiyi halda ,

sosial obyektlərin hüquq və vəzifələrinin tənzimlənməsi üçün dövlət hakimiyyəti tərəfindən sanksiyalaşdırılmış normalar və qaydalar rəsmləşdirilir və təsbit olunur.Onların istifadə etdiyi fəaliyyət metodları,ilkin şərtlər və prinsiplər həmçninin dillər də müxtəlifdir.Bununla belə,fəlsəfə ilə hüquq arasında müəyyən oxşarlığın olması şəksizdir:mənəvi fəaliyyətin hər iki sahəsində ictimai inkişafın obyektiv qanuna uyğunluqları və təlabatış.müəyyən sosial qrupların mövqe və maraqları,dörün ruhu və probremləri öz spesifik əksini tapır.Həm fəlsəfə həm də hüquq insan və cəmiyyətin təbiətini dərk edir,onların təkmilləşdirilməsi şəraitini təmin etməyə çalışırlar.Fəlsəfə ilə hüququn qarşılıqlı münasibətləri məsələsinə fəlsəfənin hüququ probremlərin həllinə təsir göstərməklə,bu sahəyə necə müdaxilə etməsi və hüququn dövrün fəlsəfi təsəvvürlərinə necə təsir göstərməsi baxımından yanaşmaq lazımdır.Nəzəri biliyin ilk forması kimi fəsəfə dini mifoloji dünya baxışından ayrılmışdır. Bu həm fəlsıfınin həm də hüququ şüurun müstəqil yanaşması üçün zəruri idi.Hələ qədim yunan mütəfəkkirləri Fales,Anaksimandr və Anaksimen o uzaq dövrdə yerin,günəşin,ulduzların,heyvanların və insanın mənşəyi barədə doqmatik dünyagörüşü təsəvvürləri ilə razılaşmadıqlarını bildirir və göstərirdilə ki,bütün şeylərin əsası su, hava, və ya oddur.Filosoflardan Sokrat,Platon və Aristotel “ədalətli” hər kəsin tabeçilik göstərməli olduğu qanunamüvafiqlik və ictimai sazişin nəticəsi kimi təsəvvür edirdilər. Beləliklə, qədim yunan cəmiyyəti nəzəri hüquqi şüuru ilk dəfə fəlsəfə əsasında yaratmışdır. Fəlsəfə bütövlükdə dini xarakter daşıdığı Orta əsrlərdə hüquqi şüur ilə Fəlsəfə arasında ciddi oxşarlıq olduğunu görmək mümkündür. Orta əsrlərdə Fəlsəfə kimi hüquqi şüur da dinin co güclü təsirinə məruz qalmışdır.Həmin dövrdə hüquq yaradıcılığı kilsə və şəriət normaları ilə məhdudlaşırdı.




Modernizm
XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na­tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk etmək və onun hər bir hissəciyini bütöv ilə əlaqələndirmək qabiliyyətini itirərkən öz simasını da itirir, öz mahiyyətindən imtina edir, mənəvi fəaliyyətin hansısa başqa formasına çevrilir.

1966-cı ildə Parisdə tarixçi vo filosof Mişel Fuko (1926-1984) “Sözlər və əşyalar” adlı kitabını çap etdirir və bunula da postmodernizmin başlanğıcını qoyur. J.-F.Liotarın (1924-1998) «Postmodernin vəziyyəti» kitabı isə postmodernizmin geniş yayılmasına səbəb oldu.

XX əsrin axırlarından başlanan dövr Qərbdə postmodernizm adlanır. Mədəniyyət çox sürətlə dəyişən mühitin tələblərinə cavab verməlidir. R.İnqlhard (ABŞ) yazır: «Mədəniyyət adətən ləng dəyişir, lakin о son nəticədə, dəyişən mühitin çağırışına cavab verir. Sosial-iqtisadi sahədə baş verən dəyişikliklər fərdin həyat təcrübəsinə təsir edərək bu yolla fərdi səviyyədə əqidələrin, mövqelərin və dəyərlərin yenidən formalaşmasına kömək edir. Mədəniyyətlər birdən-birə dəyişmir. Yetkinliyə çatarkən insanlar adətən necə olmasından asılı olmayaraq dünyaya əvvəldən qazanılmış münasibəti saxlayırlar. Beləliklə, mühitdə baş verən əhəmiyyətli dəyişikliklər adətən daha çox şəxsi təşəkkül illərində yaranan yeni şəraitdə yaşayan nəsillərə təsir edir».

Postmodernizm hər şeydən əvvəl mədəni-intellektual fenomenlərə aiddir. Birinci fenomen «fundamentalizm»dən, yəni biliyin müşahidə edilən faktlar əsasında yarandığını təsdiq edən elm fəlsəfəsindən imtina etməklə bağlıdır. İkinci fenomen bütün bilik, zövq və mülahizələrin parçalanması ilə, deməli, ilk növbədə universal deyil, lokal sahələrə maraq ilə əlaqədardır. Üçüncü fenomen kitabın teleekran tərəfindən sıxışdırılması, sözdən obraza, məntiqdən tamaşaya keçmək ilə əlaqədardır.

Postmodernizm tədqiqatçılarının çoxu hesab edir ki, bu cərəyan əvvəlcə bədii mədəniyyət (ədəbiyyat, arxitektura və b.) sahəsində meydana gəlmiş və sonradan başqa sahələrə də keçmişdir (fəlsəfə, siyasət, din, elm).

Öz zamanında modernist incəsənətin yaradıcılarını cəlb edən transsendental ideallardan imtina etmək, mədəniyyətin demokratikləşdirilməsi və ali dəyərlərin aşağı salınması haqqında postmodernist ideyalar bədii yaradıcılıqda yeni gedişlərin axtarılmasına, adresantların unifikasiyasına təkan verdi. Postmoder­nizmin yaradıcılarından biri hesab edilən M.Haydeggerin fikrincə, ali dəyərlərin aşağı düşməsi - dağıtmağa doğru yönəldilmiş hər hansı kor ehtirasdan, mənasız yeniləşdirmə hərisliyindən baş vermişdir. Bu vəziyyət dünyanı keçid, aralıq məhəlləsi olmaq rolundan xilas etmək zərurətindən doğmuşdur. Mədəniyyətdən imtina etməyin dərəcəsi müxtəlif modernist nəzəriyyəçilər tərəfindən müxtəlif cür başa düşülür: modernist dəyərlərin qətiyyətlə inkar edilməsindən onların müxtəlif yollarla yenidən nəzərdən keçirilməsinə qədər.

Qeyd etmək lazımdır ki, postmodernizm ilk növbədə moder­nist dəyərləri rədd edir, keçmişin klassik mədəniyyətindən söhbət gedəndə isə onu yenidən nəzərdən keçirməyə, çox cəhətləri qəbul etməyə, artıq işlənib hazırlanmış formaları tətbiq etməyə meyl göstərir.

Postmodernist dünyagörüşünə xas olan bir sıra pozitiv cəhətlərin olduğunu göstərmək lazımdır. Postmodernizm təkcə on əsrlərlə mövcud olmuş mədəniyyətin tükənməsi probleminin daşıyıcısı deyil, həm də sonra nə baş verə biləcək məsələləri axtarmaq, gələcək mədəniyyətin yeni mənasını və prinsiplərini müəyyənləşdirmək problemləri ilə də məşğul olur. Postmodernist situasiya özünün və başqalarının mədəni dəyərlərini görmək və onlara malik olmağın yeni təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bir bütöv baxışın yaradılmasına kömək edir, ümumi bəşər mədəniyyətinin formalaşmasına imkan yaradır.

Postmodernistlər Qərbi ittiham etmir, modernizm ilə tradisionalizmi bir-birinə qarşı qoymur və universal ümumbəşəri dəyərlərin mövcudluğunu təkidlə sübut etməyə çalışırlar.

İki növ postmodernizm olduğu göstərilir: konstruktiv və dekonstruktiv postmodernizm. Konstruktiv postmodernizm analitik fəlsəfənin irəli sürdüyü dil oyunları konsepsiyası ilə sıx varislik əlaqəsindədir. Dekonstruktiv postmodernizm fransız poststruktralizminin varisidir.

Fəlsəfi postmodernizm hermenevtikadan başlamış Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi və analitik fəlsəfəyə qədər bir sıra fəlsəfi cərəyanlardan kənarda mövcud ola bilməz. Postmo­dernizmin əlaqədə olduğu tərəfdaşları var: romantizm və klasssizmdən başlayaraq kubofutorizm və postimpressionizmə.

Modernizmlə birlikdə törəyən ideologiyaların ən böyük yanlışlığı da onların din əxlaqı olmadan da yaşaya biləcəklərini düşünmələridir. Bu isə həddindən çox böyük yanlışlıqdır. Din olmadan, Allah qorxusu olmadan, axirət gününə inam olmadan həqiqi mənada sevgi, hörmət və gözəl əxlaqın yaşanması mümkün deyildir. Post-modernizm isə, modernizm tərəfindən söhbətaçılan dəyər və hədəflərin anlamsızlığını dərk edən, ancaq bu doğru seçimdən yola çıxaraq, heç bir mütləq dəyər və hədəf tapılmadığı kimi səhv bir nəticəyə gələn bir düşüncədir. Post-modernistlərin ən böyük yanlışlığı, söz mövzusu "relativizm"dir, yəni bütün dəyər və inancların insanlara görə dəyişən, "relatif" fikirlər olduğu şəklindəki yanlışlıqdır. Həqiqətdə, insanın varlıq hədəfini göstərən çox önəmli bir həqiqət vardır. İnsanı Allah xəlq edib və insan bütün ömrünü Ona borcludur. Modernizm, bu həqiqəti rədd edib və ya gözardı etmişdir. Postmodernizm isə, bu həqiqəti "relatif bir fikir" kimi göstərməklə, bənzər bir aldanışa düşməkdədir. Postmodernizm insanlıq üçün bir qurtuluş deyildir. İnsanlığı heç bir mütləq dəyərin və hədəfin tapılmadığı fikri bir xaosa sürükləyən bir başqa aldanışdır. Bundan çarə insanın həqiqi hədəflərini anlamaqdır. Son iki əsrdə yaşanan bütün təcrübələr, bu gün insanlığın böyük əksəriyyətinin yaşadığı əxlaqi iflas və bu iflasın səbəb olduğu fəlakətlər, həm modernizmin həm də modernizm sonrası ortaya çıxan bütün din xarici axımların sonunu gətirmişdir. Bugün artıq materyalizm və ateizm, dolayısı ilə bu fikirləri dirək alan bütün ideologiyalar, sürətlə çökməkdədirlər. Darvinin ardından, Huxley və Russell kimi ateistlər və agnostiklər, həyatın tamamən təsadüf və təkamülün də radikal tərzdə hədəfsiz olduğunu göstərən bir təzə təməllər idi. Başda elm sahələri olmaq üzərə, materializmin dəydiyi bu böyük məğlubiyyət, materyalizmdən həyat tapan postmodern dünyagörüşünün də yox olmaya üz tutduğunun önəmli bir işarətidir.

İnsanlar haqq din olmadan nə şəxsi nə də ictimai sorğularına arxayıncılıq gətirə birələk cavablar tapa bilməzlər. Tarix boyunca din maarifi və əxlaqı olmayan cəmiyyətlərin tarixə qoyub getdikləri qaranlıq məsələlər hələ də qarşımızda problem olmuşdur. Əksəriyyəti belə kütlələr təşkil etdiyindən onların sualları da qalaraq cəmiyyətə mənfi təsir etmişdir. Adəm oğlu ilahi nurdan uzaq düşdüyü təqdirdə həm özü həm də cəmiyyəti sıxıntı və problem içində yaşayacaqdır. Çarə isə açıq və aydındır. Allahın bizlərə haqq olaraq göndərdiyi kitab və məsumların təfsirləri bizim üçün həyatın bütün sahələrini əhatə etmişdir. Bunlara riayət etdikdə insanı gerçək xoşbəxtlik tapır. İnsanlığın da azadlığı Rəbbin bizim üçün təyin etdiyi İslamdadır. Son zamanlarda insanlıq materializm caynaqlarından özünü qurtarıb, haqq tərəfə yönəlməkdədir.
Elm və əxlaq
Elmdə əxlaq məsələsi həmişə alimlərin diqqətini özünə cəlb etmiş və bu məsələ ətrafında həmişə müxtəlif fikirlər irəli sürülmüşdür. Məsələn, M.Veberə görə elmi - xoşbəxtliyə, xüsusən Allaha doğru aparan yol hesab etmək lazım deyil, çünki о aşağıdakı suallara cavab vermir: Biz nə etməliyik? Biz necə yaşamalıyıq? Bu dünyanın mənası varmı və burada yaşamağa dəyərmi? və s.

Elmin - gerçəkliyin bütün sahələrinə soxulmaq, insanın məhrəm, gizli aləmini, şüuraltını və s. tədqiq etmək hüququ varmı? İnsan idrakının müdaxilə etmək sərhəddini müəyyənləşdirən hər hansı bir əxlaqi hüdud varmı? Yaxud elmin hər şeyə ixtiyarı varmı? və s. bu kimi suallara cavablar çox müxtəlif, bəzən daban-dabana zidd olmuşdur.

Elm həqiqət axtarmaqdır, həqiqəti axtarmaq isə öz-özlüyündə xeyirxahlıqdır. Lakin alimlər də insandır, onların da xarici gerçəklik haqqında özünəməxsus müxtəlifgörüşləri, siyasi quruluşa, ayrı-ayrı liderlərə qarşı rəğbət və yaxud mənfi münasibəti ola bilər, onlar da yanıla və səhv edə bilərlər. Elmi kəşflər bəzən alimin arzusundan asılı olmayaraq hərbi-siyasi məqsədlər üçün istifadə oluna bilər. Elm tarixində elə hadisələr

olmuşdur ki, alim öz tədqiqatının nəticələrindən insanlıq əleyhinə istifadə ediləcəyi təhlükəsini əvvəlcədən görərək, bu tədqiqatı dayandırmağa və yaxud gizlətməyə çalışmışdır.

«Adətən hesab edirlər ki, elm etikadan asılı deyil. Bir çox alimlər əmindirlər ki, elm obyektiv və bitərəfdir. Onların fikrincə elmi nəzəriyyələr dəyərlərdən tamamilə azaddır, ona görə də faktları və dəyərləri dəqiq olaraq bir-birindən ayırmaq lazımdır. Pozitivistlərə inansaq elm rasional və obyektivdir, dəyər haqqında mühakimələr isə emosional və subyektivdir. Müstəqillik ideyasının tərəfdarları elm ilə texnologiya arasında belə dəqiq sərhəd çəkir və təsdiq edirlər ki, alimlər öz kəşflərinin praktikada tətbiq edilməsi üçün cavabdeh deyil. Onların fikrincə, elmi kəşflərin nəticələrini əvvəlcədən demək olmaz və alimlərin öz səlahiyyətlərindən kənarda qalan işlər haqqında danışmağa haqqı yoxdur».

XX əsrin böyük fıziklərindən olan Maks Born yazmışdır: «Biz həmçinin onun da qayğısını çəkməliyik ki, mücərrəd el­mi təfəkkür tətbiq edilməsi lazım olmayan başqa sahələrə yayılmasın. İnsani və əxlaqi dəyərlər tamamilə elmi təfəkkürə əsaslana bilməz».

Dahi fizik Albert Eynşteynin da elmin etikası lıaqqında fikirləri maraqlıdır: «Mən hesab etmirəm ki, elm insanlara əxlaq öyrədə bilər. Mən inanmıram ki, əxlaq fəlsəfəsini ümumiyyətlə elmi əsasda qurmaq olan>.

Özünü hər cür əxlaqi məsuliyyətdən azad elan edən elm - «təmiz elm» müəyyən şəraitdə xeyirdən şərə çevrilə bilər, in­san zəkasının faydalı nailiyyəti olmaqdan daha çox insanlara ziyan gətirən qüvvə, onların mövcudluğu üçün təhlükə, müharibələrdə, iqtisadi fəlakətlərdə adamların kütləvi qırğın vasitəsi ola bilər.

Bəzi mütəfəkkirlər hesab edirlər ki, elmi cəhətdən əsaslandırılan hər şey əxlaqidir, başqaları isə, əksinə, deyirlər ki, elmi əsaslandırmağın deyil, seçməyin predmeti əxlaqi ola bilər.

Qərbin bir çox aparıcı alimləri göstərirlər ki, elmin sonrakı inkişafı cəmiyyətin mədəni həyatını dağıtmaq təhlükəsi yaradır. Sual olduqca kəskin qoyulur: biz elm üzərində nəzarəti öz əlimizə ala bilərikmi və yaxud bizi elmin qulu olmaq taleyi gözləyirmi? Elm yalnız insanın maddi mövcudluğu üçün deyil, həm də daha incə planda bizim mədəni həyatımızda dərindən kök salmış ənənə və təcrübəni dağıtmaq təhlükəsi yaradır.

Elmin indiki dövr etik normalarını aşağıdakı kimi qruplaşdırmaq olar:


  1. Vəzifə kimi başa düşülən idraka cəhd etmək. Alimin ağılın qüdrətinə, onun bəşəriyyətə xeyir gətirməsi qabiliyyətinə inanması.

  2. İntellektual mülkiyyətə hörmət etmək və plaqiata, yəni başqasının fikrini özününkü kimi irəli sürməyə mənfi münasibət. Başqasının tədqiqat nəticələrindən istifadə edərkən mənbəni mütləq göstərmək lazımdır.

  3. Barışmazlıq, elmi axtarış, elmi düzgünlük tələbi. Əks halda dəyər münasibəti elmdə mənfı rol oynaya bilər; yalançı, elmə zidd müddəaların meydana gəlməsinə səbəb olar.

  4. Elmin etik norması kimi həqiqəti müdafiə etmək. «Platon mənim dostumdur, həqiqət isə daha qiymətlidir» (Aristotel).

  5. İndiki dövrdə alimin sosial məsuliyyəti elmin və texnikanın dünya nizamının dərin, fundamental fıziki, bioloji və b. qatlarına nüfuz etməsi ilə əlaqədar ölçülməz dərəcədə artır. Bu sahələrdə hər bir ehtiyatsız addım bəşəriyyət üçün həddən artıq təhlükəli ola bilər.

Elmin tədrisi - yalnız idrak standartlarını ötürməklə məhdudlaşmayaraq əxlaq təhsilini də özündə birləşdirir. Müasir inkişaf etmiş cəmiyyətdə məktəb və universitetlər insan üçün başqa qurumlar haqqında (ailə, dost-tanışlar, dini təşkilatlar və s.) nəyi bildiyini və kim olmaq istədiyini müəyyənləşdirmək işində daha böyük əhəmiyyət kəsb edir. Elmin tədrisi prosesində dəyərlərin ötürülməsi adətən müəllimlər tərəfindən açıq şəkildə onların öyrədilməsi kimi etiraf edilmir. Nəticədə tələbələr onlara dəyər haqqında deyil, yalnız təkzibedilməz həqiqət haqqında məlumat verildiyini hesab edirlər.



Mirzə Fətəli Axundovun fəlsəfəsi
Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundov (1812– 1878) görkəmli ədib, alim və filosof kimi Azərbaycan mədəniyyəti tarixinə daxil olmuşdur. Zaqafqaziyadakı dövlət idarələrində çalışan M.F.Axundov polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ərəb, fars, fransız dillərini mükəmməl bilmişdir. Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundov Səbuhi təxəllüsü ilə şerlər, «Puşkinin ölümünə Şərq poemasını» yazmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini tam halında nəzərdən keçirən M.F.Axundov Qədim Şərq, Yunanıstan və müsəlman Şərqinə aid mərhələləri fərq­ləndirmiş, onların arasındakı bağlılığı, varislik əlaqələrini görmüş­dür. Böyük alim yazırdı ki, ərəblər elmlərin rüşeymləri ilə ilk dəfə Aristotel, Hippokrat, Qalen, Platon və başqalarının əsərləri vasitə­silə tanış olmuşdur. Qədim yunanlar da öz növbəsində qədim misirlilərdən, hindlilərdən, iranlılardan və finikiyalılardan çox şey əxz etmişlər. M.F.Axundov «Həkimi– ingilis Yuma cavab», «Yek kəlmənin tənqidi» məktubları, «Babilik əqidələri», «Mollayi Ruminin və onun təsnifinin babında» və s. əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini söyləmişdir.

Materialist filosof və yazıçı M.F.Axundovıın (1812-1878) fəlsəfi yaradıcılığı dünyanın ictimai və fəlsəfi fikrini mənimsəyib, yenidən nəzərdən keçirib və inkişaf etdiribdir. Onun fəlsəfi görüşlərinin bilavasitə nəzəri qaynaqları Şərq, rus, Avropa mədəniyyəti və fəlsəfəsi olmuşdur. Hərtərəfli biliyə malik olan Axundov 1863-1866-cı illərdə «Hindistan şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç məktub və Cəmalüddövlənin ona göndərdiyi cavab» adlı fəlsəfi əsərini yazır.

Axundovun fəlsəfi irsində dinin tənqidi mərkəzi yer tııturdu. O, elm və dini bir-birinə qarşı qoyur, onların bir araya sığışmadığını sübut etməyə çalışırdı. Axundov dini tərəqqi yolunda ən böyük mane hesab edirdi. O, yazırdı: “..İslam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs başa düşməmişdi. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o, öz dühası ilə, həqiqətən kəşf edə bilmişdi ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir”.

Axundov öz sosial-siyasi idealının həyata keçirilməsində insan ağlına böyük ümid bəsləyir və göstərirdi ki, elm, maarif tərəqqinin əsas amilidir.

Axundova görə dünyanın əsası maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir, mövcud olması üçün heç bir təbiətüstü varlığa ehtiyacı yoxdur. İdrak məsələsində Axundov materialist sensualizm mövqeyində dayanır və hissi idrakın rolunu həlledici hesab edirdi.

Axundov ədəbiyyat və incəsənəti həyat həqiqətinin bədii üsullarla əksedilməsi kimi qiymətləndirirdi. O, eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuş, beş komediya, povest, şerlər və s. yazmışdı.

Axundovun elmi yaradıclığında sosial-siyasi problemlər böyük yer tutur. O, feodal qayda-qanunlarını və despotik dövlət quruluşunu tənqid edir, ictimai həyatın ədalət əsasında yenidən qurulmasını tələb edirdi. 1850-ci illərdə Axundov maarifpərvər ədalətli hökmdara ümid bağlayırdı. 60-cı illərdə isə o, konstitusiyalı monarxiya fikrini irəli sürürdü.

Axundov hesab edirdi ki, azadlıq insanın təbii hüquqüdur, insanın inkişaf etməsinin zəruri şərtidir. Odur ki, hər bir fərd öz fikirlərini azad surətdə söyləmək, azad şəkildə təbliğ etmək, yaşamaq hüququna malikdir. Axundov insan azadlığı problemini insan hüquqlarının tam təmin edilməsi ilə əlaqələndirir və insan hüququnu tapdalayan quruluşun məhvi məsələsini qəti şəkildə qoyurdu.



Ümumiyyətlə, M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq fəlsəfəsi ilə yanaşı, Qərbi Avropa filosoflarının da xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVII əsr fransız maarifçiləri və XIX əsr rus inqilabçı– demokratlarının təsiri böyük olmuşdur. Sxolastika və mistikanın hökm sürdüyü Şərq mühitindən çıxmasına baxmayaraq, M.F.Axundov bir materialist kimi formalaşa bilmişdir. Böyük alim varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən, heçdən yaranması fikrini qəbul etməmişdir. Varlıq təkdir, yaradan da, yaranan da odur, o, özü– özünün səbəbidir. «Bu kainat bir vahid, qadir və kamil vücuddur, əvvəli də budur, axırı da budur. Nə ondan qabaq başlanğıc olmuşdur, nə də ondan nəhayət olacaqdır. Zaman onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır». Sırf ateist mövqelərindən çıxış edən M.F.Axundov dinin axirət və ruhun ölməzliyi haqqındakı ehkamlarını qəbul etmirdi. M.F.Axundov Azərbaycan fəlsəfəsinin peripatetiklik, işraqilik, panteizm ənənələrinə əsaslanaraq onlardakı istedadlı və dini– mistik cəhətləri atır, materialist prinsipləri isə qəbul edirdi. O, kainatın maddiliyini və yaradılmazlığını, maddənin və cismin məkan və zaman daxilində mövcudluğunu təsdiq edirdi. «Aldanmış kəvakib» əsərində ədalətli şah ideyasını təbliğ edən M.F.Axundov sonralar fəal mübarizə yolu ideyasını müdafiə etmişdir. Ümumiyyətlə, M.F.Axundov Azərbaycan ictimai– siyasi, bədii fəlsəfi fikrində mühüm yer tutan görkəmli alimdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə