İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi Mövzu: Dayanıqlıq və istismar




Yüklə 21.76 Kb.
tarix24.04.2016
ölçüsü21.76 Kb.
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi
Mövzu: Dayanıqlıq və istismar

Təqdimatçı: Hacı İkram Ziyadov, Qazaxlar İQ sədri

Fasilitatorlar: Sabirə Mehdiyeva, Şimal RƏO İnformasiya və Əlaqələr üzrə işçi

Gülanə Quliyeva, Şimal RƏO, LKH səfərbərçisi

Rizvan Mirzəyev, Şimal RƏO İcma İnkişafı mütəxəssisi

Tarix: 24 sentyabr 2013

İcma: Bərdə rayonu, Qazaxlar icması
24 sentyabr 2013-cü il tarixdə Bərdə rayonu Qazaxlar icmasında Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının iştirakçılarından ibarət bir qrupu daha bir müqəddəs ocağın sahibi Hacı İkram ağa qarşıladı. Bütün iştirakçıların üzündə bir sevinc, bir məmnunluq hissi var idi, çünki bu bir ziyarətgah, insanların tapındığı, iman gətirdiyi bir ocaqdır. İştirakçılar arasında elələri vardı ki, uzun illər boyu bu ocağın ziyarətini arzulamışdılar. İndi onların arzusu çin olmuşdu. Bu AzKİL-in sayəsində mümkün olmuşdu. Sabirə xanım gələn iştirakçıları müqəddəs ocaqda salamladı və “Xoş gəlmisiniz” dedi. Bu seminarın V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının sonuncu seminarı olduğunu bildirdi və ev yiyəsi, həm də Qazaxlar İQ sədri olan Hacı İkram ağaya söz verdi. Hacı İkram ağa da öz növbəsində gələn iştirakçıları salamladı və “Xoş gəlmisiniz” dedi.

Sabirə xanım öz təşəkkürünü bildirdi və seminarın məqsədini açıqladı: İcmanın və ya layihənin dayanıqlığı deyərkən onun uzun müddət istismara yararlı vəziyyətdə qorunub saxlanılması nəzərdə tutulur. O, qeyd etdi ki, Qazaxlarda AzKİL-lə iki layihə həyata keçirilmişdir və hər iki layihənin istismar müddətinin artırılması onun dayanıqlıq planı əsasında həyata keçmişdir.

“İstismar və Dayanıqlıq” mövzusunda keçirilən seminarda 33 nəfər, o cümlədən Dünya Bankının nümayəndəsi Daniel Ouen, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, İnformasiya və Əlaqələr üzrə mütəxəssis Fərman Həsənov, AzKİL-in mühəndisi Mobil Verdiyev, AzKİL-in əməkdaşı Anar Əzimov, Şimal RƏO-nun Proqram mütəxəssisi Akif Kərimli, Qazaxlar icmasının İQ sədri Hacı İkram Ziyadov və qrup üzvləri iştirak edirdi. Mövzunun aktuallığı elə ilk çıxışlardaca özünü büruzə verdi. Iştirakçılar layihənin və eləcə də qrupun dayanıqlığını təmin etmək üçün vacib olan məsələlərdən danışdılar. Qazaxlar icmasının bu sahədə olan təcrübəsi isə sözün əsl mənasında bir məktəb kimi qiymətləndirilə bilər. Bu icmada artıq 1981-ci ildən fond yaradılıb və bu vaxta qədər də dayanıqlığını qoruya bilib. Bunun səbəbi aydınlaşdırılarkən məlum oldu ki, ən önəmli şərt olan şəffaflıq, düzgünlük və hesabatlılıq bu icmada həmişə əsas olub.

Seminarda DB-nın nümayəndəsi, Daniel Ouen onu maraqlandıran bir sıra suallarla iştirakçılara müraciət etdi.


Sual: Daniel Ouen

Çox maraqlı müzakirə gedir. Sizin icmalarda layihənin aşınması zamanı hansısa standartlar və ya limit varmı və ya icma o xərci hansı yollarla ödəyəcəyini bilirmi?



Cavab: Vaqif Həsrətov, Tofiqi icması

Layihənin aşınma əmsalını müəyyənləşdirmək üçün konkret standartlardan istifadə etmirik. Lakin dağıntının miqdarı az olarsa icma fondu hesabına onu aradan qaldırırıq, əgər dağıntının həcmi böyük olarsa donorlara müraciət edirik. Amma onu da qeyd edim ki, biz həyata keçirdiyimiz layihələrin dayanıqlığının təmin olunması üçün dayanıqlıq fondu yaradırıq və bu bizə hər zaman kömək edir.


Sual: Daniel Ouen

Əgər podratçı işi yaxşı icra etməyibsə və ya aşınıbsa və onun bərpası icmanın imkanları xaricindədirsə bu halda ilk olaraq kimə müraciət olunur?



Cavab: Musa Muradov, Zaqatala rayonu Əli Bayramlı icması

İcmada görülən işlər birbaşa Ərazi İcra Nümayəndəsi və Bələdiyyə sədrinin nəzarətində olur. Bu cür hal baş verəndə ilk olaraq onlara müraciət olunur.


Sual: Daniel Ouen

İcma fondunu saxlamaq üçün hansı mexanizmdən istifadə olunur?



Cavab: 1. AzKİL-in mühəndisi Mobil Verdiyev

Mobil müəllim sənədləşmənin mühüm yer tutduğunu bildirdi və icmalara tövsiyə etdi ki, sənədləşməyə diqqət etsinlər. Dayanıqlıq fondunu saxlamaq üçün əvvəlcədən hesablanmış dayanıqlıq planına əsasən vəsait toplanır ki, bu da əsasən həm bələdiyyənin töhfəsi, həm də icma üzvlərinin verdiyi üzvlük haqqı hesabına olur.



2. Qazaxlar icmasının üzvü Akif Kərimli

İcma fondunun təşkilində olduqca maraqlı üsullardan istifadə olunur. İcmadan kənarda yaşayan imkanlı şəxslərin mütəmadi olaraq öz aralarında topladığı vəsait, tək-tək insanların birbaşa köməyi, dini mərasimlər zamanı və əlamətdar günlərdə toplanan ianələr və s. Bütün bu vasitələrlə icma fondunun dayanıqlığını təmin etmək mümkün olur. Ən əsas isə insan amilidir. İQ-nin sədri Hacı İkram ağa olduqca düzgün və icmanın naminə çalışan bir insandır. Məhz Onun sayəsində buz bu cür nailiyyətlərə çata bilmişik.

Gülbəniz Gənbərova Oğuz rayonu Padar icmasını misal çəkərək icmada qaz çəkilişi zamanı dağılan ərazilərin bərpasında hətta bələdiyyə sədrinin özünün icma üzvləri ilə birgə iştirak etdiyini bildirdi. Sonra Gülbəniz xanım icmalara müraciət edərək soruşdu: “Sizin dayanıqlıq planınız işləyirmi?” İQ nümayəndələri müxtəlif cavablar səsləndirdilər. Yekdil nəticəyə əsasən dayanıqlıq planı bəzi çatışmazlıqlar olsa da işlədiyi fikri səsləndi. Akif Kərimli müzakirəyə qoşularaq əlavə etdi: “Dayanıqlıq Planı 90% işləyir.” Rizvan Mirzəyev artıq təcrübəsi olan icmalara müraciət edərək yeni icmalara fondu necə yaratmaq və onu qoruyub saxlamaq barəsində məsləhətlər vermələrini təklif etdi.
Sual: Daniel Ouen

İnfrastrukturun və İcma Qrupunun dayanıqlığına təsir edən faktorlar hansılardır?



Cavab: Hacı İkram Ziyadov

Layihənin qorunması, İQ, icma üzvləri, Bələdiyyə və ƏİN arasında isti münasibətlərin olması və fonddan başqa ictimai aspektdə bu işlərin arxasında durmaq:



  • Liderlik

  • Icmanın iştiraklılığı

  • Qurumlar arasında əməkdaşlıq və s.

Gülbəniz xanım çıxış edərək öz fikirlərini bildirdi və qeyd etdi ki, bu gün bu icmada aparılan müzakirələr öz bəhrəsini verəcək və əmin olduğunu bildirdi ki, insanlar burdan əldə etdikləri təcrübəni öz icmalarında uğurla tətbiq edəcəklər. Sonda Gülbəniz xanım iştirakçılara öz təşəkkürünü bildirdi və Allahdan Hacı İkram kimi insanları xalqımız üçün çox görməməyi dilədi.

Hacı İkram ağa isə öz növbəsində Gülbəniz xanıma və gələn qonaqlara öz təşəkkürünü bildirdi.
Öyrənilmiş dərslər:

Oğuz rayonu Padar icmasının üzvü Səxavət Hidayətova ən əsas şərtin şəffaflığın qorunması olduğunu vurğuladı və bildirdi: “Mən icmaya qayıdan kimi bu icmanın təcrübəsini tətbiq edəcək, dini bayramlardan, müxtəlif tədbirlərdən toplanan ianələri infrastrukturun bərpasına yönəldəcəyəm.”

Qax rayonu Qum icması Rəşad İsayev: “İcmanın imkanlı şəxslərinə bu mövzuda təbliğat işi aparmaq və onları işə yönəltmək lazımdır.”

Zaqatala rayonu Əli Bayramlı icması Musa Muradov: “İcmaya qayıdan kimi bu barədə icma üzvlərini məlumatlandıracağam və bizim icmamızda da bu cür fondların yaradılması üçün çalışacağam.”



Zaqatala rayonu Faldarlı icması Mustafa Şərifov: “Bizim icmamızda da bu cür fond yaransaydı çox əla olardı, bunun üçün isə çalışmaq lazımdır. Burda öyrəndiyim təcrübəni mən də tətbiq etmək fikrindəyəm.”

  • Şəffaflığın qorunmasının dayanıqlıq planının işləməsinə müsbət təsiri

  • Dayanıqlıq fondunun həm layihənin dayanıqlığını qorumaq, həm də gələcək layihələrin həyata keçirilməsinə müsbət təsiri

  • Maarifləndirmənin dayanıqlıq planının həyata keçirilməsinə müsbət təsiri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə