I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə25/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

ЛИТЕРАТУРА

  1. İnsan hüquqları. Beynəlxalq müqavilələr toplusu. Bakı: Azərbaycan nəşriyyatı, 1998. 336 s.

  2. Mustafayeva A. Erməni etnokorporasiyası və siyasiləşdirilmiş miflər // Dirçəliş-XXI əsr, № 133-134, 2009, s.148-152.

  3. Величко В. А. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку: Азернешр, 1992. 194 с.

  4. Кавказский узел. 05 марта 2010 г. / http://42.kavkaz-uzel.ru/articles/166182

  5. Конвенция о предупреждении преступления геноцида и наказания за него. Нью-Йорк: ООН, 1948.

  6. Мамедов И. М. История Азербайджана (С древнейших времен до наших дней). Баку: Маариф, 2009. 672 с.

  7. О геноциде азербайджанцев // Указ Президента Азербайджанской Республики Гейдара Алиева от 26марта 1998 г.

  8. О массовой депортации азербайджанцев из своих историко-этнических земель на территории Армянской ССР в 1948-1953 гг. // Указ Президента Азербайджанской Республики Гейдара Алиева от 18 декабря 1997 г.

  9. О раскрытии зверств против азербайджанцев и увековечении памяти жертв армянского терроризма // Указ Президента Азербайджанской Республики Гейдара Алиева от 23 февраля 1993 г.

  10. Принципы международного сотрудничества в отношении обнаружения, ареста, выдачи и наказания лиц, виновных в военных преступлениях и преступлениях против человечества. Нью-Йорк: ООН, 1973.

  11. Преступление геноцида / резолюция ГА ООН № 96 (1) от 11 декабря 1946 года // http://daccess-dds-ny.un.org/doc/resolution

  12. Раджабли А.А. Национальные интересы и международная безопасность. Анализ внешнеполитического поведения. Баку: Китаб алеми, 2004. 400 с.

  13. Раджабли А.А., Алиев О.А. Армяно-Азербайджанский конфликт. Баку: Китаб алеми, 2005. 107 с.

  14. Римский статут международного уголовного суда. Нью-Йорк: ООН, 2000. 18 с.

  15. Armenian Reporter, 6 June, 1985

  16. Gamk. Newspaper. France, 11 December, 1985

  17. Hayastan Weekly, 4 April,1987


XÜLASƏ

Məqalədə XX əsrdə Azərbaycan xalqının soyqırımı ilə bağlı məsələlər açıqlanır. Bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlmişdir. Ermənilər təərfindən Azərbaycan xalqının soyqırım siyasətinin təhlili göstərir ki, bu siyasət bütün xalqın məhvinə, onun əzəli torpaqlarının ələ keçirilməsinə yönəlmişdir. Erməni millətçiləri və onların himayədarları uydurma «erməni soyqırımı» ideyasını ortaya atırlar. Soyqırım «ermənilik» mifinin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımına dair imzaladığı fərmanlarda bu hərəkətlərə tarixi, siyasi, hüquqi və mənəvi qiymət verilir.


SUMMARY

In article the questions relating to the genocide of the Azerbaijan people in the XX-th century are analyzed. These crimes are directed against all humanity. The analysis of the character of the armenian policy of the genocide of azerbaijanians gives grounds to considering, that it is directed to the destruction of the whole people, for the purpose of capturing and o of its territories. The armenian nationalists and their trustees try to extend the false idea about «genocide of armenians». The genocide is a based on the myth «armenizm». Decrees of the National Leader of Geydar Aliev about the genocide of azerbaijanians gives historical, political, legal and moral estimation of these actions.



Səmədli Ziya
TÜRKİYƏNİN DÖVLƏT QURUCULUĞUNUN MİLLİ-İDEOLOJİ ƏSASLARINA YENİ BAXIŞ
Hazırda çox az ölkə tapılar ki, onun milli-dövlət mənsubiyyətinin müəyyənləşdirilməsi və ya hansı inkişaf modelini seçməsi məsələsi türk dövlətlərindəki kimi müxtəlif nəzərlərdən araşdırılsın. Mahiyyət etibarilə Türkiyə və digər türk dövlətlərinin müasir dövlət quruculuğu və modelinin müəyyənləşdirilməsi ilə bağlı nəzəri fikirlər, qərb və ya islamyönümlü olmaqla, Türkiyəni əhəmiyyətli dövlətdən tutmuş parçalanmış ölkəyə qədər müxtəlif variantlarda nəzərdən keçirirlər [1, 35-51]. Türkiyənin dövlət mənsubiyyətini, xarici siyasət strategiyasını, planlaşdırılmasını, onun təbiətini və həmçinin, ölkənin siyasi-sosial həyatında böyük rol oynayan bir sıra amilləri kifayət dərəcədə elmi şəkildə araşdıran elmi-tədqiqat mərkəzləri şəbəkəsi bu mövzular ətrafında müxtəlif fikirlər söyləyirlər.

Mənsubiyyət və mənafe arasındakı mövcud səbəbiyyət əlaqəsini, bölgə və qlobal sahələr arasında qarşılıqlı təsirdəki əlaqə fərqini araşdırmaq nəzər nöqtəsindən yanaşsaq bir sıra məqamlara aydınlıq gətirə bilərik. Neorealist məktəbin əksinə, dövlət kimliyi və xarici siyasət istiqaməti üzrə aparılan araşdırmaların dövlətlər arası münasibətlərdə önəmli bir rol oynadığını və beynəlxalq münasibətlərin sadəcə əvvəlcədən müəyyənləşdirilmiş güc mübahisələri, təhlükəsizlik dilemmaları və eyni quruluşdakı dövlətlərin hakim olduğu iddia edilən anarxik beynəlxalq münasibətlər sistemindən təşkil edilmədiyini düşünürəm. Əksinə, dövlət mənafeyi anlayışının dövlət kimliyi ifadəsinin içində ictimai müzakirələrlə qurulduğunu müdafiə edirəm. Bu dövlət və dövlətlərarası güclərin formalaşmasıyla ortaya çıxır. "Mənsubiyyətlər mənafelərin təməlləri olduğu" [2,398] üçün mənafelərin müəyyənləşdirilməsi kimlik siyasətləri ilə əlaqəlidir. Bu yeni siyasi mənsubiyyət, neo-Osmanlı (Türkçü-islamçı) siyasi nəzəriyyəsi, eyni zamanda da cərəyan olaraq adlandırıla bilinəcək bu mənsubiyyət, türk dövlətçiliyi mənafelərini təşkil edən ünsürləri müəyyənləşdirməkdədir. Bu neo-Osmanlı nəzəriyyənin qayəsini müsəlman ölkələrin əksəriyyətinin çata bilmədiyi iqtisad və sosial inkişaf səviyyəsinə qalxmış dövlətin problemlərinin öhdəsindən gəlməyə qabil olan islamçı ideologiya təşkil edir.

Cəmiyyətin bütün sahələrinə nüfuz edərək istər təhsil, istər iqtisadiyyat, istər hərbi və istərsə də siyasi həyatda əhəmiyyətli mövqe qazanmış bu qruplara qarşı qeyd etdiyimiz kimi təqibçi siyasətin yürüdülməsi isə onları daha da qüvvətləndirir və təcrübələrini artırır. Məsələn son səkkiz ildə Türkiyənin siyasi həyatında səhnədə getməyən islamçıların "Rifah", "Fəzilət" indi də "Səadət" və 2002-ci ilin payızındakı parlament seçkilərində tam üstünlük qazanmış «Ədalət və İnkişaf» partiyaları adları altında fəaliyyət göstərməsi heç də onların mahiyyətini və siyasi prioritetlərini dəyişmir. Yaxud nurçular, fətullahçılar, nəqşbəndilər, rifailər kimi daha konspirativ və ilk baxışdan görünməz siyasi dini qruplarla mübarizə aparmaq demək olar ki, mümkün deyildir. Əslində çox sadə prinsiplərlə işləməsi onların mobilliyinə və ictimai qıvraqlığına dəlalət edir. Eynən mason qruplar kimi demək olar ki, bütün siyasi partiyalarda, hətta rəqib partiyalarda belə təmsil olunaraq öz strateci və taktiki məqsədlərinə nail olmağa cəhd göstərirlər. Bu məqsədlərin əsas qayəsini təşkil edən məqam, türk dünyasının sahib olduğu təbii sərvətlər və insan resursları, digən tərəfdən də Balkanlar vasitəsiylə Avropa ilə rabitə və inteqrasiya yetərincə qiymətləndirildiyi təqdirdə, türk xalqları üçün geniş imkanlar açılması və keçmiş zamanda itirdiklərini yenidən əldə edilməsindən ibarətdir [3,12].

Bu zaman islamçı elita sözügedən məqsədə çatmaq üçün, son onillikdə populyar olan "türk modeli"-ni yox öz modellərini irəli sürürlər. Türkçü-islamçılar hətta "türk modeli" yanaşma tərzini qərblilərin ortaya atdığı fitnə və nifaq yaradacaq tələ adlandırır. Qeyd edək ki bir sıra tanınmış Qərb alimləri də böyük dövlətlərin və transmilli şirkətlərin «türk modeli» adlandırılan modelin bütün türkdilli dövlətlərə ixracında maraqlı olmasını bildirirlər [4,148].

Daha sonra islamçı-türkçülər dünyada və türk dünyasının ətrafında baş verən hadisələrə və dəyişikliklərə münasibət bəsləyərək, demək olar ki, xəritələrin dəyişilməsi fonunda bütün istiqamətlərdə tarazlığın pozulmasını bildirirlər. Balkan hadisələrinə münasibətdə fərqli baxışlara malik Türkiyə və Yunanıstan Kipr, Egey dənizindəki adalar və neft yataqları, Yunanıstan ərazisindəki qərbi Trakiyadakı türklərin hüquqlarının pozulması məsələlərində münaqişədədirlər. Digər tərəfdən müsəlman olan bosniyalılar, albanlar və türkləri zülm altında saxlayan serblər bütövlükdə Balkanlarda türk-müsəlman mədəniyyətini, osmanlı irsini yox etməyə çalışaraq Türkiyəyə meydan oxumaqdadırlar. Şimali islam dünyasında bu hadisələr inkişaf etdikcə, cənubi islam dünyasında da təhlükəli proseslər yer almaqdadır. Fələstin-İsrail, İraq hadisələrində oyundan kənar vəziyyətdə olan Türkiyənin passiv siyasət aparmasını bildirən islamçılar bunu məyusedici faktlar kimi qiymətləndirirlər.

Qərb mütəxəssisləri həmçinin hesab edirlər ki, 11 sentyabr hadisələrindən sonra dünyanın yenidən qurulması prosesində Türkiyənin tutacağı yer, kimliyi, mədəniyyəti və tarixi inkişaf etdirəcəyi müvafiq strategiyalarla müəyyənləşəcək.Türkiyənin "Axşam" qəzetinə verdiyi müsahibədə ABŞ-ın Ankaradakı keçmiş səfiri Mark Parrisin sözlərinə görə: "11 sentyabrdakı hücumlar, Türkiyə ilə ABŞ-ın strateji ittifaqının əsl mənasını ortaya çıxardı. Terrorizmlə mübarizədə dəstək Türkiyənin işlərini asanlaşdırdı. Ankaranın lider rolu müəyyənləşdi [5]. Sözügedən rolun nədən ibarət olacağı isə çox tezliklə müəyyənləşdi. "Soyuq müharibə" yə qədər NATO-nun cənub cinahı, son onillikdə isə qeyri-müəyyənlik mövqeyində qalan Türkiyə indi yeni dünya nizamının qurulduğu dövrdə öz strateji qiymətini almağa başlamışdır. Həmin strateji rol Qərbin köməyi ilə birincisinin məqsədlərindən əlavə öz məqsədlərini də ortaya qoymaq və onu müdafiə etmək əzmi ilə tamamlanırdı. "Hüriyyət" qəzetinə verdiyi müsahibədə ABŞ prezidentinin yardımçısı Dik Çeyninin sözlərinə görə: "Türkiyə, sağlam müsəlman ənənələri olan, demokratik və dünyəvi bir ölkə olaraq yalnız Əfqanıstan deyil, bütün islam dünyası üçün bir model kimi çıxış edir" [6].

Həqiqətən də tarix boyunca türklərin hər zaman mədəniyyətlər quran, çox zəngin icmalara liderlik edən bir millət olduqlarına görə, islamçı-türkçülərin fikrincə, bu liderlik xarakteri onu dünya liderliyinə sövq edir. Belə bir liderlik sadəcə Türkiyə sərhədlərinə deyil, həm də Osmanlı dövləti yıxıldıqdan sonra xaos yaşayan çox geniş torpaqlara rifah və sülh bəxş edəcəkdir. Keçmişdə olduğu kimi bu gün də alban, bosniya, çeçen, çərkəz, azəri, hətta xristian gürcü, xorvat, serb, rumın və bolqarlar belə yeni bir "Türk-İslam Millətlər Topluluğu" altında birləşməlidirlər [7-15].

Son illərdə Qərbin Türkiyənin "liderlik" məsələsinə «yanaşma tərzi» -nin təkcə islamçı-türkçülərin yox, həm də Türkiyə və türk dünyası ictimaiyyətində bərqərar olmuş liderlik haqqındakı fikirlərdən əsas fərqi sezmək üçün hər halda son illərdə beynəlxalq münasibətlər praktikasında tətbiq olunan "Yeni domino daşları" geosiyasi nəzəriyyəsinə diqqət yetirməyi vacib hesab edirəm.

Bu nəzəriyyəyə görə hər zaman problemlərini öz aralarında həll edə biləcək böyük qüvvələrdən kənarda qalan, lakin geosiyasi mövqeləri, əhalisi, iqtisadi vəziyyətləri etibarilə dünyada stabilliyi təmin edə biləcək potensiala malik "ox ölkələr" adlanan dövlətlər kiçik-ara dövlətlərdəki prosesləri hər zaman tənzimləməlidirlər. "Ox ölkələr" [8,235] siyahısına daxil edilən Türkiyə və digər bu kimi ölkələrdə iqtisadi və sosial-siyasi sistem çökərsə dünyada qeyri-stabilliyə və xaosa səbəb ola bilər. Əksinə bu sahələr inkişaf edərsə, bölgədəki sabitliyi artıra bilər. Məhz öz potensiallarını və resurslarını israf etmək istəməyən Qərb öz məqsədlərinə çatmaq üçün "ox ölkə" Türkiyədən istifadə edərək, oradakı sabitliyi pozacaq bir çox amil kimi islam təməlçiliyinə qarşı mübarizə aparacaqsa, onda islamçıların və türk dünyasının siyasi həyatındakı digər qüvvələrin bu prosesdə öz məqsədlərinə hansı üsulla çatacağı bir qədər qaranlıq qalır.

Qərb özünə qarşı olan hər hansı bir hərəkatı dinçilikdə təqsirləndirərək, dini motivlərlə müstəqillik hərəkatına başlayan ölkələri gərginlik mənbəyi kimi nəzərdən keçirir. Terrorist elan edilən həmin ölkələr dərhal siyasi-iqtisadi embarqoya məruz qalırlar. Türkiyədə də belə növ islamçı hərəkatlar Qərb tərəfindən arzuolunmaz hesab edilərək bu barədə Türkiyə hökumətinə xəbərdarlıq edilir. Lakin türk siyasi esteblişmentində 90-cı illərdəki Ərbakan-Kutan islamçı hərəkatlarının xalq arasındakı böyük dəstəyinə baxmayaraq, siyasi manevr qabiliyyətlərinin və metodlarının passivliyi qarşılarına qoyduqları məqsədə çatmaqlarına mane oldu. Elə həmin islamçıların içərisindən çıxmış, lakin nisbətən demokratik və gənclərdən ibarət hissəsi "Ədalət və Tərəqqi" partiyası yaradaraq 2002-ci il noyabrındakı Türkiyə Böyük Millət Məclisinə seçkilərdə yerlərin əksəriyyətini tutaraq, hökumətə təkbaşına hakimlik etmək haqqını qazandılar. Xüsusən Türkiyə əhalisinin "Ədalət və Tərəqqi" partiyasının ("AK" parti) lideri Rəcəb Teyyib Ərdoğana olan rəğbətinə baxmayaraq məhkəmənin qərarı ilə onun seçkilərdə iştirakı qadağan edilib. Belə olan halda Türkiyənin siyasi həyatında da həlledici rol oynayan hərbi elitanın hərbi çevrilişə gedib-getməyəcəyi məsələsi açıq qalır. Lakin türk generalitetinin intellektual səviyyəsini və beynəlxalq reallıqları nəzərə alsaq Türkiyənin demokratik inkişafının zəmanətçisi olan ordunun hərbi çevriliş edəcəyi inandırıcı görünmür. Rejimin dəyişilməsini təklif etmiş Ərbakandan fərqli olaraq, problemləri konkret islahatlar yolu ilə həll etməyi üstün tutan Ərdoğan görünür bunu çox gözəl dərk edir. Siyasi rəqibləri liderliyə xas müsbət keyfiyyətlərindən ehtiyatlanaraq, onun baş nazir postuna yiyələnməsini istəmirlər.



Türkiyədə milli mənsubiyyət üzrə aparılan müzakirələr əvvəlki kamalçı dünyagörüşünün gerçəkliyini yox edərkən, eyni zamanda, başlanğıcda idarəçiliyin xaricində tutulan geniş siyasi və sosial qüvvələrə milli kimliyi, onun tarixi və mədəni bazisini ifadə etməsi üçün yeni imkanlar yaratdı [9-99-101]. Milli mənafe anlayışı, indi, daxili dəyişikliklər və yeni iqtisadi-siyasi elitanın öz cəmiyyətini və dünyadakı yerini mənimsəməklə formalaşmaqdadır. 1980-ci ilə qədər Türkiyəni idarə etmiş hökumətlər geniş təşviq etdikləri Avropa mədəniyyətinə inteqrasiya fikirlərini legetimləşdirməyə çalışsalar da çeşidli milli və beynəlxalq münasibətlər səbəbindən belə bir strategiya müvəffəqiyyətsiz oldu və respublikaçı elita, Jurgen Habermasın ifadə etdiyi kimi "legitimlik böhranı" ilə qarşı-qarşıya qaldı (10,310). Sözügedən ideoloji təzadlar özünü Türkiyənin daxili siyasi həyatında da göstərməkdədir. Daxili dəyişikliklər nəticəsində türk elitasının səciyyəsində əhəmiyyətli bir dəyişiklik olduğu üçün milli mənafeyi müəyyənləşdirən bir çox fərqli "mən" və "özgə" məfhumları yarışmaqdadır. Bu anlayışlar qismən böyüyən neo-osmanlı tədqiqatı gedişində formalaşmaqdadır. Bu səbəbdən Türkiyə kimlik və xarici siyasət istiqaməti baxımından bir dönüş nöqtəsindədir. Ankaranın, Qərb ilə islamçı bağları arasında zəif bir tarazlıq qurmağı qarşısına məqsəd qoyan siyasətinin əvvəllər olduğu kimi təmin olunacağı bir qədər şübhəli görünür. Çünki Avropanın Türkiyəni öz ölkəsi kimi tanımayaraq onu rədd etməsi qərbpərəst cəbhəni zəiflətmiş və islamçıların Türkiyəni təkrarən Şərqə istiqamətləndirmə planlarını sürətləndirə bilər. Osmanlı-islamçı fikirləri müəyyənləşdirici hala gəlsə də hər halda, səlis bir doktrina, ya da dövlət adamları tərəfindən təsdiq olunacaq bir fikirlər qrupu olaraq formalaşmamışdır. Kamalçı elitanın ifadə etdiyi avropalılaşma idealının parçalanması və onu izləyən islamçı əks-görüşün yüksəlişi baxımından gələcəkdə islamçı ahəng daşıyacaq xarici siyasət xəttinin formalaşmasının şahidi ola bilərik.
ƏDƏBIYYAT

  1. Robert S. Chose, et al., "Pivotal states and US strategy" // Foreign Affairs, No: 75, 1995,

  2. Alexander Wendt, "Anarchy is what states make of it: The Social Construction of Power Politics" // International Organizations, Volume 46, No: 2, 1992.

  3. Türk ve İslam Dünyasının Yeniden Yapılanması Prof. Dr. Sabahaddin Zaim. İzmir, 1997, 377 sayfa.

  4. Avrupa ve Amerika karşısında degişen Türkiye. Heinz Kramer. İstanbul: Timas yayınları, 2001, 364 s.

  5. Akşam, 25 Ekim, 2001.

  6. «Hürriyyet» qəzeti, 20 yanvar, 2002-ci il

  7. Dünya siyaset otoritelerinin ortak görüşü: Türkiye lider ülke // Dış Politika, Kültür ve tarihte araştırma, 2002 Mart, Sayı: 5.

  8. Dünya hakimiyeti teorileri ve Merkezi Türk Hakimiyeti teorisi. prof. Dr.R.Özey İstanbul, 2000.

  9. M.Hanan Yavuz, "Turkey's "Imagined Enemies": "Kurds and islamist" // Word Today, 52 Nisan 1996.

  10. Juren Habermas, Legitimation Crisis, Boston; Beacon Press, 1975.


SUMMARY

In this article author has investigated political, theoretical sights of social and political researchers about national-ideological foundations of Turkish state establishment. Analysis of scientific-theoretical sights about future of Turkish state establishment are very important and might be influence the cooperation between Turkic states and in generally multilateral cooperation of states in contemporary stage.


РЕЗЮМЕ

В данной работе рассматриваются политико-теоретические взгляды общественно-поли­тических сил о теоретических основах го­сударственного строительства Турции. Исследование этого процесса в целом целесообразно для интеграци­онных процессах между тюркскими государствами и в развитии мно­госторонних отношений тюркских государств.




Садыгзаде Майя
ОСНОВНЫЕ ТЕНДЕНЦИИ

СОВРЕМЕННОЙ МУЗЫКИ В АЗЕРБАЙДЖАНЕ
Есть несколько аспектов, которые воздействуют на современную музыкальную эстетику в исторической перспективе. Во - первых, это эволюция тональной системы, которая являлась основной структурой и общепринятым базисом для музыки последних столетий. «Тональность – это такая же природная сила, как гравитация».56 В результате исчезновения такой «гравитационной силы» музыка выходит на необозримые просторы «состояния невесомости» - все более и более уходя от тональных тяготений. В результате этого сформировались различные интонационно – ладовые системы: расширенная, хроматическая тональность, политональность и т.д., что в свою очередь приводит к свободной атональности, а затем и серийной двенадцатитоновости (додекафонии).

Открытие двенадцатитоновой системы Арнольдом Шенбергом в 20-тые годы ХХ века было той исторической необходимостью, которая назревала в утверждении диссонанса в позднем романтизме и импрессионизме. Таким образом, произошла своеобразная революция, которая назревала в исторической эволюции музыки. Примечательно, что первые двенадцатитоновые опусы А.Шенберга написаны именно для фортепиано: 3 пьесы опус 11 и 6 пьес опус 19. Очевидно, что неповторимые возможности и качества этого инструмента, подтолкнули его на данный творческий поиск.

Эта система открывает новый этап, при котором концепция утверждения тоники сменяется на новую концепцию – серии. В серийной музыке каждый звук имеет особое и равноправное положение среди остальных - своего рода проявление демократии в музыке. Каждая серия в пьесе определяется своими гармоническими и мелодическими возможностями как супер – мотив. При этом их значение в музыкальной структуре является более самостоятельным, чем в тональной системе.

Серийную технику используют А.Шенберг и другие композиторы новой Венской школы - Альбан Берг и Антон Веберн. Приход к двенадцатитоновой системе явился важным этапом музыкальной культуры, так как это привело к изменениям не только в структуре композиции, но и в самой сути музыки - ее эстетическом значении. Меняется ризома (от фр. rhizome – корень) философского значения музыки, ее этическая и эстетическая составляющая.

Серия - это ряд различного использования каждого музыкального параметра - нотного, ритмического, динамического и т.д. В первых своих образцах серия применяется только для звукового ряда. Позже, с развитием серийной музыки, серия применяется не только в тоновой системе, но и в ритмических и тембровых образцах. То есть, серии выстраиваются не только на основе ряда нот или интервалов, но также и любого другого параметра пьесы.

Таким образом, возникает сериальность, которая открывает совершенно новые горизонты в музыкальной эстетике. Это заключается в абсолютной объективности в создании и трансформации материала, что отражается в логике структуры, в создании формы и образа. Иногда работы, возникшие на основе этих идей, принимают такие формы и настолько сложны для понимания, что могут рассматриваться больше как некий документ, нежели как произведение искусства, созданное для исполнения. Различное использование серий и их сочетаний (сериальности) встречается далее в творчестве И.Стравинского (в поздний период его творчества), П.Булеза, О.Мессиана, К.Штокхаузена и многих других. Возьмем, к примеру, мнение П.Булеза о серийной технике: «Серийная идея исходит из представления о Вселенной, которая постоянно продолжает расширяться».57

Идея додекафонии в Азербайджане впервые получила свое развитие в творчестве К.А.Караева, особенно в его Третьей симфонии (1964 г.) и в Скрипичном концерте (1967 г.). Творчество К. Караева, а особенно его Третья симфония (1964 г.) и Скрипичный концерт (1967 г.) выводит азербайджанскую музыку на новый «вектор модернизма» Происходит коренное изменение «концепции музыкального текста…понимания музыкального звука»58.

Обращение к двенадцатитоновой системе было обновлением музыкального языка и выходом азербайджанской авангардной музыки на глобальный уровень. Однако, по словам М. Арановского, «удача Караева в III симфонии объясняется тем, что он, обращаясь к 12-тоновой технике, не порывает с национальной традицией. Он как бы «встраивает» эту технику в рамки национального языка».59

Практически все инструменты требуют использования новых приемов для исполнения авангардной музыки. Например, в вокале используется широчайший диапазон способов исполнения, который можно разделить на нюансы говора, шепота, пения, крики и промежуточные между ними. Используется звуковая атака (придыхания) и скольжения с виртуозной скоростью без фиксации определенной высоты звуков (глиссандо), Sprechstimme (нем.) - разговорное пение, придыхания, шипение, свист, взятие звука с глиссандирующими «подъездами» к нему, как в «Лунном Пьеро» А. Шенберга. В азербайджанской музыке примеры такого «разговорного» пения можно встретить в композиции Э. Мирзоева «Ну вот,мы и пришли..» (1997 г.)

Конечно же, новшества эти сказались и в литературе для струнных: арпеджио у грифа виолончели («Лунный Пьеро» А.Шенберга), перестройка струн по ходу исполнения, перемена струн на каждом звуке, Arco у подставки и у грифа, вибрато, переходящие в трель (Струнный квинтет А.Шнитке).

Большое внимание в технике современного исполнительства уделяется использованию немузыкальных инструментов и предметов звукообразования, а также к нестандартному использованию традиционных музыкальных инструмен­тов, например, струнных в качестве ударного инструмента, фортепиано в качестве ударного, струнного, щипкового.

Например, в творчестве Б.Бартока, в «Сонате для двух фортепиано и ударных» (1937 г.), ударные иногда ведут даже солирующие партии при аккомпанементе двух фортепиано. Кроме того, в исполнении партии ударных используется неожиданные предметы, как например, перочинный нож.

Кроме того, часто встречаются нестандартные ансамбли инструментов. Возьмем, к примеру, произведение «Хутба, мугам и сура» Ф. Караева (1998 г.), где звучит магнитофонная запись с сурой из «Корана», тар, пение ханенде, фортепиано; Соната для Скрипки и Саза Дж. Кулиева (1980г.); вокальный цикл «Три акварели» Ф. Али-заде, написанный для подготовленного рояля, флейты и сопрано.

Среди новых приемов можно назвать также кластеры. Cluster (англ.) - одновременное звучание ряда соседних звуков. Впервые кластер был использован в творчестве американского композитора Генри Кауэла. В современной нотной записи используются различного вида кластеры, как разбросанные по всей клавиатуре, так и сконцентрированные в одном регистре, движущиеся кластеры, кластеры на струнах рояля, кластеры на белых и на черных и т.д. Иногда это звуковая гроздь, иногда последовательное наложение разновременно вступающих соседних тонов; рассредоточенные кластеры - когда звуковая гроздь разбросана по разным регистрам фортепиано. К примеру, кластеры активно использует Э. Дадашева – в Концертино для двух роялей (1973 г.), Р.Гасанова - Фантазия «Дениз» (1997г.) и другие композиторы.

Фактически, разные композиторы понимают и применяют алеаторику по-разному, к примеру, для американского композитора Дж. Кейджа это была аннигиляция собственно субъективного аспекта композиции.

По П. Булезу и К.Штокхаузену использование случая (шанса) было частью предварительно определенной структуры пьесы, дающей интерпретатору возможность выбора одной из нескольких возможных вариантов исполнения: при этом произведение не претерпевает каких-либо изменений в своих основных деталях. Такие видные польские композиторы как В. Лютославский и К. Пендерецкий также обращаются в своем творчестве к методу алеаторики.

Один из вариантов использования метода шанса заключается в том, что композитор предлагает группу нот для исполнения в любой последовательности или неопределенное количество репетиций в пассажах на выбор интерпретатора. У азербайджанских авторов можно встретить массу примеров алеаторической музыки: в Сонате для двух исполнителей Ф. Караева, «Музыке для фортепиано» Ф. Али-заде, Сонате и Фантазии «Дениз» Р. Гасановой.

Еще одним новым словом в современной музыке является миметика (звукоподражание), когда делается попытка передать посредством музыкальных инструментов звучание другого инструмента, звуков природы и т.д. Так, ярким примером применения миметики является пьеса О. Мессиана «Экзотические птицы», где фортепиано и традиционные инструменты оркестра используются для звукоподражания птичьим голосам. В творчестве авангардгых Азербайджанских авторов часто встречается миметика – подражание звучанию азербайджанских народных инструментов, когда звучание фортепиано воспроизводит звучание тара, саза, уда, канона, гоша-нагары и других.

Что же касается подготовки фортепиано – то здесь, в силу огромных возможностей данного инструмента, у композиторов имеется широкое поле деятельности в применении целого ряда предметов, на первый взгляд не имеющих к нему никакого отношения. Это всевозможные ластики, бумага, различного вида ткани, металлические изделия, бусы, заклепки, шурупы и т.д. К примеру: в «Семи пьесах с интерлюдиями в ладах мугама» Дж. Кулиева (1980 г.), автор дает указание подготовить рояль при помощи заглушки, что придает ему звучание азербайджанского народного инструмента уда. Другой пример: подготовка рояля бусами в пьесе Ф. Али-заде «Музыка для фортепиано» (1989 г.). Это временами напоминает звучание народного инструмента – саза с его характерным перезвоном.

Следует отметить, к примеру, использование различных частей фортепиано помимо традиционно используемой клавиатуры: крышки, деки, пюпитра, струн. К примеру, в пьесе «Господин Билайн Эксцентрик» Ф. Караева (1997г.), где последняя «точка» пьесы ставится ударом пианиста по пюпитру.

Новая этика и эстетика музыки сказалась и на способах звукоизвлечения: на фортепиано это чередование звучащих и беззвучных тонов, фортепианный флажолет, когда аккорд или звук берется неслышно, без удара, струны которых приводятся в вибрацию ударом тех же звуков в более низкой или более высокой октавах: «Клавирштюки» Ф. Караева (95-96-е г.г.), или, наоборот, на фоне взятого аккорда неслышно берется другой звук или созвучие: «Дастан», «Гедим ойунлар», «Портрет» А. Ализаде (1994 г.).

Таким образом, мы видим, что многие композиторы Азербайджана используют методы авангардной композиторской техники в своих сочинениях. Это и различные ансамбли инструментов, и подготовленные инструменты, и алеаторная музыка, и миметика, и сонористика и многое другое. Однако, наиболее ценным является то, что композиторы Азербайджана вносят все эти новшества, основываясь на своих национальных корнях – это мугам и его способы развития.

1   ...   21   22   23   24   25   26   27   28   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə