Iii. Şuranın hüquqları




Yüklə 4.08 Kb.
tarix27.04.2016
ölçüsü4.08 Kb.

III. Şuranın hüquqları

3.1. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 
3.1.1. təsdiq olunmuş iş planına uyğun müəyyən olunmuş qaydada dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq
3.1.2. Şurada baxılan məsələlərlə bağlı Şuranın və Şuranın Katibliyinin iclaslarına ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək
3.1.3. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və mənfi halların aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirmək; 
3.1.4. Şuranın qərarının dayandırılması, onun müddətinin uzadılması üzrə qərar qəbul etmək
3.1.5. qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq
3.1.6. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması, çevik tənzimləmə tədbirlərinin həyata keçirilməsi üçün komissiya və işçi qrupları yaratmaq
3.1.7. qanunvericiliyə uyğun olaraq digər hüquqları həyata keçirmək. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə