I fəSİL. 6 Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu 6




Yüklə 0.7 Mb.
səhifə5/8
tarix09.03.2016
ölçüsü0.7 Mb.
1   2   3   4   5   6   7   8

Kommersiya hissəsinin tərkibinə torq əşyalarına oferentin təklif etdiyi qiymətlər, onların yenidən baxılması şərtləri, ödəmələrin köçürülməsi üsulları və növləri, nəzərdə tutulan ödəmə formaları, maliyyələşdirilmə və kreditləşdirilmə şərtləri daxildir.

Torqlar keçiriləndə hər bir iştirakçı müəyyən funksiyaları yerinə yetirir:

  • sifarişçi torqların keçirilməsi haqqında qərarlar qəbul edir, təşkilatçı vəzifəsini yerinə yetirən şəxsi müəyyən edir və onun işinə nəzarət edir, tender kompleksinin fəaliyyətində iştirak edir, müqavilənin son şərtini müəyyən edir və onu bağlayır;

  • torqların təşkilatçısı torqları elan etmək üçün sənədlər hazırlayır, tender komitəsini formalaşdırır və ləğv edir, onun fəaliyyətini istiqamətləndirir, torqların nəticələrini təsdiq edir, onların hazırlanması və keçirilməsi xərclərini rəsmiləşdirir;

  • tender komitəsi torqlarda iştirak etmək üçün sifarişlər yığır, tender sənədlərinin hazırlanmasını təşkil edir və yayır, iddiaçıları onlarla tanış edir, ofertin yığılmasını, saxlanılmasını və qiymətləndirilməsini təmin edir, torqların üsullarını həyata keçirir və onları rəsmiləşdirir, qalib gələni müəyyən edir, nəticələri nəşr edir.

Torqlar haqqında elana adətən aşağıdakı rekvizitləri daxil edirlər: sifarişçinin və təşkilatçının adı, torqların növləri və əşyaları, obyektin (tikintinin və s.) yerləşməsi yerinin qısa xarakteristikası, müqavilənin yerinə yetirilməsi şərtləri, ünvan, tender sənədlərinin əldə edilməsi şərtləri və müddətləri, ofertin təqdimedilmə müddəti. Tender sənədləri, ofert kimi, sənədlər komplektindən ibarətdir və tərkibinə obyek­tin texniki, kommersiya, təşkilati və digər хаrакteristikaları haqqında ilk informasiyalar və torqların əşyaları, onların keçirilməsi üsulları və şərtləri daxildirlər. Ona adətən, torqlarda iştirak etmək üçün dəvətnamə, onların həcmi və əşyaları haqqında ümumi məlumatlar, texniki (layihə) sənədlər və kommersiya sifarişinin forması və müqavilənin layihəsi aiddir. Tender sənədləri müəyyən edilmiş ödəməyə əsasən yayılır.

Müxtəlif ölkələrdə torqların keçirilməsi qaydaları və şərtləri əsasən bənzərdirlər. Müxtəliflik müəyyən ənənələr və adətlərlə əlaqədardır; xüsusi normativ aktlarla nizamlanırlar; müəyyən şərtlər (məsələn, sertifikasiya olması, yerli partnyorun iştirak etməsi və s.) qoyulur.



Torqların keçirilməsini bir neçə mərhələyə bölmək olar: hazırlıq, onların iştirakçılarına təkliflər vermək; oferti qiymətləndirmək və qalib gələni seçmək, müqaviləyə qol çəkmək. Torqların təşkili və hazırlanması sədrin başçılıq etdiyi tender komitəsi tərəfindən həyata keçirilir. Cari işi katiblik həyata keçirir, məsləhətçilər və ekspertlər dəvət oluna bilərlər.

Torqların Keçirilməsinin axırıncı mərhələsi udan müəssisə (firma) ilə müqaviləyə qol çəkkdir. Qoyulan şərtlər adi müqavilələrin şərtlərindən fərqlənmir. Sövdələrin bağlanması isə müqaviləsiz həyata keçirilə bilər. Onun üçün aksept forması tətbiq edilməlidir. Nağdsız hesablaşmalarda bank vasitəsilə akseptin həyata keçirilməsi tədarükünün hesabının ödənilməsinə alıcının razılığı deməkdir.



Layihə iştirakçılarının qarşılıqlı əlaqəsinin xarakterindən məsuliyyət dərəcəsindən asılı olaraq müqavilələr müxtəlif olurlar:

  • ənənəvi, qurtarmış layihəyə əsasən obyektin tikintisi haqqında sifarişçi və podratçı arasında müqavilə. Onun üçün həm təşkilati, həm də işlərin müxtəlif mərhələlərində (layihəqabağı, layihə və tikinti) müvəqqəti əlaqəsizlik olur;

  • layihələşdirmə və tikintiyə podratçının məsuliyyəti nəzərdə tutulur;

  • «tam hazır obyekt» işinə baş podratçı obyektin tikintisini müəyyən edilmiş müddətdə və keyfiyyətdə istismara verməyə məsuliyyət daşıyır;

  • layihənin menecerinin iştirakı ilə əlaqədar idarə - tikinti - menecer layihələşdirmə və tikinti mərhələlərinin idarəsinin əsas funksiyasını öz üzərinə götürür, sifarişçinin vəzifəsi isə ancaq ixtisaslı və səriştəli podratçıları tapmaq və onlarla müqavilə bağlamaqdır.

Əsaslı tikintini, təmir və digər işləri yerinə yetirmək üçün sifarişçi və podratçı arasında bağlanan müqaviləyə əsaslı tikintinin podrat müqaviləsi deyilir. Sifarişçi kimi (bina tikdirən) və investisiyanın maliyyələşdirilməsinə verilən pul vəsaitlərinin sərəncamçısı obyekti və tikdirən müəssisənin müdiriyyəti və s. ola bilər.

Torqu udan və oferent müqaviləsi bağlayan anda göstərilən şərtlərə uyğun olaraq işlərin bir hissəsini yerinə yetirmək üçün ikinci dəfə torq elan edə bilər. Bənzər formada ikinci torqu udan hərəkət edə bilər, ancaq hər bir halda birinci müqavilədə gösətrilən şərtlər pozulmamalıdır.

Müqavilə bağlanan andan onda göstərilən öhdəlikləri tərəflər müqavilənin şərtlərinə və qanunun, digər hüquqi aktlarının tələblərinə uyğun yerinə yetirməlidirlər. Müqavilədə göstərilən öhdəliklərin icra edilməsi müddətinə riayət edilməsi borclunun kreditor qarşısında ən mühüm vəzifəsidir. Müqavilənin şərtlərinin pozulması əlverişsiz nəticələrə gətirib çıxara bilər. Öhdəliklərin icra edilməsi müddəti iki üsulla təyin edilə bilər:



  • həmin öhdəliyin icra edilməsi gününün göstərilməsi;

  • öhdəliyin icra edilməsi vaxtı dövrünün müəyyən edilməsi.

Öhdəliyin icra edilməsi belə həyata keçirilməlidir:

  • öhdəliyə görə torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi;

  • öhdəliyə görə malların və ya digər əmlakın verilməsi və s.

Azərbaycan Respublikası vətəndaş kodeksinə uyğun öhdəliklərin təmin edilməsinin aşağıdakı üsulları vardır:

  • peşman pulu;

  • girov;

  • zəmanət;

  • beh;

  • borclunun əmlakının saxlanması;

  • bank təminatı.

Öhdəliklərin təminin bütün göstərilən üsulları borcluya müxtəlif dərəcədə təsir edirlər. Ona görə də kreditor tərəfindən öhdəliklərin təminin optimal seçilməsindən borclunun hərəkəti asılıdır.

II Fəsil.

Müasir iqtisadi şəraitdə tikinti sektorunda sahibkarlıq

fəaliyyətinin əsasları

2.1 Tikinti sektorunda sahibkarlıq fəaliyyətinin mahiyyəti,

təşkilati-hüquqi əsasları.

Sahibkarlıq şəxsi gəlir və ya mənfəət əldə etmək məqsədi ilə öz riski və əmlak məsuliyyəti ilə həyata keçirilən təşəbbüskar fəaliyyət olsa da, yalnız şəxsi məsələ deyil, demək olar ki, daha çox ictimai məsələdir. Sahibkarlıq fəaliyyəti üç mühüm iqtisadi azdalıqla - sahibkarlıq azadlığı, bazar azadlığı, qarşılıqlı təsərrüfat azadlığı ilə birbaşa bağlıdır. Bu azadlıqlar (müstəqillik) sahibkarlara iqtisadi resurslara malik olmaq və bu əsasda müəyyən məhsul istehsalını və xidmət göstərilməsini təşkil etmək, kommersiya fəaliyyəti göstərmək, öz məhsulunu və xidmətini reallaşdırmaq üçün bazar seçmək, tərəfdaşlar tapmaq və müqavilələr bağlamaq, maliyyə, kredit, investisiya əmliyyatları aparmaq,azad rəqabətə girmək imkanı verir. Deməli, sahibkarlıq cəmiyyətdən təcrid olunmuş şəkildə deyil, onun bütün tərəfləri ilə qarşılıqlı əlaqədə və təsirdə fəaliyyət göstərirlər.

İstənilən iqtisadi fəaliyyət dörd əsas tipə (məhsulun istehsalı, mübadiləsi, paylaşdırılması və istehlak) aid edilir. Sahibkarlığı müvafiq istehsal tsiklinin birtipli fazalar ilə əlaqələndirməklə sahibkarlığın növlərini-istehsal, kommersiya, maliyyə, innovasiya sahibkarlıqlarını fərqləndirirlər.

İqtisadiyyatın həm dövlət , həm də özəl sektorunda sahibkarlıq fəaliyyəti həyata keçirilə bilər. Bu baxımdan sahibkarlığın iki əsas növünü ayırırlar:



  1. dövlət sahibkarlığı

  2. xüsusi sahibkarlıq

Dövlət sahibkarlığı dövlət subyektləri tərəfindən təsis edilmiş müəssisələrin iqtisadi fəallığının formasıdır.Həmin müəssisələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar öz öhdəliklərinə görə ancaq ixtiyarında olan mülkiyyətlə cavabdehlik daşıyırlar.

Xüsusi sahibkarlıq sahibkarın (muzdlu işçilərin cəlb olunmadığı halda) və ya müəssisənin ( dövlət qeydiyyatından keçən və xüsusi və ya kollektiv mülkiyətə əsaslanan ) adından həyata keçirilən iqtisadi fəallığın formasıdır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda(15 dekabr 1992-ci il) göstərilir:sahibkarlıq fəaliyyəti ( sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericilikdə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri , o cümlədən məhsul istehsalı ,satışı və xidmətlər göstərməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

“Sahibkarlıq fəaliyyəti” məfhumu məzmununa görə “biznes fəaliyyəti” məfhumunun sinonimidir. Lakin biznes fəaliyyəti məfhumu daha genişdir və insan fəaliyyətinin müxtəlif sahələrini əhatə edir.

Biznes dedikdə,gəlir əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərin,müəssisə və təşkilatların məhsul istehsal etmək, hasil etmək, emal etmək, alqı-satqı, xidmətlər göstərmək və s. üzrə qanunla icazə verilmiş ixtiyari fəaliyyət növü başa düşülür. Biznesin mahiyyətini açmaq üçün əvvəlcə ayrı-ayrı şəxslər və təşkilatlar həyata keçirilən fəaliyyəti araşdıraq.

Əgər hər hansı fərd, şəxs məhsul yetişdirir, məhsul istehsal edir və ya əmtəə alıb, şəxsi istehlakı və ya ehtiyacı üçün istifadə edirsə, o biznes adamı (biznesmen) deyil, sadəcə olaraq istehlakçıdır. Hətta əgər hər hansı bir şəxs öz xüsusi mülkiyyətini, məsələn, istifadə etdiyi maşını satırsa, bu da biznes deyil. Əgər hər hansı bir şəxs özünün istehlakı üçün lazım olandan çox məhsul istehsal edir (məhsul əldə edir), əmtəə alır və artıq hissəni digər əmtəə və xidmətlərə və

ya pula dəyişdirirsə, satırsa, demək o, biznesmendir, başqa sözlə, bizneslə məşğul olur.

Əgər iki və daha çox şəxs ümumi məqsəd üçün birgə fəaliyyət göstərirsə, onlar birlikdə təşkilat (müəssisə) adlanırlar. Əgər onların məqsədi gəlir əldə etmək üçün məhsul istehsal etmək, xidmət göstərməkdirsə, onda onlar kommersiya təşkilatı (biznes-təşkilat) adlanırlar.



Hasil etmək. Bu fəaliyyət növü yerin təkindən, dənizdən xammal hasil etməyə aiddir. Daha doğrusu, hasilat sənayesinin məşğul olduğu sahədir və istehlak üçün hazır olan məhsulların emalında ilkin prosesdir. Kənd təsərrüfatı, balıqçılıq və meşə sənayesi, faydalı qazıntıların, o cümlədən neftin hasil edilməsi ilkin istehsalın-hasilat sənayesinin elementləridir. Hasilat sənayesi də biznesin obyektinə daxildir.

Emal etmək. Xammal növlərinin əksəriyyəti istehlaka qədər emal prosesindən keçirlər. Emal dedikdə, xammalın həndəsi formasının və ya fiziki-kimyəvi tərkibinin dəyişdirilməsi başa düşülür. Emalla emaledici sənaye sahələri məşğul olur. Təbiətdə çoxlu adda və miqdarda resurslar mövcuddur ki, hələlik bəşəriyyət onun yalnız cüzi bir hissəsindən istifadə edir. Cəmiyyətin maddi-rifah halı emaledici sənaye sahələrinin inkişaf səviyyəsindən əsaslı surətdə asılıdır. Emaledici sənaye sahələrinin fəaliyyəti, demək olar ki, tamamilə biznesə aiddir.

Alqı və satqı. Müəyyən hallarda biznes, digər təşkilatlar və müəssisələr tərəfindən istehsal olunmuş və istehlak üçün tam hazır olan məhsulları almaq və sonradan satmaq şəklində həyata keçirilir. Alqı və satqı iqtisadi fəaliyyətin üçüncü sahəsinə aiddir. İqtisadi fəaliyyətin ilkin sahəsi hasilat, ikinci sahəsi isə emaledici sənayə sahəsidir. Hər üç fəaliyyət sahəsi son məhsulun istehlakçıya çatdırılmasının müxtəlif mərhələlərini təşkil edir və əmtəənin cəmiyyət üçün yararlılığını əks etdirən qiymətin formalaşdırılmasında iştirak edir.

Alqı və satqı üzrə biznesi “ bölüşdürmə sənayesi” adlandırırlar və xidmət sferasına daxil edirlər.



Məhsul və ya xidmətlər.Məhsullar,fiziki,maddi əşyalar olduğu halda xidmət əşya kimi tam dərk edilən və görünən deyil.Bazar iqtisadiyyatı şəraitində xidmətlərə aiddir:

a) bank işi,

b) siğorta,

c) nəqliyyat,

d) turizm,

e) ictimai iaşə,

f) əyləncə sferası,

g) ideya və məsləhətlər satışı,

h) marketinq tədqiqatlarının aparılması,

i) reklam və s.

Bunlardan başqa xidmətlər əmtəə satışında da (məsələn, daşınma, qablaşdırma, quraşdırma, satışdan sonra istismar və təmir üzrə xidmət) göstərilə bilər.

Mübadilə. Bu biznesdə əsas anlayışlardan biridir. Sahibkarlıq fəaliyyətinin bütün növləri mübadilə vasitəsilə reallaşır, başqa sözlə biznes üzrə ixtiyari fəaliyyətdə mübadilə baş verir. Belə ki, istehsalçı əmtəəni satıçıya verdikdə (satdıqda) əmtəə ilə əmtəənin qiymətinə uyğun olaraq, əmtəələrin dəyərinə müvafiq pul miqdarı mübadilə edilir. Fəhlə öz iş qüvvəsini müəyyən pula mübadilə edir. Mübadilə nəticəsində mübadilə edilənlər öz sahibini, mülkiyyətçisini dəyişir və mübadilədə iştirak edən şəxslərin müəyyən ehtiyacı ödənilir.

Digər əmtəələr, xidmət və pulların mübadilə prosesinin ən geniş yayılmış və ümumi forması əmtəə və xidmətlərin pula dəyişdirilməsi mübadiləsidir. Əgər əmtəə və xidmətlərin əvəzinə başqa əmtəə və xidmətlər ödənirsə, bu cür mübadiləyə barter mübadiləsi deyilir. Bəzi hallarda işçilər öz iş qüvvəsinin dəyəri müqabilində pul deyil, bu və ya digər əmtəə alırlar.



Qarşılıqlı mənfəət. Bazar iqtisadiyyatı şəraitində heç kəs heç kəsi hər hansı bir əmtəəni almağa və ya satmağa məcbur edə bilməz. Alıcılar çox sayda geniş çeşiddə əmtəə və xidmət seçmək imkanına, satıcılar isə öz əmtəələrini harada, nə vaxt, hansı qiymətə satmaq imkanına-hüququna malikdirlər.

Alıcı ilə satıcı arasında həmişə alqı-satqı prosesi zamanı müəyyən proses-danışıq prosesi baş verir. Əgər danışıq prosesində həm satıcı həm də alıcı razı qalırsa, onda sövdələşmə baş verir və əmtəələr öz sahiblərini dəyişirlər.

Müəssisələr qarşısında qoyulan əsas vəzifə-maksimum mənfəət əldə-etmək cəmiyyətin marağı ilə üst-üstə düşməklə yanaşı, aşağıdakı mühüm prosesləri tənzimləyir və təmin edir:

1) müəssisələrin fəaliyyətinə,yaşamasına imkan yaradır.Belə ki,ixtiyari sahibkarlıq fəaliyyətinin ilk açarı kapitaldır;

2) inkişaf üçün maliyyə mənbəyini təmin edir;

3) firmanın rəhbərliyinin müvəffəqiyyətli fəaliyyəti üçün psixoloji stimuldur;

4) potensial investorların müəssisəyə marağı firmanın fəaliyyətini qiymətləndirmək üçün ən mühüm göstəricidir.

5) istehsal amillərinin səmərəli və düzgün istifadə edilməsini əks etdirməyə xidmət edir.

Aparılan tədqiqatlardan belə nəticə hasil etmək olar ki, sahibkarlıq fəaliyyəti özünəməxsus xüsusiyyətləri ilə iqtisadi fəallığın xüsusi forması kimi qəbul oluna bilər. Sahibkarlıq fəaliyyətini biznesin digər növlərindən fərqləndirən cəhətlər aşağıdakılardır:

1) yenilikçilik-yeni əmtəə istehsalı;mövcud əmtəəyə yeni xüsusiyyətlərin verilməsi;yeni istehsal texnologiyası;yeni texnika;idarəetmə və təşkilin yeni metodları;satışın və satışdan sonrakı xidmətin yeni təşkil formaları və i.a;

2) xüsusi motivasiya (Y.Şumpeterin göstərdiyi üç qrup motivlər);

3) sahibkarlıq fəaliyyətinin xarakterindən doğan xüsusi təşkilatı-struktur cəhətlər.

Azərbaycanda sahibkarlıq fəaliyyətinin əsasları 1992-ci il 15 dekabr ayında “Sahibkarlıq fəaliyyəti haqqında”, 1994-cü il 1 iyul ayında “Müəssisələr haqqında” və 1999-cu il iyun ayında “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının qanunları ilə nizama salınmışdır. Sahibkarlıq haqqında qanuna 1996-cı il 24 dekabr tarixində əlavə və dəyişikliklər edilmişdir. Bu qanunda şəxsi və ümumi təşəbbüskarlığın inkişafına dair hüquqi əsaslar əks olunmuş, sahibkarlıq subyektlərinin cəmiyyət və dövlət qarşısında hüquq və vəzifələri təyin olunmuşdur.

Bəzi ölkələrdə dövlət özü də zəruri hallarda müvafiq müəssisələrin, idarə və təşkilatların simasında sahibkarlıq fəaliyyətinin subyektinə çevirilir.

Sahibkarlıq fəaliyyətinin subyektləri bir-birilə qarşılıqlı fəaliyyətdə və asıllıqda iştirak edirlər. Bu asıllığı aşağıdakı şəkildə görmək olar.

Cədvəl 2.1


Dövlət


Sahibkar

Tərəfdaş

autoshape 16



Alıcılar

autoshape 18 autoshape 19


Muzdlu işçi

autoshape 17


Qanuna müvafiq olaraq hər bir sahibkarlıq fəaliyyəti subyekti:



  • müəssisə təsis etmək, əldə etmək və ya yenidən dəyişdirmək yolu ilə, həmçinin müəssisənin mülkiyyət sahibi ilə müqavilə bağlayaraq sahibkarlıq fəaliyyətinə başlamaq və onu aparmaq; bankda hesab açmaq, hər cür hesablaşma, kredit və kassa əməliyyatları yerinə yetirmək;

  • maliyyə vəsaitlərindən, intelektual mülkiyyət formalarından, vətəndaş və hüquqi şəxslərin mülkiyyəti və ayrı-ayrı mülkiyyət hüquqlarından razılaşma yolu ilə cəlb və istifadə etmək;

  • müstəqil vəsaitlərindən, intelektual mülkiyyət formalarından, vətəndaş və hüquqi şəxslərin mülkiyyəti və ayrı-ayrı mülkiyyət hüquqlarından razılaşma yolu ilə cəlb və istifadə etmək;

  • müstəqil olaraq istehsal proqramı yaratmaq, məhsul üçün tədarükçü və istehsalçı seçmək, Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə təyin olunmuş hədlərdə bu məhsula qiymət qoymaq;

  • xarici iqtisadi fəaliyyətlə məşğul olmaq, valyuta əməliyyatları aparmaq;

  • müəssisənin idarə olunmasına dair inzibati-sərəncamçılıq fəaliyyəti ilə məşğul olmaq;

  • mövcud qanunvericiliyə və müəssisənin Nizamnaməsinə müvafiq olaraq müəssisənin adından yaxud öz adından işçiləri işə götürmək və işən çıxartmaq;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə, nüqavilə və Nizamnaməyə uyğun olaraq vergiləri və digər ödənişləri ödədikdən sonra qalan, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəliri (dividenti) müstəqil idarə etmək;

  • Dövlətin sosial təminatı, səhiyyə və sosial siğorta sisteminin xidmətlərindən istifadə etmək;

  • Sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər biliklərini yaratmaq;

  • Məhkəmədə (arbutrajda) qanunun qoyduğ qaydada vətəndaşların, hüquqi şəxslərin, dövlət idarəetmə orqanlarının hərəkətlərinə qarşı iddiaçı kimi çıxış etmək hüquqlarına malikdir.

Bununla yanaşı qanun həm də sahibkarın vəzifələrini də təyin edir.Sahibkar:

  • Azərbaycan Respublikası qanunvericiliyindən irəli gələn, bağlanmış müqavilələrdə, həmçinin müəssisə mülkiyyətinin sahibi ilə bağlanan müqavilələrdə göstərilən öhdəlikləri yerinə yetirməli;

  • Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq müstəqil və ya müəssisə adından muzdla işləyən vətandaş və ya təşkilatlarla əmək müqavilələri bağlamalı;

  • Müəssisənin bütün işçiləri ilə həmin müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq bağlanmış müqaviləyə müvafiq şəkildə tam hesablaşmalı;

  • Muzdla tutulmuş vətəndaşların Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq və kollektiv müqavilə əsasında əmək fəaliyyətini təmin edərək sosial, tibbi və digər vacib siğortalamaları həyata keçirməli;

  • Əlillərin və əmək fəaliyyəti məhdud olan digər şəxslərin sosial müdafiəsinə dair mərkəzi və yerli hakimiyyət orqanlarının qərarlarını yerinə yetirməli;

  • Müəssisənin gəliri haqqında deklarasiyanı vaxtı-vaxtında təqdim etməli, vergiləri Azərbaycan Respublikası qanunvericiliyində göstərilən qayda və ölçüdə ödəməli;

  • Kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi sürətdə müssisənin müflis olduğunu elan etməlidir.

Müasir sahibkar sahibkarlığın hüquqi statusunu (hüquq, vəzifə və öhdəliklər), sahibkarlıq fəaliyyətinin idarəolunma prinsiplərini və qanunauyğunluqlarını yaxşı bilməlidir. Sahibkarlığın ictimai məzmununu təhlil edərkən, onu üç tərkib hissəsinə bölürlər: sahibkarlıq iqtisadi kateqoriya kimi; sahibkarlıq təsərrüfatçılıq metodu kimi; sahibkarlıq iqtisadi təfəkkür kimi.

Əsas kapitala yönəldilmiş investisiyaların 50,4%-i tikinti quraşdırma işlərinə xərcləndiyi halda 2010-cu ildə bu göstərici 15,9% artaraq 66,3%-ə çatmışdır. Maşın, avadanlıq, alət və inventarların xüsusi çəkisi 31,7%-dən 26,1%-ə, sair işçilərin xüsusi çəkisi isə 17,9%-dən 7,6%-ə enmişdir. Bu ölkədə tikinti quraşdırma işlərinin yüksək olduğunu göstərir. Əsas kapitala yönəldilmiş investisiyaların sürətlə artması ümumi daxili məhsulun strukturunda tikinti sahəsində yaranmış əlavə dəyərin xüsusi çəkisi artımına və tikintinin sosial-iqtisadi göstəriciləri indeksinə də təsir etmişdir.



Tikinti sahəsində yaranmış əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisi.

Cədvəl 2.2

İllər

faizlə

1990

8,1

1991

6,2

1992

7,2

1993

7,3

1994

7,3

1995

3,7

1996

9,3

1997

11,7

1998

13,0

1999

10,9

2000

6,5

2001

5,8

2002

8,7

2003

11,2

2004

12,5

2005

9,4

2006

7,7

2007

6,7

2008

7

2009

7,2

2010

8,1

2011*

8,2
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə