İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında




Yüklə 168.23 Kb.
tarix10.04.2016
ölçüsü168.23 Kb.
İnformasiya, informasiyalaşdırma və

informasiyanın mühafizəsi haqqında


İnformasiya, informasiyalaşdırma və

informasiyanın mühafizəsi haqqında


Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun təsir dairəsi
Bu Qanun

informasiyanın yığılması, işlənməsi, saxlanması,

axtarışı, yayılması əsasında informasiya

ehtiyatlarının formalaşdırılması, informasiya

sistemləri, texnologiyaları, onların təminat

vasitələrinin yaradılması və onlardan istifadə

olunması, informasiyanın mühafizəsi ilə

əlaqədar olaraq yaranan münasibətləri

tənzimləyir və informasiya proseslərində

iştirak edən subyektlərin hüquqlarını müəyyən

edir.

Bu Qanun «Kütləvi informasiya



vasitələri haqqında» və «Müəlliflik

hüququ və əlaqəli hüquqlar haqqında»

Azərbaycan Respublikasının qanunları ilə

tənzimlənən münasibətlərə şamil edilir.


Maddə 2. Əsas anlayışlar
Qanunda

aşağıdakı anlayışlar işlədilmişdir:


informasiya - təqdimat formasından asılı

olmayaraq şəxslər, əşya, fakt, hadisə və

proseslər haqqında məlumatlar;
sənədləşdirilmiş informasiya (sənəd) - maddi

daşıyıcıda qeyd olunmuş və

identikləşdirilməsinə imkan verən rekvizitlərə

malik informasiya;


kütləvi informasiya - əldə olunması,

işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan

Respublikasının qanunvericiliyi ilə

məhdudlaşdırılmayan və ümumi istifadə üçün

təyin olunmuş sənədləşdirilmiş informasiya;
konfidensial informasiya - əldə olunması,

işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan

Respublikasının qanunvericiliyinə müvafiq

olaraq məhdudlaşdırılan sənədləşdirilmiş

informasiya;
informasiya prosesləri - informasiyanın

yaradılması, yığılması, işlənməsi, saxlanması,

axtarışı, yayılması;
informasiya texnologiyaları - informasiya

prosesləri zamanı, o cümlədən hesablama və

rabitə texnikasının tətbiqi ilə istifadə edilən

üsul və vasitələr sistemi;


informasiya sistemi - informasiya

texnologiyaları və sənədlərinin təşkilati və

texniki qaydada, o cümlədən hesablama

texnikasındən istifadə edilməklə, nizamlanmış

məcmusu;
informasiya ehtiyatları - informasiya

sistemlərində (kitabxanalarda, arxivlərdə,

fondlarda, məlumat banklarında və s.) olan

sənədlər və sənəd massivləri, habelə ayrıca

mövcud olan sənədlər və onların massivləri;
informasiya sistemləri və texnologiyalarının

təminat vasitələri - informasiya

sistemlərinin və texnologiyalarının

yaradılması zamanı hazırlanan və onların

istismarını təmin edən proqram, texniki,

linqvistik, hüquqi, təşkilati vasitələr;


informasiya sistemləri, texnologiyaları,

ehtiyatları və onların təminat vasitələrinin

mülkiyyətçisi - göstərilən obyektlər

üzərində tam sahiblik, istifadə, sərəncamvermə

hüququnu həyata keçirən subyekt;
informasiya sistemləri texnologiyaları,

ehtiyatları və onların təminat vasitələrinin

sahibkarı - göstərilən obyektlər üzərində

qanunla müəyyən olunmuş qaydada sahiblik və

istifadə hüququnu həyata keçirən subyekt;
informasiyanın istifadəçisi - özü üçün

zəruri informasiyanın alınması məqsədilə

bilavasitə informasiya sisteminə və ya

vasitəçiyə müraciət edən və ondan ancaq istifadə

hüququna malik subyekt; informasiya məhsulları

- istifadəçilərin tələblərinə əsasən

yaradılmış və onların tələbatlarının ödənilməsi

üçün təyin olunmuş və ya tətbiq edilən

sənədləşdirilmiş informasiya, informasiya

sistemləri, texnologiyaları və onların təminat

vasitələri;
informasiya xidmətləri - istifadəçilərin

informasiya məhsulları ilə təmin edilməsi üzrə

subyektlərin (mülkiyyətçilər, sahibkarlar və ya

vasitəçilərin) fəaliyyəti;


informasiyalaşdırma - informasiya

ehtiyatlarının formalaşdırılması, təqdim

edilməsi, istifadə olunması əsasında dövlət

hakimiyyəti və yerli özünüidarə orqanlarının,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və

təşkilatların, vətəndaşların informasiya

tələbatlarının və bu sahədəki hüquqlarının

təmin edilməsinin optimal şəraitinin

yaradılması üçün təşkilati, sosial-iqtisadi və

elmi-texniki proses.
Maddə 3. İnformasiyalaşdırma sahəsində dövlət

siyasəti


İnformasiyalaşdırma

sahəsində dövlət siyasətinin əsas istiqamətləri

aşağıdakılardan ibarətdir:
milli informasiya fəzasının formalaşdırılması;

informasiyalaşdırma üzrə fəaliyyətin başlıca

istiqamətlərinin təyini və meydana çıxan

münasibətlərin tənzimlənməsi;

informasiya ehtiyatları, sistemləri,

texnologiyaları və onların təminat vasitələri

üzərində mülkiyyətin bütün formalarının

inkişafına, informasiya məhsulları və

xidmətləri bazarının formalaşmasına yardım

edilməsi;

dövlət informasiya ehtiyatlarının

formalaşdırılması və mühafizəsi üçün zəruri

olan şəraitin yaradılması;

ərazi informasiya şəbəkələrinin yaradılması,

onların beynəlxalq informasiya şəbəkələri ilə

uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi

üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin

təyin edilməsi;

dövlət informasiya ehtiyatları əsasında dövlət

hakimiyyəti və yerli özünüidarə orqanları,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və

təşkilatların, vətəndaşların müvafiq

informasiya ilə təmin olunması üçün şərait

yaradılması;

informasiya fəzasında milli təhlükəsizliyin

təmin edilməsi;

informasiya məhsulları və xidmətləri bazarında

informasiya münasibətlərinin subyektləri, o

cümlədən xarici subyektlər tərəfindən inhisar

fəaliyyəti və haqsız rəqabətin qarşısının

alınması və yol verilməməsi;

informasiyalaşdırma mühitində dövlət

hakimiyyəti və yerli özünüidarə orqanlarının,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və

təşkilatların, vətəndaşların hüquqlarının təmin

olunması;

informasiyalaşdırma mühitində elmi-texniki və

istehsal siyasətinin formalaşdırılması və

həyata keçirilməsi;

informasiyalaşdırma layihələri və

proqramlarının dəstəklənməsi, onların işlənməsi

və həyata keçirilməsi üçün investisiyaların

cəlb olunması sisteminin və stimullaşdırma

mexanizminin yaradılması;

informasiya prosesləri, informasiyalaşdırma və

informasiyanın mühafizəsi sahəsində hüquqi

bazanın inkişaf etdirilməsi.
II fəsil. İnformasiya ehtiyatları
Maddə 4. İnformasiya ehtiyatlarının hüquqi

rejimi
İnformasiya

ehtiyatları fiziki, hüquqi şəxslərin və dövlətin

münasibət obyektləridir. Onlar Azərbaycan

Respublikasının informasiya ehtiyatları hesab

olunur və digər ehtiyatlar kimi qanunla qorunur.

İnformasiya ehtiyatlarının hüquqi

rejimi aşağıdakı normalarla müəyyən edilir:


informasiyanın sənədləşdirilməsi qaydaları;

sənəd və sənəd massivləri üzərində mülkiyyət

hüququ;

işləməyə buraxılmaq növünə görə informasiyanın



kateqoriyaları;

informasiyanın mühafizə olunmasının hüquqi

qaydaları.
Maddə 5. İnformasiyanın sənədləşdirilməsi
İnformasiyanın

sənədləşdirilməsi onun informasiya

ehtiyatlarına daxil edilməsinin mütləq

şərtidir. İnformasiyanın sənədləşdirilməsi

Azərbaycan Respublikasının təhlükəsizliyi,

kargüzarlıq, sənəd və sənəd massivlərinin

standartlaşdırılması məsələlərinin təşkilinə

cavabdeh olan müvafiq

icra hakimiyyəti orqanlarının müəyyən etdiyi

qaydalar əsasında həyata keçirilir.

Azərbaycan Respublikası

qanunvericiliyinə müvafiq surətdə informasiya

sistemlərindən, o cümlədən avtomatlaşdırılmış

sistemlərdən alınmış sənəd vəzifəli şəxs

tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə

malik olur.

İnformasiya və telekommunikasiya

sistemlərində dövr edən sənəd elektron imzası

vasitəsilə də təsdiq edilə bilər.

Elektron imzası

avtomatlaşdırılmış informasiya sistemində onun

identikləşdirilməsi və istifadə olunma

qaydasının gözlənilməsini təmin edən proqram

texniki vasitələr olduqda Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun olaraq

həyata keçirilir və hüquqi qüvvəyə malik olur.


Maddə 6. İnformasiya ehtiyatları, sistemləri,

texnologiyaları və onların təminat vasitələri

üzərində mülkiyyət hüququ
İnformasiya

ehtiyatları, sistemləri, texnologiyaları və

onların təminat vasitələri üzərində mülkiyyətin

Azərbaycan Respublikası qanunvericiliyində

nəzərdə tutulmuş bütün formalarına yol verilir.

Fiziki və hüquqi şəxslər onların

vəsaitləri hesabına yaradılmış, qanuni yolla

əldə edilmiş, yaxud bağışlama, vərəsəlik

qaydasında toplanmış informasiya

ehtiyatlarının, informasiya sistemlərinin,

texnologiyalarının və onların təminat

vasitələrinin mülkiyyətçisidirlər.

Azərbaycan Respublikasının büdcə

vəsaitləri və dövlət idarə, müəssisə və

təşkilatlarının vəsaitləri hesabına yaradılan,

əldə edilən, toplanan informasiya ehtiyatları,

sistemləri, texnologiyaları və onların təminat

vasitələri dövlət mülkiyyətidir.

İnformasiya ehtiyatları, sistemləri,

texnologiyaları və onların təminat vasitələri

üzərində mülkiyyət hüququnun həyata keçirilməsi

qaydası Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyən edilir.

Sənədləşdirilmiş informasiyanı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə

müəyyən edilmiş qaydada icra hakimiyyəti

orqanlarına müvafiq təşkilatlara təqdim edən

subyektlər bu sənədlərə mülkiyyət və onlardakı

informasiyadan istifadə etmək hüquqlarını

itirmirlər. Bu sənədlərə dövlət və onları təqdim

etmiş subyektlər birgə sahibkarlıq hüququna

malikdirlər.

İnformasiya məhsulu və xidmətinin

qiymətləri Azərbaycan Respublikasının

qanunvericiliyinə müvafiq olaraq icra

hakimiyyəti orqanları tərəfindən və ya

bağlanmış müqavilələrlə müəyyən edilir.

İnformasiya proseslərində iştirak

edən, informasiya məhsulu və xidmətlərini azad

realizə edən bütün fiziki və hüquqi şəxslər

ümumi informasiya bazarının iştirakçıları

sayılırlar.

İnformasiya istifadəçiləri,

informasiya məhsul və xidmətlərinin

mülkiyyətçiləri, sahibkarları vasitəçilərini,

informasiya növünü və işlənmə üsulunu,

informasiya məhsulları və xidmətlərinin

nomenklaturasını, Azərbaycan Respublikası

qanunvericiliyində nəzərdə tutulmuş hallar

istisna olmaqla, azad seçmək hüququna

malikdirlər.

İnformasiyanın işlənmə vasitələri

üzərində mülkiyyət hüququ informasiya

ehtiyatları üzərində mülkiyyət hüququ yaratmır.

İşlənmə vasitələrinin birgə istifadə

olunması halında ilkin sənədlər sahibkara

məxsus olur, törəmə məhsulun məxsusluğu isə

müqavilə ilə müəyyən olunur. İnformasiya

ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı

informasiyanın keyfiyyətinə görə məsuliyyət

daşıyır.

Dövlət sirri təşkil edən informasiya

ehtiyatları ilə işləmə qaydaları və mülkiyyət

münasibətləri «Dövlət sirri haqqında»

Azərbaycan Respublikasının Qanununa və digər

qanunvericilik aktlarına əsasən tənzimlənir.


Maddə 7. Dövlət informasiya ehtiyatları
Dövlət

informasiya ehtiyatlarının

formalaşdırılmasında dövlət hakimiyyəti və

yerli özünüidarə orqanları, təşkilati-hüquqi və

mülkiyyət formasından asılı olmayaraq bütün

müəssisə, idarə və təşkilatlar, vətəndaşlar

iştirak edə bilərlər.

Dövlət hakimiyyəti orqanları onların

sərəncamında dövlət informasiya ehiyatlarını

formalaşdırır və səlahiyyətləri daxilində

onlardan istifadəni təmin edirlər.

Dövlət hakimiyyət orqanları və

təşkilatlarının dövlət informasiya

ehtiyatlarının formalaşdırılması sahəsindəki

fəaliyyəti dövlət büdcəsindən, xüsusi

vəsaitlərdən və digər fondlardan

maliyyələşdirilir.

Dövlət informasiya ehtiyatlarının

formalaşdırılması və xidmətlərin göstərilməsi

sahəsində ixtisaslaşan təşkilatların

fəaliyyəti xüsusi razılıq əsasında həyata

keçirilir.


Maddə 8. Dövlət informasiya ehtiyatlarının

formalaşdırılması üçün sənədləşdirilmiş

informasiyanın təqdim olunması
İnformasiya

ehtiyatlarının formalaşdırılması və

işlənməsinə cavabdeh olan orqan və

təşkilatların siyahısı, eləcə də dövlət

hakimiyyəti və yerli özünüidarə orqanları,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və təşkilatlar,

vətəndaşlar tərəfindən sənədləşdirilmiş

informasiyanın təqdim olunma qaydasını müvafiq

icra hakimiyyəti orqanı müəyyən edir.

Dövlət sirri təşkil edən konfidensial

informasiyanın formalaşdırılma və işlənmə

qaydaları Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyən edilir.


Maddə 9. Milli informasiya ehtiyatları
Dövlət

hakimiyyəti və yerli özünüidarə orqanları,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və təşkilatlar

vətəndaşların informasiya ehtiyatları və ya

onların müəyyən hissələri Azərbaycan

Respublikasının qanunvericiliyinə əsasən milli

informasiya ehtiyatları elan edilə bilər və

milli sərvət kimi mühafizə edilməlidir.
Maddə 10. Daxilolma növünə görə informasiya

ehtiyatları


Daxilolma

növünə görə informasiya ehtiyatları açıq və

məhdudlaşdırılmış ola bilər. Azərbaycan

Respublikasının qanunvericiliyi və müvafiq

icra hakimiyyəti orqanlarının qərarları ilə

daxilolma növünə görə məhdudlaşdırılmış

sənədləşdirilmiş informasiya istisna olmaqla

dövlət informasiya ehtiyatları istifadə üçün

açıqdır.

Məhdudlaşdırılmış daxilolma növlü

informasiya ehtiyatları hüquqi rejiminə görə

dövlət sirli və konfidensial ola bilər.

Məlumatların dövlət sirrinə aid

edilməsi, istifadəsi qaydaları və mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan

Respublikasının Qanunu ilə müəyyən edilir.

Dövlət sirrinə aid edilməyən, lakin

vətəndaşların, idarə, müəssisə və təşkilatların

qanuni marağının qorunması məqsədilə məxfiliyi

təmin edilməli olan informasiya konfidensial

xarakter daşıyır. Konfidensial informasiyanın

toplanmasına, işlənməsinə, istifadəsinə və

yayılmasına yalnız Azərbaycan Respublikasının

qanunvericiliyində müəyyən edilmiş hallarda yol

verilə bilər.


III fəsil. İnformasiya ehtiyatlarının istifadə

olunması
Maddə 11. İnformasiya ehtiyatları ilə işləməyə

buraxılma hüququ
Azərbaycan

Respublikasının qanunvericiliyi və müvafiq

icra hakimiyyəti orqanlarının qərarları ilə

müraciət növünə görə məhdudlaşdırılmış

sənədləşdirilmiş informasiya istisna olmaqla

dövlət informasiya ehtiyatları ilə işləməyə

buraxılmaqda istifadəçilər bərabar hüquqlara

malikdirlər və məlumatlardan istifadə

edilməsinin zəruriliyini informasiya

ehtiyatlarının mülkiyyətçisi və ya sahibkarı

qarşısında əsaslandırmağa məcbur deyillər.

İstifadəçilər tərəfindən qanuni

əsaslarla dövlət informasiya ehtiyatlarından

əldə olunmuş informasiyadan kommersiya

məqsədləri üçün törəmə informasiya məhsulunun

yaradılmasına yalnız alınma mənbəyinə istinad

edilməklə istifadə olunmasına icazə verilir. Bu

halda istifadəçiyə məxsus olan mənfəət dövlət

informasiya ehtiyatlarından alınmış

informasiyadan deyil, törəmə informasiya

məhsulunun yaradılması nəticəsində olur.

İstifadəçilərə informasiya ilə

işləməyə buraxılmanın qaydası, bu Qanunun

tələblərinə əməl edilməklə müvafiq icra

hakimiyyəti orqanı və ya mülkiyyətçi tərəfindən

müəyyən edilir. Bu qaydalar və göstərilən

xidmətlər haqqında məlumatların verilməsi üçün

haqq alınmır.

İnformasiya ehtiyatlarından istifadə

edənlərə haqqı ödənilmədən və ya xidmətlərə

çəkilən xərcləri qismən ödəməklə təqdim olunan

informasiya xidmətlərinin siyahısı müvafiq

icra hakimiyyəti orqanı tərəfindən müəyyən

olunur. Göstərilmiş xidmətlərə çəkilmiş

xərclərdəki fərqin kompensasiyası dövlət

büdcəsindən, xüsusi vəsaitlərdən və digər

mənbələrdən ödənilir.
Maddə 12. Fiziki və hüquqi şəxslərin özləri

barəsində informasiyaya buraxılmaq hüququ


Fiziki və

hüquqi şəxslər barəsində sənədləşdirilmiş

informasiyanın siyahısı və onların informasiya

sistemlərində istifadə edilməsi qaydası

Azərbaycan Respublikasının qanunvericiliyi ilə

müəyyən edilir.

Fiziki və hüquqi şəxslər özləri

barəsindəki sənədləşdirilmiş informasiyaya,

Azərbaycan Respublikasının qanunvericiliyi ilə

müəyyən edilmiş hallar istina edilməklə,

maneəsiz olaraq buraxılmaq, bu informasiyada

dəqiqləşdirmələr aparılmasını tələb etmək,

informasiyadan kimlərin və hansı məqsədilə

istifadə etdiyini bilmək hüququ vardır.


Maddə 13. İnformasiya ehtiyatları mülkiyyətçisi

və ya sahibkarının məsuliyyəti


İnformasiya

ehtiyatlarından istifadə qaydalarının

pozulmasına, istifadəçilərin hüquqlarının

əsassız olaraq məhdudlaşdırılmasına görə

mülkiyyətçi və ya sahibkar, habelə vəzifəli

şəxslər Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada

məsuliyyət daşıyırlar.


IV fəsil. İnformasiyalaşdırma, informasiya

sistemləri, texnologiyaları və onların təminat

vasitələri
Maddə 14. İnformasiya sistemləri,

texnologiyaları və onların təminat

vasitələrinin yaradılması və istehsalı
Dövlət

hakimiyyəti və yerli özünüidarə orqanları,

təşkilati-hüquqi və mülkiyyət formasından asılı

olmayaraq bütün müəssisə, idarə və təşkilatlar,

vətəndaşların informasiya sistemləri,

texnologiyaları və onların təminat

vasitələrinin yaradılması və istehsalında

bərabər hüquqları vardır.

Dövlət informasiya

sistemlərinin, texnologiyalarının və onların

təminat vasitələrinin yaradılması və istehsalı

sahəsində elmi və təcrübi-layihə işlərinin

aparılmasına şərait yaradır.

İnformasiyalaşdırmanın aparıcı

istiqamətlərinin müəyyən edilməsi, onun

inkişafı üçün müvafiq tədbirlərin görülməsi,

dövlət informasiya sistemlərinin yaradılması müvafiq

icra hakimiyyəti orqanları tərəfindən müəyyən

edilir və görülən işlər dövlət büdcəsi, xüsusi

vəsaitlər və digər mənbələrdən

maliyyələşdirilir.
Maddə 15. İnformasiya sistemləri,

texnologiyaları və onları təminat vasitələrinə

müəlliflik hüququ
İnformasiya

sistemləri, texnologiyaları və onların təminat

vasitələrinə müəlliflik hüququ və onun

müdafiəsi Azərbaycan Respublikasının müvafiq

qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. İnformasiya sistemləri,

texnologiyaları və onların təminat

vasitələrinin sertifikasiyası, yaradılması və

istifadəsi sahəsində xüsusi qaydalar


Vətəndaşların

və təşkilatların informasiya təminatı üçün

nəzərdə tutulan informasiya sistemləri,

verilənlər bazası və verilənlər bankı,

konfidensial informasiyanın işlənməsini həyata

keçirən dövlət orqanları, idarə, müəssisə və

təşkilatların informasiya sistemləri, habelə bu

sistemlərin mühafizə vasitələri

müəyyənləşdirilmiş qaydada

sertifikasiyalaşdırılmalıdır.

İnformasiya mühafizə vasitələrinin

layihələşdirilməsi və istehsalı sahəsində

fəaliyyət xüsusi razılıq əsasında həyata

keçirilir.


V fəsil. İnformasiyanın mühafizəsi
Maddə 17. İnformasiya ehtiyatları və prosesləri

sahəsində mühafizənin məqsədləri


İnformasiyanın

mühafizəsinin məqsədləri aşağıdakılardan

ibarətdir:
informasiyanın məhvinin, itməsinin,

saxtalaşdırılmasının qarşısının alınması;

dövlətin, ictimaiyyətin, vətəndaşların

təhlükəsizliyinin təmin edilməsi;

informasiyanın məhvi, modifikasiyası,

surətinin çıxarılması, təcrid edilməsi ilə bağlı

sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının

alınması;

dövlət sirri təşkil edən və konfidensial

informasiyanın məxfiliyinin qorunması;

informasiya proseslərində və informasiya

sistemlərinin, texnologiyalarının və onların

təminat vasitələrinin işlənməsi, istehsalı,

tətbiqi zamanı fiziki və hüquqi şəxslərin

hüquqlarının təmin olunması.
Maddə 18. İnformasiyanın mühafizəsinin təşkili
Barəsində

qanunsuz əməliyyatlar və davranış nəticəsində

mülkiyyətçiyə, sahibkara, istifadəçiyə və ya

başqa şəxslərə ziyan vurula bilən hər hansı

sənədləşdirilmiş informasiya mühafizə

olunmalıdır.

İnformasiyanın mühafizə rejimi, onun

məxfilik dərəcəsi və daxilolma növündən asılı

olaraq «Dövlət sirri haqqında»

Azərbaycan Respublikasının Qanunu ilə, bu

Qanunla, digər normativ-hüquqi aktlarla, habelə

mülkiyyətçi tərəfindən müəyyən edilir.

İnformasiya ehtiyatlarının

mülkiyyətçisi və ya Azərbaycan Respublikasının

qanunvericiliyinə müvafiq olaraq informasiya

mühafizəsi üçün məsul struktur bölmələr

informasiya mühafizəsi tələblərinə əməl

edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda

isə informasiya ilə işləməyi qadağan etmək və ya

dayandırmaq hüququna malikdirlər.

Sənədləşdirilmiş informasiyanın

mülkiyyətçisi və ya sahibkarı informasiya

sistemlərindəki ona məxsus informasiyanın

mühafizəsinin norma və tələblərinə riayət

olunmasını müəyyənləşdirmək üçün müvafiq

orqanlara müraciət edə bilərlər. Bu orqanlar

informasiyanın özünün və yoxlamanın

nəticələrinin məxfiliyi şərtlərinə əməl

etməlidirlər.
Maddə 19. İnformasiyanın mühafizəsi sahəsində

subyektlərin hüquq və vəzifələri


Sənədlərin,

sənəd massivlərinin, informasiya sistemlərinin

mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti

orqanları informasiyanın istifadəçiyə təqdim

edilməsinin qaydalarını bu Qanuna uyğun olaraq

müəyyən edir və istifadəçilərin sənədlərlə

işləməyə buraxılmasını təmin edirlər.

Sertifikatlaşdırılmamış informasiya

sistem və vasitələrdən istifadə olunması və

xidmətlərin göstərilməsi ilə bağlı məsuliyyəti

bu sistem və vasitələrin mülkiyyətçisi və ya

sahibkarı, belə sistemlərdən əldə olunan

informasiyadan istifadə üçün isə məsuliyyəti

istifadəçi daşıyır.


Maddə 20. İnformasiyalaşdırma mühitində

subyektlərin hüquqlarının müdafiəsi


İnformasiyanın

istifadəçisi informasiya mülkiyyətçisi və ya

sahibkarının hüquqlarına riayət edilməməsinə

görə məsuliyyət daşıyır.

İnformasiya məhsulları və

xidmətlərinin mülkiyyətçiləri ilə

istifadəçilər arasında münasibətlər Azərbaycan

Respublikasının qanunvericiliyində nəzərdə

tutulmuş qaydalarla, müqavilələrlə

rəsmiləşdirilir. Onlar arasında yaranan

mübahisələr Azərbaycan Respublikasının

qanunvericiliyində müəyyən olunmuş qaydada

məhkəmə vasitəsilə həll edilir.

İnformasiyanı korlamaqla və ya

dəyişdirməklə onun sahibinə ziyan vuran fiziki

və hüquqi şəxslər hərəkətlərinə görə Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun olaraq

məsuliyyət daşıyırlar.

İnformasiya ehtiyatlarının

formalaşdırılması, istifadə olunması, işlənməsi,

informasiya sistemləri, texnologiyaları və

onların təminat vasitələrinin istehsalı və

tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin

hüquqlarının müdafiəsi qanun pozuntularının

qarşısının alınması, pozulmuş hüquqların bərpa

edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini

daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən

edilmiş qaydada müvafiq orqanlar tərəfindən

həyata keçirilir. İstifadəçinin açıq

informasiya ilə işləməsinə məhdudiyyətlər

qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış

informasiya verilməsi və Azərbaycan

Respublikasının qanunvericiliyi və ya bağlanmış

müqavilələrin şərtləri yerinə yetirilmədiyi

hallarda istifadəçi məhkəməyə şikayət etmək və

bu hərəkətlər nəticəsində dəymiş ziyanın

ödənilməsini tələb etmək hüququna malikdir.

Vətəndaşların informasiya ilə işləmək

hüququnun əsassız olaraq məhdudlaşdırılmasında

təqsirli olan vəzifəli şəxslər Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun olaraq

məsuliyyət daşıyırlar.
VI fəsil. İnformasiya sahəsində beynəlxalq

münasibətlər


Maddə 21. İnformasiya sahəsində beynəlxalq

fəaliyyət


İnformasiya

sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan

Respublikasının imzaladığı müqavilələrə uyğun

olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının

beynəlxalq müqavilələrində bu Qanunda nəzərə

alınmış qaydalardan fərqlər müəyyən olunduqda

beynəlxalq müqavilələrin müddəaları tətbiq

olunur.

Azərbaycan Respublikasının Prezidenti



Heydər ƏLİYEV.

Bakı şəhəri, 3 aprel 1998-ci il.

№ 460-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyun

1998-ci il, № 141) .
«Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu»nda

dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 364)

.

15 aprel 2005-ci il



tarixli, 890-IIQD nömrəli qanuna əsasən

dəyişikliklərlə .


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə