I beynəlxalq konfrans Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 4.39 Mb.
səhifə11/31
tarix22.02.2016
ölçüsü4.39 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

ƏDƏBİYYAT


  1. Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Qismət, 2007, 608 s.

  2. Жигадло В.Н., Иванова И.П., Иофик Л.Л. Современный английский язык. М., 1956, 244 с.

  3. Мороховская Э.А. Конструкция типа ит ис \ wас ще wщо… в английском языке. Автореф. дис. …канд. филол. наук. Л., 1966, 27 с

  4. Татаринова Л.В. Специфика референций указательных местоимений. // Тезисы межвузовской конференции молодых ученых «Семантическая и прагматическая организация высказывания». Иркутск, ИГПИИЯ, 1996.

  5. Goksadze L., Mamatsashvili N., Gigineishvili M. An Advanced Course in Current English Grammar, Volume I, Tbilisi, 1998, 276 p.

  6. Ilysh B.A. The Structure of Modern English. L.: Prosvescheniye, 1971, 365 p.

  7. Kaushanskaya V.L., Kovner R.L., Kozhevnikova O.N. et.al. A Grammar of the English Language. L., 1973, p. 319.



Hümmətova Sevil
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ RUS DİLİNDƏN ALINMA SÖZLƏRİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Dilçilikdə artıq çoxdan sübut olunmuşdur ki, dil əlaqələri ilk növbədə leksik sistemə təsir edir və bu təsir tədricən dilin digər qatlarına (fonetik, morfoloji və sintaktik qatlarına) da sirayət edir, tarixən onun fonetik, leksik və qrammatik sistemləri üçün yabançı olan vahidlər qazanır.

Diaxron araşdırmalar göstərir ki, «dilə daxil olan yad ünsürlər heç də həmişə dildə yaşamaq hüququ qazana bilmir. Bir sıra alınmalar tədricən dildə geniş işlənir və dilin fonetik, qrammatik və digər normalarına tabe olur. Başqa qisim alınmalar isə müxtəlif səbəblər üzündən dildə özünə yer qazanmır. Onlar ya dilin öz vahidləri, ya da bu dilə daha güclü təsir göstərən başqa dilin elementləri ilə əvəz olunurlar» (1, 5).

Sözün dildə mənimsənilməsi uzunmüddətli prosesdir. Alınma leksik vahid dildə uyğunlaşma dövrünü yaşayır və bu dövr ərzində istər onun işlənmə dərəcəsində, istərsə də fonetik cildində dəyişikliklər baş verir. «Uyğunlaşma amilini nəzərə almağın vacib olduğu hallarda alınma formaların fonetik inkişafının təhlili alınma dövründəki fonetik cildi aşkara çıxarmağa və bununla da müxtəlif səs dəyişmələrinin meydana çıxmasının təqribi tarixini aydınlaşdırmağa imkan verir» (2, 494). Deməli, leksik alınmanın dilə daxilolma dövrünün təyini onun fonetik uyğunlaşma prosesinin mərhələlərinin müəyyənləşdirilməsi üçün fonetik alınmalar problemi üzrə tədqiqat aparmağı zəruriləşdirir. Leksik alınmalar əsasında aşkara çıxarılan fonetik alınmalar və onlara aid araşdırmaların vacibliyi ilə bağlı müddəaları konkret misallar əsasında asanlıqla sübuta yetirmək olar. Fikir aydınlığı məqsədilə bəzi konkret nümunələrə müraciət edək.

Məlum olduğu kimi, dilarxası, kar, partlayan K fonemi Azərbaycan dili üçün səciyyəvi deyildir. Bu səs rus dili və onun vasitəsi ilə dilimizə keçmiş alınmaların təsiri ilə Azərbaycan dilində möhkəmlənmişdir: kompas, kolxoz, kollektiv, akkord, klub, krem, kran, kurort, kurs, marka, bak, şkaf, redaktor, akkordeon, kupe, konqress, konsert və s.

Qrammatik alınmalarla bağlı da oxşar araşdırmalar aparmaq mümkündür. Lakin əvvəlcə qrammatik alınmanın dilə daxil olması və onda özünə yer tapması hadisəsini nəzərdən keçirək. «Əgər hər hansı şəkilçi kifayət qədər çox əcnəbi sözündə işlənirsə, onda onun dilin mənşəcə öz materialı əsasında yaranmış sözlərdə də işlənməsi mümkündür» (2, 498). Bu fakt leksik alınmaların dilin zənginləşməsindəki rolu ilə bilavasitə əlaqədardır. Tədqiqatın qarşısında duran əsas vəzifələrdən biri də belə faktları üzə çıxarıb ümumiləşdirməkdir.

Bir dildən başqa dilə keçən leksik vahidlərin bir qismini kök və şəkilçilərə ayırmaq mümkün deyildir. Yəni bu halda kök söz dilə keçmiş olur. Lakin digər qisim sözlər mənşəcə aid olduqları dillərdə müxtəlif morfemlərə parçalana bilir. Aydındır ki, belə ayırma zamanı kök və affiksal morfemlər bir-birindən fərqləndirilir. Deməli, dilə affiksal morfemli leksik vahidlər keçir. İlkin mərhələdə yeni söz almış dildə leksik alınmanın tərkib hissələri haqqında düşünülmür. Söz özünün semantik yükü ilə dilə keçir və müəyyən anlayışın, əşyanın, yaxud obyektin adını ifadə edir. Lakin zaman keçdikcə və eyni qəbildən olan alınma sözlərin sayı artdıqca affiksal meydana çıxır. Bu zaman qrammatik alınma obyekt dildə üzə çıxır. Dilçilikdə bu tip sözlərin morfemli alınma adlandırılması kimi yanlış fikirlərə təsadüf olunur. Əlbəttə, bu, düzgün deyildir. Çünki kök də morfemdir. Morfemli alınma termini işlədildikdə söhbətin leksik vahidin tərkibindəki affiksal morfemdən getməsi aydınlaşmır. Burada daha yaxşı olar ki, affiksal morfemli alınmalar termini işlədilsin. Bu qəbildən olan sözlərin bir dildən başqa dilə keçməsinə səbəb əlaqədə olan dillərin tarazlaşması zamanı təsirə məruz qalan dildə affiksal morfemli alınmanın ehtiva etdiyi məfhuma ehtiyac duyulması və onu ifadə edə biləcək leksik vahidin obyekt dildə olmamasıdır.

İlk mərhələdə belə alınmalar söz alan dildə tam şəkildə dərk edilir və orada onları kök və şəkilçi kimi ayırmaq mümkün olmur. Bir çox hallarda bir dildən başqa dilə leksik alınmalar mümkün formaların hər biri kimi ayrı-ayrılıqda keçir. Məsələn, folklor, jurnal, akrobat, despot və s. Bu sözlərə uyğun affiksal morfemli alınma sözlər də müstəqil şəkildə dilə keçmişdir. Məsələn, folklorist, jurnalist, akrobatika, despotizm və s.

Tədqiqatlar göstərir ki, zaman keçdikcə affiksal morfemli alınmalar dildə çoxalıb tam mənimsənildikcə onların tərkibindəki şəkilçilər (ya ön, ya da son şəkilçilər) başqa sözlərə qoşularaq söz yaradıcılığında iştirak edir. Bəzi hallarda onlar kalka olunaraq dildəki sinonim variantla əvəz edilirlər. Məsələn, bivəfa – vəfasız, biinsaf – insafsız, gülüstan – güllük, laməkan – məkansız, yersiz, yurdsuz və s. Lakin bu kimi analoji hadisələrə baxmayaraq, həmin şəkilçilər, əksər hallarda keçdikləri leksik vahidlərlə birgə işlənir və dildə ehtiyac duyulan «boş semantik yuvaları» doldurmağa xidmət edir.

Bura ilk növbədə, rus dili və rus dili vasitəsilə dilimizə keçmiş affiksal morfemlər aiddir: -izm, -ist, -loq, -tor, - logiya, -şik, -ik, - ika, -voz, -xod və s.

Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxır ki, rus dilindən leksik alınmaların tədqiqi zamanı aşkara çıxarılan fonetik və qrammatik xüsusiyyətlər ayrı-ayrılıqda öyrənilməlidir. Beləliklə, leksik alınmaların dilin zənginləşməsindəki rolunun araşdırılmasında daha iki konkret istiqamət müəyyənləşir. Nəzərə almaq lazımdır ki, bu halda leksik alınmalar təsnifatın cins mövqeyində, fonetik və qrammatik alınmalar isə növ mövqeyində durur.

Azərbaycan dilinə rus dilindən keçən sözlər xarakter etibarilə çox müxtəlifdir. Bu dildən, bir sözlə desək, dilimizə istər ədəbi dil vasitəsilə, istərsə də danışıq dili vasitəsilə həyatın bütün sahələrinə aid olan sözlər keçmişdir. Bununla belə, həmin sözləri öz funksiyasına görə bir neçə yerə ayırmaq olar:

1. Məişətdə işlənən sözlər: şkaf, şifoner, bufet, stol, stul, stəkan, qrafin, çaynik, samovar, fənər, adyal, bakal, vedrə, şunur, vaza, kostyum, palto, şlyapa, krant, trubka və s.

2. Elm və texnikaya aid sözlər: orfoqrafiya, qrammatika, sintaksis, kosmos, kosmonavt, zavod, fabrik, doktor, dosent, aqronom, texnika, elektrik, geologiya, mineralogiya, fizika, mikrofon, telefon, televiziya və s.

3. Kənd təsərrüfatına və tikintiyə aid sözlər: kombayn, traktor, ekskavator, kran, asfalt, kanalizasiya və s.

4. İncəsənətə aid olan sözlər: melodiya, fleyta, kapelmeyster, dirijor, teatr, kino, foye, loja, balerina, foto, fotoqraf və s.

5. Hərbi sahəyə aid sözlər: soldat, leytenant, polkovnik, general, rota, marşal, polk, diviziya, katyuşa, pulemyot, tank və s.

6. Məktəb ləvazimatına aid sözlər: qlobus, pero, transportir, sumka, penal və s.

Rus dilindən dilimizə keçən sözlər təkcə rus dilinin özünə xas olan sözlərdən ibarət deyildir. Bu sözlərin, demək olar ki, çox hissəsi rus dilinə, oradan da, Azərbaycan dilinə müxtəlif Avropa dillərindən keçmişdir. Beləliklə, başqa Avropa dillərindən dilimizə sözlərin keçməsində rus dili vasitəçi rolunu oynamışdır.

Dilimizin lüğət tərkibində bu gün özünə möhkəm yer qazanmış olan bu dillərə məxsus sözlər dilimizə rus dili vasitəsilə gəldiyi üçün, əsasən, o dildə (rus) işləndiyi kimi qəbul edilmişdir.

Azərbaycan dilinin lüğət tərkibində rus dili vasitəsilə keçmiş Avropa dillərinə aid aşağıdakı sözlərə rast gəlirik:

1. Latın sözləri: buraya elm, texnika, idarə, siyasi, hərbi və başqa sahələrə aid sözlər daxildir. Təbabətdə isə latın sözlərindən geniş istifadə edilir. Latın sözlərinə aşağıdakıları misal göstərmək olar: akademiya, aspirantura, senat, qlobus, qradus, respublika, auditoriya, qonorar, dekan, diktor, rektor, direktor, senzura, notarius, arxivarius, klinika, poliklinika və s.

2. Yunan sözləri: omonim, sinonim, antonim, astronomiya, qrammatika, ideya, dram, dramaturgiya, kafedra, metro, filosof, filoloq, leksika, leksikologiya, semasiologiya, poema, telefon, dialektika, atom, aqronom, azot və s.

3. Fransız sözləri: abajur, avanqard, adres, albom, artist, balans, banderol, bloknot, balet, beton, büro, brilyant, vineqred, depo, desant, loja, janr, hektar, roman və s.

4. İngilis sözləri: blok, vağzal, rels, tramvay, klub, boykot, mitinq, lider, büdcə, tort, bifşteks, futbol, basketbol, voleybol, boks, cemper, dispetçer və s.

5. Alman sözləri: lift, mundir, yefreytor, orden, rota, feldmarşal, ştab, baletmeyster, fleyta, vafli, flaq, futlyar, şirma, kitel və s.

6. İtalyan sözləri: ariya, opera, libretto, tenor, fortepiano, balerina, arka, basta, karnaval, valyuta, banda, balkon, kvartet, konsert, novella və s.

7. Holland sözləri: matros, rupor, vımpel, kompas, reyd və s.

Rus dilindən və rus dili vasitəsilə başqa dillərdən keçmiş sözlərin fonetik tərkibi Azərbaycan sözlərindən fərqləndiyi kimi, ərəb və fars sözlərindən də fərqlənir. Əgər ərəb və fars sözlərini fərqləndirən fonetik xüsusiyyətlər saitlərdə özünü göstərirdisə, burada həmin xüsusiyyətlər, əsasən samitlərdə öz əksini tapır.

Ərəb və fars sözlərinin bir çoxu dilimizin təsiri altına düşərək və ana dilinə məxsus xüsusiyyətləri (məsələn: əhməq – axmaq, dəva – dava, əql – ağıl) itirib Azərbaycan sözlərindən seçilməyən bir şəklə düşmüşdüsə, rus dilindən gələn sözlər öz dilinin fonetik xüsusiyyətlərini daha çox mühafizə etmişdir. Bununla belə, rus dilindən gələn bir sıra sözlərdə fonetik tərkib öz sözlərimizin tərkibinə qismən uyğun gəldiyi kimi (məsələn, palata, orqan, sumka və s.), bəzilərinin tərkibi (məsələn, maşina – maşın, fonarğ – fənər və s.) qismən dəyişdirilmiş və dilimizin xüsusiyyətlərinə uyğunlaşdırılmışdır.

Müasir dilimizdə rus dilindən və onun vasitəsilə başqa dillərdən gələn sözlər aşağıdakı fonetik xüsusiyyətlərə malikdir:



  1. Əvvəli iki samitlə başlanan sözlər; məsələn: plan, klub, qlobus, traktor, kran, kvartal və s.

  2. Dörd samitli hecadan ibarət sözlər; məsələn: Şmidt, şrift, ştamp, şlanq və s.

  3. Əvvəli re ilə başlanan sözlər; məsələn: redaktor, rektor, redaksiya, realist və s.

  4. Əvvəli para ilə başlanan sözlər; məsələn: paraşut, paralel, paraqraf və s.

  5. Əvvəli poli ilə başlanan sözlər; məsələn: politexnik, poliklinika, poliqrafiya, politexnizasiya, polisiya və s.

  6. Əvvəli por ilə başlanan sözlər; məsələn: port, portfel, portret, portsiqar, porsiya və s.

  7. Əvvəli radi ilə başlanan sözlər; məsələn: radio, radioqram, radiometr, radioloq, radist və s.

  8. Əvvəli rep ilə başlanan sözlər; məsələn: repertuar, replika, repetisiya, reportaj və s.

  9. Əvvəli res ilə başlanan sözlər; məsələn: respublika, restoran, resenziya, resept və s.

  10. Əvvəli ro ilə başlanan sözlər; məsələn: rol, romb, royal, roman, romans, rota, rotator və s.

  11. Əvvəli sem ilə başlanan sözlər; məsələn: semestr, semasiologiya, semafor, seminar və s.

  12. Əvvəli ser ilə başlanan sözlər; məsələn: serviz, servant, serjant, seriya, serenada və s.

  13. Əvvəli te ilə başlanan sözlər; məsələn: tezis, telefon, teleqraf, teleskop, texnika, teoriya və s.

  14. Əvvəli fe ilə başlanan sözlər; məsələn: feodal, ferma, fevral, festival, feldşer, fetişizm və s.

  15. Əvvəli fil ilə başlanan sözlər; məsələn: film, filosof, filial, filarmoniya, filologiya və s.

  16. Əvvəli fo ilə başlanan sözlər; məsələn: fokus, folklor, fond, fonetika, fonem, forma və s.

  17. Əvvəli ek ilə başlanan sözlər; məsələn: ekran, ekvator, ekzema, ekipaj və s.

  18. Əvvəli el ilə başlanan sözlər; məsələn: elektrik, elevator, elastik, ellips və s.

  19. Əvvəli ep ilə başlanan sözlər; məsələn: epoxa, epizod, epidemiya, epiqraf, epiqram, epitet və s.

  20. Əvvəli es ilə başlanan sözlər; məsələn: eskadron, eskiz, estafet, estrada, estetika və s.

  21. Əvvəli op ilə başlanan sözlər; məsələn: optika, opera, operasiya, opponent, oppozisiya, operator və s.

  22. Əvvəli me ilə başlanan sözlər; məsələn: mebel, medal, metodika, menyu, metateza və s.

  23. Əvvəli ko ilə başlanan və k səsi qalın tələffüz edilən sözlər; məsələn: kolxoz, komandir, komissar, komanda, komitet və s.

  24. Əvvəli ka ilə başlanan və k səsi qalın tələffüz edilən sözlər; məsələn: kabel, kanal, kalori, kanat, kabinet, kamera, kamfora və s.

  25. Əvvəli im ilə başlanan sözlər; məsələn: import, imperator, impuls, imperialist və s.

  26. Əvvəli mak ilə başlanan sözlər; məsələn: maket, makaron, maksimum, Makarenko, Maksim və s.

  27. Əvvəli mik ilə başlanan sözlər; məsələn: mikrob, mikrorayon, mikroskop, mikrometr, mikron və s.

  28. Əvvəli inst ilə başlanan sözlər; məsələn: institut, instinkt, instansiya və s.

  29. Əvvəli dis ilə başlanan sözlər; məsələn: disput, distansiya, disk, diskussiya, dissertasiya, dispetçer və s.

  30. Əvvəli de ilə başlanan və özündən sonra y ş samitləri (məsələn: deyişmək, döşək) olmayan sözlər: məsələn: dekret, demokrat, demaqoq, denşik, depo, deputat, despot və s.

  31. Əvvəli ve ilə başlanan və özündən sonra ç və digər samitlər (məsələn, veyl, vec) olmayan, həm də ver sözü ilə düzəlməyən (məsələn: vergi, veriliş, verəcək və s. kimi) sözlər; məsələn: veranda, vedrə, veksel, Venera və s.

  32. Əvvəli aq ilə başlanan sözlər; məsələn: agent, aqronom, aqrar, aqressor, aqrotexnika və s.

  33. Əvvəli avto ilə başlanan sözlər; məsələn: avtomotor, avtobus, avtomobil, avtoqaraj, avtoqraf və s.

  34. Sözün son hecasında o saiti olan sözlər; məsələn: avto, kino, traktor, kolxoz, motor və s.

Beləliklə, Azərbaycan dilində artıq ümumişlək sözlər qismində mövcud bu sözlər V-IX sinif şagirdlərinin Azərbaycan dili dərslərində lüğət ehtiyatının zənginləşdirilməsi üçün əsas mənbə və vasitələrdən biri ola bilər.


ƏDƏBİYYAT

  1. Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşmə yolları. Bakı, 1987.

  2. Блумфилд Л. Язык. М., 1968, 386 с.



РЕЗЮМЕ

Слова, заимствованные из русского языка состоят не только из слов, присущих только русскому языку. Почти большая часть этих слов перешли в русский, оттуда и в азербайджанский язык из различных европейских языков. Итак, русский язык сыграл роль посредника при переходе в наш язык слов из других европейских языков. Существующие в азербайджанском языке как общеупотребительные слова, эти слова могут послужит основным источником и средством обогащения словарного запаса учащихся В-ЫХ классов на уроках азербайджанского языка.


SUMMARY

The words borrow the Russian language consists not only from the words habitual only the Russian language. Nearly, most of this pass in the Russian and Azeri language from other various European languages. So, the Russian language play a part of mediator in passage in our language from other European languages. The existing words in general use in Azeri language com serve principal source and means to enrichment vocabulary reserve for students V-IX forms at the Azeri lessons.



Hüseynova Kifayət
AZERBAYCANDA - ELEKTRON İMZA SERTİFİKATİ
Elektron imza – elektron formada olan verilənlər yığımıdır, digər verilənlərlə (elektron sənəd, proqram faylları və s.) məntiqi əlaqəli olur və bu verilənlər yığımını yaradan (generasiya edən) şəxsi birqiymətli identifikasiya etməyə imkan verir. Rəqəmsal imza elektron imzanın növlərindən biridir, müəllifin identifikasiyasından savayı bir neçə əlavə funksiyanı həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır. Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı funksiyaları təmin etməyə imkan verən sabit uzunluqlu informasiya blokudur:

məlumatın müəllifinin identifikasiyası və autentikasiyası;

məlumatın bütövlüyünə nəzarət;

məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət.

Məlumatın rəqəmsal imzası məlumatın özündən və imzalayanın gizli açarından asılıdır. Rəqəmsal imza iki alqoritm ilə realizə edilir: rəqəmsal imzanın yaradılması alqoritmi və rəqəmsal imzanın yoxlanılması alqoritmi. Rəqəmsal imza alqoritmlərinə misal olaraq RSA, DSA, ECDSA, ElGamal, Şnorr, QOST R 34.10-2001 və s. alqoritmlərini göstərmək olar.

I. Elektron rəqəm imzası

Elektron imzanın növlərindən biridir, asimmetrik şifrələməyə əsaslanan texnologiyadan ibarətdir. Rəqəm imzası konkret məlumata ( mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığımına) əlavə olunan və xüsusi: məlumatın müəllifinin identifikasiyası və autentikasiyası; məlumatın bütövlüyünün təsdiqi (sanksiyasız dəyişilmələrin yoxluğu); məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət kimi şərtləri təmin etməyə imkan verən qeyd olunmuş (sabit) uzunluqlu informasiya blokudur.

Fiziki şəxsin əllə yazılmış imzasının analoqu olub, bağlı ERİ açarından istifadə etməklə elektron verilənlərin kriptoqrafik dəyişmə nəticəsində simvollar ardıcıllığı kimi təsvir edilir. Bağlı ERİ açarı açıq ERİ açar istifadəçisinin informasiyanın tamlığını və dəyişməzliyini təyin etməyə şərait yaradır.

Elektron imza ideyası xeyli əvvəllər, 70-80-cı illərdə ortaya çıxıb.Problemin mahiyyəti ondan ibarət idi ki, nə cür etmək olar ki, elektron formada olan hansısa informasiyanın doğurdan da konkret bir şəxs tərəfindən hazırlanmasını sübut etmək mümkün olsun.Xüsusən də 3-cü tərəfə, məsələn məhkəməyə sübut etmək mümkün olsun ki, elektron  sənəd məhz konkret şəxs tərəfindən hazırlanıb və imzalanıb. Nə cür arxayın olmaq olar ki, elektron poçt vasitəsilə alınmış məktubun, doğurdan da «yolda» mahiyyəti dəyişməyib ,məhz «filankəs» göndərib, imza da onunkudur.

Məlumdur ki, hər bir adi sənəd əsasən aşağıdakı hissələrdən ibarətdir.

1. sənədin mahiyyəti ( informasiya hissəsi )

2. sənədin rekvizitləri ( tarix, ünvan və s.)

3. sənədin daşıyıçısı ( kağız ).

Hər bir adi sənədin həqiqiliyinin aşkara çixarılması  o deməkdir ki, sənəd imzalandıqdan  sona dəyişilməyib və sənəd konkret şəxs tərəfindən imzalanıb.

Adi halda, yəni kağız formasında olan sənədin kiməsə məxsus olmasını, həqiqiliyini sübut etmək üçün, aydındır ki, o adi formada imzalanır. Lazım gələrsə  imza notarius qaydasında təsdiq də edilir. Təbii ki, kağız üzərində. Bu prosesdə vətəndaş birbaşa iştirak edir. İmzasının formasını da qabaqcadan qeydiyyatdan keçirir - pasport aldıqda. Adi sənəd və onun kopiyası fərqli xüsusiyyətlərə malikdir.              

Elektron formalı sənəddə isə məsələ bir qədər başqa cürdür. Aydındır ki, kağız formalı sənəd öz daşıyıçısı ilə ( kağızla ) qırılmaz sürətdə bağlıdır. Elektron sənədin isə ən özəl xüsusiyyəti ondan ibarətdir ki, o, öz daşıyıçısı ilə birbaşa  bağlı deyil. Elektron sənəd, tutaq ki, fayl, müxtəlif daşıyıcılarda - disketdə, kompakt diskdə , kompüterin yaddaşında, hansısa anda, hətta siqnal şəklində ola bilər.

Elektron sənədin 2-ci özəl xüsusiyyəti ondan ibarətdir ki, onun əsli- orijinalı  həmin sənədin surəti ( kopiyası ) ilə eyni xüsusiyyətə malikdir.

Buradan belə qənaətə gəlmək olar ki, hər bir elektron sənədin həqiqiliyini sübut etmək üçün ona hökmən nəsə əlavə, köməkçi informasiya qoşulmalı, və o, elektron sənədin daşıyıçısına bağlı olmamalıdır. Özü də bu əlavə edilmiş informasiya və sənədin məzmunu ayrılmaz sürətdə bir-biri ilə bağlı olmalıdır. Məhz bu əlavə edilmiş informasiya elektron imza adlanır. Bir qədər ümumiləşdirib desək, elektron  İmza - hansısa faylı əlavə unikal bir faylla təhciz etmək üçün yaradılan alqoritmdir. Elektron  İmzanı iki alqoritm birləşdirir : imzanı yaradan ( « qapalı açar» ) və onu oxuyan( «açıq açar» ) . İmza yaradan alqoritm-«qanalı açar» vasitəsilə vətəndaş  sənədin mahiyyətinə uyğun olan bir fayl yaradır.  «Qapalı açar» unikaldır, yalnız onun vasitəsilə imza yaratmaq olar. Onu da təbii ki, gizli saxlayırlar.

Müxtəlif fiziki və hüquqi şəxslərə məxsus «açıq açarlar» ( diqqət yetirin, qapalı deyil,«açıq açar» lar ! ) bir baza kimi müəyyən qurumlarda saxlanılır. Bu bir fəaliyyət növüdür ki, onlar da Qeydiyyat qurumu ( və ya Provayder ) adlanır. İmza sahibləri öz «açıq açar» larını bu qurumlara bildirməyə borcludurlar. Elektron məktub alan şəxslər məhz bu qurumlara müraciət etməklə (  təbii ki, İnternet və digər şəbəkələr  vasitəsilə), həmçinin özləri müxtəlif proqramlar vasitəsilə «açıq açarın» müvafiq «qapalı açara» uyğunluğunu yoxlayırlar.

Deməli, açıq sistemdə hərəkət edən informasiyanın, əsil elektron sənəd (hüquqi sənəd) hesab edilməsi üçün onunla birlikdə digər bir fayl da hərəkət etməlidir.Qapalı sistemlərdə bu funksiyasını həmin sistemin sahibinin müəyyənləşdirdiyi şərtlər (parollar, protokollar və s.) yerinə yetirir.

     Deməli, adi sənədləşmədə  imzalama prosesini vətəndaş həyata keçirir. Elektron sənədləşmədə isə  imzalamanı, eləcədə onun yoxlanılmasını hansısa kompüter proqramları həyata keçirir. Bir sözlə, vətəndaş proqrama-kompyuterə inanmağa məcburdur.

     Bəs dünyada  elektron imzaya maraq nədir?.  Birinci ən əsas səbəb kimi, ani bir zamanda hüquqi münasibətlər yaratmağa imkan verən ucuz mexanizmi göstərmək olar. Və bu mexanizmin indiki qloballaşma dövründə heç bir sərhəd tanımaması da kifayət qədər ciddi  arqumentdir. Təsəvvür edin ki, azərbaycanda əyləşmiş bir hüquqi və ya fiziki subyekt bir andaca dünyanın istənilən yerində ola subyektlə hüquqi münasibətlər yaradır. Məhz bunun nəticəsidir ki, Almaniyada, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə elektron ticarət dövriyyəsi milyardlarla ölçülür.

     Deməli, elektron imza məsələsində əsas problem, yuxarıda qeyd olunan alqoritmin (imza yaratma vasitəsinin) sirrinin dayanıqlığıdır.Ümumiyyətlə,  virtual iqtisaqiyyatın 1 №-li Problemi hesab edilən bu poblemin həlli  Elektron imza və Elektron sənədləşmə haqqında , həmçinin Elektron ticarət haqqında Qanunlarla  tənzimlənir. 

İndi isə bəs Azərbaycanda bu problem nə yerdədir.

Bundan sonra müəyyən sənədi imzalamaq üçün məsafələr qət etməyə, başqa qitəyə, ölkəyə və ya şəhərə getmək lazım olmayacaq. Bu ildən etibarən əl imzasının istifadə olunduğu sahələrdə artıq rahatlıqla elektron imzadan istifadə ediləcək. Bu imzanın tətbiqi vaxta, müəyyən resurslara qənaət, distant təhsilin, elektron xidmətlərin, elektron kommersiyanın inkişafına, müxtəlif biznes proseslərinin sürətləndirilməsinə, məsafələrin qısaldılmasına imkan verəcək. Məsələn, ali məktəblərə sənəd qəbulu internet vasitəsilə aparılsa da, bu imzanın tətbiqinin ləngiməsi üzündən abituriyentlər ərizələrini təsdiqləmək üçün təkrar qəbul komissiyalarına üz tuturdular. Elektron imza mexanizminin işə düşməsi isə bu prosesdə rahatlığı təmin etməklə yanaşı, mərhələləri də qısaldacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, artıq adıçəkilən imzanın tətbiqi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması işləri başa çatmaqdadır. Mərkəzin fəaliyyətindən sonra elektron imza ilə bağlı İD kartları dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə paylanılacaq.


1   ...   7   8   9   10   11   12   13   14   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə