İqtisadi ədəbiyyatda keçid dövründə olan açıq iqtisadiyyat




Yüklə 125.47 Kb.
tarix22.02.2016
ölçüsü125.47 Kb.


Mündəricat

Giriş ...........................................................................................................

Açıq iqtisadiyyat anlayışı..........................................................................

İqtisadi ədəbiyyatda keçid dövründə olan açıq iqtisadiyyat......................

Açıq iqtisadiyyatın makroiqtisadi göstəriciləri.........................................

Azərbaycanda açıq iqtisadiyyat................................................................

Nəticə........................................................................................................

Ədəbiyyat siyahısı.....................................................................................

Plan

1.Açıq iqtisadiyyat anlayışı.



2.İqtisadi ədəbiyyatda keçıd dövründə olan açıq iqtisadiyyat.

3.Açıq iqtisadiyyatın makroiqtisadi göstəriciləri.

4.Azərbaycanda aşıq iqtisadiyyat.

Giriş

Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, analyışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun “ev təsərrüfatı” deyilən əsərinin adından götürülmüş, sonra Aristotel tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan “Oykonomiya” iki sözdən - “oykos” (ev təsərrüfatı) və ”nomos” (qayda-qanun) söz birləşmələrindən yaranmışdır. Ekonomika antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Sonralar bu anlayış geniş və mürəkkəb bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Ümumiyyətlə, iqtisadiyyat bəşər tarixi ilə birgə yaranmışdır. O, cəmiyyət həyatının təməlini təşkil edir və insan fəaliyyətinin ən mühüm sahəsidir. Buna görə də insan fəaliyyətinin sarsılmaz təməlini təşkil edən iqtisadiyyat haqqında insanlar müəyyən biliklərə, elmi təfəkkürə malik olmalıdır.

İqtisadiyyat hər bir elm sahəsi kimi özünəməxsus analitik anlayışlara, kateqoriyalara, qanunauyğunluqlara və xüsusi üsluba malikdir ki, onları yaxşı mənimsəmək tələb olunur.

Bazar iqtisadi sistemi əsasında fəaliyyət göstərən və özünü doğruldan bir sıra ölkələrdə genış iqtisadi təhsil sistemi mövcuddur.

İnkişaf etmiş ölkələrdə iqtisadi biliklərin tədrisi təcrübəsini və onun nəticələrini, bu sahədə özümüzün əldə etdiyi nailiyyətləri nəzərə alaraq, iqtisadiyyatın inkişafı ölkəmizin bütün inkişafına maraq göstərir. Buna görə də = hgəmişə diqqət mərkəzində olmuşdur.

Ümumiyyətlə iqtisadiyyatın iki tipi mövcuddur:

1. açıq iqtisadiyyat

2.qapalı iqtisadiyyat

Bunların hər birinin özünəməxsus xüsusiyyətləri, göstəriciləri inkişaf meylləri var. Açıq iqtisadiyyat olduğuna görə biz qapalı iqtisadiyyat yox, açıq iqtisadiyyat haqqında söhbət açacağıq. Açıq iqtisadiyyatın bütün göstəricilərini, inkişaf meyllərin, qanunauyğunluqlarını üzə çıxaracaq, ona daxil olan sistemlər haqqında ətraflı məlumat verəcəyik. İndi isə bu dediklərimiz haqında qurduğumuz plan əsasında daha ətraflı tanış olaq.


  1. Açıq iqtisadiyyat anlayışı

Açıq iqtisadiyyat haqqında danışarkən ilk növbədə onun nə demək olduğunu bilmək lazımdır. Açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında çox böyük fərq vardır. Belə ki, açıq iqtisadiyyatda bazar iqtisadiyyatı hökm sürür. Burada sağlam rəqabət gedir. Ölkələr arasında qarşılıqlı idxal-ixrac olur. Açıq iqtisadiyyatın hökm sürdüyü ölkə tam müstəqil olur, heç bir ölkədən asılı və heç kimin himayədarlığı altında olmur. Bütün bu dediklərimiz qapalı iqtisadiyyatda yoxdur. Deməli, bu sadalananlar açıq iqtisadiyyatla qapalı iqtisadiyyat arasında olan fərqi təşkil edir.

Açıq iqtisadiyyatda həmçinin xarici iqtisadi əlaqələr də mühüm rol oynayır. Məs: keçmiş SSRİ ilə Türkiyə arasında münasibətlər çox gərgin olduğuna görə Naxçıvan Muxtar Respublikasında sərhəddə yerləşən Sədərək qəsəbəsi çox əlverişsiz iqtisadi-coğrafi mövqeyə malik idi. Azərbaycan Respublikası müstəqilliyə nail olduqdan və Türkiyə ilə özünün dostluq, qardaşlıq münasibətlərini bərpa etdikdən sonra Sədərək qəsəbəsinin iqtisadi-coğrafi mövqeyi təkcə bu iki ölkə üçün deyil, həm də mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Yaxud, Bakı-türkmənçay gəmi-bərə xətti işə düçdükdən sonra Mərkkəzi Asiya respublikalarınıın, Rusiyanın Sibir, uzaq şərq rayonlarının, habelə Çin və Yaponiyanın Avropa ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrində Respublikamızın iqtisadi-coğrafi mövqeyinin qat-qat artmışdır.

Son illərdə İran və Türkiyə ilə mehriban qonşuluq münasibətləri möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Babək, Sədərək rayonlarında yeni yaradaılmış sərhəd keçid məntəqələri və dömrükxanalar, Araz çayı üzərində salınan yeni körpülər, İranla birgə tikilməkdə olan Muğan SES və s. buna əyani nümunədir.

Respublikamızın mavi yanacaqla təmin olunmasında İran-Azərbaycan qaz kəməri mühüm rol oynayır. Gələcəkdə İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.

Azərbaycan öncə qeyd etdiyimiz kimi, açıq iqtisadiyyatda qarşılıqlı idxal-ixracda mühüm rol oynayır. Respublika daxilində istehsal olunan məhsulların xarici ölkələrə satılması və xarici ölkələrdən lazım olan məhsulun alınması xarici ticarət adlanır və əsas xarici-iqtisadi əlaqə hesab edilir. Hal-hazırda respublika 52 xarici ölkə ilə ticarət edir. Ən sıx iqtisadi əlaqə İran, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ, Qazaxıstan, Ukrayna, Almaniya, Fransa, BƏƏ, Macarıstan, Polşa və digər dövlətlərdir. Danimarka, Yaponiya, Finlandiya, İraq və digər ölkələrə Azərbaycan yalnız mal ixrac edir. İrlandiya, Kanada, Misir, Norveç, İsveç, Sinqapur, Hindistan və s. ölkələrdən isə mal idxal edir. Azərbaycandan əsas ixrac olunan mallar neft və neft məhsulları, xam neft, pambıq lifi, əlvan metallar, kimya məhsulları, soyuducular və onlar üçün buraxılacaq neft avadanlığı, kondisionerlər, şərab məhsulları, meyvə konservləri və s. mallardır. Ümumi dəyərinə görə neft və neft məhsuları əsas yer tutur.

Xarici ölkələrdən şəkər, yağ, un, sitrus meyvələri, buğda, uşaqlar üçün süd, müxtəlif maşən və avadanlıq, hazır paltar, parçalar, ayaqqabı,məişət əşyaları və s. gətirilir. Rusiyadan əsasən taxıl, metal, meşə materialı, müxtəlif maşın və avadanlıq, Ukraynadan ət, şəkər, yağ, nəqliyyat vasitələri, Belarusiyadan ərzaq məhsulları, avtomobil, traktorlar, Qazaxıstandan taxıl, ət, metal və s. alır.

Açıq iqtisadiyyat mövcud olan ölkələrdə həm də bazar iqtisadiyyatı mövcuddur. Çünki bazar iqtisadiyyatı hökmranlıq edən inkişaf etmiş ölkələrdə azad sahibkarlıq və azad ticarət prinsipi hökm sürür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hər bir şəxs (fiziki və ya hüquqi) qanunla qadağan edilməmiş sənət və kommersiya fəaliyyətinin istənilən növü ilə məşğul ola bilər. Məlumdur ki, qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir. Ancaq bundan başqa onlara daxili və xarici xarakterli müxtəlif amillər təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlət tənzimlənməsidir.

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcud olduğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə-büdcə, kredit, valyuta, gömrük siaysəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.

Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqaladə hallarda, iqtisadiyyatın böhran keçirdiyi, sürətli inflyasiya təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini soial müdafiə etmək məqsədilə də həyata keçirilə bilər. Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.

Qiymətlərin dövlət tənzimlənməsi qanunvericilik, inzibati və məhkəmə xarakterli ola bilər. Parlament tərəfindən qiymətlər üzrə qanunların qəbul edilməsi müəssisələr, eləcə də onlarla dövlət arasındakı münasibətlər üçün hüquqi əsaslar yaradırlar. Bu qanunlar kompleksi mülki hüququn tərkib hissəsi olanqiymət hüququnu təşkil edir. Səlahiyyətli orqanlar qiymət hüququ əsasında qiymətlərin tənzimlənməsi üzrə inzibati fəaliyyəti həyata keçirirlər. Onların pozulması zamanı günahkarlar məsuliyyətə cəlb olunurlar. Qiymətlərin tənzimlənməsi üzrə birbaşa fəaliyyət nazirliklər və Milli Bank tərəfindən aparılır. Bir sıra dövlətlərdə tərkibinə tanınmış mütəxəssislər, həmkarlar təşkilatının nümayəndələri, sahibkarlar, fermerlər daxil olan ekspert komissiyaları yaradılır. Bu komissiyalar dövlət idarələrinə və hökumətə qiymət məsələləri üzrə məsləhətlər verir, eləcə də müvafiq qanun layihələri haqqında öz fikirlərini bildirirlər.

Ümumiyyətlə, bazar iqtisadiyyatına keçid müasir iqtisadi strategiyamızın ana xəttini təşkil edir və iqtisadi inkişafımız bu istiqamətdə formalaşır. Getdikcə bazar münasibətləri daha geniş xarakter alaraq bütövlükdə istehsal münasibətlərinin mahiyyətini dəyişir və ona yeni məzmun verir. Bu proses getdikca daha da genışlənməli və mövcud iqtisadi böhrandan çıxmağın əsas yolu olmalıdır. Yalnız bazar iqtisadiyyatına keçıd, dünya iqtisadi sivilizasiyasına qayıdış respublikamızı düşdüyü bu ağır iqtisadi vəziyyətdən qurtarmağa imkan verəcəkdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının dünya iqtisadiyyatına daxil olması və onun tələblərinə uyğunlaşması, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməyi tələb edir. Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahısində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.

Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:


  1. Liberal bodel.(Amerikan)

  2. Sosial yönümlü bazar-ı modeli.

  3. Bazar iqtisadiyyatının sosial – demokratik modeli.

Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilmsinə daha çox üstünlük verilirdi. Bunun səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama prinsipi hökm sürüb, hal-hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər. Yəni, bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.

Artıq biz aydınlaşdırdıq ki, bazar iqtisadiyyatı açıq iqtisadiyyata daxildir. Lakin onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında azad sahibkarlıq hökm sürür. Bəs Azərbaycanda müasir dövrdə sahibkarlıq fəaliyyəti necədir?

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nun 55 faizi özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12 mindən çox kiçik müəssisə, 1 mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəaliyyət göstərmişdir.

Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayıilə münasibətdə fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti, həm də burada çalışan əmək qabiliyyətli əhalinin payı digər ölkələrə nisbətən xeyli azdır.

Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir.

Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problemlərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından Azərbaycannın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir.

Açıq iqtisadiyyatda kapitalın beynəlxalq axını da mühüm rol oynayır. Kapital ixracı xarici bazarlar uğrunda mübarizədə ölkəərin iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək məqsədilə həyata keçirilir. Tarixi baxımdan kapital ixracı əsasən dövlət və xüsusi kapital formasında həyata keçirilir. Kapital ixracından istifadənin sahibkar və borc kapitalı formasını göstərmən olar.

Kapital ixrac edən xaricdə öz kapitalını, kənd təsərrüfatına, ticarətə və s. sahələrə qoyan sahibkar kimi çıxış edir. İxrac olunan kapital, sahibkar kapitalı formasında öz sahibinə sahibkar mənfəəti gətirir.

Dünyanın bazar iqtisadiyyatı ölkələrinin infrastrukturunda müxtəlif xidmətlər göstərən kompaniyaların rolu çox böyükdür. Bunların arasında ən geniş yayılmış kompaniyalardan biri beynəlxalq lizinq kompaniyalarıdır. Beynəlxalq lizinq dedikdə, lizinq kompaniyası tərəfindən digər bir ölkədə xarici bir firmadan hər hansı bir əmlakın pulla alınıb, digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür. Lizinq xidməti, dünayanın İEÖ-də son 25-30 ildə geniş vüsət almışdır. Lizinqin yayılmış növlərindən maliyyə lizinqi, beynəlxalq lizinq və ixrac lizinqini göstərmək olar.

Kapital ixrac edən, kapital qoyulan ölkədə fəaliyyət göstərən sahibkar rolunda çıxış etməyə də bilər. O, öz kapitalını xarici sahibkarlara və ya başqa dövlətlərə borc verə bilər. Borc kapitalı mülkiyyətçilər tərəfindən fəaliyyətli sahibkarlara borc verən və faiz gətirən kapitaldır. Borc alanlar sənayeçılər, tacirlər, iri fermerlərdir ki, bunlar da qazanc əldə etmək üçün borc almış pulu kapital şəklində istifadə edirlər.

Müasir dövrdə dövlət kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir. Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar şəklində və xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur. Müasir şəraitdə kapital ixracının mühüm xüsusiyyətlərindən biri dövlətin beynəlxalq təşkilatları tərəfindən kapital ixracının artmasıdır. Bu işdə beynəlxalq kredit təşkilatları (Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Bərpa və İnkişaf Bankı və s.) mühüm rol oynayırlar.Beynəlxalq kredit təşkilatları kommersiya şərtlərinə əsasən fəaliyyət göstərirlər.

Beynəlxalq və xarici kapital bazarlarında beynəlxalq kredit müxtəlif formalarda, istiqraz, səhm və başqa qiymətli kağızlar emissiyası şəklində həyata keçirilir. Beynəlxalq kredit müxtəlif ölkələrin dövlətlərinin bir-birinə verdiyi kreditə deyilir. Beynəlxalq kredit kommersiya, bankir və dövlət krediti formasında həyata keçirilir.

Hazırda dünya ölkələrində bankların rolu xeyli artmışdır. Bankların verdiyi kreditlər təkcə bura cəlb edilmiş azad pul vasitələri hesabına yox, həm də özünəməxsus kapital vaitəsilə həyata keçirilir. Bundan əlavə, banklar ölkədə maliyyə vəziyyətinin normal gedişini, qiymətlrin səviyyəsini. Ölkənin tədiyə balansını və beləliklə də iqtisadi artım prosesini təmin etmək, onu sürətləndirmək və ya zəiflətmək imkanına malikdir



  1. İqtisadi ədəbiyyatda keçid dövründə olan açıq iqtisadiyat

İnzibari-amirlik sistemindən bazar iqtisadiyyatna keçıd mərhələsində olan və yenicə müstəqillik əldə etmiş hər bir ölkə üçün cəmiyyətin və dövlətin ən başlıca problemlərindən biri də azad iqtisadiyyat şəraitində iqtisadi təhlükəsizliyin təmin edilmədi ilə bağlıdır. Burada iqtisadiyyatın açıq tipini ətraflı xarakterizə etmək lazımdır. İqtisadiyyatın açıq tipinə keçid, ölkəərin beynəlxalq əmək bölgüsünə qovuşma dərəcəsi, əmtəə ticarəti ilə yanaşı kapitalların sərbəst hərəkəti və milli valyutaların qarşılıqlı dəyişdirilməsi ilə xarakterizə olunur.

İqtisadi ədəbiyyatda keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro və mikro səviyyədə aşağıdakı kimi qruplaşdırılır:

Mikro səviyyədə:

-Bütün mülkiyyət formalarına, bazar subyektlərinə xarici ölkələrlə əmtəə və kapital əməliyyatlarını həyata keçirərkənxidmət bazarına sərbəst çıxa bilmək imkanı yaradılır, daxildə və xaricdə müttəfiqləri sərbəst seçmək imkanına malik olurlar.

- İqtisadi islahatları həyata keçirərkən sənaye və sosial siyasətin dünya standartlarına uyğunlaşdırılması və ona istiqamətləndirilməsi təmin edilməlidir. Lakin, burada bir məsələni nəzərdən qaçırmaq olmaz. Keçid mərhələsində dövlət, daxili bazarı xarici sahibkarlar üçün açmaqla yanaşı, daxili islahatçıların və satıcıların mənefiyini qorumaq üçün müvafiq iqtisadi mühitin yaradılmasını təmin etməlidir.

Təəssüf ki, bir çox hallarda iqtisadiyyatın açıq tipinə keçidini xarici iqtisadi əlaqələrin liberallaşdırılması ilə eyni mənalı iqtisadi katiqoriya kimi izah edirlər.Misal üçün 1990-1994-cü illərdə respublikamızda bazara keçid xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsinə bir vasitə kimi fəalliyyət göstərmişdir. Həmin siyasətin nəticəsində daxili istehsalşılar rəqabətə davam gətirməyəcək, tədricən sıxışdırılaraq sıradan şıxarılmış, ənənəvi xarici satış bazarları itirilmiş və istehsalın quruluşunda hasil edici sahələr böyük üstünlüyə malik olmuşlar. Çünki, zəif inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, açıq tipli iqtisadiyyata keçid dövlətin güclü, şevik iqtisadi inzibati müdaxiləsi yolu ilə sistemli və mərhələ-mərhələ müvafiq iqtisadi siyasət ilə müşayiət edilməzsə, müəyyən meddətdən sonra həmin ölkələr inkişaf etmiş sənaye ölkələrinin xammal əlavəsinə çevrilmək təhlükəsi qarşısında qalırlar. Bunu son illərdə respublikamızda iqtisadi inkişaf təcrübəsindən də görmək olar. Düzdür, son illərdə xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi, respublikanın perspektiv inkişaf meylləri və mənafeləri baxımından bəzən sərfəli olmur. Lakin məlum səbəblər üzündən düşdüyümüz ağır iqtisadi vəziyyət şəraitində yeridilən açıq siyasət xətti, daxili bazarların əmtəələrlə, xüsusən ərzaq və istehlak mallarına böyük ehtiyacların ödənilmısində mühümrol oynamışdır. Beləliklə, keçid mərhələsində olan respublikamızda dövlətin ən mühüm funksiyalarından biri elə iqtisadi siyasət işləyib hazırlamaqdır ki, iqtisadiyyatın açıq tipinə keçed mümkün qədər cəmiyyətdə az itkilərlə başa gəlsin.

Bu gün respublikamız iqtisadi islahatların müəyyən mərhələsini keçmişdir. Qarşıda duran əsas problem ötən dövr ərzində həyata keçirilən iqtisadi islahatların müsbət və mənfi cəhətlərini dərindən təhlil etmək əsasında, bazar islahatlarının gedişində və bütövlükdə dövlətin iqtisadi siyasətinə , kursuna düzəlişlər etmək yolu ilə milli iqtisadiyyatın dirçəlişinə imkan verən tədbirlər sistemini elmi cəhətdən əsaslan dırmaqdan ibarətdir.

Keçmiş SSRİ-nin dağılması nəticəsində həmin məkanda yaranan müstəqil dövlətlərilə, xüsusən Azərbaycanda formalaşan keçid iqtisadiyyatı təcrübəsinin öyrənilməsi, bu dövrün bir sıra xüsusiyyətlərini, ziddiyəttlərini, problemlərini və digər cəhətlərini konkret misallar arasında dərk etməyə imkan verir. O da bir həqiqətdir ki, keçid iqtisadiyyatının formalaşması konkret olaraq bu mərhələdə həyata keçirilən islahatlar vasitəsi ilə reallaşdırılır.

Biz açıq iqtisadiyyatın mikrosəviyyədə qruplaşmasına dair məlumatlar verdik. İndi isə makrosəviyyədə qruplaşmasına dair məlumat verək.

Makrosəviyyədə - birincisi, xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşdırılması, məhsul qıtlığı və artıqlığı üzündən deyil, müqayisəli istehsal xərcləri prinsippləri əsasında həyata keçirilir. Əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövrililiyi təmin olunur.

Valyuta məzənnəsi dedikdə, biz dünya ölkələrinin təcrübəsinə istinad edərək göstərə bilərik ki, bir ölkənin valyutası difər ölkənin pul vahidlərində ifadə olunmuş qiymətinə deyilir. Məsələn, bir funt sterlinq bərabərdir iki dollara. Manatın valyuta məzənnəsi xarici valyutalara beynəlxalq ödəniş vasitələrinə nisbətdə dövlətimizin milli pul vahidinin dəyəridir.

Valyuta əməliyyatlarının əhatə dairəsi və xarakteri nəzərə alınmaqla manatın valyuta kursunun iki müxtəlif növü tətbiq olunur: xarici ticarət əməliyyatları üçün xüsusi kurs və konversiya olunan valyuta ilə nisbətdə manatın xüsusi məzənnəsi.

Dünyanın informasiya vasitələri hər gün gündəlik valyuta məzənnələri dərc edirlər. Məsələn, 20 oktyabr 1998-ci il tarixli Azərbaycanda idxala xaricdən mal almağa bir dollara 3950 manat verirsə, onda valyuta məzənnəsi bir dollar 3950 manat olmuşdur.

Valyuta sistemi pul münasibətlərinin təşkili forması olmaqla daxili pul-kredit tədavülünü və beynəlxalq hesablaşmalar sferasını əhatə edir. Cəmiyyətin, əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq milli, regional və beynəlxalq valyuta sistemləri qərarlaşmışdır.

Bu sistemin əsasını milli valyuta təşkil edir. Milli valyuta sistemi həmçinin valyuta kursu rejimi, valyuta tənzimlənməsi və nəzarəti sistemin, valyuta siyasəti vasitələrini, milli valyuta və qızıl bazarı rejimi və s.ni əhatə edir.

Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar dünya təsərrüfatının qərarlaşması beynəlxalq valyuta sisteminin təşəkkül tapmasına səbəb olmuşdur.

Bu valyuta sistemi bir və ya bir neçə ehtiyat valyutaya və ya beynəlxalq haqq-hesab vahidlərinə əsaslanır. Beynəlxalq valyuta sistemi elemnetlərin dünya iqtisadiyyatının obyektiv şəraitinə uyğun gəlmədikdə köhnə qaydaların yeniləri ilə əvəz olunmasına səbəb olur. Bu yeniliklər müəyyən müddət valyuta sahibliyini təmin edir.

Dünya valyuta sisteminin bir konkret tarixi forması qızıl standartlarına əsaslanan valyuta sistemidir. Valyutanın qızıl məzmununun müəyyən edilməsi XIX əsrin əvvəllərində İngiltərədə başlanmışdır. 1867-ci il Paris konfransından sonra bu standart beynəlxalq pul sisteminə çevrildi. Qızıl standart valyuta sistemi qəti müəyyən edilmiş valyuta kursuna və aşağıdakı şərtlərə əsaslanır:



  • ölkənin pul vahidinin qızıl məzmununun müəyyən edilməsi;

  • ölkə daxilindəki nağd pul kütləsi ilə ölkənin qızıl ejtiyatı arasındakı nisbətin ciddi şəkildə gözlənilməsi;

  • qızılın sərbəst idxal və ixracına heç bir maneənin olmaması;

  • tədavüldə olan qızıl sikkələr pulun əsas formasi idi və digər formalar (kağız pullar) nominalı üzrə qızıla dəyişdirilirdi.

Beynəlxalq valyuta sistemini qızıl standart dövrü 1879-cu ildən 1934-cü ilə qədər davam etmişdir. Bu sistem hər bir ölkəni daha çox məhsul ixrac etməyə v nəticədə, daha çox qızıl əldə etməyə həvəsləndirirdi. Qızıl standarta əsaslanan valyuta sistemi. Birinci dünya müharibəsinə qədər nisbətən səmərəli fəaliyyət göstərmişdir.

1922-ci ildə Genuyada keçirilmiş beynəlxalq iqtisadi konfransda qızıl-deviz standartı hüquqi cəhətdən rəsmiləşdirildi. Bu standart qızıla və aparıcı dövlətlərin valyutasına əsaslanırdı.

Beynəlxalq valyuta maliyyə sistemində pulun dünya hesablaşmaları və tədiyə vasitəsi kimi işləməyə başlaması aydın görünür. Təsadüfi deyidi ki, beynəlxalq valyuta münasibətləri beynəlxalq tədiyədə pulun işləməyə başlaması ilə meydana gəlmişdir. Tarixi inkişaf prosesində beynəlxalq hesablaşmalar şəraiti və dünya pulunun formaları dəyişmişdir. Beynəlxalq mübadilələrin: malların, xidmətlərin, kapitalların və iş qüvvəsinin hərəkətinin intensivləşməsi, bir ölkədən digər ölkəyə hərəkət edən pul kütləsinin artmasına təsir edir. Həmin hərəkətin qaydaya salınmasına təlabat ölkələrarası valyuta sisteminin, dünya valyuta sisteminin formalaşmasına gətirib çıxarmışdır.

Valyuta bu və ya digər ölkənin pul vahididir. Qısa mənada valyuta xarici dövlətlərin pul nişanlarıdır. Hər bir milli bazar özünün milli valyuta sisteminə malikdir.

Beləliklə, respublikamızda iqtisadi islahatları həyata keçirərkən dünya təcrübəsi əsas götürülsə də, respublikamızın inkişafının start vəziyyəti, iqtisadi potensialı, iqtisadi müstəqillik və iqtisadi təhlükəsizlik problemləmləri və nəhayət, xalqımızın milli mentaliteti nəzərə alınaraq uzunmüddətli işlənib hazırlanmış sistemli iqtisadi siyasət əsasında mərhələ-mərhələ həyata keçirilməlidir.

3.Açıq iqtisadiyyatın makroiqtisadi göstəriciləri

Açıq iqtisadiyyatın makroiqtisadi göstəriciləri dedikdə ilk növbədə tədiyyə balansı yada düşür. Çünki dünya ölkələri arasında müxtəlif beynəlxalq ödəmələr tədiyyə balansı vasitəsilə nizamlanır.

Tədiyyə balansı – bir ölkədə müəyyən vaxt ərzində (ay, rüb, il) xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbətə deyilir.

Daxil olmuş pul ödəmələrdən artıq olduqda tədiyə balansı aktiv (müsbət saldo), əksinə olduqda isə passiv (mənfi saldo) adlanır. Tədiyə balansının passiv qalığı- saldosu, adətən öz valyuta ehtiyatları hesabına, ya da xarici istiqraz kreditlərin və idxal edilmiş xarici kapitalın köməyilə ödənilir.

Belə bir faktı göstərmək lazımdır ki, keçmiş SSR-də xarici iqtisadi fəaliyyətin uçotu və statistikası müttəfiq respublikalar tərəfindən aparılmırdı. SSR dağıldıqdan sonra (1991-ci il) artıq Azərbaycan Respublikası xarici dövlətlərlə müstəqil xarici iqtisadi fəaliyyəti həyata keçirməyə başladı. Belə ki, Azərbaycan dövləti 1995-ci ildə özünün ilk dəfə tədiyə balansını dərc etdi. Azərbaycan Respublikasının tədiyə balansı Dövlət Statistikasının Komitəsinin, Dövlət Gömrük Komitəsinin banbk statistikasının və digər nazirlik və təşkilatların məlumatlarına əsasən Azərbaycan Respublikasının Milli Bankı tərəfindən işlənib hazırlanır.

Tədiyə balansı 3 əsas bölmədən ibarətdir:



  • ticarət balansı (əmtəələrin idxal və ixracı);

  • xidmətlər balansı və qeyri-kommersiya ödəmələri;

  • kapital və kreditin hərəkəti balansı.

Birinci iki bölmə cari tədiyə balansını təşkil edir. Üçüncü bölmə isə kapital idxal və ixracını, investisiya qoyuluşunu, kredit verilməsini özündə əks etdirir.

Əgər tədiyə balansında aktiv saldo olarsa, bu o deməkdir ki, ölkə istehlak etdiyindən çox istehsal edir. Əksinə olduqda, ölkənin tədiyə balansı kəsirli hesab edilir. Bu isə o deməkdir ki, ölkə istehsal etdiyindən daha çox istehlak edir.

Açıq iqtisadiyyatın makroiqtisadiyyatında beynəlxalq ticarət və maliyyə sistemi də mühüm rol oynayır.

Beynəlxalq ticarət bir çox səbəblər üzündən əmtəə müxtəlifliyi yaradır. Beynəlxalq ticarətin əsasında isə ehtiyatlarda, zövqlərdə və texnologiyalarda olan müxtəliflik durur.

Son 10 illərdə ABŞ-da bu pay 10 faiz ötmüşdür, amma hələ bu ölkə “bağlı” ölkələrdən biri sayılır. Digər ölkələrin səviyyəsində (xüsusilədə Avropada da) təqribən 50 faizi, idxal və ixracın payına düşür.

Ticarətdən gələn gəlir və müqayisəli üstünlüklər. Beynəlxalq əmək mübadiləsinin və ixtisaslaşmış sürətli artımı xarici ticarətin iqtisadi cəhətdən xeyrli olması məsələsini qanuna uyğunlaşdırır.

Bütün bu sualın cavabını müqayisəli üstünlüklər qanunnu betnəlxalq əmək mübadiləsinin və ixtisaslaşmanın sürətli artımı xarici ticarətin iqtisadi cəhətdən xeyrli olması məsələsini qanuna uyğunlaşdırır. Bu qanuna görə hər bir millət öz həyat tərzinin məhsuldarlıqla ən yüksək nailiyyət əldə olunan məhsulun istehsalı üzrə ixtisaslaşması hesabını yaxşılaşdıra bilir.

İstehsal şəraitinin müxtəlifliyi üzündən rayonlararası ticarətin əsas amillərindən biri ölkələrdə istehsal şəraitinin müxtəlif olmasıdır. İstehsal şəraitinin müxtəlifliyi ölkələrin imkanlarını müxtəlif edir. Hərmillət bütün məhsulların az miqdarda istehsalını təşkil edə bilər. Lakin, bu çoxlu istehsal xərcləri tələb edəcək, alınan məhsulların dəyəri baha olacaq, bu məhsulların buraxılmasını məqsədəuyğun etməyəcək. Aydındır ki, yuxarıda çəkdiyimiz misalı lap yoxsul ölkələrə bütünlüklə aid etmək olar.

Amerikanın böyük torpaq sahələri var, onun təbii ehtiyatları çoxdur, lakin işçi qüvvəsinə və kapitala ehtiyacı var. Avropada əksinə, kapital və insan ehtiyatı kifayət qədərdir, torpaq isə azdır. Belə halda hansı fəaliyyət məqsədəuyğundur? Əgər Amerikanın işçi qüvvəsi daha məhsuldardırsa, işçi qüvvəsi daha məhsuldardırsa ona nəsə gətirmək lazımdırmı? Avropa isə öz daxilində proteksionist tariflər qoymalıdırmı?

Rikardo 1817-ci ildə bu məsələyə cavab kimi beynəlxalq ixtisaslanmanın sərfəli olmasını sübut etmişdir.

İqtisadçının ilk reaksiyası təbii olaraq mənfi cavab olacaqdır. O, bilir ki, ticarət millətlər arasında qarşılıqlı mübadiləyə, istehsalın imkanlarının genişlənməsinə səbəb olur ki, bununla da dünyada ümumi həyat səviyyəsini yüksəldir. Lakin belə bir reaksiya mövcud real məsələlərin həllini tam əks etdirmir. Çoxları istəyir ki, sənayenin ətrafında tariflərdən divar qursun və onu xarici ticarətdən qorunmasına etiraz etmir.

Tariflərin qiymətlərə təsiri probleminin təhlilindən başlayaraq, sonra isə iqtisadiyyatda proteksionizmin “lehinə”, və “əleyhinə” dəlillərinə baxarıq.

Tələb və təklif nəzəriyyəsinin köməyilə ticarət və tariflərin təhlili dedikdə əvvəlki fəsillərdə belə bir nəzəriyyələrə baxılmışdır ki, Avropa paltar hazırlanmasında nisbi istehsak üstünlüyünə, Amerika isə yeyinti məhsulları istehsalında üstünlüyə malikdir. İndi tələb və təklif nəzəriyyəsinin köməyilə xarici ticarətdə satışın həcmi və qiyməti müəyyənliyini , həmçinin tarifləri təhlil edək.

Tariflərin iqtisadi təhlilinin mahiyyəti onları üç səmərəli təsirdə əks etdirir və milli qiymətlərin artması, istehsalın xeyirsiz olmasını məbləğin artması ilə, istehsalın xeyirsiz olmasını aşkar edir. Bundan başqa, sərfəsiz yüksək qiymətlər istehlakçının itkisinə səbəb olacaqdır.

Beləliklə tariflərin tətbiqi qeyri-səmərəli istehsalı mükafatlandırır; istehsalçıları az miqdarda əmtəə almağa məcbur edir; hökumətin gəlirinin artmasını təmin edir.

Müxtəlif əhali qruplarının marağına daxil edilmiş gömrük tarifləri – tariflərin müdafiəsinə yaxşı məlum olan təzyiq üsuludur. Həm biznes, həm də əmək yaxşı bilir ki, məhsullarına müəyyən olunmuş tariflər verilməlidir. Baxmayaraq ki, istehsal və istehlaka ümumi səmərə təsiri nəzərə alınmır.

İnkişafın yeni təkanları xarici ölkələri məcbur edir ki, valyutarist kvotalar tətbiq etsinlər, yaxud idxalı məhdudlaşdırmaq üçün bazar müdaxilələrini bağlasınlar.

Nəticədə qeyri-tarif maneələri haqqında olan informasiyaların gizlədilməsidir.

İxracatın artımı daxili istehsalın və gəlirin yüksəlməsinə aparır, amma multiplikatorlar bizim şəraitə uyğun idxalın köməyilə azalır. Beləliklə, daxili, siyasi, xarici ticarət vasitəsilə milli sərhədləri aşır və bununla da onun fəaliyyəti istehsalın və məşğulluğun səviyyəsinə təsir edir.

İqtisadi siyasət, valyuta məzənnəsi və işsizlik məlum mənada bir-biri ilə əlaqədardır: iqtisadi siyasət valyuta məzənnəsinə təsir edir, bu təsir də işsizliyə gətirib çıxara bilər. Belə ki, 70-ci illərdə və 80-ci illərin əvvəllərində pul-kredit siaysətində çevik valyuta məzənnəsinə təsir edir.

1.Dövriyyədə pul kütləsinin həcmini məhdudlaşdırmaqla və bununla da faiz həddinin artırılması ilə ölkənin mərkəzi bankı özünün pul-kredit siyasətini sərtləşdirir:

2.Faiz həddinin artımı nəticəsində başqa plkələrə nisbətən ABŞ iqtisadiyyatına inversiya daha cəlbedici olur. Xarici kapitalın axını sürətlənir. Dollara tələb artmaqla, onun mübadilə məzənnəsi yüksəlir.

3.Dolların yüksək mübadilə məzənnəsi ABŞın ixrac qiymətini nisbətən yüksəltməklə Amerika ixracının rəqabət aparmasını aşağı salmaqla, idxalçının rəqabət aparmaq qabiliyyətini yüksəldir.

Beynəlxalq iqtisadi münasibətlər bizim eradan əvvəl IV-III minilliklər Asiyanın və Avropanın ərazisində ilk dövlətlərin yaranması ilə təşəkkül tapmağa başlamışdır. Ötən yüzilliyin başlanğıcında beynəlxalq iqtisadi münasibətlər sistemləşərək transformasiya olunması prosesi daha da güclənmişdir. Məhz, XIX əsrin XX əsrin astanasında özünün başlıca cəhətləri və xüsusiyyətləri ilə eyni sistem formalaşan beynəlxalq iqtisadi münasibətlər dünya təsərrüfat sistemindən fərqlənməyə başlamışlar.

Açiq iqtisadiyyatda dövlətin siyasəti çox böyükdür. Bazar iqtisadiyyatı şəraitində dövlətin həyata keçirmiş olduğu iqtisadi siyasətin bir istiqaməti xarici iqtisadi fəaliyyətlə bağlıdır. Dövlət bu siyasəti ilk növbədə açıq qapı siyasəti və himayədarlıq siyasəti istiqamətində həyata keçirir. Açıq qapı siyasəti zamanı ölkənin xariclə apardığı iqtisadi və ticarət əlaqələrində heç bir məhdudiyyət qoyulmur.

Qeyd etmək lazımdır ki, ölkədə makroiqtisadi sabitlik yarandıqca, iqtisadiyyatda müsbət dəyişikliklər baş verdikcə Azərbaycan neftinin ixracı çoxaldıqca ölkənin tədiyə qabiliyyəti get-gedə artacaq və ölkənin iqtisadi inkişafına təkan verəcək.



4.Azərbaycanda açıq iqtisadiyyat

Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətlərini ifadə edən bu cəhətlərinin hər biri ölkənin gələcək inkişafında fəaliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Əgər göstərilən prinsip əsasında inteqrasiya prosesi həyata keçirilərsə, respublikanın inkişafında böyük nailiyyətlər əldə etmək mümkündür. Ümumiyyətlə, açıq iqtisadiyyatda mətbuat da böyük rol oynayır.

Rəsmi şəxslərin və ictimaiyyətin müəyyən hissəsindən son vaxtlar tez-tez qəzetlərin hüquqi və etik normaları pozması ittihamları, habelə onların üzərində nəzarətin gücləndirilməsi çağırışları eşidilir. Bu bəyanatlar ölkədə mənəvi, sosial-iqtisadi böhrana məhz mətbuatın səbəb olması məntiqinə söykənir. Ölkə həqiqətən böhran içindədir. Maraqlı budur ki, məhz elə bu böhran bu və ya digər dərəcədə mətbuatın özünə də təsir edir. Mətbuat böhranı

1. iqtisadi

2. siyasi

3. mənəvi

4. peşə aspektlərini əhatə edir

"Mətbuatın müstəqilliyi" apoloqetləri KİV üzərində nəzarətin sərtləşdirilməsini onun tənəzzülünün məhz mənəvi tərəfilə izah edirlər. Bəzi hallarda siyasi və digər motivlər də xatırladılır, amma bu zaman problemin iqtisadi və peşəkarlıq tərəfi inkar edilir. İndiki halda isə problemə bazis və üstqurum nisbətindəki klassik müstəvidə yanaşmaq daha doğru olar.

Bazisdən, yəni iqtisadiyyatdan, eləcə də "Azərbaycanda mövcud olan reallıqlar şəraitində bir qəzet belə iqtisadi baxımdan müstəqil ola bilməz" tezisindən başlayaq. Bu eyni zamanda qəzetlərin nə siyasi, nə də hər hansı bir başqa formada müstəqil olmaması deməkdir. Bu artıq aksiomadır ki, açıq iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi cüzi gəlirləridir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85%-i reklamlardan, 15%-i isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə bu bölgü ən yaxşı halda birbaşa əks xarakterlidir. Qəzetlərin əksəri hətta reklamın nə olduğunu təsəvvür belə etmir və buna görə də səhifələrində reklamlar çap olunmur.

Açıq iqtisadiyyata malik ölkələrdə çap və elektron KİV-lərdə (TV və radio) reklamın pulla ifadə nisbəti 0,5:1-dən 1,2:1-ə qədərdir. Azərbaycanda isə bu nisbət 1:10 olmaqla elektron KİV-lərin xeyrinədir. Azərbaycanın bütün reklam bazarının həcmini söyləmək olduqca çətindir, çünki, bu sahə də ölkə iqtisadiyyatının əksər hissəsi kimi qapalıdır. Səthi informasiya təhlillərinə görə, ümumi reklam bazarı 30 milyon dollar civarındadır. Bu isə olduqca azdır. Azərbaycanda adambaşına təqribən 3,5 reklam dolları düşür. Baltikyanı ölkələrdə bu rəqəm adambaşına 42 dollar, ABŞ-da isə 950 dollar təşkil edir.

Azərbaycanda mətbuatın maliyyə böhranının iki səbəbi var. Birinci səbəb iqtisadiyyatın qapalı olmasıdır. Bu iqtisadiyyat total şəkildə "kölgə biznesi"lə, inhisarçılıqla, biznes strukturlarının işinə dövlətin özbaşına müdaxiləsilə xarakterizə edilir. Aparılan tədqiqatlar göstərir ki, ərzaq məhsulları, mobil telefon, mebel, geyim və s. kimi müxtəlif bazarların 80%-ni "xəlvəti iqtisadiyyat" təşkil edir və inhisar altındadır. Belə şəraitdə yayılan reklamlar iş adamı üçün təhlükəlidir, çünki, reklam şəffaflıq yaradaraq hüquq-mühafizə orqanlarının diqqətini biznes struktura cəlb edir ki, bu da "xəlvəti iqtisadiyyat" şəraitində əsla lazım deyil. Digər tərəfdən isə bazarların çoxu inhisara alınıb, inhisarçılıq isə reklama ehtiyac duymur çünki, rəqabətin nə olduğunu bilmir.

İkinci səbəb isə hakimiyyətin siyasi məqsədlərindən irəli gəlir. 1998-ci il avqustun 7-də hakimiyyət beynəlxalq birliyin təzyiqi altında KİV-lərdə siyasi senzuranı ləğv etməyə məcbur oldu. Bu zaman demək olar ki, bütün nəşrlər öz iqtisadi müstəqilliyini təmin etmək gücündə idi (bu müddətdə KİV-lərin fəaliyyəti açıqlığı, korrektliyi, peşəkarlığı, məsuliyyəti və mənəvi səviyyəsilə fərqlənirdi). Müxalifət qəzetləri isə öz partiyalarının əsas gəlir mənbələrindən birinə dönmüşdülər. Müstəqil, müxalifət və hakimiyyət qəzetlərinin nisbəti 1:1:1 təşkil edirdi. Əlbəttə, mətbuatın ictimai nəzarəti həyata keçirə bilməsi kimi belə bir şərait qapalı iqtisadiyyata və siyasi manipulyasiyaya əsaslanan hakimiyyət üçün olduqca qorxulu idi. Odur ki, mətbuatı maliyyə müstəqilliyindən məhrum etmək və onu iqtisadi baxımdan hakimiyyətdən asılı vəziyyətə salmaq qərarı qəbul edildi. Əsas zərbə əhali arasında böyük etibara malik olan müstəqil mətbuata yönəldildi. 1998-ci ilin sonundan isə KİV-lərin iqtisadi baxımdan "boğulması" kampaniyası başladı. Mətbuat yayımı firmalarının bağlanması və ya fəaliyyətlərinin məhdudlaşdırılması, kağızın, mətbəə xidmətlərinin və qəzet yayımının qiymətlərinin artırılması, müflisləşdirici məhkəmə cərimələri, ən başlıcası, müstəqil və müxalifət qəzetlərinə reklam verən firmalara təzyiqlər bu kampaniyanın tərkib hissəsi idi.

Bu siyasət bu gün də davam edir. Bunun nəticəsi olaraq qəzetlər böyük ziyana düşdülər. Bir çox redaksiyalarda əməkhaqqı borcu kimi yeni hallar təzahür etdi. Redaksiyalar xərclərin azaldılması üçün ştatları, əməkhaqqını, qəzetlərin səhifələrini azaltmağa məcbur oldular. Hakimiyyət qəzetlərin çoxunun öz nəzarətinə keçməsi istəyinə nail oldu. Bütünlükdə isə mətbuat elə hala salındı ki, ona mətbuat demək çətin ki, mümkün olsun. Qəzetlərin əksəriyyəti ağ-qara formatda, aşağı nəşriyyət keyfiyyətilə, gündə 3-5 min nüsxə, əsasən də reklamsız olmaqla çıxır ki, bu da nəşrin xərclərini ödəmir. Belə şəraitdə qəzetlər loyallıq müqabilində gizli dotasiyalar qəbul etmək və pul qopartmaq kimi addımlar atmağa məcbur olurlar. Bütün Azərbaycan cəmiyyəti kimi elə bu cəmiyyətin aynası olan mətbuatın mənəvi dağılması və çökməsi prosesinin də mənbəyi bax buradan başlandı. Azərbaycanda bu gün cəmiyyətə mətbuatın yeri və rolu ilə bağlı olduqca qorxulu təqdimatlar verilir. Mətbuata zəhmətsiz gəlir, manipulyasiya və "qara piar" aləti kimi baxılır.

Daha bir problem qəzetlərin az tiraclı olmasıdır. Bu isə öz növbəsində əhalinin aşağı alıcılıq qabiliyyəti deməkdir. Hətta 1000 manata olan bir qəzeti almaq belə çoxlarının cibinə uyğun deyil. 2006-cı ilin əvvəlində "Puls-R" sosioloci xidmətinin Azərbaycanın 15 rayon və 12 şəhərində apardığı sorğu göstərib ki, respondentlərin 43%-i qəzetləri şəxsi gəlirləri artanda, 23%-i isə nəşrlərin qiymətləri enəndə ala biləcəklərini deyiblər. Yəni, reklam məsələsində olduğu kimi burada da biz cəmiyyətin sosial-iqtisadi problemilə üz-üzə gəlirik.

Mətbuatın inkişafının əsas problemlərini həll etmək üçün ilk növbədə açıq, liberal iqtisadiyyat yaradılması, inhisarçılığın ləğv olunması zəruridir. Bu birinci dərəcəli məsələlərdir. Reklamin bəyənilməsi, yəni, reklamın vergidən azad edilməsi, reklamın məhsulun maya dəyəri sisteminə daxil edilməsi, reklam verilməsinə bütün məhdudiyyətlərin aradan qaldırılması kimi məsələləri ikinci dərəcəli məsələ saymaq olar. Təcili radikal tədbir kimi birinci beş il ərzində bütün hüquqi iqtisadi qurumlardan illik ümumi gəlirin 1%-nin məcburi ödənişi ola bilər. Bu məsələ ilə bağlı iş adamlarının problemləri olmaması üçün gəlir vergisi 24%-dən 23%-ə endirilə bilər. Qalan 1%-i isə mətbuatda reklama yönəltmək olar. 2005-ci ildə bütün təsərrüfat subyektlərində ölkə üzrə gəlirdən tutulan ümumi vergi 1 trln. 777 mlrd manat (376 mln dollar) olub. Reklam üçün 1%-lik ayırma isə 74 mlrd manat və ya 14 milyon dollar təşkil edir ki, bu dövlət büdcəsi üçün ağır deyil. Mütəxəssislərin dəyərləndirmələrinə görə, reklama qoyulan 1 dollar 2 dollardan 300 dollara kimi gəlir gətirir. Bu halda iş adamlarının da, büdcənin də gəliri artacaq. Birinci ildə isə qəzetlər reklamdan əhəmiyyətli dərəcədə gəlir əldə edəcəklər. Nəticə etibarilə, bütün bu tədbirlər qeyri-neft sahəsinin dinamik inkişafına, liberal iqtisadiyyatın formalaşmasına, reklam mədəniyyətinin artımına, mətbuatın sağlamlaşaraq siyasi alət olmaqdan kommersiya müstəvisinə keçməsi kimi təkamül baş verəcək.

Belə yanaşma olan yerdə yaxın iki ildə il ərzində qəzetlərin reklamdan əldə etdikləri gəlirlər 30 milyondan 100 milyon dollara kimi qalxa bilər. Azad və açıq maliyyə axını bütün qəzetlərdə istər mətbuatın, istər reklam verənin əsas maraq obyekti olan oxucu uğrunda rəqabət hissini oyadacaq. Redaksiyanın maliyyə baxımından sağlamlaşdırılması, məhsulun və səviyyəsinin keyfiyyətinin yaxşılaşmasına və curnalistin peşəkarlıq səviyyəsinin artmasına səbəb olacaq. Bu proseslə yanaşı, mətbuatın özünün və bir hissəsi ictimai şüurla manipulyasiya edən, digər hissəsi isə manipulyasiya obyekti olan cəmiyyətin bütün tərəflərinin mənəvi sağlamlaşmasına və məsuliyyətinin artmasına səbəb olan bir sıra tədbirlər həyata keçirmək olar. Əhəmiyyətli nəticələr əldə etmək çətin deyil, zəruri olan isə KİV haqqında qanuna və Azərbaycan curnalistinin peşə etikası kodeksinə əməl edilməsinə nail olmaqdır. Bu məqamda isə qanun və vətəndaşın maraqlarının keşiyində duran dövlət başçısının müdaxiləsi olmadan keçinmək mümkün deyil. Müdaxilə aşağıdakı kimi ola bilər:

1. Azərbaycan prezidenti Konstitusiyanın qarantı kimi bütün KİV-ləri ölkə Konstitusiyasına, teleradioyayım və KİV haqqında qanunlara, digər qanunverici aktlara, o cümlədən curnalist peşə etikası kodeksinə uyğun fəaliyyət göstərməyə çağırır.

2. Prezident qanunvericiliyin və curnalistin peşə etikası kodeksinin pozulmasının qarşısını operativ şəkildə almaq üçün Milli TeleRadio Şurasına və Mətbuat Şurasına KİV-lərin monitorinqinin aparılması tövsiyəsilə müraciət edir.

3. Prezident monitorinqin həyata keçirilməsinə olan maddi-texniki maneələri aradan qaldırmaq üçün təcili sərəncam hazırlayır.

4. Prezidentin sərəncamını yerinə yetirən MTRŞ və MŞ KİV-lərin gündəlik monitorinqini həyata keçirir, aşkar edilmiş pozuntularla bağlı onlara operativ xəbərdarlıq edir, tövsiyələr təkrar edildikdə və ya rədd olunduqda KİV-in fəaliyyətinin dayandırılması da daxil olmaqla, qanunun verdiyi səlahiyyət çərçivəsində günahkarları cəzalandırır. O, həmçinin KİV haqqında qanunvericiliyə və peşə etikasına əməl olunmasına dair aylıq hesabatlar hazırlayır.

Mətbuatın mənəvi və peşə durumunun yaxşılaşmasına təsir etmək imkanı olan əsas institut kimi Mətbuat Şurasının işinin səmərəliliyini artırmaq üçün bir sıra tədbirlər görmək zəruridir. Təcrübə göstərir ki, qanunvericiliyin və curnalistin peşə etikası kodeksinin pozulması hallarını aradan qaldırmaq üçün MŞ-nin gördüyü tədbirlər arzuedilən nəticəni vermir. Bu əsasən MŞ-nin məhz qəzetlər pozuntu hallarına yol verdikdən və şikayət daxil olduqdan sonra reaksiya verməsi ilə bağlıdır, çünki MŞ-nın binası, profilaktik tədbirlər və gündəlik sistemli monitorinq aparmaq üçün əməkdaşları, vəsaiti və digər imkanları yoxdur. Bu texniki problemləri aradan qaldırmadan MŞ-dan səmərəli fəaliyyət gözləmək ədalətsizlik olardı.

Bu və digər qabaqlayıcı tədbirlər qanunvericiliyi və peşə etikası kodeksini pozan nəşrlərin fəaliyyətini məhdudlaşdırmaqla bir çox hallarda problemi uğurla həll etməyə imkan verərdi.

Aşağıdakılar təklif edilir:

1. Mətbuat Şurası mətbuat tərəfindən qanunvericiliyə və peşə etikasına riayət olunmasını obyekt seçməklə qəzetlərin gündəlik monitorinqini aparır:

a) həftəlik olaraq qəzetləri (zəruri hallarda operativ) yol verdikləri pozuntular barədə xəbərdar etmək;

b) pozuntuların sayı və xarakteri cədvlədə əksini tapan qəzetlərin peşə etikası prinsiplərinə riayət etməsi barədə aylıq hesabat;

c) qəzetlərə pozuntular barədə üç dəfə ardıcıl xəbərdarlıqdan sonra MŞ məlum işin məhkəmə baxışına verilməsi təşəbbüsünü irəli sürəcək. Bu hüququ gerçəkləşdirmək üçün MŞ-nin Nizamnaməsində bu səlahiyyət əksini tapmalıdır. 2. Kompetent qərarlar qəbul olunması, məhkəmədən sui-istifadə edilməməsi üçün onlar üzərində vətəndaş və informasiya məsələləri üzrə səlahiyyəti olan institutlar tərəfindən KİV-lə bağlı ixtisaslaşdırılmış məhkəmə yaradılması arzuediləndir. Qəzetlərlə bağlı şikayətlərə MŞ-da baxılması qanunvericiliklə nəzərdə tutulmalı və yalnız bundan sonra məhkəmə mərhələsi gəlməlidir. Qanunvericilik və curnalistin peşə etikası kodeksi mütəmadi pozulduqda məhkəmə qaydasında redaktorun KİV-ə beş il müddətinə rəhbərlik hüququ ləğv edilsin.

3. Curnalist təhsili olmayan vətəndaşlara redaktor fəaliyyəti qadağan edilsin. Təhsili olmayan şəxslər ali curnalist təhsili almalı, qeyri-curnalist ali təhsili olanlar ixtisaslaşdırılmış məktəblərdə qiyabi (1-2 illik) ali curnalist təhsili almalıdır.

4. Mətbuat Şurasına qanunvericiliyi və peşə etikası kodeksini pozmaları haqda şikayət daxil olan qəzetlərin çoxu hüquqi yox, fiziki şəxs kimi qeydə alınıblar. Maliyyələşmə bank hesabları yolu ilə deyil, naməlum mənbələr hesabına aparılır, curnalistlərlə müqavilələr və rəsmi ştatlar yoxdur, bütün curnalistlər ştatda olan əməkdaşlar kimi vəsiqəyə malik olsalar da ştatdankənar müxbir kimi fəaliyyət göstərirlər, yalançı rekvizitlər göstərilir. Bütün bu atributlar təsdiq edir ki, belə nəşrlər ya pul qopartmaq yolu ilə qanunsuz gəlirlər əldə etmək, ya da ayrı-ayrı şəxsləri, qrupları və təşkilatları diskreditasiya etmək kimi qərəzli məqsədlər üçün yaradılır. Bununla əlaqədar bütün KİV-lərin qanunvericilik qaydasında, buradan çıxan hüquq və vəzifələr də nəzərə alınmaqla, yalnız hüquqi şəxs kimi qeydə alınmasına dair uyğun dövlət orqanlarının üzərinə öhdəlik qoyulması təklif edilir.

Bu nəticə və tövsiyələri açıqlayaraq qeyd etmək istəyirəm ki, öz xidməti vəzifəsinə görə ölkənin taleyinə məsul şəxslər siyasi iradə nümayiş etdirmədən Azərbaycan mətbuatının keyfiyyət baxımından səviyyəsinin artırılması və bir çox neqativlərin aradan qaldırılması mümkün deyil. Mətbuatın sağlamlaşdırılması və inkişafı yolu liberal iqtisadiyyatdan, qanunun aliliyindən, tərkib hissəsi mətbuat da sayılan bütün biznes-birliyi üzvləri üçün bərabər şəraitin yaradılmasından keçir. Kompleks yanaşma olmadan isə bu problem sadəcə həlledilməzdir.

Ölkəmizin son illərdə müxtəlif sahələri əhatə edən inkişafı haqqında düşünərkən yalnız və yalnız ümummilli liderimiz, görkəmli dövlət başçısı Heydər Əliyev yada düşür. Heydər Əliyev türk dünyasının böyük öndəri, dünya miqyaslı siyasi xadim və dövlət rəhbəri idi. Azərbaycan hansı sahədə nə uğur qazanıbsa, bunların hamısı Heydər Əliyevin adı ilə bağlıdır və bunu da biz hamımız yaxşı bilirik.Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətdə olduğu on il hər bir azərbaycanlının yaddaşında mənəvi tarixi intibah mərhələsi kimi həkk olunmuşdur...

1993-cü ilin ortalarında hökumət böhranı son dərəcə kəskinləşmiş, ölkədə vətəndaş müharibəsinin baş verməsi və Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi dərinləşmişdi.

Xalqının dar günündə onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı, respublikamızı ağır fəlakətdən qurtarmaq üçün var qüvvəsilə fəaliyyət göstərdi. Bu o vaxt idi ki, respublika iqtisadiyyatında tənəzzül davam edir, güclü istehsal potensialı dağılır, ölkə daxilindəki ictimai-siyasi vəziyyət gündən-günə kəskinləşir, müstəqil Azərbaycanın yox olmaq təhlükəsi getdikcə artırdı.

Bu vaxt zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev dünyada baş verən hadisələri nəzərə aldı və Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə, geopolitik şəraitə, milli mənafelərinə uyğun inkişaf strategiyasını müəyyən etdi. Və bu strategiyada dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşması, yeni iqtisadi sistemin hüquqi bazasının qorunması prosesi beynəlxalq hüquq normaları, qarşılıqlı əməkdaşlıq prinsipləri ilə əlaqələndirilirdi. Məhz bunların nəticəsi kimi, müstəqilliyin ilk illərində ən risqli dövlətlər siyahısına daxil edilən Azərbaycan, son illərdə beynəlxalq aləmdə investisiya mühiti baxımından ən çox inkişaf imkanları olan ölkə kimi tanındı.

Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası ilə bağlı baxışları Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə, açıq iqtisadiyyatın üstünlüklərindən səmərəli istifadə etmə prinsiplərinə əsaslanırdı.

Ümummilli liderimiz Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütövlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün çox düşünülmüş strategiya seçdi və bu strategiyada neft faktoruna üstünlük verdi. Bu, dünya iqtisadiyyatına qovuşmaq üçün maliyyə imkanları tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. Sirr deyil ki, Heydər Əliyevin neft siyasətinin həyata keçməsinə nə qədər güclü təzyiqlər edilirdi. Amma dövlətimizin başçısı millətimizin, dövlətimizin taleyi, tərəqqisi üçün çox vacib olan prinsipial mövqeyindən dönmədi.

H. Əliyev neft siyasətini ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin prinsipləri ilə əlaqələndirdi, milli mənafelərin qorunması, investisiya mühitinin yaxşılaşdırılması, risq faktorunun azalması üçün zəruri tədbirlər həyata keçirdi. Bütün bunlar isə Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin yüksəlməsinə, respublikaya investisiya axınının güclənməsinə münbit şərait yaratdı.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Tarixi İpək yolu nəqliyyat dəhlizinin bərpasında respublikamızın aktiv iştirakını təmin etməsidir.

İpək yolunun bərpası və bu nəhəng planın həyata keçməsində Azərbaycanın iştirakı dövlətimizin müstəqilliyi, iqtisadi təhlükəsizliyi üçün çox mühüm faktor oldu.

Qədim İpək yolunun bərpasında, Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində mərkəz rola malik olmasında Heydər Əliyevin müstəsna rolu danılmazdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1998-ci ildə keçirilmiş Bakı sammiti bunu bir daha sübut etdi. XXI əsrdə Azərbaycanın TRASEKA proqramında fəal iştirakı, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyətə başlamasıyla əlaqədar görülməsi nəzərdə tutulan işlər, bütövlükdə nəqliyyat sisteminin yenidən qurulması respublikamızın sosial-iqtisadi dirçəlişinə çox böyük təsir göstərməkdədir.

Qədim İpək yolu Azərbaycan üçün tükənməz kapital və iqtisadi inkişaf amilidir.

Heydər Əliyevin fəaliyyət göstərdiyi bütün dövrlərdə insan, onun qayğıları, sosial inkişaf problemləri həmişə diqqət mərkəzində olmuşdur. Heydər Əliyev həm sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə, həm də müstəqil Azərbaycanın prezidenti kimi iqtisadi inkişafla sosial inkişaf arasında əlaqəni, əmək haqqını, sosial müavinətləri, səhiyyə və təhsil səviyyəsini xarakterizə edən göstəricilərin sistemli təhlilini aparmış, əhalinin həyat səviyyəsinin yaxşılaşması istiqamətində məqsədli proqramların reallaşmasına nail olmuşdur.

Təkcə son 10 ildə respublikamızda yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq sosial sahədə də islahatlar həyata keçirilmiş, xalqın güzəranı yaxşılaşdırılmışdır.

Müstəqil Azərbaycanın Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət, beynəlxalq iqtisadi əməkdaşlıq doktrinası qloballaşan dünyada respublikamızın layiqli yer tutmasına, beynəlxalq əməkdaşlıq, qabaqcıl dünya təcrübəsindən səmərəli istifadə edilməklə Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsinə xidmət etmişdir.

Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın iqtisadiyyatına dair baxışları uzun müddət fəaliyyət proqramında daim öz layiqli yerini tutacaqdır.

Nəticə

Ümumiyyətlə, iqtisadiyyat çox böyük elmdir. Onu mükəmməl öyrənmək hər bir vətəndaşın borcudur. Çünki iqtisadiyyatı mükəmməl öyrənmədən öz ölkəmizin iqtisadiyyatı haqqında heç bir məlumat əldə edə bilmərik. Halbuki, bu bizə çox vacibdir.

Açıq iqtisadiyyatın göstəriciləri, onun inkişaf meylləri, əlamətləri haqqında biz bu mövzuda ətraflı məlumat vermişik. Öyrənmişik ki,açıq iqtisadiyyat nədir, Azərbaycanda açıq iqtisadiyyat necədir, keçid dövründə açıq iqtisadiyyat hansı göstəricilərlə və hansı səviyyələrdə səciyyələnir və s. Biz bunların hər biri haqqında ayrı-ayrılıqda və ətraflı məlumat vermişik. Bütün bunlar haqqında nə qədər məlumat versək də yenə də azlıq edir. Çünki açıq iqtisadiyyat elə bir mövzudur ki, onu bu yazdıqlarımızla tam əhatə edə bilmərik. Nəinki, açıq iqtisadiyyat, ümumiyyətlə elm elə bir şeydir ki, nə qədər oxusaq da yenə də heç nə bilmədiyimizi etiraf etməliyik. Çünki elm sanki bir xəzinədir və heç kim bu xəzinənin açarını tapmağa çalışmalıyıq. Bunun üçün çalışmalıyıq ki, hər bir asudə vaxtımız elmlə məşğul olmaqla keçsin. Məhz belə olduqda biz nəyisə qura bilərik, cəçiyyətə nə isə bir xeyir verə bilərik. Çünki, bütün bunların başında elm durur. Biz həyatda əldə etdiyimiz nailiyyətlərə görə elmə çox borcluyuq. Ən əsası ona görə ki, ölkəmizin iqtisadiyyatnı mükəmməl öyrənmək üçün elm bizə çox kömək edir. Dahi şairimiz Nizami Gəncəvi çox gözəl demişdir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Deməli buradan da belə bir nəticəyə gəlmək olar ki, yazdığımız bu mövzu elmlə qarşılıqlı əlaqədədir. Çünki az da olsa əldə etdiyimiz elmin sayəsində biz bu mövzunu işləyə nilərik.

Ümummilli liderimiz Heydər Əliyev özünün malik olduğu elmi sayəsində sanki Azərbaycanı bir bataqlıqdan qurtardı. O, öz iqtisadi biliyi, siyasəti ilə ölkədə əmin-amanlıq yaratdı, Azərbaycanı bütün dünyaya tanıtdı. Çünki bunları əldə etmək üçün o, kifayət qədər iqtisadi biliklərə malik idi. Heydər Əliyev Azərbaycanın xilaskarı olmaqla yanaı, gənc nəslin işıqlı gələcəyi üçün nə lazımdırsa əlindən gələni etmiş və ölkəmizin iqtisadiyyatnın günü-gündən dirçəlməsi üçün çox gözəl tövsiyyələr vermiş, şüarlar söyləmişdir. Onun dediyi ən gözəl şüarlardan biri ilə yazdığım mövzunu tamamlamaq istəyirəm: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə