«İQTİsadi TƏHLİL» fənni üzrə suallar İqtisadi təhlil özündə əks etdirir




Yüklə 418.16 Kb.
səhifə1/4
tarix10.04.2016
ölçüsü418.16 Kb.
  1   2   3   4






«İQTİSADİ TƏHLİL» fənni üzrə

suallar

1.İqtisadi təhlil özündə əks etdirir:

A) iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması

B) iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması

C)) iqtisadi hal və proseslərin hissələrə ayrılması

D) iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi

E) iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması


2. İqtisadi təhlilin predmetini təşkil edir:

A) təsərrüfat subyektlərinin fəaliyyəti ( təsərrüfat prosesləri, onların səmərəliliyi)

B) təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi

C) təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqn.

D)) təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri

E) təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılma


3. İqtisadi təhlilin məqsədi:

A)) təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi

B) idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması

C) təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması

D) biznes planların hazırlanması

E) təsərrüfat faktlarının sənədləşdirilməsi


4. İqtisadi təhlilin nəzəri əsasını təşkil edir:

A) fəlsəfənin dərketmə nəzəriyyəsi

B)) iqtisadi nəzəriyyə

C) mühasibat uçotu

D) müəssisənin iqtisadiyyatı

E) statistika


5. İqtisadi təhlilin metodoloji əsasını təşkil edir:

A)) fəlsəfənin dərketmə nəzəriyyəsi

B) iqtisadi nəzəriyyə

C) mühasibat uçotu

D) müəssisənin iqtisadiyyatı

E) statistika


6. İqtisadi təhlilin aparılmasının mühüm şərti:

A) göstəricilərin proporsionallığı

B) göstəricilərin qarşılıqlı asılılığı

C)) göstəricilərin müqayisəliliyi

D) göstəricilərin keyfiyyətcə müxtəlifliyi

E) göstəricilərin səmərəliliyi


7.İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir:

A)) idarəetmə funksiyalarının təsnifləşdirilməsi

B) təhlilin vəzifələrinin təsnifləşdirilməsi

C) təhlilin prinsiplərinin təsnifləşdirilməsi

D) təhlilin üsul və metodlarının təsnifləşdirilməsi

E) tədqiqatın metod və metodikası


8.Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

A) iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili

B) daxili və xarici

C) illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik

D) təsərrüfat daxili və təsərrüfatlararası

E)) cari, perspektiv, operativ


9. Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

A)) tam və seçmə

B) sahələri və sahələrarası

C) kompleks və müqayisəli

D) amilli və diaqnostik

E) təsərrüfatdaxili və təsərrüfatlararası


10. Subyektinə görə təhlil bölünür:

A) kompleks və tematik

B)) daxili və xarici

C) tam və seçmə

D) təsərrüfatdaxili və təsərrüfatlararası

E) qabaqcadan və retrospektiv


11. Operativ təhlil aparılır:

A) təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər

B) təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində

C) tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı

D) təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə

E)) təsərrüfat əməliyyatları başa çatdıqdan sonra


12.Cari təhlil imkan verir:

A)) hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək

B) biznes planların icrasını qabaqcadan qiymətləndirmək

C) strateji idarəetmə məsələlərini həll etmək

D) müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq

E) biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək


13. Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir:

A) sabit, dəyişən və dolayı məsrəflər

B) mənfəət, zərər və məhsulun rentabelliyi

C) istehsal , məhsulun yüklənməsi və satışı

D) müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi

E)) satışın həcmi, maya dəyəri və mənfəət


14.Perspektiv təhlildən istifadə olunur?

A) retrospektiv idarəetmə üçün

B) situasiyalı idarəetmə üçün

C)) proqnoz idarəetmə üçün

D) taktiki idarəetmə üçün

E) operativ idarəetmə üçün


15.Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur:

A) məhsulun maya dəyəri

B)) məhsulun funksiyası

C) məhsulun material tutumu

D) məhsulun fond tutumu

E) məhsulun rentabelliyi


16. Maketinq təhlilinin məqsədi:

A)) ətraf mühitin öyrənilməsi

B) maliyyə vəziyyətinin öyrənilməsi

C) müqavilə öhdəliklərinin icrasının öyrənilməsi

D) istehsalın texniki istiqamətinin öyrənilməsi

E) istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi


17. Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

A) hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir

B) maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir

C)) hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənləşdirilməsidir

D) müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

E) ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir


18. Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

A) hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir

B) maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir

C) hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricilərinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir.

D)) müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

E) ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir


19. Müqayisəli üfüqi təhlildən istifadə olunur:

A)) göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün

B) göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün

C) göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün

D) səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün

E) göstəricilər arasında qarşılıqlı əlaqəni


20. Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

A) göstəricilərin dəyişməsinin dinamikasını

B)) göstəricilərin strukturu və xüsusi çəkiləri

C) göstəricilər arasında qarşılıqlı əlaqə vəqarşılıqlı asılılıq

D) yaxşı nəticələri

E) göstəricilər üzrə nisbi kənarlaşmaları


21. İqtisadi təhlilin ən çox baglı olduğu elm:

A) marketinq

B) iqtisadi nəzəriyyə

C) ) audit

D) qiymətin əmələ gəlməsi

E) menecment


22. Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

A) iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər

B)) müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlilini əhatə edən analitik prosedurlar audit sübutlarının əsaslandırılması üçün istifadə olunan müstəqil audit prosedurlarıdır.

C) daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçirilməsində auditor komputer proqram vasitələrindən istifadə edilə bilər

D) audit prosesində hər bir auditor müəssisənin maliyyə təhlilinin metodikasını bilməli və onun əsasında nəticə çıxarmağı bacarmalıdır

E) auditorun vacib funksiyalarından biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir


23. İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

A)) uçot və mühasibat (maliyyə) hesabatının məlumatları iqtisadi təhlilin əsas informasiya mənbəyidir

B) həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında eyni məqsəd və vəzifələr durur

C) həm mühasibat uçotu, həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur

D) müəssisənin biznes planlarının tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur

E) həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından istifadə olunur


24. İqtisadi təhlil aiddir:

A) xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə

B) konkret iqtisad elminə

C)) analitik-informasiya elminə

D) iqtisadi-tarixi elminə

E) fundamental elminə


25. Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

A)) nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası

B) nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası

C) fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası

D) nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi

E) ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi


26. İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

A)) məhsul istehsalı, məhsulun maya dəyəri

B) müəssisənin maliyyə vəziyyəti

C) müəssisənin ödəməqabiliyyəti

D) müəssisənin maliyyə sabitliyi

E) müəssisənin likvidliyi


27. Kompleks iqtisadi təhlil xarakterizə olunur:

A) vahid məqsədi ilə

B) təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə

C)) təhlilin sistemliliyi ilə

D) hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə

E) xüsusi üsulların tətbiqi ilə


28. İstehsal həcminin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

A) amillər

B)) ehtiyatlar

C) müəssisə fəaliyyətində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”

D) səmərəliliyin göstəriciləri

E) təsərrüfat fəaliyyətinin nəticələri


29. İstehsal funksiyası dedikdə başa düşülür:

A)) nəticə və istehlak olunan resurslar arasıqnda asılılıq

B) əmək məhsuldarlığının aşağı düşməsi

C) əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq

D) istehsal proseslərinin intensivləşdirilməsi

E) əmək məhsuldarlığının yüksəldilməsi


30. Mütləq göstəricilərə aiddir:

A) material tutumu

B) fondverimi

C) fondtutumu

D) rentabellik

E)) işçilərin sayı


31. Nisbi göstəricilərə aiddir:

A)) fonverimi

B) heyətin sayı

C) maşınların ortaillik dəyəri

D) məhsulun həcmi

E) dövriyyə aktivlərinin həcmi


32. Keyfiyyət göstəricisi hansıdır?

A)) fonverimi

B) heyətin sayı

C) maşınların orta illik dəyəri

D) məhsulun həcmi

E) dövriyə aktivlərinin həcmi



33. Kəmiyyət göstəriciləri hansıdır?

A) materialverimi

B) fondverimi

C)) dövriyyə vəsaitlərinin dövranı

D) cari ödəmə qabiliyyəti

E) fondtutumu


34. Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

A) funksional

B) qeyrimüəyyən

C) multiplikativ

D)) korrelyasiya

E) aktiv
35. Reqressiv təhlilin vəzifələrinə daxildir:

A) təsadüfi tərkib elementinin müəyyən edilməsi

B)) nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi

C) qurulmuş trendin etbarlılığının qiymətləndirilməsi

D) mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi

E) göstəricilərin dəyişməs dinamikasının müəyyən edilməsi
36. Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etmək-dir:

A)) hər bir amilin nəticəyə təsirinin

B) məcmu amillərin nəticəyə təsirini

C) nəticənin məcmu amillərə təsirini

D) nəticənin hər bir amilə təsirini

E) bir nəticə göstəricisinin digərinə təsirini


37. Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

A) xətti


B) ) funksional

C) qarışıq

D) stoxastik

E) korrelyasiya


38. Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təsir edir?

A)) müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti

B) istehsal resursları

C) istehsalın texniki-təşkilati səviyyəsi

D) məsrəflər, məhsulun həcmi, mənfəət

E) istehsal məsrəfləri, məhsulun maya dəyəri


39. İqtisadi təhlilin əsas istiqamətləri:

A) müqayisə

B)qiymətləndirmə

C) qruplaşdırma

D) diaqnostik

E)) fəaliyyətin qiymətləndirilməsi, diaqnostika, proqnozlaşdırma


40. İnzibati idarəetmə sistemində proqnozlaşdırmanın təşkili xarakterizə olu-nur:

A) sosial və bazar proqnozların prioriteti ilə

B) dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə

C) planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə

D)) proqnozlaşdırmanın dövlətsizləşdirilməsi ilə

E) strateji planlaşdırmaya üstünlük verilməsi ilə


41. İqtisadi təhlilin obyektlərinə daxildir:

A) müəssisənin maliyyə sabitliyi

B)) təsərrüfat fəaliyyətinin nəticələri

C) əmtəəlik məhsulların istehsalı və satışı

D) istehsalın idarə edilməsi prosesi

E) istehsal olunmuş məhsulun miqdarı


42. Operativ təhlilin obyektlərinə daxildir:

A) müəssisənin maliyyə hesabatları

B) müəssisənin biznes planları

C) məhsul istehsalı və satışı

D)) müəssisənin fəaliyyətinin nəticələri

E) müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar


43. İqtisadi təhlilə aiddir:

A) statistik təhlil, ekoloji təhlil

B) mühasibat uçotu, diaqnostik təhlil

C)) idarəetmə təhlili, maliyyə təhlili

D) idarəetmə uçotu, idarəetmə təhlili

E) maliyyə təhlili, perspektiv təhlil


44. Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

A)) maliyyə sabitliyi və ödəmə qabiliyyəti

B) istehsal resursları

C) istehsalın təşkilati-texniki səviyyəsi

D) məsrəflər, məhsulun həcmi və mənfəət

E) istehsal məsrəfləri və maya dəyəri


45. Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

A) iqtisadi – texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili

B) daxili və xarici

C)) illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik

D) təsərrüfatdaxili və təsərrüfatlararası

E) cari, perspektiv, operativ


46. Marketinq təhlil tətbiq edilir:

A) maliyyə vəziyyətini qiymətləndirmək üçün

B) müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün

C) daxili və xarici bazarın öyrənilməsi üçün

D) istehsalın texniki istiqamətini öyrənmək üçün

E) istehsal resurslarından istifadə səviyyəsini qiymətləndimək üçün



47. Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaş­dırılmasını xarakterizə edir:

A) müqavilə öhdəliklərinin yerinə yetirilməsi

B) mövcud təsrrüfatdaxili ehtiyatlardan istifadə olunması

C) istehsal proqramının yerinə yetirilməsi

D) müəssisənin fəaliyyətinin maliyyə nəticələri

E)) qabaqcadan və retrospektiv


48. Kompleks iqtisadi təhlildən istifadə edənlər

A)) müəssisənin rəhbəri

B) vergi müfəttişi

C) kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi

D) jurnalistlər

E) malgöndərənlər



49.Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

A) operativ-uçot, və təqvim-operativ məlumatlar

B) göndəlik plan tapşırıqları və statistik məlumatlar

C) biznes-planların və operativ uçotun məlumatları

D) statistik və operativ məlumatlar

E)) mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar



50.İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər:

A)) münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq

B) münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, rasionallıq

C) gerçəklik, müqayisəlilik, sistemləşdirmə

D) elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

E) gerçəklik, şəffaflıq, təsirlilik, operativlik


51.İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür:

A) plan, plandan kəna və uçot məlumatları

B)) rəsmi sənədlər, plan - normativ informasiya, uçot və uçotdan kənar mənbələr

C) rəsmi mənbələr, operativ və cari məlumatlar

D) normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar

E) uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası



52.İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan istifadə olunur:

A) statistik məlumatların əldə edilməsi üçün

B) müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün

C) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin göstəricilərinin səviyyəsinin təyin edilməsi üçün

D) müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatların əldə edilməsi üçün

E)) hansı əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi


53.İqtisadi təhlilin evristik metodlarına aiddir:

A)) beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları

B) inteqral, indeks, beyin hücumu üsulları

C) zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları

D) balans, ekspert

E) riyazi-iqtisadi metodlar



54.Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

A)) additiv

B) aktiv

C) mütləq

D) qarışıq

E) təkrarlanan


55. Amillərin hasilini əks etdirən modellər necə adlanır?

A) multimedia

B) ) multiplikativ

C) mütləq

D) qarışıq

E) təkrarlanan


56.Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

A)) universallığı

B) müəyyən olunmamış qalığın mövcudluğu

C) yerdəyişmənin ardıcıllığının müəyyən edilməsinə zəruriyyət yoxdur

D) hesablaama prosedurlarının həcminin azalması

E) səmərəlilik


57. Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

A) müəyyən olunmamış qalığın mövcudluğu

B) yerdəyişmənin ardıcıllığının müəyyən edilməsinə zəruriyyət yoxdur

C) universallığı

D) ) hesablama prosedurlarının həcminin azalması

E) səmərəlilik


58. İndeks üsulunun üstünlükləri hansıdır?

A) ) kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətlərində göstərilir

B) yerdəyişmənin ardıcıllığının müəyyən edilməsinə zərurət yoxdur

C) müəyyən olunmamış qalıq yoxdur

D) müəyyən olunmamış qalıq mövcuddur

E) hesablama prosedurlarının həcmi azalır

59.Məhsul satışından mənfəət necə hesablanır:

A) ) ümumi pul gəliri (ƏDC və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi

B) pul gəliri (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi

C) vergiyə cəlb edilmiş mənfəət məbləği ilə

D) balans və xalis mənfəət arasında fərq kimi

E) xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi


60.Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumi-ləşdirilmiş göstəriləri:

A)) mənfəət

B) maya dəyəri

C) rentabellik

D) əməliyyat

E) satışdan kənar mənfəət


61.Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

A) göstəricilərin müqayisəli təhlili

B)) göstəricilərin şaquli təhlili

C) göstəricilərin üfiqi təhlili

D) göstəriclərin trend təhlili

E) göstəricilərin amil təhlili



62.Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

A) gəlir və xərclər arasında fərq kimi

B) ) məhsul satışının, sair satışın və satışdan kənar əəliyyatların nəticələrinin cəbri məbləği kimi

C) əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi

D) məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyatlarının nəticəsinin cəmi kimi

E) məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi



63.Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

A) ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi

B) ) pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi

C) sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi

D) pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi

E) pul gəliri və kommersiya xərclərin arasında pul gəliri və kommersiya xərclər arasında fərq kimi



64.Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir:

A) satış həcminin dəyişməsi, satışın strukturunun dəyişməsi

B) istehsalın texniki – təşkilati səviyyəsinin dəyişməsi, məhsulun həcminin dəyişməsi

C) məhsulun orta satış qiymətinin dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi

D) b,c variantları

E) ) a,c variantları



65.Satışın həcminin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

A) ) satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi

B) satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənffət məbləği arasında fərq kimi

C) satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi

D) satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi

E) faktiki və plan mənfəət məbləği arasında fərq kimi



66.Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışından mənfəəti məbləğinə təsiri hesablanır:

A)) faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi

B) məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi

C) satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi

D) satışın plan həcminə və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi

E) faktiki mənfəət məbləği və satışın faktiki həcminə, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləği arasında fərq kimi



67.Məhsulun tam maya dəyərinin dəyişməsinin satışdan mənfəətin həcminə təsiri hesablanır:

A)) faktiki maya dəyəri və satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasında fərq kimi

B) maya dəyəri göstəricisi üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi

C) istehsal maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcmnə hasili kimi

D) inzibati və kommersiya xərcləri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi

E) maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi



68.Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

A) əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondtutumu

B) ) satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri

C) işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu

D) məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri

E) məhsulun əmək tutumu, əsas fondların dəyəri



69. Ümumi mənfəət hesablanır:

A)) əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmət) maya də-yəri arasında fərq kimi

B) ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi

C) satışdan mənfəət ilə vergi məşləği arasında fərq kimi

D) satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə