İctimai Elmlər Yay Məktəbi”




Yüklə 7.25 Kb.
tarix10.04.2016
ölçüsü7.25 Kb.
İctimai Elmlər Yay Məktəbi”
“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) birgə həyata keçirdikləri “İctimai Elmlər Yay Məktəbi” adlı layihədə iştirakçı olmaq üçün ərizə qəbulunu elan edir.
“İctimai Elmlər Yay Məktəbi” adlı layihənin keçirilməsində əsas məqsədimiz ictimai fənnlər biliklərin artmasına töhfə vermək, elmə marağı olan gənc tədqiqatçıların təhlillər, analizlər aparmaq bacarığını və məqalələr yazmaq, müzakirələr keçirmək qabiliyyətlərini inkişaf etdirməkdir.
Layihə zamanı İctimai Elmlərdə Tədqiqatçılıq, Beynəlxalq Münasibətlər Nəzəriyyələri, Jurnalistika və tədqiqatçılıq, Fəlsəfə, Sosiologiya, İqtisadiyyat (iqtisadi tədqiqatlar, qlobal iqtisadiyyat, Cənubi Qafqazda iqtisadi vəziyyət və s.), İdarəetmə, Enerji təhlükəsizliyi, ümumən etnik münaqişələr, xüsusi olaraq Qarabağ problemi, müxtəlif qlobal ve regional güclərin daxili və xarici siyasətlərinin təhlili ilə bağlı dərslər keçiriləcək, tədqiqatlar aparılacaqdır.
Tədris prosesinə Azərbaycanın nüfuzlu professor-müəllimləri, xaricdə təhsil almış gənc alim-ekspertlər, millət vəkilləri cəlb olunacaqdır. Layihə çərçivəsində tədris proqramı ilə yanaşı iştirakçılar elmi rəhbərin nəzarətində tədqiqat aparacaq və tədqiqat işi yazacaqdır. Bu tədqiqat işləri xüsusi kriteriya ilə qiymətləndiriləcək və nəticə olaraq iştrakçıların apardığı tədqiqatlar xüsusi toplu halında çap olunaraq ictimayyətə təqdim olunacaqdır.
Layihəni uğurla başa vuran iştrakçıların bir qrupunun Türkiyə və Şimali Kiprə səfəri nəzərdə tutulub.
İctimai Elmlər Yay Məktəbi” adlı layihənin hədəf qrupu kimi beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasətşünaslıq, dövlət idarəçiliyi, regionşünaslıq, jurnalistika və digər humanitar sahələr üzrə təhsil alan gənclər, gənc tədqiqatçılar nəzərdə tutulmuşdur. Seçim prosesində bu qrupdan olan namizədlərə üstünlük veriləcəkdir.

 

“İctimai Elmlər Yay Məktəbi” layihəsində iştirak etmək istəyən şəxslər 1 ədəd fotoşəkilli CV-lərini və layihədə iştirak etmək məqsədlərindən bəhs edən qısa esseni "İctimai Elmlər Yay Məktəbi" başlığı ilə ictimai.elmler@gmail.com ünvanına 26/06/2010 tarixindən gec olmayaraq göndərməlidirlər.




Əlavə məlumat almaq üçün Afaq Zeynalova (050 385 29 19) müraciət edə bilərsiniz.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə