İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Zonalararası Təcrübə Mübadiləsi Mövzu: İctimai iştiraklılıq




Yüklə 16.93 Kb.
tarix21.04.2016
ölçüsü16.93 Kb.
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Zonalararası Təcrübə Mübadiləsi
Mövzu: İctimai iştiraklılıq

Təqdimatçı: Elman Məmmədov, İsmayıllı rayonu Buynuz İcma Qrupunn sədri.

Fasilitatorlar: Yeganə Məmmədova, AzKİL2 LKH, Təlimçi

Nigar Həsənova, AzKİL2 LKH Səfərbərçi

Tarix: 21 sentyabr 2013

İcma: İsmayıllı rayonu, Buynuz icması

AzKİL2 LİQ, Layihə Köməkçi Heyəti və Muğan-Salyan RƏO icmalarda layihələrin icrası zamanı əldə olunmuş təcrübələrin bölüşdürülməsi məqsədilə Muğan-Salyan, Şimal, Şimal-Qərb və Naxçıvan zonalarının İsmayıllı, Masallı, Babək, Şərur və Culfa rayonlarının Buynuz, Məzrə, Tumaslı, Həmzəli, Danyeri, Xanəgah, Göydərə, Camaldın, Aşağı Yaycı, Güllütəpə, Sığıncaq və Təzə Alvadı icmalarının nümayəndələrinin iştirakı ilə Zonalararası Qarşılıqlı Görüş təşkil etdi. Görüş 21 sentyabr 2013-cü ildə İsmayıllı rayonu Buynuz icmasında keçirildi. Görüşün məqsədi Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi vasitəsi ilə icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, inteqrasiya və işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalanma və informasiya mübadiləsinin təşkilidir.

Görüşdə qonaq icmalarla yanaşı Buynuz İQ-nin 7 nəfər üzvü, yerli sakinlər, Naxçıvan RƏO ofis meneceri Anar Həsənov, AzKİL LİQ Köməkçi Heyətinin səfərbərçisi Nigar Həsənova və LKH təlimçisi Yeganə Məmmədova iştirak etdilər.

Buynuz İQ və Monitorinq Qrupu üzvləri ilə qonaqlar arasındakı tanışlıqdan sonra, Buynuz İQ-nin sədri Elman Məmmədov Qəbələ rayonundan başlayan “Təcrübə Mübadiləsi” haqqında xoş sözlər söyləyərək qonaqları salamladı. Elman Məmmədov bu tədbirdə iştirak etdiyinə və İsmayıllı rayonu Buynuz icmasının ev sahibi icma kimi seçilməsinə görə AzKİL2 əməkdaşlarına təşəkkür etdi. Bu görüşlərin onların icmasına böyük köməyi olacağına əmin olduğunu bildirən Elman Məmmədov “İctimai iştiraklılıq” mövzusunda təqdimat etdi. Təqdimatçı icma haqqında ümumi məlumat verdikdən sonra AzKİL2 ilə əməkdaşlıqdan danışdı. O, qeyd etdi ki, Buynuz icmasında “Yolun təmiri” layihəsi artıq başa çatmışdır. Təqdimat zamanı İQ-nin seçilməsi, onun tərkibinə ixtisaslı kadrların cəlb edilməsi və bütün bunların icma layihəsinə verdiyi müsbət təsirlərdən xüsusi danışıldı. Bildirildi ki, AzKİL-lə əməkdaşlıq icmanın həyatında psixoloji və mənəvi dəyişikliklərə, insanlarda özünə inama səbəb oldu.

Naxçıvan RƏO-nun mühəndisi Heydər Əliyev bildirdi ki, “İctimai iştiraklılıq inkişaf etməkdə olan demokratik cəmiyyətlər üçün yeni bir ənənənin formalaşmasıdır. Demokratik cəmiyyətdə vətəndaşın konstitutsion hüquqlarının gercəkləşməsinə xidmət edən bir vasitədir.” Naxçıvan RƏO-nun ofis meneceri Anar Həsənov qeyd etdi ki, ictimai iştiraklılığın pozitiv tərəfləri çoxdur. Bu gün vətəndaş iştiraklılığı, ictimai iştiraklılıq böyük resursdur və bu resurs önəmlidir. İctimai iştiraklılıq aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

1. qanunçuluq

2. könüllülük

3. şəffaflıq

İctimai iştiraklılıq bir neçə formada həyata keçirilə bilər: İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizalar vasitəsi ilə. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.

Anar Həsənovun geniş izahatı seminar iştirakçılarının maragına səbəb oldu və mövzu ətrafında geniş müzakirə getdı.

Təqdimatçı qeyd etdi ki, Buynuz icmasında İQ yaranan zaman icmanın gənc, orta və yaşlı nəslinin nümayəndələri qrupa üzv seçilmişlər. Səfərbərlik zamanı problem ardıcıllığında da eyni addım atılmışdır. Elman Məmmədov xüsusilə qeyd etdi ki, “İctimai iştiraklılıqda 1-ci şəffaflıq prinsipi nəzərə alınmalıdır. Lider şəffaf olmalıdır ki, insanlar ona inanıb ardınca getsinlər. İctimai iştiraklılığı ailədən başlamaq lazımdır. Bəzən vətəndaşa elə gəlir ki, o, hər hansı bir təklif irəli sürürsə-sürsün, onun təşəbbüsü eşidilməyəcək. Lakin inkişaf etmiş dövlətimizdə hər vətəndaşa dəyər verilir və onların cəmiyyətin inkişafında iştirakı dəyərləndirilir.

Təzə Alvadı icmasının İQ sədri Göyçək Ələsgərova bildirdi ki, icmada tut bağı saldırmışdır. Bağda uşaqlar üçün yelləncək, gənclər üçün bilyard stolları qoyulmuşdur. Bu ictimai iştirklılıq üçün bir təkandır.


Nəticələr:

  • İcmanın ümumi fikir və vahid məqsədlər ətrafinda birləşməsinə nail olunmuş;

  • İQ-nin ictimai iştiraklılığı tərənnüm etməsinin icma inkişafına müsbət təsiri;

  • İcmanın ən vacib probleminin köklü həllində ictimai iştiraklılığın vacibliyi;

  • Düzgün verilmiş qərarlar nəticəsində gənc nəslə ictimai iştiraklılıq öyrədilir.


Sual-cavab:
Sual: Elnur Əliyev, Culfa rayonu Göydərə icması

Tut bağının salınmasında ictimaiyyət sizə necə kömək etdi?


Cavab: Göyçək Ələsgərova, Masallı rayonu Təzə Alvadı icması

Kəndin qadınları mənə yaxından kömək etdilər. İcmanın ağsaqqallarını işə cəlb etdim. İcazə kagızının alınmasında ağsaqqalların rolu oldu.


Sual: Abdulla Həsənov, Babək rayonu Məzrə icması

İcma layihəniz icmanın bütün küçələrini əhatə etmir. Bəs bütün icma sakinlərini bu layihənin gerçəkləşməsinə necə razı sala bildiniz?



Cavab: Elman Məmmədov, İsmayıllı rayonu Buynuz İQ sədri

Bütün icma sakinlərinə izah edildi ki, bu layihə ayrı-ayrılıqda sakinlərin deyil, bütün icmanın mənafeyini təmin etməlidir. Odur ki, icma sakinlərinin ən böyük ehtiyacı olan və daimi istifadə olunan yolların əsaslı təmir edilməsi sakinlər tərəfindən razılıqla qəbul edildi.


Sual: Məmmədəli Əlinağıyev, Masallı rayonu Güllütəpə Bələdiyyə sədri, İQ üzvü

Podratçı seçimi zamanı təklif edilmiş qiymət təklifləri paketi hansı xüsusiyyətlərinə və reallığı necə əks etdirməsinə görə seçildı?


Cavab: Elman Məmmədov, İsmayıllı rayonu Buynuz İQ üzvü

Tender komissiyasına daxil olmuş qiymət təklifləri komissiya üzvləri tərəfindən münasib zaman, münasib qiymət və keyfiyyətli iş amilləri nəzərə alınaraq, eləcə də real bazar qiymətlərinin öyrənilməsi ilə müəyyən edildi.


Sual: Bəhrəm Məmmədov, Şərur rayonu Aşağı Yayçı, Monitorinq Qrupunun üzvü

Layihənin icrasında qadınlar köməyi nədən ibarət oldu?


Cavab:

Qadınlar nəgd pul


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə