I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə26/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   31

ЛИТЕРАТУРА

  1. П.Хиндемит «Искусство музыкальной композиции» 1937г

  2. М.Уэйд-Мэьтюз, У.Томпсон «Классическая музыка», Энциклопедия, М, Эксмо, 2008

  3. Е. Мирзоев Интервью с Н. Миришли. www.Kultura.az. 07.05.2007

  4. Арановский М. Г. Симфонические искания. Проблемы жанра симфонии в советской музыке 1960-1975 годов. Исследовательские очерки. Л., 1979


XÜLASƏ

Bu məqalədə müəllif Azərbaycanın müasir musiqisində baş verən yeniliklərdən söhbət açır. Burada o, Gara Garayevin və onun davamçiları olan bir sıra bəstəkarlarən yaradıcılıqlarından nümunələr gətirir: aleator, sonoristik musıqıdən, hazırlanmş alətlər üçün yazılmış musiqidən və s.

Bununla belə, müəllif qeyd edir ki, bütün bu yeniliklər Azərbaycan musiqisinin kökü olan muqama əsaslanır.
SUMMARY

This article author dedicated to the problems of contemporary music in Azerbaijan. There is given the samples of avant-garde style music such as prepared piano, Sonority music, chance music and many others. Nevertheless author once more indicates that all these new methods of composition are based on the native mugam and its ways of development.

ŞAHBAZOVA Z.Ə.

BDU, dosent


ŞƏXS ƏVƏZLİKLƏRİ HAQQINDA
Əvəzliyin məna növlərindən biri şəxs əvəzlikləridir. Əvəzliyin bu növündən bəhs edən E.Benvenist yazır: «Bu forma və anlayışların özlərinin unikallığı əvəzlik probleraini həm ümumiyyətlə dil problemi, həm də konkret dillərin problemi kimi qoymağa tahrik edir»1. Bunları ona görə şəxs əvəzliyi adlandırırlar ki, bu qrupa daxil olan sözlər şəxs və kəmiyyət anlayışını özündə birləşdirır. Həmin məna qrupuna daxil olan hər hansı bir sözü deyəndə əlavə izah və xüsusi şəkli əlamət olmadan da onun şəxsini, kəmiyyətini, canlı və ya cansız olduğunu aydın təyin edə bilirik.

Azərbaycan dilində şəxs əvəliyinin paradimaları belədir:




Təkdə

Cəmdə

mən

biz - bizlər

sən

sız - sızlər

о

onlar.

Mən şəxs əvəzliyi birinci şəxsin təkini ifadə edən, nitqin və danışığın müəllifini göstərən sözdür.

Mən, sən əvəzliyinin xarakterik mənası referent xüsusiyyətə malik olmasıdır. Burda mücərrəd məna da özünü göstərir»2.

«Mən əvəzliyi əvəzedici funksiyaya malik deyil; danışanın nitqində o, xüsusi adm yerində yox, öz yerində dayanır»3. Benvenist «mən» şəxs əvəzliyi haqqında yazır: «Hər bir «mən» öz referensiyasına malikdir və hər dəfə məhz təkrarsızlıqdan götürülən yeganə fərdə uyğun gəlir»1.

Mən şəxs əvəzliyinin dilimizin qədim dövrlərində bən şəklində işlənməsinə rast gəlinir. Bu formaların hər hansı birinin daha çox işlənmə tezliyi və ya paralel istifadə edilməsi dilçilərin diqqətini cəlb etmiş, onların arasında bu variantların ilkinliyi haqqında maraqlı və müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur. Bu fikirbri ümurniləşdirdikdə aşağıdakı mənzərə ilə qarşılaşırıq.

I. Birinci qrup dilçilər b səsin daha qədim və b>m keçidinin daha inandıncı olduğunu qeyd edirlər. V.V.Radlov, V.A.Boqoroditski, N.K.Dmitriyev, A.N.Kononov və başqaları bu fikirin tərəfdarlarıdır. B>m keçidinin yaranma səbəbi barədə bu qrup dilçilər arasmda fikir aynlığı mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir:

a) Bəzi dilçilər b>m keçməsınin əsas səbəbi kimi sondakı n səsinin təsirini göstərirlər. Onlar qeyd edirlər ki, b səsi sondakı n səsinin təsiri ilə assimilyasiyaya uğramışdır, V.A.Boqoroditskinin fıkrinə diqqət yetirək: «Burun m səsini ilkin qəbul etmək olmaz, çünki belədə, son burun samiti olduğu halda, onun b samiti ilə əvəzlənməsi anlaşılmazdır»2.

b) Bəzi dilçilər isə b>m keçidi prosesində oğaz-qıpçaq qrupu dillərinin təsiri olduğunu qeyd edirlər. Bu haqda vaxtilə böyük türkoloq Mahmud Kaşğarlı yazmış, ondan sonra gələnlər də bu fikri qəbul etmişlər3. Bu haqda Paranci yazır: «Beləliklə, müəyyənləşir ki, oğuz qrapuna aid olan Azərbaycan düindəki I şəxs təkdə mən əvəzliyi qıpçaq mənşəlidir. Əski oğuz xüsusiyyətini qoruyub saxlayan b varinatlı bən isə demək olar ki, bütün türk dillərində biz (I şəxs cəm) şəxs əvəzliyində qalmışdır».

II. İkinci qrup dilçilər mən şəxs əvəzliyində m səsinin daha qədim və ilkin variant olduğunu qeyd edirbr. Bu qrup dilçilərdən Q.İ.Ramstedt,1 A.P.Poseluevski2 və başqalarını göstərə bilərik.

III. Üçüncü qrup dilçilər b və m səslərinin birinci şəxs əvəzliyinin təkində paralel işləndiyini qeyd edirlər. M.İslamov bu səslərin paralel işləndiyini və «mən» variantının işləklik və ümumxalq dilində özünə daha çox vətəndaşlıq hüququ qazandığını qeyd edir3. Bu haqda prof.T.İ.Hacıyev , K.N.Vəliyev «Azərbaycan dili tarixi» kitabında yazırlar. Tədricən ədəbı dil norması xalq danışıq dilinə söykəndikcə, standart ənənələrdən uzaqlaşdıqca bir sıra oğuz-qıbçaq elementlər axaiqləşir. Məsələn. xalq dilindəki mən variantı bən-i, tutmaq sözü tutmaqı əvəz edir4.

Bizə belə gəlir ki, b>m səs keçidi daha inandırıcıdır. Həm də bu keçid prosesi oğuz-qıpçaq qrupu dillərinin təsiri nəticəsində olmuşdur.

H.Mirzəzadənin göstərdiyinə görə türk dillərindən yalnız birində – müasir türk ədəbi dilində b səsi öz mövqeyini saxlaya bilmişdir5.

Amma araşdırmalar sübut edir ki, qaqauz dilində də b səsi öz ilkin variantını qoruyub saxlamışdır.

Birinci və ikinci şəxsin təkində sonda olan n səsi də dilçilərin nəzərindən yayınmamışdır. Onlar bu səsin mən, sən sözlərində işlənməsi və onun rolu barədə maraqlı və müxtəlif fikirlər irəli sürmüşlər. Bəzi dilçilər n səsinin sözün sonunda işlənməsini naməlum və izahedilməz, digərləri bu səsini təklik anlayışı yaratdığını, üçüncülər mənsubluq mənası yarada bilməsini, dördüncülər isə bu səsi kökün ayrılmaz hissəsi hesab etmişlər.

Qeyd edək ki, mən şəxs əvəzliyi substantiv səciyyəyə malikdir. О cümlənin müxtəlif üzvü vəzifəsində çıxış edə bilir:

Şəxs əvəzlikləri həm adi danışıq, həm də bədii əsərlərin dilində üslubi məqamlarda da işlədilir.

Bəzən danışan şəxs «mən» əvəzliyindən deyil, «biz» əvəzliyindən istifadə edir. Buradakı «biz» əvəzliyi üslubi səciyyə daşıyaraq təvazökarlıq anlayışını bildirir. Üslubi məqamda çıxış edən söz (biz) formaca cəmlik, məzmunca təklik ifadə edir. Məsələn, biz - şəxs əvəzliyi birinci şəxsin cəmini bildirir.

Yuxarıda qeyd etdiyimiz kimi, birinci və ikinci şəxsin cəmlənməsi həm əvəzliyin digər növlərindən, həm də isimlərdən fərqlənir. Yəni cəmlilik anlayışı leksik yolla ifadə olunmuşdur. Leksik yolla cəmlənmədə olan fərq yalnız bununla kifayətlənmir. Biz əvəzliyi təkcə mən əvəzliyinin cəmini əhatə etməklə öz əhatə dairəsini daraltmır. Yəni biz mən+mən+mən ... deyil. Biz əvəzliyinin tərkibini şərti olaraq belə göstərə bilərik: mən + sən; mən + siz; mən + o; mən + onlar; mən + sən + o; mən + sən + onlar; mən + siz + o; mən + siz + onlar.

Birinci şəxsin təkini və cəmirıi ifadə edən mən, biz əvəzlikləri hallanma xüsusiyyətlərinə görə həm digər əvəzliklərdən, həm də hallana bilən sözlərdən də fərqlənir. Bu əvəzliklər yiyəlik halında «-in» şəkilçisini deyil, «-im» şəkilçi'sini qəbul edir. Bu vəziyyət təsadüfi xarakter daşımır. Bəzi türkoloqların qeyd etdiyi kimi, bu yiyəlik halın və mənsubiyyət kateqoriyasının paralel şəkildə işlənməsinin və mənaca yaxın olmasının nəticəsidir1.

İndi də Azərbaycan dilinin bir neçə dialektində və türk dillərinin bəzilərində yiyəlik halmda «-im» şəkilçisinin deyil, «-in» şəkiiçisinirı işlənməsinə rast gəlinir. Bu haqda M.İslamov belə qeyd etmişdir «I şəxs əvəzliklərində həm tək, həm də cəmdə yiyəlik halda -ım şəkilçisinin işlənməsi heç də şəkilçidə sadəcə m-n əvəzlənməsi deyil. Bu, tarixi dil hadisəsinin qalığıdır»2. Qədim türk dillərində, eləcə də Orxon-Yenisey abidələrinin dilində birinci şəxs əvəzliyi yiyəlik halda istər təkdə, istərsə cəmdə -in morfoloji göstəricisini qəbul edir3.

Şəxs əvəzliklərinin hallanmasını isimlərdən fərqləndirən xüsusiyyətlərdən biri də əvəzliklərin qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik halında işlənməməsidir. İsimbr bu vəziyyətdə cümlənin müxtəlif üzvü vəzifəsində çıxış edir, söz birləşməsinin tərəfi ola bilir. Şəxs əvəzlikləri isə qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik halmda işlənmir, Qeyri -müəyyən yiyəlik halında işlənə bilmədiyi üçün söz birləşməsinin tərəfi ola bilmir. Qeyri-müəyyən təsirlik halında işlənə bilmədiyi üçündə qeyri-müəyyən vasitəsiz tamamlıq ola bilmir. Bu isə əvəzliyin öz daxili semantikası ilə bağlıdır.

Mən əvəzliyi bəzi hallarda ümumilik də bildirir. Məs.:

Sən, siz şəxs əvəzliyi. Sən şəxs əvəzliyi ikinci şəxsin təkini, müraciət olunan şəxsi bildirir. M.Kaşğarlının məlumatına görə XI yüzillikdə türklər böyüklərə «siz», kiçik adamlara isə «sən» deyə müraciət etmişlər. Yaşlılara «sən» demək təhqir sayılarmış.

Sən şəxs əvəzliyi bəzən mükalimədə iştirak etməyən şəxsi də bildirir. Bu ən çox bədii nitqdə və xitablarda özünü göstərir.

Sən əvəzliyi yaxın dosta, yaşıda, özündən kiçiyə müraciətlə işlədilir. Bəzən bu əvəzlikdən danışanın qarşısındakına hiddətlənməsi və hörmətsizliyi də hiss olunur.

1. Sən о zəhrimarı bir qədər az çək (B.Vahabzadə).

2. Kimi, görür gözümüz,

Gözlüyü gözümə sən dürtmə tez-tez (B.Vahabzadə).

Siz - şəxs əvəzliyi ikinci şəxsin cəmini bildirir. Siz dedikdə ikinci şəxsin də daxil olduğu digər şəxslər də nəzərdə tutulur. Siz = sən + o; siz = sən + onlar. Siz şəxs əvəzliyindən iki məqamda istifadə olunur.

a) Şəxsin çoxluğunu bildirmək üçün.

1. Siz beş-on dəqiqə burada dayansaydınız, mən о təpəyə çıxıb baxardım, bəlkə yol-riz göründü (İ.Əfəndiyev). 2. Siz yaxşı iş görmürsünüz, yoldaşlar, özbaşınalıq yaramaz (B.Bayramov). 3. Siz üstünü toz basan nəğməsiz bir simsiniz mənim zahirimsiniz (B.Vahabzadə).

b) Тək bir nəfərə hörmət xatirinə, hörmət bildirmək məqsədi ilə.

1. Məktubu verirəm, siz də oxuyun.

Gərək üstünüzə qəm ələnməsin (N.Həsənzadə).

«Siz» siz+lər şəklində də işbnir. N.A.Kononov yazır ki, «bu zaman üzvləndirilə bilən II şəxsin cəmi sizlər vasitəsilə çox şəxsə müraciət edilir))1.

Mərı və sən şəxs əvəzlikləri digər şəxs əvəzliklərindən fərqli olaraq -lar, - lər kəmiyyət şəkilçisini qəbul etmir.

Ə.Rəcəbli birinci və ikinci şəxs əvəzliklərinin (təkdə və cəmdə) inkişafı haqqında yazır: «Türkoloji ədəbiyyatda biz və siz əvəzliklərindəki -z ünsürü haqqında vahid rəy vardır: bütün türkoloqlar -z ünsürünü qədim cüt və ya cəm kateqoriyası şəkilçisi hesab edirbr. Mən və sən əvəzliklərindəki -n ünsürü haqqında isə türkoloqlar arasmda yekdil rəy yoxdur, lakin A.N.Kononovun verdiyi məlumata görə «bu məsələ ilə məşğul olanlarm əksəriyyəti həmin fikrə meyl edir ki, -n mənsubiyyət şəkilçisidir». N.A.Baskakov -n ünsürünü ne -ne - əşya sözü ilə bağlayır. S.Ə.Cəfərova görə isə -n ünsürü yan sözündən törəmişdir. Mən və sən əvəzliklərindəki -n ünsürünün mənşəyi mübahisəli məsələ olduğu üçün müzakirə açmaq fikrində deyilik, lakin təkcə onu qeyd etmək istərdik ki, bu ünsür no mənsubiyyət biSdirir, nə də əşya bidirən nene və istiqamət bildirən yan sözündən törəmişdir. Çox güman ki, bu ünsür təklik bildirir. I və II şəxs əvəzliklərinin təkinin mənşəyi haqqında N.K.Dmitriyevin və N.A.Baskakovun maraqlı fıkirbri vardır. N.K.Dmi'triyev yazır: «Güman etməyə əsas vardır ki, I və II şəxslərin təki tarixən men=te+n2.

N.A.Baskakov men və sen əvəzliklərınin mənşəyini (be3. Bəlkə də vaxtilə türk dillərində şəxs və işarə əvəzlikləri eyni mənşədən törəmişdir, lakin artıq şəxs bildirdikdən sonra mən və sən əvəzlikləri hələ tam təşəkkül tapmamış, öz mənşələrindən uzaqlaşmışdır. Güman etmək olar ki, I və II şəxsin təkindəki -n ünsürü təklik, cəmindəki -z ünsürü isə cəmlik yaratmağa xidmət edir. Orxon-Yenisey abidələrinin dilində I və II şəxs əvəzliklərinin təkcə açıq saitlə deyil, onunla yanaşı qapalı saitlə də işlənməsi fərziyyəmizi əsaslandırmağa kömək edir: bin (T10), sin (T10).

Güman etmək olar ki, qədim qəbilələrinin dilində Orxon-Yenisey abidələri dövründən çox-çox əvvəl, ümumiyyətlə, birinci şəxsi göstərmək üçün bi, ikinci şəxsi göstərmək üçün si ünsürü işlədilmişdir. Dil inkişaf etdikcə təki cəmdən ayırmaq zərurəti meydana gəlir. О zaman cəmlik anlayışını yaratmaq üçün -lar, -br şəkilçisi yaranmamışdı, ümumiyyətlə, qeyri-müəyyən cəmlik bildirən bu şəkiçi türk dilləri tarixinin nisbətən yaxın dövründə, güman ki, ilkin hun dövründə yaranmışdır. Bundan başqa, z ünsürü əvvəllər hər cür cəmliyi deyil, təkcə cüt kəmiyyəti göstərmişdir. Beləliklə, şəxslərin təkini cəmdən ayırmaq üçün qədim türklər şəxs bildirən işarələrin sonuna təkdə n, cəmdə isə z ünsürü əlavə etmişlər. I və II şəxs əvəzliklərinin inkişafını belə təsəvvür etmək olar:

I şəxs tək: bi+n>bin>ben>bən

I şəxs bi + min>men>mən

I şəxs cəm: bi+z>biz

II şəxs tək: si+n>sin>sen>sən

II şəxs si

II şəxs cəm: si+z>siz

Türk dillərində b>m əvəzlənməsi qanunauyğun sayılır. Həb göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində şəxs əvəzliklərində b və m samitlərinin paralel işləndiyini müşahidə edirik: Веn/bən (Т21) və men//mən (KTş27), biz (KTş20) və miz (ХТ1)1 Şəxs əvəzlikləri əksər türk dillərində müəyyən fonetik dəyişikliklərlə demək olar çox işləkliyə malikdir.



Məsələn türk dilində:

1. Kadın sen çıldırdınmı? Ben daha dün konakda idim.



Turkmən dilində:

1. Bendilikde ıqtıbar ek bizlerde

Çox armanın qaldı qara qözlerde. (Seydi)

Qaqauz dilində:

1. Benim babam vardı mı?

Qazax dilində:

1. Biz birese jiqitke, birese əlqi kele jatkan adanza karay kalıstık.

2. «Meni tapsirzan ad ami osi jiqin bolaran» den topşıladın.

3. Meni kimqe balan otırsın?!

О, onlar - şəxs əvəzliyi. О - şəxs əvəzliyi üçüncü şəxsin təkini bildirir. Üçüncü şəxsin cəmini bildirmək üçün morfoloji göstəricidən istifadə olunur. Üçüncü şəxsin təkini bildirən «o» əvəzliyinin üzərinə - «lar» kəmiyyət şəkilçisi artırılmaqla üçüncü şəxsin cəmini bildirən «onlar» əvəzliyi əmələ gətirilir.

O, - şəxs əvəzliyi və о işarə əvəzliyi həmişə mübahisə doğuran fikir ayrığığına səbəb olan sözlərdir. Bu sözləri şəxs və ya işarə olduğu haqqında bəzən mübahisələr özünü göstərir. Biz «О» sözünün şəxsdən daha çox işarəyə yaxın olduğunu qeyd etmək istəyirik. Çünki о - əvəzliyi I və II şəxsin təkini və cəmini bildirən əvəzliklətdən fərqli morfoloji və sintaktik xüsusiyyətə malikdir. Bu söz hərn caniı, həm cansız əşyanı işarə edə bilir. Həm də danışıq aktında iştirak edəni, həm iştirak etməyəni göstərir. Burada şəxs anlayışından daha çox işarə anlayışı irəli keçir. Cəmlənməsinin morfoloji yolla getməsı də onu substantivləşməyə meylli işarəyə yaxınlaşdırır. Lakin dilçilik ədəbiyyatlarında III şəxsi göstərmək üçün о əvəzliyi işləkdir. Görünür, əvəzliyin bütün növlərində işarəvilik bildirmək xüsusiyyəti burada da qabarıqdır. Bu qabarıqlıq III şəxsin danışıq aktında iştirak etməyə bilməsindən asılı olaraq daha güclüdür. Buna görə də semantikasında işarəviliyi şəxs anlamından daha çox olan bu sözü şəxs bildirmək xüsusiyyətində nəzərə almaq lazımdır. Bu səbəbdən biz III şəxsi bildirən о -sözünü şəxs əvəzliyinin içərisində veririk. Lakin işarəvilik xüsusiyyətinin qabarıqlığını qeyd etməyi lazım bilirik. О şəxs və işarə əvəzliyi kimi omonim deyilənlərin fikrinə qatıhrıq. Bizə belə gəlir ki, o, şəxs əvəzliyi işarə əvəzliyindən tamamilə ayrılmayıb və şəxs əvəzliyi içərisində tam diferensiyallaşmayıb.

Üçüncü şəxsin təkini bildirən о şəxs əvəziiyi ilə о işarə əvəzliyi omonimlik təşkil edir. Bu əvəzliklər semantik cəhətdən bir-birindən fərqlənir. О şəxs anlayışı bildirdikdə şəxs əvəzliyi, əşyaya işarə etdikdə isə işarə əvəzliyi kimi çıxış edir. О şəxs əvəzliyi substantiv, о işarə əvəzliyi isə atributiv xarakterə malikdir.

Bu əvəzliklə bəzən danışıqda iştirak edən, bəzən isə iştirak etməyən şəxs göstərilə bilər. Bəzən danışan şəxs üçüncü şəxsi göstərmək üçün müxtəlif işarələrdən istifadə edə bilər. Bu isə üçüncü şəxs əvəzliyinin işarə əvəzliyindən törədiyini qeyd edən müəlliflərə müəyyən dərəcədə haqq qazandırır. Bəzi hallarda eyni cümlə daxilində üçüncü şəxsi bildirən söz də, həmin adı əvəz edən о şəxs əvəzliyi də işlədilir. Məsələn:

Uçüncü şəxsin təkini bildirən əvəzlik hallanarkən birinci və ikinci şəxs əvəzliyindən fərqlənir. Adlıq h aid an sonra gələn hallarda əvəzliklə hal şəkilçisinin arasmda «n» samiti işlənir.

Şəxs əvəzlikləri qoşmalarla işlənərkən də maraqlı və isimlərdən fərqli xüsusiyyətlərlə özünü göstərir. Kimi, tək qoşmalar isimlərlə işlənərkən onun qeyri-müəyyən yiyəlik halda işlənməsini tələb edirsə, əvəzliklər bu qoşma ilə işləndikdə müəyyən yiyəlik halı tələb edir. Lakin qoşmaların qeyri-müəyyən yiyəlik halında olan əvəzliklərlə işlənməsinə də rast gəlirik.

О şəxs əvəzliyi ilə, inə II şəxs əvəzliklərindən fərqli olaraq kimi, tək, barəsində, haqqında qoşmaları ilə yalnız müəyyən yiyəlik haida çıxış edə bilər: onun kimi, onun tək, onun barəsində, onun haqqında.

Şəxs əvəzliklərinin söz yaradığılığındakı fəaliyyəti də maraqlıdır. Şəxsəvəzlkləri bəzidilçilərin dedklərindən fərqli olaraq söz yaradıcılığında da fəal iştirak edir.

Hətta deyə bilərik ki, bu əvəzäiklərin dilimizin söz yaradıcılığı prosesindəki rolu diqqətçəkəndir. Bu əvəzliklər -sız,-siz,-suz,-süz; -lı,-li, -lu, -iü şəkilçilərini qəbul edərək yeni söz əmələ gətirir: mənli, sənli, mənsiz-bizsiz, onsuz və s.

Şəxs əvəzlikləri -lıq, -lik, -luq, -lük şəkilçisini qəbul edir və yeni söz yarada bilir. Dilin lügət fondu bu cür neologizmlərlə zənginləşir. Məsələn: bizlik, sizlik, sənlik, onluq. Burada bizlik iş qalmadı. Bu şəkilçini qəbul edən «mən» şəxs əvəzliyi yeni isim yarada bilir: mənük. Paxıllıq qurdu onun mənliyini didib parçalayırdı.

- lik şəkilçisi də bəzi şəxs əvəzliklərinə artırıla bilir, yeni sözlər yaradır. Beb sözlər müxtəlif cəhətlərdən diqqəti cəlb edir. Bu tipli sözbr artıq əvəzlk deyil, həmin sözbr başqa nitq hissəsi kimi qəbul edilməlidir. Məs.: mənlik, bizlik, sizlik.

Şəxs əvəziikləri -dakı, -dəki, -kı, -ki şəkilçilərini də qəbul edərək malikiyyət məzmunu bildirən yeni sözlər əmələ gətirə bilir. Əgər -dakı, -dəki şəkilçisi şəxs əvəzliyinin kökünə birbaşa qoşulur. məs: bizdəki, sizdəki və s. -Kı, -ki, -ku, -kü şəkilçiləri yiyəlik halında olan şəxs əvəzliyinə qoşulur. Məs.:

Şəxs əvəzliyi -li, -lı, -lu, -lü və -sız, -siz, suz, süz şəkilçilərini də qəbul edərək yeni söz yaradır. Bu sözlərin əvəzlikdən düzələn sifət olduğunu demək olar. Şəxs əvəzİiyi heç bir vaxt təyin ola bilmədiyi halda bu şəkiiçiləri qəbul etdikdən sonra təyin olur. Yəni əvəzlikdən yaranan sözlər digər nitq hissəsini əmələ gəlir. Məs.:


Mən+li >mənli dünya

mənsiz dünya

sən+li>sənli həyat

sənsiz həyat

on+lu>onlu gələcək

onsuz həyat

biz+li>bizli günlər

bizsiz məclis

siz+li>sizli həyat

sizsiz həyat

Onlar sözünə şəkilçisini artırmaq olmur. Bu ondan irəli gəlir ki, Azərbaycan dilində qrammatik şəkilçidən sonra, bəzi istisna hallarını nəzərə almasaq, leksik şəkilçi artırıla bilmir. (yəni şəxs əvəzüyindən düzələn sözlər.)

Bu tipli sözlər birləşərək rnürəkkəb vahidləri də əmələ gətirə bilir. Məs.: mənli-sənli; sizli-bizli. Sizli-bizli çalışmalıyıq. Mənli-sənii günlərimiz harda qaldı a bivəfa (Ə.Tudə). Sizli -bizli bu məsələni həll etməliyik.

Bəzi hallarda antonim mənalı -li4; -sız4 şəkilçili əvəzliklələ artırıldıqdan sonra yaranan sözlər birləşərək yenilik bildirən mürəkkəb vahidlər söz əmələ gətirir. Məs.: sizli-sizsiz; sənli-sənsiz; mənli-mənsiz. Bunlar artıq əvəzlik deyil. Onlar başqa nitq hissəsinə, sifətə aid edilməlidir.


ƏDƏBİYYAT

1. Баскаков H.A. Каракалпакский язык. Тот П. Изд. AHSSR. Москва, 1952.

2. Бенвенией Э. Общая лингвистика. М., 1974, с.12

3. Богородитский В.А. Введение в татарское языкознание в связи с другими тюркскими языками. Изд. 2-е. Казань, 1953, с.166.

4. Богородитский B.A. Этюды по татарскому и тюркскому языкознанию. Казань, 1933; А.Н.Кононов. Грамматика современного турецкого литературного языка. М.,-Л., 1956.

5. Дмитриев Н.К. Строй тюркских языков восточная литература. Изд. М., 1962

6. Исламов М. Местоимения в диалектах и говорах Азербайджанского языка. Баку, 1973, с.6.

7. Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М., Л., 1960, с.173.

8. Коцнельеон С.Д. Типология языка и речевое мышление, Л., 1972, с. 147

9. Мирзязадя Щ. Азярбайъан дилинин тарихи морфолоэийасы. Бакы, Азяртядрисняшр, 1962, с. 168

10. Паранджи Фируза. Местоимение в письменных памятниках Азербайджанского языка (XIII-X1X в). Баку, 1978, с.6; С.Ялизадя. Орта ясрлярдя Азярбайъан йазылы дили. Бакы, 1985, с.42.

11. Поцелуевский А.П. Происхождение личных и указательных местоимений (материалы к истории туркменского языка). Ашхабад, 1947, с.27.

12. Рамстедт И. Введение в алтайское языкознание. Морфология, М, 1957, е.76-78.

13. Rəçəbli Ə. Göytürk dilinin morfologiyası, s.211

14. Селверстова O.H. Местоимения в языке и речи. М., 1988, с.37

15. T.İ.Hacıyev, K.N.Vəiiyev «Azərbaycan dili tarixi». Maarif nəşriyyatı, Hakı, 1983, səh.187


РЕЗЮМЕ
Личные местоимения - один из видов местоимений. В статье По-отдельности разъясняется каждое личное местоимение, их этимология, лексика - семантические свойства и высказываемые мысли обосновы­ваются.
SUMMARY
Personal pronouns are one kind of pronouns. In the paper each personal pronoun is explained one by one, and their etymology, lexical -semantic and morphologic properties are told, the investigator's ideas are grounded.
Şahbazova Nüşabə
PROFESSOR Ə.Z ABDULLAYEVİN SİNTAKTİK GÖRÜŞLƏRİ
Azərbaycan dilinin ən aktual problemləri üzrə 50-dən artıq əsərin, o cümlədən 16 kitabın[dərslik, dərs vəsaiti və monoqrafiyanın]müəllifi olan professor Ə. Abdullayevin elmi fəaliyyəti geniş və əhatəlidir. Araşdırmaya tələbəlik illərindən başlayan Ə. Z. Abdullayevin ilk qələm təcrübələri ədəbiyyatşünaslıqla bağlıdır. Ədəbiyyatımızda “26 Bakı Komisarının surəti”onun ilk qələm təcrübəsidir. Bundan sonra bir-birinin ardınca , C. Cabbarlının “Sevil”əsərində”tiplərin dili”[1;2] N. A. Nekrasovun “Saxta çovğun, qırmızı burun”əsərinin tərcüməsinə aid yazdığı “Bir tərcümə haqqında”məqalələri göstərirdiki elm aləminə zəngin intuisiyalı, bacarıqlı qələm sahibi gəlir ”[2;3].

1950-ci ildən başlayaraq Ə. Abdullayev dilçilik sahəsində araşdırmaya başlamış, dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr yazmışdır. Professor Ə. Abdullayevin elmi biblioqrafiyasındakı əsərlərin yarıdan çoxu sintaksisə aiddir. O, sintaktik əlaqələr, əlavələr, cümlə üzvləri, üzvlənməyən sadə cümlələr, təktərkibli sadə cümlələr, feli tərkibli sadə geniş cümlələr və başqa bu kimi aktual məsələlərə həsr edilmiş elmi əsərlərin müəllifidir. Professor Ə. Abdullayevin elmi fəaliyyətində ilk iri həcmli elmi əsəri 1954-cü ildə “Azərbaycan dilində xüsusiləşmələr”mövzusunda yazdığı və müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasıdır.

O, bu elmi əsərində əsas mövzu ilə yanaşı, Azərbaycan dilçiliyində əlavələr və tərkiblər haqqında ilk dəfə ətraflı şərh vermişdir.

Əlavə və xüsusiləşmələrə aid Ə. Abdullayevin araşdırmasına qədər ancaq orta məktəb qrammatikalarında ümumi məlumat vərilirdi. Müəllif öz mülahizələrini problematik səviyəyə qaldırmışdır.

Professor əlavənin altıncı üzv olmadığını qeyd etmiş, onların xüsusiyyətlərini elmi səviyyədə izah etmişdir. Göstərmişdir ki, əlavələr öz xüsusiyyətlərinə görə iki yerə bölünür.


  1. Xüsusiləşməyən əlavələr

  2. Xüsusiləşən əlavələr.

Müəllif haqlı olaraq tarixən əlavə kimi işlənən, sonradan mürəkkəb sözə çevrilməni digərlərindən fərqləndirmişdir. Bununla dilçiliyimizdə mürəkkəb sözlərin yaranmasındakı yollardan birini izah etmişdir. Bu yolla əmələ gələn “Məsməxanım” “Babakişi” “Babadağ”kimi mürəkkəb sözlərin xüsusi isimlərdən sonra əlavələrin işlənməsi, dilin sonrakı inkişaf mərhələsində mürəkkəb sözə çevrilməsini göstərmişdir.”[4;379] Əlavələrin bir qismi ümumi isimdən sonra gəlir və izah edir. Belə tipli əlavələrin bir qismi isimdən əvvələ keçdikdə təyini olur. Haqlı olaraq müəllif qeyd etmişdir ki, bunlar əslində təyin olub, yerlərini dəyişdikdə, əlavəyə çevrilmişdir. ”[4;380]

Əlavələrin izahında dərin elmi araşdırmaya meyl edən tədqiqatçı xüsusiləşən əlavələrə daha çox diqqət yetirmiş, onların qrammatik, semantik xüsusiyyətlərini izah etmişdir.

Əlavə aid olduğu üzvlə eyni olmalıdır. ”Bu bir növ uzlaşma adlandırıla bilər”.[4;382] Əlavəyə aid sonralar yazılmış bir çox məqalə və elmi kitablarda əlavəni aid olduğu üzvlə qrammatik əlaqəsi həmişə problem kimi qalmışdır. Bu münasibəti bəzi dilçilər Ə. Z. Abdullayevin qeyd etdiyi kimi uzlaşma xarakterli, bəzən tabesizlik, bəzən aydınlaşdırma olduğunu qeyd etmişlər. Bəzən bu əlaqə haqqında heç danışılmamışdır. ”[8]

Mübtəda 1və 2 şəxs əvəzliyi ilə ifadə olunduqda onun əlavəsi kəmiyyət və ismin halına görə uzlaşır, ancaq şəxsə görə uzlaşma pozulur. Bu isə əlavələri digər üzvlərdən fərqləndirir. Bu haqda müəllif belə yazır:”Elə bu xüsusiyyətinə görə də əlavələr bəhsi köhnə qrammatika kitablarında uzun müddət qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər[xitab, ara söz və nidalar]sırasında verilmişdir. ”[4;383]

Əlavələr müstəqil üzv deyil, cümlə üzvündən asılıdır. Asılı olduğu üzv aydınlaşdırır, konkretləşdirir. Bizə belə gəlir ki, müəllifin qeyd etdiyi fikirləri bir az da diqqətlə izləsək görərik ki, doğurdanda əlavə və əlavəli üzv arasında qrammatik əlaqənin uzlaşmaya uyğunluğu daha çoxdur. Lakin bu uzlaşma mübtəda və xəbər arasında olan uzlaşmadan fərqlidir. Müəllifin qeyd etdiyi kimi burada şəxs, kəmiyyətlə yanaşı, isimin halı da nəzərə alınmalıdır. Məsələn;Sonra evimizdəki söhbətlərdən burada-kəndə də soyğunların başladığını eşitdim. [İ. Əfəndiyev]

Bu əhvalatdan iki il sonra-yay vaxtı Fatma Şuşaya-bacısı Bəyazgilə qonaq getdi.

Əlavə əlavəsi olduğu üzvün müxtəlif ifadələri kimi meydana çıxır. Bütün cümlə üzvlərinin əlavəsi vardır. Bundan başqa əlavə söz birləşmələrinin asılı tərəfinə də xitablara da aid olur, onları konkretləşdirir. Əlavələrin izahında müəllifin diqqətini bir çox digər sintaktik kateqoriyalar da cəlb etmişdir. Cümləyə daxil olaraq onun mənasını genişləndirən vasitələrdən biridə həmcins üzvlərdir. Bir çox cəhətlərinə görə həmcins üzvlərlə əlavə arasında oxşar cəhətlər vardır. 1. Əlavə ilə əlavəli üzv və həmcins üzvlər eyni suala cavab verir. 2. Əlavə də həmcins üzvlər də eyni üzvlə bağlı olur. Həm həmcins üzvlər, həm də əlavələr də nitq zamanı müıyyən fasilə ilə deyilir. Lakin bütün bunlarla yanaşı əlavə ilə həmcins üzvlər arasında bir çox fərqlər vardır. Bu fərqləri Ə. Z. Abdullayev aşağıdakı şəkildə göstərir:


  1. Həmcins üzvlər bir cinsdən olan müxtəlif əşyaları müxtəlif şəkildə ifadə edir. Neçə məfhum varsa, o qədər də söz həmcins üzv vardır.

  2. Əlavəli üzvlə əlavə hər ikisi eyni hədəfi göstərir, ifadə edilir. Müəllifin qeyd etdiyi kimi. ”Bir cümlə üzvünün iki əlavəsi olsa da, bunların hamısı eyni hədəfi oxumağa xidmət edir. “[4;389]

  3. Həmcins üzvlərdə birincidən sonrakı üzvə və ya üzvlərə sual verilərsə, həmin sualdan əvvəl daha sözünü artırmaq olar. Əlavəli üzvdən əvvəl “yəni”sözünü artırmaq olar.

  4. Əlavəli üzvlə əlavə üzv arasındakı fasilə həmcins sıranın komponentləri arasındakı fasilədən daha çox olur.

  5. Əlavəli üzvlərdə şəkilçiləri ixtisar etmək olmur. Burada qeyd etmək lazımdır ki, xəbərin əlavəsində xəbərlik şəkilçiləri ixtisar edilə bilir. Lakin digər üzvlərdə bu qrammatik hadisə baş vermədiyi üçün bu istisnanı başqa üzvlərə şamil etmək olmaz. Məsələn;1. Bəli, düz tapmışsınız maarif işçisi-müəlliməm. 2. Sənin yerin bura-döyüş meydanıdır.

Həmcins üzvlərdə şəxs, mənsubiyyət , hal, cəm şəkilçiləridə ixtisar edilə bilər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər müxtəlif şəkildə işlənə bilir. Həmcins sıranı təşkil edən üzvlərin arasında tabesizlik bağlayıcıları işlənə bilir.

Həmcins sıranın komponentləri arasında aydınlaşdırıcı-yəni, məsələn bağlayıcıları işlənə bilmir. Əlavə və əlavəli üzv arasında bu, yalnız bağlayıcılardan istifadə edilir. Həmcins üzvlər arasında sadalama intonasiyası, əlavə və əlavəli üzv arasında aydınlaşdırıcı, izah edici, konkretləşdirici fasilə olur. Həmcins sıranın komponentləri arasında tabesizlik, aid olduğu üzvlə isə tabelilik əlaqəsinin müxtəlif tipləri özünü göstərir. Məsələn; O, uzunboylu, qarabuğdayı, girdəsifət bir oğlan idi. Yay aylarında yataqxanada Gülü xala ilə Ələsgər dayı qalırdı. Qeyd etdiyimiz cümlələrdə uzunboylu, qarabuğdayı, girdəsifət təyinləri öz aralarında tabesizlik əlaqəsi ilə, aid olduqları üzvlə yanaşma əlaqəsi ilə bağlanmışdır. İkinci cümlədə Gülü xala və Ələsgər dayı həmcins mübtədaları öz aralarında tabesizlik, tabe etdikləri xəbərlə uzlaşma vasitəsilə bağlanmışdır.

Əlavə və əlavəli üzv arasında isə qeyd etdiyimiz kimi sadalama intonasiyası olmur, bağlanmada tabesizlik münasibəti özünü göstərmir.

Əlavə ilə təyin arasında yaxınlıq olduğu kimi fərq vardır. Professor Ə. Z. Abdullayev bu oxşarlıq və fərqi seçdiyi üçün əlavəni təyinin bir növü kimi qeyd edənlərə etiraz edir.[4;392] “Müəllif bunların ayrı-ayrı kateqoriya olduğunu qeyd edir. Əlavə və təyinin yaxınlığını məzmun oxşarlığı olduğunu qeyd edir. Müəllif bu fərqlərin hər birini ayrıca bənd şəklində verir. Göstərir ki, təyin və əlavələrin sırasında fərq vardır. Yəni təyin aid olduğu üzvdən əvvəl, əlavə isə sonra işlənir. Təyinlərin məhz özünə məxsus “necə? nə cür? hansı, neçənci, nə qədər” sualları vardır. Əlavələr isə aid olduğu üzvün sualına cavab verir. Təyin aid olduğu üzvün formasını qəbul etmir, formaca sabit qalır. Əlavələr isə aid olduğu üzvün formasını qəbul edir. Təyinlə təyinlənən üzv arasındakı fasilə qısa, əlavə ilə üzv arasındakı fasilə daha çox olur. Təyini cümlədən çıxardıqda və yaxud təyinlənən üzvü atdıqda cümlə pozulur. Əlavənin aid olduğu sözü cümlədən çıxardıqda əlavə daha əlavə olmur, cümlə üzvünün yerinə keçir. Əlbəttə bu bütün hallarda mümkün olmaya bilir. Bu, mübtəda 1, 2 şəxs əvəzlikləri ilə ifadə olunan cümlələrdə, əlbəttə, mümkün olmur. Lakin əksər hallarda bu mümkün olur.

Ə.Abdullayev əlavə və xüsusiləşməyə aid yazdığı elmi əsərində hər bir cümlə üzvünün əlavəsinin elmi şərhini vermişdir. Bir çox dərsliklərdə əlavə və xüsusiləşmə bölmələrini Ə. Abdullayev yazmışdır. 1972-ci ildə çap edilən “Müasir Azərbaycan dili dərsliyində” [Dərslik Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür], 1981-ci ildə çap edilmiş “Müasir Azərbaycan dili” [3 ciddə III cild sintaksis] dərsliklərində də əlavə və xüsusiləşmə və bölməsini məhz professor Ə.Z.Abdullayev yazmışdır. Hər dəfə mövzuyə müraciət edən alim söylədiyi fikirlərə nəzər salmış, müəyyən yeniliklər etmişdir. Bu dərsliklərdə əlavələrin xitablara da, ismi söz birləşmələrinin feli tərkiblərin aslı tərəfinə aid ola bildiyini qeyd etmiş, daha əhatəli elmi şərhlər vermişdir.

1   ...   23   24   25   26   27   28   29   30   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə