I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə7/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   31

2. Model və onun bəzi tətbiqləri


Model anlayışını insanlar danışıqda, yazıda, qrafikdə istifadə etməklə çox əvvələr yaratmışlar. Daş üzərində əjdadlarımızın çəkdiyi şəkillər, daha sonra kağız üzərində çəkilmiş şəkillər, kitablar bütün bunlar modellərdir və informasiya şəklində bizi əhatə edən aləmdən nəsildən nəsilə ötürülür. Praktik olaraq bütün təbiət elmlərdə modeldən istifadə bilik öyrədilməsində güclü vasitə olmuşdur. Belə ai, real obyektlərin elə forması olur ki onların öyrənilməsi üçün; bu reallığı mümkün qədər əks etdirən, əvvəlkindən kifayət qədər sadə olan model qurulur və tədqiq edilir. Elmin inkişafında bu cür tədqiqat praktik olaraq özünü doğrultmuşdur. Model – mühəndis və alimlər üçün qiymətsiz bir vasitədir.

Misallar: 1. Mühazirəyə hazırlaşan mühazirəçi, əvvəlcə nə söyləyəcəyini, nədən başlayacağını və s. – mühazirənin modelini beynində qurur.

2. Yer kürəsinin ellips şəklində olması; bu formanın coğrvfiya dərslərində, xəritə çəkilişində, yerin radiusunun təyinində və s. istifadə olunması, yerin modelinin sadələşdirilmiş formasıdır.

3. Nyutonun ümumdünya cazibə qanunu; iki cism arasındakı qarşılıqlı təsir qanununun riyazi modelidir.

Beləliklə, misallardan görünür ki, obyekti tədqiq edərkən original obyektin bəzi mühüm, tipik xassələrini saxlamaqla sadələşdirilmiş obyektlə əvəz edirik.

Deməli, model üçün aşağıdakılar zəruridir:



  1. Konkret obyektin necə qurulduğunu bilmək lazımdır – yəni onun strukturunu, əsas xassələrini, ətraf mühümlə qarşılıqlı əlaqəsini və inkişaf qanunlarını.

  2. Verilmiş obyekt və prosesin, məqsəd və kriteriyaları ilə ən yaxşı halı təyin etməklə öyrənmək (optimallaşdırma).

  3. Obyekt üzərində verilmiş halda və formada realizasiyadan alınan düz və tərs nəticələri proqnozlaşdırmaq.

Qeyd edək ki, heç bir model hadisəni tam əvəz edə bilməz. Əgər məsələ həllində bizi hansısa xassə maraqlandırırsa, model bu halda mühümdür. Originalın xassə və quruşulunu öyrənməklə modelin qurulması prosesinə modeləşmə deyilir.

Modeləşdirmə ilə məşğul olan hər bir şəxsin problemi təyin etmək və məsələni tərtib etmə bacarığı, tədqiqatın nəticəsini proqnozlaşdırmaq, əsas və ikincidərəcəli faktorları model qurularkən ayırmağı, riyazi formulirovkanı, məsələnin həllində kompyuter sistemdən istifadə etməi, kompyuter eksperimentlə analiz aparmağı bacarmalıdır.

Modelləşdirmə zamanı əsasən formalizasiyadan istifadə olunur, yəni hadisənin daxili strukturunu ayıraraq informasiya strukturuna köçürürük, formalizasiya olmadan modelləşmə aparmaq olmaz. Müəyyən şəkil, sxem, qrafik, düstur və s. istifadə etməklə formallaşma ilə model qurulur. Məsələn: günəş sistemində planetlər modelini qurduqda Kepler bu xassədən istifadə etmişdir. Modelləşmə prosesində riyazi modelləşmə xüsusi yer tutur, yəni tədqiq olunan obyekt riyaziyyat dilində yazılır.

Fərz edək ki, hər hansı məsələni EHM-nin köməyi ilə həll etmək istəyirik. İlk növbədə nəyin verildiyini və nə əldə etmək lazım gəldiyini və ilkin verilənlərlə nəticə arasındakı əlaqənin necə olduğunu analiz etmək lazımdır. Belə analizin nəticəsində model yaranır. Riyazi model dedikdə obyektə və ya prosesə xas olan əsas xassələri özündə əks etdirən riyazi münasibətlər sistemi – düsturlar, tənliklər, bərabərsizliklər və s. başa düşülür.

Fərz edək ki, yazı masasının üstünün sahəsini təyin etmək lazımdır. Adətən masanın uzunluğu və eni ölçülür və alınan ədədlər bir-birinə vurulur. Be, o deməkdir ki, real obyekt olan stolun səthi mücərrəd riyazi obyekt olan düzbucaqlı ilə əvəz edilir.

Göründüyü kimi masanın bütün xassələrindən biz üçünü ayırd edirik: səthin formasını, enini və uzunluğunu. Bu zaman formanın rəngi, hansı materialdan hazırlandığı və s. bizim üçün maraqlı deyil.

Əgər masanın səthi düzbucaqlıdırsa biz asanlıqla ilkin verilənləri və nəticəni göstərə bilərik. Onlar S=a*b münasibəti ilə bir-biri ilə bağlıdırlar.

Rəngləmə zamanı çalışırlar ki, döşəmə bərabər qalınlıqda rənglənsin. Rəng alınan zaman bir bankadakı rənglə hansı sahəni rəngləmək lazım gəldiyini nəzərə almaqla ümumi bankaların sayı hesablanılır.

Riyazi model

a – döşəmənin eni

b – döşəmənin uzunluğu

S1 – bir banka rənglə rənglənə bilən sahə

n- rəng bankalarının sayı

O
nda S=a*b,

A







lqoritm
Proqram


  1. инпут а, б, С1




  1. н=(а*б) / С1




  1. Принт н

40 енд


n=(a*b)/S1



B


eləliklə, model üçün aşağıdakılar zəruridir: 1) konkret obyekt necə qurulduğunu bilmək lazımdır – əni onun strukturunu, əsas xassələrini, ətraf mühümlə qarşılıqlı əlaqəsini və inkişaf qanunlarını. 2) Verilmiş obyekt və prosesini məqsəd və kriteriyaları ilə ən yaxşı halı təyin etməklə öyrənmək (optimallaşdırma). 3) Obyekt üzərində verilmiş halda və formada realizasiyadan alınan düz və tərs nəticələri proqnozlaşdırmaq.

Heç bir model hadisəni əvəz edə bilməz, məsələ həllində əgər biz tədqiq etdiyimiz məsələ həllində məlum xassə maraqlandırırsa, model bu halda mühümdür. Originalın xassə və quruşulunu öyrənməklə modelin qurulması prosesinə modeləşmə deyilir. Modeləşdirmə texnoloqiyası tədqiqatçıdan problemi təyin etmək və məsələni tərtib etmə bacarığı, tədqiqatın nəticəsi proqnozlaşdırma, əsas və ikincidərəcəli faktorları model qurularkən ayırmağı, riyazi formulirovkanı, məsələnin həllində kompyuter sistemdən istifadə etməi, kompyuter eksperimentlə analiz aparmağı bacarmalıdır.

İnformasiya modeli: bu mərhələdə obyektin vəziyyəti, xassəsi, hərəkəti və digər xarakteristikaları şifahi, sxemlə və ya cədvəllə verilir.

Məsələn: Tutaq ki, hansı yanıltmacı verilir. Dairəvidir, rəngi göydür, parlaq – cilalıdır, sərindir, zolaqlıdır, ətirlidir və s. Siyahını davam etdirmək olar. Yəqin ki, cavabın qarpıq olduğu aydındır. Siyahını azaldaraq minimum xassə ilə səhvsiz obyektin tapılmasına çalışaq. Dairəvidir, böyükdür, göy rəngdədir, zolaqlıdır.

I pillə. Məsələnin qoyuluşu.

Məsələ altında yerinə yetirməli olan müəyyən problem nəzərdə tutulur. Məsələnin pilləsində labüddür.

1) məsələni təsvir etmək;

2) modelləşdirmənin məqsədini müəyyən etmək;

3) obyekt və ya prosesi təhlil etmək.



Məsələnin təsviri.

Məsələ adi adi dildə formalaşmalı və onun təsviri aydın olmalıdır. Burada əsas – modelləşdirmənin obyektini müəyyən etmək və bunun nəticəsi olmasını başa düşmək lazımdır.

3.Modelləşdirmənin məqsədi. 1. Əhatə edən aləmi dərk etmək.

Nəyə görə insan modellər yaradır? Bu suala cavab vermək üçün uzaq keçmişə nəzər salmaq lazımdır. Bir neçə milion il bundan qabaq, bəşəriyyətin ilkin çağlarında, ibtidai insanlar təbiəti təbii fəlakətə qarşı dayanmaq, təbii nemətlərdən istifadə etmək, sadəcə olaraq yaşamaq üçün öyrənirdilər.

Əldə olunan biliklər şifahi, sonralar yazılı və nəhayət əşya modelləşmənin köməyi ilə nəsildən-nəslə verilirdi. Məsələn, planetimizin forması, onun öz oxu ətrafında fırlanması və materiklərin quruluşu haqqında əyani modeli belə yaranmışdır. Belə modellər planet obyektin qoyuluşu, onun əsas xüsusiyyətlərini başa düşməyə imkan verir, onun inkişaf qanunlarını, əhatə edən aləmin modelləri iləqarşılıqlı əlaqədə olduğunu müəyyən etməyə imkan verir.

2. Verilən əlamətlərlə olan obyektlərin yaranması (necə etmək ki, tipli məsələlər) kifayət qədər biliklər əldə etdikdən sonra insan özünə sual verdi. Elə əlamətləri və xüsusiyyətləri olan obyekt yaratmaq olmazdı ki, təbii fəlakətlərə qarşı xidmət etdirə biləsən? İnsan hələ olmayan obyektlərin modelini qurmağa başladı. Yel dəyirmanlarının müxtəlif mexanizmlərin hətta adi çətirlə yaranması ideyaları belə yarandı. Bu modellərin bir çoxu hal-hazırda həqiqətdir. Bu insanın əməlləri ilə yaradılan obyektlərdir.

3. Təsvirin nəticəsinin obyektə təyin edilməsi və düzgün qərar qəbul olunması (əgər belə olsa nə olar tipli məsələlərdir). Əgər transportda gediş haqqı artırılsa nə olar? Və ya əgər atom töküntüsü hardasa basdırılsa nə olar?

Məsələn, Peterburqun qemli daşqınlardan qorunması üçün bənd tikmək qərara alınmışdır. Onun layihələşdirilməsi vaxtı çoxlu sayda modellər; həmçinin, məhz təbiətin işinə qarışmamalı nəticəsini bilmək üçün həqiqi model yaranmışdır.

4. Obyektlə proseslə idarənin səmərəsi.

Məsələn, məktəb yeməkxanasında ictimai iaşə xidməti qorumaq lazımdır. Bir tərəfdən bu yaş məktəblərinə cavab verməlidir, digər tərəfdən həm də valideynlərin «cibinə uyğun olma texnalogiyası məktəb yeməkxanasının imkanlarına uyğun gəlməlidir». Uyğun olmayanı necə uyğunlaşdırmaq? Modelin yaranması düzgün qərar tapmağa kömək edər.

5.Obyektin təhlili.

Bu insanda modelləşdirmənin obyekti, onun əsas əlamətlərini ekvivalentlərini və onların əlaqəsi aydın göstərirlər.

Cümə təhlili – obyektlərin tabeli əlaqəsi adi nümunələrdir. Əvvəlcə baş üzvlər (mübtəda, xəbər), sonra ikinci dərəcəli üzvlər, sonra isə iiknci dərəcəli üzvlərə aid olan sözlər göstərilir və s.

II pillə. Modelin hazırlanması.

İnformasiya modeli.

Bu pillərə aid obyektlərin əlamətləri, vəziyyəti, hərəkəti və s. xarakterləri aydınlaşdırılır: şifahi, cədvəl və sxem şəklində. Adi obyektlər, daha doğrusu informasiya modeli haqqında təsəvvür formalaşar.

Modellər əşya aləmə obyektlərinin əlamətlərinin, xüsusiyyətlərini, vəziyyətini və münasibətlərini əks etdirməlidir.

Nümunə. Təsəvvür edin ki, tapmacanı tapmaq lazımdır. Sizə real əşyanın əlamətləri verirlər: yumru, yaşıl, sərin, zolaqlı, ətirli, şirin, şirəli, ağır, quru quyruqcuğu.

Siyahının tamam etmək olar, ancaq siz artıq söhbətin qarpızdan getdiyini bildiniz. Onun haqqında müxtəlif məlumatlar verilmişdir. Rəngi, iyi, dadı, içi və s. göründüyü kimi verilən məlumatlar lazım olduğundan artıqdır. Məsələnin yerinə yetirilməsi üçün:

III pillə kompüter eksperimenti.

Yeni konstruktor işlərinə həyat vermək, istehsalata yeni texniki nəaliyyətlər tədbiq etmək, yeni ideyaları yoxlamaq üçün eksperiment lazımdır. Yaxın keçmişdə belə eksperimenti laboratoriyalarda yaradılmış xüsusi laboratoriyalarda, yada naturada daha doğrusu malın nümunəsində aparmaq mümkün idi.

Hesablama texnikasının inkişafı ilə əlaqədar kompüter eksperimenti tədqiqatın inkişfa metodu meydana gəldi. Kompüter eksperimenti özündə kompüter modelinin müəyyən ardıcıllığının birləşdirir, kompüterdən məqsədyönümlü istifadə edir.

IV pillə. Modelləqdirmə nəticəsinin təhlili.

Əlbətdə modelləşdirmənin məqsədi alınan nəticələrin hərtərəfli təhlili əsasında hazırlanmalı olan qərarların qəbul olunmasıdır.

Bu pillə həlledicidir ya siz tədqiqatı davam etdirirsiniz, ya da qurtarırsız. Ola bilər ki, gözlənilən nəticə sizə məlumdur, onda alınan və gözlənilən nəticələri müqayisə etmək lazımdır.

Məsələnin işlənib hazırlanmasının əsasını testləşdirmənin və eksperimentlərin nəticəsi təşkil edir. Əgər nəticə qoyulan məsələnin məqsədinə uyğun deyildirsə deməli, əvvələn pillərdə səhv buraxılmışdır. Bu ya informasiya modelinin çox sadələşdirilmiş quruluşu, ya modelləşdirmənin metodunu düzgün seçilməməsidir, ya da model qurulan zaman texnoloji ysulların pozulmasıdır. Əgər belə səhvlər olarsa, onda modelin korrektivləşdirilməsi daha doğrusu, ilk pillələrdən birinə qayıtmaq lazımdır. Proses eksperimentin nəticələrini modelləşdirmənin məqsədinə cavab verənə qədər təkrar olunur. Əsas yadda saxlamaq lazımdır: tapılan səhvdə nəticədir.



4.Öyrədici elektron nəşrlər

Tədrisdə tətbiq olunan informasiya texnologiyaları tədrisin effektivliyinin yüksəldilməsinə xidmət etməlidir. Bunun üçün bu texnologiyaların tədrisə tətbiqini reallaşdıran öyrədici elektron nəşrlər yaratmaq lazımdır. Bu nəşrlərin tədrisə tətbiqində didaktik məqsədlər şagirdlərə yeni biliyi veriləməkdən, əldə edilmiş biliyi möhkəmləndirilməkdən, onlarda bacarıq və vərdişləri formalaşdırmaqdan ibarətdir. Belə nəşrlər tədris fəaliyyətinin müxtəlif formalarını tətbiq edərək şagirdlərin müstəqil olaraq bilik əldə etmələrinə, yeni informasiya texnologiyalarının bütün imkanlarından tədrisdə istifadə etmələrinə, onların bilik bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etməyə və informasiya bolluğu şəraitində onların bu informasiyalardan səmərəli istifadə etmələrinə imkan yaradır.

Öyrədici elektron nəşrlərin aşağıdakı komponentlərini ayırd edirlər:

ümumi təyinatlı servis proqram vasitələri, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirən proqram vasitələri, elektron trenajorlar, riyazi və imitasiya modelləşmələri üçün proqram vasitələri, virtual və məsafədə yerləşən labaratoriyalardan istifadəni təmin edən proqram vasitələri, informasiya-axtarış imkanlı məlumat sistemləri, avtomatlaşdırılmış öyrədici sistemlər, elektron dərsliklər, öyrədici ekspert sistemləri, intellektual öyrədici sistemlər və profesional fəaliyyətin avtomatlaşdırılması vasitələri.

Ümumi təyinatlı servis proqramları, hesablama prosesini avtomatlaşdırmaq, tədris sənədlərini tərtib etmək və eksperimental tədqiqatların nəticələrini emal etmək üçün istifadə edilir.

Biliyin qiymətləndirilməsi və nəzarəti üçün nəzərdə tutulmuş proqram vasitələrindən hətta proqramlaşdırma ilə az əlaqəsi olan müəllimlər istifadə edərək müəyyən elm sahəsinə dair sulları və onların cavablarını tərtib edə bilər. Şagirdlər tərtib olunan sualların cavabları içərisindən düzgün cavabı seçirlər. Müəllim bu cavabları yoxlamaqla şagirdlərin biliyini müəyyənləşdirir. Bununla da o hər bir şagirdə müxtəlif suallar verməkdən azad olaraq tərtib etdiyi sualları təkrar-təkrar istifadə etmək imkanını əldə etmiş olur.

Elektron trenajorlar praktik vərdiş və bacarıqları şagirdlərə aşılamaq üçün istifadə edilir.

Riyazi və imitasiya modellərini yaratmağa imkan verən proqram vasitələrinin hesabına tədqiqat obyektləri və ölçü cihazlarının modelləri qurulur və bunun nəticəsində bahalı obyekt və cihazların alınmasına sərf olunan xərclər azaldılır.

İnformasiya-axtarış imkanlı məlumat sistemlərini yaratmağa imkan verən proqram vasitələri informasiyaları saxlamağa və onlardan istifadəçilərin avtomatlaşdırılmış istifadəsini reallaşdırmağa imkan verir. Bunlara hipermətn strukturlu multimedia vəsaitlərini və verilənlər bazasını misal göstərmək olar. Verilənlər bazasının idarə sistemi verilənləri daxil edərək onları düzləndirməyə imkan verir. Tədris üçün istifadə oluna biləcək materialları verilənlər bazası şəklində saxlayaraq onlardan istifadə etmək olar.

Avtomatlaşdırılmış tədris vasitələri adətən kicik həcmli nəzəri tədris materiallarıilə şagirdləri tanış etməyə imkan verir.

Elektron dərsliklər yüksək elmi və metodik əsaslarla yaradılmış, didaktik standartların və proqramların müəyyənləşdirdiyi standartlara uyğun gələn elektron nəşrlərdir.

Öyrədici ekspert sistemləri süni intellekt metodlarına əsaslanaraq müəyyən elm sahəsinin ekspertinin fəaliyyətini modelləşdirir.

İntellektual öyrədici sistemlər də sünii intellekt metodlarına əsaslanaraq yaradılan yüksək səviyyəli elektron nəşrlərdir. Belə sistemlərdə şagirdlə ünsiyyət təbii dilə yaxın dildə qurulur. Bu sistemlərin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, tədrisin ardıcıllığı tədris prosesində müəyyənləşdirilir.

Ümumiyyətlə elektron nəşrlər qrafik, mətn, səs, video, şəkil və başqa informasiyalar külliyatından təşkil olunmuşdur və istənilən elektron daşıyıcıda reallaşdırıla bilər.

Öyrədici elektron nəşrlər isə şagirdlərin bilik, bacarıq və vərdişləri əldə etmələrini təmin edən sistemli elektron nəşrlərdir. Bu nəşrlər özünün estetik dizaynı baxımından da yüksək səviyyədə hazırlanmalıdır.
ƏDƏBİYYAT


  1. Alışov M.Ə. Kompüter təliminə ibtidai siniflərdən başlamalı// "İbtidai məktəb və məktəbəqədər tərbiyə" curnalı, 1998, ¹4, 24-28 s.

  2. Azərbaycan Respublikasının təhsil sisteminin informatlaşdırılması proqramı, ARTN, 1997, 23 s.

  3. Həmidov S.S. I-IV siniflərdə riyaziyyatın tədrisi metodikası, Bakı, 2001, 241 s.

  4. Qaralov Z., Osmanlı Ə., Məmmədov V. Riyaziyyat, I – IV sinif üçün dərslik, Bakı, 2001.

  5. Qasımov R. İnformatika (sabaha açılan pənjərə), Bakı, 2001, 78 s.


Əliyeva Dürdanə

MÜASİR GƏNCLƏRİN NİTQ DAVRANIŞLARI
Linqvistik və psixoloji baxımdan “gənclərin nitq davranışları” anlayışının dəqiq bir forması yoxdur, çünki müasir gənclərin mənəvi dəyərlərinin əsas aspektlərini müəyyənləşdirmək çətindir. Bununla yanaşı, fəaliyyət dairəsindən yanaşdıqda bu formanın təhlilini asanlaşdırmaq məqsədilə onu fərdi və ictimai həyatda konkret məqsədlərini həyata keçirmək üçün konkret nitq forması və praktik – kommunikativ fəaliyyəti kimi qiymətləndirmək daha məqsədəuyğundur. Təqdim olunan hadisənin öyrənilməsində əsas çətinlik mövzu ilə bağlıdır, belə ki, o linqvistlər və mütəxəssislər qarşısında oxu sahəsində yeni problemlər qoyaraq bir sıra sualların meydana çıxmasına səbəb oldu. Onların sırasında gənclərin asudə vaxtında öz aralarında ünsiyyəti, ekran və kitab mədəniyyəti və bunların oxuculuq fəaliyyətlərinə, nitq mədəniyyətinə təsiri.

Linqvistlərə çoxdan məlumdur ki, nitq fəaliyyətinin 4 forması (oxu, yazı, nitq və dinləmə) insanın nitq davranışına ciddi təsir göstərir. YUNESKO - nun apardığı son tədqiqatların nəticələrinə görə oxu bu gün öz liderliyini itirmişdir. Müasir dünya mədəniyyətinin aparıcı variantlarından biri ekrandır. Buraya televiziya, kompüter və internet – texnologiyası kimi böyük bir toplu daxildir ki, onlar da yeniyetmələrin və bütövlükdə cəmiyyətin fiziki, psixoloji və fərdi davranışlarına güclü təsir edirlər. Multimedia əsri böyük bir kütlənin texnoloji və humanitar mədəniyyətinə öz tələblərini irəli sürür. Bunun öz müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondadır ki, kompüter texnologiyasının inkişafı gənclərin də texnoloji mədəniyyətini, düşüncə tərzini inkişaf etdirir, lazım olan informasiyanın axtarışına sərf edilən vaxt itkisinin qarşısını alır. Lakin bunun mənfi tərəflərini də unutmaq olmaz. Məsələ bundadır ki, müasir insanın texnoloji mədəniyyətinin tərəqqisinə sərf edilən vaxtı çox hallarda onun humanitar inkişafına sərf ediləcək vaxt hesabına olur. Müasir dünyanın reallığı ondan ibarətdir ki, böyük bir insan qrupunun “oxuyuram – yazıram – danışıram – dinləyirəm” kimi davranış strategiyası “baxıram – dinləyirəm – danışıram “ kimi forma ilə əvəz edilir və bu da onların nitq davranışlarına təsir etməyə bilməz. Bu cür təsirin nəticəsi kimi savadsızlığın ayrı – ayrı elementlərini, tez və məntiqi nəticə çıxarmaq, zəif oxu vərdişlərini, həmçinin çətin izah olunan və ya heç izah edilə bilməyən davranış formalarını qeyd etmək olar. Yazılı və şifahi nitq mədəniyyəti davranışları da bu sıraya daxildir, başqa sözlə desək onun keyfiyyəti kommunikativ informasiyanın keyfiyyətli məzmunundan və toplanmasından, həmçinin müasir gənclərin televiziya verilişlərinə, internet – saytlarına sərf etdikləri vaxtdan çox asılıdır.

Belə ki, gənclərin nitq vərdişlərinin təsvir və təhlilinə keçməzdən əvvəl ilk növbədə onun əsas elementini – leksikanı müəyyənləşdirmək lazımdır. Azərbaycan dilində leksika anlayışı altında dilin söz ehtiyatı nəzərdə tutulur. Bu gün lüğət ehtiyatının zənginliyi yüksək mədəniyyətin əsas kriterisi sayılır və ən çox söz ehtiyatına malik olan dil ingilis dili, şəxs isə ingilislər hesab edilir (Gineslər kitabına görə). Hesablamalara görə, 16 illik təhsil kursunu bitirmiş adi ingilis şifahi nitqində 5000, yazılı nitqində isə 10000 sözdən istifadə edir. Azərbaycanda bu cür hesablamalar aparılmamışdır. Bu səbəbdən də biz konkret rəqəm göstərə bilməyəcik. Çünki bizim apardığımız tədqiqatın pridmetini - Gənclər arasında ayrı – ayrı termin və ifadələrin işlənmə tezliyini müəyyənləşdirmək təşkil edir. Bu iki istiqamətdə ümumişlək və dar ixtisas leksikası istiqamətində öyrənilmişdir. Bunu sxematik şəkildə belə təsvir etmək olar:


LEK

SİKA

I QRUP – ümumişlək sözlər

II QRUP – məhdud dairədə işlənən sözlər – 1. termin; 2. professionalizm; 3. arqon; 4. jarqon

Birinci qrup dilin əsasını təşkil edir, buraya onun daşıyıcılarının hər biri üçün məlum olan sözlər və ifadələr daxildir. Onların istifadəsində nə regional baxımdan, nə də funksional baxımdan xüsusi normalar mövcud deyil, yəni ümumişlək sözlər üçün hansısa bir limit mövcud deyil, onlar yerindən və məqsəddən asılı olmayaraq bütün üslublarda işləkdir və anlaşıqlıdır.

İkinci qrupa daxil olan leksik vahidlər ərazi, ixtisas, yaş və sosial məxsusluğuna görə qruplaşdırılır. Bunlar terminlər, professionalizmlər, jarqon, arqon və dialektizmlərdir. Termin və professionalizmlər ali məktəb auditoriyalarında hansısa fənlərin öyrənilməsi zamanı, digərləri isə gənclərin auditoriyadan kənar, özünəməxsus lüğətə və frazeologiyaya, xüsusi söz əmələgətirmə strukturuna malik olan ünsiyyətdə istifadə edirlər.

Bu (II qrup) leksika və ya ünsiyyət 3 istiqamətdə zənginləşir:



  1. Digər dillərdən alınmalar hesabına (tviks – 200 dollar, paxan – ata, taçka – maşın, privet – salam, paka – sağ ol, bay – bay – sağ ol, sunduk – axmaq, buşmen – geridə qalmış, baton – sıfır bal və ya kök adam, bebi – uşaq, qızcığaz)

  2. Ümumişlək sözlərin dəyişdirilməsi hesabına (tapşavat – tapşırılmaq, sm –salam, bb – çıx bayıra)

  3. Ümumişlək sözlərin mənalarını dəyişməsi hesabına (1 limon – 100 dollar, yaşıl – dollar, balacalar – I kurslar, day – day – himayədar ).

Araşdırma zamanı maraqlı bir halla qarşılaşdıq: ingilis dilini mükəmməl bilən gəhclər bunu yersiz özünü reklam hesab etdikləri üçün ana dilində danışan zaman öz nitqlərində ingilis dilinə aid sözlərdən – varvarizmlərdən demək olar ki, istifadə etmirlər. Deməli, ünsiyyətdə bu sözlərin xarakteri onlardan istifadə edən qrupun sosial – psixoloji xarakterindən və onların mənəvi dəyərlərindən asılıdır. Bu vahidlərin funksional – üslubi təhkimliliyi ironik – zarafatyanadan tutmuş kobud – vulqarizmlərə qədər çox geniş sahəni əhatə edir.

Bu ünsiyyətdə istifadəsi aktual olan leksikanın hansı tip qruplar arasında da yayıldığını unutmaq olmaz, belə ki, buradakı sözlər bir qrupda bir mənanı, başqa bir qrupda isə tamamilə fərqli mənanı ifadə edə bilər. Bu gün iki tip qrup müəyyənləşdirilmişdir:

1. Gənclərin açıq auditoriyaları, bu auditoriyada slenq qeyri rəsmi ünsiyyətin ümumi forması kimi qəbul olunmuşdur; bu bir növ kollektiv oyuna bənzəyir ki, buradakı qaydalar hamıya məlumdur və istifadəsi mümkündür və bu ünsiyyət ümum mənəvi norma və dəyərlərə zidd deyil;

2. Gənclərin bağlı dairələri, burada jarqonlar nəzarət – siqnal funksiyasını yerinə yetirir ki, bu da əsas süni dil çərçivəsində əsas məramı və məqsədi gizlətməyə və həmin qrupu cəmiyyətin digər bütün qruplarından ciddi norma və özünəməxsusluğu ilə fərqləndirməyə xidmət edir.

Müasir dövrdə nitqin alınma sözlərlə yüklənərək korlanması adi hala keçmiş və bir çoxları üçün isə bu söz oyunu üçün, başqaları üçün isə adi, sadə Azərbaycan dilini zənginləşdirmək, bəzəmək üçün bir vasitədir. İlk baxışda bu maraqlı görünə bilər. Ancaq öz ana dilinin keşiyində duran, onu qoruyan bu hadisəyə başqa cür baxacaq və o çalışacaq ki, vaxtında belə halların qarşısını alsın. Psixoloji cəhətdən buna yanaşsaq belə nəticəyə gəlmək olar ki, gənclərin nitqinə nəzarət edib oradakı pozulmaların, normalardan kənar halların vərdiş halına keçməmiş vaxtında qarşısını almaq olar. Burada əsas amil vaxtı düzgün seçməkdir. Təqdim olunan vəziyyətdə əsas aspekt isə böyüklərin aktivliyi, əminliyi və şəxsi təşəbbüsü, prosesin əsasını isə sistemlilik və davamlılıq təşkil edir.

Qeyd edək ki, bu prosesin keyfiyyətinə demoqrafik faktorlar da ciddi təsir göstərir. Bu gün Azərbaycanda demoqrafik vəziyyətin əsas hissəsini tam formalaşmış ailələrin azalması, uşaq faktorunun azalması, ölümün artması təşkil edir. Xalq arasında yayılmış məşhur bir məsələ - “atasız uşaq yetim olmaz, anasız uşaq yetim olar ” - baxmayaraq, tam formalaşmış ailə dedikdə uşağın tərbiyəsində həm ananın, həm də atanın iştirakı nəzərdə tutulur. Çünki ailə və dövlət tərbiyəsində atanın rolu danılmazdır. Deməli, keyfiyyətli tərbiyə - təkcə ana diqqəti və məhəbbətindən ibarət deyil. Tərbiyəli davranışın forma­laşmasının əsasını isə vaxtında müəyyənləşdirilmiş qadağa və icazələrdir. Bu isə ata tərəfindən daha yaxşı həyata keçirilir. Digər tərəfdən isə nəzərə alsaq ki, müasir Azərbaycan ailəsində atanın əsas vəzifəsi ailənin maddi durumunu təmin etməkdir, onda uşağın tərbiyəsində, təhsilində və sağlamlığına əsas nəzarət ananın üzərinə düşür. Məhz bu məqamda gənclərin təhsil aldıqları ali və orta ixtisas məktəblərinin rolu da xüsusi qeyd olunmalıdır. Çünki bir çox hallarda biz auditoriyalarda müəllimlərin dialekt ünsürlərinə müraciət etdiklərinin natamam nitqə malik olmalarının şahidi oluruq. Bu isə gənclərin nitqinə güclü təsir edən amillərdəndir. Göstərilən vəziyyətləri isə düzgün qiymət­lən­dirmək olmaz. Ona görə də bu gün dövlət milli proyektlərin həyata keçirilməsini öz üzərinə götürmüşdür ki, onun da əsasını gənclərin asudə vaxtının təşkil olunması və bu sırada imkansız və ya tam təşkil olunmamış ailələrdə yetişən gənclərin formalaşması təşkil edir.

Nəticə olaraq qeyd edək ki, müasir dünya və bu dünya haqqında insanların təsəvvürləri həddindən artıq sürətlə inkişaf edir və dəyişir. O həmişə yeni hadisələr və anlayışlar təqdim edir ki, onların bir çoxu zaman keçdikcə öz aktuallığını itirir. Bu isə nitqdə öz izlərini buraxmaya bilməz. Bu gün müxtəlif dillərdən alınmalardan hamı istifadə edir: siyasətçilərdə, radio və televiziya jurnalistləri də, iş adamları da, tələbələr də (superstar... və s.) və nəticədə Azərbaycan dilində ekvivalenti olan varvarizmlər əvvəlki az işləkliyini itirərək, məhsuldarlıq qazanırlar. Belə məhsuldarlıq gənclərin nitqində daha çox müşahidə edilir və onlar çox sərbəstliklə, rahatca onlardan istifadə edərək fikirlərini çatdırırlar. Ən pisi isə bir çox gənclərin əsl mənalarını bilmədən, yalnız dar dairələrdə pis mənada işlədilən jarqon və arqonları varvarizm kimi nitqlərində işlədirlər. Bu bizi düşündürməyə bilməz.

ƏDƏBİYYAT


  1. Борисова Е.Г. Современный молодёжный жаргон // Русская речь, 1980. № 5. С. 54;

  2. Борисова Е.Г. О некоторых особенностях современного молодёжного жаргона // Русский язык в школе, 1981. №3.

  3. Воронцова Т.А. Функции арготизмов в публичном дискурсе // Социальные варианты языка 2002. С.103-105.

  4. Введенская, Л.А. Искусство и культура / Л.А. Введенская, Л.Г. Павлова. – Ростов нa/ Д: Феникс, 1999. – 207 с.

  5. Жинкин Н.И. Речь как проводник информации. - М.: Наука. - 158 с.

  6. Маслова, В.А. Лингвокультурология / В.А. Маслова. – М.: Академия, 2001. – 143 с.

  7. Русский язык и культура речи: учеб. / под ред. Л.А. Введенской. – М.: РАГС, 2006. – 205 с.



РЕЗЮМЕ

В стати говорится об речевом поведении современной молодежи, о специфических особенностях их лексики. Анализируется характерные факторы этого процесса.



SUMMARY

In article is spoken about speech behavior of modern youth, about specific features of their lexicon. Is analyzed the characteristic factors of this process.



1   2   3   4   5   6   7   8   9   10   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə