İNKİŞaf-2006” Sosial Dəstək İctimai Birliyi




Yüklə 10.82 Kb.
tarix16.04.2016
ölçüsü10.82 Kb.

İNKİŞAF-2006” Sosial Dəstək İctimai Birliyi

P. Həsənov küçəsi 57, İmişli, AZ3000, Azərbaycan

Tel/Faks: (154) 5 60 21

Email: development2006@box.az





DEVELOPMENT-2006” Social Support Public Association

57, P. Hasanov str., İmishli, AZ3000, Azerbaijan

Tel/Fax: (154) 5 60 21

Email: development2006@box.az



Pr e s Reliz
15.08.2007 İmişli şəhəri
“İnkişaf-2006” SDİB QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı kompaniyanı genişləndirir

Son vaxtlar “İnkişaf-2006” SDİB təşkilatın maliyyə davamlılığını artırmaq üçün axtarışlarını davam etdirir və bu istiqamətdə yeni-yeni nailiyyətlər əldə edir. Hazırda təşkilat ABŞ BİA-nin maliyyə dəstəyi ilə Kounterpart İnternational təşkilatının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Layihəsini, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyələşdirdiyi “HİV/AİDS-lə yoluxmanın qarşısının alınması” layihəsini və Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə orta məktəb binasının tikintisi layihələrini uğurla davam etdirir. “İnkişaf-2006” SDİB VCL-dən bəhrələnərək hər üç layihəni koordinasiya etməklə sağlam vətəndaş cəmiyyətinin qurulması, gənc nəslin düzgün tərbiyə olunması, yerli özünü idarəetmə orqanları ilə vətəndaşlar arasında ünsiyyətin möhkəmləndirilməsi və gənclərin fiziki cəhətdən sağlam, mənəvi cəhətdən kamil böyüməsi üçün tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də “İnkişaf-2006” SDİB-nin ACİYF-nun “HİV/AİDS-lə yoluxmanın qarşısının alınması” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərdir.


Son üç ayda təşkilatın səhiyyə departamenti işçiləri tərəfindən layihədə nəzərdə tutulmuş bölgələrə - Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı rayonlarının ərazilərinə çoxsaylı səfər marşrutları təşkil olunmuşdur. Bu marşrutların məqsədi həm yerlərdəki icmalarda, həm də rayon mərkəzlərində və yolüstü kafe-restoranlarda ayrı-ayrı qruplar şəklində fəaliyyət göstərən yüksək riskli davranışa aid insanlarla görüşüb, onları HİV/AİDS haqqında təlimləndirmək olmuşdur. Təlimlərin keçirilməsi mərhələsi başa çatdırıldıqdan sonra, ACİYF tərəfindən verilmiş informasiya materiallarının və qoruyucu vasitələrin – kondomların paylanışı həyata keçirilmişdir.

HİV/AİDS-lə yoluxmanın qarşısının alınması məqsədilə görülmüş işlər nəticəsində təşkil olunmuş icmalarda 100 nəfərdən artıq icma üzvünə və onları əhatə edən çoxsaylı kənd əhalisinə, o cümlədən müztəlif şəraitlərdə fəaliyyət göstərən 35 nəfər seks-bizneslə məşğul olan qadınlara 750 ədəd informasiya materialları və xəstəlikdən qorunmaq üçün etibarlı vasitə sayılan 1500 ədəd kondom paylanmışdır.


“İnkişaf -2006” SDİB – nin İnformasiya Departamenti




ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi Urban İnstitutu və Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzinin tərəfdaşliği ilə Kaunterpart İternational Təşkilatı tərəfindən həyata keçirilən 5 illik təşəbbüsdür


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə