Insanın mənəvi siması olub, mədəniyyət




Yüklə 19.95 Kb.
tarix25.04.2016
ölçüsü19.95 Kb.
Həsəzadə Yusif

Qrup 400
Təhsil sisteminin inkişafının iqtisadi göstəriciləri



Təhsil - insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə emək keyfiyyətləri əsas sayılır.

Təhsil sistemi ölkə daxilində olan bütün təlim-tərbiyə müəssisələrinin məcmusudur. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi üstqurum hadisəsi olub bazisə güclü təsir göstərir. O, tarixi şəraitdən, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır.

Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Təhsil Qanunu ilə tənzim olunur.

Təhsil sistemi demokratik prinsiplər əsasında qurulur. Bu prinsiplər aşağıdakılardan ibarətdir:

1. Təhsilin humanist xarakteri

2. Təhsilin demokratikləşdirilməsi və dövlət — ictimai xarakter daşıması

3. Təhsilin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması

4. Təhsilin elmi-dünyəvi xarakteri

5. Təhsildə varislik, fasiləsizlik, çeviklik

6. Təhsildə azadlıq və plüralizm

7. Təhsilin fərdiləşdirilməsi və diferensiallaşdırılması

8. Təhsil müəssisələrinin siyasi və dini qurumlardan asılı olmaması


Təhsil sisteminin quruluşu.Təhsil sisteminə aşağıdakı təhsil-tərbiyə müəssisələri daxildir:

1. Məktəbəqədər tərbiyə müəssisələri

2. Ümumtəhsil məktəbləri: dövlət və alternativ məktəblər (liseylər, gimnaziyalar, kolleclər və s.)

3. Peşə-ixtisas təhsili məktəbləri: a) texniki-peşə təhsili məktəbləri (peşə məktəbləri və liseylər); b) orta-ixtisas məktəbləri (texnikumlar, kolleclər); c) ali məktəblər (bakalavr, magistr, doktorantura pillələri)

4. Diplomdan sonrakı hazırlıq (staj keçmə, ordinatura, magistratura)

5. Məktəbdənkənar təlim-tərbiyə müəssisələri (xüsusiləşmiş və klub tipli müəssisələr)

6. İxtisasartırma və kadrların yenidən hazırlanması (institutlar, kurslar)

7. Sərbəst təhsil (kitabxanalar, mühazirə salonları, internet sistemi və s.).


Təhsil, insanın həyat və əmək sahəsində sistemləşdirilmiş bilik, bacarıq və davranışları əldə etməsidir. Hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən mütənasib şəkildə asılı olub daimi diqqət tələb edir. Belə ki, bu gün məktəblərimizdə (ibtidai, orta, peşə, ali peşə və s.) təhsil alan şagird və tələbələr sabah müxtəlif sahələrin aparıcı mütəxəssislərinə və rəhbərlərinə çevriləcəklər. Bu gün bu şagird və tələbələrə verilən bilik, bacarıq və davranışların real səviyyəsi, bir neçə onillikdən sonra ölkəmizin ümumi səviyyəsinin göstəricisi olacaqdır. 
Təhsil əsasən 2 hissədən – təlim və tərbiyədən ibarətdir. Bunlar arasında nisbət konkret tarixi dövrlə, sosial institutların səviyyəsi ilə müəyyən olunmuşdur. Bəşəriyyətin yarandığı ilk dövrlərdən başlayaraq orta əsrlərin başlanğıcına qədər, təhsil tərbiyə xarakteri daşıyırdı. Orta əsrlərdən başlayaraq iqtisadiyyatın inkişafı, coğrafi kəşflər, dövlətin qanun dayaqlarının inkişafı, elmi inkişaf, istehsalda yeni texnika və texnologiyaların tətbiqi və digər sosial institutların əmələ gəlməsi və inkişafı təhsilin təlim qolunun inkişafına səbəb oldu. XIX  əsrdən başalayaraq təhsildə mövcud texnokratik meyllər təhsil sistemində insan tərbiyəsi sahəsində çox böyük problemlər yaratdı.
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə təhsil sistemində islahatlar aparılmasının zəruriliyi ortaya çıxdı. Təhsilin:

  • keyfiyyətinin artırılması,

  • beynəlmiləlləşdirilməsi,

  • idarəetmə mexanizmlərinin yaradılması,

  • kadrların hazırlanması və attestasiya mexanizmlərinin yaradılması

  • təhsil sahəsində aparılacaq islahatların əsas istiqamətləri olub, təcili tədbirlərin görülməsini tələb edir.

  • Təhsilin keyfiyyəti

Dünyadakı təhsil və onun problemləri bütün ölkələr üçün eyni deyil. Belə ki, YUNESKO təhsili ölkələrin sənayeləşdirilmə səviyyəsinə görə 3 kateqoriyaya ayırır:

  • sənayeləşdirilən ölkələrin təhsil sistemi;

  • sənayeləşdirilməsi qurtarmış ölkələrin təhsil sistemi.

Bu cür bölgünü təbii qəbul etmək olar, çünki məhz yüksək texnologiyaların yaradılması, idxal və ixracı, istismarı və b. məsələlər yüksək təhsil səviyyəsi tələb edir. Ölkənini sənayeləşdirilməsi və təhsil sisteminin inkişaf etdirilməsi paralel aparılmalıdır. Bu zaman təhsil sistemi səviyyəsininin ölkənin digər sosial institutlarının inkişaf səviyyəsindən bir addım irəli olmasına çalışmaq lazımdır. Keçmiş SSRİ-nin tənəzzülünün əsas səbəblərindən biri kimi bu üçlük arasındakı əlaqə zəncirinin zəif olması və böhranlı anlarda qırılması ilə izah etmək olar. 
Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı problemlərinin həlli müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də tələb olunur. NATO-nun müəyyən qurumları son illər ümumtəhsil, peşə və ali ixtisas məktəblərinin hazırladığı şagird və tələbələrin təhsil səviyyələrinin qaldırılması ilə əlaqədar aparılan bir çox təhsil proqram və layihələrini maliyyələşdirir. Bu zaman bu hərbi-siyasi birliyə daxil olan ölkələrdə təhsilin beynəlmiləl xarakter daşımasını, standart proqramların hazırlanmasını, təhsilin səviyyəsinin yüksəldilməsini əsas vəzifə kimi qoyurlar. Hələ 60-cı illərin sonunda bu meyli hiss edən fransız pedaqoqu A.Veksler yazır: «Hərbi xarakter daşıyan təşkilatın təhsil problemlərinə maraqlarını belə izah etmək olar ki, ümumtəhsil məktəblərini bitirmiş hərbi çağırışçı gənclərin səviyyələrinin aşağı olması yeni hərbi texnikadan səmərəli istifadə etməyə mane olur». Təhsilin hər iki qolunun (təlim və tərbiyə) keyfiyyət göstəricilərinin qaldırılması ilə bağlı YUNESKO, YUNİSEF və digər bu kimi beynəlxalq təşkilatlar müxtəlif tədbirlər proqraqramları hazırlayır və maliyyələşdirir.
Üçüncü dünya ölkələrinin bir çoxunda sosial institutların zəif inkişafı təhsil səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Bu ölkələrdə yüksək ixtisaslı mütəxəssislərin yarıdan çoxunu xaricilər təşkil edir. Əməkləri ucuz qiymətləndirilən yüksək ixtisaslı yerli mütəxəssislərin yerinə xarici ölkələrdən dəvət olunmuş «bahalı» mütəxəssislərə üstünlük verilir.
Avropada təhsilin «beynəlmiləlləşməsi» prosesi gedir. Bu əsasən Avropa ölkələrinin inteqrasiyası ilə əlaqədar olub, təbii xarakter daşıyır. 1949-cu ildə yaradılmış Avropa Şurasının əsas məqsədi humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinə yardım etməkdir: təhsil sahəsində beynəlxalq konvensiyaların hazırlanması, konfransların, seminarların, ekspertlərin yığıncaqlarının  təşkili, təhsil və mədəniyyətlə bağlı informatik materialların yayılması və s. Avropa Şurasına daxil olan ölkələrin təhsil sistemləri bir-birindən köklü surətdə fərqlənir. Müxtəlif Avropa ölkələrində təhsil sistemlərindəki mövcud idarəetmə, maliyyələşdirmə, proqram, dərslik, metodika və digər sahələrdə fərqlər tədricən aradan qaldırılmaqdadır. Bu ölkələrin inteqrasiyası təhsil sistemlərinin də inteqrasiyasını tələb edir. Təhsil sahəsində geri qalmış ölkələrə həm beynəlxalq, həm də şuranın digər inkişaf etmiş ölkələri müxtəlif növ yardımlar edirlər (məsələn, İtaliyaya edilən maliyyə yardımları). Təhsilin səviyyəsinin bütünlükdə qalxması və eyniləşdirilməsi Avropa Şurası təşkilatı qarşısında ən əsas vəzifələrdən biri kimi elan olunur. 
İşçi qüvvəsinin ölkələrarası miqrasiyası və transmilli sənaye komplekslərinin yaradılması peşə təhsili səviyyəsinin eyniləşdirilməsini tələb edir. Avropa ölkələrində peşə təhsili köklü surətdə bir-birindən fərqlənir. Məsələn, Fransanın mərkəzləşdirilmiş təhsil sistemində peşə təhsili müəssisələrində dərs yükünün 30%-dən çoxunu ümumtəhsil proqramları tutduduğu halda, Almaniyada peşə məktəblərinin böyük qisminin özəl bölməyə aid olması ilə bağlı olaraq, ümumtəhsil proqramlarına ayrılan vaxt  minimum təşkil edir.
Avropa ölkələrində təhsilin inteqrasiyasının qarşısını alan səbəblərdən biri də «dil» problemidir. 19-cu əsrdə fransız dili beynəlxalq dil statusu daşıdığı halda, indi ingilis dili birinci sıraya çıxmışdır. Avropa ölkələrinin bir çoxunda bir neçə dövlət dilinin olması əlavə problemlər əmələ gətirib. Bəzi ölkələrdə xarici dilləri icbari öyrənmək sahəsində müəyyən addımlar atılıb. Məsələn, Fransa hökuməti öz ərazisində mövcud olan şirkətlərdən tələb edib ki, öz əmək haqqı fondunun 1,2%-ni xarici dili öyrənməyə ayırsın.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə