İcma Əlaqələri Proqramı




Yüklə 11.24 Kb.
tarix10.04.2016
ölçüsü11.24 Kb.



İcma Əlaqələri Proqramı



ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İcma Əlaqələri “İqtisadi Araşdırma Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə Olunması” mübadilə proqramı elan olunur. Azərbaycandan “İqtisadi Araşdırma Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə Olunması” mübadilə proqramı üzrə 8 peşəkar mütəxəssis ABŞ-da 3 həftəlik təcrübə keçmək imkanı əldə edəcək. Bu mübadilə iştirakçılara Amerika Birləşmiş Ştatlarında biznes sahələrinin və hökumətin biznes və iqtisadi qərarlar verməkdə elmi araşdırma mərkəzlərinə necə etibar etmələri və güvənmə yolları təqdim olunacaq. İştirakçılar elmi araşdırma mərkəzlərinin iqtisadi siyasətin hazırlanmasında necə iştirak etdiyini, bu mərkəzlərin bitərəf araşdırmalarla təmin etmək və qiymətləndirmələr aparmaq vasitəsi ilə hökumətə necə yardımçı olduqlarını və araşdırma mərkəzlərinin necə davamlı müstəqil bir qruplara çevrilməyə nail olduqlarını görəcəklər.


Proqramda iştirak üçün əsas tələblər:


  • Azərbaycan vətəndaşı olmalı və seçim zamanı Azərbaycanda yaşamalısınız

  • Qeyd olunmuş sahədə peşəkarlıq qabiliyyətinizi və liderlik bacarığınızı nümayiş etdirməlisiniz

  • Ən azı 2 il iş təcrübəsinə malik olmalısınız

Proqramda iştirak üçün İngilis dilini bilmək vacib deyil. Seçim müsabiqə əsasında aparılacaq və yalnız son tura qalmış şəxslər müsahibəyə dəvət olunacaqlar.


Müraciət üçün son tarix: 6 Mart 2009-cu ildir.

Doldurulmuş müraciət və zəmanət formları PH-İnternational təşkilatı 28 May küç. 9, mən. 62 ünvanına təqdim olunmalıdır.
DİQQƏT: Proqramın təqdimat mərasimi aşağıdakı şəhərlərdə keçiriləcək:
Bakı tarix: 23 yanvar saat: 11.00 ünvan: Azərbaycan Media Mərkəzi

D. Əliyeva kuç. 218
Gəncə tarix: 26 yanvar saat: 11.00 ünvan: Gəncə Təhsil Məlumat Mərkəzi

Mirəli Qaşqay 10

Şəmkir tarix: 26 yanvar saat: 15.00 ünvan: Milli QHT Forumun Şəmkir Reqional Resurs və

Təlim Mərkəzi

S. Vurğun küç., 129A (Beynəlxalq Bankın yanı)

Qazax tarix: 27 yanvar saat: 12.00 ünvan: Qazax Mədəniyyət Evi

S. Vurğun küç., 28
Xacmaz tarix: 29 yanvar saat: 15.00 ünvan: Xacmaz İcra Hakimiyyəti

H. Z. Tağıyev, 10
Proqramda iştirak üçün müraciət formlarını 28 May küç. 9, mən. 62 ünvanında yerləşən PH-İnternational təşkilatından əldə edə, yaxud internet səhifəsindən yükləyə bilərsiniz: www.communityconnections.az

Əlaqə telefonlar: (994 12) 447-91-90, 447-91-81, mob. (050) 204-9054




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə