I fəSİL. 6 Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu 6




Yüklə 0.7 Mb.
səhifə8/8
tarix09.03.2016
ölçüsü0.7 Mb.
1   2   3   4   5   6   7   8




Strateji məqsədlərinin və vəzifələrin formalaşması




Qiymətləndirməyə məxsus, parametrlərin siyahısının müəyyənləşdirilməsi




Tikiləcək obyektin rəqabət qabiliyyətinin inteqral göstəricisinin müəyyən edilməsi




Tikinti müəssisəsinin səmərəliyinin nisbi göstəricisinin müəyyən edilməsi




Tikinti müəssisəsinin rəqabət qabiliyyətinin inteqral göstəricisinin hesablanması




Rəqabət qabiliyyətinin yüksəldilməsi tədbirlərinin işlənilməsi və onun xərclərlə uçotunun optimallaşdırılması

Tikinti müssisəsinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi sxemi. Cədvəl 2.4

Qanunun pozulması ciddi cinayət sayılır. Qanunun pozulması bir sıra ölkələrdə 3 il azadlıqdan mərhum edilməklə, böyük miqdarda pul vəsaiti ilə cərimə edilməklə nəticələnə bilər.

İnzibati (qanunverici) tənzimləmə qeyri-vicdanlı rəqabətə əks durmağa, qanunverici aktların çap olunması yolu ilə inhisar praktikası və iqtisadiyyatın inhisarlaşdırılması və dövlət tərəfindən onlara riayət edilməsinə nəzarətə əsaslanır. Belə aktların birincisi 1889-cu ildə Kanadada qəbul olunmuşdur. Lakin digər qanun – Şerman qanunu (sənaye və ticarətin qanunsuz birləşmələr və inhisardan müdafiəsinə yönəlmiş qanun) daha geniş yayılmışdır. O, 1890-ci ildən ABŞ-ın konqresi tərəfindən qəbul olunmuşdur. Şerman qanunun bütün dünyada rəqabət haqqında qanunvericiliyin inkişaf çıxış nöqrəsi olduğu qəbul edilmişdir, lakin sahibkarların və istehlakçıların qeyri-vicdanlı bazar praktikasında müdafiə etmək məqsədi ilə qanunvericiliyin rəqabət mexanizmlərinə təsiri cəhdinə hətta Napoleonun Vətəndaş kodeksində də rast gəlmək olar; bu kodeks kommersiya sahəsində yalanı və fırıldaqçılığı qadağan edirdi.

ABŞ-da antiinhisar tənzimləmə bu gün təkçə Şerman qanunu ilə deyil, həmçinin sonralar qəbul edilmiş Federal Ticarət Kompaniyası haqqında Qanun, Kleyton qanunu, Maqnusson – Moss Qanunu və digər dövlət aktları ilə təyin edilir. Bazar iqtisadiyyatlı bütün ölkələrdə antiinhisar qanunvericilik aktları qəbul edilmişdir. 80-ci illərdə belə qanunlar hətta bir sıra Afrika ölkələrində, məsələn Keniyada, Tabzaniyada da qəbul edilmişdi. Beynəlxalq bazarda rəqabət xüsusi ölkələrarası razılaşmalarla, həmçinin BMT-nin sənaye və ticarətə dair komissiyalarının sənədləri ilə, Avropa iqtisadi cəmiyyətinin (indi Avropa Birliyi), digər təşkilatların sənədləri ilə tənzimlənir.

Bu gün iki növ antiinhisar qanunvericliyinin – amerikan və Qərbi Avropa – mövcudluğundan danışmaq olar.Onların arasında meyar olaraq qanunlar inhisar fəaliyyətinin mövcudluğuna münasibəti çıxış edir. Amerikan qanunvericilik növü, “Şerman qanunu”ndan başlayaraq, inhisarçılıq razılığı yaxud birliyinin hər hansı formasını inkar edir. Qərbi Avropa qanunvericilik növü – daha liberaldır, burada əks-təsir obyekti olaraq hər hansı inhisar yox, yalnız bazarın bu və ya digər sektorunda rəqabət imkanlarını nəzərə çarpacaq qədər məhdudlaşdıranlar çıxış edir.

Qanunvericilikdə həmçinin antitrest və antikartel istiqamətlər də qeyd olunur. Antitrest qanunlar daxil olduqları ittifaq, birlik, konsern çərçivəsində firmaların öz müstəqilliklərini tam istiqamətlərinə qarşı yönəlmişdir, çünki belə olanda rəqabət tamamilə yox olur və buna görə də bazar iqtisadiyyatı üçün qəbul edilə bilməzdir. Antikartel qanunlar kartel tipli firmalar arasında sözləşmələrə qarşı yönəldilir (sözləşmə predmeti-satış bazarının istehlakçılar arasında bölünməsi, yaxud rayonlar üzrə bölünməsi, eyni qiymətlərin qoyulması və s.). Trest, kartel, ittifaq sözləşmələrini qadağan edərək antiinhisar qanunları beləliklə həm rəqabətə təkan verir, firmaların yeni bazar sektorlarını mənimsəməsinə kömək edir. Bir çox ölkələrdə istehsalat və ticarətdə fırıldaqçılıq da daxil olmaqla qeyri-vicdanlı rəqabətə əks-təsir göstərmək haqqında da xüsusi qanunlar yaradılmışdır.

Qeyri-vicdanlı rəqabət metodlarına:


  • özgənin məhsul imkanından, məhsulun firmaya aid adından özbaşına istifadə etmək;

  • digər firmanın məhsulunun forması, qablaşdırılma qaydası, xarici görünüşünü özbaşına təkrar etmək etmək;

  • rəqiblərin adına, ödəmə qabiliyyətinə zərər vura bilən yalan məlumat yaymaq, yaxud təhrif olunmuş məlumat vermək;

  • reklam fəaliyyətində məhsulları müqayisə edərkən ədəb qaydalarını pozmaq;

  • rəqibə üstün gəlmək üçün onun qərarlarına təsir etmək;

  • rəqibin razılığı olmadan onun kommersiya sirrini açmaq;

  • konfedensial məlumatdan özbaşına istifadə etmək və onu yaymaq;

  • istehlakçıya məhsulun keyfiyyəti, istehlak xüsusiyyətləri, hazırlanma üsulu və yeri haqqında düzgün olmayan məlumat vermək;

  • istehlakçıları və sifarişçiləri aldatmaq aid edilir. Firmaların inhisar praktikası metodlarına;

  • tərəf müqabillərə qeyri-bərabər müqavilə şərtləri təklif etmək;

  • süni yolla defisit yaratmaq məqsədi ilə məhsulu dövriyyədən çıxartmaq və ya məhsulun istehsalını azaltmaq, yaxud tam kəsmək;

  • eyni məhsul istehsal edən yaxud satan iki və daha artıq firmada rəhbər vəzifələrin bir adamın icra etməsi aiddir.

Qeyd etmək lazımdır ki, xarici firmaların inhisarçılıq praktikasına əks-təsir formaları hazırlanmışdır. Lakin bizim ölkəmizdə idarələrin inhisarçılıq praktikasına və “mərkəz” sifətindəki dövlətin özünün inhisarçılıq praktikasına əks-təsir etməsi böyük əhəmiyyət kəsb edir.

İqtisadiyyatın inhisarlaşması istehsal-kommersiya fəaliyyətinə qadağan qoyulması, firmaların xırdalaşması, yenidən təşkil olunması tam yox olana qədər bölüşdürülməsi formalarında özünü göstərir. Hər bir ölkədə inhisarlaşmanın öz parametrləri mövcuddur. Bir çox ölkələrdə o firma inhisarçı sayılır ki, o, bazarın 40-dan 70 %-ə qədər paya malik olsun.

Bizim ölkəmizdə haqsız rəqabətə, iqtisadiyyatın inhisarlaşması və inhisarçılıq fəaliyyətinə əks-təsir göstərən əsas qanunvericilik aktı 1995-ci ilin iyununda qəbul edilmiş “haqsız rəqabət haqqında” və “sahibkarlıq fəaliyyəti haqqında” 1992-ci ilin dekabrında qəbul edilmiş Azərbaycan Respublikasının Qanunudur. Burada trest və konsern tipli iri kompaniyaların yaranmasına və kartel tipli müqavilələrə əks-təsir tədbirləri nəzərdə tutmuşdur. Haqsız rəqabət əks-təsir tədbirlərinə Qanunda xüsusi maddə həsr edilmişdir. Rəqib firmalar arsaındakı münasibətləri nizamlamaq üçün Azərbaycan Respublikası höküməti tərkibində xüsusi orqan – Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılmışdır. Bu komitə antiinhisar qanunların pozulması hallarına dair işlərə baxmaq səlahiyyətinə malikdir. Komitə və onun ərazi orqanları bazarların inhisarlaşmasına qulluq edən konsern, korporasiya, assosiasiya və ittifaqların yaranmasına nəzarət edirlər.

Azərbaycan Respublikasında antiinhisar qanunu olduqca sərt xarakter daşıyır. Bu keçmiş sovet iqtisadiyyatındakı inhisarçılığı nəzərə alaraq yaradılmışdır. Antiinhisar siyasəti və Sahibkarlığa Kömək Komitəsi sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələri və funksiyalarını yerinə yetirir. Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzrət edirlər.

Antiinhisar Komitəsi “Haqsız rəqabət haqında” Qanun pozulmasına görə:


  • müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntularının dayandırılması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;

  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla maliyyə sanksiyaları və cərimələr tətbiq edilə bilər;

  • haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə və ya İqtisad Məhkəməsinə iddia ilə müraciət edilə bilər;

  • “Haqsız rəqabət haqqında” Qanun pozulması ilə bağlı cinayət əlamətləri olduqca materialları cinayət işi qaldırılması məsələlərin həlli məqsədi ilə prokurorluğa göstərə bilər.

Bazar iqtisadiyyatı ölkələrində antiinhisar qanunvericilik tənzimlənməsi ilə yanaşı həm də normativ-istiqamətləndirici təsir metodları tətbiq edilir: hökümət sifarşləri, vergilər, faizlər, dövlət yardımı. Bu vəsaitlərdən istifadə edərək, “mərkəz” müxtəlif sektorlarda və bazar seqmentlərində rəqabətin intensivliyinə təsir etmək, inhisarçılıq cəhdlərini məhdudlaşdırmaq imkanı qazanır.

Rəqabətin normativ-istiqamətləndirici nizamlanmasının əsas cəhəti-firmaların sahibkarlıq cəhətinə təkan verməkdir ki, bu da onlar arasında rəqabət təsiri formalarının dərinləşməsinə səbəb olur. “Mərkəz”, məsələn dövlət kontrakt sistemində yarış əsaslarını inkişaf etdirə, lider firmalara inzibati qiymətqoymanı qəbul etdirə, istehsalatın prioritet istiqamətlərinin inkişafında vergi imtiyazları və subsidiyalar tətbiq edə bilir.

Yeni firmalara yardım xüsusi əhəmiyyət kəsb edir. Qərbdə, məsələn ABŞ-da, yeni yaradılmış kompaniyalara maliyyə, naddi-texniki, informasiya, məsləhət kimi böyük bir yardım şəbəkəsi xidmət göstərir.

İşgüzar münasibətləri normativ-istiqamətləndirici yolla tənzimləyərək “mərkəz” –hər şeydən qabaq rəqabətin fəallaşması yolu ilə bazar iqtisadiyyatının inkişafına kömək edən dövlətin biznesə yardım aləti rolunu oynayır.

İndiki dövrdə tikinti maşınlarının və avadanlıqlarının icarəyə verilməsi istehsal infrastrukturlarının genişlənməsini göstərir. Bu cür icarəyə verməyə lizinq (ingiliscə leasing icarəyə vermək) deyilir.

Lizinqin intensiv inkişafı üçün vacib olan şərtlərdən biri də bazar iqtisadiyyatı subyektlərində öz fəaliyyətini həyata keçirərkən lizinq mexanizmindən istifadə etməyə maraq olmasıdır.

Lizinq əməliyyatlarında iştirakı lizinq alana (tikinti təşkilatına) öz fəaliyyətində ən bahalı yeni texnika da aid edilməklə yeni, qabaqcıl avadanlıqdan istifadə etməyə imkan verir, əsas fondların yeniləşməsi üçün, istehsal gücünün artırılması, həmçinin inşaat maşınları və avadanlığının mülkiyyət kimi əldə edilməsi ilə müqayisədə istehsal vəzifələrinin daha çevik və operativ halda həll etmək imkanı yaradır. Bu daha çox tikinti təşkilatlarının ümumi sayının təxminən 90%-ni təşkil edən kiçik müəssisələr üçün daha vacibdir, çünki çox vaxt onlar qeyri-lizinq şəraitində müasir və səmərə verən avadanlıq və inşaat maşınları əldə etmək imkanından məhrumdurlar. Bundan başqa, lazımı avadanlıq və digər inşaat texnikasından bu məqsədlə öz vəsaitini, yaxud da kredit ehtiyatlarını cəlb etmədən istifadə etmək imkanı yaranır. Bu da onunla izah olunur ki, alqı-satqıdan fərqli olaraq, lizinqdə əmlakdan istifadə ilə bağlı xərclər müqavilə müddəti üzrə bərabər bölünür və lizinq ödənişlərinin axını realizə olunmuş məhsulun (iş, xidmətlər) maya dəyərindən yaranır, bu da lap az ilkin kapital qoyuluşu ilə inşaat texnikasının tam istehlak dəyərindən istifadə etməyə imkan verir.

Lizinq əməliyyatının sadə forması şəkil 2.1-də verilir.

Bank kreditindən (burada mütləq borc götürərkən öz vəsaiti hesabına borcun 15-20 %-ni ödəmək lazımdır) fərqli olaraq lizinq müqaviləsində inşaat təşkilatı üçün maliyyələşmə və əldə etmə problemi eyni vaxtda həll olunur, çünki lizinq verən lizinq əməliyyatını 100% maliyyələşdirir.


straight arrow connector 1Tikinti maşınlarının ödənilməsi və müqavilə






straight arrow connector 5Lizinq müqaviləsi




straight arrow connector 7Tikinti maşınlarını istehsal edən zavod




Lizinq alan





straight arrow connector 4straight arrow connector 6Lizinqə verən
straight arrow connector 3


Şəkil 2.1. Lizinq əməliyyatının sadə forması.


Lizinq alan üçün lizinqin daha bir üstünlüyü lizinq ödənişlərinin həyata keçirilmə qaydasındadır. Ödənişlərin müddəti və həcmi lizin verən və lizinq alan arasında qarşılıqlı razılaşma üzrə müəyyən olunduğu üçün müqavilədə maşın və avadanlığın qurulması, sazlanması və işə salınması müddətində yaxud işlərin bəzi mərhələlərinin başa çatması dövründə birinci ödənişin vaxtını uzatma məsələsi qeyd oluna bilər ki, bu da inşaat texnikasından müvəqqəti istifadə ilə bağlı xərcləri lizinq üzrə götürülmüş texnikadan istifadə etməklə yerinə yetirilən tikinti-quraşdırma işlərinin maya dəyərinə aid etməyə imkan verir.

Lizinq alanın maliyyə vəziyyətindən asılı olaraq lizinq ödənişlərini getdikçə artırmaq, yaxud, əksinə, lizinq müqaviləsinin sonuna ödəniş ölçüsünü getdikcə azalmaq olar. Bundan başqa, lizinq ödənişlərinin təkçə pul formasında deyil, həm də bir hissəsini, yaxud bütövlükdə mal şəklində, ya da xidmət şəklində ödəyə bilmək imkanı indiki zamanda ağır maliyyə vəziyyətində olan ayrı-ayrı tikinti təşkilatları üçün xüsusi əhəmiyyət kəsb edir.

Lizinq verən üçün bu fəaliyyətin həyata keçirilməsində əsas stimullardan biri lizinqin investisiyanın səmərəliliyinin mühüm dərəcədə artırmağa imkan yaratmasıdır, çünki tikinti təşkilatlarına pul vəsaiti deyil (xərclərin əsaslığına nəzarət mümkün olmur), istehsal-təsərüfat fəaliyyəti üçün təşkilatlara lazım olan əsas fondlar bilavasitə təqdim edilir. Belə olanda qoyulan vəsaitin qayıtmayacağı təhlükəsi azalır, çünki lizinq razılaşmasının obyekti olan inşaat texnikası müqavilə müddəti ərzində onun lizinq alan tərəfindən girovdan çıxarıldığı vaxta qədər lizinq verənin mülkiyyəti olaraq alır.

İnşaat texnikası və avadanlıq buraxan zavoda (satıcıya) lizinq münasibətlərində iştirakı öz məhsulunu satmaq üçün əlavə kanallar verir. Belə olanda satıcının fəaliyyət dairəsi maliyyə səbələrindən inşaat texnikasını mülkiyyət olaraq ala bilməyən və yaxud onun ayrı-ayrı növlərinə müntəzəm olaraq ehtiyac duymayan tikinti təşkilatlarının hesabına potensial istehlakçıların miqdarının artması yolu ilə genişlənir. Bundan başqa satış bazarı böyüdükcə lizinq əmlakın istehsalçısında öz məhsulunun yeniləşmə tempini artırmaq imkanı yaranır.

Lizinqin inşaat kompleksinin təsərrüfat subyektlərinə həvəsləndirici təsir edən (adı çəkilən) üstünlüklərindən savayı qanunvericilik ilə lizinq mexanizmindən daha səmərəli istifadə edilməsinə təsir edən bir sıra normalar da qoyulmuşdur. Belə ki, lizinq fəaliyyətinin subyektləri lizinq ödənişləri ilə yanaşı maliyyə lizinqi əməliyyatları üçün istifadə olunan bank və digər təşkilatların krediti də daxil olmaqla alınmış borc vəsaiti üzrə faizlərin ödənməsi ilə bağlı xərcləri də məhsulun (iş, xərclərin) maya dəyərinə aid edə bilərlər. Bu, həm lizinq alanın və ya lizinq verənin təmiz gəlirinin artmasına təsir edir.

Maliyyə lizinqin əsas fondların aktiv hissəsinə aid olunan obyektlərinə, müqavilənin şərtlərinə müvafiq olaraq əmsalı 3-dən yuxarı olmayan sürətləndirici amortizasiya mexanizmi tətbiq edilə bilər. Beləliklə, inşaat texnikasının və avadanlıqdan müvəqqəti istifadə edərkən tikinti təşkilatı daha az bir zaman ərzində lizinq üzrə götürdüyü avadanlığın tam dəyərini lizinq verənə ödəyə və onu mülkiyyət kimi ala bilər.

Hal-hazırda Azərbaycan Respublikasının hökuməti iqtisadiyyatın ayrı-ayrı sektorlarında, həmçinin də inşaatda lizinqin inkişafına böyük diqqət yetirir.

Daha çox tikinti gedən rayonlarda Azərbaycan Respublikası Tikinti Nazirliyi bu məqsəd üçün kommersiya strukturlarının kapitalını cəlb etməklə inşaat-yol maşınları, avadanlıq, texnoloji avtonəqliyyat vasitələri ilə əməliyyatlarda ixtisaslaşmış lizinq kompaniyalarının yaradılması üzərində iş aparır.

Lizinq fəaliyyətinin inkişafına yönəldilmiş tədbirlərdən biri də kiçik müəssisələrin lizinq ödənişlərinin əlavə dəyər vergisindən azad olunmasıdır ki, bu da əsasən xırda sahibkarların subyektləri olan tikinti təşkilatları üçün böyük əhəmiyyətə malikdir.

Nəticə
Bazar iqtisadiyyatına keçidlə əlaqədar tikinti təşkilatlarının inkişafını təmin edən vacib amillərdən biri idarəetmə üsulunun təkmilləşdirilməsidir. Tikintidə idarəetmə sistemində həlledici dönüş yaratmaq üçün bazar münasibətlərinin inkişafı və özünümaliyyələşdirmə, ədalətli rəqabət və elmi-texniki tərəqqi kimi şərtlər vacibdir. Bununla əlaqədar, keçid dövründə sahənin fəaliyyət göstərdiyi iqtisadi mühit aşağıdakı prinsipal istiqamətlərdə dəyişdirilmişdir:


  • mülkiyyətin özəlləşdirilməsi, onun bütün formalarının təmin edilməsi (dövlət, bələdiyyə, xüsusi) və onlara eyni iqtisadi şəraitin yaradılması:

  • dövlət idarəetmə orqanları ilə sahə münasibətlərinin tənzimlənməsinin (vergi, maliyyə-kredit münasibətləri şərtlərinin) iqtisadi üsullarla aparılması;

  • sahədə qarşılıqlı münasibətlərin dəyişdirilməsinin əsas istiqamətlərini şaquli idarəetmə əlaqələrindən, qarşılıqlı faydalı əməkdaşlıq yaradılması məqsədilə üfüqi əlaqələrə keçirilməsi.

Tikinti yerli şəraitdən, ilk öncə hava şəraitindən çox asılıdır. Baxmayaraq ki, Azərbaycanda iqlimlə əlaqədar il boyu tikinti işlərini aparmaq üçün lazımı imkanlar vardır, eyni zamanda mənfi iqlim şəraiti tikintinin texnologiyasını və təşkilini mürəkkəbləşdirir. Qış şəraitində, güclü küləklər olan zaman, tikinti işlərini aparmaq üçün xüsusi tədbirlərin həyata keçirilməsi tələb olunur. Bununla əlaqədar iqlim şəratini nəzərə almaqla tikintisi nəzərdə tutulan obyekt üçün layihə və smeta sənədləri təsdiq edilir. Layihə və smeta sənədlərində artıq və səmərəsiz xərclərə yol verməmək məqsədilə tikintinin yuxarıda qeyd edilən xüsusiyyətləri layihə-smeta işlərinin dəqiq təşkil edilməsini tələb edir.

Beləliklə, qeyd edilən tikintinin xüsusiyyətləri tələb edir ki, tikintinin təşkili, texnologiyası və tikintinin iqtisadiyyatı ilə bağlı məsələlərin həllinə spesifik yanaşma tətbiq olunsun.

Sahibkarlıq - rəhbərin təsərrüfatçılıq əxlaqının xüsusi yenilik stilidir və onun da əsasında yeni imkanlar axtarışı, rəqabət şəraitində ən rəngarəng mənbələrdən ehityatlar axtarmaq və istifadə etmək bacarığı durur. Sahibkarlıq fəaliyyəti təcrübəsində müəyyən qaydalar yaranmışdır ki, onlar bu və digər şəraitdə biznesi başlamaq və udmaq üçün necə hərəkət etməyin yolunu göstərir. Hər çeydən əvvəl aydın və yerinə yetirilə biləcək məqsədlər qoyulmalıdır ki, müştəriyə lazım olan məhsul istehsal olunsun. Müvəffəqiyyətin tərkib hissəsi məhsulun yüksək keyfiyyəti, əla xidmət, keyfiyyətli və etibarlı marketinqdir. Firmanın kommersiya müvəffəqoyyəti (xidmətin) reallaşdırılması yolu ilə qoyulmuş vəsaitin geri qaytarılmasının sürətindən asılıdır. Bunun üçün sistematik olaraq bazarı öyrənmək: hansı eyni cür məhsulun və kimin tərəfindən satıldığını, hansı kanallarla və qanunlarla reallaşdırıldığını, satışdan sonrakı xidmətlərin şərtlərini bilmək lazımdır.



Buraxılış işinin yerinə yetirilməsinin aşağıdakı nəticələrini qeyd etmək olar:

  1. Bazar iqtisadiyyatına keçid dövründə tikinti sektorunun qarşısında duran əsas vəzifələr nəzərdən keçirilmişdir.

  2. Tikinti sektorunun texniki-iqtisadi xüsusiyyətləri haqqında məlumat verilmişdir.

  3. Tikinti sektorunda müqavilə münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə baxılmışdır.

  4. Tikinti sektorunda sahibkarlıq fəaliyyətinin mahiyyəti haqqında məlumat verilmiş, təşkilati-hüquqi əsasları qeyd edilmişdir.

  5. Tikinti sektorunda xüsusi və kollektiv biznesin forma və metodları haqqında məlumat verilmişdir.

  6. Tikinti sektorunda rəqabətlilik, antiinhisar tənzimləmə və lizinqin istifadə edilməsi xüsusiyyətlərinə baxılmışdır.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

  1. Azərbaycan Respublikası Konstitusiyası, Bakı 2002

  2. Azərbaycan Respublikası Mülki Məcəlləsi, Bakı 2012

  3. Nuriyev E., Zərdablı M. “Azərbaycan inkişaında tikinti kompleksinin rolu” Bakı 2011

  4. Eyniyev T.T. , Qeybullayev Q.R., Məmmədov M.A., “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” Bakı 2001

  5. Mehdiyev İ.Ə. Şirəliyev V.M., “Tikintinin iqtisadiyyyatı” Bakı 2005

  6. Hüseynov T.Ə. “Sənayenin iqtisadiyyatı” Bakı 2000

  7. Musayev V.R., Seyfullayev İ.Z., “Sahibkarlığın əsasları” Bakı 2000

  8. Niftullayev V. “Sahibkarlığın əsasları” Bakı 2002

  9. Yahudov X.M. “Müəssisənin iqtisadiyyatı” Bakı 2005

  10. Axundov Ş., Axundov M. “Bazar iqtisadiyyatının əsasları” Bakı 2001

  11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsaslı tikinti və əsaslı təmir haqqında” qanunvericilik qərarları

  12. www.ilkaddımlar.com

  13. www.kayzen.az

  14. www.azstat.gov.az



1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə