İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım nəzəriyyələri




Yüklə 26.25 Kb.
tarix23.04.2016
ölçüsü26.25 Kb.
İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım nəzəriyyələri

Milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.

Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlaqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.Qruplarda əsasən iqtisadi inkişaf parametrlərinə görə yaxın, təsərrüfatın idarə olunmasının eynitipli strukturuna, istehsalın təşkilinin ümumi prinsiplərinə, inkişafın eyni problemlərinə malik olan ölkələr birləşdirilir.Dünya iqtisadiyyatında ölkə qrupları haqqında daha dolğun təsəvvürü dünyanın əksər ölkələrinin üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar — BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya bankı verir.

BMT-nin təsnifatına görə iqtisadi inkişafın səviyyəsinə və təsərrüfatçılığın sosial-iqtisadi təbiətinə görə bütün ölkələr aşağıdakı qruplara bölünür:



  1. sənayecə inkişaf etmiş (industrial) bazar iqtisadiyyatlı ölkələr;
    2. inkişaf etməkdə olan ölkələr (İEOÖ) və bazar iqtisadiyyatlı ərazilər;
    3. keçid iqtisadiyyatlı (inzibati-amirlikdən bazar iqtisadiyyatına) ölkələr.

Sənayecə inkişaf etmiş ölkələrə Şimali Amerikanın, Qərbi Avropanın və Sakit okeanın yüksək gəlirli 31 ölkəsi daxildir.Daxili ərzaq tələbatı tam təmin olunur və bu ölkələrin əksəriyyəti kənd təsərrüfatını iqtisadiyyatın ixrac sektoruna çevirmişlər.İnkişaf etməkdə olan ölkələr Asiya, Afrika və Latın Amerikasının 132 ölkəsini əhatə edir. Bu ölkələrin əksəriyyəti keçmişdə müstəmləkə və yarımmüstəmələkə olmuşlar.

Son iki onillikdə BMT-nin statistikasına görə iqtisadi inkişafda böyük uğurlara nail olan Çin də inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. İqtisadiyyatın mərkəzdən idarə olunması ilə bazar sisteminin uzlaşması iqtisadiyyatın açıqlıq səviyyəsini yüksəltmiş və xarici investisiyaları cəlb etmiş, beləliklə, XX əsrin sonunda Çin öz iqtisadi gücünə görə ABŞ-dan sonra ikinci nəhəngə çevrilmişdir.Dünya Bankı imtiyazlı maliyyələşdirməyə və əvəzsiz yardımlara daha çox ehtiyacı olan ölkələri müəyyənləşdirmək məqsədilə adambaşına düşən gəlirlərə görə ölkələri aşağıdakı kimi təsnifləşdirir.Bu gün qloballaşmanın özü ilə birlikdə zənginlik, yoxsa yoxsulluq gətirdiyi, istər mütəxəssislər arasında, istərsə də sadə vətəndaşlar arasında olduqca mübahisəli bir məsələyə çevrilmişdir. Bəziləri qloballaşmanı zəngin olmağın yolu kimi qiymətləndirdiyi halda, bəziləri də onu zəngin ölkələrlə yoxsul ölkələr arasındakı uçurumu daha da dərinləşdirən bir proses kimi qiymətləndirir.Dünya Bankının statistik məlumatlarına görə 2000-ci ildə yüksək gəlirli ölkələrdə adambaşına düşən milli gəlir orta hesabla 27680$ olduğu halda, aşağı gəlirli ölkələrdə bu rəqəm 410$ təşkil edir. Satınalma gücü paritetinə görə isə bu rəqəmlər müvafiq olaraq, 27770$ və 1980$ həddindədir. Bu rəqəmlər onu göstərir ki, müasir dünyada iqtisadi rifah baxımından varlı və yoxsul ölkələr arasında dərin uçurum mövcuddur.

Milli səviyyədə aparılan gəlir bölgüsü araşdırmalarında fərdlərin özlərini və ailələrini dolandıra biləcək müəyyən bir minimum gəlir əsas götürülür və bu gəlirdən aşağı gəlirə sahib olan əhali “yoxsul” adlandırılır.

Beynəlxalq qurumların bu sahədə apardıqları araşdırmalar isə milli səviyyədə aparılan araşdırmalardan fərqlidir. Dünyada hələ də gəlir bölgüsü sahəsində müntəzəm və əhatəli gəlir bölgüsü statistikalarını aparan qurumların əsasında Dünya Bankı dayanır. Dünya Bankı gündəlik 1 və ya 2$-dan aşağı gəlirlə həyatını davam etdirən əhalini “yoxsul” kimi qəbul edir. Dünya Bankının rəqəmlərinə əsasən bu gün bütün dünyada 1,2 mlrd. insan yoxsulluq içindədir. Bu əhalinin əhəmiyyətli hissəsi Cənubi Asiya, Mərkəzi Afrika və Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində yaşayır. Cənubi Asiyadakı yoxsul əhalinin sayı təxminən 522 mln. nəfərdir. Şərqi Asiya və Sakit okean regionlarında yaşayan yoxsulların sayı 278 milyon, Mərkəzi Afrikada olanlar isə 291 milyondur.

Seçilmiş bəzi zəruri əmtəə və xidmətlərin istehlakı sahəsində də ölkələr arasında dərin uçurum olduğu görünür. Məsələn, telefon xidmətlərinə çıxış baxımından inkişaf etmiş və zəif inkişaf etmiş ölkələri müqayisə etdikdə görürük ki, ABŞ, Danimarka, İsveçrə, Kanada kimi ölkələrdə hər 1000 nəfərə düşən telefon xətti sayı 500-dən çox olduğu halda, Kamboca, Konqo, Çad, Əfqanıstan və Niger kimi ölkələrdə yalnız 1-dir. Əsas istehlak məhsullarından biri olan ət istehlakına nəzər saldıqda isə inkişaf etmiş ölkələrdə adambaşına illik ət istehlakının 100 kq-dan çox olduğu halda, Banqladeş, Malavi, Burundi və Hindistan kimi ölkələrdə 3-4 kq olduğunu görürük.

Təhsil və səhiyyə xərcləri baxımından da inkişaf etmiş ölkələr və zəif inkişaf etmiş ölkələr arasında ciddi fərqliliklər mövcuddur. İnkişaf etmiş ölkələrdə adambaşına illik səhiyyə xərci 2000-3000$ arasında olduğu halda bu rəqəm zəif inkişaf etmiş ölkələrin əksəriyyətində 10$ və daha aşağıdır.

Bir şagirdə düşən illik təhsil xərci isə Şri-Lanka, Nepal, Mozambik, Çin, Madaqaskar kimi ölkələrdə 40-60$ arasında olduğu halda, başlıca inkişaf etmiş ölkələrdə bu rəqəm 10000-15000$ arasındadır. Dünya Bankı tərəfindən qloballaşan dünyada iqtisadi bərabərsizlik məsələsinə həsr edilmiş tədqiqatlarda göstərilir ki, XVI əsrdən bəri dünyada iqtisadi bərabərsizliklər davamlı şəkildə artım meylində olmuşdur. Ancaq o da qeyd edilir ki, qloballaşma, bu bərabərsizliyin meydana gəlməsində əsas səbəb deyil, əksinə qloballaşma prosesinə qoşulmayan ölkələr iqtisadi baxımdan daha çox geri qalırlar.

2009-cu il Hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür – aşağı, orta və yüksək. 2009-cu ildən etibarən isə ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir. 2010-cu ilin Hesabatı BMT-nin İnkişaf Proqramı tərəfindən 4 noyabr 2010-cu il tarixində açıqlanmışdır. 182 ölkənin yer aldığı bu hesabatda Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci, Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə isə 83-cü yerdə qərarlaşmışdır.

2008-ci ilin məlumatları əsasında tərtib olunmuş 2010-cu ilin hesabatına görə BMT-yə üzv ölkələrdə İİİ göstəricisi aşağıdakı şəkildə göstərildiyi kimi olmuşdur.



















İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün reallıqlarıdır. Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu artırmadan dünya təsərrüfatında kəskin problemlər və ziddiyyətlər nəinki azalar, əksinə daha da artar. Digər tərəfdən, sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz istehsal, elmi-texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə malikdir.

Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, əgər 1970-ci ildə dünya iyerarxiyasının altıncı onluğunda yer tuturdusa, 1985-ci ildə artıq ikinci onluğa keçdi. Ölkənin iqtisadi inkişafının əsas, başlıca faktoru avtomobil sənayesinin sürətləndirilmiş inkişafı, yarımkeçiricilərin, məişət elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir.

Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi istehsalın bütün sahələri dəqiq aydın ixracyönlü xarakterə malikdir. Büdcə daxilolmalarının əsas hissəsi xarici ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya məhsulları Avropanın, ABŞ-ın ən güclü və rəqabət qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa bazarlarına nüfuz etmişlər. Daewoo Elektroniks, Samsung, LG kimi firmalar dünyada məşhurdur.

Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə vasitə - xarici iqtisadi əlaqələrdəki xüsusilə nəzərə çarpdırılmasıdır. Ölkə heç bir maddi resurslara malik deyil və hamısını idxal edir. Müasir dövrdə ölkənin ümummilli məhsulunun 5%-dən çoxu ixrac gedir. Tayvan iqtisadiyyatının ən əhəmiyyətli faktoru ölkə rəhbərliyinin səmərəli iqtisadi siyasəti hesab olunur.

Malayziya iqtisadiyyatının əsas uğurlarını emal sənayesinin sahələri müəyyən edir (televizorların yığılması, video texnika, kompüter və s.). Ölkə üçün xarici iqtisadi əlaqələrin əhəmiyyəti yüksəkdir.

YSÖ arasında kiçik ada ölkəsi olan Sinqapur xüsusi yer tutur. Sahəsi cəmi 640 kv.km ,əhalisi isə 3.1 mln. nəfər olan bu Cənub-Şərqi Asiya ölkəsinin ixrac kvotası əlahiddə dərəcədə yüksəkdir - ÜMM-də təxminən 56% təşkil edir. Ölkə iri maliyyə mərkəzidir. Dünyanın bütün transmilli bankları öz filiallarını burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd. dollar qızıl valyuta ehtiyatlarına malikdir. YSÖ-yə həmçinin Filippin, Tailand və İndoneziyanın bir hissəsi, Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nün nailiyyətləri Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-ə qədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir.

Müstəqillik qazandıqdan sonra ilk dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı. 1950- 1960-cı illərdə onlar sosial-iqtisadi inkişaf modelinin seçilməsi və özlərinin milli özünü dərketmə mərhələsini formalaşdırırlar. Əhaliyə düşən ÜMM həcmi bu dövrdə orta hesabla 3%-dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta artım tempi, Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə 2.5 dəfə aşağı idi.

1990-cı ildən YSÖ, Danimarka, İsveç, İsveçrə və Avstraliya kimi dövlətləri Asiya məişət bazarından sıxışdırmaqla, Yapon əmtəələri ilə uğurla rəqabət apardılar. Bunun başlıca amili Cənub-Şərqi Asiya ölkələrində aşağı səviyyəli əmək haqqı idi. Saat stavkası üzrə orta əmək haqqı ABŞ-la müqayisədə Sinqapurda 4 dəfə, Malayziyada 8 dəfə, Tailandda isə 10 dəfə aşağıdır. Bu faktın özü dünya bazarında rəqabət qabiliyyətli əmtəələrin yüksək səviyyəsini təmin edir.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə