İndossamentin mahiyyəti və növləri




Yüklə 4.52 Kb.
tarix26.04.2016
ölçüsü4.52 Kb.
İndossamentin mahiyyəti və növləri

Köçürmə vekseli indossamentin vasitəsilə üçüncü şəxsə verilə bilər. Indossament üzrə veksel verən şəxs indossant, indossament üzrə vekseli alan şəxs isə indossat ( və ya indossator) adlanır.

Indossament vekselin aksept edilib edilməməsindən asılı olamyaraq, ödəyicinin xeyrinə, həmçinin veksel verənin və veksel üzrə borclu olan digər şəxsin xeyrinə yerinə yetirilə bilər. Bu şəxslər öz növbəsində vekseli indossat edə bilərlər.

Indossament sadə və mürəkkəb ola bilər. Qanuna görə qismən indossament etibarsızdır.

Indossament köçürmə vekseldə və ya ona əlavə edilmiş əlavə vərəqədə -allonjda yazır.o, indossant tərəfindən imzalanır.

Indossamentdə görülmüş işin kimin xeyrinə olması göstərilməyə də bilər, o ancaq indossantın bir imzasından ibarət ola bilər. Belə indossant blanklı hesab olunur. Blanklı indossamentin etibarlı olması üçün köçürmə vekselin digər tərəfinə allonj yazılmalıdır.



Indossant akseptə və ödənişə görə cavabdehdir. Bununla yanaşı o,yeni indossamentə qadağa qoya bilər. Belə halda o sonradan həmin vekselin kimin xeyrinə indossant edlmiş şəxslər qarşısında məsuliyyət daşımır.

Indossament ödəniş müddətindən sonra da həyata keçirilə bilər. O əvvəlki indossament kimi eyni hüquqi qüvvəyə malikdir. Maliyyəçi nəzərə alınmalıdır ki, ödəniş edilmədikdə, etirazdan və ya etirazın edilməsi üçün müəyyən olunmuş müddət keçdikdən sonra edilmiş indossament adi sessiya nəticələrinə səbəb olur. Bu zaman tarix göstərilməyən indossament etirazın edilməsi üçün müəyyən olunmuş müddət bitənə kimi başa çatmış hesab olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə