İqtisadi nəzəriyyənin predmeti, metodu və metodologiyası




Yüklə 21.69 Kb.
tarix21.04.2016
ölçüsü21.69 Kb.
AZƏRBAYCAN DÖVLƏT İQTISAD UNIVERSITETI

Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodu və metodologiyası

Kommersiya fakultəsinin

I kurs 928-ci qrup tələbəsi

Zamanlı Hüseyn Rizvan oğlu

Baki - 2013

İqtisadi nəzəriyyənin predmeti, metodu və metodologiyası

İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişafının qanunauyğunluqlarını öyrənən elmdir.

İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır.

Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araşdıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlərdir.

İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir.

Metodologiya – metodlar haqqında elmdir.

İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar:


  1. Subyektivçi (subyektiv idealizm mövqeyindən);

  2. Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən);

  3. Rasionalist;

  4. Dialektik materislist;

Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur.

Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur.

Rasionalist yanaşmada sivilizasiyanın “təbii” və ya rasionalist qanunlarını tapmağı qarşısına məqsəd qoyur. Belə yanaşma cəmiyyəti bərabərhüquqlu subyektlərin məcmusu kimi təsəvvür edən subyektçilərdən fərqli olaraq cəmiyyəti siniflərə bölündüyünü etiraf etməyə imkan verirdi. Belə yanaşmada əsas diqqət dəyərə, qiymətə, iqtisadi qanunlara verildi.

Dialektik-materialist yanaşma elmi problemlərin empirik pozitivizm (təcrübə) əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunurdu. İqtisadi problemlər və hadisələr daima yaranır, inkişaf edir və məhv olurlar, yəni daim hərəkətdədirlər, dialektika da bundadır.

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca “Methodos” sözündən olub tədqiqat yolu deməkdir.

Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çuğlaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışları heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, məhiyyətini əks etdirir.

İkinci bir metod isə analiz və sintez metodudur. Analiz metodu vasitəsilə iqtisadi hadisələr bütöv bir şəkildə dötürülüb, sadəkəşdirilir və müəyyən hissələrə, tərəflərə ayrılır. Bu zaman iqtisadi sistemin hər hissəsi ayrı – ayrı təhlil edilir, mahiyyəti üzə çıxarılır. Daha sonra isə sintez etmək yolu ilə bu hissələr iqtisadi sistemdə birləşdirilir.

Digər bir metod isə tarixi və məntiqi metoddur. Bu metod yolu ilə iqtisadi anlayışlar, kateqoriyalar, qanunlar xronoloji ardıcıllıqla şərh edilir. Məntiqi metod vasitəsilə isə iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi təhlil edilir. Burada tarixi metodla məntiqi metod bir – birini tamamlayır və vəhdət təşkil edir.

Bundan başqa induksiya və deduksiya kimi araşdırma vasitələri (metodları) da mövcuddur. İnduksiya sözünün mənası latıncadan tərcümədə “yönəltmə“ deməkdir.Bu metod yolu ilə ilk növbədə iqtisadi problemlərə aid faktlar yığılır, seçilib sistemləşdirilir. Bundan sonra iqtisadi nəzəriyyənin əsas vəzifəsi yığılmış faktları ümumiləşdirmək və mənasını izah etməkdir.



İnduksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip”, və “modellər” çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir.

Deduksiya – latın dilində mənası hasiletmə deməkdir. Deduksiya metodu vasitəsilə toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün vacib tövsiyələr hazırlanır. Beləliklə, həm deduksiya, həm də induksiya metodlarının birllikdə tətbiq edilməsi nəticəsində nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək olur.

Yuxarıda qeyd etdiyimiz metodlar iqtisadi hadisə və proseslərin keyfiyyət tərəfləri vasitəsilə başa düşülməsi, dərk edilməsi idi. Lakin, bununla yanaşı bu hadisə və proseslərin kəmiyyət tərəfləri yolu ilə dərk edilməsi də mövcuddur. Kəmiyyət tərəfləri isə statistikanın, riyazi üsulların, modelləşdimə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar, metodlar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində, tədqiq edilməsində geniş istifadə olunur.



İstifadə olunmuş ədəbiyyat

  1. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1,2. Q.P.Juravlyovanın ümumi elmi redaktəsi ilə. Tərcümə Ə.P.Babayev redaktəsi ilə. Moskva, 2009


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə