İctimai Birliyinin Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan məhkumların islah olunma prosesində həyata kecirdiyi




Yüklə 12.87 Kb.
tarix22.04.2016
ölçüsü12.87 Kb.



İctimai Birliyinin Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində

saxlanılan məhkumların islah olunma prosesində həyata kecirdiyi

tədbirlər haqqında qısa məlumat
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi yetkinlik yaşına catmayan məhkumların cəmiyyətə qayıdışı və islah olunma prosesində 2 istiqamətdə 1) readaptasiya və 2) adaptasiya istiqamətində bir çox layihə və tədbirlər həyata keçirmişdir.

Belə ki, 1-ci istiqamət: readaptasiya istiqamətində “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 2005-ci ilin avqust ayında məhkumların hüquqi biliklərini və dünyagörüşünü inkişaf etdirmək, xarici mühitlə əlaqələrini genişləndirmək, əməyə, təhsilə, ədəbiyyata, mədəniyyətə, idmana maraqlarını artırmaq, habelə asudə vaxtlarının mənalı keçirilməsi üçün digər növ maraqlı informasiya ilə təmin edilməsini təşkil etmək məqsədilə məhkumlara ünvanlanmış “Məhkum və Cəmiyyət” qəzeti təsis etmişdir. Qəzet ayda bir dəfə olmaqla iki dildə azərbaycan və rus dillərində çapdan çıxır. Qəzetdə davamlı olaraq yetkinlik yaşina catmayan məhkumların çəkdikləri rəsmlər, yazdıqları şerlər cap olunur.

Təşkilatımız Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ilə birgə “Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı, BMT-nin Uşaq hüquqları Konvensiyası və BMT-nin Uşaq Hüquqları Komitəsinin 1997-ci ildə təqdim etdiyi Yekun Tövsiyələrin İcrasına dair Alternativ QHT hesabatının (1998-2005)” hazırlanmasında iştirak etmişdir.

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 2005-ci ildə cəza çəkmə müəssisələrində saxlanılan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək, cəza çəkmə müəssisələrində rejim qaydalarına əməl edən və islah olunmaya meyilli məhkumların həvəsləndirilməsi məqsədilə “Məhkumun səsi” layihəsini həyata kecirmişdir. Yetkinlik yaşına çatmayan şəxslərin islah və tərbiyə olunmasında tədbirlərin intensivliyi zərurətini nəzərə alaraq layihə ilk dəfə olaraq Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində həyata keçirilmişdir.

Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi proqramı çərçivəsində təşkilatın əməkdaşları mütamadi yetkinlik yaşına catmayanlar üçün tərbiyə müəssisəsinin monitorinqini aparır. Monitorinqin nəticələri hesabat formasında müvafiq dövlət orqanlarına və hüquq müdafiə təşkilatlarına təqdim edilir.

Həmçinin “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 2006- cı ilin sentyabr ayından ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Yetkinlik Yaşına catmayanlar üçün Tərbiyə Koloniyasında “Kompüter Biliklərinin Tədrisi Mərkəzi” ni yaratmışdır.

Layihə yetkinlik yaşına çatmayan məhkumlara kompüterdə işləmək bacarığının ilkin tədrisini nəzərdə tutur ki, bunun da nəticəsində onlar kompüterin ümumi quruluşu ilə tanış olacaq, Windows əməliyyat sistemində işləməyi bacaracaq, müxtəlif proqramları (Word, Excel, Power Point, Photo Shop, Corel Draw və s.) öyrənəcəklər. Yaradılacaq elektron kitabxana onlara öz biliklərini artırmağa və təkmilləşdirməyə imkan yaradacaqdır.

Kompüter Biliklərinin Tədrisi Mərkəzi”ndə kompüter biliklərinin tədrisi nəticələrinə görə kurs iştirakçıları olan yetkinlik yaşına çatmayan məhkumlar kompüterdə işləmək sahəsində müvafiq proqramlara aid əsaslı bilik və işlətmək bacarağını əldə edəcəklər ki, bu da onlara kompüter texnologiyaları vasitəsilə yeni biliklər əldə etməyə yol açacaqdır. Internet şəbəkəsi ilə tanışlıq onlara həm yerli, həm də xarici informasiya spektrinə daxil olmağa imkan verəcəkdir.



Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsində cəza çəkən məhkumların vicdan azadlığı və dini ayinlərin icra edilməsində iştirak etmək hüququnun təmin olunması, sosial-hüquqi, psixoloji və tibbi yardımın göstərilməsi” istiqamətində tədbirlərlər həyata keçirir. Bundan əlavə Təşkilat “Azadlıqdan məhrumetmə yerlərində cəza çəkən yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə inteqrasiyası” və “Məhkumların azad olunduqdan sonra reabilitasiya proqramı”na dair layihələr üzərində iş aparır.

Həmçinin təşkilat tərəfindən məhkumların mədəni istirahətini təşkil etmək, sosial mühitdən təcrid olunmamaları üçün, islah olunma prosesinə müsbət təsir edən müxtəlif teatrların Gənc tamaşaçılar və Akademik Milli Dram Teatrının tamaşalarının göstərilməsi təşkil olunmuşdur.



Hal hazırda təşkilat tərbiyə müəssisəsində 2-ci istiqamət: adaptasiya istiqamətində tədbirlər həyata kecirdir. Bu məqsədlədə Mersedes Benz markalı maşınların komputer vasitəsi ilə müayinəsi və təmiri prosesini öyrənmək və azadlığa çıxdıqdan sonra real işlə təmin olunması üçün “Tədris Peşə Mərkəzi”nin açılması təklifini irəli sürmüş və 2006- cı ilin avqust ayında Mersedes Benz Firmasının prezidenti cənab Adolf Şilderə müraciət etmiş, yaradılacaq tədris peşə mərkəzinin texniki baxımdan təşkil olunması və lazım olacaq avadanlığın texniki parametrlərini, satış qiyməti və gətirilmə prosesi haqqında məlumatın əldə olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Ancaq təəssüflər olsun ki indiyənə qədər adı cəkilən firmadan hec bir cavab gəlməmişdir.
Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi”

İctimai Birliyinin Mətbuat Xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə