İqtisadi strukturun əsas sahələri




Yüklə 0.51 Mb.
səhifə1/5
tarix09.03.2016
ölçüsü0.51 Mb.
  1   2   3   4   5
İqtisadi strukturun əsas sahələri”
Giriş


  1. Əhali

    1. Əhalinin pul gəlirləri

    2. Ümumi daxili məhsul

  2. Maddi istehsal sahələri

    1. Sənaye

    2. Yanacaq-enerji və material resursları

    3. Kənd və meşə təsərrüfatı

    4. Tikinti

    5. Nəqliyyat və rabitə

    6. Ticarət və iaşə

  3. Sosial-mədəni sahələr

    1. Təhsil, elm və mədəniyyət

    2. Səhiyyə və istimai təminat

    3. Turizm və ekologiya

    4. Məişət xidməti və mənzil-kommunal təsərrüfatı

Nəticə
Ədəbiyyat

Giriş
Mən öz kurs işimi Azərbaycan Respublikasının iqtisadi strukturunun misalında yazmışam.

İqtisadiyyat üzrə nobel mükafatı laureatı Duqlas Nort 6 yanvar 2006 il tarixdə Bostonda Birləşmiş İctimai Elmlər Assosayisanın konfransında çıxış edərək bildirmişdir ki, yaşadığımız dünya elə sürətlə dəyişir ki, mövcud nəzəriyyə əsasında siyasəti qurmaq və ya proqnazlaşdırmaq demək olar ki, mümkün deyil. Müasir nəzəriyyə ətalətlidir, dinamik deyildir. O, müəyyən məqamda mövcud problemlərin həlli üçün yaradılmışdır. Lakin, bugünkü problemlər dinamik xarakter daşıyır.

İqtisad elmi tarixində müxtəlif elmi nəzəriyyələr mövcud olmuşdur. Bu iqtisadi nəzəriyyələrin hər birində iqtisadiyyatın öyrənilməsi çox vacib olan bir sıra sahələri öz əksini tapmışdır.

İqtisadi struktur XX əsrin 40-cı illərindən başlayaraq, Neoliberalizm nəzəriyyəsinin görkəmli nümayəndələri olan alman iqtisadçı alimləri V. Ryopke, L. Erxard və V. Oyken tərəfindən “təsərrüfatçılıq prosesinin istiqamətləri forması” kimi adlandırılırdı. Eyni zamanda onlar göstərirdilər ki, ümumiyyətlə, bütün ictimai quruluşda tarixi inkişaf dövrlərindən, iqtisadi artımın mərhələləridən asılı olmayaraq iki formada, “mərkəzləşdirilmiş idarəetmə təsərrüfatı” və “bazar təsərrüfatı” sərbəst və açıq təsərrüfat şəklində mövcuddur. Bu alimlər icma, feodal, nasist və planlı-sosialist təsərrüfatçılıq formalarını mərkəzi idarəetmə təsərrüfatçılığının tipləri kimi göstərirdilər.

Sovet İmperiyası dağıldıqdan sonra müstəqillik əldə etmiş Azərbaycanın milli iqtisadiyyatının yenidən formalaşması inzibati-amirlik iqtisadi sistemindən bazar iqtisadiyyatına keçid dövrünə təsadüf etdiyi üçün əhalinin xeyli hissəsi köhnə ideya və ideologiyalardan xilas olmaqda çətinlik çəkirlər, yeni sistemə çətin uyğunlaşırlar.

Bu problemin həllinə mane olan amillərdir. Ona görə də köhnə sistemin mənfi tərəflərini və yeni sistemin üstünlüklərini göstərən məqalə və əsərlərin yazılması vacib məsələlərdəndir. Azərbaycanın sabiq prezidenti Heydər Əliyev demişdir:

“Ola bilsin, məsələn, fizika, kimya, riyaziyyat elmi üzrə heç şey dəyişməyibdir. Ancaq ictimai-siyasi elmlər sahəsində çox şeylər dəyişmişdir. İndi o kitablardan, o ehkamlardan, o qanunlardan, o ideyalardan, o ideologiyalardan imtina etmişik. Bu tamamilə təbiidir və biz onlara qayıtmayacağız. Ancaq yenilərini də yaratmamışıq. Əgər bu sistemdə nəsə yaramırsa, ondan yaxşısını yaratmaq lazımdır.”

Əhali
Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86.6 min kv.km-dir. 2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51.5%-ni şəhər və 4 milyon 11 min nəfər və ya 48.5%-ni kənd sakinləri təşkil etmişdir.

Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49%-i kişi, 4 milyon 207 min nəfəri və ya 51%-i qadınlardır. Hazırda 1000 kişiyə 1037 nəfər qadın düşür.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26%-i 0-14 yaşda, 67%-i 15-64 yaşda, 7%-i isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29%-i 18-34 yaşda olan gənclərdir, onların da yarıdan bir qədər çoxu şəhərdə yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min körpə və ya hər gün təxminən 312 yeni kişik vətəndaş dünyaya gəlir. 2003-cü ildə ölkədə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 14 nəfər təşkil etmişdir.
Əmək ehtiyatları 1990-2002-ci illərdə aşağıdakı kimi olmuşdur

(min nəfər)

Əmək ehtiyatları

1990

1995

1998

1999

2000

2001

2002

Cəmi

4014.5

4227.8

4437.8

4566.7

4685.8

4890.5

4896.2

Əmək qabiliyyətli yaşında əmək qabiliyyətli əhalinin sayı

3859.9

4068.0

4284.1

4412.2

4530.8

47.36

4740.6

İqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər

143.0

149.5

142.2

142.5

142.8

142.2

142.6

İqtisadiyyatda məşğul olan yeniyetmələr

11.6

10.3

11.5

12.0

12.2

12.3

13.0

Cədvəldən aydın görünür ki, iqtisadiyyatın sahələri üzrə məşğul olacaq əhali yetərli saydadır. Infrastruktur sahələr yarandıqca Azərbaycan Dövləti tərəfindən bu imkandan səmərəli istifadə edilməyə artıq başlanılmışdır.

Son illər ölkəmizdə məşğulluq və işsizlik probleminə geniş yer verilir.

Bu gün ölkə üçün həlli vacib ən mühüm sosial-iqtisadi məsələ-işsizlik probleminin həllidir. Bu istiqamətdə dövlət proqramına uyğun olaraq çox mühüm tədbirlər həyata keçirilir.




    1. Ümumi daxili məhsul

Müstəqilliyin ilk illərini dərinləşən sosial-iqtisadi böhran vəziyyətində yaşamış Azərbaycan Respublikası 1995-ci ildə beş ildən artıq davam edən geriləmə prosesinin qarşısını tam ala bilmiş və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olmuşdur. 1991-1995-ci illər ərzində iqtisadiyyatın sahələrində istehsal olunmuş ümumi məhsul hər il 13-20% azalırdısa, 1996-cı ildə onun fiziki həcm indeksi 1995-ci ilə nisbətən 1.3% artmış və sonrakı dövrlərdə bu artım ildən-ilə sürətlənmişdir. Istehsal olunan ümumi daxili məhsulun həcmi 1990-2003-cü illər arası belə olmuşdur:



Ümumi daxili məhsul


İllər

Cəmi




Adambaşına




1$=manat




Mlrd manat

Mlyn $

Manat

$




1990

1.5

2443.3

207.8

346.3

0.6

1991

2.7

703.1

373.6

98.3

3.8

1992

24.1

1309.8

3318.6

180.4

18.4

1993

157.1

1326.9

21302.0

179.9

118.4

1994

1873.4

1629.3

250568.4

217.9

1149.8

1995

10669.0

2415.2

1410329.3

319.3

4417.5

1996

13663.2

3180.8

1787651.6

416.2

4295.5

1997

15791.4

3960.9

2045968.7

513.2

3986.8

1998

17203.1

4446.6

2207506.7

570.6

3868.8

1999

18875.4

4583.6

2400595.2

583.0

4118.0

2000

23590.5

5272.6

2975367.7

665.0

4474.2

2001

26578.0

5707.8

3325908.5

714.3

4656.4

2002

30312.3

6236.1

3764614.5

774.5

4860.8

2003

35053.4

7138.0

4320006.9

879.7

4910.8

90-cı illərin ikinci yarısında dövlət əmlakının özəlləşdirilməsi prosesinin başlanması, vergi sistemində islahatların aparılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və on ların qorunmasına təminat verilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında 1995-ci ildən başlayan dirçəliş iqtisadiyyatın bütün sahələrində özünü biruzə vermişdir.

Ölkədə bazar iqtisadiyyatına keçid istiqamətində islahatların həyata keçirilməsi özəl sektorun ildən-ilə inkişafında və onun ölkə iqtisadiyyatında mühüm yer tutmasında həlledici rol oynamışdır.


    1. Əhalinin pul gəlirləri

90-cı ilin birinci yarısında inflyasiyanın sürətlə artması və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi müşahidə olunurdu. 1991-1994-cü illərdə həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real istifadədə 3.6 dəfə aşağı düşmüşdür. Bu illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1.4 dəfə azalırdı. əhalinin gəlirlərində xüsusi çəkisi böyük olan əmək haqqının artması bu dövrdə pulun qiymətdən düşməsi ilə ayaqlaşa bilməmiş və 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8.2 dəfə aşağı düşmüşdür.

90-cı iləərin ikinci yarısında yeni sosial-iqtisadi inkişaf proqramının və xalqın rifahının yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi iqtisadi vəziyyətin sabitləşməsinə, Azərbaycan Respublikasında əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşmasına səbəb olmuşdur.

1999-2003-cü illərdə əhalinin əldə etdiyi pul gəlirlərinin nominal həcmi 1.5 dəfə artmışdısa, istehlak mallarının və xidmətlərin qiymətləri 0.8% düşmüşdür.



2. Maddi istehsal sahələri
2.1 Sənaye
Ölkə iqtisadiyyatında aparılan geniş miqyaslı islahatlar nəticəsində 1995-2003-cü illərdə sənaye sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə sənaye məhsulu istehsalı 22.3% və ya orta hesabla hər il 2.7% artmışdır. əldə olunan bu artım sənaye istehsalında 1997-ci ildən başlayaraq müşahidə olunan və 2003-cü ildə də davam etmiş müsbət artım meylləri hesabına olmuşdur. Onları aşağıdakı hesabat məlumatları da xarakterizə edir:
Müvafiq illərin struktur və metodologiyasına əsasən sənayenin ümumi iqtisadi göstəriciləri

Göstəricilər

1990

1995

1998

1999

2000

2001

2002

2003

Məhsulun həcmi (mlrd. manat)

1.2

8856

12878

14412

20098

18845

20098

24673

Fəaliyyət göstərən müəssisələrin sayı

1969

2094

1299

1756

1974

2138

2357

2412

Sənayedə məşğul olan işçilərin sayı (min nəfər)

450.0

334.4

200.8

200.2

200.2

185.9

176.9

170.9

Əsas istehsal fondları (mlrd. manat)

18360.8

28094.2

36328.0

37236.2

38874.6

41479.2

47452.2

59720.0

Fondverimi (manat)

3.18

0.86

0.53

0.52

0.54

0.54

0.53

0.46

Hasilat sənayesi ilə yanaşı emal sənayevi də inkişaf edir. Son beş il ərzində emal sənayesi sahələrində məhsul istehsalı 33.7%, o cümlədən yeyinti sənayesində 28.3%, taxta məmulatları istehsalında 2 dəfə, kağız məmuları istehsalında 29.7%, kimyəvi məhsulların buraxılışında 2.3 dəfə, tikinti materialları istehsalında 4.2 dəfə, metallurgiya sənayesində 3.0 dəfə və s. sahələrdə artmışdır.

Son illərdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastikdən qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalına başlanılmışdır.

Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlamışdır.

Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. 1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-i vəziyyətinə onların sayı 5536-ya çatmışdır. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən “açıq qapı” siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı 3 dəfə artmışdır. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən 192 xarici investisiyalı müəssisə fəaliyyət göstərir, nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayət olunur.
2.1 Yanacaq-enerji və material resursları
Azərbaycan Respublikası üzrə yanacaq-enerji və material resurslarının istehsalı və istehlakının ümumi həcmi, uzaq və yaxın dövlətlərlə dövlətlərlə yanacaq-enerji və material resursları üzrə iqtisadi əlaqə, həmçinin ehtiyatların ayrı-ayrı növlərinin bir sıra istiqamətlərdə istifadəsi vacib məsələdir.

Ölkədə sənayenin ən aparıcı sahələrindən olan yanacaq-enerji resursları 2003-cü ildə 46.9 milyon ton şərti yanacaq olmuşdur. 2003-cü ildə ölkə daxilində yanacaq-enerji resursların 60.9%-i istehlak olmuşdur. Bu resursların 33.5%-ni itkilər, 2.9%-ni ilin sonuna qalıq təşkil etmişdir.



Istehlak olunmuş yanacağın 27.6%-i elektrik və istilik enerjisi istehsalına, 33.7%-i xammal kimi, 38.7 faizi digər ehtiyaclara sərf edilmişdir. Onlardan elektrik və istilik enerjilərinin ehtiyatları və istehlakı aşağıdakı kimi olmuşdur.
Elekrtik enerjisinin ehtiyatları və istehlakı (milyon kvt.saat)





1990

1995

1999

2000

2001

2002

2003

Ehtiyatlar-cəmi

24904

17943

19812

19571

20612

21076

23722

Daxili istehlak-cəmi

18439

15001

16145

16423

17086

16317

18407

Sənaye

8905

4442

2844

2671

3381

3041

4390

Tikinti

872

175

60

36

75

25

37

Kənd təsərrüfatı

2142

2603

903

803

827

662

696

Nəqliyyat

807

663

632

537

551

503

657

Əhali

1065

4075

9147

9902

10172

11139

12079

Sairə

4648

3043

2559

2474

1580

947

548

İtkilər

3109

2443

2781

2770

2560

3834

4444

İxrac

3356

499

886

378

966

925

871

Son üç ildə istilik enerjisinin istehlakı (min hkal) və iqtisadi fəaliyyət növləri üzrə istifadəsinin (min hkal) hesabat məlumatları belədir:

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə