İQTİsadi-HÜquqi abonent xiDMƏt müqaviLƏSİ №




Yüklə 21.43 Kb.
tarix21.04.2016
ölçüsü21.43 Kb.
İQTİSADİ-HÜQUQİ ABONENT XİDMƏT MÜQAVİLƏSİ № ___________
Bakı şəhəri “___” _________ 201____-ci il
Azərbaycan Respublikasının hüquqi şəxs yaratmayan sahibkarı “Sahibkarın Məsləhət Evi”nin, (bundan sonra "İcraçı" adlanacaq), sahibkarı İlqar Namazov, mövcud qanunlara əsaslanaraq, bir tərəfdən və _________________ _________________________________________________________bundan sonra "Abonent" adlanacaq, ____________________________ qismində, Nizamnaməyə əsaslanaraq, o biri tərəfdən aşağıdakılar barəsində müqavilə imzalamışlar:
MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. "İcraçı” həqiqi müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və sifariş zamanı dəqiqləşdirilən, həmçinin fəaliyyət zamanı Abonentin qarşılaşdığı buna oxşar iqtisadi-hüquqi xidmətlərin icrasını öhdəsinə götürür, "Abonent" isə mövcud müqavilənin şərtlərinə müvafiq olaraq göstərilmiş abonent xidmətilərini qəbul edir.


MADDƏ 2. XİDMƏTLƏRİN TƏSVİRİ

2.1 İcraçı Sifarişçinin şifahi və ya yazılı müraciəti əsasında bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən iqtisadi-hüquq məsləhət xidmətlərini təmin edir:


2.2.Göstəriləcək xidmətlərin ərazisi Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır və bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq həll olunur.
MADDƏ 3. Tərəflərİn Vəzİfələrİ

3.1. Mövcud müqavilənin predmetinə müvafiq olaraq "Sifarişçi" öhdəsinə götürür:



  • Mövcud müqavilənin şərtlərinə uyğun olaraq abonent məbləğini vaxtında ödəmək.

3.2. Mövcud müqavilənin predmetinə müvafiq olaraq "İcraçı" öhdəsinə götürür:




MADDƏ 4. Ödənİşlərİn Qaydası və abonent haqqı

4.1.Bununla belə, Sifarişçi aşağıdakı şərtlər əsasında müstəqil kontraktor qismində İcraçının xidmətlərindən istifadə etmək niyyətindədir


4.2. "Abonent" həqiqi müqavilənin 1.1. maddəsidəki və onun əlavəsində göstərilən iqtisadi-hüquqi xidmətlərin icrası üçün hər ayın 05 tarixinə kimi İcraçının bank hesabına və ya abonent xəzinəsinə qəbz almaqla _____________________ manat nəqd ödəyəcəkdir. Ödənilmə növü __________________________________
Aylıq ______________________ Rüblük ______________________ İllik ____________________________
Qdənilən məbləğ söz ilə: ____________________________________________________________________
Qeyd: Abonent haqqını 3 ay əvvəlcədən ödəyənə 10 % ,6 ay əvvəlcədən ödəyənə 15 % və 12 ay əvvəlcədən ödəyənə isə 20 % güzəşt nəzərə tutulmuşdur
4.3. Sifarişçi hazırkı Müqavilənin şərtlərinə müvafiq olaraq həmçinin İcraçının əsaslı olan mümkün olacaq xərclərini də ödəməlidir (məs: əlavə sorğular və arayışların alınması, ezamiyyə xərcləri,dövlət rüsumlarının ödənilməsi və sairə rəsmi xərclər). Bu təqdirdə həmin xərclərin həcmi Tərəflər arasında əlavə razılaşdırılmalıdır.
4.4.Hazırkı Müqavilə vaxtından əvvəl ləğv olunduğu təqdirdə Sifarişçi göstərilən xidmətlərə və müvafiq xərclərə görə həmin ləğv olunma tarixinə olan ödənişləri vicdanlı tərzdə İcraçıya ödəməlidir.

MADDƏ 5. HÜQUQ VƏ ÖHDƏLİKLƏR

5.1.İcraçı və abonent xidmətlərin vaxtında və keyfiyyətli icrası məqsədilə öz personalından məsul işçi təyin etməlidir. Tələb olunduqda tərəflər həmin məsul işçiyə vəzifələrini icra etmək üçün müvafiq Etibarnamə verməlidir.


5.2.Abonent tələb olunan xidmətlər üzrə İcraçıya birbaşa və telefonla müraciət edə bilər.Abonent tələb olunan xidmətlərlə bağlı bütün məlumatları əvvəlcə İcraçıya təqdim etməlidir.
5.3.Tərəflər hazırkı Müqavilənin icrasını və ya öz öhdəliklərini üçüncü şəxsə ötürə bilməz.
5.4.Bu xidmətlər və ğdənilmələr üzrə bütün vergi və ayırmaları İcraçı ödəməlidir
MADDƏ 6. KONFIDENSIALLIQ
6.1.Hər bir Tərəf digər Tərəfdən aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməlidir/ Müqavilənin başa çatması Tərəflərin hazırkı öhdəliyinə təsir etməyəcək.
MADDƏ 7. MƏSULİYYƏT HƏDDİ
7.1.İcraçı və abonent hazırkı Müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərlə bağlı öz fəaliyyəti və hərəkətlərinə görə heç bir məsuliyyət daşımayacaqdır.
MADDƏ 8. GÖZLƏNİLMƏYƏN HALLAR
8.1.Tərəflər nəzarət edə bilmədiyi və hazırkı Müqavilə imzalanarkən məntiqə uyğun şəraitdə nəzərə alına bilinməyən və ya qarşısı alına yaxud rəf edilə bilinməyən maneə ucbatından öz öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımayacaqlar.
MADDƏ 9. ƏLAVƏLƏR VƏ DÜZƏLİŞLƏR
9.1.Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəbərlərin imza və möhürü ilə rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
MADDƏ 10. MÜBAHİSƏLƏRİN HƏLLİ
10.1.Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalı, öncə danışıqlar yolu ilə həll edilməli,.mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəklər.
MADDƏ 11. MÜQAVİLƏNİN MÜDDƏTİ
11.1.Tərəflərin hüquq və öhdəlikləri yuxarıdakı müqəddimədə qeyd olunan tarixdən _________________-cü il marixə kimi qüvvədə olacaqdır və səbəb gətirməklə və ya gətirməməklə 60 gün qabaqcadan digər Tərəfə yazılı bildiriş göndərməklə ləğv edilə bilər.Bu halda müqaviləni pozan tərəf qarşı tərəfə 2 aylıq abonent haqqı ödəməli və ya əvvəlcədən xidmət haqqı İcraçıya ödənilibsə, o bu məbləği qeyri-şərtsiz olaraq Abonentə geri ödəməlidir.
Müqavilə mətnləri eyni qüvvəyə malik olan İki nüsxədə və Azərbaycan dilində tərtib edilmişdir
SİFARİŞÇİ tərəfindən
Direktor _____________________ ______________
İCRAÇI tərəfindən
Sahibkar _____________________ İlqar Namazov
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
İCRAÇI: “Sahibkarın Məsləhət Evi”nin hüquqi şəxs yaratmayan sahibkarı Namazov İlqar Əli oğlu (VÖEN 1302772322) Cari hesab nomrəsi: İBAN AZ13BRES00380194402200315701 (AZN) , "Bank Respublika" ASC Yasamal sobesi, M/h İBAN AZ80NABZ0137010014944 AMB MEİ-de Kod 506526 VOEN:9900001901 SWİFT BİC: BRESAZ22

ABONENT: ____________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə