İntibah və Reformasiya




Yüklə 29.71 Kb.
tarix12.03.2016
ölçüsü29.71 Kb.
İntibah və Reformasiya

XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan b hərəkat müasir Avropa ilə antik Avropa arasında ki, kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yaşaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Mermarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi.[42] Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ançaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.

Almaniyada intibah dövrü Humanizm hərəkatı ilə başlamışdır. Desiderius Erasmus və Martin Lüter dini mövzularda araşdırmalar apardılar. Martin Lüter Xristianlıqda Protestanlıq adı verilən Reformasiya hərəkatını başlatdı.[43] Jan Kalvin Martin Lüterin müxalif fikirlərini açıq şəkildə müdafiə etdiyi üçün kilsənin əsas güc mərkəzlərindən biri olan Paris şəhərini tərk etməli olmuşdu. Jan Kalvin 1534-cü ildə Parisi tərk etmiş və bir müddət Strasburq, Bazel kimi şəhərlərdə qalmışdır. 1541-ci ildə Cenevrə şəhərinə köçərək burada Kalvinizm cərəyanını genişləndirmişdir. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması ilə Fransada yaşayan kalvinist və protestantlara geniş hüquqlar verildi və onların dini inancı tanındı.

Alman rəssamı Albrext Dürer dini tablolar çəkməyə başladı. İngiltərədə Vilyam Şekspir, İspaniyada isə Migel de Servantes tərəfindən məhşur əsərlər yazıldı. İntibah dövrünün nəticəsində Sxolastika fəlsəfəsi çökdü. Sxolastika fəlsəfəsinin yerini hər şeyi elmi yolla sübut etmək fikiri hakim oldu və bu tip fikirlər nəticəsində reformasiya hərəkatının əsası qoyuldu. Elm və texnika sahəsində ki, uğurlar sürətləndi. Avropada bədii əsərlərdən zövq alan elitar kübar cəmiyyət formalaşmağa başladı. Din xadimlərinin və kilsələrin xalq üzərində ki, təsir dairəsi zəiflədi. Kilsə reformasiya hərəkatının qarşısını almaq üçün elm adamlarını təqib etməyə, onlara qarşı İnkvizisiya məhkəmələrini təşgil etməyə başladı. Bu təqiblər nəticəsində Cordano Bruno və Yan Qus kimi elm adamları tonqalda yandırıldı. 1542-ci ildə Roma inkvizisiya məhkəməsi yaradıldı.

1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant razılaşması, 1585-ci ildə ləğv edildi. 1715-ci ildə Fransada Protestanlığın qadağan edilməsindən sonra 250.000 Hüqonot ABŞ və Niderland kimi protestant ölkələrə köçməli oldular. 1545-1565-ci illərdə çağrılan Trent şurası Protestanlığı sərt şəkildə tənqid etdi və bu məzhəbin Xristianlığ dininə zidd olduğunu bəyan etdi. Puritanlar və Anabaptistlər kimi dini icmalar kilsəyə qarşı aparılan reformasiya hərəkatını səmərəli hərəkat hesab etmirdi. Protestanların Avropada katoliklər tərəfindən təqib və təhdidlərə məruz qalması səbəbindən bir çox Avropalı protestant son çıxış yolu kimi, Şimali Amerikaya göçməyi seçdi.

Avropada reform hərəkatlarının yaranması nəticəsində xristianlığın mövqeyi zəifləmiş, Vatikan öz nüfuzunu itirmişdi. Vatikanın nüfuzunun zəifləməsi və Avropada dini zəmində baş verən bir çox hadisələr nəticəsində, 1618-1648-ci illəri əhatə etmiş Otuz illik müharibə baş vermişdir. Müharibənin baş verməsinin əsas səbəbi Katolik-Protestant mübarizəsi olsada, bir çox dövlətlər bu müharibəyə dini deyil siyasi məqsədlər üçün qatılmışdılar. Otuz illik müharibə çox zaman Müqəddəs Roma İmperiyasına tabe olan knyazlıqların müxtəlif cəbhələrdə döyüşməkləri səbəbindən, vətəndaş müharibəsidə adlandırılır. Müharibə 1648-ci ildə Protestantlığın qələbəsi ilə bitmişdir. Müharibədən sonra imzalanan Vestifaliya müqaviləsinə əsasən Müqəddəs Roma İmperiyası parçalanmış və ərazisində bir çox kiçik dövlətlər yaranmışdır. İmperiyanın əlində olan bir çox hüquqlar isə məhdudlaşdırılmışdır.


VARFOLOMEY FACİƏSİ
Varfolomey faciəsinin baş verməsinə müəyyən proseslər səbəb olmuşdur. XVI əsrdə Avropada Roma Papası və hakim Roma Katolik Kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahatçılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası iki hissəyə parçalanmışdır. Protestantlarla katoliklər arasında fakir ayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrı seçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qaldırmış, hamı bir-birini etiqadına görə qiymətləndirməyə başlamışdır.

XVI əsrdə digər Avropa ölkələrində olduğu kimi, Fransanı da məzhəb müharibələri bürümüşdü. Bu ölkədə qugenot (ilk vaxtlar katoliklərin protestantlara həqarətlə verdikləri, sonradan isə protestantların mənimsədikləri ad) müharibələri adlanan üç hərbi münaqişə baş vermişdir. 1570-ci ildə Sen-Jermen müqaviləsinin bağlanması ilə III Qugenot müharibəsi bitmiş, uzunmüddətli mübarizədən sonra qugenotlar müəyyən hüquqlar əldə etmiş, onların rəhbəri admiral Kolinyi isə Fransa Kral şurasına daxil olmuşdur.

Çox keçmədən, admiral Kolinyi Fransa kralı IX Karlın hüsnü-rəğbətini qazana bilmiş və onun ən yaxın məsləhətçisinə çevrilmişdir. Qatı katolik olan kralın anası Yekaterina Mediçi və ona yaxın zadəganlar admiral Kolinyinin sarayda artan nüfuzundan çəkinmiş, Fransanı tamamilə Katolik kilsəsinin qoynuna qaytarmaq istəmişlər.

Zəif sülhü gücləndirmək məqsədilə kralın bacısı, katolik şahzadə Marqarita Valua ilə qugenotların başçılarından sayılan Navarralı Henri arasında nigah bağlanmışdır. Toy ərəfəsində Parisə xeyli yüksək rütbəli qugenotun axışmasından, əsasən, katoliklərdən ibarət şəhər əhalisi narazı qalmışdır.

18 avqust 1572-ci ildə keçirilmiş möhtəşəm toy mərasimi və qugenotların kral əyanlarının arasında olması katolikləri daha da qəzəbləndirmişdir. Hadisələr sürətlə inkişaf etmiş, 22 avqustda admiral Kolinyiyə qarşı sui-qəsd təşkil olunmuşdur. Fanatik katolik və böyük nüfuz sahibi hersoq Henrix de Giz həmin əməliyyatın rəhbəri idi. Protestant zadəganları kraldan hertsoqun cəzalandırılmasını tələb etmişlər. Yeni müharibənin başlamasından ehtiyat edən qugenotlar Parisi tərk etməyə başlamışlar. Yaranmış vəziyyətdən istifadə etmək qərarına gələn kralın anası hökmdarı yeni vətəndaş müharibəsinin qarşısını almaq naminə protestant başçılarının öldürülməsinin zəruri olduğunu inandıra bilmişdir. Bu planın həyata keçirilməsi üçün Müqəddəs Varfolomey günü, yəni 1572-ci il avqustun 24-ü seçilmişdir. O gün şəhər qapıları bağlanılmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdir. Gecə sui-qəsdçilər yaralı admiralın otağına daxil olaraq, onu və mühafizəsini qılıncdan keçirmiş, sonra isə kilsə zənglərinin işarəsi ilə şəhər əhalisi protestantları qətlə yetirməyə çağrılmışdır.

Parisdə başlanmış bu qırğın, kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayılmışdır. Azğınlaşmış əhali protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdur. Qadın-uşaq demədən hər kəs öldürülmüş, təkcə protestantlar deyil, hətta katolisizmə məxsus olmayan digər din nümayəndələrinə də mərhəmət edilməmişdir.

Bu qətliam təqribən bir həftə davam etmiş, küçələr qana boyanmışdır. Tarixçi Jül Mişelin sözləri ilə desək, "Varfolomey gecə"si sadəcə bir gecə deyildi. O, bir mövsüm idi". Katolik ruhanilər bu qəddarlığa pis münasibət bəsləyənləri kilsədən uzaqlaşdırmaqla hədələmiş, canilərin günahlarını isə elə küçədə, meyitlərin üzərində "bağışlamışlar".

"Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.

"Varfolomey gecəsi" kimi din və məzhəb zəminində yaranmış faciələrin təkrar baş verməməsi üçün onların yad edilməsi və öyrənilməsi zəruridir. Çünki, məhz belə qanlı tarixi hadisələr dar məzhəb düşüncəsinin müəyyən mənafelər naminə təhlükəli vasitəyə və silaha çevrilə biləcəyini, günahsız insan qanının axıdılmasına səbəb olacağını göstərdi.

Начало формы

Конец формы

Qusçular hərəkatı


 Çexiyada dövlət X əsrin əvvəllərində yaranmışdı. XIV əsrdə Çexiya qüdrətli dövlətə çevrilmişdir. Həmin əsrin ortalarında kral I Karl (1346-1378) dövründə Çexiya Müqəddəs Roma imperiyasının tərkibinə daxil oldu, Çexiya kralı I Karl Müqəddəs Roma imperiyasının imperatoru seçildi. O, Çexiyanın ərazisini genişləndirdi. Sənətkarlıq və ticarəti himayə etdi. Praqa I Karl dövründə Müqəddəs Roma imperiyasının paytaxtı oldu.
Çexiya bu dövrdə iqtisadi yüksəliş dövrü keçirirdi. Dağlarda mis, qalay, dəmir, gümüş çıxarılırdı. Hər il Praqada yarmarka keçirilirdi. Buraya Almaniya, Polşa və İtaliyadan tacirlər gəlirdi. I Karl Karl körpüsünü saldırdı, müqəddəs Vita kilsəsinin əsası qoyuldu. Bu kilsə 600 ilə tikildi. Avropada ilk Slavyan Universiteti 1348-ci ildə Praqada açıldı,
Təsərrüfatın yüksəlişi xalqın vəziyyətini yaxşılaşdırmadı. Feodalların, ruhani və şəhər varlılarının zülmü artdı. Ən iri torpaq sahibi katolik kilsəsi idi. Yaxşı torpaqların üçdə biri katolik kilsəsinin əlində idi. Alınan vergilərin bir hissəsi Romaya göndərilirdi. Roma pa/pası vəzifələri rüşvətlə verirdi. Romada deyirdilər ki, İsa Romaya gəlsə, onunla rüşvətsiz danışmazlar. Roma kilsəsinə qarşı ümumi narazılıq artırdı. Panlar (feodallar), cəngavərlər kilsənin torpaq və sərvətini ələ keçirmək istəyirdilər. Kəndlilər və şəhər yoxsulları da kilsəyə qarşı çıxırdılar.
Alman feodalları Çexiya kralına qulluq edir,çexləri sıxışdırır,onların torpaqlarını ələ keçirir,Çexiya şəhərlərində alman usta və tacirləri məskən salırdılar. Almanlar idarə işlərini də ələ keçirirdilər. Praqa şəhər şurasında bir nəfər də olsun çex yox idi. Çexiyanın filiz mədənləri almanların əlində idi. Almanlar Praqa Universitetində ağalıq edirdilər. Çex dili sıxışdırılırdı.

 Katolik zülmünə və alman ağalığına qarşı Yan Qusun (1371-1415) başçılığı altında hərəkat başlandı. Bu hərəkat onun adı ilə - Qusçular hərəkatı adlandı. Kəndli oğlu olan Yan Qus Praqa Universitetinin



professoru idi. O, katolik ruhanilərini tənqid edir və Roma papasının vəzifələri pulla satmasını lənətləyirdi. Yan Qus katolik kilsəsinin torpaqlarının əlindən alınmasını və kəndlilərə paylanmasını, kilsənin çex kralına tabe olmasını tələb edir, çex xalqmı ölkəni yadelli əsarətindən azad etməyə, Roma papası və almanlara qarşı mübarizəyə çağırırdı. Praqa şəhərinin baş yepiskopu Qusdan kilsəyə qarşı təbliğatı dayandırmağı tələb etdi. Qus onun tələbinə məhəl qoymadı və Roma papası onu kilsə məclisinə dəvət etdi. İmperator Yan Qusa toxunulmazlıq fərmanı verdi. Yan Qus Almaniyanın cənubundakı Konstans şəhərində çağırılmış kilsə məclisinə gəldi. Onu tutub 6 ay həbsxanada saxladılar, kafir elan etdilər və 1415-ci ildə tonqalda yandırdılar.
Katolik kilsəsinin zülmü, alman zorakılığı və feodal istismarının güclənməsi Qusçular hərəkatına səbəb oldu. Qusun ardıcılları özləriniqusçular adlandırdılar. 1419-cu ildə Praqada şəhər yoxsulları üsyan etdilər və hakimiyyəti ələ aldılar. 1434-cü ilə qədər, yəni 15 il hakimiyyətdə oldular. Praqadan alman varlıları qovuldular, katolik kilsəsi talan edildi və kilsə torpaqları tutuldu.
Üsyançı xalq Çexiyanın cənubunda Tabor dağına toplandılar. Onlar ardıcıl üsyançılar idi və «Taborçular» adlanırdı. Taborçular xırda sənətkarlardan, şəhər yoxsullarından, kəndlilərdən və bəzi yoxsullaşmış cəngavərlərdən ibarət idi. Onların məqsədi təhkimçiliyi, feodal mükəlləfiyyətini, vergiləri ləğv etmək, feodal torpaqlarını kəndlilərə paylamaq, yadellilərin və katolik zülmünü aradan qaldırmaq idi.
Quşçuların digər qrupu Mötədillər idi. Varlı ustalar, tacirlər, çex feodallarının çoxu bu qrupa daxil idi. Mötədillər və taborçuların ümumi cəhəti alman ağalığına son qoymaq, katolik kilsəsinin qüdrətini sarsıtmaq və onların torpaq mülklərini ələ keçirmək idi. Katolik kilsəsini və alman feodallarını Roma papası müdafiə edirdi. Roma papası Qusçulara qarşı 4 səlib yürüşü təşkil etdi, lakin məğlub oldu. Qusçular ədalətli müharibə aparır, vətənlərini müdafiə edirdilər.
Xalq qoşununun başçısı yoxsullaşmış cəngavər Yan Jijka idi. O, vuruşmalardan birində başından yaralandı və kor oldu. Amma köməkçilərinin köməyi ilə böyük qələbələr qazandı. Düşmənləri onu «Müdhiş kor» adlandırırdı. Roma papası və alman imperatoru qusçuları daxildən parçalamağı qərara aldılar. Onlar mötədilləri öz tərəflərinə çəkdilər. Mötədillər, yəni şəhər varlıları və tacirlər şəhər özünii idarəsini ələ keçirmişdilər. Panlar və cəngavərlər kilsə torpaqlarını tutmuş və istədiklərinə nail olmuşdular. Elə buna görə də taborçuların feodalizmə qarşı çıxmalarından qorxurdular. Onlar Roma papası və imperatorun tərəfinə keçdilər. 1434-cü ildə Praqa yaxınlığındakı Lipani şəhəri ətrafında baş verən döyüşdə taborçular keçmiş müttəfiqlərinin (mötədillərin) xəyanəti nəticəsində məğlub oldular.
Çex xalqı 15 il ərzində apardığı üsyan nəticəsində katolik kilsəsinə böyük zərbə vurdu. Yadellilər Çexiyadan qovuldu, çex dili alman dilini sıxışdırdı, çex dilində danışılır, məhkəmələr çex dilində aparılırdı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə