İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi Mövzu: Konfliktlərin həlli




Yüklə 53.54 Kb.
tarix10.04.2016
ölçüsü53.54 Kb.
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi

Mövzu: Konfliktlərin həlli

Təqdimatçı: Laçın Güliyev, Qandax Bələdiyyə sədri

Fasilitatorlar: Xudayar Gülmalıyev, AzKİL2 Şimal-Qərb RƏO, Proqram mütəxəssisi

Tünzalə Hacıyeva, AzKİL2 LKH, Baş təlimçi

Elnarə Qaraxanova, AzKİL2 LKH, Təlimçi

Tarix: 22 sentyabr 2013

İcma: Zaqatala rayonu, Qandax icması

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi bu gün ölçüyəgəlməz uğurları ilə, həyata keçirdiyi möhtəşəm layihələri ilə, İcma inkişafında atdığı təkrarolunmaz addımları ilə ictimaiyyətin yaddaşında silinməz bir iz buraxmışdır. AzKİL2 İcma Şəbəkəsində effektiv göstəriciləri ilə yaddaşlara həkk olunur. Fəaliyyətinin ilk günündən böyük sıçrayışla başqa layihələri çox geridə qoyan layihə, bu gün öz nailiyyətləri ilə sadə insanların qəlbini fəth edir.

Hər zaman təkrarsız fəaliyyəti ilə müxtəlif maraqları özünə cəlb edən AzKİL2, qazandığı uğurlarını hər bir icma üzvü ilə bölüşməyi özünə borc bilir. Xüsusən Zonalararası Qarşılıqlı Görüş zamanı çox sayda sadə insanlarla ünsiyyət yaradılır və bu ünsiyyət nəticəsində öyrənilən dərslərdən gələcək uğurların möhkəm özülü qoyulur.
Zonalararası Qarşılıqlı Görüşün təşkili
2013-cü ilin sentyabr ayının 20-25 tarixlərində AzKİL2-nin fəaliyyət göstərdiyi beş zonanın iştirakı ilə keçirilən Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası öz işini müvəffəqiyyətlə Qəbələ rayonunda keçirilən açılış konfransından başlayaraq, səfərin yekununu da burada yekun konfransı təşkil edərək tamamladı.

Bu möhtəşəm, yaddaqalan görüşə qatılan icmalardan biri də Şimal zonasının Zaqatala rayonu Qandax icmasıdır. Qandax sakinləri təkcə sessiyanın iştirakçıları deyil, həm də qonaqların qəbul edilib yerləşdirilməsində ev sahibləri idilər. Müxtəlif bölgələrdən olan icmaların liderlərini və AzKİL2 əməkdaşlarını Qandaxda dəyirmi masa arxasında işgüzar əlaqələrin yaranmasında, müzakirələrin və mübahisələrin təhlilində, öyrənilmiş dərslərin araşdırılmasında müşahidə etdiksə, iş gününün sonunda mehriban bir “ailə”nin, möhkəm bir dostluğun, qarşılıqlı bir hörmətin şahidi olduq. 21 sentyabr 2013-cü il tarixində Qandax icmasına çatan qonaqlar ilk andan səmimiyyət, tükənməz qonaqpərvərlik və fərqli adət-ənənə ilə qarşılaşdılar. 22 sentyabr 2013-cü il tarixdə isə görüş iştirakçıları, yerli İQ üzvləri və sadə kənd sakinlərinin iştirakı ilə Zonalararası qarşılıqlı görüş təşkil olundu.


Metodologiya
Yerli İcra Nümayəndələrindən, Bələdiyyə üzvlərindən və müxtəlif icma inkişafı təcrübəsinə malik icma liderlərindən ibarət görüş istirakçılarına qarşılıqlı fəaliyyət və icma inkişafının yeni perspektivləri haqqında fikir mübadiləsi aparmaq üçün kifayət qədər şərait yaradılmışdı. Təcrübə mübadiləsi iki hissədən təşkil olunmuşdu. I hissə seçilmiş mövzular ətrafında interaktiv müzakirələr - “Konfliklərin həlli” mövzusu ətrafında əhəmiyyətli müzakirələr aparıldı. Hər kəsə öz fikrini bildirmək üçün fasilitatorlar tərəfindən imkan yaradıldı. Həm mövzu, həm də iştirakçılar çox maraqlı idi. Görüşdə qonaqlar və Qandax İQ üzvləri birgə 24 nəfər və əlavə olaraq sadə icma sakinləri iştirak edirdilər.



s.s

Zona

Rayon

İcma

Adı, soyadı

1.

Şimal-Qərb

Tərtər

Hüseynli

Leyla Hacıyeva

2.

Şimal-Qərb

Tərtər

Hüseynli

Semnarə Hüseynova

3.

Şimal-Qərb

Tərtər

İsmayılbəyli

Umud Eyvazov

4.

Şimal-Qərb

Tərtər

İsmayılbəyli

Firdovsi Məmmədov

5.

Şimal-Qərb

Tərtər

Kəbirli

Zakir Bayramov

6.

Şimal-Qərb

Tərtər

Xoruzlu

Fədail Musayev

7.

Şimal-Qərb

Tərtər

Xoruzlu

Eynulla Nəsirov

8.

Şimal-Qərb

Tərtər

Qarağacı

Lətif Həmidov

9.

Şimal-Qərb

Bərdə

Alpoud

Əli Məhərrəmov

10.

Şimal-Qərb

Bərdə

Alpoud

Mobil Cəlilov

11.

Şimal-Qərb

Bərdə

Samuxlu

Ramil Abdullayev

12.

Şimal-Qərb

Bərdə

Samuxlu

Mustafa Əşrəfli

13.

Şimal-Qərb

Bərdə

Qarayusifli

Elnur Xəlilov

14.

Şimal-Qərb

Goranboy

Sarov

Sevda Hüseynova

15.

Şimal-Qərb

Goranboy

Xınalı

Vüqar Abbasov

16.

Şimal-Qərb

Goranboy

Xınalı

Vidadi Abbasov

17.

Şimal-Qərb

Göygöl

Balçılı

Məzahir Hüseynov

18.

Şimal-Qərb

Göygöl

Balçılı

Əminə Abbasova

19.

Şimal

İsmayıllı

Qandax

Rəxşəndə Mikayılova

20.

Şimal

İsmayıllı

Qandax

İbrahim Bayramov

21.

Şimal

İsmayıllı

Qandax

Sevda Əmiraslanova

22.

Şimal

İsmayıllı

Qandax

Oqtay Kərimov

23.

Şimal

İsmayıllı

Qandax

Laçın Quliyev

24.

Şimal

İsmayıllı

Qandax

Tahirə Rüstəmova


Müzakirə olunan mövzular
Sözə ilk olaraq AzKİL2 Şimal-Qərb zonasının Proqram Mütəxəssisi Xudayar Gülmalıyev başladı. Əvvəl iştirakçıları salamladı və iştirakçılardan özlərini təqdim etmələrini istədi. Tanışlıq başa çatdıqdan sonra AzKİL2-nin əməkdaşı Tünzalə Hacıyeva müzakirə olunan mövzunu açıqladı.

İlk olaraq Zaqatala rayonu Qandax Bələdiyyə sədri Laçın Güliyev AzKİL-in dəstəyi ilə təsis edilmiş İQ-nin fəaliyyəti və gələcək planları haqqında məlumat verdi və qeyd etdi ki, bizim icmamızda əvvəllər olan inamsızlıq hissi müəyyən fikir ayrılıqları yaratdığı üçün bir çox təşkilatlarla əməkdaşlığımız sona qədər davam etmirdi. AzKİL2 ilə əməkdaşlığımızın sayəsində artıq icmada yaranmış inam hissi öz işlərimizə məsuliyyətli yanaşmağımıza köməklik etmişdir.

Zaqatala rayon Qandax icmasının lideri İbrahim müəllim qeyd etdi ki, bizim icmada töhfənin toplanmasında fikir ayrılığı yaranmışdı. Bu da inamsızlıqla bağlı idi. Amma biz icma sakinlərini maarifləndirmə yolu ilə mübahisələrin qabağını aldıq.

AzKİL-in əməkdaşı Xudayar Gülmalıyev öz fikrini bildirdi ki, layihənin icra müddətində də fikir ayrılıqları yaranır. Bu təbii haldır. Ona görə də İQ əhali arasında öz nüfuzundan istifadə etməlidir. Birlikdə konflikti həll etməyə çalışmalıdırlar.

Zaqatala rayonu Qandax icmasının üzvü Rəxşəndə Mikayılova qeyd etdi ki, biz töhfənin toplanmasında yaranan konflikti həll etmək üçün ağsaqqallardan, müəllimlərdən mənəvi dəstək aldıq. Ziyalıların işə cəlb olunması, onlara olan hörmət münaqişələrin genişlənməsinin qarşısını alır və köklü surətdə problemin həllinə təkan verir.

Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri Lətif Həmidov bildirdi ki, bizdə layihə icra olunarkən bir nəfər şəxsi evinin yolunun düzəldilməsini tələb edirdi və buna görə də konflikt yaranmışdı. Onunla aparılan söhbətlərlə biz layihənin icmanın əsas yollarını, hər bir sakinin faydalandığı yolları əhatə etdiyini başa saldıq. Layihə başa çatdıqdan sonra isə həmin şəxsin yaşadığı ərazidə yerləşən yolu bələdiyyə hesabına təmir etdik.

Tərtər rayonu Xoruzlu Bələdiyyəsinin sədri Fədail Musayev qeyd etdi ki, konfliktlərin yaranmamasının və ya idarə olunmasının məsuliyyəti əsasən Bələdiyyə sədrlərinin və Ərazi İcra Nümayəndələrinin üzərinə düşür.

Tərtər rayonu İsmayılbəyli Bələdiyyəsinin sədri Firdovsi Məmmədov bildirdi ki, konfliktlərin həllinə müxtəlif yanaşmalar var. Biz yollarımızın bərpası zamanı birinci olaraq konflikt yarada biləcək insanların küçələrini bərpa edərək layihənin icrasına başladıq.

Bərdə rayonu Alpoud Bələdiyyəsinin sədri Mobil Cəlilov bildirdi ki, Alpoud icmasında isə belə narazı insanların konflikt yaratmasının qarşısını almaq üçün, biz imkanlı şəxslərdən istifadə etməklə əlavə olaraq 500 m yolu öz vəsaitimiz hesabına təmir etdirdik.

Zaqatala rayon Qandax İQ üzvü Sevda Əmiraslanova qeyd etdi ki, icmamızın beynəlxalq və ya hər hansı bir təşkilatlarla işləmək problem olurdu. AzKİL ilə əməkdaşlıq bizə bu əməkdaşlıq və icma sakinləri arasında konfliktləri həll edərək birləşmək, birlikdə problemləri həll etmək üçün müraciət etməyi belə öyrətdi. Biz indi nüfuzlu adamların köməyindən istifadə edərək münaqişəni vaxtında aradan qaldırmağı da öyrənmişik. AzKİL-2 ilə əməkdaşlığımız daim bizə yeni bacarıqlar və vərdişlər, insanlarla əməkdaşlıq etməyi də öyrədir.

AzKİL-in əməkdaşı Tünzalə Hacıyeva bildirdi ki, bizim konfliktlərdən danışmaqda məqsədimiz icmaların hansısa mənfiliklərini üzə çıxarmaq deyil. Əsas məqsəd konfliktlərin həlli yollarının tapılması təcrübəsini öyrənmək və digərləri ilə bölüşməkdir. İnanırıq ki, bu görüşlər sizin dostluq əlaqələrinin genişlənməsinə yardım edəcəkdir.

Sonda bütün iştirakçılar Qandax icmasına öz qonaqpərvərliyinə görə, bu görüşü təşkil etməyə şərait yaratdıqlarına görə təşəkkür etdilər.


Sahə səfəri
Görüşün II hissəsində Qandax icmasında həyata keçirilən layihəyə baxış üçün sahə səfəri təşkil olundu. Burada da qonaqlar tərəfindən İQ üzvlərinə layihə ilə əlaqədar bir sıra suallar ünvanlandı və suallar cavablandı.

Sahə səfərinin ardınca Qandax icması ilə qonşu Yengiyan icmasına “Su xəttinin” təmiri layihəsinin açılışında iştirak etmək üçün səfər olundu. Açılışda rayonun səlahiyyətli nümayəndələri, qonşu kəndlərin Ərazi İcra Nümayəndələri və Bələdiyyə sədrləri, icma sakinləri və AzKİL2-nin əməkdaşları, eləcə də Zonalararası Qarşılıqlı Görüşün qonaq icma nümayəndələri iştirak etdilər. Layihə açılışı zamanı KİV nümayəndələri təntənəli açılışı diqqətlə izləyir, həm qəzetlərdə, həm də televiziya ekranlarında AzKİL2 uğurunu işıqlandırmaq üçün məsuliyyətli şəxslərə müxtəlif suallar ünvanlayırdılar.


Öyrənilmiş Dərslər:


  • Qarşılıqlı hörmət və inam hissinin olmasının konfliktlərin həllinə müsbət təsiri

  • Səlahiyyətli şəxslərin nüfuzundan istifadə edərək konfliktləri həll etməyin müsbət təsirləri

  • İcma sakinlərinin düzgün maarifləndirilməsinin konfliktlərin qarşısını almaqda rolu

  • İQ-nin icma sakinləri ilə əməkdaşlığının və əhali arasında nüfuzlarının artmasının münaqişələrin önlənməsinə müsbət təsiri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə