I fəSİL. 6 Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu 6




Yüklə 0.7 Mb.
səhifə4/8
tarix09.03.2016
ölçüsü0.7 Mb.
1   2   3   4   5   6   7   8

Qeyd etmək lazımdır ki, sovetlər vaxtından tikintidə istifadə olunan əsas maşın və mexanizmlər öz müddət vaxtını keçməsinə baxmayaraq müstəqillik illərinin əvvəllərində istifadə olunurdular. Belə ki, istifadə olunan birçalovlu ekskavatorlann 75 faizi, çoxçalovlu ekskavatorların 60 faizi, tirtilli gedişli kranların 58 faizi, skreperlərin 86 faizi, avtoqrederlərin 81 faizi, qülləli kranların 60 faizi, avtomobil kranların isə 62 faizi, buldozerlərin 55 faizi öz xidmət müddətlərini keçmişlər. Bununla əlaqədar 2000-ci ilin əvvələrindən başlayaraq tikintidə istifadə olunan maşın və mexanizmlərin əksəriyyəti Avropa ölkələrindən gətirilmiş yeni yüksək məhsuldarlığı ilə xarakterizə olunan müasir texnika ilə əvəz edilmişdir. Heç də təsadüfi deyil ki, 2010-cu ildə tikintinin inkişafına 148.0 mln. manatdan çox əsas kapitala vəsait yönəlmişdir, bu da 2000-ci ilə nisbətən 10 dəfə artıqdır.



1.2 Tikinti sektorunun texniki-iqtisadi

xüsusiyyətlərinə təsir edən amillər.

Tikinti - sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr ilə yanaşı, ölkə iqtisadiyyatının müstəqil və mühüm sahələrindən biridir.

Tikintinin əsas vəzifəsinin, texniki tərəqqinin nailiyyətləri əsasında, iqtisadiyyatın sahələri üzrə yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi, mənzil tikintisi, digər sosial və mədəni-məişət obyektlərinin istifadəyə verilməsindən ibarət olduğunu nəzərə alsaq, bu sahənin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını görərik.

Hal-hazırda tikinti ölkə iqtisadiyyatının aparıcı sahələrindən biridir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublikada 2010-cu ildə istehsal olunan Ümumi Daxili Məhsulun 7,5 faizi bu sahənin payına düşür. Burada 70 minə yaxın insan çalışır, 1700-ə qədər podrat və ixtisaslaşdırılmış tikinti- quraşdırma təşkilatları fəaliyyət göstərir ki, onların da daxili imkanları hesabına 2010-cu ildə 6,4 mlrd. manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür. Ölkədə, 3.0 mindən çox insanın çalışdığı 70-dən çox layihə təşkilatı mövcuddur.

Tikinti, ölkə iqtisadiyyatının bütün sahələri ilə əlaqədardır və sənayenin sürətlə inkişafından xeyli asılıdır. Tikintidə müxtəlif növ materiallardan istifadə olunur: metal, meşə materialları, sement, polimer, qeyri-filiz və digər materiallar. Maşınqayırma sənayesi, tikintini maşın, texnoloji avadanlıq, nəqliyyat və digər məhsullarla təchiz edir.

Ölkə iqtisadiyyatının iqtisadi-texniki potensialının artması, əhalinin maddi rifahının yaxşılaşdırılması, tikinti-quraşdırma işlərinin sürətindən və səmərəli aparılmasından bilavasitə asılıdır.

Tikintinin son məhsulu öz texniki-iqtisadi xüsusiyyətlərinə görə xalq təsərrüfatının digər sahələrindən fərqlənir. Bu, tikinti məhsulunun xüsusi xarakteri, pul vəsaitinin qoyuluş şərtləri, onların istifadəsi, ödənilməsi, inşaat prosesinin təşkili və idarəolunması metodları, tikintinin istehsal texnologiyasının xüsusiyyətləri ilə izah olunur.

Tikinti məhsulu (binalar,qurğular) müəyyən bir torpaq sahəsində yaradılır və tikinti müddəti ərzində və istismar dövründə inşa edildiyi yerdə qalır. Onun yaranmasında istifadə olunan əmək alətləri və işçi qüvvəsi daimi hərəkətdə olur. Hər hansı obyektin inşası tikinti meydançasında tikintinin istehsal bazasının yaradılmasından başlayır və o da (qurulacaq obyektin həcmindən asılı olaraq) özünün dəyər göstəricilərinə görə inşa dəyəri ilə müqayisə oluna bilər. Məsələn, iri və xırda su-elektrik stansiyalarının tikinti təsərrüfatının dəyəri əsas qurğuların dəyərinin 15 –dən 20%-ə qədər, istilik-elektrik satansiyalarının – 10-15%, iri sənaye obyektlərinin 8-12%-ni təşkil edir. Başqa sözlə, obyektin əsas qurğularının tikintisinə başlamaq üçün tikinti meydançasında, əslində, xüsusi istehsal müəssisəsi yaratmaq lazımdır ki, onun da tikinti məhsulu - qurulan obyekt olacaqdır. İnşaat – sənaye istehsalının tam əksidir. Sənaye istehsalında məhsulun buraxılışına qədər binalar, qurğular yaradılır, texnoloji avadanlıq quraşdırılır, istehsalın texnologiyası işlənilir və yalnız bundan sonra məhsulun buraxılışına başlanılır. Bu vəziyyət tikinti prosesinin təşkili və idarə olunmasının özünəməxsus formalarının, istehsal texnologiyasının xüsusi metodlarının olmasını tələb edir.

Tikinti məhsulunun müəyyən torpaq sahəsində yerləşməsi onu torpaq sahəsinin qiymətindən, torpaq bazarında qiymət konyukturasından asılı vəziyyətdə qoyur.

Tikinti məhsulunun texniki-iqtisadi göstəricilərinə vaxt faktoru böyük təsir göstərir. Hər hansı bir obyektin inşa müddəti yalnız aylarla deyil, bir çox hallarda, özü də iri obyekt tikilirsə, illərlə davam edir. Bu da kapitalın dövriyyədən uzun müddətə çıxarılmasına və praktiki olaraq “ölüləşdirilməsinə” səbəb olur. Tikinti obyektlərinin böyük kapital həcmini nəzərə alsaq, kapitalın dövriyyədən uzun müddətə çıxarılması və tikintiyə qoyulması olduqca məsuliyyətli və olduqca risqli bir qərardır. Həm də nəzərə almaq lazımdır ki, kapitalın tikintidə dövretmə müddəti sənayedəkindən bir neçə dəfə çox, ticarətdəkindən isə onlarca dəfə artıqdır. Bunun üçün də tikinti-quraşdırma işlərinə vəsait qoyuluşu haqqında qərar ciddi texniki-iqtisadi hesablamalarla əsaslandırılmalıdır.

Hər bir obyektin inşası müəyyən təbii mühitdə həyata keçirilir və təbii mühitin öz topoqrafik, mühəndis-geoloji və iqlim xüsusiyyətləri olur. Bununla bağlı olaraq hər konkret hal üçün öz konstruktiv-quraşdırma yolları axtarılır ki, yerin relyefi, külək və qar yükü, seysmik təsirin böyüklüyü, istilik rejimi nəzərə alınsın. Divarların, örtüklərin qalınlığı, bina və qurğuların daşıyıcı konstruksiyalarının parametrləri, özülün ölçüləri (nəticə olaraq həm də onların dəyəri) tikinti zonasının iqlim şəraitindən birbaşa asılı olur. Bundan başqa, qış vaxtı açıq havada tikinti işlərini yerinə yetirən inşaatçıların əmək haqqı da iqlim şəraitindən asılı olur. Buna görə də ökənin müxtəlif regionlarında inşa edilən eyni tipli bina və qurğular üçün müxtəlif ölçüdə maddi-texniki, əmək və maliyyə xərcləri tələb olunur.

İnşaat istehsalat əlaqələrinin müxtəlifliyi ilə seçilir. Hər hansı obyektin inşasında onlarla, iri obyekt tikilirsə - bundan da çox layihə-axtarış, elmi-tədqiqat, inşaat və quraşdırma təşkilatları, əsas texnoloji avadanlığı hazırlayan zavodlar, tikinti-quraşdırma avadanlığı və tikinti materiallarının təchizatçıları, banklar və bu və ya digər tərzdə vəsaiti tikintidə iştirak edən obyektlər işirak edir.

İnvestisiya prosesinin bütün iştirakçılarının son məqsədi maksimum gəlir götürməkdirsə, inşaat prosesində hər bir iştirakçının öz xüsusi vəzifəsi olur. Bununla bağlı elə iqtisadi meyarların yaranmasına ehtiyac duyulur ki, onlar investisiya prosesinin bütün iştirakçılarını vahid bir məqsədə - tikintinin müəyyən edilmiş müddətdə və minimum xərclərlə başa çatdırılması ətrafında birləşdirsin.

İnşaat prosesində əlaqələrin kooperasiyası həm təchizat və xidmət (müəyyən keyfiyyətli tədarük, komplektlilik və materiallar ilə təchiz müddəti nəzərdə tutulur) sahəsində, həm də istehsal sahəsində, yəni inşaat obyektində vahid texnoloji prosesin qarşılıqlı əlaqəli tərkib hissələrinə bölünməsi yolu ilə həyata keçirilir ki, onları da müxtəlif icraçılar yerinə yetirir. Bunun üçün vaxt, məkan, tətbiq olunan mexanikləşdirmə vasitələrinin növləri, ayrı-ayrı bina və qurğu elementlərinin digər icraçılar tərəfindən işin görülməsi üçün hazır olmasına dair razılaşmalar olmalıdır. Təşkilatların sayının çoxluğu, qarşılıqlı əlaqələrin mürəkkəbliyi tikinti prosesinin bütün iştirakçılarının dəqiq təşkilini və koordinasiyasını tələb edir.

İnşaatda texnoloji silsilənin müddəti tikinti məhsuluna aid hesablamaların xüsusi bir formasını irəli çəkir. Hesablamalar şərti olaraq hazır sayılan məhsul üçün aparılır - işin mərhələləri, binaların konstruktiv hissələrinin yerinə yetirilməsi və işin növü üçün. Bu da qiymətin təkcə ümumiyyətlə obyekt üçün deyil, həm də işin ayrı-ayı növləri və mərhələləri üçün qoyulmasının labüdlüyünü müəyyən edir.



Nəzərə alsaq ki, qarşılıqlı təsir əlaqələri təsir etmənin (hava şəraiti, təchizatdakı nizamsızlıq) ehtimal xarakterinə malik olan dinamik şəkildə inkişaf edən istehsal prosesləri şəraitində reallaşdırılır, tikintinin təşkili və idarə olunması sistemi səmərəli tənzimçilər sistemini müəyyənləşdirməlidir ki, qarşılıqlı təsir əlaqələrinin etibarlılığını təmin etmək və onlara maksimum davamlılıq vermək mümkün olsun. Buna ehtiyat gücü, istehsal ehtiyatları, ehtiyat fondları və s. yaratmaqla nail olmaq mümkündür.

Tikinti iqtisadiyyatın digər sahələri kimi iqtisadi qanunlar əsasında inkişaf edir. Sənayenin inkişafına xas olan bütün iqtisadi qanunlar tikintidə mövcuddur. Lakin, bu qanunların tikintidə təzahürü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu, tikintinin sonuncu məhsulunun özünəməxsus spesifik xarakteri ilə, maddi- texniki bazasının xüsusiyyətləri ilə, tikintinin texnoloji xarakteri və tikintidə çalışanların özünə xas şəraiti ilə bağlıdır.

Bildiyimiz kimi sənaye məhsulunun istehsalı stasionar, həmişə bir yerə qapanmış sabitliyi ilə xarakterizə olunur. İstehsal vasitələri – maşın, istehsal avadanlığı, dəzgah - bir yerə bərkidilmiş və hərəkətsizdir, amma istehsal olunan sonun­cu məhsul daima hərəkətdədir.

Tikintidə isə, əksinə sonuncu məhsul (bina, qurğular, yaşayış evləri, məktəblər və s.) hərəkətsizdir, bir yerə bağlılığı ilə fərqlənir, eyni zamanda istehsal vasitələri (tikintiyə xidmət edən maşın və mexanizmlər) və işçi qüvvəsi daima hərəkətdə olaraq, obyekti istifadəyə verdikdən sonra yeni tikinti meydançalarına hərəkət edirlər. Beləliklə, istehsal prosesi tikintidə daima qırılır. Sənaye istehsalından fərqli olaraq (bina və qurğuların tikilməsi, avadanlığın quraşdırılması, tex­noloji xətlərin nizamlanması) tikintidə işlər tikinti təsərrüfatının və tikinti meydançasının yaradılmasından başlayır. Bu isə, tikintidə təşkilatı işlərin aparılmasını, işlərin görülməsində artıq xərclərin sərf edilməsini və sairə tədbirlərin görülməsini tələb edir.

Tikintinin digər xüsusiyyətləri iqtisadiyyatın digər sahələri ilə müqayisədə onun vahid məhsulunun uzun zaman yaradılması və qiymətinin yüksək olmasıdır.

Tikintinin məhsulu (bina və qurğular) sənaye məhsulundan fərqli olaraq (hər hansı bir cihaz, televizor, avadanlıq, 1 ton metal və sairə) birdəfəlik xeyli xərc və uzun müddət tələb edir. Bununla əlaqədar tikintinin vaxtının qısaldılmasını, ma­terial və əmək vəsaitlərindən səmərəli istifadə edilməsi əsas kapitala qoyulan sərmayənin effektivliyini xeyli təmin edən amillərdən biridir.

Tikinti yerli şəraitdən, ilk öncə hava şəraitindən çox asılıdır. Baxmayaraq ki, Azərbaycanda iqlimlə əlaqədar il boyu tikinti işlərini aparmaq üçün lazımı imkanlar vardır, eyni zamanda mənfi iqlim şəraiti tikintinin texnologiyasını və təşkilini mürəkkəbləşdirir. Qış şəraitində, güclü küləklər olan zaman, tikinti işlərini aparmaq üçün xüsusi tədbirlərin həyata keçirilməsi tələb olunur. Bununla əlaqədar iqlim şəratini nəzərə almaqla tikintisi nəzərdə tutulan obyekt üçün layihə və smeta sənədləri təsdiq edilir. Layihə və smeta sənədlərində artıq və səmərəsiz xərclərə yol verməmək məqsədilə tikintinin yuxarıda qeyd edilən xüsusiyyətləri layihə-smeta işlərinin dəqiq təşkil edilməsini tələb edir.

Beləliklə, qeyd edilən tikintinin xüsusiyyətləri tələb edir ki, tikintinin təşkili, texnologiyası və tikintinin iqtisadiyyatı ilə bağlı məsələlərin həllinə spesifik yanaşma tətbiq olunsun.

1.3 Tikinti sektorunda müqavilə münasibətlərinin

təkmilləşdirilməsi

Tikinti məhsulunu sifarişə əsasən istehsal edəndə qanuniləşdirilmiş sənəd sifarişçi ilə podratçı arasında bağlanan podrat (kontrakt) müqaviləsidir. Bir neçə ildə icra edilən tikintiyə baş podrat müqaviləsi, bir il üçün isə - illik müqavilə bağlanılır. Müqavilənin hazırlanma keyfiyyətindən çox şey asılıdır.

Praktikada elə hallara rast gəlirik ki, bu və ya digər tərəf öz hüququnu müdafiə edə bilmir, çünki müqavilədə onların arasında qarşılıqlı öhdəliklər və məsuliyyətlilik kifayət qədər göstərilmir. Bu da iddia ərizəsini əsassız hesab edir. Məsələn, işlərin qiymətləri çox hallarda inflyasiyanın, bazar əyilmələrinin, gömrük ödəmələrinin dəyişməsini və s. nəzərə almır. Ona görə də müqavilə tərtib ediləndə hər bir tərəf öz maraqlarının maksimum təmin edilməsinə cəhd göstərməlidir.

Müqavilə hazırlananda aşağıdakı prinsipləri rəhbər tutmaq zəruridir:


  • müqavilə şərtlərinin obyektivliyi və predmeti;

  • xarici və daxili səbəblərin dəyişilməsi mümkünlüyünü nəzərə alan müqavilənin məzmunun tamlığı;

  • müqavilənin məzmunlu hissəsinin kifayət qədər olması;

  • digər tərəfin tələblərinə hörmətlə yanaşma;

  • müqavilə müddəti ərzində əlavələrin dəyişikliklərin aparılması mümkünlüyü;

  • müqavilə şərtlərini tərəflər vaxtsız və keyfiyyətsiz yerinə yetirəndə, maddi və digər məsuliyyətin müəyyən edilməsi;

  • fikir ayrılığı və münaqişə vəziyyətlərini danışıqlar və qarşılıqlı məsləhətlər yolu ilə həll edilməsi;

  • işlərin istehsalı üçün zəruri materialların, maşınların, mexanizmlərin və avadanlığın ixrac və ya idxalı ilə əlaqədar gömrük xərclərinin dəqiq müəyyənləşdirilməsi;

  • müxtəlif tikinti risklərinin sığortalanması üzrə öhdəliklərin dəqiq bölüşdürülməsi (o cümlədən avadanlığın, ayrıca tikinti konstruksiyalarının və heyətin);

  • mübahisəli məsələlərin həll edilməsi mümkün olmayanda razılaşmış formada arbitraj məhkəməsinin seçilməsi.

Müqavilənin formalaşması onun şərtlərinin razılaşma üsulunun və onların həllərinin birgə hazırlanmasını nəzərdə tutur. Qəbul edilən qərarlar obyektiv olaraq bir-birindən asılıdır və həmin asılılıq onların qəbulunun müəyyən ardıcıllığını tələb edir və onların digər şərtlərdən ayrıca baxılması imkanını istisna edir.

Müqavilə həllərinin hazırlanması qaydaları podrat müqaviləsinin bağlanması haqqında razılaşmaların əldə edilməsi yolundan asılıdır: müsabiqənin nəticəsinə görə və уa müsabiqədə iştirak etməməsinə görə.



Tikintinin yenidən qurulması, obyektlərin təmiri və xidmətlərin bütün səviyyələrində büdcə investisiyaları, adətən, müsabiqəyə əsasən həyata keçirilir. Müsabiqələrin aparılmasında müsabiqə sənədlərinin tərkibinə dövlət kontraktının şərtləri (işlərin təsviri, xidmət, onların həcmi haqqında məlumatlar, işlərin yerinə yetirilməsi və müddəti və ya göstərilən xidmətlər və digər şərtlər) daxil edilir. Bu praktiki olaraq о deməkdir ki, dövlət kontraktının əsas müddəaları müsabiqə sənədlərində müəyyən edilir. Tikinti müəssisəsi-müsabiqə qalibi kimi müsabiqə sənədlərində göstərilən şərtlərin səviyyəsindən kənara çıxa bilməz.

Bəzi hallarda, müsabiqə aparılmayanda tərəflər podrat müqaviləsinin bütün şərtləri haqqında razılaşırlar. Ona görə də bütün subyektlərin maraqları müəyyənləşdirilir, sonra isə həm müqavilənin formalaşması prosesində, həm də qərarların qəbul edilməsi prosesində nəzərə alınır.

Podrat müqaviləsində aşağıda göstərilən şərtlər müzakirə edilir:

  • işlərin dəyəri və onun strukturu;

  • müqavilə üzrə obyektin (işlərin) təhvil-qəbul qaydaları;

  • təhvil verilən işlər üzrə keyfiyyət təminatı;

  • qarşılıqlı hesablamalarm qaydaları.

Tikinti obyektinə nisbətən köməkçi və müqavilənin yerinə yetirilməsi məsələləri baxılır:

  • tikinti materiallarının və avadanlığının təminatı (hansı tərəf konkret materialları və avadanlığı göndərir, hansı şərtlərlə üstəlik xərclər müəyyənləşdirilir);

  • işlərin görülməsi üzrə öhdəliklər (tikinti meydançasının abadlaşdırılması, gizli tikinti işləri, tikinti işlərinin görülməsi jurnalının aparılması s.);

  • mülkiyyət hüququ;

  • tikiləcək obyektin mühafizəsi;

  • obyektin sığortalanması;

  • müqavilənin reallaşdırılması, о cümlədən işlərin həyata keçirilməsi (obyektdə sifarişçinin nümayəndəsi) üzrə nəzarət və maliyyə intizamına riayət edilməsi;

  • təminat və zəmanət.

  • Müqavilənin reallaşdırılması şərtlərinin dəyişilməsi aşağıdakı kimi bölünə bilər:

  • tərəflərin öz öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar dəyişiklər (sifarişçinin podratçının günahından tikintinin dayandırılması, podratçı və ya sifarişçi tərəfindən materialların və avadanlığın komplektli göndərişinin və keyfiyyətinin uyğun olmaması s.).

  • tikintinin xarici şərtlərinin dəyişilməsi (qanunçuluğun dəyişilməsi, material resursları və əməyin ödənilməsi üzrə qiymətlərin dəyişilməsi).

Hazırda tikintidə dövlətin, müəssisənin və vətəndaşın əmlak marağının müdafiə sistemi kimi sığortalama geniş yayılmışdır. Ona görə də müqavilə tikinti obyektlərinin tikinti risklərinin sığortalanmasını həyata keçirən tərəflərin öhdəlikləri nəzərdə tutulmalıdır.

Müqavilə tərtib edilən prosesdə podratçı tərəfindən təhvil verilən işlərin keyfiyyətinin təminatı danışılmalıdır, sifarişçinin işlərin keyfiyyəti üzrə iddiası tənzimlənməli və baxılmalıdır. Təminat müddəti tərəflərin razılığı ilə həmin işlərin növləri üzrə tikinti normaları və qaydalarında (TN və Q) müəyyən edilmiş müddətdən az olmamaq (5 il ərzində) şərtilə.

Bazar münasibətlərinin mühüm əlaməti podrat torqudur (podrat müqaviləsinin bağlanması üçün müsabiqə).

Müəyyən texniki-iqtisadi xarakteristikalara malik əmtəənin (layihənin, obyektin, məmulatın, işin və s.) alınması formasına və alıcı tərəfindən satıcılar üçün elan edilən müsabiqəyə tender (torq) deyilir. Əmtəənin alınmasının belə üsulu, sifarişlərin yerləşdirilməsi podratların verilməsi əvvəlcədən müəyyən edilmiş müddətə bir neçə tədarükçülərdən ya podratçılardan təkliflərin alınmasını nəzərdə tutur. Torqun (qiymətlərə, müddətlərə, digər kommersiya şərtlərinə görə) təşkilatçılarına verilən təkliflərdən ən faydalısı seçilir sonra müqavilə bağlanılır.

Qeyd etmək lazımdır ki, «tender» termini (ingiliscə tender deməkdir, yəni pulları, xidmətləri təklif etmək, podratın qiymətlərini müəyyən etmək üçün təkliflər və sifarişlər göndərmək) beynəlxalq praktikada müxtəlif mənalarda işlənilir:



  • avadanlıqların alınmasına sifarişlərin müsabiqə formasında yerləşdirilməsi və ya obyektlər kompleksinin tikilməsi üçün podratçıların cəlb edilməsi və digər işlərin yerinə yetirilməsi, injinirinq (tikinti və sə- nayenin istismarına, infrastrukturlara, kənd təsərrüfatı və digər obyektlərə xidmət, kommersiya хаrakterli istehsal prosesinin hazırlanmasına və təmininə, məhsulun reallaşdırılmasına və s. mühəndis-məsləhət xidmətləri) daxil edilməklə;

  • yazılı təklif, sifariş, ofert (həmin şərt üçün lazım olan hər şey üçün: malın növləri, onun miqdarı və tədarük müddəti, qiymətlər və уa qiymətlərin preyskurantları, sövdələşmənin həcmindən asılı güzəştlər, kreditin şərtləri və ödəmə qaydaları, təkliflərin fəaliyyət müddəti və digər şərtlər), habelə təcili müqaviləyə əsasən malların tədarükü niyyəti haqqında xəbər vermə;

  • qiymətli kağızların, istiqrazların, digər qiymətli kağızların bazarında vasitəçi kimi torqda iştirаk etmək üçün ərizə verilməsi;

  • rəqabətçilərin qiymətləri imkanında (xüsusi xərclər səviyyəsində və ya mala tələb kəmiyyətində yox) müəssisə tərəfindən təklif edilən qiymətlər.

Milli müəssisələrin (firmaların, şirkətlərin və s.) iştirakı ilə aparılan torqlarda daxili və xaricilərin iştirakı isə beynəlxalq adlandırılır. Öz növbəsində, beynəlxalq torqlar açıq ola bilər, onda bütün arzu edən müəssisələr iştirak edə bilərlər, qapalıda isə - beynəlxalq bazarlarda tanınmış məhdud dairəli tədarükçülər və alıcılar iştirak edirlər. Bəzi hallarda yarım qapalı yə iki mərhələdə torqlar aparılır. Birinci mərhələdə iştirakçılar seçilir, ikincidə isə - torqlar aparılır.

Torqların predmetləri podratlar ola bilər, bunlara aiddirlər:

  • istehsal və qeyri-istehsal əhəmiyyətli binalar, qurğular, müəssisələr, sexlər, «tam hazır obyekt» şərtilə tikilənlər;

  • tikinti-quraşdırma işləri kompleksinin yerinə yetirilməsi və işəsalma işləri;

  • texnoloji avadanlıqlar kompleksinin tədarükü;

  • layihənin idarəedilməsi, texniki-iqtisadi əsaslandırılması, layihələşdirilməsi, sair tədarüklər və xidmətlər, о cümlədən məsləhətçilərin xidmətləri.

Torqların (tenderlərin) əsas iştirakçıları aşağıdakılardır:

  • sifarişçi - fiziki şəxs üçün torq obyektlərinin təchiz edilməsi, tikilməsi və ya yenidənqurulması;

  • torqların təşkilatçısı - onların aparılmasını təşkil edən fiziki şəxsə sifarişçinin tapşırığı;

  • tender komitəsi - torqları aparmaq üçün sifarişçi və ya təşkilatçı tərəfindən yaradılan daimi və ya müvəqqəti orqan;

  • oferent (iddia edən) - şəxsin adından bağlanılan ofert, yəni tenderlərdə iştirak etməyi iddia edənin niyyətini yazılı təsdiq edən sənədlər paketi və əlavə iddiaçıları nəzərə almaqla tender sənədlərində sifarişçinin müəyyən etdiyi şərtlərlə torqların konkret predmetinə nisbətən müqavilələrin bağlanması.

İddia edən - ofert qeydiyyatdan keçənə qədər (qeydiyyatdan keçdikdən sonra о oferent statusu əldə edir) torqda iştirak etmək qərarına gələn şəxsdir. Ofert möhkəm və azad olurlar. Möhkəm ofert təklifin fəaliyyət müddəti göstərilməklə təkcə bir alıcıya ünvan edilir və həmin dövrdə satıcı şərtləri dəyişdirilə bilməz, başqa şəxsə təklif edə bilməz. Müəyyən edilən dövr ərzində alıcıdan cavab alınmayanda imtina etmək kimi qəbul edilir və satıcını verdiyi təklifdən azad edir.

Azad və ya təşəbbüskarlıq oferti satıcı tərəfindən heç bir öhdəlik verilmədən edilir, bir neçə ünvana göndərilə bilər və təsir müddəti haqqında göstəriş verilmir. Onlara reklam-informasiya materialları (kataloqlar, perspektivlər və s.) əlavə edilə bilər. Ofertin şərtləri ilə alıcının razılığı hələ müqavilənin bağlanılması deyildir. Ənənəvi partnyorların sövdələrində, adətən, möhkəm ofertlərdən istifadə olunur.



Ofertdə təşkiati, texniki və kommersiya məsələləri haqqında məlumatlar göstərilir.

Təşkilat haqqında məlumatlara onun tam adı, rekvizitləri (ünvan, telefon, telefaks, hesab və s.), fəaliyyət istiqamətləri, qeydiyyat və nizamnamə sənədlərinin nüsxələri, lisenziyalar, təşkilat quruluşu (filialların mövcudluğu və s.), işçilərin tərkibi və ixtisası, maliyyə vəziyyəti və ödəmə qabiliyyəti haqqında məlumatlar, ofislər və istehsal sahələrinin siyahısı və s. daxildir.

Texniki hissəyə işlərin yerinə yetirilməsi qrafiki və sxemləri, tikinti texnikasının və texnoloji avadanlıqların tədarükü, işlərin icrasının təqvim planları, cəlb edilən yardımçı podratçıların və nəqliyyat təşkilatlarının material və əmək resurslarının, tikinti maşınlarının tərkibi, iş vaxtının rejimi, kadrlarla təmin olunma, öz növbəsində onların mənzil və sosial infrastruktur obyektləri ilə təmini, təhlükəsizlik texnikası üzrə təkliflər, ətraf mühitin mühafizəsi s. aiddirlər.
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə