I fəSİL. 6 Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu 6




Yüklə 0.7 Mb.
səhifə1/8
tarix09.03.2016
ölçüsü0.7 Mb.
  1   2   3   4   5   6   7   8
Mündəricat.

səh.


I FƏSİL. 6

Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu 6

1.1 Bazar iqtisadiyyatına keçid dövründə tikinti sektorunun qarşısında duran əsas vəzifələr. 6


Giriş

Bazar münasibətləri şəraitində iqtisadi fəaliyyət mərkəzi bazar iqtisadiyyatının əsas bölməsinə - müəssisəyə (firmaya) keçirilir. Məhz bu səviyyədə cəmiyyətə lazımı məhsul yaradılır, zəruri xidmətlər göstərilir. Burada ən ixtisaslı kadrlar cəmləşdirilir, müasir yüksək mahsuldarlı texnika və texnologiyanın tətbiqi, resursların qənaətli sərfi məsələləri həll edilir. Müəssisələrdə məhsulun istehsal xərclərinin aşağı düşməsinə və xidmətlərin göstərilməsinə nail olunur, burada planlar işlənilir, effektli idarəetmə həyata keçirilir.

Müasir şəraitda müəssisənin işçilərinin müvəffəqiyyətli fəaliyyəti üçün dərin iqtisadi biliklər tələb olunur. Bu gün ancaq о müəssisə yaşaya bilər ki, bazarın tələblərini ən savadlı və səriştəli müəyyən edir, məhsul istehsalını yaradır və təşkil edir, xidmətlər göstərir, öz işçilərini yüksək gəlirlə təmin edir.

Qarşıya qoyulan məsələləri ancaq tikinti iqtisadiyyatının əsaslarını tam mənimsəməklə həll etmək оlar.

İqtisadiyyat” termini deyəndə nə başa düşülür? P. Samuelsonun tərifinə uyğun, iqtisadiyyat elmi faydalı məhsul istehsalı üçün müəyyən, məhdud resursları istifadə edir və müxtəlif qrup insanlar arasında onları bölüşdürür. Ona görədə tikintinin iqtisadiyyatı - hər bir müəssisə çərçivəsində onları həyata keçirən elmdir.



Tikintinin iqtisadiyyatı elm kimi cəmiyyətin iq­tisadi fəaliyyət subyektlərinin qarşılıqlı təsir mexanizminin nəzəri əsaslarını və bazar strukturu fəaliyyətinin praktiki formalarını əsaslı tikinti sahəsində öyrənir.

İqtisadiyyat həyatın hadisələrinin və proseslərinin öyrənilməsi səviyyəsindən asılı olaraq makroiqtisadiyyat və mikroiqtisadiyyat sahələrinə bölünür.

Makroiqtisadiyyat - iqtisadiyyatı bütövlükdə öyrənir və təhlil edir, ölkə miqyasında məhsulun istehsalı, bölgüsü, milli gəlirin bölgüsü, onların artımı, istehlakı proseslərini öyrənir. О eyni zamandada hər nəfərin və ya ailənin gəliri və xərcləri, əməyin orta məhsuldarlığını da öyrənir.

Mikroiqtisadiyyat - istehsal prosesini (iş, xidmət) müəssisə (firma), insan, ailə səviyyəsində təhlili, təşkili, idarəedilməsi, öyrənilməsi deməkdir. Mikroiqtisadiyyat məhsul, onun qiyməti və istehsalı xərclərindən, reallaşdırmadan alınan puldan, iqtisadi layihələrin səmərəliliyindən, istehsal və istehlak həcmi kimi göstəricilərdən istifadə edir.

Mikroiqtisadiyyatla makroiqtisadiyyat qarşılıqlı təsirdədirlər. Mikroiqtisadiyyat makroiqtisadiyyatın əsasıdır.

Tikintinin iqtisadiyyatı bir tərəfdən iqtisadi nəzəriyyə ilə sıx əlaqədardır. İqtisadi nəzəriyyə bütün iqtisad elmləri sahələrinin nəzəri-metodoloji əsasıdır və maddi nemətlər istehsalı, bölgüsü, mübadiləsi, istehlakı prosesində insanların davranışlarını öyrənir. Digər tərəfdən о istehsalın maddi amillərini öyrənən, xüsusi elmi fənnlərə əsaslanır, məsələn, “Tikintinin təşkili və idarəedilməsi”, Tikinti istehsalının texnologiyası”, “Metal və ağac konstruksiyaları”, “Mühəndis və iqtisadi hesablaşmalarda hesablama texnikası” və s. Öz növbəsində də “Tikintinin iqtisadiyyatı” sahədə sosial-iqtisadi fənnlərin elmi anlayışlarını işləmək üçün nəzəri əsasdır, məsələn, “Planlaşdırma və proqnozlaşdırma”, “Maliyyələşdirmə və kreditləşdirmə”, “Tikintidə əməyin iqtisadiyyatı”, “Tikintinin statistikası” və s.

Tikintinin iqtisadiyyatı ən muhüm ümumiləşdirici elmi fənnlərdən biridir. Onun əsas diqqəti aşağıdakı elmi aspektlərdə cəmləşir: tikintinin inkişafının ümumi iqtisadi qanunauyğunluğu; tətbiqi sahələrarası iqtisadiyyat; onun bütün təzahüründə konkret iqtisadiyyat.

Tikintinin iqtisadiyyatı bir elm sahəsi kimi özüməxsus anlayışlara, kateqoriyalara, qanunauyğunluqlara və xüsusi üsluba malikdir ki, onları yaxşı mənimsəmək tələb olunur.

Əsaslı tikintinin səmərəliliyinin yüksəldilməsində rol tikinti iqtisadiyyatına məxsusdur. Bu elmin əsas vəzifəsi layihələşdirmə, investisiya, təşkilat, idarəetmə, planlaşdırma və əsaslı tikintinin həyata keçirilməsində iqtisadi qanunauyğunluqları öyrənmək və ümumiləşdirmək, tikintiyə qoyulan investisiyaların səmərəliliyini yüksəltmək və gələcəkdə tikintini inkişaf etdirmək üçün tədbirlər hazırlamaqdır. Bundan əlavə ictimai istehsalı inkişaf etdirmək və sosial məsələləri həll etmək üçün xalq təsərrüfatının asas fondlarının təzələnməsini sürətləndirməkdir. Ölkənin iqtisadiyyatı təbii və əmək resurslarını, mülkiyyət formalarını, müxtəlif kapitalı, sahibkarlıq və idarəetmə sistemini və s. özündə birləşdirir.

Tikinti iqtisadiyyatının inkişafında mühüm rol elmi-texniki tərəqqiyə və innovasiyaya məxsusudur.

İstehsalın müasir texnika ilə silahlanması, müasir texnoloji proseslər iqtisadiyyatda mühüm rol oynayır. Elmi tərəqqiyə malik olmaq sahibkarın kapitalının həcmindən asılıdır.

Xarici və daxili şərait dəyişdikcə bazar iqtisadiyyatı təkmilləşir, elmi-texniki tərəqqi geniş miqyas alır, bazar infrastrukturu inkişaf edir. Bazar sistemində istehsal vasitələri üzərində xüsusi mülkiyyət olduğuna görə istehsalın inkişafında sahibkarın maddi marağı var. İstehsalın nəticəsini sahibkar mənimsədiyinə görə о daha çox gəlir əldə etmək xatirinə texnikanın son nailiyyətlərini istehsala tətbiq etməyə çalışır.

Elmi-texniki tərəqqi müasir dövrdə tikinti sahəsində istehsalın intensivləşməsində və səmərəliliyinin yüksəldilməsində, bir çox iqtisadi - sosial problemlərin həllində əsas hadisədir. Elmi - texniki tərəqqi yeni maşın və mexanizmlərin, cihazların, avadanlıqların yaradılmasını təmin edir. Eyni zamandada mütərəqqi texnologiyaya keçməyə şərait yaradır. Bütün bunlar isə son nəticədə sosial - iqtisadi səmərəni yüksəltməyə imkan yaradır.

I FƏSİL.

Tikinti sektorunun ölkənin iqtisadi inkişaf sistemində rolu

1.1 Bazar iqtisadiyyatına keçid dövründə tikinti sektorunun qarşısında duran əsas vəzifələr.

Son iki əsrdə Rusiya imperiyasının əsarətində olan və onun 70 ilini totalitar sovet rejimində yaşamış Azərbaycan xalqı öz ölkəsinin zəngin potensialından layiqincə faydalana bilməmişdir. Sovet rejimi sistemində Azərbaycan iqtisadiyyatının strukturu elə qurulmuşdur ki, о xalqın tələbatının ödənilməsindən daha çox imperiya mənafelərinə xidmət etmişdir.

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpа etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir.

Bazar iqtisadiyyatına keçid dövrü, iqtisadiyyatın idarə edilməsi mexanizmi iqtisa­di inkişafın dövlət tərəfindən tənzimlənməsini tələb edirdi. Çünki, bazarın özünün təşkil olunmağa və tənzimlənməyə ehtiyacı vardır və bu da yalnız dövlət tərəfindən həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid şəraitində mülkiyyət formasından asılı olmayaraq, dövlət müxtəlif iqtisadi subyektlərə bərabər şərait yaratmalıdır. Bazarın təşkilində dövlətin əsas rolu rəqabətə rəvac verməkdən ibarətdir. Çünki, rəqabət təsərrüfatçılıq fəallığını stimullaşdıraraq, əhalinin tələbatına müvafiq olaraq məhsulun çoxçeşidliliyini və yüksək keyfiyyətini təmin etmək, istehsalı artırmaq, xərcləri aşağı salmaq üçün ən güclü vasitələrdən biridir.

Qeyd etmək lazımdır ki, respublika iqtisadiyyatının idarə edilməsinin yeni sisteminin fomalaşdırılmasında strateji məqsəd idarəetmənin bütün subyektlərinin iqtisadi sərbəstliyini təmin etməkdir. Bu məsələləri köklü şəkildə həll etmək üçün dövlət tərəfindən keçid mərhələsində yerinə yetirilməsi nəzərdə tutulan iq­tisadi siyasətin əsas cəhətlərini özündə əks etdirən əsaslı proqram hazırlanmışdır.

1995-ci ildən Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyev tərəfindən ardıcıllıqla, düşünülmüş islahatların aparılması axırıncı 15 ildə ölkə iqtisadiyyatının bazar münasibətləri şəraitində uğurla fəaliyyət göstərməsi və keçid dövrünü müvəffəqiyyətlə başa vurmasında böyük rolu olmuşdur.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar tikinti təşkilatlarının inkişafını təmin edən vacib amillərdən biri idarəetmə üsulunun təkmilləşdirilməsidir. Tikintidə idarəetmə sistemində həlledici dönüş yaratmaq üçün bazar münasibətlərinin inkişafı və özünümaliyyələşdirmə, ədalətli rəqabət və elmi-texniki tərəqqi kimi şərtlər vacibdir. Bununla əlaqədar, keçid dövründə sahənin fəaliyyət göstərdiyi iqtisadi mühit aşağıdakı prinsipal istiqamətlərdə dəyişdirilmişdir:


  • mülkiyyətin özəlləşdirilməsi, onun bütün formalarının təmin edilməsi (dövlət, bələdiyyə, xüsusi) və onlara eyni iqtisadi şəraitin yaradılması:

  • dövlət idarəetmə orqanları ilə sahə münasibətlərinin tənzimlənməsinin (vergi, maliyyə-kredit münasibətləri şərtlərinin) iqtisadi üsullarla aparılması;

  • sahədə qarşılıqlı münasibətlərin dəyişdirilməsinin əsas istiqamətlərini şaquli idarəetmə əlaqələrindən, qarşılıqlı faydalı əməkdaşlıq yaradılması məqsədilə üfüqi əlaqələrə keçirilməsi.

Bu məqsədlərə nail olmaq üçün bazar münasibətlərini geniş tətbiq etməklə, tikinti təşkilatlarının aktiv surətdə özəlləşdirilməsini həyata keçirmək nəzərdə tutulmuşdur.

Bütün tədbirlər iqtisadiyyatda struktur dəyişikliklərinin və onun idarəedilməsinin təkmilləşdirilməsinin tələbləri çərçivəsində həyata keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il iyulun 18-19-da keçirilən geniş iclasında Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev cənabları qeyd etmişdir: "Strateji xəttimiz-sərbəst iqtisadiyyat, özəlləşdirmə, sosial inkişaf yoludur”. Bununla əlaqədar, ölkə prezidentinin yuxarıda qeyd edilən “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Fərmanına əsasən, tikinti kompleksində təşkilati-iqtisadi tədbirlər proqramı hazırlanmış və müəssisələrin özəlləşdirilməsi prosesinə başlanılmışdır. İlk öncə, kiçik tikinti təşkilatlarının, ikinci mərhələdə orta müəssisələrin özəlləşdirilməsinə başlanılmışdır. 1999-cu ilin əvvəlindən 10 il ərzində tikinti kompleksi bazar iqtisadiyyatına keçid dövrünü yaşamışdır. 2008-ci ilin əvvəlindən tikinti kompleksində qiymətlər tam liberallaşmış və ölkə iqtisadiyyatının bu sahəsi bazar münasibətləri şəraitində fəaliyyət göstərməyə başlamışdır.

Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev 2 dekabr 1997-ci il tarixdə “Ti­kinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında 646 nömrəli Fərman imzalamışdır. Bu fərmana əsasən “Azərsənayetikinti”, “Azərkəndtikinti”, “Azəraqrartikinti” Fərmanı ilə “Tikinti kompleksinin”, “Azərenerjitikintiquraşdırma”, “Azərtunelmetrotikinti” və “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətləri. “Azərtikintimaterialsənaye”, “Azərsutikinti” və “Azərkəndsutəchizat” Dövlət Konsernləri ləğv edilmiş və onların tabeliyində olan müəssisələr və obyektlər Səhmdar Cəmiyyətlərə çevrilmək və özəlləşdirilmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir.

Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin tabeliyindəki dövlət əhəmiyyətli və texnoloji cəhətdən bir-biri ilə bağlı olan tikinti və inşaat materialları istehsal edən müəssisə və təşkilatların, habelə dəmir-beton məmulatı və konstruksiyaları zavodlarının müəyyən edilməsi və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla onların səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi respublikanın Nazirlər Kabinetinə həvalə edilmişdir.

Bazar münasibətlərinə keçidlə əlaqədar, bütün tikinti nazirlik və idarələri dövrün tələblərini nəzərə alaraq, tədricən əsaslı dəyişikliklərə uğramış və Səhmdar Cəmiyyətlərinə çevrilmişlər.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il 851 nömrəli Fərmanı ilə ləğv edilmiş “Azərtunelmetrotikinti”, “Azərenerjitikintiquraşdırma”, “Azərnəqliyyatyoltikinti”, “Azərsənayetikinti”, “Azərkəndtikinti” dövlət şirkətlərinin və “Azərsutikinti” dövlət konsernin tabeliyində olan bir sıra müəssisə və təşkilatların bazasında səhmləri tamamilə dövlətə məxsus olan “Azərtunelmetrotikinti”, səhmlərin nəzarət zərfi dövlətə məxsus olan “Azərenerjitikintiquraşdırma”, “Azərnəqliyyatyoltikinti” və “Azərsutikinti”, səhmlərin 25.5 faizi dövlətə məxsus olan “Azərsənayetikinti” və “Azərkəndtikinti” Səhmdar Cəmiyyətləri yaradılmışdır.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar ayrı-ayrı istehsalçıları dövlət tərəfindən maddi-texniki ehtiyatlarla təmin etmək və onları mərkəzləşdirilmiş surətdə bölüşdürmək özünü doğrultmamış və həyat özü onu ləğv etmişdir. Hal-hazırda dövlət tələbatının ödənilməsinin yeni daha mütərəqqi forması dövlət ehtiyacları üçün malların (işlərin) və xidmətlərin satınalmalarının yerinə yetirilməsinə, dövlət təşkilatlarının sifarişlərinə əsasən büdcədən vəsait ayrılır. Aydındır ki, bu vəsaiti əldə etmək üçün lazımı hesablamalar, texniki-iqtisadi əsaslandırma hazırlanır. Vəsait ayrıldıqdan sonra onun miqdarından asılı olaraq hər-hansı malı (işi və xidməti) satın almaq gərəksə, bu tender üsulu ilə və yaxud qüvvədə olan qanunvericiliyə əsasən başqa üsulla əldə edilir.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli 524 saylı Fərmanı ilə “Büdcə təşkilatları tərəfindən malların (işlərin) və xidmətlərin satın alınması haqqında” Əsasnamə təşkil olunmuşdur. Ölkə Prezidentinin digər 11 fevral 1997-ci il tarixli Fərmanı ilə “Tender haqqında Azərbaycan Respublikasının Qanunu imazalanmışdır. Eyni zamanda satınalmalarla əlaqədar qüvvədə olan qanunvericilikdə boşluqların olması, aparılan satınalmaları beynəlxalq tələblərə uyğun keçirməyə imkan vermirdi. Belə ki, tender keçirilən zaman hər bir iddiaçıya eyni şəraitin yaradılmaması, rəqabətin, aşkarlığın bitərəf münasibətin lazımı səviyyədə olmaması iştirakçılar tərəfindən narazılığın yaranmasına gətirib çıxarırdı. Bunlar hamısı ondan irəli gəlir ki, vaxtı ilə respublikada satınalmalar haqqında qanunvericilik sənədləri hazırlananda tələskənliyə yol verilmiş, beynəlxalq təcrübədən lazımı səviyyədə istifadə olunmamışdır. Bu isə, satınalma prosesinin səmərəliliyinin və təsirliliyinin aşağı düşməsinə, sui istifadə etmək üçün imkan yaranmasına, dövlət satınalan təşkilatları üçün malların aşağı qiymətə alınmasına maneələr törədirdi.

Bununla əlaqədar satınalmalar qanununda məhdudiyyət qoymayaraq ölkənin xüsusiyyətlərini nəzərə alaraq onun genişləndirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli, 668 saylı Fərmanı ilə “Dövlət satınalmaları haqqında” Qanun imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2010-cu il tarixli Fərmanı ilə “Dövlət Satınalmaları haqqında” Qanununa dəyişikliklər edilmişdir. Belə ki, əgər bir büdcə ili ərzində sifarişçiyə ayrılmış vəsait bir neçə tender predmetinə bölüşdürülüb müsabiqə keçirilirdisə, bundan sonra il boyu nəzərdə tutulmuş sait hesabına bir dəfə tender keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik odur ki, mətbuatda tender elan edilməzdən əvvəl onun əsas şərtlər toplusu tender komissiyasının iclasında mütləq təsdiq edilməlidir.

Təcrübə göstərir ki, tender keçirilən zaman qalib iddiaçını müəyyən etmək üçün tender sənədlərinin son dərəcədə dərin təhlili aparılmalıdır. Tender sənədlərinin təhlil və araşdırılması məqsədilə iddiaçıların (iştirakçılar) təklifləri açıldıqdan və bütün iştirakçılar tərəfindən verilən təkliflərin dəyəri məlum olduqdan sonra təşkilatın hbəri tərəfindən verilən Sərəncam əsasında Qiymətləndirmə Komissiyası yaradılır. Bu komissiyaya tender predmetini dərindən bilən mütəxəssislər və ekspertlər cəlb olunmalıdırlar. Qiymətləndirmə Komissiyası müstəqil iş aparır. Onu da qeyd etmək lazımdır ki, Tender Komissiyası öz işini vəsait ayıran ölkənin tender qanunlarına əsasən qurur. Misal üçün, cədvəl 1.1-də Avrора Komissiyasının şərtlərinə uyğun qalib iddiaçını hansı meyarlara əsasən müəyyən edilməsi göstərilir:


  1. İnzibati yoxlama.

Təqdim olunan 6 meyara (tender zəmanəti, iştirakçı təşkilatının milləti, sənədlərin tamlığı, tələb olunan dildə sənədlərin hazırlanması, tender təklif formasının tamlığı və iddiaçı tərəfindən xüsusi olan deklarasiyanın imzalanması) tam cavab verən iddiaçılar II mərhələyə keçə bilər.

  1. Texniki qiymətləndirmə.

Texniki qiymətləndirmə cədvəldən (cədvəl 1.1) göründüyü kimi, bu prosedur 10 meyardan ibarətdir. Bu meyarların birinə cavab verməyən iddiaçı Qiymətləndirmə Komissiyasının təklifinə əsasən axırıncı mərhələyə buraxılmır.

  1. Hesabatda yoxlama.

Və nəhayət, III mərhələdə - “Hesabatda yoxlama” iddiaçının təklifinin Qiymət Cədvəlində verilən həcmlər və onların qiyməti dəqiq yoxlanılır. Bu mərhələni müvəffəqiyyətlə keçən iddiaçı qalibi müəyyən edilməsi üçün Qiymətləndirmə Komissiyasının yekun fıkrinə əsasən Tender komissiyasında baxılır və son qərar qəbul olunur.

Eyni zamanda qüvvədə olan “Dövlət Satınalmaları haqqında Qanununda” aşağıda göstərilən təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.

I. Belə ki, bərpa, yenidənqurma və müxtəlif obyektlərin gücləndirmə işlərinin icrası əsaslı tikintidən fərqli olaraq iş prosesi zamanı podratçı gözlənilmədən, yəni layihədə nəzərdə tutulmayan işlərlə qarşılaşır, bu isə əlavə vəsait tələb edir. Dünya Bankının, İslam İnkişaf Bankının və Avropa Birliyinin tenderin keçirilməsi haqqında təlimatlarında işlərin artırılması məbləği və proseduranın həyata keçirilməsi daha aydın və dəqiq göstərilir;

II. Yuxarıda göstərilən maliyyə institutlarının qaydalarına əsasən iddiaçılar tərəfindən Tender təkliflərinin təqdim edilməsi və Tender prosedurunun açılması bir qayda olaraq eyni zamanda keçirilir. Misal üçün, Tender sənədləri rəsmi qəbul edilir, bir saat keçdikdən sonra təkliflər (zərflər) açılır. Lakin, ölkəmizdə qüvvədə olan Tender Qanununda zərflərin təqdim edilməsi Tenderin açılışından 1 (bir) gün əvvəl nəzərdə tutulur. Bu da iddiaçılar arasında lazım olmayan mülahizələrə səbəb olur;

III. Ölkənin Tender Qanununda “tamam-kamal” (key-turn) üsulu ilə tikiləcək obyektlərin hansı tərzdə Tender prosedurunun keçirilməsi və qaydaları nəzərdə tutulmayıb;

IV. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin liberallaşması bir dövründə ba­zar tərəfindən və xarici bazardan qiymətlərin diqtə edilməsi nəzərə alınmaqla sifarişçi və podratçı tərəfindən bağlanmış müqavilənin müddəti 6 ayı aşarsa, müqavilə qiymətlərinin dəqiqləşdirilməsi ölkənin “Satınalmalar haqqında Qanunda” nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik;

V. “Satınalmalar haqqında Qanunda” bütün təsvirlər, о cümlədən “Bank Zəmanətləri” dəqiq verilməlidir.

Azərbaycan Respublikasının “Dövlət Satınalmaları haqqında Qanununda” yuxarıda göstərilən iradların gələcəkdə nəzərə alınmasını məqsədəuyğun hesab edirik. Bu isə, ölkədə qüvvədə olan satınalmalar haqqında qanunun daha çevik və işlək olmasını təmin edər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin 2009-cu ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə demişdir: “Azərbaycan dünya səviyyəsində ən dinamik inkişaf etmiş ölkələr sırasına daxildir. Azərbaycan dünya maliyyə böhranından ən az əziyyət çəkən ölkələrdən biri olmuşdur. 2009-cu ilin yekunlarına görə Ümumi Daxili Məhsul 9.3 faiz və yaxud müqayisəli qiymətlərlə 3.7 mlrd. manat artmışdır. Böhran dövründə bu böyük göstəricidir və ölkədə aparılan islahatların məntiqi nəticəsidir”.

Təhlil göstərir ki, tikinti təşkilatları bazar iqtisadiyyatına keçid zamanı sürətlə inkişaf etmişlər. Aşağıda göstərilən cədvəldən aydın görünür ki, 2001-ci ildən başlayaraq tikinti təşkilatlarının makroiqtisadi göstəriciləri xeyli yaxşılaşdırılmışdır. Belə ki, tikinti təşkilatları tərəfindən öz gücləri ilə (subpodrat təşkilatlarsız) yerinə yetirilmiş işin (xidmətin) həcmi 2009-cu ildə 2000-ci ilə nisbətən 10.7 dəfə, 2003-cü ilə isə 3.9 dəfə artmışdır. Əgər 2000-ci ildə sahənin əsas fondlarının dəyəri 672.2 mln. manat təşkil edirdisə, 2009-cu ildə isə bu rəqəm 2200.2 mln. manata çatmış və yaxud 3.3 dəfə artmışdır. Tikintidə çalışan işçilərin orta aylıq nominal əmək haqqı bu dör ərzində 5.4 dəfə artmışdır, tikinti təşkilatları gəlirlə işləməyə başlamışdır. Ölkədə aparılan yeni iqtisadi islahatlar nəticəsində tikinti təşkilatlarının böyük bir hissəsi özəlləşdirilmiş və onların xüsusi çəkisi tikinti təşkilatlarının ümumi sayında xeyli artmışdır. Tikinti təşkilatlarının ümumi sayında 2000-ci ildə dövlət təşkilatlarının xüsusi çəkisi 54,2 faiz idisə, qeyri- dövlət təşkilatlarının xüsusi çəkisi 45,8 faiz təşkil edirdi. 2008-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 15.0 faiz və 85.0 faiz təşkil etmişdir. Qeyri-dövlət təşkilatlarına daxil olan özəl (xüsusi) tikinti müəssisələrinin xüsusi çəkisi -67.2 faiz, xarici və müştərək - 17.8 faiz olmuşdur. Qeyri-dövlət tikinti təşkilatları tərəfindən görülən tikinti işlərinin həcmi 2009-cu ildə 2000-ci ilə nisbətən 10.7 dəfə artmış və 3.5 mlrd. manat təşkil etmişdir. Bu isə tikinti təşkilatları tərəfindən 01.01.2010-cu ilə öz gücləri ilə yerinə yetirilmiş tikinti işlərinin (xidmətlərin) ümumi həcmində 85.0 faizini təşkil etmişdir.



Böhran ili olmasına baxmayaraq 2010-cu il tikinti təşkilatları üçün uğurlu olmuşdur. Ölkə üzrə 2010-cu ildə tikinti təşkiltlarının öz gücləri ilə (subpodrat işləri daxil edilmədən) yerinə yetirdikləri işlərin və xidmətlərin həcmi 4.4 mlrd. manat təşkil etmişdir ki. bu da 2009-cu ilə nisbətən 122,7 faiz təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə - 130,3 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə - 2.0 dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 129,3 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə - 134,3 faiz, Aran iqtisadi rayonu üzrə - 109,2 faiz artmışdır.
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə