İmam xomeyni (R) ƏSRİ MÜƏLLİF: MİRƏHMƏd rza hacəTİ




Yüklə 3.58 Mb.
səhifə1/69
tarix26.04.2016
ölçüsü3.58 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   69



İMAM XOMEYNİ (R) ƏSRİ

MÜƏLLİF:

MİRƏHMƏD RZA HACƏTİ

TƏRCÜMƏ EDƏN:

A. ƏLİZADƏ




نام کتاب:............................عصرامام خمینی (ر)

مولف:.............................. میراحمد رضاحاجتی

مترجم:...........................................آ. علیزاده

ناشر:............................................... .شهریار

تاریخ چاپ:..........................................1385

نوبت چاپ:..............................................اول

تیراژ:.................................................1000

Kitabın adı:...................İmam Xomeyni (r) əsri

Müəllif:...........................Mirəhməd Rza Hacəti

Tərcümə edən:....................................A.Əlizadə

Nəşr edən:.............................................Şəhriyar

Çap tarixi:....................................................2006

Çap növbəsi:............................................Birinci

Tiraj:...........................................................1000
964-5934-75-3




Birinci fəsil:


İmam Xomeyni (r) şəxsiyyəti və əsri

Müqəddimə

İmam Kazim(ə) buyurub:



"رجل من قم يدعوا الناس الى الحق يجتمع معه قوم قلوبهم كزبر الحديد لا تزلهم الرياح العواصف، لا يملون من الحرب و لا يجبنون و على الله يتوكلون و العاقبة للمتقين

Həzrət İmam Xomeyninin (r) əzəmətli şəxsiyyəti haqqında insanların bilik və məlumatlılıq səviyyəsinin artırılması və onun dünya miqyasında yaratdığı fövqəladə dəyişikliklərin dərk olunması dövrümüzün bütün alimləri, xüsusilə İslam inqilabının böyük rəhbərinin təkid etdiyi bir məsələdir. Çünki bu mühüm məsələ İmamın ali istək və arzuları ilə yekdillik, həmrəylik və həmfikirliyin sürəkliyinin mühüm amili kimi qiymətləndirilir.

Digər tərəfdən, İslam inqilabı tarixinin belə çox həssas dövründə İslamın düşmənləri dünyanın müxtəlif millətləri arasında İmamın ilahi düşüncələrinin gündən-günə artan nüfuzunu aşağı salmaq üçün fikri başqa istiqamətə yönəltmə və inqilab qüvvələrini zəiflətmə siyasətini öz gündəlik işlərinə çevirdiklərinə görə bu sahədə dərin biliklərdən bəhrələnmə zərurəti daha çox hiss olunur. Şübhəsiz, İslamı və İmam Xomeyninin(r) çağırışlarını müdafiə edən o adamlara səadət nəsib olacaq ki, onlar İmamın(r) ilahi vergisindən dərin məlumat almaqla onun ilahi qiyamının ətraflı təhlilinə başlamış və bu sahədə lazımi məlumata və biliyə nail olmuşlar.

لا يحمل هذا العلم الا على البصر

و الصبر و العلم بمواضع الحق1

Bu mübarizənin ağırlığını haqqın mövqelərindən xəbərdar, sarsılmaz və bilici kəslərdən başqa kimsə çiynində çəkməz.

İnqilabın böyük rəhbərinin müqəddəs şəxsiyyətini, onun dünyadakı proseslərə təsirini dərindən bilmək ağıllı inqilabçıların və İmam Xomeyninin (r) yol və mənəviyyatına vurğunların ən böyük vəzifəsidir. Belə ki, həzrət Ayətullah Xameneyi buyurmuşdur: ''Bizim ən böyük vəzifəmiz budur ki, İmamın başladığı, milləti onun fəzasında yerləşdirdiyi və dünyaya elan etdiyi əsrin xüsusiyyətlərini bilək və bu xüsusiyyətləri qoruyaq.''2

İslam inqilabının müdrik rəhbəri ''İslam inqilabı bütün dünyada böyük bir cərəyanın başlanğıcı olmuşdur'' - fikrini xatırlatmaqla bu təsirlərdən bəzisini bəyan edib buyurmuşdur: ''Müsəlmanlar İslam inqilabının ardınca getməklə dünyada yeni mahiyyət əldə etdilər, çoxlu qeyri- müsəlmanlar İslama iman gətirdilər, bir çoxları ictimai dəyişikliklərdə dinin yeni şərəfinə və peyğəmbərlik missiyasına ürək bağladılar və bu proses davam edir.''1

O daha sonra mühüm bir məsələyə diqqət edərək buyurmuşdur: ''Baş vermiş bu cərəyan deyilməmiş və bilərəkdən gizlin qalmış bir hadisədir ki, kifayət qədər öyrədici və ibrətamiz xüsusiyyətlərə malik olub tarixin misilsiz təzahürlərindən biridir.''

Daha sonra bu tövsiyəni etmişdir: "Bizim davamçılarımız olan cavan tədqiqatçılar qeyd olunan məsələnin siyasi, ictimai və tarixi kökləri haqqında araşdırmalara başlamalıdırlar.''2

İnqilabın dahi rəhbərinin ciddi təkidləri, həmçinin İmamı dərindən tanımağın inqilab qüvvələrinə qurucu təsiri yazıçını buna vadar etdi ki, İmamın(r) vurğunlarının okeanından bir qətrə kimi ''bilərəkdən deyilməmiş, gizlin qalmış, eyni zamanda kifayət qədər öyrədici və ibrətamiz" cərəyanın təhlil və tədqiqinə başlasın. Eləcə də, Həzrət İmam Xomeyninın(r) ilahi şəxsiyyətinin və onun ilahi qiyamının dünya miqyasında böyük təsirinin əvvəlkindən daha çox araşdırılması yolunda kiçik olsa da belə addım atsın.

Bu cüzi səylərin Həzrət İmam Zamanın(əc.) razılığına səbəb olacağına ümid edirəm.


﴿.. يا ايها العزيز ... جئنا ببضاعة مزجاة فاوف لنا الكيل و تصدق علينا ان الله يجزى المتصدقين﴾3

Mir Əhməd Rza Hacəti

Qum şəhəri, 1381-ci ilin xordad ayı.

1 – İMAM XOMEYNİ (R) ŞƏXSİYYƏTİ




Həzrət Ayətullah Xameneyinin İmam haqqında dedikləri:


''…Müasir dövrün tanınmış böyük şəxsiyyəti İmam Ruhullah Xomeyni(r) dindar alim, pəhrizkar müdrik, siyasətçi filosof, yenifikirli mömin, şücaətli və ağıllı insan, ədalətli hakim və fədakar bir mücahid idi.

Allahın ona bəxş etdiyi üstün keyfiyyətlərlə onun özünün Qurandan öyrəndikləri bir-birinə qarışaraq qəlb və ruhunu zinətləndirmişdir. Elə əzəmətli, cazibəli və təsirli bir şəxsiyyət yaratmışdır ki, dini, siyasi və ictimai sahələrdə böyük insanlar və tanınmış islahatçılar əsri sayılan son əsrin məşhur simalarından hər biri onunla müqayisədə cazibəsiz, birtərəfli və kiçik görünürdülər.

Onun böyük fədakarlıq göstərdiyi, öz inamı, ümidi, tədbir və səbri ilə nail olduğu iş də eyni dərəcədə böyük, inanılmaz və heyrətamiz idi.

Onun çox gözəl və parlaq şəxsiyyəti siyasi həyatının bütün dövrlərində məftunedici və unikal idi."1

''İmam Xomeyni(r) elə böyük bir şəxsiyyət idi ki, dünya və tarixin dahi şəxsiyyətləri və rəhbərləri arasında peyğəmbərlər və məsum övliyalardan(ə) savayı bu keyfiyyətlər və xüsusiyyətlərə malik kimisə təsəvvür etmək çox çətindir.''2

Bizim böyük imamımız İslamın siyasi məktəbini təqdim etməklə ötən bir əsr yarımda İslamı bütünlüklə cəmiyyətin həyatından çıxarmağa çalışan düşmənlərin bütün mədəni və siyasi səylərinin faydasızlığını sübut etdi.''3




  1   2   3   4   5   6   7   8   9   ...   69


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə