İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi




Yüklə 54.53 Kb.
tarix24.04.2016
ölçüsü54.53 Kb.
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi

Mövzu: Yerli xüsusiyyətlərin texniki icraya təsiri

Təqdimatçı: Əkbər Hüseynov, Alaçadırlı İcma Qrupunun sədri

Fasilitatorlar: Xudayar Gülmalıyev, AzKİL2 Şimal-Qərb RƏO, Proqram mütəxəssisi

Tünzalə Hacıyeva, AzKİL2 LKH, Baş təlimçi

Elnarə Qaraxanova, AzKİL2 LKH, Təlimçi

Tarix: 24 sentyabr 2013

İcma: Bərdə rayonu, Alaçadırlı icması
Artıq minlərlə insanın sosial problemlərinin həllində AzKİL2 öz köməkliyini göstərmiş və bu gün də göstərməkdə davam edir. Məqsədi insanların bacarıqlarının artırılması vasitəsilə “icmalarda özünə inam və inkişafa investisiya” olan layihə müxtəlif addımlarla öz istəyini gerçəkləşdirməyə çalışır. AzKİL2 ilə əməkdaşlıq icmalara böyük təcrübə verir və uğurlu layihələr həyata keçirməyə bir zəmin yaradır.

AzKİL2 İcma Şəbəkəsi aşağıdakı fəaliyyətlərdən ibarətdir: Zonadaxili qarşılıqlı görüşlər, Zonalararası qarşılıqlı görüşlər, Regional Bacarıqların Artırılması Konfransları və Milli İcma İnvestisiya Konfransları.


Qarşılıqlı görüşlərin təşkili

2013-cü ilin sentyabr ayının 20-25 tarixlərində AzKİL2-nin fəaliyyət göstərdiyi beş zonanın iştirakı ilə keçirilən Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası öz işini müvəffəqiyyətlə Qəbələ rayonunda keçirilən açılış konfansından başlayaraq, səfərin yekununu da burada yekun konfransı təşkil edərək tamamladı.



Bu möhtəşəm, yaddaqalan görüşə qatılan icmalardan biri də Şimal-Qərb zonasının Bərdə rayonu Alaçadırlı icmasıdır. Alaçadırlı sakinləri təkcə sessiyanın iştirakçıları deyil, həm də qonaqların qəbul edilib yerləşdirilməsində ev sahibləri idilər. Müxtəlif bölgələrdən olan icmaların liderlərini və AzKİL2 əməkdaşlarını Alaçadırlıda dəyirmi masa arxasında işgüzar əlaqələrin yaranmasında, müzakirələrin və mübahisələrin təhlilində, öyrənilmiş dərslərin araşdırılmasında müşahidə etdiksə, iş gününün sonunda mehriban bir “ailə”nin, möhkəm bir dostluğun, qarşılıqlı bir hörmətin şahidi olduq.
Metodologiya
Yerli İcra Nümayəndələrindən, Bələdiyyə üzvlərindən və müxtəlif icma inkişafı təcrübəsinə malik icma liderlərindən ibarət görüş istirakçılarına qarşılıqlı fəaliyyət və icma inkişafının yeni perspektivləri haqqında fikir mübadiləsi aparmaq üçün kifayət qədər şərait yaradılmışdı. Təcrübə mübadiləsi iki hissədən təşkil olunmuşdur. I hissə seçilmiş mövzular ətrafında interaktiv müzakirələrdən ibarət idi ki, “Yerli xüsusiyyətlərin texniki icraya təsiri” mövzusu ətrafında əhəmiyyətli müzakirələr aparıldı. Hər kəsə öz fikrini bildirmək üçün fasilitatorlar tərəfindən imkan yaradıldı. Həm mövzu, həm fasilitatorlardan əlavə mövzu ilə bağlı icmada qonaq olan AzKİL-in texniki nəzarətçisi Kamil Əliyevin iştirakı iştirakçılar üçün çox maraqlı idi. Görüşdə qonaqlar və Alaçadırlı İQ üzvləri birlikdə 23 nəfər iştirak edirdi. Görüş zamanı sadə icma sakinləri isə müzakirələrin gedişatını kənardan izləyir, bəzən öz fikirlərini bildirirdilər.


s.s

Zona

Rayon

İcma

Adı, soyadı

1.

Şimal-Qərb

Tərtər

Hüseynli

Leyla Hacıyeva

2.

Şimal-Qərb

Tərtər

Hüseynli

Semnarə Hüseynova

3.

Şimal-Qərb

Tərtər

İsmayılbəyli

Umud Eyvazov

4.

Şimal-Qərb

Tərtər

İsmayılbəyli

Firdovsi Məmmədov

5.

Şimal-Qərb

Tərtər

Kəbirli

Zakir Bayramov

6.

Şimal-Qərb

Tərtər

Xoruzlu

Fədail Musayev

7.

Şimal-Qərb

Tərtər

Xoruzlu

Eynulla Nəsirov

8.

Şimal-Qərb

Tərtər

Qarağacı

Lətif Həmidov

9.

Şimal-Qərb

Bərdə

Alpoud

Əli Məhərrəmov

10.

Şimal-Qərb

Bərdə

Alpoud

Mobil Cəlilov

11.

Şimal-Qərb

Bərdə

Samuxlu

Ramil Abdullayev

12.

Şimal-Qərb

Bərdə

Samuxlu

Mustafa Əşrəfli

13.

Şimal-Qərb

Bərdə

Qarayusifli

Elnur Xəlilov

14.

Şimal-Qərb

Goranboy

Sarov

Sevda Hüseynova

15.

Şimal-Qərb

Goranboy

Xınalı

Vüqar Abbasov

16.

Şimal-Qərb

Goranboy

Xınalı

Vidadi Abbasov

17.

Şimal-Qərb

Göygöl

Balçılı

Məzahir Hüseynov

18.

Şimal-Qərb

Göygöl

Balçılı

Əminə Abbasova

19.

Şimal-Qərb

Bərdə

Alaçadırlı

Yusif Nəcəfov

20.

Şimal-Qərb

Bərdə

Alaçadırlı

Sərmayə Səfquliyeva

21.

Şimal-Qərb

Bərdə

Alaçadırlı

Gövhər Məmmədova

22.

Şimal-Qərb

Bərdə

Alaçadırlı

Knyaz Süleymanov

23.

Şimal-Qərb

Bərdə

Alaçadırlı

Ədalət Məmmədov


Müzakirə olunan mövzular
Sözə ilk olaraq AzKİL2 Şimal-Qərb zonasının Proqram Mütəxəssisi Xudayar Gülmalıyev başladı. Əvvəl iştirakçıları salamladı və iştirakçılardan özlərini təqdim etmələrini istədi. AzKİL-in əməkdaşı Tünzalə Hacıyeva müzakirə olunan mövzunu açıqladıqdan sonra müzakirə başladı.

İlk olaraq Bərdə rayon Alaçadırlı İcma Qrupunun sədri Əkbər Hüseynov AzKİL-in dəstəyi ilə təsis edilmiş İQ-nin fəaliyyəti və gələcək planları haqqında məlumat verdi və artıq icmada yaranmış inam hissinin hesabına öz işlərinə məsuliyyətlə yanaşmalarından danışdı. O qeyd etdi ki, AzKİL ilə iki dəfə əməkdaşlığımız olmuşdur, hər ikisi də uğurlu alınmışdır. Sizdən başqa biz digər təşkilatalarla əməkdaşlıq edərək icmamızın su problemini də həll etməyə nail olmuşuq ki, bu da sizdən öyrəndiyimiz təcrübənin əsasında olmuşdur.

Mövzu ilə bağlı olaraq AzKİL-in texniki nəzarətçisi Kamil Əliyev müzakirəyə dəvət olunmuşdu. O, iştirakçıların suallarını həvəslə cavablandırırdı.

Göygöl rayon Balçılı İcma Qrupunun üzvü Məzahir Hüseynov qeyd etdi ki, bizim yollarımızda elektrik dirəkləri içəriyə doğrudur, yol kənarında kol-kos çoxdur, yollar ensizdir və texnikanın oradan keçməsinə maneələr də var.

Kamil müəllim bildirdi ki, siz qreyderin keçməsi və işləməsi üçün şərait yaratmalısınız. Ən əvvəl işlədiyimiz Alaçadırlı icmasıdır ki, onların yolu çəkiləndən sonra qazlaşdırma oldu və yollar yenidən qazıldı. Bu layihə AzKİL-2 üçün öyrənilmiş bir dərsdir.

Bərdə rayon Alaçadırlı Bələdiyyəsinin sədri Knyaz Süleymanov bildirdi ki, bəli, qaz çəkilişi zamanı yollarımız bərbad vəziyyətə salındı və heç bir bərpa işi aparılmadı. Dəfələrlə müraciətlərimizə baxmayaraq qaz çəkilişi ilə məşğul olan şirkət bizə heç bir köməklik göstərmədi. Lakin bizim icmamız çox fəaldır, bütün icma sakinləri birləşdi və biz yolu öz vəsaitimiz hesabına bərpa etmişik. İcmada İQ-ya inam hissinin olması çox problemlərin öhdəsindən gəlməkdə bizə yardımcı olur.

Artıq AzKİL ilə 2 böyük layihə həyata keçirmişik. Bu layihələr zamanı yerli texniki xüsusiyyətlər nəzərə alındığına görə nəticə çox uğurlu alındı.

Müzakirə zamanı Kamil Əliyev iştirakçılara belə bir sual ünvanladı: Sizin fikrinizcə, Xoruzlu, Kəbirli icmalarında işlər yaxşı, Samuxlu icmasında isə bizim meyarlara əsasən əla alındı?

Tərtər rayon Kəbirli Bələdiyyəsinin sədri Zakir Bayramov qeyd etdi ki, bizim qəbiristanlıq yolunun düzəlməsi əhalini çox razı salıb. Qəbiristanlığa gedən yolun təmiri isə mənəvi dəyərlərə olan hörmətdir. Məncə bizim işlər gözəl alınıbdır.

Bərdə rayon Samuxlu Bələdiyyəsinin sədri Ramil Abdullayev qeyd etdi ki, bizim icmamızda bir çox işlər görülmüşdür. Amma yollarımız 1952-ci ildə salınmış olsa da enli yollardır. Düşünürəm ki, elə buna görə də yollarımız yaxşı alınmışdır.

Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri Lətif Həmidov qeyd etdi ki, bizim yollarımızın ensiz hissələri başqa cür, enli hissələri isə daha gözəl alındı. Bundan başqa yolların kənarlarının təmizliyinə xüsusi diqqət yetiririk.

Bu zaman müzakirəyə qoşulan Kamil müəllim qeyd etdi ki, Samuxlu kəndində işlərin daha keyfiyyətli alınmasına səbəb orada yolların daha enli və planlaşdırılmış olmasıdır. Texnikanın daha yaxşı işləməsi üçün imkanın olması yolların bərpasının gözləniləndən də yaxşı bərpa olunmasına səbəb oldu. O vurğuladı ki, yerli materiallardan asılı olaraq yollar başqa cür alına bilər. Məs: Gədəbəy rayonu ilə sizin rayon arasında fərq var. Gədəbəy dağlıq zona olduğu üçün orada işləyən texnikanın da fərqliliyini nəzərə alırıq. Yerli xüsusiyyətlər dərindən təhlil olunduqda işin keyfiyyəti də yüksək olur.

Bərdə rayon Alpoud İcma Qrupunun üzvü Əli Məhərrəmov bildirdi ki, bizim yollarımızın alt hissəsi gilli materiallardan istifadə olunduğuna görə daha yaxşı alınıbdır. İnsanlar həyata keçirilən layihədən çox razıdırlar. İcmada “Yolun bərpası” layihəsi zamanı yerli xüsusiyyətlər nəzərə alındı və nəticədə keyfiyyətli layihə həyata keçirildi.

Kamil müəllim qeyd etdi ki, AzKİL-lə əməkdaşlıq sizdən asılıdır. Bizdə olan layihələr şəffaflıq üçün sübutdur. Yerli şəraitə uyğun olaraq biz öz layihələrimizi həyata keçiririk. Karyerin yaxın olması yolun uzunluğuna təsir göstərir. Unikal layihə olan Quba rayon Xınalıq icmasında həyata keçirilən “İçməli su xəttinin bərpası” layihəsində 80 sm dərinlikdə qaya çapıldı və 5000 m yer əllə qazıldı. Yerli xüsusiyyətləri nəzərə aldığımıza görə bu ərazidə də layihə uğurla nəticələndi. Həmişə boruların donması nəticəsində sudan əziyyət çəkən icma sakinləri artıq 2 ildir bu problemlə üzləşmir. Biz bütün xüsusiyyətləri nəzərə aldığımıza görə suyun donması problemini aradan qaldırdıq. Zaqatala rayonu Mazıx və Qəbzdərə icmalarını əhatə edən inteqrasiyalı “Yolun bərpası” layihəsini də həyata keçirən zaman yerli xüsusiyyətlər nəzərə alındı. İki icmanı birləşdirən və 800 metrdən çox sıldırım qayanı yararaq çəkilən yol sel sularına dayanıqlı formada çəkildi. Layihə başa çatdıqdan sonra dövlət tərəfindən həmin yol asfalt örtüklə örtüldü.

AzKİL KH-nin Baş təlimçisi Tünzalə Hacıyeva iştirakçılara bildirdi ki, siz çox şanslısınız, ona görə ki, AzKİL2-də həm icma töhfəsi azdır, həm də layihə təklifi üçün sənədlərin hazırlanmasında əməkdaşlarımız icmalara maksimum kömək edir, öz məsləhətlərini istənilən vaxt sizlərdən əsirgəmir.

AzKİL-in əməkdaşı Xudayar Gülmalıyev bildirdi ki, icmalarla əməkdaşlığımız layihə başa çatdıqdan sonra da daim davam edir. İcmaların inkişafından asılı olaraq gələcəkdə bu əməkdaşlıq genişlənəcək və ən uğurlu icmalarla əməkdaşlığımız uzunmüddətli olacaq.

Kamil Əliyev sonda qeyd etdi ki, seçiminizdə hər zaman diqqətli olmalısıniz, elə bir layihə seçməlisiniz ki, hər zaman əhalinin hamısı bu layihədən bəhrələnsin.

Sonda bütün iştirakçılar Alaçadırlı icmasına öz qonaqpərvərliyinə görə, bu görüşü təşkil etməyə şərait yaratdıqlarına görə təşəkkür etdilər.


Sahə səfəri

Bərdə rayon Alaçadırlı icmasının “Yolun təmiri” layihəsinə baxış keçirildi. Sahə səfəri zamanı iştirakçılar müzakirələri davam etdirərək, başqa icmaların layihələri haqqında daha dolğun məlumat əldə etməyə çalışırdılar. Görüşün maraqlı keçməsi iştirakçıların xoş əhval-ruhiyyəsindən hiss olunurdu.


Öyrənilmiş Dərslər:


  • Yerli xüsusiyyətləri layihədən əvvəl dəqiqliklə təhlil etmək;

  • Layihə icrası zamanı icma sakinləri və mühəndislərin müntəzəm əməkdaşlığı;

  • Yerli şəraitə uyğun layihələrin icradan əvvəl və sonra öyrənilməsi;

  • Yerli dövlət qurumları ilə sıx əməkdaşlıq;

  • Təbii şəraitin layihə zamanı nəzərə alınması


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə