İdrak proseslərinin psixologiyası




Yüklə 20.43 Kb.
tarix22.04.2016
ölçüsü20.43 Kb.
İdrak proseslərinin psixologiyası

İdrak obyektiv aləmin insanın hiss üzvlərinə təsirindən yaranan inikas prosesidir. Bu təsir nəticəsində subyeklə obyekt arasında qarşılıqlı münasibət yaranır.İdrak prosesinin yaranması isə həmin qarşılıqlı münasibətdən asılıdır.Materialist idrak nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır.Fəlsəfədən məlumdur ki, həmin nəzəriyyənin bünövrəsini məhz inikas prinsipi təşkil edir. İnikas prinsipi həm aktiv, həm də passiv ola bilər.Passiv qarşılıqlı təsirə misal olaraq şəlaləni göstərmək olar. Şəlalənin suları qayalara toxunaraq parçalanıb tökülür. Bu zaman tədricən qayalarda ovulma baş verir.Məlumdur ki, mühitdə olan təsirlərə, hər hansı varlıq aktiv inikas prinsipi əsasında cavab verir. Deməli, hər hansı orqanizm öz ehtiyacını məhz idrak fəaliyyəti nəticəsində dərk edir.Bu səviyyədə ancaq insana məxsus olan yeni bir idrak fəaliyyəti növü-insan şüuru bu fəaliyyətə qoşulur. Nəticədə orqanizmlə mühit arasında müvazinət yaranır, yəni insan öz davranışını tənzim edə bilir və gələcəkdə ola bilənlərə münasibətini təmin edir. Bütün bunların sayəsində insan özünün gələcək işlərini planlaşdırır.

Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki səviyyəsi vardır. İdrakın bu səviyyələri onun vasitəli və vasitəsiz formalarını da izah etməyə imkan verir. Məlumdur ki, hissi idrak əsasən vasitəsiz, məntiqi səviyyə isə vasitəli inikas for masıdır.Lakin həm filogenezdə, həm də ontogenetik inkişafda hissi idrakdan məntiqi idraka keçid prosesi tədricən baş verir.

Burada aralıq proseslər adlanan, yeni keyfiyyət fərqləri əmələ gəlir.Bunlar da nəzərə alınsa psixi inikasın-hissi-perseptiv, tə-səsvvürlər və məfhum təfəkkür səviyyələrini ayırd etmək olar.Hissi idrak da daxil olmaqla, ümumiyyətlə idrakın düzgünlüyü məhz praktikada yoxlanılır.Hissi idrak duyğudan başlanır. Onun əsas vəzifəsi ətraf aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə mə'lumat verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir.Deməli, xarici aləm haqqında biliklərimizin mənbəyidir.Onun vasitəsilə insan varlığı dərk edir.Duyğular-indiki anda hiss üzvlərinə təsir edən cisim və ha-disələrin ayrı-ayrı keyfiyyətvə xassələrinin beyində inikasıdır.

Beləliklə, duyğular həm ətraf aləmdə baş verən hadisələri,həm də orqanizmin daxilində olan proseslər barədə məlumat verir ki, bunun sayəsində də orqanizm ətraf mühitə bələdləşir.Hər bir insan duyğuların verdiyi məlumata istinad edir, beyində isə bu məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak fəaliyyəti baş

verir.


Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya

Qavrayış prosesi də hissi idrakın mühüm mərhələsini təşkil edir. Burada cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və xüsusiyyətləri ilə birlikdə əks olunur. Məsələn əgər avtomobildə olan əşyanı qavramaq istəyiriksə, avtomobilin rəngi, bütövlüyü, forması, markası, məkanda tutduğu yeri və həmin əşyanın hansı hissəsində yerləşməsini, hansı əşyalarla əhatə olunmasını bütövlükdə dərk edirik. Beləliklə, əşyanın tam surəti beynimizdə hissi idrakın nisbətən mürəkkəb mərhələsidir. Elə buna görə də qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün ümimi cəhətlər də vardır. Bu da ondan ibarətdirki, cisim və hadisələr hər iki halda hiss üzvlərinə təsir edir, hər iki halda rea l gerçəkliyin subyektiv surətidir. Göründüyü kimi bunlar mexanizm etibarilə bir-birinə ta-mamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış pro-sesində analizatorun (duyğunun əmələ gəlməsi üçün zəruri olan anatomik-fizioloji cihazın) fəaliyyət halına gəlməsi zəruridir.

Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar əks etdirilə bilməz.Məlumdur ki, filogenezdə analizator ancaq uyğunlaşdığı xassəni əks etdiir. Duyğunun bu xüsusiyyəti elmdə mono -modallıq adlanır və onu qavrayışdan fərqləndirir. Analizatorun strukturuna nəzər salsaq görərik ki, o, reseptor, afferent və efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid bir tam kimi işləyir. Onun normal fəaliyyəti duyğu ilə qav-rayışın əmələ gəlməsi üçün mühüm şərtdir.Duyğularla müqayisədə qavrayış surətləri bir neçə anali-zatorun iştirakı ilə baş verdiyinə görə nolimodallı olur.Yəni qavrayış prosesində müxtəlif analizatorlar arasında yaranan əlaqələr durur. Duyğularda cismin müəyyən keyfiyyətləri əks

olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks olunur,çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı burada qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qı-cıqlandırıcıların kəmiyyət və keyfiyyət tərkibinə nəzər salsaq,

görərik ki, duyğularda onların hər ikisi qıcıqlayıcının intensivliy-ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik xassəsinə malik olmur.Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı olur. Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin yaranmasında emosionallıq üstün rol oynayır, qavrayışda isə

əksinə, əşya hissi deyil, cismin surəti şəklində yaranır.Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki,qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha mükəmməl və dolğun məlumat verir.Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s. idrak prosesləri iştirak etdiyinə görə o daha mürəkkəb idrak pro -sesidir. Burada insanın keçmiş təcrübəsi də iştirak edir. Odur ki, əgər qavrama üçün şərait dəyişərsə belə, qavrayışın tamlığı və sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri gözümüzdə kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun da çox böyük idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki, qavrayışda insanların keçmiş təcrübəsi də iştirak edir ki, bu da onun mə'nalı olmasına təsir edir.Yəni insanın keçmiş həyatı təcrübəsi, biliyi hər hansı hadisə haqqında nəticə çıxarmağa kömək edir. Bütün bünlarla yanaşı qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli emosional vəziyyət i də mühüm rol oynayır. Çünki eyni vaxtda insana müxtəlif cisim və hadisələr təsir edir. İnsan onların hamısını

qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni ayırd edilir və qavranılır.

Appersepsiya. Appersepsiya (latınca ar ad+perseptiq qavrayış deməkdir) - qavrayışın insanın keçmiş təcrübəsindən, psixi fəaliyyətinin ümumi məzmunundan və fərdi xüsusiyyətlərindən asılı olmasına deyilir.Aparılan tədqiqatlar sayəsində müəyyən edilmişdir ki, qav-rayış təkcə qıcıqlandırıc ılardan deyil, qavrayan subyektin özündən də asılıdır. İnsan şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan

obyektə münasibəti arzu və hissləri, maraq və tələbatları qavrayışda özünü göstərir. Ona görə də eyni cisim təbii olaraq müxtəlif adamlar tərəfindən müxtəlif cür qavranıla və yada salına bilər.Qavrayış subyektin keçmiş təcrübəsindən də asılıdır. Yəni insanın təcrübəsi nə qədər zəngin olarsa, biliyi nə qədər çox olarsa,onun qavrayşı da bir o qədər zəngin olar. Fəaliyyətin motivi,məqsədi, qavrayışın insan qarşısında duran məzmun və məqsədi ilə təyin olunur. Məsələn, konsert zamanı, müğənninin səsi ön plana çıxır və qavrayışın obyektinə çevrilir, yerdə qalanlar isə qavrayışın fonu olur.



Qavrayış prosesində emosiyalar da iştirak edir və bu zaman qavrayışın məzmunu dəyişə bilir. Emosional reaksi-yaların qavrayış prosesində mühüm rol oynaması bir sıra eksperimentlərlə də təsdiq olunmuşdur.Beləliklə, insanın keçmiş təcrübəsi, emosional vəziyyəti göstərir ki, qavrayış idarə edilməsi mümkün olan fəal bir prosesdir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə