İlkin yanğınsöndürmə vasitələrinin seçilməsi, saxlanılması və texniki qulluğun göstərilməsi




Yüklə 91.78 Kb.
tarix29.04.2016
ölçüsü91.78 Kb.
İlkin yanğınsöndürmə vasitələrinin seçilməsi, saxlanılması və texniki

qulluğun göstərilməsi” kursu üzrə

TESTLƏR
1. Qanunvericiliklə energetika obyektinin yanğın təhlükəsizliyinə məsuliyyət kimin üzərinə düşür?

  1. Yanğından mühafizə xidmətinin ərazi üzrəə orqanın;

  2. Energetika obyektinin yanğın-texniki komissiyasının;

  3. Energetika obyektinin müqavilə ilə mühafizə edən obyekt yanğından mühafizəsinin;

  4. bilavasitə energetika obyektinin rəhbərinin;

  5. könüllü yanğın dəstəsinin.

2. Energetika obyektində yanğın təhlükəsizlik tədbirləri barədə ümumi obyekt təlimatını kim təsdiqləyir?

  1. Energetika obyektinin rəhbəri;

  2. Yerli yanğından mühafizə xidmətinin rəisi;

  3. Könüllü yanğın dəstəsinin rəisi;

  4. Həmkarlar İttifaqı idarə heyətinin sədri;

  5. Tİ, TT və YT üzrə aparəıcı mühəndis.

3. Energetika obyektinin rəhbəri vəzifəyə təyin olunarkən yanğın təhlükəsizliyi sahəsində ilk növbədə nələri etməyə borcludur?

  1. Bütün MTİ, fəhlə və qulluqçularla yanğın təhlükəsizlik qaydalarının öyrənilməsini və yerinə yetirilməsini təşkil etmək;

  2. Yanğın-texniki komissiyanı (YTK) və könüllü yanğın dəstəsini (KYD) yaratmaq və onların müntəzəm işini təmin etmək;

  3. Ərazidə, istehsalat və yardûmçı binalarda yanğına qarşı rejim təyin etmək;

  4. Sexlər (sahələr) arasında yanğınsöndürmə vasitələrinə xidmət zonalarına bölüşdürmək və məsul şəxsləri təyin etmək;

  5. 1, 2, 3 və 4 bəndlərindəki bütün tələbləri yerinə yetirmək.

4. Yanğın-texniki komissiyalarûnûn (YTK) işinə, yanğınsöndürmə vasitələrin hazırlığınana və heyətin hazırlanmasına görə kim məsuliyyət daşıyır?

    1. Direktor;

    2. Baş mühəndis;

    3. Yerli yanğından mühafizə xidmətinin rəisi;

    4. Sex (sahə) rəisi;

    5. YTQ üzrə inspektor.

5. Energetika obyektinin hər istehsalat sahəsi və binası üzrə yanğın təhlükəsizliyinə hansı şəxslər məsuliyyət daşıyırlar?

  1. Energetika obyektinin rəhbərliyi;

  2. Yanğın mühafizə dəstəsinin işçiləri;

  3. YTK-nin sədri;

  4. YTQ üzrə inspektor;

  5. Energetika obyektinin rəhbərinin müvafiq əmrilə həmin istehsalat sahəsinin (ərazinin, binanın, sex, laboratoriya, emalatxana, anbar və s. üzrə) yanğın təhlükəsizliyi üçün təyin olunmuş məsul vəzifəli şəxlər. +

6. Energetika obyektində yanğınsöndürmənin operativ planı neçə müddətdən bir yenidən təsdiq edilməlidir?

  1. Hər il;

  2. 3 ildən bir;

  3. 5 ildən bir;

  4. 10 ildən bir;

  5. energetika obyektinin direktoru və ya yanğın mühafizə orqanın rəisi dəyişəndə.

7. Yanğın-texniki komissiyanûn sədri əmrlə kim təyin olunmalıdır?

  1. Direktor;

  2. Baş mühəndis;

  3. Sex (sahə) rəisi;

  4. KYD-nin rəisi;

  5. Yerli yanğınsöndürmə dəstəsinin rəisi.

8. Aşağıda göstərilən hansı sənədlər yanğın təhlükəsizliyi üzrə sənədlərə aid edilmir?

  1. Energetika obyektində yanğınsöndürmənin operativ planı;

  2. Sex (sahə), laboratoriya, anbar və s.-də yanğın təhlükəsizliyi təlimatı;

  3. Energetika obyektinin yanğın təhlükəsizliyi tədbirləri barədə umumi obyekt təlimatı;

  4. Rele mühafizəsinə aid təlimatlar;

  5. Yanğın barədə siqnalvermə qurğularına xidmət edilməsi barədə təlimat.

9. Energetika obyektində yanğınsöndürmənin operativ planına hansı hallarda yenidən baxılmalıdır?

  1. 2 ildən bir;

  2. Obyektdə yenidən qurma işlər getdikdə;

  3. 5 ildən bir;

  4. Yanğını söndürərkən, yaxud yanğına qarşı məşqlərdə yanğın bölmələri və heyətin nəzərdə tutulmuş hərəkətlərində çatışmazlıq aşkar edildikdə;

  5. 2 və 4-cü bəndlərdəki hallarda.

10. Yanğınsöndürməyə icazə vərəqələrin kim təsdiq etməlidir və harada saxlanmalıdır?

  1. Direktor təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır;

  2. Baş mühəndis təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır;

  3. Sex (sahə) rəisi təsdiq edir və əməliyyat heyətinin iş yerində saxlanılır;

  4. YTQ üzrə inspektor təsdiq edir və onun iş yerində saxlanılır;

  5. Yanğınsöndürmə dəstəsinin rəisi təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır.

11. Sex, laboratoriya, anbar, emalatxana və s. yerlərdə yanğın təhlükəsizlik tədbirləri barədə konkret təlimatı kim hazırlamalıdır?

  1. Baş mühəndis;

  2. KYD-nin rəisi;

  3. Tİ, TT və YT özrə aparıcı mühəndis;

  4. Müvafiq bölmələrin rəhbərləri;

  5. Yanğın-texniki komissiyanın üzvləri.

12. Yanğın təhlükəsizlik qaydalarını pozduqlarına görə günahkar şəxslər üçün hansı məsuliyyət nəzərdə tutulur?

  1. Xəbərdarlıq, töhmət və ya şiddətli töhmət;

  2. Azmaaşlı vəzifəyə keçirmək və ya işdən xaric etmək;

  3. Pul cəriməsi;

  4. Əgər pozuntu insanların tələf olmasına və ya ağır nəticələrə gətirib çıxarıbsa 3 və ya 5 ilədək azadıqdan məhrum etmək;

  5. 1, 2, 3, 4-də hallanan bütün tədbirlər.

13. MTİ, fəhlə və qulluqçuların yanğın təlükəsizliyi üzrə hazırlığına nələr daxildir?

  1. Yanğınaqarşı təlimatın (giriş, ilkin, dövri, plandankənar və cari) keçirilməsi;

  2. Yanğın-texniki minimum üzrə məşğələlər;

  3. Yanğın təhlükəsizlik qaydalarının öyrənilməsi;

  4. Yanğınaqarşı məşqlərin (təlimlərin) kemirilməsi;

  5. 1, 2, 3 vÿ 4 bəndlərindəki bütün tədbirlər.

14. Yanğın təhlükəsizliyindən giriş təlimatı keçməyən şəxslər işə buraxıla bilərlərmi?

  1. Hə;

  2. Yox;

  3. Müstəsna hallarda rəhbərliyin xüsusi sərəncamı ilə;

  4. Əgər TT-dən təlimatlanıbsa buraxıla bilər;

  5. “Azərenerji” ASC-nin göstərişiylə.

15. Energetika obyektində yanğın təhlıkəsizliyi üzrə hansı əsas sənədlər tərtib olunmalıdır?

  1. Yanğınsöndürmə əməliyyat planı (kartoçkası);

  2. Təlimatlar (ümumobyekt və sexlər üzrə);

  3. Yanğınaqarşı müdafiə sistemlərə xidmətin göstərilməsi üzrə təlimatlar;

  4. Energetika obyektində yanğınaqarşı rejimin təyin olunması və yanğınsöndürmə vasitələrinə nəzarət (xidmət) üçün zonaların bölüşdürülməsi üzrə sərərncam sənədləri;

  5. Bütün adı çəkilən 1, 2, 3 və 4 bəndləri.

16. Energetika rəhbərinin qərarı ilə otaq, bina və tikililərin planirovkasında dəyişiklik edilməsinə icazə verilirmi?

  1. Verilir;

  2. Qadağan olunur;

  3. Verilir, əgər əvvəlcədən tikinti normaları və qaydalarına (TN və Q) müvafiq olaraq layihə işlənilibsə;

  4. Yalnız “Azərenerji” ASC-nin icazəsilə;

  5. Tikinti-layihə təşkilatlarının təsdiq olunmuş layihə sənədləriylə.

17. Energetika obyektinin ərazisinin saxlanılmasına hansı əsas tələblər təqdim olunur?

  1. Binaların ətrafı və yollar yanar tullantılardan təmizlənməli, avadanlıq və materiallar maneə yaratmamalıdırlar;

  2. Ərazidə avtomobil yolları saz vəziyyətdə saxlanmalıdır;

  3. Müvafiq yol nişanları və izahedici yazılar qoyulmalıdır;

  4. Əsaslı hasarlama, işıqlandırma və nəzarət-buraxılış məntəqələri olmalıdır;

  5. 1, 2, 3 və 4 bəndlərindəki bütün tələblər.

18. Binalarda evakuasiya yollarında hansı əsas yanğın təhlıükəsizlik tədbirləri görülməlidir?

  1. İşçi və qəza işıqlandırmasının saz vəziyyəti;

  2. Çıxış üçün göstəricilərin olması;

  3. Dəhlizlərin və pilləkən qəfəslərinin divarlarında yanar üzlüklərin olmaması;

  4. Evakuasiya yollarında maneələr yaradan avadanlıq və əşyaların olmaması;

  5. 1, 2, 3 və 4 bəndlərində göstərilən tədbirlərin hamısı.

19. Yanğınaqarşı müdafiə qurğularına nəzarəti və texniki xidməti kim yerinə yetirməlidir?

  1. Müqavilə ilə müvafiq təşkilatlar;

  2. Dövlət Yağından Mühafizə Xidmətinin işçiləri;

  3. Həmin qurğuları istehsal edən zavodun nümayəndələri;

  4. Yalnız energetika obyektinin işçiləri;

  5. 1 və 3-cü bəndlərdəki cavablar.

20. Yanğın texnikasının və yanğınsöndürmə vasitələrinin energetika obyektinin yanğınsöndürmə ilə əlaqəsi olmayan təsərrüfat və digər ehtiyaclarında istifadə olunmasına icazə verilirmi?

    1. Qadağan olunur;

    2. icazə verilir, əgər heyətin və ya könüllü yanğın dəstəsinin öyrədilməsi aparılıbsa;

    3. yalnız yanğınaqarşı məşqlər aparıldıqda icazə verilir;

    4. qəza və təbii fəlakətlər baş verdikdə Fövqəladə Hallar Nazirliyinin xüsusi planı ilə icazə verilir;

    5. 2, 3 və 4 bəndlərdə göstərilən hallar.

21. Yanğınsöndürmə əməliyyat planının (kartoçkanın) və ümumobyekt təlimatının nüsxələri harada saxlanmalıdır?

  1. Ümumi şöbədə;

  2. Texniki şöbədə;

  3. TT, Tİ və YT üzrə aparıcı mühəndisdə;

  4. Energetika obyektinin baş idarəetmə şitində;

  5. KYD-nin rəisində.

22. Yanmanın baş verməsi üçün hansı şərtlər tələb olunur?

  1. Yanar maddə, kibrit və insan;

  2. Insan, kibrit və hava (oksigen);

  3. Hava (oksigen), yanar maddə və insan;

  4. Yanar maddə, hava (oksigen) və od mənbəyi;

  5. Od mənbəyi, yanar maddə və isti iqlim.

23. Yanğın baş verdikdə hansı nömrə ilə yanğından mühafizəyə zəng etmək lazımdır?

  1. 01”;

  2. 101”;

  3. 111”;

  4. 201”;

  5. 911”.

24. İşə yeni qəbul edilmiş şəxslə yanğın təhlükəsizliyi üzrə giriş təlimatı hansı müddətdən sonra keçirilir?

  1. Bilavasitə işə çıxdıqdan sonra;

  2. Bir həftədən sonra;

  3. Bir aydan sonra;

  4. İşlə yaxından tanış olduqdan sonra;

  5. İmkan daxilində boş vaxt olduqda.

25. Yanğının söndürülməsinə sərf olunmuş su ehtiyatı rezervuarı neçə müddətə doldurulmalıdır?

  1. 12 saatdan gec olmayaraq;

  2. 24 saatdan gec olmayaraq;

  3. 36 saatdan gec olmayaraq;

  4. 48 saatdan gec olmayaraq;

  5. 48 saatdan gec olmayaraq.

26. Kabellərin keçdiyi yerlərin kipləşdirilməsində istifadə olunan odadavamlı materialların odadavamlılığı nə qədər olmalıdır?

  1. 0,1 saatdan az olmayaraq;

  2. 0,5 saatdan az olmayaraq;

  3. 0,75 saatdan az olmayaraq;

  4. 1 saatdan az olmayaraq;

  5. 1,5 saatdan az olmayaraq.

27. Gərginlik altında yanğın söndürmək olarmı?

  1. 1000 V-dan yuxarı PQ-də, karbon oksidli (KO) tipli yanğınsöndürənlərlə olar;

  2. 1000 V-a qədər PQ-də, KO tipli yanğınsöndürənlərlə olar;

  3. 1000 V-a qədər PQ-də, NKO tipli yanğınsöndürənlərlə olar;

  4. 1000 V-dan yuxarı PQ-də, NKO tipli yanğınsöndürənlərlə olar;

  5. Olmaz;

28. Transformator yağında yanğın baş verərsə, onu nə ilə söndürmək olar?

  1. Köpüklü yanğınsöndürənlərlə;

  2. KO tipli yanğınsöndürənələrlə olar;

  3. Keçə ilə;

  4. Su ilə;

  5. Qum ilə;

29. Elektrik şitlərində, panellərdə baş verən yanğınları nə ilə söndürmək olar?

  1. HKO tipli yanğınsöndürənlərlə;

  2. Qumla;

  3. KO tipli yanğınsöndürənlərlə;

  4. Su ilə;

  5. Keçə ilə.

30. Hansı növ yanğınları qum ilə söndürmək olar?

  1. Baş vermiş kiçik yanğınları. Eləcə də, yanan mayenin (mazut, yağ, dizel yanacağı) sahəsinin genişlənməsinin qarşısınıı almaq məqsədilə;

  2. Elektrik mühərriklərində baş verən yanğınları;

  3. Şitlərdə baş verən yanğınları;

  4. Transformator və YA-da baş verən yanğınları;

  5. Kabellərdə baş verən yanğınları.

31. KO tipli yanğınsödürənlərlə hansı yanğınları söndürmək olar?

    1. Elektrik mühərriklərində və panellərdə baş vermiş yanğınları;

    2. Transformator və YA-da baş vermiş yanğınları;

    3. Kabel kanallarında baş verən yanğınları;

    4. Neft məhsullarında (transformator yağı, mazut və s.) baş vermiş yanğınları;

    5. Yanan otları.

32. HKO tipli yanğınsöndürənlərlə hansı yanğınları södürmək olar?

  1. Elektrik mühərriklərində baş vermiş yanğınları;

  2. Transformatorlarda, YA-də və neft məhsullarında (transformator yağı, mazut) baş vermiş yanğınları;

  3. Elektrik panellərində baş vermihş yanğınları;

  4. Yanan otları;

  5. Kabellərdə baş verən yanğınları.

33. Hava köpük yanğınsöndürənlərlə hansı yanğınları söndürmək olar?

  1. Elektrik mühərriklərində baş verən yanğınları;

  2. Panellərdə baş verən yanğınları;

  3. Elektrik avadanlıqlarda, kabel və məftillərdə baş verən yanğınları;

  4. Yağla dolu avadanlıqlarda və neft məhsullarında (mazut, transformator yağı və s.) baş vermiş yanğınları;

  5. Yanan otları;

34. Energetika müəssisələrində yanğın təhlükəsizliyi üzrə giriş təlimatını kim və nə vaxt keçir?

  1. Yanğın təhlükəsizliyi üzrə inspektor, işə qəbul edilərkən

  2. Şəbəkə rayonunun və ya y/st-nın rəisi, işə qəbul edilərkən

  3. Sex rəisi, işə qəbul edilərkən

  4. Baş mühəndis, işə qəbul edilərkən

  5. KYD-nın sədri

35. KO tipli yanğınsöndürənlər neçə il yararlı hesab edilirlər?

  1. 3 il;

  2. 5 il;

  3. 10 il;

  4. 12 il;

  5. 15 il.

36. KO tipli yanğınsöndürənlərdə karbon qazı – qaz şırnağı neçə metr uzunluğa pöskörməlidir?

  1. 1,5 - 6,0 metr;

  2. 3,0 - 6,0 metr;

  3. 1,5 - 4,0 metr;

  4. 5,0 - 8,0 metr;

  5. 3,0 - 8,0 metr.

37. Energetika müəssisələrində yanğın təhlükəsizliyindən ilkin təlimatları kim və nə vaxt keçməlidir?

  1. Sex rəisi, işçi iş yerinə ilkin gələrkən

  2. Şəbəkə rayonunun (və ya y/st-nın) rəisi, işçi iş yerinə ilkin gələrkən

  3. Baş mühəndis

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

38. Energetika müəssisələrində yanğın təhlükəsizliyindən təkrar (dövri) təlimatları Kim və nə

vaxt keçir?

  1. Sex rəisi, iş yerində ayda bir dəfə

  2. Şəbəkə rayonunun rəisi, iş yerində ayda bir dəfə

  3. Yanğın təhlükəsizliyi üzrə inspektor, ayda 1 dəfə

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

39. Qaynaq işlərinə naryad verməyə kimin hüququ çatır?

  1. Struktur bölmənin rəisi (və yə onun vəzifəsini ijra edən şəxs)

  2. Baş mühəndis;

  3. Baş mühəndisin sərənjamı ilə inzibati-texniki heyət;

  4. Təmir briqadasının rəhbəri;

  5. Sex rəisi və ya onun müavini.

40. Yanğınsöndürmə vəsitələri müəssisənin yanğınsöndürmə ilə əlaqəsi olmayan-təsərrüfat və digər ehtiyajlara istifadə oluna bilərmi?

  1. Qəti qadağan olunur;

  2. İjazə verilir, əgər işçilərin və ya KYD-in öyrədilməsi aparılırsa;

  3. Yalnız yanğına qarşı məşqlər keçirildikdə;

  4. Qəza və təbii fəlakətlər baş verdikdə FHN-in xüsusi planı üzrə;

  5. 2, 3 və 4 bəndlərdə göstərilən hallarda.

41. KO tipli yanğınsöndüənlərdən istifadə edərkən, karbon-qaz çıxan boruda temperatura neçə dərəcə olur?

1) (-20°C - 30°C);

2) (-30°C - -40°C);

3) (-40°C - -50°C);

4) (-50°C - 60°C );

5) (-60°C - 70°C );



42. KO tipli yanğınsöndürənlərin işləmə müddəti nə qədərdir?

  1. 15 - 30 san.;

  2. 30 - 50 san.;

  3. 15 - 50 san.;

  4. 30 san-dən çox olmalıdır;

  5. 50 san-dən az olmalıdır.

43. HKO tipli yanğınsöndürənlərin işləmə müddəti nə qədərdir?

  1. 50 ± 5 san.;

  2. 60 ± 5 san.;

  3. 50 ± 10 san.;

  4. 60 ± 10 san.;

  5. 50 san-dən çox olmalıdır.

44. Obyektin yaxınlığında və ya ərazisində su anbarı, çay, kanal, su soyuducu qurğu və b.k. su mənbələri hansı məsafədə olduqda yanğın texnikasının yan alması üçün onlara yol və meydança düzəldilməlidir?

1) 100 m məsafəyədək;

2) 200 m məsafəyədək;

3) 300 m məsafəyədək;

4) 400 m məsafəyədək;

5) 500 m məsafəyədək.



45. Yanğınaqarşı su təchizatı şəvəkəsinin iş qabiliyyəti, onun təzyiqi və sərfiyyatı aktlaşdırılmaqla neçə müddətdən bir yoxlanılmalır?

1) 6 aydan bir (mövsümi);

2) ildə 1 dəfə;

3) 2 ildə 1 dəfə;

4) 3 ildə 1 dəfə;

5) rübdə 1 dəfə.



46. Obyektin su kəmərinin yanğın hidrantına suyu buraxmaq yolu ilə hansı müdətdən bir yoxlamalıdır?

1) rüdə 1 dəfə

2) ildə 2 dəfə

3) ildə 1 dəfə

4) 2 ildə 1 dəfə

5) əsaslı təmirdən sonra



47. Yanğın nasoslarının işə qoşulma müdəti neçə dəqiqədən az olmamalıdır?

1) 1 dəqiqədən

2) 2 dəqiqədən

3) 3 dəqiqədən

4) 4 dəqiqədən

5) 5 dəqiqədən



48. Hər yanğın nasosuna neçə müdətdən bir tələb olunan təzyiq yaratmaqla profilaktiki xidmət götərilməlidir?

1) ayda 2 dəfə

2) ayda 1 dəfə

3) rüdə 1 dəfə

4) ildə 1 dəfə

5) ildə 2 dəfə



49. Bütün yanğın nasosları əsas və ehtiyat elektrik təchizatına (o cümlədən dizel aqreqatlarına) keçrilməsinin etibarlılığı neçə müdətdən bir az olmayaraq yoxlanmalıdır?

1) həftədə 1 dəfədən

2) ayda 1 dəfədən

3) rüdə 1 dəfədən

4) ildə 1 dəfədən

5) əsaslı təmirdən sonra



50. Nasos avadanlığının cari təmiri baş mühəndisin təsdiq etdiyi cədvəl üzrə neçə müddətdən bir aparılmalıdır?

1) ayda 1 dəfə

2) rübdə 1 dəfə

3) ildə 1 dəfə

4) 2 ildə 1 dəfə

5) 3 ildə 1 dəfə



51. Binalarda (sexlərdə) daxili yanğın su kəmərlərinin yanğın kranlarının şkafları neçə metr uzunluqda olan şlanqlarla təchiz olunmalıdır?

1) 5-10 metr uzunluqda

2) 10-15 metr uzunluqda

3) 15-20 metr uzunluqda

4) 10-20 metr uzunluqda

5) 20 metrdən az olmayaraq



52. Bükülmüş yanğın şlanqları neçə müddətdən bir qat yerinin dəyişilməsi üçün açılıb yığılmalıdır?

1) ayda 1 dəfə

2) rübdə 1 dəfə

3) 6 ayda 1 dəfə

4) ildə 1 dəfə

5) hər dəfə təzyiq altında işlədikdıən sonra



53. Müəssisədə baş mühəndis tərəfindən təsdiqlənmiş xarici və daxili yanğına qarşı su kəmərinin sxemi harada saxlanmalıdır?

1) yanğın-texniki komissiyada

2) könüllü yanğın dəstəsində

3) texniki istismar şöbəsində

4) ƏM, TT və Tİ üzrə aparıcı mühəndisdə

5) mərkəzi idarəetmə məntəqəsində



54. Yanğınsöndürmə qurğuları xüsusi tərtib olunmuş proqram əsasında onları həqiqi işə salmaq ilə neçə müddətdən bir yoxlanmalıdır?

1) 3 ildə 1 dəfədən az olmayaraq

2) 2 ildə 1 dəfədən az olmayaraq

3) ildə 1 dəfədən az olmayaraq

4) hər dəfə cari (əsaslı) təirə saxlandıqda

5) xüsusi hallarda rəhbərliyin göstərişi ilə



55. Müəssisədə, yanğınsöndürmə qurğularının çiləyici başlıqları və avtomatik xəbərvericilərinin sıradan çıxanlarını dəyişmək üçün neçə faiz (%)-lik ehtiyat olmalıdır?

1) 5 %-lik

2) 10 %-lik

3) 15 %-lik

4) 20 %-lik

5) 25 %-lik



56. Əl odsöndürücüləri alt hissəsindən hesablanmaqla döşəmədən ən çoxu hansı hündürlükdə yerləşdirilməlidir?

1) 0,50 m

2) 0,75 m

3) 1,00 m

4) 1,30 m

5) 1,50 m



57. Müəssisədə yanğınaqarşı rejimi yoxlamaq üçün yanğın-texniki komissiya neçə müddətdən az olmayaraq baxış aparmalıdır?

1) ayda 1 dəfə

2) rübdə 1 dəfə

3) 6 ayda 1 dəfə

4) ildə 1 dəfə

5) rəhbərliyin göstərişi ilə



58. MTİ, fəhlə və qulluqçular neçə müddətdən bir yanğın-texniki minimum üzrə məşğələlər keçməlidir?

1) rübdə 1 dəfə

2) ildə 2 dəfə

3) ildə 1 dəfə

4) 2 ildə 1 dəfə

5) 3 ildə 1 dəfə



59. Energetika müəssisələrinin kabel binaları və qurğularının istismara qəbulu hansı

hallarda doğrudur?

1) Tikinti və quraşdırma işləri tamamlandıqda

2) Kabel xətlərinin çəkilməsi normalara uyğun olduqda

3) Bütün kabel xətləri keçid yerlərində odadavamlı materialla tam bərkidilməlidir

4) Yanğına qarşı yanğınsöndürmə qurğuları və avtomatik xəbərvericilər quraşdırıldıqda

5) 1, 2, 3 və 4 bəndlərin hamısı yerinə yetirildikdə



60. Açıq paylayıcı quruluşda (APQ) kabel kanalları uzunu boyu neçə metrdən bir odadavamlı materialla bərkidilməlidir?

1) 30 m-dən bir

2) 50 m-dən bir

3) 75 m-dən bir

4) 100 m-dən bir

5) 150 m-dən bir



61. APQ-də tr-r və reaktorların yağqəbuledici sistemi və qəza yağ tutumu neçə müddətdən bir yoxlanmalıdır?

1) ayda 1 dəfə

2) rübdə 1 dəfə

3) ildə 1 dəfə

4) ildə 2 dəfə

5) 2 ildə 1 dəfə



62. Anbar binasında qəfəsələr (rəflər), ştabellər arasında, habelə qəfəsə, ştabellə divar arasında hansı məsafədə keçidlər saxlanmalıdır?

1) 0,8 metr

2) 1,0 metr

3) 1,2 metr

4) 1,4 metr

5) 1,5 metr



63. MTİ, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyindən hazırlığına nələr daxildir?

1) yanğınaqarşı təlimatın keçirilməsi (giriş, ilkin, planlı, plandankənar və cari)

2) yanğın-texniki minimum üzrə məşğələlər

3) yanğın təhlükəsizlik qaydalarının öyrənilməsi

4) yanğınaqarşı məşqlərin keçirilməsi

5) 1, 2, 3 və 4 bəndlərdə göstərilən tədbirlər



64. Müəssisədə KYD-nin (könüllü yanğın dəstəsi) işini, tədrisini və məşqlərin keçirilməsini kim rlanlaşdırır?

1) müəssisənin direktoru və ya baş mühəndisi

2) FHN-in Ərazi üzrə yanğından mühafizə xidməti

3) obyektin öz yanğından mühafizəsi (Əgər varsa)

4) ƏM, TT və Tİ üzrə aparıcı mühəndis

5) KYD-nin rəisi



65. Müəssisənin ərazisində zibil və tullantıların yandırılmasına hansı yerlərdə icazə verilir?

1) bina və qurğulardan 20-50 m aralı məsafədə

2) həmççnin 50-100 m aralı məsafədə

3) ümumiyyətlə icazə verilmir

4) icazə verilir xüsusi quruluşlarda (sobalarda)

5) Ərazidən kənarda, istənilən təhlükəsiz yerdə



66. Soyunub-geyinmə şkaflarında yağa bulaşmış xüsusi paltarı saxlamaq olarmı?

1) olar


2) olmaz

3) olar, əgər şkaflar metaldandırsa

4) olar, əgər yanğnda odsöndürən qoyulubsa

5) olar, əgər otağın sahəsi 20 m2-dən çoxdursa



67. Qapalı paylayıcı quruluşların (QPQ) binasının hansı yerlərində ilkin yanğınsöndürmə vasitələri qoyula bilər?

1) işçi heyətin qərarına görə

2) bilavasitə QPQ-nin girişlərində, bir neçə bölmədən ibarət olduqda isə tamburlarda vəya pilləkən qəfəslərində

3) QPQ-nin sahəsi boyu bərabər yerləşdirilməklə, o cümlədən girişdən daha uzaq olan yerlərdə

4) QPQ-nin hüdudları xaricində

5) QPQ-lərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə etmək olmaz



68. Tr-ların altına tökülmüş çınqıllara hansı tələblər qoyulur?

1) Çınqılların üzərində qalınlığı azı 3 mm olan yağ qatı yaranarsa mütləq yuyulmalı, əgər alınmazsa çınqıl tam dəyişilməlidir

2) Çınqıllara xidmət məqsədilə ildə 1 dəfədən az olmayaraq yuyulmalıdır

3) Əgər çınqılın üzərində toz, qum və ya bulaşması baş verərsə, bir qayda olaraq, yazda və payızda

4) bütün göstərilən bəndlər çınqıl örtüyünün təmiz saxlanması üçün doğrudur

5) vəziyyətdən asılı olmayaraq çınqıl örtüyü 2 ildən bir dəyişilməlidir



69. Trransformatorların stasionar yanğınsöndürmə sisteminin yoxlanılması tələb olunurmu?

1) tələb olunur, ancaq bütün növ təmirlərdən sonra

2) tələb olunur, əgər tr-r 8 saat və daha çox müddətə açılıbsa

3) tələb olunur, 1 və 2 bəndlərində göstərilən cavablara uyğun

4) tələb olunmur, yalnız sex rəisinin göstərişi ilə əsaslı təmirdən sonra

5) tələb olunmur, yalnız YTK (yanğın-texniki komissiyanın) qərarı və KYD-nin iştirakı ilə



70. Əgər stasionar yanğınsöndürmə qurğusu işə hazır deyilsə hansı hallarda tr-ru istismara buraxmaq olar?

1) buraxmaq olar, belə ki, yanğınsöndürmə qurğusunun işdə olmaması, tr-run iş rejiminə təsir göstərmir

2) buraxmaq olmaz

3) icazə verilir, əgər tr-run işə qoşulmasına göstəriə gəlibsə

4) müəssisənin rəhbəri məsuliyyəti üzərinə götürürsə, buraxmaq olar

5) icazə verilir, əgər KYD üzvləində növbəçi təin ediləsə



71. Anbar təsərrüfatının ərazisinin saxlanılmasına hansı yanğın təhlükəsizlik tələbləri qoyulur?

1) anbar binasına sərbəst yaxınlaşma mümkün olmalıdır. Binanın divarı qarşısında mal və avadanlığın saxlanılması qadağan olunur.

2) binalar, avadanlıq və material ştabelləri arasındakı yanğnaqarşı arakəsmələri qalaqlamaq qadağandır.

3) material və avadanlıq şabelləri arasında yanğınaqarşı araməsafəsi və yanğın avtomobili üçün keçid azı 5 m olmalıdır.

4) anbarın yaxınlığındakı ərazidən yanar tullantılar, qablaşdırıcı tara və zibillər yığışdırılaraq təmiz saxlanmalıdır.

5) bütün cavablarda göstərilən tələblər yerinə yetirilməlidir.



72. İstifadə olunmuş qaz balonlarının anbarda digər avadanlıq və materialla saxlanmasına yol verilirmi?

1) yol verilir

2) qadağan olunur

3) yol verilir, əgər anbardan başqa boş sahə yoxdursa

4) bir sutkadan artıq olmamaq şərtilə icazə verilir

5) icazə verilir, əgər anbar müdiri məsuliyyəti üzərinə götürürsə



73. Nitroboya, nitrolak və həlledicilərin zirzəmidə saxlanmasına icazə verilirmi?

1) icazə verilir

2) icazə verilmir

3) icazə verilir, əgər ventilyator qurğusu və xəbərverici siqnalizasiya qoşulubsa

4) icazə verilir, əgər avtomatik yanğınsöndürmə qurğusu varsa

5) icazə verilir, əgər 3 və 4-cü bəndlər yerinə yetirilibsə



74. Anbarda kontor otağının tikilməsinə icazə verilirmi?

1) icazə verilir, əgər otağın xaricə ayrıca çıxışı var, anbardan odadavamlılıq dərəcəsi azı 0,75 saat olan dam örtüyü və arakəsmə divarla ayrılıbsa

2) icazə verilmir

3) məhdudiyyət qoyulmadan icazə verilir, əgər başqa yerdə tikilməsi imkanı yoxdursa

4) müstəsna hallarda müəssisə rəhbərinin göstərişi ilə icazə verilir

5) icazə verilir, əgər yanğın siqnalizasiyası quraşdırılıbsa



75. Anbarda qaynaq işlərinin aparılması üçün naryadı kim verməlidir?

1) Müəssisənin baş mühəndisi

2) Təmir sexinin (təşkilatının) rəisi

3) Təchizat şöbəsinin rəhbəri (anbar müdiri)

4) Yanğından mühafizənin rəisi

5) Texniki istismar şöbəsinin müvafiq iəçisi



76. Anbarlarda mal və avadanlığı yığarkən hansı əsas saxlama prinsiplərinə riayət olunmalıdır?

1) tezalışan və yanar mayelər anbarın ayrıca otağında saxlanmalıdır.

2) boya və laklar ayrıca otaqda saxlanmalıdır.

3) qaz balonları əlahiddə otaqda saxlanmalıdıırlar.

4) 1, 2 və 3 cavablarda göstərilən tələblərə riayət olunmalıdır.

5) 1, 2, 3 və 4 bəndlərində göstərilən bütün tələblər yerinə yetirilməlidir.



77. İlkin yanğınsöndürmə vasitələrini təsərrüfat işləinə və ya digə yanğısöndürməilə əlaqəsi olmayan işələrə istifadə edilməsinə icazə verilirmi?

1) qadağan olunur

2) icazə verilir, əgər heyətin və ya KYD üzvlərinin öyrədilməsi ilə bağlıdırsa

3) yalnız yanğınaqarşı məşqlərin aparılmasında icazə verilir

4) icazə verilir, əgər qəza və ya təbii fəlakətlə əaqədar FHN-in xüsusi hərəkət planına əasən razılaşdırılıbsa

5) icazə verilir, 2, 3 və 4-cü cavabların bütün hallarında



78. İlkin yanğınsöndürmə vasitələrinə nələr aiddir?

1) bütün növ odsöndürücülər

2) yanğın şlanqı və lüləsi qoyulmuş yanğın kranları

3) içində qum olan qutu, azbest parçalar, keçə, kaşma

4) yanğın motopompları və gəzdirilən nasoslar

5) 1, 2 və 3-də göstərilən vasitələr



79. Müddəti ötmüş, lakin nisbətən qüvvədə olan odsöndürücülərin (CO2) neçə faizini eyni vaxtda yenidən doldurmağa göndərmək olar?

1) 10 %


2) 20 %

3) 30 %


4) 40 %

5) 50 %


80.Stansiyalarda turbin aqreqatları işləyərkən onların yağ xətlərində və yağ sistemi avadanlığında nələr qadağan olunur?

1) qaynaq işləri

2) qapayıcı armaturda və flans birləşmələrində boltların bərkidilməsi

3) yağın əlavə olunması və manometrlərin dəyişilməsi

4) 1, 2 və 3 cavablarında göstərilən hallar

5) yalnız 1 və 2 cavablarındakı hallar



81. Hansı hallarda energetika qurğusu dərhal dayandırılmalıdır?

1) müəssisənin ərazisində, turbin yağıının saxlanıldığı yerdə onun yanması baş verərsə

2) maşın zalında yanğın baş verərsə və onun təhlükəli amilləri (tüstü, istilik temperaturu, yanma məhsulları) xidmətçi heyətə təhlükə törədirsə

3) əgər yardımçı avadanlıqda baş vermiş yanğın energetika qurğusunun zədələnməsinə təhlükə yaradırsa

4) 2 və 3 cavablarında göstərilən hallarda

5) bütün adı çəkilən hallarda





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə