İmam məHƏMMƏd təQİ ƏleyhiSSƏlamin həyati




Yüklə 0.52 Mb.
səhifə1/6
tarix22.04.2016
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6

İMAM MƏHƏMMƏD TƏQİ ƏLEYHİSSƏLAMIN HƏYATI

*–Xeyir-bərəkətli bir təvəllüd

*–Azyaşlı İmam

*–Baş qazı məəttəl qalır

*–Hədis düzəldənlər rüsvay olurlar

*–Vəkillik əlaqə vasitəsi kimi

*–İmam Məhəmməd Təqi əleyhissəlamın elmi məktəbi

İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı barədə qısa məlumat


Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.1 Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan2 Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.3 Belə ki İmam Riza (əleyhissəlam) o xanımı pak nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.4

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş5 və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.


İmam Cavad əleyhissəlamın müasiri olmuş xəlifələr


İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) imamət dövrü iki Abbasi xəlifəsi Məmun (193-218 h.q) və Mötəsimin (218-227 h.q) zamanına təsadüf edir. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (əleyhissəlam) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

Xeyir-bərəkətli bir təvəllüd


İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”6

Deyilənlərə görə İmam Riza (əleyhissəlam) müxtəlif münasibətlərdə yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavad əleyhissəlamı onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: “Bəli bu İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”7

Əbu Yəhya Sənani deyir: “Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki o Həzrət banan soyub oğlu Cavad əleyhissəlama verir. O Həzrətə dedim: “Bu həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki bəli bu həmin uşaqdır ki İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”8

İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki İmam Cavad (əleyhissəlam) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki bu hədisdən məqsəd İmam Cavad əleyhissəlamın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki İmam Riza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazim əleyhissəlamın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Riza əleyhissəlamın İmamətini qəbul etməmiş digər tərəfdən də, o Həzrətin (İmam Riza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Riza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Riza əleyhissəlama etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə9 İmam Riza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza (əleyhissəlam) onun cavabında yazır: “Sən haradan bilirsən ki mənim uşağım olmayacaq? And olsun Allaha bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.”10 Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza (əleyhissəlam) da öz növbəsində onların bu sözlərini bu “sübutlarını” cavabsız qoymurdu.11 Nəhayət İmam Cavad əleyhissəlamın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza (əleyhissəlam) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir nəticədə şiəliyin etibarı artır.12

Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki hətta İmam Cavad əleyhissəlamın anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Riza əleyhissəlamın bəzi qohumları (həsəd paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavad əleyhissəlamın o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavad əleyhissəlamın rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: “Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: “O mənim oğlumdur.” Onlar dedilər: “Peyğəmbər (səlləllahu əleyhi və alih) fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (əleyhissəlam) (məcbur olub) buyurdu: “Siz onların (fizionomiklərin) ardınca adam göndərin ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Riza əleyhissəlamın əmi qardaş və bacıları bir bağda oturur o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavad əleyhissəlamı gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki onun atası burada yoxdur ancaq bu oturan onun atasının əmisi bu öz əmisi bu da bibisidir. Əgər atası da buradadırsa onda mütləq (İmam Riza əleyhissəlama işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də, baldırı eyni cürdür. Bu vaxt İmam Riza (əleyhissəlam) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki onun atası bu kişidir. Bunun ardınca İmam Riza əleyhissəlamın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavad əleyhissəlamın dodaqlarından öpərək dedi: “Şəhadət verirəm ki sən Allah dərgahında mənim İmamımsan.”13

Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə