Iii koalisiya müharibəsi və nəticələri




Yüklə 16.77 Kb.
tarix10.04.2016
ölçüsü16.77 Kb.

III Koalisiya müharibəsi və nəticələri


1804-ci ildə imperator Napoleon ona qarşı bütün bu koalisiyaların başında İngiltərənin dayandığını bilirdi. Böyük bir donanma və güclü bir ordu təşkil edərək İngiltərəni zəbt etmək və bu problemi həll etməyi planlaşdırırdı. Lakin Napoleon bu planı təxirə salmalı oldu. Çünki 1805-ci ildə Fransaya qarşı növbəti koalisiya yaradılmaqda idi.

Üçüncü koalisiya müharibəsinin bütün iştirakçıları. Mavi: Koalisiya və onların koloniyaları və müttəfiqləri.Yaşıl: Birinci Fransız İmperiyası onun protektoratları, koloniyaları və müttəfiqləri.

1805-ci ildə Rusiya və Böyük Britaniya üçüncü koalisiyanın əsasını qoymuş Peterburq ittifaq müqaviləsi imzalamışdı. Məqsəd Fransanı 1792-ci il sərhədlərinə qaytarmaq idi. Həmin il Böyük Britaniya, Avstriya, Rusiya, Neopolitan krallığı və İsveç Fransaya və onun müttəfiqi İspaniyaya qarşı üçüncü koalisiya yaratdılar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya Vüttenberq və Baden Bonapartın müttəfiqinə çevrilirlər

Napoleon ilk olaraq Avstriya üzərinə yürüş edir. Döyüş Napaleon Bonapartın komandanlığı ilə fransız və general Karl Makkanın rəhbərliyi altında avstriya ordusunu arasında Ulm yaxınlığında 1805-ci ildə baş vermişdir. sentyabrın 24-də general Karl Makka Strasburq və Vaysenburqom arasında öz qoşunları yerləşdirdi. Napoleon isə Makkın sağ cinahını ələ keçirmək və bununla rus ordusunun avstriya ordusuna kömək göstərməsinin qarşısını almaq istəyirdi. Bu haqda məlumat əldə edən Makka 7 oktyabrda ordunun düzülüşü dəyişdirdi, sağ cinahı Ulm ərazisində, sol cinahı Raynda yerləşdirdi. Ancaq fransızlar hərəkəti davam etdirərək, Dunay vasitəsilə Noyburqa daxil oldular. Çətin vəziyyətdən çıxmağa çalışan Makka Qyunsburqa keçməyə çalışdı, amma fransızların 6-cı korpusu ilə toqquşdu. 2000 əsgər döyüşdə itirib, Ulma geri çəkildi. 6 oktyabrda Napoleon Ulm yaxınlığında bütün avstriya ordusunu mühasirəyə almağı bacardı. Döyüş Avstriyanın ağır məğlubiyyəti ilə nəticələndi Avstriyalıların itkisinə gəldikdə 10 000 nəfər öldürülmüş, 20 000 nəfər döyüş meydanından qaçmaqla canlarını qurtarmışlar. Fransızların da itkisi az deyildi. Yaralı və ölü sayısı 6 000dən çox idi. Beləliklə, Vyanaya yol açılmış olur. 13 noyabrda döyüşsüz Vyana alınmış olur.

Ulm döyüşü Napoleonun qələbəsi ilə nəticələnməsinə baxmayaraq, vəziyyət onun üçün hələ də kritik idi. Növbəti döyüş olan Trafalqar döyüşü 21 Oktyabr 1805-ci ildədə ingilis donanması ilə fransız və ispan donanmaları arasında İspaniyanın cənubundakı Trafalqar burnunun qərbində baş vermişdir. Döyüş ingilis donanmasının qəti qələbəsi ilə nəticələnmişdir. Fransız və ispan donanmaları cəmi 39 ədəd gəmilərinin 22-i itirərkən, Admiral Nelson əmrindəki 21 gəmilik ingilis donanması itki verməmişdir. Ağır yaralanan Nelson sonradan həyatını itirmişdir.



Bu məğlubiyyət ilə Napoleonun Britanyanı işğal xəyalları suya düşmüşdür. İngilis donanması 18-ci əsrdə ələ keçərdiyi dəniz hakimiyyətini bu qələbə ilə gücləndirmişdir. 21 oktyabr 1805-ci ildə Trafalqarda fransız donamasının Nelson tərəfindən darmadağın edilməsinə baxmayaraq, Avstriyanın digər ordusu ilə rus ordusu qərbə doğru irəliləməkdə davam edirdi, həmçinin italiya ordusu cənubdan yaxınlaşırdı. Napoleon iki qüvvənin birləşməsinə imkan verməmək üçün sürətlə irəliləyərək avstriya-rus qüvvələrinin qarşısına Austerlitsdə çıxmışdır.

Döyüş Çex Respublikasının Moravya əyalətindəki Austerlits qəsəbəsində olmuşdur. Bu döyüş taktikası hələ də müasir döyüşün ən yaxşı taktikası olaraq qəbul edilir. Döyüş Çex Respublikasının Moravya əyalətindəki Austerlits qəsəbəsində olmuşdur. Bu döyüş taktikası hələ də müasir döyüşün ən yaxşı taktikası olaraq qəbul edilir.



Fransa böyük bir ordu ilə Avstriyanın üstünə getdi. Amiyen razılaşmasından sonra fransızlar intiqam atəşi ilə yanırdılar. Fransızların hücuma keçdiyi xəbərini alan Avstriya İmperatoru II Frans dərhal hərəkətə keçdi və müttəfiqi olan Ruslara xəbər göndərib kömək tələb etdi. Ruslar köməyə gələcəklərini söyləyib hərəkətə keçdilər. Avstriyalılar müttəfiqlərini gözləmə mövqeyi tutmağa məcbur etdi. Ancaq fransızlarla qarşılaşdılar və təxribata uğrayıb geri çəkildilər. Avstriyalılar ruslarla birləşib 85.000 nəfərlik böyük ordu ilə fransızlara qarşı hərəkətə keçdilər. Avstriya ilə rusların üzərinə gəldiklərini xəbər alan fransızlar 75.000 nəfərlik ordusu ilə dərhal nizam intizam yaratdılar. Bunların 25.000 süvarisi var idi. Bunları meşəyə yerləşdirən Napoleon avstriyalıları və rusları gözləmə mövqeyi tutmağa məcbur etdi. Fransız süvarilər ani hücuma keçərək Avstriyalı və Rus əsgərlərini demək olar ki biçdi. "Üç İmperator Müharibəsi" kimi bilinən 2 dekabr 1805 tarixli Austerlits döyüşü də Napoleonun qələbəsi ilə nəticələnmişdir. Rus və Avstriya itkiləri, ölü, yaralı və qaçanlarla birlikdə cəmi 27 min olduğu halda fransız itkiləri 9 min olmuşdur. Ayrıca fransız ordusu 180 top ələ keçirmişdir.Hər iki döyüşdə iki ordusunu itirən Avstriya döyüşdən çəkilmək məcburiyyətində qalmışdır.

Üçüncü Koalisiya tez dağıldı, çünki Britaniya hərbi-dəniz qələbələrinə Fransızlar quru qələbələri ilə cavab verdilər. 1805-ci ilin oktyabrında Avstriya Ulm döyüşündə məğlub edildi və dekabrda Avstriya və Rus orduları Austerlits döyüşündə məğlub edildi. Napoleon Vyananı tutdu və Avstriyanı Pressburq müqaviləsini imzalamağa məcbur etdi. 22 dekabr 1805-ci Avstriya ilə Fransa arasında Pressburq müqaviləsi imzalanmışdır. Pressburqda bağlanan sülh müqaviləsində Fransanın kontinentdəki mövqeyini daha da güclənmiş olur. Sülh müqaviləsinə görə Habsburq monarxiyası Tirolu və Forarlberqi itiriərək bu ərazilər Bavariyaya, onun İtaliya əraziləri isə İtaliya krallığına qatılır. Dəstəyə görə Bavariya və Vütenberq hersoqlarına kral titulu verilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə