İQTİsadi NƏZƏRİYYƏ Fakültə: sosial elmlər və psixologiYA




Yüklə 320.52 Kb.
səhifə1/3
tarix29.02.2016
ölçüsü320.52 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ





Kafedra: İQTİSADİ NƏZƏRİYYƏ

Fakültə: SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA

Qrup:

Kurs:

KURS İŞİ

Mövzu: TƏDİYƏ BALANSI VƏ ONA TƏSİR EDƏN

AMİLLƏR


Tələbə

Elmi rəhbər:

Kafedra müdiri:

Bakı - 2007

Mövzu: Tədiyə balansı və ona təsir edən amillər

PLAN


Giriş

1.Tədiyə balansının struktur elementləri və mahiyyəti.

2.Tədiyə balansının dəyişməsi və ona təsir edən amillər.

3.Tədiyə balansında valyuta fərqləri, idxal və ixrac malları.

4.Tədiyə balansının natarazlığı və onun aradan qaldırılması.

6.Azərbaycanda tədiyə balansı



Nəticə

GİRİŞ


Mən öz kurs işimdə bir ölkədə olan tədiyə balansı və ona təsir edən amillərini göstərmək istərdim. Bu mövzu bu gün çox aktual mövzulardan biridir. Bizim iqtisadiyyatımız özünün çətin anlarını yaşayır. İqtisadiyyatın strukturunda çoxlu dəyişikliklər edilməlidir, əsasən də büdcə və vergi sistemləri yenidən qurulmalıdır.Müxtəlif ölkələrin alıcıları, satıcıları və sifarişçiləri arasında həyata keçirilən alqı-satqı prosesi beynəlxalq ticarət adlanır.Beynəlxalq ticarət dünya ölkələri arasında elmi-texniki sahədə əməkdaşlığın genişlənməsinə və dünya xalqlarının maddi və mənəvi tələbatlarının ödənilməsinə şərait yaradır. Beynəlxalq ticarət, ticarət edən bütün ölkələrin hamısına da eyni zamanda fayda verə bilər. Qloballaşan dünyamızda dünya ticarətində yüksək paya sahib olan ölkələrin milli pul vahidlərinin dəyərindəki dəyişikliklər dərhal onunla iqtisadi əlaqədə olan ölkənin xarici ticarət balansını, valyuta məzənnəsini, faiz dərəcəsini, tədiyə balansını və başqa iqtisadi göstəricilərinə təsir edir və onların dəyişməsinə səbəb olur. Ehtiyat valyuta statusu emitent ölkəyə aşağıdakı üstünlükləri verir:

-milli valyutadan tədiyə balansının kəsirini faizsiz və müddətsiz kredit almaq (avtomatik olaraq) hesabına ləğv etmək;

- rəqiblərin ziyanına olaraq milli inhisarların xaricə iqtisadi müdaxiləsini stimullaşdırmaq.

Eyni zamanda emitent ölkə aşağıdakı işləri görmək məcburiyyətində qalır:

- valyutanın nisbi sabitliyini təmin etmək;

- davalvasiya, valyuta və ticarət məhdudiyyətlərinə yol verməmək.

Qeyd edək ki, Beynəlxalq hesablaşma vahidi, valyuta vahidi olub, beynəlxalq tələb və öhdəliklərin nisbi miqyasının ölçülməsi, valyuta pariteti və valyuta kurslarının müəyyən edilməsi üçün istifadə olunur.

Beynəlxalq hesablaşma vahidlərinə aşağıdakılar aid edilir:

1. SDR (borc almaq üçün xüsusi hüquq).

2. AVRO (Avropa valyuta vahidi).

SDR VBF-da, (Beynəlxalq nəqdsiz hesablaşmalar) AVRO isə Avropa İqtisadi Birliyinin Avropa əməkdaşlığı Fondunda hesablaşmalar üçün istifadə olunur. Bu beynəlxalq aktivlərin şərti dəyəri valyuta səbətinə daxil olan valyutaların dəyəri və məzənnəsinin dəyişməsinin orta çəkili kəmiiyyəti bazasında hesablanır.

Beynəlxalq valyuta likvidi valyuta sisteminin elementidir.

Valyuta likvidinə aşağıdakılar daxildir:

- qızıl-valyuta ehtiyatları;

- BVF ehtiyat kreditləri;

- SDR və AVRO ilə hesablar.

Valyuta pariteti valyuta məzənnəsinin əsasını təşkil edir. Valyuta məzənnələri aşağıdakı kimi fərqləndirilir:

- qəti müəyyən edilmiş valyuta məzənnələri. Onlar dar çərçivədə dəyişilir;

- tərəddüd edən valyuta məzənnələri. Onlar valyutanın bazar tələb və təklifindən asılı olaraq dəyişir.

Çox amilli proses kimi valyuta məzənnəsi digər iqtisadi kateqoriyalara (dəyər, qiymət, pul, faiz, tədiyyə balansı və s.) əlaqədardır.


Valyuta məzənnəsinə təsir edən amillər sırasında tədiyə balansının vəziyyətini də xüsusilə vurğulamaq olar:

- pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya. Valyuta məzənnəsi onun obyektiv əsasını təşkil edən milli pul vahidlərinin əmtəələrə (xüsusi əmtəə olan - qızıla) münasibətdə alıcılıq qabiliyyəti bazasında dəqiqləşdirilir.

- tədiyə balansının vəziyyəti. Valyuta məzənnəsi, beynəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, ilk növbədə beynəlxalq hesablaşmaların xarici iqtisadi əlaqəlarin iştirakçıları tərəfindən lazımi xarici valyutaların alınıb-satılması yolu ilə həyata keçirilməsi ilə əlaqədardır. Aktiv tədiyə balansı milli valyutanın məzənnəsinin yüksəlməsinə kömək edir. Passiv tədiyə balansı isə milli valyutanın məzənnəsinin aşağı düşməsinə imkan verir. Balansın aktivliyi halında milli valyutaya tələbat artır, passivliyi halında isə borclular milli valyutanı xarici valyutaya dəyişməyə can atırlar. Bir sözlə, tədiyə balansının vəziyyəti valyutaların tələb və təkliflərinə bilavasitə təsir etməklə, valyuta məzənnəsinin səviyyəsini şərtləndirən amil kimi çıxış edir.

1.Tədiyə balansının struktur elementləri və mahiyyəti

Tədiyə balansı bir ölkədə hər-hansı bir müəyyən vaxt ərzində xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbətdir.

Daxil olan pul, ödəmələrdən artıq olduqda tədiyyə balansı aktiv, əskik olduqda isə passiv adlanır. Yəni daha doğrusu, daxil olan pul ödəmələrdən artıq olduqda müsbət saldo, əksinə olduqda isə mənfi saldo adlanır. Tədiyə balansının passiv qalığı adətən, öz valyuta hesabına, ya da xarici istiqraz, kreditlərin və idxal edilmiş xarici kapitalın köməyilə ödənilir. Belə bir faktı nəzərdən keçirək. Keçmiş SSRİ-də xarici iqtisadi fəaliyyətin uçotu və statistikası müttəfiq respublikalar tərəfindən aparılmışdır.

Müsbət saldodan danışarkən aşağıdakıları da qeyd etmək istərdim:

1950-ci ilin əvvəllərində dünyada bir «dollar qıtlığı» dövrü yaşandı. Amma

getdikcə ABŞ-nın kəsirinin böyüməsi ilə yanaşı dollara olan etimad göstəricisi azalmağa başladı. 1960-cı illərin əvvəllərində möhtəkirlər xaricdəki dollar ehtiyatlarının ABŞ-ın qızıl ehtiyatlarını aşdığını görərək dollardan qaçıb qızıla hücum etməyə başladılar. Bundan sonra 1960-cı ilin yanvar ayında ABŞ və digər sənayeləşmiş ölkələrin iştirakı ilə London Qızıl Fondu quruldu. Onun vəzifəsi London bazarında spekulyativ tələbi qarşılamaq üçün İngilis Mərkəz Bankına qızıl satışlarında kömək etmək idi. Yəni xüsusi ilə ABŞ rəsmi ehtiyatlardan özəl spekulyatorlara qızıl sataraq qızılın özəl bazar qiymətini bir unsiya üçün 35 dollardan sabit saxlamaq istəyirdi.

Ancaq ABŞ-ın rəsmi qızıl ehtiyatlarındakı böyük azalmaya baxmayaraq, spekulyasiyanın dayanmaması nəticəsində 1968-ci ildə London Qızıl Fondu dağıldı. Maraqlı məqam budur ki, öəlkələr bundan sonra özəl bazarda qızıl qiymətlərini dəstəkləməmək qərarı aldılar. Yəni qızılda ikili bir qiymət sistemi mənimsənilirdi. Rəsmi qızıl qiymətləri əvvəlki səviyyədə qalır, ancaq özəl bazar qiyməti tələb və təklifin birgə şərtlərinə görə formalaşacaqdı.

Beləcə Amerika dolları həm qızıl, həm də Alman markası və Yapon iyeni kimi pullar qarşısında aşırı dəyərləndirilmiş oldu. Maraqlı olan iəqam budur: ABŞ pulunu başqa bir ölkənin valyutası ilə ölçmədiyi üçün dolları devalvasiya edə bilmirdi. Başqa ölkələr pullarını revalvasiya etdikləri zaman dollar dolayı yolla devalvasiya edilirdi.

Bu baxımdan ABŞ tədiyə balansı müsbət soldo verən ölkələrdən, o cümlədən Almaniya və Yaponiya hökumətlərinə pulların dollara qarşı revalvasiya edilməsini istəyirdi. Onlar da bu əməliyyatdan zərər görə biləcək ixracatçı və idxalata rəqib sənayeçilərin təzyiqlərinə görə buna yanaşsmırdılar. ABŞ-ın prezidenti Nikson 1971-ci ildə bu ölkələri kurs tənzimləmələrinə məcbur etmək üçün bir çox tədbirlər gördü. Bu dövrdə ABŞ xarici ölkələrin mərkəzi banklarına qarşı dolların qızıl konversiyasını dayandırdı. Ancaq bu uyğulamanın müvəqqəti olduğunu bildirdilər. Əsl həqiqətdə isə tarixdə aradan qaldırılan qızıl konversiyası bir daha geri qayıtmadı.

Beləliklə, 1971-ci ilin dekabr ayında qəbul edilən Kurs Tənzimlənməsi ilə dollar böyük valyutalar qarşısında orta hesabla 9% devalvasiya edildi. Qızılın rəsmi qiyməti 35 dollardan 38 dollara yüksəldi və «qızıl pəncərəsinin bağlanması» təsdiq edildi. Başqa bir dəyişiklik isə ondan ibarət oldu ki, milli pulun dollar qiyməti ətrafındakı üzmə intervalı hər yöndə 1%-dən 2,25%-ə yüksəldi (alt və üst yöndə cəmi 4,5%).

Lakin, Kurs Tənzimlənməsi qaydası beynəlxalq bazarlarda dollardan qaçışı dayanlırıla bilmədi. 1973-cü ilin fevral ayında dollar yenə də spekulyativ təzyiqə uğradı və bunun nəticəsində qızılın rəsmi qiyməti 38 dollardan 42,2 dollara yüksəldi (qızıl pəncərəsi qapalı olduğu üçün bu ancaq rəsmi bir hesab vahidi mənasını ifadə edirdi).

Azərbaycanın xarici dövlətlərlə müstəqil iqtisadi fəaliyyəti 1991-ci ildən SSRİnin dağılmasından sonra başladı. Belə ki, nəhayət 1995-ci ildə Azərbaycan ilk dəfə özünün tədiyə balansını dərc etdi. Azərbaycan Respubliksının tədiyə balansı Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin bank statistikasının və digər nazirlik və təşkilatların məlumatlarına əsasən Azərbaycan Respublikasının Milli Bankı tərəfindən işlənib hazırlanır.

Tədiyə balansı haqqında daha düzgün məlumat əldə etmək üçün onun quruluşuna nəzər salmaq lazımdır. Əmtəələrin ixracı kəmiyyətindən idxalı kəmiyyətini çıxdıqdan sonra əmələ gələn fərq ticarət balansının saldosu adlanır. Xidmətlərin ixracı kəmiyyətindən xidmətlərin idxalı kəmiyyətini çıxdıqda alınan fərq xidmətlər balansının saldosu adlanır. Xaricdə yerləşdirilmiş kreditdən gələn faiz gəlirlərinin kəmiyyətindən xarici borclara görə verilən faiz ödəmələrinin kəmiyyətinin fərqi, faiz ödəmələri balansı ilə sair transfertlər (köçürmələr) kəmiyyətinin cəminə bərabər olur. Xaricdən əvəzsiz daxilomalardan (bağışlananlar) köçürmələri çıxdıqda transfert balansın saldosu alınır.

Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyə balansının saldosunu verir.Tədiyə balansının və kapitalın hərəkəti balansının saldosu ilə valyuta ehtiyatlarındakı dəyişikliklərin məbləğinin cəmi həmişə sıfra bərabər olur.

Tədiyə balansının kəsiri yarandıqda o, ilk növbədə xarici kreditlər və ya valyuta ehtiyatları vasitəsilə ödənilməlidir. Tədiyə balansının aktiv saldosu yarandıqda isə ölkə başqa ölkədən vəsait tələb etmək səlahiyyətinə malikdir.

Tədiyə balansı faiz, transfert ödəmələri, idxal-ixrac və həmçinin ölkənin ümumi milli məhsulu ilə sıx əlaqədardır. Ümumi milli məhsul, idxal-ixrac və ölkə daxili istehsal-istehlakın cəmindən əmələ gələn ölkənin daxili məsrəfləridir.

Ümumi milli məhsul – (istehlak-investisiya) = ixrac – idxal

Əgər bu tənliyə faiz və transfert balansını əlavə etsək (ölkəyə daxil olan və ölkədən çıxarılan) onda sol tərəfdən resursların ümumi istehlakını, sağ tərəfdə isə tədiyə balansının saldosunu alarıq:

Ümumi milli məhsul – (resursların istehlakı) tədiyə balansının saldosu

Əgər tədiyə balansında aktiv saldo olarsa, bu o deməkdir ki, ölkə istehlak etdiyindən çox istehsal edir. Əksinə olduqda isə tədiyə balansı kəsirli hesab olunur. Bu isə o deməkdir ki, ölkə istehsal etdiyindən daha çox istehlak edir.

Tədiyyə balansında ölkənin bütün xarici iqtisadi əməliyyatları özünün dəyər ifadəsini tapır.

Dünya statistikası göstərir ki, dünya ölkələrinin tədiyə balansı heç də həmişə tarazlıq vəziyyətində olmur. XX əsrin ikinci yarısında dünya ölkələrinin qeyri-bərabər və ayrı-ayrı ölkələrin sürətli inkişafı bu tarazlığın pozulmasına gətirib çıxarmışdır. Məsələn, Yaponiya və Almaniyanın sürətli inkişafı həmin ölkələrin tədiyə balansında müsbət saldo yaranmasına səbəb olmuşdur.

Tədiyyə balansı özünün standart komponentləri ilə ifadə olunur. Standart komponentlər iki əsas hesab qrupuna bölünür: cari əməliyyatlar hesabı, kapital və maliyyənin hesabatı.

Cari əməliyyatlar hesabında əmtəələr və xidmətlər, gəlirlər və cari transferlər göstərilir.

Kapital və maliyyənin hərəkəti hesabında kapital transfertləri, istehsal olunmayan qeyri-maliyyə aktivlərinin alınması və satılması və maliyyə hesabı əks olunur.

Tədiyə balansında gəlirlərə geniş yer verilir.

Gəlirlərə aşağıdakılar daxildir:

1. Əmək ödənişləri – sərhədyanı, mövsümi işlərə cəlb edilən və digər qeyri-rezident işçilərə (o cümlədən səfirliklərdə işləyən yerli vətəndaşlara) ödənilən əmək haqları, maaşlar və imtiyazlar.

2. İnvestisiyalardan gəlirlər – rezidentlərə məxsus xarici maliyyə aktivləri və rezidentlərin qeyr-rezidentlər qarşısında olan öhdəlikləri ilə bağlı daxilolmalar və ödənişlər.

Cari transfertlərə - kapital transfertləri sayılmayan bütün transfertlər aiddir. Bura ilk növbədə hökümətin köçürmələri (o cümlədən, hökümətlər arasında cari beynəlxalq əməkdaşlıq, cari gəlir və əmək vergilərinin ödənilməsi və s.) və digər köçürmələr (o cümlədən işçilərin pul köçürmələri) daxildir.

Kapital transfertləri - əsas vəsait üzərində mülkiyyətçilik hüququnun dəyişməsi, əsas vəsaitlərin alınması və satılması ilə bağlı olan köçürmələr və ya kreditorlar tərəfindən əvəzi alınmadan öhdəliklərin ləğv olunması.

Maliyyə hesabı isə özündə aşağıdakıları birləşdirir :

1. Birbaşa investisiyalar – bir ölkə rezidentinin hər-hansı təsərrüfat vahidinin (birbaşa investor) digər ölkə rezidentinin təsərrüfat vahidinə (birbaşa investisiya qoyulan müəssisə) uzun müddətli iqtisadi marağını əks etdirir. Belə investisiyalar bir başa investorla investisiya qoyulan müəssisə arasında bütün əməliyyatları əhatə edir.

2. Portfel investisiyaları – səhm və uzun müddətli öhdəliklərlə (yəni qiymətli kağızlarla) bağlı əməliyyatları özündə əks etdirir. Birbaşa investisiyalar və ehtiyat aktivlərinə aid edilən əməliyyatlar bu kateqoriyaya daxil deyil.

3. Digər investisiyalar – qisa və uzunmüddfətli kommersiya kreditləri, ssudalar, nağd pullar və depozitlər; digər debitor və kreditor borcları bu kateqoriyaya daxildir. Birbaşa investisiyalarda nəzərdə tutulan əməliyyatlar bura daxil deyil.

4. Ehtiyat aktivləri – tədiyələrdə qeyri-tarazlığın tənzimlənməsi, bəzi hallarda isə digər maliyyə ehtiyacları üçün ölkənin baş pul-kredit orqanı tərəfindən məqbul sayılan aktivlərlə əməliyyatlar.

Tədiyə balansında kapital hesabı əsasən iki hissədən ibarətdir:


  • neft bonusu (1997-ci ildə 64 mln ABŞ dollarına; 1998-ci ilin 1-ci rübündə isə sifra bərabər olmuşdur):

  • balansın debet tərəfindən qeydə alınan mühacirlərin transfertləri (1997-ci ildə 11 mln dollar, 1998-ci ilin birinci rübündə isə qeydə alınmamışdır).

Azərbaycanın dünyanın bazar təsərrüfatı sistemində inteqrasiya olunmasının ən mühüm müsbət meyllərindən biri onun dünya dövlətləri ilə ticarət, iqtisadi və maliyyə əməliyyatlartını genişləndirməsidir.

Qeyd etmək lazımdır ki, tədiyə balansında maliyyə hesabında əsas yeri birbaşa investisiyalar tutur. Birbaşa investisiyalar 1997-ci ildə 1051 mln dollar, 1998-ci ilin birinci rübündə isə 219 mln ABŞ dolları olmuşdur. Birbaşa investisiyalar, xüsusən neft sektoruna yönəldilmiş və müvafiq dövrlərdə 780 mln və 197 mln ABŞ dolları təşkil etmişdir.

Birbaşa investisiyalar isə hazırkı şəraitdə Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malikdir.

Tədiyə balansı ölkənin xarici iqtisadi əlaqələrinin vəziyyətini səciyyələndirən əsas makroiqtisadi göstəricilər toplusudur. Beynəlxalq maliyyə təşkilatları və eləcə də inkişaf etmiş dövlətlər hər-hansı bir ölkə ilə əməkdaşlığın istiqamətlərini müəyyən edərkən ilk növbədə həmin ölkənin tədiyə balansının göstəriciləri ilə tanış olur.

Tədiyə balansının göstəriciləri ölkənin real tədiyə qabiliyyətini göstərməklə yanaşı, həm də həmin ölkənin xarici dövlətlərdən nə dərəcədə asılı olduğunu göstərir.

Bazar iqtisadiyyatına keçid, xarici əlaqələrin genişlənməsi, bu əlaqələrin ən ümumi cəhəti və dünya ölkələrində iqtisadiyyatın inkişaf səviyyəsi müəyyən mənada dövlətin yeritmiş olduğu tənzimləmə siyasəti ilə bağlıdır.

Hələ vaxtilə A.Smit göstərirdi ki,bazarın normal inkişafı və ayrı-ayrı isehsalçıların normal şəraitdə mənfəət əldə etməsi üçün bir sıra funksiyaları dövlət öz üzərinə götürməlidir.

Dövlətin yerinə yetirmiş olduğu əsas vəzifələrdən biri ölkənin tədiyə balansının tənzim edilməsi məsələsidir. Dövlət bir neçə metodla tədiyə balansını tənzim edir. Bu metodlardan birbaşa nəzarət (idxal, ixrac, gömrük nəzarəti, pul köçürmələri, investisiyalar və s. üzərində nəzarət) deflyasiya (inflyasiya ilə mübarizə) valyutanın mübadilə kursunun dəyişməsi və s. göstərmək olar.

Bazar iqtisadiyyatı şəraitində dövlətin həyata keçirmiş olduğu iqtisadi siyasətin bir istiqaməti xarici iqtisadi fəaliyyətlə bağlıdır. Dövlət bu siyasəti ilk növbədə açıq qapı siyasəti və himayədarlıq siyasəti əsasında həyata keçirir. Açıq qapı siyasəti zamanı ölkənin xariclə apardığı iqtisadi və ticarət əlaqələrində heç bir məhdudiyyət qoyulmur.

Himayədarlıq siyasətində isə dövlət milli istehsalçıları xarici rəqabətdən qorumaq məqsədi ilə kənardan gətirilən məhsullara yüksək gömrük haqqı müəyyən edir. Dünya ölkələrinin iqtisadi əlaqələrinin əsas hissəsi ticarət əlaqələrinin payına düşür.

Hazırda dünyada aktiv xarici iqtisadi fəaliyyət aparmaq, o cümlədən dünya bazarında nüfuz qabiliyyətinə malik ticarət partnyoruna çevrilə bilmək üçün dünyada qəbul edilmiş ticarətin “oyun” qaydalarına möhkəm əməl edilməsi vacibdir. Bu sırada malların “dempinq” qiymətlə ixracı , idxal və ixrac vergiləri, o cümlədən ticarət rejimləri və gömrük güzəştləri sisteminin yenidən yaradılması, milli valyutanın kursunun süni surətdə dəyişdirilməsi və s. kimi müxtəlif iqtisadi və inzibati metodlardan istifadə edilir.

Qeyd etmək lazımdır ki, ölkədə makroiqtisadi sabitlik yarandiqca, iqtisadiyyatda müsbət dəyişikliklər baş verdikcə, Azərbaycan neftinin ixracı çoxaldıqca ölkənin tədiyə qabiliyyəti get-gedə artacaq və ölkəmizin iqtisadi inkişafına təkan verəcək.

Respublikanın tədiyə balansının kəsirli olmasının səbəbi cari balansın tərkibində ixracdan gələn gəlirə nisbətən idxala sərf edilən xərclərin çox olmasıdır. Xaricə əmtəələr və xidmətlər satarkən az vəsait əldə edilir, onlardan alarkən isə çox vəsait veririk.

Tədiyə balansının kəsirini aradan qaldırmağın əsas yolu kəsiri maliyyələşdirməkdir.Kəsiri ödəmək üçün mənbələrdən biri xaricdən borc almaq və ölkənin aktivlərinin xaricə satılmasıdır.Lakin bu yol məqbul deyildir. Ən əlverişli yol ölkədən kənara çıxan xərclərin ixtisar edilməsi, xariclə əmtəə və xidmətlər satışından əldə edilən gəlirlərin artırılması və xarici ölkədən kənar aktivlərin çoxaldılmasıdır.

Dövlət tədiyə balansının tənzim edilməsində bütün vasitə və metodlardan istifadə edir, deflyasiya siyasətini həyata keçirir, ixracı artırır, dünya bazarlarına rəqabət qabiliyyətli əmtəə və xidmətlər çıxarılmasını genişləndirir.

Dövlət ilk növbədə inflyasiyanın aşağı salınması üçün tədavüldə olan artıq pul kütləsinin bir hissəsini tədavüldən çıxarır. Dövlət qiymətli kağızlar satışını çoxaldır, vergiləri artırır. Bank uçot tariflərini yüksəltmək və xarici iqtisadi əlaqələri dövlət tərəfindən xüsusi valyuta və xarici ticarət tədbirləri ilə tənzimləmək yolu ilə həyata keçirir.

Dövlət həmçinin pul-kredit bazarına təsir vasitəsi və ölkənin tədiyə qabiliyyətinin möhkəmlənməsi amili kimi valyuta tənzimlənməsindən geniş istifadə edir. Bütün sivil ölkələrdə olduğu kimi, maliyyə bazarı inkişaf etdikcə dövlət öz monetar məqsədlərinə daha çox qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq hesabına nail olmağa üstünlük verir.

Respublikamızda tədiyə balansının strukturunun optimallaşdırılması, onun tənzimlənməsi əsas makroiqtisadi problemlərdən biridir. Bununla yanaşı əksər makroiqtisadi göstəricilər məhz bu informasiya mənbəyində cəmləşdiyindən hökumətin iqtisadiyyat sahəsində apardığı islahatların nəticəsi öz əksini bu sənəddə tapır.

Qeyd etmək lazımdır ki, BVF-nin İnkişaf Etməkdə Olan ölkələrə tövsiyə etdiyi tədiyə balansı 120-dən artıq maddədən ibarətdir. Lakin Azərbaycanda bu sənəd tərtib olunarkən göstərilən sxemdən kənara çıxmalara yol verilir.

Ümumiyyətlə, hər hansı bir ölkənin tədiyə balansı nəzərdən keçirilərkən ilk növbədə onun birinci bölməsi cari əməliyyatlar balansının tərkib hissəsinə - ticarət balansına baxılır. Lakin qeyd etmək lazımdır ki, tədiyə balansına ticarət balansının o hissəsi daxil edilir ki, faktiki olaraq ödənişlər ya edilib, ya da tezliklə ediləcəkdir.

2003-ci ilin yekunlarına əsasən xarici ticarət dövriyyəsi 5347.2 milyon ABŞ dolları təşkil etmiş və bu 2002-ci ilin müvafiq göstəricisindən 29.5 faiz çoxdur. İdxal edilmiş məhsulların həcmi isə 2624.5 milyon dollar təşkil etmişdir.

İxracın strukturunda yenə də istehsal təyinatlı yanacaq-xammal ehtiyatları mühüm yer tutur və onların payına ümumi ixracın 85.7 faizi düşür. İdxal olunmuş malların strukturu isə ixracın strukturundan köklü surətdə fərqlənir. Belə ki, neft kontraktları ilə bağlı idxal malları istisna olmaqla, ümumi idxal malları içərisində ərzaq mallarının payı 44.2 faiz təşkil edir.

Fikrimcə, ticarət balansındakı mənfi saldonun yaranmasının əsas səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

1.İstər xarici ticarət əməliyyatlarının strukturunda, istərsə də artım tempi ilə bağlı disproporsiyaların ortaya çıxma səbəblərindən ən əsası kimi xarici ticarətlə bağlı vahid konsepsiyanın işlənib hazırlanmamasıdr. Bu da öz əksini ticarət əlaqələrinin düzgün qurulmamasında, müqavilə şərtlənir əməl olunmamasında tapır. Son zamanlar avro-dollar paritetində baş verən hadisələrin ölkənin valyuta-kredit siyasətindən sərf nəzər edilməsini də ticarətin vəziyyətini pisləşdirən əsas amillərin sırasında göstərmək olar.

2.İdxal-ixrac əməliyyatlarında barter qaydasında aparılan hesablamaların xüsusi çəkisinin hələ də yüksək olması. Barter əməliyyatlarının xüsusi çəkisi hələ də nəzərə çarpacaq dərəcədədir və 20 faiz təşkil edir.

Cari əməliyyatlar balansının ikinci əsas ünsürü xidmətlər balansıdır. Bu xidmətlərin ümumi məbləği 2003-cü ildə 3025.8 milyon ABŞ dolları təşkil etmişdir. Hesablamalara görə qeyri-rezidentlər tərəfindən Azərbaycanın hüquqi və fiziki şəxslərinə 2541.2 milyon ABŞ dolları məbləğində xidmət göstərildiyi halda, Azərbaycanın xarici ölkə rezidentlərinə göstərdiyi xidmətlərin dəyəri cəmi 484.6 milyon dollar olmuşdur. Beləliklə, xidmətlər balansının saldosu mənfi 2056.5 milyon ABŞ dolları olmuşdur. Xidmətlər balansı kəsirinin də belə yüksək olmasının əsas səbəbi beynəlxalq neft kontraktları çərçivəsində xarici dövlətlərin rezidentləri ilə aparılan əməliyyatlarla bağlıdır. İkinci səbəb kimi fikrimizcə, infrastruktur və idarəetmədə struktur dəyişiklikləri ilə əlaqədar beynəlxalq maliyyə qurumları tərəfindən ayrılan kreditlərin istifadəsidir. Belə ki, bu qurumlarla başlanan kredit sazişlərində beynəlxalq məsləhətçi şirkətlərin kreditin istifadəsinə nəzarətçi kimi çıxış etməsi əsas şərt kimi qoşulur. Nəzərə alsaq ki, bu xidmətlrin payı ayrılan kreditlərin 15-20 faizini təşkil edir, bu faktorun nə qədər önəmli olduğunun şahidi oluruq.

Tədiyə balansının əsas bölmələrindən biri də kapitalın və investisiyaların hərəkəti balansıdır. 2003-cü il üzrə rəqəmlər göstərir ki, ölkəyə xarici kapital axını keçən illə müqayisədə 1.9 dəfə artaraq 4438.9 milyon ABŞ dolları məbləğində olmuşdur.

İqtisadi artımın stimullaşdırılması baxımından bu investisiyaların 89 faizinin birbaşa formada olması müsbət haldır. Lakin bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisinin 98.8 faiz təşkil etməsi tədiyə balansının digər bölmələrində olduğu kimi bu bölməsində də neft asılılığının yüksək olduğunu göstərməkdədir.

Azərbaycan Respublikasının tədiyə balansını optimal şəklə gətirmək üçün aşağıdakıların həyata keçrilməsi məqsədə müvafiq olardı:

1) İstehsal təyinatlı məhsulların idxalı artırılmalı, ixrac yönümlü sahələr üçün dövlət stimullaşdırma tədbirləri daha da intensiv xarakter daşımalıdır.

2) İdxal-ixrac əməliyyatlarında barter hesablaşmalarının xüsusi çəkisi azaldılmalı, valyuta ilə aparılan əməliyyatlara üstünlük verilməlidir.

3) Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsi tərəfindən gömrük yük bəyannamələrinin doldurulması və işlənib hazırlanmasında tədiyə balansının tərtibi baxımından şəffaflığa və beynəlxalq standartlara əməl edilməsi məqsədəuyğun olardı.

4) Ölkənin daxili iqtisadi siyasəti ilə xarici iqtisadi siyasəti sistem şəklində ələ alınmalı, pərakəndəliyə yol verilməməlidir.

Nəhayət, onu da qeyd etmək lazımdır ki, tədiyə balansının strukturunun optimallaşdırılması ilə yanaşı hesablaşmalar balansının nəticələri də nəzərdən qaçırılmamalıdır. Yəni hər iki sənəddə müsbət nəticələrin əldə edilməsi cəhdləri paralel həyata keçirilməlidir.



  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə