İnsan alverinə qarşı mübarizə günü




Yüklə 11.3 Kb.
tarix29.04.2016
ölçüsü11.3 Kb.
PRESS-RELIZ
06 May 2009-cu il Azərbaycanda İnsan alveri Əleyhinə Şəbəkə üzvləri tərəfindən ilk dəfə “İnsan alverinə qarşı mübarizə günü” kimi qeyd olundu. Bu gün münasibəti ilə Beynəlxalq Əmək Təşkilatının, Amerika Hüquqşünaslar Assosiyasının və Azərbaycanda İnsan Alveri Əleyhinə Mübarizə Şəbəkəsinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrında İnsan alverinə qarşı mübarizə” gününə həsr edilmiş 2 hissədən ibarət tədbir həyata keçirilmişdir.

Tədbirin I hissəsində Şəbəkə tərəfindən müəyyənləşdirilmiş “İnsan alverinə qarşı mübarizə sahəsində ən yaxşı jurnalist araşdırması” nominasiyasının qaliblərinə mükafatlar təqdim olundu. Mükafatlandırmanın qaydaları barədə məlumat verən tanınmış aparıcı-jurnalist İlhamiyyə Rzayeva bildirdi ki, KİV-lərdə çap olunmuş 23 yazı Elektorn KİV-lərdə isə yayımlanmış 7 süjet müsabiqəyə təqdim olunmuşdur. İstər KİV-lərdə istərsə də elektron kütləvi informasiya vasitələrində çap olunmuş və ya nümayiş etdirilmiş məqalə və süjetlərdən heç biri I yerə layiq görülmədi. Bunun səbəbini o təəssüflə bütün müsabiqə iştirakçılarının eyni mənbələrdən istifədə etməsi, yazılarda sosial problem və qeyri-normal cəmiyyətin insan alverinə təsiri məsələsinə heç toxunulmaması, yazıların hamısının oxşar cəhətləri ümumiləşdirməsi və heç bir fərqli cəhəti üzə çıxarmaması ilə izah etdi.

KİV –lərdə gedən məqalələr üçün II yerə 2 jurnalist - “Kaspi” qəzetində çıxan “İnsan alveri qurbanları: müsabiqələr vaxtı yada düşən mövzu” yazısına görə Sənan Nəcəfov və “Bizim yol” qəzetində dərc olunmuş “Cinsi xidmət göstərib pul qazanırıq” yazısına görə Aynur Elgünəş layiq görüldü.

III yeri isə 4 nəfər jurnalist-Yeni Müsavat” qəzetində dərc edilmiş “İnsan alverinə himayədarlıq edən gözəgörünməz qüvvələr” yazısına görə Elşad Paşasoy, “Azadlıq” qəzetində dərc edilmiş “Gündən –günə artan dərdimiz” yazısına görə Arzu Abdulla, “Vətəndaş Həmrəyliyi” qəzetlərində çap olunmuş “İnsan bazarlığı” yazına görə Elçin Məlikov və “Lent az”-da yerləşdirilmiş “Dubayda SPİD-ə yoluxanda körpə qızım da yanımdaydı” yazısına görə Şəhriyar Əlizadə paylaşdı. Eyni zamanda “Zerkalo” qəzetində çap olunmuş “Azərbaycanda İnsan alveri faktları artmışdır” yazısının müəllifi Elçin Vəliyevin, Azadlıq qəzetinin jurnalisti Səbuhi Məmmədlinin “Azərbaycanlı qadınlar qəbiristanlığı” EXO qəzetində nəşr olunmuş Səbirə Mustafayevanının, Fitrət jurnalında dərc olunmuş yazıya görə Səbinə Vaqifqızının və Müşfiq Abdullayevin həvəsləndirici mükafat qaydasında Gürcüstan Respublikasında 3 günlük təlimə göndəriləcəkləri elan edilmişdir.

Elektron KİV-lər üzrə II yeri “Xəzər” TV-də “Xəzər xəbər” verilişində yayımlanan “İnsan alveri” mövzusu ilə Anar Nəcəfli, III yeri isə 2 jurnalist- “Azadlıq” radiosunda yayımlanan “Yevlaxlı Qaraca qız” sujeti ilə Ülviyyə Əsədzadə və BBC radiosundan insan alveri ilə bağlı yayımlanan süjet ilə Habil Süleymanov qazandılar.

Mükafatlar Norveç Krallığının Azərbaycandakı səfiri cənab Yon Ramberq və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vassiliy Jujanin tərəfindən təqdim edildi.

Daha sonra İnsan alverinin ağır nəticələrindən bəhs edən Axın teatrının aktyorlarının oynadığı “Etiraf” adlı tamaşaya baxış keçirildi. Tamaşada insan alverinin qurbanı olmuş gənc bir qızın faciəli həyatı təsvir edilmişdir.

İnsan alveri probleminin bir çox aspektləri əks etdirilən bu tamaşada insan alveri qurbanlarının bu çirkin tələyə salınma yolları və bu əzablı həyatdan qurtulmağa çalışanların aqibəti və cəmiyyətdə üzləşdikləri problemləri çılpaq şəkildə əhatə olunmuş və qurbanları bu tələdən qurtulmağa və öz hüquqlarını müdafiə edərək cinayətkarların cəzalandırılmasında hüquq-mühafizə orqanlarına yardım etməsinə və cəmiyyəti insan alveri qurbanlarını yenidən cəmiyyətə reinteqrasiyasına dəstək vermələri təbliğ olunmuşdur.



Yekunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev insan alverinə qarşı mübarizənin vəziyyəti barədə ətraflı məlumat vermiş və belə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışmışdır. O eyni zamanda peşəkarlıq nümayiş etdirən aktyorları təbrik etmiş onlara yaradıcılıq uğurları arzulamışdır. Tədbirdə hakimlər hüquq-mühafizə orqanlarının, müxtəlif nazirliklərin, beynəlxalq təşkilatlar və səfirliklərin, QHT və KİV-Lərin təmsilçiləri iştirak etmişlər.

Tədbiri Şəbəkə üzvləri adından çıxış edən layihənin rəhbəri Əlövsət Əliyevin yekun sözü ilə bağlamış və bütün iştirakçılara xoş arzularını bildirmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə